Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi



Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ "Prayk.com" platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsaslı interaktiv qiymət və nəqliyyat sıxlığı analitikasını istifadəyə verdi.

Platforma nə təklif edir?

- Xəritədə elanlar və real vaxt rejimində yol sıxlığı: İstifadəçilər xəritə üzərindən təkcə Bakı və regionlardakı dəqiq elanları deyil, həm də həmin ərazinin günün müxtəlif saatlarındakı faktiki yol və tıxac vəziyyətini bir toxunuşla izləyə bilirlər.

- Süni intellekt (AI) analitikası: Alqoritmlər mənzilin yerləşdiyi lokasiya, infrastruktur əlçatanlığı, qiymət dinamikası və pik saatlardakı yol sıxlığını qarşılaşdıraraq əmlakın "real yaşayış dəyərini" hesablayır.

- Bazar qiymətləri və büdcə təhlili: Alıcı mənzili seçməmişdən öncə təklif olunan qiymətin bazar ortalamasına uyğunluğunu dərhal görür, işə və ya təhsil müəssisələrinə gediş-gəliş vaxtını qabaqcadan dəqiqləşdirir.

Rəsmi açıqlama:

"Biz istifadəçilərimizə sadəcə elanlar toplusu deyil, əsaslandırılmış qərar vermə aləti təqdim edirik. İnsanlar illər boyu formalaşdırdıqları büdcə ilə mənzil əldə edir, lakin sonra hər gün yollarda ciddi vaxt itkisi ilə qarşılaşırlar. Prayk.com-un süni intellektlə inteqrasiya olunmuş xəritə və qiymət analitikası bu riski minimuma endirərək seçim prosesini şəffaf və analitik səviyyəyə qaldırır", - deyə platformanın nümayəndəsi bildirib.

Xəritəni canlı sınaqdan keçirin:

- Xəritədə elanlar: prayk.com/az/map

- Bazar qiymətləri: prayk.com/az/qiymetler

Ceyhun Cəlilov VƏTƏNDAŞ QƏBULU TƏDARÜKÜNDƏ... - ŞOUDUR, YOXSA..?


Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov sentyabrın 18-də Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Səlahiyyətli Nümayəndəlik məlumat yayıb.

Qəbul əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısı əsasında keçiriləcək.

Yerli sakinlər isə bu cür görüşlərə əsasən əvvəlcədən seçilmiş şəxslərin buraxıldığını, real problemi və şikayəti olan vətəndaşların isə çox vaxt kənarda qaldığını iddia edirlər.

Sakinlərin sözlərinə görə, hazırda Naxçıvanda əsas problemlər arasında işsizlik, polis və məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq xüsusi yer tutur və vətəndaşlar bu problemlərdən ciddi əziyyət çəkirlər.

Onlar həmçinin bildirirlər ki, görüşlərə qatılan bəzi “şikayətçilər” əvvəlcədən hazırlanır və çıxışlarında əsasən hökuməti tərifləyirlər.

"Gündəlik Naxçıvan"

Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar


Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli şəhər xəstəxanasının baş həkimi Turanə Rüstəmovanın fəaliyyəti ilə bağlı redaksiyaya ciddi iddialar daxil olub.
Məlumatlarda bildirilir ki, 2025-ci ildə sözügedən tibb müəssisəsinə baş həkim təyin olunan Turanə Rüstəmovanın idarəçilik fəaliyyəti xəstəxana əməkdaşları arasında narazılığa səbəb olub. İddialara görə, müəssisədə bəzi şöbə müdirləri və həkimlərdən müxtəlif adlar altında aylıq ödənişlər tələb olunur.

Redaksiyaya təqdim edilən məlumatlarda xüsusilə “fond pulu” adı altında həkimlərdən mütəmadi şəkildə vəsait toplandığı iddia edilir. Bu vəsaitlərin hansı hüquqi əsasla yığıldığı, harada uçota alındığı və hansı məqsədlə xərcləndiyi isə açıq qalır.

Daha ciddi iddialardan biri xəstəxanaya ayrılan dərman preparatlarının taleyi ilə bağlıdır. Mənbələrin sözlərinə görə, dövlət tibb müəssisəsi üçün nəzərdə tutulan bəzi dərman vasitələrinin xəstəxanadan kənara çıxarılaraq apteklərə satıldığı iddia olunur. Bu məlumat təsdiqini taparsa, söhbət artıq yalnız inzibati pozuntudan deyil, dövlət əmlakının və səhiyyə resurslarının istifadəsi ilə bağlı ciddi hüquqi məsələlərdən gedə bilər.

Digər diqqətçəkən məqam təsərrüfat şöbəsinin əməkdaşları ilə bağlıdır. İddialara əsasən, həmin şöbədə adı işçi kimi rəsmiləşdirilən bəzi şəxslər faktiki olaraq işə gəlmirlər. Bununla yanaşı, həmin əməkdaşlara məxsus əməkhaqqı kartlarının baş həkimin nəzarətində olduğu barədə də məlumatlar səsləndirilir.

Redaksiyaya verilən məlumatlarda xəstəxanada ən adi dəftərxana ləvazimatlarının belə çatışmadığı bildirilir. Laborator analizlərin nəticələrinin adətən A4 formatlı kağızda xəstələrə təqdim edilməli olduğu halda, xəstəxanada kağız çatışmazlığı səbəbindən vətəndaşların nəticələri telefonla çəkməyə və ya elektron sistem üzərindən əldə etməyə məcbur qaldıqları deyilir.

Bu isə başqa bir sualı gündəmə gətirir: xəstəxananın dəftərxana və təsərrüfat təminatı üçün ayrılan vəsaitlər hara xərclənir?

Məlumatlarda əlcək, süpürgə, ağ xalat, müxtəlif təsərrüfat malları, avadanlıqlar və digər mal-materialların satın alınması üçün müvafiq satınalmaların həyata keçirildiyi, lakin həmin məhsulların bir hissəsinin xəstəxanada faktiki olaraq görünmədiyi iddia olunur.

Əgər satınalma sənədlərində mal və avadanlıqların xəstəxanaya təhvil verildiyi göstərilirsə, onların faktiki mövcudluğunun inventarizasiya yolu ilə yoxlanılması vacibdir. Hansı şirkətlərdən nə qədər məhsul alınıb? Bunun üçün nə qədər dövlət vəsaiti xərclənib? Malların təhvil-təslim aktları varmı? Hazırda həmin mal-materiallar xəstəxananın anbarında mövcuddurmu?

Ortaya çıxan iddialar kifayət qədər ağırdır və onların hər biri TƏBİB, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, eləcə də zərurət yaranacağı təqdirdə hüquq-mühafizə orqanları tərəfindən ayrıca araşdırılmalıdır.

Xüsusilə əməkdaşlardan qeyri-rəsmi vəsaitlərin toplanması, dövlət hesabına alınmış dərman və avadanlıqların taleyi, faktiki işə çıxmayan şəxslərə əməkhaqqı ödənilməsi və əməkhaqqı kartlarının üçüncü şəxslərin nəzarətində saxlanılması barədə iddialar cavabsız buraxıla biləcək məsələlər deyil.

BakuNews.az məsələ ilə bağlı qarşı tərəfin – baş həkim Turanə Rüstəmovanın, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının və TƏBİB-in mövqeyini dərc etməyə hazırdır.

Redaksiyamız sözügedən xəstəxanada aparılan satınalmalar, dərman təminatı, əməkhaqqı ödənişləri və təsərrüfat xərcləri ilə bağlı məlumatları araşdıraraq mövzuya daha geniş şəkildə qayıdacaq.

Ofeliya Davudqızı

BakuNews.az

Gədəbəydə məmur özbaşınalığı... - Zəfər Parkındakı 120 minlik fəvvarə nədən işləmir?


Bölgələrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı növbəti iddia Gədəbəy rayonundan gəlib. Yerli sakinlərin gundemxeber.org-a verdiyi məlumatlara əsasən, rayonda həyata keçirilən bəzi abadlıq-quruculuq işlərində ciddi maliyyə yeyintilərinə və maxinasiyalara yol verilib.

İddiaların mərkəzində Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Orxan Mürsəlov və onunla bərabər çalışan, hazırda isə Göyçay rayonuna aparıldığı bildirilən kadrı Fuad Bayramov durur.

Fəvvarəyə silinən 120 min manat və acınacaqlı mənzərə

Sakinlərin bildirdiyinə görə, Fuad Bayramov Gədəbəydə çalışdığı dövrdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək iri məbləğdə vəsaitlərin mənimsənilməsindəiştirak edib. Şikayətdə xüsusilə 2023-cü ildə Gədəbəyin mərkəzində yerləşən Zəfər Parkında inşası həyata keçirilən fəvvarə (fontan) layihəsi qeyd olunur.

Məsələ ilə bağlı sakinlərdən biri parkdakı acınacaqlı vəziyyəti belə təsvir edir:

“2023-cü ildə Fuad Bayramovun Gədəbəyin mərkəzində tikdirdiyi Zəfər Parkındakı fəvvarəyə baxın. Görün nə gündədir... Artıq fəvvarə adına yalnız bərbad vəziyyətini görürük. Fəvvarənin işləməsindən söz gedə bilməz — mühərriki partlayıb, sağ-solu sökülüb. Hardasa 100–120 min manat belə bura pul yazılıb. Camaat istirahətə gəlir, amma qarşılaşdıqları mənzərə göz qabağındadır.”

İstirahət məkanı, yoxsa maxinasiya meydanı?

Sakinlər qeyd edirlər ki, rayon sakinlərinə və şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq salınmış Zəfər Parkında bu cür maxinasiyaların edilməsi mənəvi baxımdan da qəbuledilməzdir. Kağız üzərində yararlı və baha qiymətə başa gəlmiş kimi qələmə verilən fəvvarənin mühərrik hissəsinin sıradan çıxması, ətrafının sökülüb bərbad hala düşməsi ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair ciddi şübhələr doğurur.

İcra hakimiyyəti dəyişdi, cavabdehlik kimdə qaldı?

Orxan Mürsəlovun Gədəbəydən sonra Göyçay Rayon İcra Hakimiyyətinə başçı təyin olunması və Fuad Bayramovun da onunla birgə yeni təyinat yerinə aparılması yerli sakinlərdə narahatlıq yaradıb. Onlar bildirirlər ki, Gədəbəydə böyük məbləğdə büdcə vəsaitlərinin silinməsinə rəvac verən şəxslərin cavabdehlikdən yayınaraq başqa rayonda analoji fəaliyyətlərini davam etdirməsi arzuolunmazdır.

Gədəbəy sakinləri aidiyyəti hüquq-muhafizə orqanlarından və Hesablama Palatasından Zəfər Parkındakı fəvvarənin inşasına ayrılan 120 min manatlıq vəsaitin xərclənmə istiqamətlərinin araşdırılmasını və məsələyə hüquqi qiymət verilməsini xahiş edirlər.(Gundemxeber.org)



Milyonluq yeyinti, "ailə imperiyası" və DAVA SKANDALI - Fəhlənin "Bomba xəyalları" və büdcəyə yağan "Leysan"...



Mətbuatda yayılan bioqrafik məlumatlara əsasən, Leysan Məmmədov əmək fəaliyyətinə 1980-ci illərdə Bakı Baş Tikinti İdarəsində sıravi fəhlə olaraq başlayıb, daha sonra usta, iş icraçısı və rəis vəzifələrini tutub . Sonrakı fəaliyyəti dövründə Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə 15 il rəhbərlik edən, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Məmmədov, daha sonra Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru postuna gətirilib . Onun iri dövlət büdcələrini idarə etdiyi bu uzunmüddətli idarəçilik dövrü mətbuatda şəffaflıq prinsiplərinin pozulması və genişmiqyaslı maliyyə yeyintisi iddiaları ilə müşayiət olunub.
"Kasıbın nəyi olmasa da, 'bomba' xəyalları olur" deyirlər. Amma bəzən bu xəyallar dövlət büdcəsinə yol tapanda, ortaya milyonluq yeyintilər və "ailə imperiyaları" çıxır...
32gun.az Leysan Məmmədov və ailəsinə aid skandalları təqdim edir:
Olimpiya Kompleksləri skandalı və istintaq İddiaları
Onun Gənclər və İdman Nazirliyində çalışdığı dövr ölkə mətbuatında idman komplekslərinin tikintisində yol verilən maxinasiyalarla əlaqələndirilir. Hesablama Palatasının audit yoxlamalarına istinadən Şəmkir, İsmayıllı, Göyçay, Hövsan və Şağan kimi rayonlarda inşa edilən obyektlərdə bütövlükdə 14 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi və təyinatından kənar xərcləndiyi qeyd olunub. Bu maliyyə pozuntuları fonunda hüquq-mühafizə orqanları tərəfindən barəsində istintaq hərəkətlərinin başladığı və ölkədən çıxışına müvəqqəti qadağa qoyulması barədə iddialar yayılsa da, onun sonradan Qarabağdakı bərpa layihələrinə rəhbər təyin edilməsi mediada kəskin tənqid edilib.
Qarabağdakı Tikinti tenderləri və qiymət şişirdilməsi maxinasiyaları
Onun Qarabağda fəaliyyətə başlamasından dərhal sonra Xocavənd və Füzuli istiqamətində elan olunan satınalma tenderlərinə qanunsuz müdaxilələr etdiyi irəli sürülür (demokrat.az). Xocavənd rayonunun Qarakənd kəndində cəmi 40 fərdi yaşayış evinin təmiri üçün birmənbə metodu ilə "İmza Construction" MMC-yə 2,3 milyon manatlıq layihənin ötürüldüyü və təmirin hər kvadratmetrinin sənədlərdə süni şəkildə 349 manata qaldırıldığı bəyan edilib. Həmçinin Füzuli şəhərində orta yaşayış məhəllələrinin layihələndirilməsi işlərinin rəsmi nizamnamə kapitalı cəmi 10 manat olan şübhəli bir firmaya həvalə edilməsi, eləcə də deputat Ülvi Quliyevin oğluna məxsus "Diler İnşaat" QSC-yə maraqların toqquşması fonunda 8 milyon manatlıq sifariş verilməsi şübhəli sövdələşmə kimi təqdim edilib. Bunlarla yanaşı, xidməti avtomobillərin təmiri adı altında büdcədən 5 milyon manat vəsaitin silinməsi də medianın gündəminə gəlib.
"Platin" MMC və Qurulan Milyonluq "Ailə İmperiyası" İddiası
Mətbuat araşdırmalarında Leysan Məmmədovun idarə etdiyi büdcələrin formal olaraq öz qohumlarına və ailə üzvlərinə istiqamətləndirildiyi qeyd olunur (veteninfo.az). Ümumi dəyəri 25 milyon manatdan çox olan üç böyük Qarabağ layihəsinin birmənbə metodu ilə birbaşa "Platin" MMC-yə verildiyi aşkar edilib.
Şirkətin kağız üzərindəki rəsmi rəhbəri başqa bir yaxın qohum olsa da, layihələrin gizli maliyyə idarəçiliyinin və pul axınının birbaşa icraçı direktorun oğlu Elnur Məmmədov tərəfindən həyata keçirildiyi vurğulanır. Dövlət vəsaitlərinin müxtəlif yollarla nağdlaşdırılması üçün isə "Amirşin" MMC, "Kənanşin" MMC və "MNR Construction and Equipment" MMC kimi bir-biri ilə sıx bağlı olan subpodratçı şəbəkələrdən istifadə edildiyi iddia olunur (bakunews.az).
Oğlu Elnur Məmmədovun "Sea Breeze" davası və məhkəmə təfərrüatları
Məmur oğlunun paytaxtın dəbdəbəli "Sea Breeze" istirahət mərkəzində yerləşən "Rose Bar" əyləncə məkanında törətdiyi iddia olunan kütləvi dava mətbuatın ən çox işıqlandırdığı kriminal hadisələrdəndir. Söyüş söyülməsi zəminində başlayan əlbəyaxa dava ərazidəki avtomobillərin əzilməsinə və asayişin tamamilə pozulmasına səbəb olub. Sabunçu Rayon Məhkəməsində baxılan cinayət işində davanı törətməkdə ittiham olunan Elnur Məmmədov "zərərçəkmiş" statusu alıb, onunla əlbəyaxa olan digər sıravi gənclər və hətta bir məktəbli isə təqsirləndirilən şəxs qismində həbs ediliblər.
Məhkəmə iclaslarında müttəhimlər Leysan Məmmədovun və digər vəzifəli oğlunun vəzifə nüfuzundan istifadə edərək əsl günahkarı gizlətdiklərini və sifarişli həbs həyata keçirdiklərini iddia ediblər. Davanın əsas fiqurantı Elnur Məmmədov isə rəsmi çağırışlara baxmayaraq məhkəmələrə gəlməkdən yayınıb.
****
Hesablama Palatasının rəsmi audit qərarı və təyinatdan kənar xərclər
Büdcə vəsaitlərinin idarə edilməsindəki problemlər ali yoxlama orqanının rəsmi aktlarında da öz təsdiqini tapıb. Hesablama Palatasının apardığı dövlət auditi zamanı rəsmən müəyyən edilib ki, Leysan Məmmədovun idarə etdiyi Qarabağdakı Tikinti və İdarəetmə Xidməti dövlət əmlakının satışından əldə olunan sərbəst vəsaitləri digər layihələrin maliyyələşdirilməsinə düzgün yönəltməyib.
Bəyanatda onun rəhbərliyi altında təyinatdan kənar maliyyə əməliyyatlarına geniş yol verildiyi və ştat cədvəllərində qanunsuz olaraq artıq maaş ödənişlərinin edildiyi vurğulanıb.
Yoxlamalar zamanı ümumilikdə yüz milyonlarla manatlıq maliyyə təhrifləri qeydə alınaraq toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.
Fəhlələrin sərt etirazı və Baş Prokurorluğun təftiş qərarı
Milyonluq satınalmaların fonunda tikinti sahələrində çalışan sıravi fəhlələrin sosial hüquqlarının pozulması da mətbuatda geniş əks olunub. Xocavənd rayonundakı bərpa işlərində aylarla maaş ala bilməyən subpodratçı şirkət fəhlələri işi dayandıraraq kütləvi etiraz aksiyası keçiriblər (mediatvaz.com). Aldadılan işçilərin sosial şəbəkələrdə dövlət başçısına ünvanladıqları kollektiv hüquqi şikayətlər böyük rezonans doğurduqdan sonra Baş Prokurorluq tərəfindən xüsusi araşdırma komissiyası yaradılıb və hazırda qurumun bütün podratçı müqavilələri prokurorluq tərəfindən rəsmən təftiş edilir

32gun.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56