“Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi


Çeçenistan rəhbəri Ramzan Kadırov regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi iclasda kişiləri uzun saqqal və qısaldılmış şalvar geyinməyi dəb halına gətirməməyə çağırıb.

Çeçenistan lideri bu cür geyim və xarici görünüş tərzinin gənclər arasında yanlış meyl yaratdığını bildirib.

Kadırov qeyd edib ki, uzun saqqal saxlayanların əksəriyyəti cümə namazlarına və məscidlərə getmir, əvəzində küçələrdə vaxt keçirib avaraçılıqla məşğul olurlar:

“Onlar uzun saqqal və qısaldılmış şalvar geyinməyi nə idisə bir dəbə çeviriblər və gənc nəsil də onlara bənzəməyə başlayır. Saqqallarınızı qısaldın və onları dinimizə uyğun şəkildə saxlayın”.

Region rəhbəri həmçinin çadra geyinməyə başlayan çeçen qadınlarına da müraciət edib. O, qadınları milli və dini dəyərlərə uyğun geyinməyə səsləyərək Çeçenistanda heç vaxt çadra örtünmək ənənəsinin olmadığını vurğulayıb.

Xatırladaq ki, avqust ayında Ramzan Kadırov “Vahid Rusiya” partiyasının Çeçenistan regional bölməsi tərəfindən təkrarən respublika rəhbərliyinə namizəd göstərilib. Bundan əvvəl isə o, seçkilərə “məcburi olaraq” qatıldığını bəyan etmişdi.

Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - Video


Bir müddət öncə Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı “Asırlık gece” adlı sənədli film yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, 15 bölümdən ibarət sənədli filmin 6-cı hissəsində Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş günü müsəlman dini liderlərin onlara kömək təklif etməsindən danışıb.

“Azərbaycan Diyanət İşləri başkanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”, - M.Görmez bildirib.

İlahiyyatçı Elşad Miri sosial şəbəkə hesabında sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.

VİDEO LİNKDƏ: https://qafqazinfo.az/news/detail/seyx-turkiyeye-komeye-ozel-teyyaresini-gondermek-isteyib-video-520959

Əmrullayev pedaqoji stajı çatmayan şəxsi məktəb direktoru təyin edib - ARAŞDIRMA


Təhsil sistemində şəffaflıqdan, MİQ imtahanlarının dürüstlüyündən və ədalətli kadr siyasətindən danışıldığı bir vaxtda, Elm və Təhsil Nazirliyinin audit yoxlaması zamanı aşkarlanan faktlar ciddi suallar doğurur.

Söhbət, Məmmədov Mirsəyyaf Mirbaba oğlunun əvvəlcə direktor müavini, daha sonra isə məktəb direktoru vəzifəsinə təyin olunmasından gedir. Maraqlıdır ki, bu təyinatlarla bağlı qayda pozuntuları məhz nazirliyin audit yoxlamasının nəticəsində tərtib edilmiş rəsmi Aktda əksini tapıb.

Aktda göstərilir ki, M.Məmmədov 23 sentyabr 2022-ci ildə Zərdab rayonu Çallı kənd tam orta məktəbində müddətli müqavilə ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilib. Lakin cəmi bir neçə ay sonra, 1 fevral 2023-cü ildə onun Samux rayonu İstixana kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edildiyi qeyd olunur. Audit sənədində vurğulanır ki, həmin vaxt M.Məmmədovun tələb olunan 3 illik pedaqoji stajı olmayıb və daimi əsaslarla müəllimlik fəaliyyəti göstərməyib. Buna baxmayaraq, direktor müavini vəzifəsinə təyin olunub. Üstəlik, Aktda M.Məmmədova MİQ-dən kənar müəllimlik fəaliyyəti göstərməsinə şərait yaradıldığı da qeyd edilir. Bu isə minlərlə müəllim namizədinin MİQ imtahanı vasitəsilə işə qəbul olunmağa çalışdığı bir vaxtda xüsusi diqqət çəkən məsələdir.

Məsələnin daha ciddi tərəfi isə direktor təyinatıdır.

Audit Aktında bildirilir ki, direktorların işə qəbulu üzrə müsabiqələr zamanı həmin dövrdə qüvvədə olan Qaydaların 2.1-ci bəndinə və qanunvericiliyə əsasən namizədlərin ən azı 5 il pedaqoji staja malik olması tələbi pozulub. Buna baxmayaraq, M.Məmmədov 14 sentyabr 2023-cü il tarixli 3-29/3-1-1162K/2023 nömrəli əmrlə Goranboy rayonu Balakürd kənd Knyaz Alışanov adına tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin edilib.

Beləliklə, rəsmi audit sənədində əksini tapan məlumatlara əsasən, pedaqoji stajı ilə bağlı tələblərə cavab verməyən şəxsin əvvəlcə direktor müavini, daha sonra isə direktor vəzifəsinə gətirilməsi ilə bağlı ciddi prosedur pozuntuları müəyyən edilib.
Əmək kitabçası, əmrlər və müsahibə protokollarının audit sənədlərinə əlavə edildiyi bildirilir. Bu isə məsələnin konkret sənədlər əsasında araşdırıldığını göstərir.

O halda suallar kifayət qədər ciddidir:

M.Məmmədovun direktor müavini vəzifəsinə təyinatı zamanı staj tələbinə kim nəzarət edib? MİQ-dən kənar müəllimlik fəaliyyətinə hansı əsasla şərait yaradılıb?

5 illik pedaqoji staj tələbinə cavab vermədiyi halda, direktor müsabiqəsinə necə buraxılıb və nəticədə necə direktor təyin olunub?

Burada söhbət yalnız bir şəxsin karyerasından getmir. Söhbət minlərlə müəllimin əməl etdiyi qaydaların niyə bəzi hallarda fərqli tətbiq edildiyi sualından gedir.

Əgər audit Aktında göstərilən pozuntular rəsmi şəkildə müəyyən edilibsə, aidiyyəti qurumlar həmin təyinatların hüquqi əsaslarını və prosesdə məsul şəxslərin fəaliyyətini də açıqlamalıdır. Çünki qaydalar hamı üçün eyni olmalıdır. MİQ-də və kadr seçimində ədalət tələb edən müəllimlərə veriləcək ən vacib cavab da məhz budur.

Audit yoxlamasında bu qədər ciddi qayda pozuntuları müəyyən edilibsə, daha bir mühüm sual ortaya çıxır: M.Məmmədov hazırda da məktəb direktoru vəzifəsində fəaliyyətini davam etdirirmi?

Əgər davam etdirirsə, bunun hüquqi əsası nədir?
Audit Aktında göstərilən pozuntulardan sonra onun barəsində hansı tədbirlər görülüb?
Təyinatın ləğvi və ya yenidən hüquqi qiymətləndirilməsi məsələsinə baxılıbmı?
Əgər heç bir tədbir görülməyibsə, bunun səbəbi nədir?

Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qanunun aliliyinin təmin edilməsinin, qanun qarşısında hər kəsin bərabər olmasının və dövlət idarəçiliyində intizamın vacibliyinin əsas prinsiplər olduğunu vurğulayıb. Həmçinin dəfələrlə qeyd edib ki, Hər kəs qanunla işini icra etməlidir. Əks halda, qanunu pozan şəxslər qanun qarşısında cavab verəcəklər. Heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq və cəzalar daha sərt olacaq.

Olkemedia.az

İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən iki publik hüquqi şəxsin yenidən təşkili ilə bağlı Nazirlər Kabineti qərar qəbul edib.


Bizimesr.media bildirir ki, Nazirlər Kabinetinin qərarıyla ADSEA-nın tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərinin adları bir sıra normativ hüquqi aktlarda dəyişdirilir. Beləliklə, bu publik hüquqi şəxslər “Regional Su Meliorasiya” QSC və “İri Şəhərlərin Su Təchizatı” QSC-yə çevirilir.


Dəyişikliklər su təsərrüfatı sahəsində müxtəlif qaydalar, o cümlədən sudan istifadə, təbii inhisar subyektlərinin siyahısı və digər normativ sənədlərə də şamil olunur. Qərarda diqqət çəkən məqamlardan biri də ADSEA-nın Kollegiyasının tərkibi ilə bağlı dəyişiklikdir. Əvvəlki sənədlərdə qeyd olunan publik hüquqi şəxslərin idarə heyətinin sədrləri əvəzinə yeni yaradılan QSC-lərin icraçı direktorları olacaq.


Qərarın özündə konkret şəxslərin vəzifədən azad edilməsi və ya yeni rəhbərlərin təyin olunması barədə müddəa yoxdur.

Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik


Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki müəssisələrin rəhbərlərinin mükafatlandırılması zamanı baş verən ədalətsizlik narazılığa səbəb olub.
Məlumata görə, bu ilin avqust ayında agentliyin direktor müavini Simnar Mamedovun təklifi ilə "işində fəal olan, yaxşı xidmətlər göstərən" Peşə Təhsil Mərkəzi və peşə məktəblərinin direktorlarının və müavinlərin 1 aylıq əməkhaqqı qədər pul mükafatı ilə mükafatlandırılması qərara alınıb.
Məlumata görə, ümumilikdə 86 nəfərə pul mükafatı təyin olunub.
Lakin mükafatlandırılan şəxslərin siyahısının ədalətsiz hazırlandığı və bunun da peşə təhsili müəssisələrinin rəhbərləri arasında narazılıq yaratdığı bildirilir.
Məlumata görə, ucqar rayonlarda, eləcə də Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən, təmirsiz, avadanlıq çatışmazlığı olan onlarla peşə təhsili müəssisəsinin direktor və müavinləri mükafatlandırılanlar siyahısına salınmayıb.
Adının çəkilməsini istəməyən narazıların sözlərinə görə, pul mükafatları siyahısında əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun və İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovun özlərinə yaxın hesab etdikləri şəxslər, həmçinin onların dəstəyi ilə təyin edilən direktor və müavinlər olub.

Qəribədir ki, siyahıya yenicə təyin olunmuş direktor və müavinlərin də adları salınıb. Elə əsl biabırçılıq da budur. Uzun illər peşə təhsili sahəsində çalışan, xüsusilə də ağır şəraitdə fəaliyyət göstərən direktor və müavinlər qala-qala, Agentlik direktoru İlqar Bayramlı yenicə təyin olunan direktor və müavinləri hansı xidmətlərinə görə mükafatlandırılması ilə razılaşıb? 2 aydır direktor, müavin təyin edilən şəxslər hansı xidmətlərinə görə mükafat ala bilər?

Görünür, ya Agentliyin pulu çoxdur xərcləməyə yer tapmır, ya da bu, xüsusi bir məqsəd daşıyır. Əgər Agentliyin pulu çoxdursa, pulu xərcləməyə yer tapmırsa, o zaman bu vəsaiti bölgələrdə lampası belə olmayan, döşəmələrindən ilan keçən, divarlarının boyası qopub tələbələrin nəfəsinə dolan peşə məktəblərində müəyyən işlərin görülməsinə xərcləmək olardı.

Qeyd edək ki, hazırda onlarla Peşə məktəblərində sentyabr ayının 9-ü olmasına baxmayaraq, avqust ayının əmək haqqları verilməyib. Gözünü əmək haqqına tikən, kredit verən müəllim və texniki heyət hələ də əksər məktəblərdə əmək haqqı gözləyir.

P.S
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı da daxil olmaqla bütün işçiləri əmək haqqını birinci alır, üstəlik biznesmen, imkanlı, yüzminlik avtomobillər sürən, bir neçə evlərə, biznes obyektlərinə malik direktorlara, onların müavinlərinə pul mükafatları da yazır. İmkansız, illərdir gözünü əmək haqqına tikən, ağır şəraitdə olan məktəbləri idarə edən direktorlar, onların müavinləri, müəllimlər, ustalar kənarda qalır? Budur İlqar Bayramlının, Emin Əmrullayevin ədaləti və qurduğu sistem? Doğrudur, toxun acdan xəbəri olmur, İlqar Bayramlı... Bəlkə də, unutmusuz!!!

Bizimesr.media

Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR


Tribuna.az xəbər verir ki, Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

Məlumata görə, əyləncə qurğusunun trosunun ev qırılması nəticəsində ölən Ucal Bayramov DOST Agentliyinin əməkdaşıdır.

Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.

Sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.

Xatırladaq ki, daha əvvəl onun ailəsi qəzalarla gündəmə gəlib.

Belə ki, 90-HN-009 dövlət nişanlı ““Mercedes Galandewagen” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı o zaman sükana nəzarəti itirib. Avtomobil Masazırdakı duz gölünün yanında “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb. Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Bundan əvvəl isə Novxanı qəsəbəsində dörd nəfərin ölümünə səbəb olan qəza baş vermişdi. Belə ki, Hacı Məhərrəmin kürəkəni Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” (dövlət nömrəsi 10 CO 002) yüksək sürətlə “Daewoo Damas”a çırpılmışdı. Avtomobildə olan Murad Ziyadov, Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov yerindəcə ölmüşdü. Daxili İşlər Nazirliyindən Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə olduğu bildirilmişdi.
Yada salaq ki, iş adamının və şirkətinin adı digər müxtəlif qanunsuz hallarda da hallanıb.

Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...



Abşeron yarımadasında su təminatı və suvarma sistemlərinin necə idarə olunması hər zaman strateji mövzu sayılır. Lakin Faktum.az bildirir ki, son vaxtlar bu həyati sahədən strateji idarəçilikdən çox, ailə dramlarını və qohumluq şəbəkələrini xatırladan iddialar sızmaqdadır. Görünür, Abşeronda bəzi idarələr dövlət resurslarını idarə etməyi sadəcə “ailə biznesi” qurmaq kimi başa düşüblər.
​Müzakirələrin mərkəzində uzun illər Abşeron Suvarma Sistemləri İdarəsinə rəhbərlik etmiş, ardınca isə dərhal yeni yaradılmış Su Anbarlarının İstismarı İdarəsinə rəisi gətirilən Yusif Ələsgərovun adı keçir. İddialara görə, cənab Ələsgərov idarəçilik illərində peşəkarlıq meyarlarını kənara qoyaraq olduqca maraqlı bir kadr siyasəti yürüdüb. Onun vasitəçiliyi ilə yaxın qohumu olduğu bildirilən, ixtisasca baytar olan Hidayət Rəcəbov Abşeronda Sudan İstifadəçilər Birliyinə rəhbər təyin olunub. Su təsərrüfatına baytar ixtisaslı kadrın rəhbərlik etməsi özlüyündə bir idarəçilik “şah əsəri” sayıla bilərsə də, məsələ bununla bitmir. Məlumatlara görə, Hidayət Rəcəbov da öz növbəsində “qohumcanlılıq” ənənəsini davam etdirərək iki qızını, kürəkənini, həyat yoldaşını və oğlunu müxtəlif vəzifələrə yerləşdirib. Ortaya çıxan mənzərə dövlət qurumundan çox, bir ailənin toplandığı xüsusi mülkü xatırladır. Deyəsən, Sumqayıtda restoran və iri kommersiya obyektlərinə sahib olduğu deyilən cənab Rəcəbov dövlət idarəsini də öz şəxsi şəbəkəsinin bir filialı hesab edib.
​Təbii ki, bu dərəcədə geniş kadr “islahatları” fonunda əsas xidməti vəzifələrin necə icra olunması da maraq doğurur. İddialara görə, Yusif Ələsgərov rəhbərlik etdiyi dövrdə strateji su anbarlarının faktiki vəziyyətini yerində yoxlamaq əvəzinə, vaxtının böyük hissəsini kabinetdə Hidayət Rəcəbovla söhbətlərə həsr edib. İnsanların su təminatı və strateji obyektlərin təhlükəsizliyi kabinet rahatlığına qurban verildiyi bir vaxtda, bu şəxsin 20 ildən artıq eyni mövqedə qalması və sonra daha cavabdeh bir quruma rəhbər keçməsi idarəçilik möcüzəsindən başqa bir şey deyil.
​Bəs bütün bu baş verənlərin fonunda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov haradadır və nə ilə məşğuldur?
Quruma rəhbərlik etdiyi dövrdə şəffaflıq və müasir idarəçilik vədləri verən Zaur Mikayılovun gözü qarşısında tabeliyindəki idarələrin “qohum-əqrəba birliyinə” çevrilməsi cavabsız suallar yaradır. Zaur müəllimin tabeliyində olan idarələrdə baytarın su idarə etməsinə, bir qurumda tam bir ailə heyətinin məskunlaşmasına və strateji su anbarlarının nəzarətsiz qalmasına seyrçi mövqe tutması, sadəcə idarəçilik zəifliyi deyil, həm də ciddi məsuliyyətsizlikdir.
ASC rəhbərliyinin bu cür mənzərəyə göz yumması və ya xəbərsiz olması idarəetmə sükanının nə dərəcədə boş buraxıldığının bariz göstəricisidir.
​Dövlət vəsaiti hesabına saxlanılan və strateji əhəmiyyət kəsb edən bir sahənin bu cür şəxsi maraqlara təslim edilməsi cavabsız qala bilməz. Zaur Mikayılov və rəhbərlik etdiyi ASC bu iddialara nə vaxtsa aydınlıq gətirəcək, yoxsa su təsərrüfatındakı bu “bulaq” yalnız qohumların bəhrələnməsi üçün axmağa davam edəcək?
​Faktum.az

İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT


Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciə iki nəfərin həyatına son qoyub. Hadisədən sonra diqqətlər mərkəzin sahibi kimi təqdim olunan iş adamı Hacı Məhərrəm Novruzova yönəlib.

Bəs Məhərrəm Novruzov kimdir, hansı sahələrdə fəaliyyət göstərir və onun adı daha əvvəl hansı mübahisələrdə hallanıb?

Modern.az xəbər verir ki, ilkin məlumata görə, “Şəki Yaylası”nda əyləncə məqsədilə istifadə edilən qurğunun trosunun qırılması nəticəsində 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib.

TƏBİB təcili tibbi yardım briqadasının hadisə yerində iki nəfərin ölümünü qeydə aldığını bildirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Mediada yayılan məlumatlara əsasən, “Şəki Yaylası” istirahət mərkəzi iş adamı Hacı Məhərrəm Novruzova məxsusdur.

Açıq mənbələrdə yer alan məlumatlara görə, Məhərrəm Novruzov uzun illərdir tikinti, daşınmaz əmlak, turizm, iaşə və idman sahələrində fəaliyyət göstərir. Onun adı xüsusilə “Bağçalı Evlər” MTK və bu şirkətin həyata keçirdiyi layihələrlə əlaqələndirilir.

“Bağçalı Evlər” MTK-nın 2006-cı ildən Azərbaycanda müxtəlif layihələrə sərmayə yatırdığı bildirilir. Şirkətin əsas layihələrindən biri Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksidir.

Novruzovun adı kompleksin ərazisindəki “Şən Yuva” uşaq əyləncə mərkəzi, “Qurtuluş-93” parkı, hazırlıq kursları, klinika, “Yeni Saray” şadlıq sarayı və “New City” hoteli ilə də əlaqələndirilir. Ərazidə, həmçinin supermarketlər, restoranlar, idman zalları, üzgüçülük hovuzu, türk hamamı, oxu zalı və müxtəlif ticarət obyektləri fəaliyyət göstərir.

İş adamının turizm və istirahət sektorunda da fəaliyyət göstərdiyi qeyd olunur. Novxanıda, Xəzər dənizinin sahilində yerləşən “My Beach” hotel-restoran kompleksinin də Məhərrəm Novruzov tərəfindən təsis edildiyi bildirilir.

M.Novruzovun adı idman layihələri ilə də bağlıdır. O, “Əlincə” İdman Klubunun və “Əlincə” futbol komandasının yaradılmasına sərmayə qoyan şəxs kimi təqdim olunur. İş adamının 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş 15 min tamaşaçı tutumlu “Əlincə Arena”nın yaradılmasına da vəsait yatırdığı bildirilir.

Açıq mənbələrdə Novruzovun Şabran rayonunda idman akademiyasının filialı, idmançılar üçün hotel, müxtəlif tutumlu üç idman meydançası və park saldırdığı barədə də məlumatlar yer alır. Onun məktəb tikintisi və digər sosial layihələr həyata keçirdiyi qeyd olunur.

Məhərrəm Novruzovun adı əvvəlki illərdə mediada müxtəlif mübahisələr fonunda da hallanıb.

2017-ci ildə Ukrayna vətəndaşı olan azərbaycanlı Nazim Qəzənfərov iş adamına qarşı maliyyə mübahisəsi, əmlakın mənimsənilməsi və hədə-qorxu ilə bağlı iddialar səsləndirib.

M.Novruzov həmin ittihamları qəti şəkildə rədd edərək, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. İş adamı, əksinə, N.Qəzənfərovun müxtəlif sənədləşmə və tikinti işləri adı altında ondan külli miqdarda vəsait aldığını və nəticədə ona ciddi maddi ziyan vurduğunu iddia edib.

Novruzov Qəzənfərova və onun yaxınlarına təzyiq göstərməsi barədə deyilənləri də təkzib edib. O, məsələni yalnız hüquqi müstəvidə həll etməyə çalışdığını bildirib. Tərəflərin qarşılıqlı iddiaları üzrə məhkəmə prosesinin hansı nəticə ilə başa çatdığı barədə açıq məlumat yoxdur.

Qeyd edək ki, əvvəlki mübahisələrin “Şəki Yaylası”nda baş verən hadisə ilə əlaqəsi barədə hər hansı məlumat yoxdur.

İstirahət mərkəzindəki faciəyə görə konkret şəxslərin məsuliyyət daşıyıb-daşımadığı da hələ müəyyənləşdirilməyib. Şəki Rayon Prokurorluğunda aparılan araşdırma zamanı qurğunun texniki vəziyyətinin, təhlükəsizlik qaydalarına əməl olunmasının və mərkəzin məsul şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi gözlənilir.

“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI


“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının (BOKT) balansında olan 44 qeyri-yaşayış obyekti hərrac vasitəsilə satışa çıxarılır.

“Aqrarkredit”in hərraca çıxarılan 44 obyektinin ümumi qiyməti 10,4 milyon manata bərabərdir.
Hərraca çıxarılan əmlakların ümumi sahəsi isə 11 445,2 kvadratmetr təşkil edir. Əmlaklar, əsasən, Abşeron rayonunun Xırdalan şəhərində, həmçinin Bakının Xətai və Yasamal rayonlarında yerləşir.
Siyahıdakı əmlaklar üç ayrı hərrac üzrə satışa çıxarılır. İlk hərrac 6 oktyabr 2026-cı il saat 11:00-da, digər iki hərrac isə 16 sentyabr 2026-cı il saat 10:30 və 10:00-da keçiriləcək.
Ən böyük obyekt Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 ünvanında yerləşən 1 560 kvadratmetrlik qeyri-yaşayış sahəsidir. Onun start qiyməti 372 600 manat müəyyənləşdirilib. Ən kiçik obyekt isə eyni ünvanda yerləşən 36,5 kvadratmetrlik sahədir. Bu obyektin start qiyməti 72 270 manatdır.
Qiymətinə görə isə ən baha obyekt Xətai rayonunda, Xudu Məmmədov küçəsi, giriş 174D ünvanında yerləşən 351 kvadratmetrlik sahədir. Onun ilkin satış qiyməti 694 980 manatdır.
Ən ucuz obyekt isə Xətai rayonunda, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 ünvanında yerləşən 36,5 kvadratmetrlik sahədir. Onun start qiyməti 72 270 manatdır.
Hərraca çıxarılan əmlakların ünvan, sahə və start qiymətləri belədir:
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 1 (blok 1) – 228,7 kv.m (115 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 13 (blok 21) – 228,7 kv.m (114 350 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 10 (blok 38) – 228,7 kv.m (114 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 29 (blok 82) – 228,7 kv.m (114 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 30 (blok 83) – 228,7 kv.m (114 350 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 28 (blok 81) – 228,7 kv.m (116 637 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 15 (blok 31) – 228,7 kv.m (115 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 9 (blok 19) – 228,7 kv.m (115 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 4 (blok 13) – 228,7 kv.m (118 924 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 8 (blok 18) – 228,7 kv.m (114 350 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 2 (blok 9), y/zirzəmi – 227,3 kv.m (113 650 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 1 (blok 4) – 236,4 kv.m (122 928 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 2 (blok 12) – 229,5 kv.m (119 340 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 11 (blok 24) – 228,7 kv.m (114 350 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 13 (blok 20) – 228,7 kv.m (127 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 12 (blok 23) – 228,7 kv.m (127 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 12 (blok 22) – 228,7 kv.m (115 000 manat)
Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 11 (blok 25) – 228,7 kv.m (120 000 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 75,7 kv.m (163 512 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 169,3 kv.m (365 688 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 172C – 170 kv.m (367 200 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 190 kv.m (410 400 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 1 560 kv.m (372 600 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 36,5 kv.m (72 270 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 360 kv.m (777 600 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 37 kv.m (73 260 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 – 39,4 kv.m (78 012 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 184H – 116,3 kv.m (230 274 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 184X – 192,3 kv.m (380 754 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 3 (22 qarajlıq) – 1 009 kv.m (247 500 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 174D – 351 kv.m (694 980 manat)
Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 174C – 85,5 kv.m (169 290 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 285B, M2, m1 – 218 kv.m (295 200 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 285B, M2, m2 – 168,9 kv.m (228 015 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 285B, M2, m3 – 212,8 kv.m (287 280 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 285B, M2, m4 – 263,7 kv.m (355 995 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 283B, M2, m1 – 347,5 kv.m (468 000 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 283A – 261,5 kv.m (351 000 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 281B – 199,3 kv.m (267 261,30 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 281A – 396,7 kv.m (528 300 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 285A – 169,3 kv.m (228 555 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 285D – 177,1 kv.m (239 850 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 287A – 280,9 kv.m (384 271,20 manat)
Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 287B – 233,8 kv.m (319 838,40 manat)

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 72 milyon 669 min 490 manat 42 qəpik olan “Aqrarkredit” QSC BOKT 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətə İlham Kələşov rəhbərlik edir.
Qurumdan verilən məlumatda qeyd olunur ki, hazırda təşkilat həm maliyyə institutu kimi kreditlərin verilməsi, həm də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ona ötürülmüş problemli aktivlərinin qaytarılması ilə məşğul olur. Təşkilatın səhmləri tam şəkildə dövlətə məxsusdur.
Onu da bildirək ki, bu ilin iyul ayında yerli mətbuatda yayılan məlumatda Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə “Aqrarkredit” QSC BOKT-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb. Qeyd olunub ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.
İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.
Yayılan məlumatlarda həmçinin qeyd olunub ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.
Qeyd edək ki, “Aqrarkredit”in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Məmməd Musayevin oğlu Azad Musayevin isə “Turan Bank” ASC-nin səhmlərinin 9,9 %-nə nəzarət edir.
Xatırladaq ki, uzun illər mətbuatda “Turan Bank” Məmməd Musayevin bankı kimi tanınıb.

Yeniavaz.com

Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?


Nizami rayon İcra Hakimiyyəti yağışlı və küləkli gündə işçilərə avtomobil yollarını süpürtdürür.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında ictimai fəal Haldun Novruzzadə yazıb. O bildirib ki, küçəni süpürənlər təhlükəli şəraitdə işləyir:

“Çöldə leysan var, amma Nizami rayon Mənzil Komunal İdarəsi insanları töküb Heydər Əliyev prospektinə yol süpürtdürür. Gəlib keçən avtomobillər suyu vurur üstlərinə, göz-gözü görmür. Gedib bir maşın bu adamlardan birini vursa, təqsir bir başa Nizami rayon icra başçısının olacaq. Biabırçılıqdı vallah”.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25