Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Sənədə əsasən, Azərbaycanda, o cümlədən regionlarda rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verən göstəricilər sistemi hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nda əks olunub.

Sənədə əsasən, mexanizmin formalaşdırılması Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılıb.

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi 2026-cı ildə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yenidən təşkili əsasında yaradılıb. Mərkəz beynəlxalq və regional proseslərin, təhlükəsizlik məsələlərinin, eləcə də multikulturalizm sahəsində elmi-analitik araşdırmaların aparılması ilə məşğul olacaq.

Mərkəzin hazırkı adı və yeni hüquqi statusu 2026-cı ilin iyulunda təsdiqlənib.

“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bu barədə protokol müştəri E.Novruzovun Dövlət Agentliyinə müraciətindən sonra tərtib olunub.

Məlumata görə, “Kontakt” internet saytında 2 199,99 manata reklam olunan skuter istehlakçıya 2 419,99 manata satılıb. Reklam olunan qiymətlə faktiki satış qiyməti arasında yaranan 220 manatlıq fərqlə bağlı şirkət barəsində Dövlət Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

İş materiallarına əsasən, şirkətin “kontakt.az” internet saytında sözügedən məhsul 2 199,99 manat qiymətə reklam edilib. Lakin həmin məhsulun sonradan istehlakçıya 2 419,99 manata satıldığı müəyyənləşdirilib.

Binəqədi Rayon Məhkəməsinin araşdırması zamanı “kontakt.az” internet səhifəsinin ekran görüntüləri də tədqiq edilib. Həmin görüntülərdən məlum olub ki, əvvəlki qiyməti 2 499,99 manat olan “ZIGZAG ONE 50CC BLACK” markalı məhsul 300 manat endirimlə 2 199,99 manata satışa təklif edilib. Saytda hissəli alış kalkulyatorunda 18 aylıq ödəniş planı seçildikdə aylıq ödəniş məbləği 122,22 manat göstərilib.

Eyni zamanda, hissəli alış kalkulyatorunun altında “Sifarişin rəsmiləşdirilməsi zamanı komissiya əlavə oluna bilər” məzmununda qeyd yerləşdirilib.

İş materiallarında olan satış sənədindən görünür ki, E.Novruzova “ZIGZAG ONE 50CC BLACK” markalı məhsul 18 aylıq hissəli ödəniş şərti ilə 2 419,99 manat məbləğində rəsmiləşdirilib. Bu zaman aylıq ödəniş məbləği 134,44 manat müəyyən edilib. Beləliklə, reklamda göstərilən 2 199,99 manatlıq qiymətlə müqavilədə əks olunan 2 419,99 manatlıq satış qiyməti arasında 220 manat fərq yaranıb. Aylıq ödəniş baxımından da reklamda göstərilən 122,22 manatla faktiki müəyyən edilmiş 134,44 manat arasında fərq olub.

İstehlakçı reklam olunan qiymətlə faktiki satış qiyməti arasında 220 manat fərq yarandığını, bununla da hüquqlarının pozulduğunu bildirərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.

Məhkəmə iclasında “ABC-Telecom” MMC-ninnümayəndəsi isə protokolla razılaşmayıb. Nümayəndə qeyd edib ki, məhsulun son qiyməti və aylıq ödəniş məbləği müqavilə bağlanarkən istehlakçıya izah edilib və müqavilə onun razılığı ilə bağlanıb. Bu əsaslarla şirkətin nümayəndəsi inzibati icraata xitam verilməsini istəyib.

Məhkəmə iş materiallarını, inzibati xəta haqqında protokolu, internet səhifəsinin görüntülərini, satış sənədlərini və istehlakçının Agentliyə müraciətini araşdırıb. Məhkəmə nəticəyə gəlib ki, MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur.

Beləliklə, məhkəmə hüquqi şəxsi inzibati xətanı törətməkdə təqsirli bilib. Lakin məhkəmə eyni zamanda müəyyən edib ki, şirkətin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət artıq keçib. Bu səbəbdən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsini əsas götürərək MMC-yə 428.10-cu maddə ilə inzibati tənbeh təyin etməyib. Bununla əlaqədar şirkət barəsində inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilib.

Plat.az

"Bravo”-ya daha bir protokol yazıldı - Məhsulları çox baha satır


“Bravo” supermarketlər şəbəkəsinin sahibi olan “Azərbaycan Supermarket” MMC barəsində inzibati protokol tərtib edilib.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol rəsmiləşdirilib.

“Azərbaycan Supermarket” MMC-nin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozduğu müəyyənləşdirilib.

“Bravo” mağazalarında qida məhsulu üzərində göstərilən qiymətdən daha baha qiymətə satılıb.

“Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlı məqam isə ondan ibarətdir ki, bu, “Bravo” supermarketlər şəbəkəsi ilə bağlı cari il ərzində eyni xarakterli üçüncü haldır.

Beləliklə, istehlakçıların hüquqlarının pozulması ilə bağlı “Bravo”nun eyni qayda pozuntusuna görə il ərzində artıq üçüncü dəfə məsuliyyətə cəlb edilməsi diqqət çəkir.

Bizimesr.media

Astara Maqistral Qaz Kəmərləri Sahəsində PARTLAYIŞ: Ağır xəsarət alan işçi hüquq-mühafizə orqanlarından gizlədilir... - TƏFƏRRÜAT



Qaz İxrac İdarəsinin Astara Maqistral Qaz Kəmərləri Sahəsinin Əngevül, Orduxal qaz xəttinin kəmərində təmir işləri görülərkən qəza baş verib və nəticədə məhz rəhbər şəxsin səriştəsizliyi və naşılığı səbəbindən işçilərdən biri ağır xəsarət alıb. Bu barədə "Dia-az"a məlumat verən mənbənin sözlərinə görə, bütün bu baş verənlər həm ümumi rəhbərlikdən, həm də ictimaiyyətdən, habelə hüquq-mühafizə orqanlarından gizli saxlanılır.

Hətta ağır durumda olmasına baxmayaraq xəsarət alan şəxs adi ev şəraitində müalicə olunur ki, bu isə açıq-aşkar onun həyatının risqə atılması deməkdir. Yəni görünəni odur ki, hüquq-mühafizə orqanları qarşısında yarana biləcək məsuliyyətdən yayınan rəhbərlik işçinin həyatı bahasına olsa belə, öz çirkin niyyətini icra etməkdən çəkinməyib.

İndi də gələk hadisənin təfərrüatına. Daxil olan məlumatda deyilir ki, Astara Maqistral Qaz Kəmərləri Sahəsinin Əngevül, Orduxal qaz xəttinin diametri 219 sm olan kəmərində sentyabr ayının 7-si təmir işləri görülən zaman, cavabdeh və rəhbər şəxs Əsədullayev Şərafətin idarəçilik etdiyi vaxt çilingər Məmmədov Vidadi Böyükağa oğlu "laqonda" aparatı ilə kəsim apararkən xəttdə yüksək təzyiqdə qaz olduğundan partlayış baş verib.

Partlayış baş veren zaman çilingər Vidadi Məmmədov ağır yanıq xəsarətləri alıb. Bunu görən Şərafət Əsədullayev baş verənləri rəhbərlikdən gizlədib, aidiyyatı üzrə məlumat verməyib.

"DİA-AZ"a danışan mənbə bildirir ki, artıq 4 gündür çilingər Vidadi Məmmədov evində müalicə aldığından işə də çıxa bilmir və bu fakt Qaz İxrac İdarəsinin rəhbərliyi ilə yanaşı hüquq-mühafizə orqanlarından da gizli saxlanılır.

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

TƏBİB-in tabeliyindəki qurumda KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?



Sumqayıt şəhərində fəaliyyət göstərən tibb müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Sumqayit24.az-a daxil olan məlumata görə, yoxlamaların nəticəsi olaraq bir sıra əməkdaşların işdən azad edilməsi ilə bağlı əmrlər verilib.

İşdən çıxarılan şəxslərin siyahısını təqdim edirik:

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Poliklinika şöbəsinin müdiri Aynur Nizami qızı Məmmədova;

- Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində həkim Əliyev Şükür Məmməd oğlu ;

- Poliklinika şöbəsinin həkim-dermatoveneroloqu Elməddin Ağalar oğlu Əmrahov;

- Poliklinika şöbəsinin tibb bacısı Hicran Cəfər qızı Şahbazova ;

- Qeydiyyat bölməsinin müdiri Almaz Asif qızı Cəfərova;

- Qeydiyyat bölməsində qeydiyyatçı Qasımova İlahə Novruz qızı.

2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Poliklinika şöbəsinin müdiri Vüqar Hakim oğlu Sultanlı;

- Qeydiyyat bölməsinin müdiri Cəmilə Aslan qızı Qocayeva.

3 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Baş həkim Elçin Ələddin oğlu Quliyev ;

- Poliklinika şöbəsinin müdiri Natiq Sadıq oğlu Həsənov ;

- Poliklinika şöbəsinin həkim-kardioloqu Sevinc Ağadadaş qızı İsgəndərova ;

- Qeydiyyat bölməsində qeydiyyatçı Allahverdiyeva Rəfiqə İbrahim qızı.

4 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında:

- Poliklinika şöbəsinin həkim-psixiatrı Rəfail Əkbər oğlu Abdullayev.

Bundan əlavə, 2 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyevanın vəzifəsi dəyişdirilərək 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri təyin edilib.

Vilyam Hacıyevin oğlu maşınlar üçün bu qədər pul ödəyib


Həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev hərracda atasının maşınlarına 53 min 500 manat pul ödəyib.

Bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb.

Ekspert əlavə edib ki, hərraca çıxarılan maşınların arasında “Range Rover” və “BMW 740İ” kimi markalar var: “Sizə Vilyamdan danışacam, yox-yox, Şekspirdən, onun ölməz əsərlərindən deyil də, Azərbaycanda İcra Başçısı işləmiş Vilyam Hacıyevdən söz açacam.

Ölkə mediası yazır ki, Vilyam müəllim korrupsiya ittihamları ilə həbs olunanda, qanuna görə əmlakı da müsadirə olunmuşdu. Sonra məhkəmə qərarı ilə dövlətə dəymiş ziyanı ödəmək üçün Vilyam müəllimin əmlakının bir hissəsi, o cümlədən, bir neçə avtomobili hərraca çıxarılıb.

İndi məlum olur ki, o hərraclarda Vilyam müəllimin maşınlarını ..... oğlu alıb. Özü də, “Range Rover” və “BMW 740İ” markalı avtomobilləri üçün cəmi 53500 manat ödəyib”.

Bizimesr.media

İlqar Bayramlı Peşə sistemini niyə idarə edə bilmir? - “Vakansiya yerlərini gizlədirlər”



Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial şəbəkə hesabında ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrinin elan olunmasından sonra narazılıqlar artmaqdadır.

Bizimesr.media xəbər verir ki, Agentliyin paylaşımına yazılan şərhlərdə bəzi vətəndaşlar peşə təhsili müəssisələrində işə qəbul və dərs bölgüsü ilə bağlı ciddi iddialar səsləndirirlər.

Sarvan Husayn adlı şikayətçi Agentliyə müraciətində yerli peşə təhsili mərkəzlərində mövcud vakansiyaların gizlədildiyini və bəzi hallarda vəzifələrin “öz adamları” ilə doldurulduğunu iddia edib.

Şikayətçinin sözlərinə görə, xüsusilə gənc və yeni kadrların işə qəbulunda problemlər yaşanıb. O, bəzi yaşlı şəxslərin, hətta 65 yaşdan yuxarı şəxslərin işlə təmin edildiyini, buna qarşılıq gənc mütəxəssislərə imkan yaradılmadığını bildirib.

“Əgər deyirsiniz ki, əsaslı məlumat verin, əslində əsaslı məlumatlardır verdiyimiz, ancaq heç bir tədbir görülmür. Dərs bölgüsü və eləcə də işə qəbul olanların məlumatına baxsanız, dərs bölgüsünə nəzər yetirsəniz, özünüz də bunun şahidi olacaqsınız”, – deyə şikayətçi qeyd edib.

Müraciətdə konkret olaraq Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə bağlı da iddialar səsləndirilib.

Sarvan Husayn iddia edir ki, həmin təhsil müəssisəsində bəzi vakansiyalar barədə məlumatlar vətəndaşlardan gizlədilib. O, həmçinin dərs bölgüsünə nəzarət edən şəxsin müəllimlərdən müxtəlif məbləğlərdə pul tələb etdiyini, pul verildiyi halda dərs saatlarının təmin edildiyini, əks halda isə kənardan müəllimlərin dəvət olunduğunu iddia edib.

Şikayətçi hesab edir ki, peşə təhsili sahəsində şəffaflığın təmin olunması üçün nəzarət mexanizmləri gücləndirilməlidir.

“Bir daha İlqar müəllim, sizdən bir vətəndaş kimi bu məsələyə daha ciddi yanaşmanızı və tək Gəncə məktəblərinə yox, eləcə də digər rayon və şəhərlərdəki peşə məktəblərində olan belə halların qarşısının alınması üçün lazımi əməkdaşlarınıza tapşırıq verməyinizi xahiş edirəm”, – deyə o bildirib.

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mövqeyi həmişəki kimi yoxdur. Qurumlar və İlqar Bayramlı təin olunan gündən susmaqdadır.

Lənkəranda AĞACLARI KİM YEYİR? - ÖZBAŞINA QALIBLAR...


Bir neçə gün öncə Lənkəran rayonunda 10 dan çox şam cinsindən olan ağacların kəsilib yerində iki mərtəbə tikililərin inşa edilməsi faktini işiqlandırmışdıq.
Amma çox təəssüflər olsun ki, aidiyyatı dövlət qurumlarından bununla bağlı hər hansı bir reaksiya olmadı.

Belə faktlar cənub bölgəsində çoxdur.
Bu "soyqrım" faktları-çayların qazılması, ağacların kəsilməsi, kərpiczavodlara torpaqların daşınması 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Rafiq Ədilovun rəhbərliyi altında baş verir.

Lənkəran şəhərində Gülağa Məmmədov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerdə iridiamterili ağacların kəsilərək yerində hündür mərtəbə tikili salınır.
Nə qədər ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir, ekologiyamız da belə məhv olub aradan gedəcək.
Araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Nyus.Az



Mingəçevirdə azyaşlı övladının müalicəsinə imkanı çatmayan ailə kömək gözləyir - MÜRACİƏT


Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Həsənzadə Elçin Yusif oğlu ağır xəstəlikdən əziyyət çəkən 1 yaş 4 aylıq övladının müalicəsi üçün aidiyyəti dövlət qurumlarına və ictimaiyyətə müraciət edib.

4 nəfərdən ibarət olan ailənin aylıq gəlirinin cəmi 367 manat təşkil etdiyini bildirən valideyn, bu məbləğin gündəlik ehtiyacları və körpənin müalicə xərclərini qarşılamağa kifayət etmədiyini vurğulayır. 2025-ci il təvəllüdlü Həsənzadə Atilla Elçin oğlunda anadangəlmə ciddi sağlamlıq problemləri, o cümlədən onurğa və bel əyriliyi müəyyən olunub.
Vaxtında aparılan reabilitasiya və masaj prosedurlarından sonra müsbət irəliləyişlər əldə edilsə də, maddi imkansızlıq səbəbindən müalicə prosesi dayanıb. Atilla hazırda yaşına uyğun olaraq müstəqil yeriyə və ayaq üstə dura bilmir.
Valideyn Elçin Həsənzadə aidiyyəti qurumlardan və xeyriyyəçilərdən aşağıdakı məsələlərdə dəstək olmalarını xahiş edir:
***
Körpə ovladı xəstə onun müalicəsinə Maddi imkanı olmayan
ÇARƏSİZ VƏZİYYƏTDƏ OLAN AİLƏ
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
Dövlət Sosial Müdafiə Fonduna
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə
Yaşadığım Mingəçevir Şəhər İcra Hakimiyyətinə
MÜRACİƏT
Mən, 1977-20-10 tarixdə anadan olmuş Həsənzadə Elçin Yusif oğlu iki azyaşlı övladımın valideyniyəm. Ailəmizin maddi vəziyyəti olduqca ağırdır. Ailədə dörd nəfər yaşayırıq və mənim aylıq gəlirim cəmi 367 manatdır. Bu məbləğ ailəmizin gündəlik yaşayış və xüsusilə də övladımın müalicə xərclərini qarşılamağa kifayət etmir.
Mənim 1 yaş 4 aylıq oğlum [uşağın adı,Həsənzadə Atilla Elçin oğlu 2025-14May da dogulub] anadangəlmə ciddi sağlamlıq problemlərindən əziyyət çəkir. Uşaqda həkimlər tərəfindən anadangəlmə , həmçinin onurğa/bel əyriliyi müəyyən edilmişdir.
Uşaq hazırda öz yaşına uyğun olaraq ayaq üstə dura və yeriyə bilmir. Əvvəllər hətta müstəqil otura bilmirdi. İmkanım daxilində bir neçə dəfə masaj və reabilitasiya xidməti göstərməyə çalışmışam. Bundan sonra müəyyən irəliləyiş olmuş, uşaq artıq otura bilir. Lakin müalicə və reabilitasiyanın davam etdirilməsi üçün ailəmin maddi imkanı yoxdur.

Həkimlərin bildirdiyi kimi, uşağın vaxtında müayinə, müalicə və reabilitasiya tədbirləri ilə təmin olunması onun gələcək sağlamlığı və fiziki inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Maddi imkansızlıq səbəbindən bu müalicələri davam etdirə bilməməyimiz məni bir valideyn kimi ciddi narahat edir.
Bu səbəbdən Sizdən xahiş edirəm:
Övladımın tibbi vəziyyətinin və reabilitasiya ehtiyacının aidiyyəti dövlət tibb müəssisələrində qiymətləndirilməsinə və zəruri müalicə-reabilitasiya xidmətləri ilə təmin edilməsinə köməklik göstərəsiniz.
Uşağın əlillik vəziyyətinin və ona qanunvericiliklə nəzərdə tutulmuş sosial təminatların müəyyən edilməsi məsələsinə baxılmasını təmin edəsiniz.
Ailəmizin maddi vəziyyətinin araşdırılmasını və imkan daxilində ünvanlı sosial yardım və digər sosial dəstək tədbirlərindən yararlanmağımıza köməklik göstərəsiniz.
Uşağın masaj, fizioterapiya və digər zəruri reabilitasiya xidmətləri ilə təmin olunmasına yardım göstərəsiniz.
Müalicə və reabilitasiya xərclərini öz imkanlarımız hesabına qarşılaya bilmədiyimiz nəzərə alınaraq, mümkün olan digər dövlət və sosial yardım mexanizmlərinin tətbiq edilməsini xahiş edirəm.
Mənim məqsədim övladımın vaxtında müalicə və reabilitasiya almasını təmin etməkdir. Maddi imkanım buna yol vermədiyi üçün aidiyyəti dövlət qurumlarından və imkan daxilində xeyriyyə və beynəlxalq humanitar təşkilatlardan dəstək göstərilməsini xahiş edirəm.
Müraciətimə həssaslıqla yanaşılmasını və azyaşlı uşağın sağlamlığı nəzərə alınaraq məsələnin mümkün qədər təxirəsalınmaz qaydada araşdırılmasını xahiş edirəm.
Əlavə olunur:
Uşağın tibbi sənədlərinin surətləri;
Tibbi müayinə və analiz nəticələri;
Uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
Valideynlərin şəxsiyyət vəsiqələrinin surətləri;
Ailənin gəlirini təsdiq edən sənəd;
Digər aidiyyəti sənədlər.
Müraciət edən: [Həsənzadə Elçin Yusif oglu,
Ünvan: Mingəçevir Şəhər Nizami 10/37.mənzil 53]
Telefon: 0556492651
Tarix: 08-09-2026

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25