Yüksək balla işə qəbul olunan müəllimlərin dərs saatları "oğurlanır"? - Məktəblərdə qalmaqal


Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək məktəblərə təyin olunan müəllimlər arasında dərs saatlarının bölünməsi ilə bağlı narazılıqlar yaranıb.
Bizimesr.media bildirir ki, mövcud qaydalara əsasən, məktəblərdə dərs saatlarının bölgüsü müəyyən edilmiş hüquqi prinsiplər və prioritetlər əsasında aparılmalıdır. MİQ və yerdəyişmə müsabiqəsi vasitəsilə vakant yerə təyin olunan müəllimə həmin vakansiya üzrə nəzərdə tutulan (18 saat) dərs saatlarının verilməsi məsələsi də bu çərçivədə nəzərdə tutulur.
Narazılıqlara səbəb olan əsas məsələlərdən biri vakant dərs saatlarının MİQ-lə yeni işə qəbul olunan müəllimlərə deyil, məktəbdə artıq çalışan müəllimlər arasında daxili əvəzçilik yolu ilə bölüşdürülməsidir.
Müəllimlər MİQ müsabiqəsində yüksək bal toplayaraq daimi əsaslarla işə qəbul olunsalar da, məktəbdə onlara gözlədiklərindən daha az dərs saatı verilir.
Digər problem isə vakansiyada göstərilən dərs saatları ilə məktəbdə faktiki bölüşdürülən saatlar arasında fərqin olması ilə bağlıdır. Müəllim müsabiqə zamanı müəyyən dərs yükü ilə elan olunan vakansiyanı seçir, lakin məktəbə təyin olunduqdan sonra həmin dərs yükünün tam verilmədiyini görür.
Məsələ ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biridir. Amma görünür Agentlik rəhbərliyi, Eşqi Bağırov bu məsələnin tənzimlənməsinə nəzarət edə bilmir.
Bütün bunlar azmış kimi, müəllimlər arasında əsas narazılıq isə MİQ imtahanından yüksək bal toplayaraq məktəbə daimi əsaslarla qəbul olunan şəxslərin saatları "oğurlanır". Direktorlar istədiklərini etməklə gənc müəllimlərə təzyiq göstərir və səsini çıxarana gələcəkdə ciddi problemləır yaradılacağını bildirir. Bu əsasən Bakı məktəblərində çalışan, özünü "gestapo müdiri" kimi aparan direktorlara aiddir ki, konkret faktlarla belə direktorlarıən kimliyi açıqlanacaq.

Bizimesr.media

Hər il eyni qalib: “Qaçqınkom” “Grey Group”la üçüncü dəfə anlaşdı


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti tenderinə yekun vurub.

Tribuna.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamenti dəftərxana və təsərrüfat mallarının satınalınmasını həyata keçirəcək.

Məlumatda deyilir ki, tenderin qalibi “GREY GROUP” MMC olub. Şirkət “Qaçqınkom”a 101 min 425 manatlıq mal və məhsul alacaq.

Qeyd edək ki, “Grey Group”la “Qaçqınkom” arasında bu ilk anlaşma deyil. Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, sözügedən şirkət 2024-2026-cı illərdə 3 dəfə komitənin tenderinin qalibi olub. Belə ki, keçən ilin yayında “Qaçqınkom” “Grey Group”dan 118 min 187 manatlıq, 2024-cü ildə isə 70 min 124 manatlıq dəftərxana və təsərrüfan malları alıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

“Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir” - Fotolar


Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən “Ulubəy” MTK şirkətinin inşa etdiyi “Yeni Şəhər” yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olduğunu bildirirlər.

Uzun illərdir bu kompleksdə içməli su, səs-küy, parkinq və digər problemlər qalmaqdadır. Onlar yaşayış kompleksinin həyətinin hasarlandığını və orada “Ulubəy” MTK-nın rəhbəri tərəfindən bağ evi tikdirildiyini iddia ediblər.

“Uzun illərdir yaşadığımız binada müxtəlif problemlərlə üzləşirik. Əvvəllər dəfələrlə binanın örtük daşlarının qoparaq tökülməsi hadisəsi baş verib, bununla yanaşı, buradakı evlərə su həftədə 3 dəfə verilir. Həmçinin su anbarının içi lil-qum örtüyü ilə, tarakanlarla dolub. Dəfələrlə “Ulubəy” MTK-nın rəhbərliyinə bu problemləri həll etməsini bildirsək də, heç bir tədbir görülmür”, - sakinlər vurğulayıb.

Vətəndaşların müraciətində qeyd edilib ki, yaşayış kompleksində fəaliyyət göstərən “Mavi dəniz” restoranı onlara əlavə problemlər yaradır: “Binanın birinci mərtəbəsində yerləşən restoranın havalandırma sistemindən qalxan xoşagəlməz qoxu bizi boğaza yığıb. Eyni zamanda obyektdən yayılan səs-küy də evlərində istirahət etmək istəyən yüzlərlə insanın dincliyini pozur. Bundan başqa, restorana gəlib-gedənlər parkinq ərazimizi də tutublar. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etdik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək yoxlamalar aparıb ölçümlər etdilər və bunun nəticəsində restoranın rəhbərliyi barəsində inzibati protokol tərtib olundu. Lakin eyni problemlər yenə də hər gün təkrarlanır”.

Şikayətçilər bildiriblər ki, kompleksdə ev alarkən onlara həyətdə uşaq meydançasının – istirahət zonasının yaradılacağı deyilib: “Lakin sonradan məlum oldu ki, kompleksi inşa edən “Bəy Mamed” adı ilə tanınan iş adamı Məmməd İsmayılovun fikri başqadır. O, layihədə uşaq meydançası kimi nəzərdə tutulmuş ərazidə özünə villa tikdirir. Biz bu məsələ ilə bağlı da aidiyyəti dövlət təşkilatlarına müraciət etmişik və pozulan hüquqlarımızın bərpa edilməsini, binalarda yaşayış üçün normal, sivil şəraitin yaradılmasını tələb edirik. Burada əsas problem “Bəy Mamed”in özbaşınalığıdır. Nə deyiriksə, bizə hədə-qorxu gəlir, təhdid edir, halbuki haqlı tərəf sakinlərdir. Zirzəmi su ilə doludur, restorana gəlib-gedən qonaqlar narahat edir, restoranın ərazisini genişləndirib terras açıb, o da bizim məhəllənin girişini daraldıb, şlaqbaum qoymayıb. Həmçinin layihədə olan uşaq meydançası əvəzinə özünə bağ tikib, layihədə lift olmalı idi, qoyulmayıb. Bir sözlə, problemlər və özbaşınalıqlar saydıqca bitmir”.

Sakinlər məsələ ilə bağlı digər aidiyyəti qurumlara da müraciət etdiklərini əlavə ediblər.

Bizimesr Media




"Temu" ilə də yollarımız ayrılır - Uçuz məhsullar rəqabət məcəlləsini pozur?



Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Çinin «Temu» şirkətinə qarşı iş qaldırmağa hazırlaşır.

Bizimesr.media bildirir ki, söhbət «Temu»nun Azərbaycandakı təmsilçisi olan «PDD Holdings” şirkəti barəsindədir. Antiinhisar Agentliyi bu barədə araşdırmanı rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə başlamışdı.

Agentlik “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edərək araşdırmaya başlayıb.

Araşdırma, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əsası ilə başlanılıb.

Nəticədə Rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Yəni rəqabət komissiyası bu məsələ ilə bağlı iş qaldırılıb qaldırılmaması məsələsinə baxacaq.

Xatırladaq ki, belə hallarda Rəqabət Məcəlləsinin 43-cü maddəsinə əsasən rəqabət qanunvericiliyinin pozulmasına dair müraciətlər, mediada yayımlanan məlumatlar, monitorinq və təhlillər əsasında rəqabət orqanı tərəfindən araşdırmalara başlanılır.

Aparılmış araşdırmanın nəticəsində qanunvericiliyin pozulması əlamətləri müəyyən edildikdə həmin quruma qarşı iş qaldırılır.

Qanunvericiliyin pozulması əlamətləri müəyyən edilmədikdə isə araşdırmaya xitam verilir və icraat dayandırılır.

Eyni zamanda Rəqabət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən rəqabət orqanı tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin subyektlər barəsində iş qaldırılması üçün əsasdır.

“Adore” vaxtı keçmiş məhsulları endirimlə satır? – İddia (Video)


Parfumeriya və kosmetika mağazalar şəbəkəsi olan “Adore”un istifadə vaxtı bitmiş məhsulları endirimlə satdığı iddia olunub.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə sözügedən mağazadan endirimli məhsullar alan müştəri bildirib. Video paylaşan müştəri qeyd edib ki, endirimdə olan məhsullardan istifadədən sonra gözü şişib:

“Məhsulların vaxtı keçib. Geri qaytarmaq istədim, çek tələb etdilər. Kartla ödəniş etmişəm və sistemdə də bu var.

Siz nə haqla insanların həyatını təhlükəyə atırsınız? Mənim gözümə bir şey olsa, necə cavab verəcəksiz?”.

Qeyd edək ki, “Adore” mağazalar şəbəkəsinə Kamal Abdullayev Ramiz oğlu rəhbərlik edir.

Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi.

VİDEO LİNKDƏ: https://diaaz.info/ana-xeber/490457-adore-vaxti-kecmish-mehsullari-endirimle-satir.html

Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“


Azərbaycanda notariat kontorlarının fəaliyyəti uzun illərdir vətəndaşların ən çox müraciət etdiyi hüquqi xidmət sahələrindən biridir. Alqı-satqı, vərəsəlik, etibarnamə, daşınmaz əmlak və digər mühüm hüquqi əməliyyatların böyük hissəsi ədətən notariat vasitəsilə rəsmiləşdirilir. Lakin notariat sistemi həmişə indiki formada olmayıb.

AzFakt.com xəbər verir ki, bir neçə il əvvələ qədər ayrı-ayrı notariat kontorlarının fəaliyyəti ilə bağlı müxtəlif narazılıqlar, qeyri-rəsmi ödənişlər, sənədləşmə zamanı əlavə məbləğlərin tələb olunması və müəyyən əməliyyatların həyata keçirilməsi üçün vətəndaşların uzun müddət gözləməsi kimi məsələlər ictimai müzakirələrdə tez-tez gündəmə gəlirdi.

Lakin notariat kontorlarının fəaliyyətinin sistemləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, xüsusi notariat institutunun inkişaf etdirilməsi və notariusların fəaliyyətinin müəyyən müddətə verilən şəhadətnamə əsasında həyata keçirilməsi ilə vəziyyətin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdirib. Başqa sözlə, illər əvvəl notariat sahəsində müzakirə olunan bir sıra problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb.

Amma bu, bütün sualların artıq geridə qaldığı anlamına gəlirmi? Görünür, bəzi hallarda hələ də diqqət çəkən məqamlar qalmaqdadır.

Məsələn, Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimovun maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiyi iddia olunur. Redaksiyaya daxil olan məlumata görə, Kərimov notariat sahəsində uzun illər fəaliyyət göstərən hüquqşünasdır. O, Bakı şəhərində fəaliyyətə başlamazdan əvvəl Şirvan şəhərində notarius kimi çalışıb. Hazırda isə Nərimanov rayonunda yerləşən 21 saylı notariat ofisinin xüsusi notariusu kimi fəaliyyət göstərir.

Məlumata görə, bu yaxınlarda Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, sahəsi təxminən 100 kvadratmetr olan bir əmlakın alqı-satqısı zamanı maraqlı vəziyyət yaranıb. Sözügedən əmlakın real satış qiymətinin təxminən 1,5 milyon manat olsa da, əmlakın rəsmi sənədlərində göstərilən qiymətin faktiki satış məbləğindən xeyli aşağı olması alqı-satqının ilkin mərhələdə rəsmiləşdirilməsinə maneə yaradıb.

Belə ki, qiymətləndirmə və sənədləşmə ilə bağlı məsələ həll olunmadan müqavilənin təsdiqlənməsi mümkün olmayıb. Bundan sonra isə məsələ bir neçə gün müzakirə olunub. İddialara görə, prosesin sonrakı mərhələsində məsələnin həllində 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimovun rolu böyük olub, daha doğrusu, bu problemi həll edib. Nəticədə əvvəlcə təxminən milyon manatdan çox olan əmlakın daha aşağı məbləğlə alqı-satqısı rəsmiləşdirilib.

Burada əsas diqqət çəkən məqam əmlakın satılıb-satılmaması deyil. Əsas məsələ milyon yarımlıq olduğu bildirilən əmlakın hansı qiymətlə və hansı əsasla rəsmiləşdirilməsidir. Əgər əmlakın real bazar qiyməti 1,5 milyon manat civarındadırsa, onun sənədlərdə daha aşağı qiymətlə göstərilməsinə hansı əsasla imkan verilib?

İlkin mərhələdə alqı-satqının qarşısını alan problem sonradan necə həll olunub?

Daxil Kərimovun uzun illik notariat təcrübəsinə malik olması da məsələnin diqqətdən kənarda qalmamasını şərtləndirir. Əlbəttə, sözügedən alqı-satqı ilə bağlı səslənən məlumatların hüquqi baxımdan qiymətləndirilməsi üçün əməliyyata dair sənədlərin və aidiyyəti qurumların mövqeyinin ortaya qoyulması vacibdir.

AzFakt.com

Bərdənin köhnə bazarında nə baş verir? - burda qanun hərləyən yoxdur...



"Bərdənin köhnə bazarında vəziyyət artıq “nəzarətsizlik” həddini çoxdan keçib. Bazara daxil olan kimi antisanitariya, zibillik və xaotik ticarət mənzərəsi ilə qarşılaşırsan. Yol və səkilər kənd məhsullarının satışı üçün zəbt olunub. Sanki şəhərin bir hissəsi ümumi istifadədən çıxarılaraq kiminsə şəxsi gəlir mənbəyinə çevrilib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Xəyyam Salmanzadə qeyd edib.

Ən maraqlısı isə budur ki, bu vəziyyət aidiyyəti qurumlara dəfələrlə çatdırılsa da, ciddi dəyişiklik görünmür.

Bəs AQTA-nın yerli bölməsi nəyi gözləyir?

Söhbət adi bir ticarət obyektindən getmir. Burada ərzaq məhsulları satılır, ərazi yaşayış binalarının və məktəbin yaxınlığındadır. Antisanitariya isə insanların sağlamlığı üçün real risk yarada bilər.

Digər məsələ isə yer haqqıdır.

Satıcılardan hər gün böyük məbləğdə yer haqqı toplandığı bildirilir. Hətta gündəlik yığımın təxminən 5 min manatdan çox olduğu barədə iddialar səslənir.

Əgər bu rəqəmlər doğrudursa, ortaya çox ciddi suallar çıxır:

Satıcılara yer haqqı ödənilməsi ilə bağlı çek verilirmi?

Toplanan vəsait rəsmiləşdirilirmi?

Vergiyə nə qədər ödənilir?

Bazarın gündəlik və aylıq dövriyyəsi nə qədərdir?

Və ən əsası:

Bu qədər pul dövr edən bazar niyə zibillik içindədir?

Biz kiminsə qazanc əldə etməsinə qarşı deyilik. Qanun pozuntusu varsa, bunu araşdırmaq hüquq-mühafizə və aidiyyəti dövlət qurumlarının işidir.

Amma şəhərin ortasında, məktəbin və yaşayış ərazisinin yanında fəaliyyət göstərən bazarın sanitar vəziyyətinə və ictimai ərazinin zəbt edilməsinə kim nəzarət edir?

Bərdənin aidiyyəti qurumları bu suallara cavab verməlidir.

Çünki məsələ artıq təkcə bazarın görünüşü deyil.

Məsələ şəhərin küçəsinin, səkinin, insanların rahatlığının və sağlamlığının kiminsə kommersiya maraqlarına qurban verilib-verilməməsidir.

Bərdənin köhnə bazarı kimə tabedir – dövlət nəzarətinə, yoxsa “bazarkom” qaydalarına?"

DİA-AZ

Şərur təhsilində ABSURD GEYİM QADAĞASI... - BU NƏDİ BELƏ?


Şərurda qadın müəllimlərin məktəbə şalvarla gəlməsinə qadağa qoyulacağı bildirilir. Yeni vahid geyim tələblərinə əsasən, onlara naxışlı köynək geyinməyə də icazə verilməyəcək. Kişi müəllimlərdən isə dərsə ağ köynək və qara kostyumda gəlmək tələb olunacaq.

Bu haqda “Gündəlik Naxçıvan”a Şərur rayonunda çalışan müəllimlər məlumat veriblər. Onların sözlərinə görə, yeni geyim tələbləri ilə bağlı rayon təhsil şöbəsindən onlara əvvəlcədən xəbərdarlıq edilib.

Ryondakı məktəblərdən birində çalışan B. Məmmədova deyir ki, müəllimlərə bu tələblərin pozulacağı halda işdən çıxarılacaqları ilə hədələniblər:

“Qadın müəllimlərə deyirlər ki, hətta normal, klassik şalvar da geyinə bilməzsiniz. Buna əməl etməyənləri işdən çıxarmaqla hədələyirlər. Əslində şalvarın ətəyə nisbətən çox üstünlükləri var. İdman üslublu şalvar, reytuz və cins şalvarların məktəb mühitində geyinilməsinin qarşısının alınması normaldır.

Lakin klassik kəsimli, işgüzar şalvarın da qadağan olunması bizim azadlıq hüquqlarımızın pozulmasıdır. Hələlik bununla bağlı rəsmi qərar yoxdur. Bu, Təhsil Şöbəsinin məktəblərin WhatsApp qruplarına göndərdiyi xəbərdarlıq mesajıdır. Ümid edirik ki, Nazirlik belə absurd qərar verməyib və bunu dəstəkləməyəcək.”

Digər müəllim N. Ağayev isə bu tələbi həm seçim azadlığının məhdudlaşdırılması, həm də müəllimlər üçün əlavə maddi yük hesab edir:

“Bu tələb qrupa yazılandan sonra heç kim cəsarət edib etiraz edə bilmir. Çünki işdən çıxarılmaqdan qorxuruq. Niyə hamımız kişi müəllim olaraq mütləq ağ köynək, qara şalvar və qara kostyum geyinməliyik, bunu başa düşmürəm.

Mənim, məsələn, qara kostyumum yoxdur. İndi sırf bu tələbə görə gedib yenisini almalıyam. Müəllimlərin maaşı da elə yüksək deyil ki, hər yeni tələb üçün əlavə xərc çəkək. Səliqəli və işgüzar geyinmək tələb olunsun, amma rəngi niyə məcburi müəyyən edirlər?”

“AZ TECHNOCON GROUP” MMC iyirmi günə 5 tenderi hansı əsalarla əldə edə bilib – Zakir Quliyev bilər


“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi Zərdab SMSİİ-nin balansında olan Şıxbağı kəndində yerləşən Nəzəralı-1 LRN-100 dəmir beton nov kanalının üzərindəki qurğularla birlikdə cari təmiri (PK13+70- PK20+70,L=0,7 km) işləri üzrə 28.08.2026-cı ildə “AZ TECHNOCON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 220.014,52 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir.


Qeyd edək ki, bu Regional Su Meliorasiya Xidməti ilə “AZ TECHNOCON GROUP” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.


“Q LR-10 nov kanalının (PK00+00-PK29+00,L=2.9km ) üzərindəki qurğularla birlikdə əsaslı təmiri” işləri üzrə 186.567,95 manat dəyərində müqavilə 18.08.2026-cı ildə bağlanılıb.


“Culfa sutəmizləyici qurğular kompleksinin təmir xidməti” nin satın alınması üzrə 299.845,22 manat dəyərində müqavilə 18.08.2026-cı ildə bağlanılıb. Bu müqavilədə nəzərdə tutulmuş təmir işlərinin satın alınması üzrə ehtimal olunan qiyməti 462.560,00 manat müəyyən edilib.


Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Regional Su Meliorasiya Xidmətinin müəyyən etdiyi ehtimal qiyməti ilə qalib təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.


Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.


Amma göründüyü kimi Regional Su Meliorasiya Xidməti açıq tenderdə ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı, 35 faizdən də aşağı qiymət təqdim etmiş MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.


R-13 təsərrüfatlarası beton kanalından qidalan LR-10 markalı OB-1 növ kanalının əsaslı təmiri (Pk 51+00-Pk83+00, l=3,2 km) üzrə 43.870,78 manat dəyərində müqavilə 11.08.2026-cı ildə bağlanılıb.


Ləvain su anbarından çıxan təzyiqli metal boru xəttinin (D=630×7 mm, L= 115,0 m) əsaslı təmiri üzrə işlərin satın alınması işləri üzrə 33.886,13 manat dəyərində müqavilə 11.08.2026-cı ildə bağlanılıb.


Göründüyü kimi Regional Su Meliorasiya Xidməti yalnız avqust ayında “AZ TECHNOCON GROUP” MMC ilə ümumi dəyəri 784 182 manat olan 5 satınalma müqaviləsi bağlayıb.


Bəs, Regional Su Meliorasiya Xidmətinin iyirmi gün ərzində beş satınalma müqaviləsi bağladığı MMC haqqında nə kimi məlumatlar var?


Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ TECHNOCON GROUP” (VÖEN: 1904433171) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, QARAÇUXUR ŞTQ, ŞƏRQ (QARAÇUXUR QƏS.), ev.9 DÖNGƏ EV 37B, qanuni təmsilçisinin isə Acalov Elşad Ağakişi oğlu olduğu qeyd edilib.


Qeyd edək ki, 16.07.2020-ci ildə MMC “ZUSS CONSTRUCTION” kimi dövlət qeydiyyayına alınıb. 03.08.2021-ci ildə adı dəyişdirilərək “ODD CONSTRUCTİON” olub. 05.04.2023-cü ildən “AZ TECHNOCON GROUP” kimi fəalliyyət göstərir.


MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynov Rafiq Cümşüd oğlu olub. Daha sonra Dünyamalıyev Fuad Mehdi oğlu və Acalov Elşad Ağakişi oğlu ayrı ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər.


Qeyd edək ki, “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması üzrə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə lisenziyaları var. Amma MMC-nin hidrotexniki işlər üzrə, sualtı-texniki işlər üzrə lisenziyası yoxdu.


Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr əsasən hidrotexniki və sualtı-texniki işlər üzrədir. Belə olan halda Regional Su Meliorasiya Xidməti hidrotexniki və sualtı-texniki işlər üzrə lisenziyası olmayan “AZ TECHNOCON GROUP” MMC ilə 5 satınalma müqaviləsini hansı əsaslarla bağlayıb?


Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Dövlət Su Ehtiyatları Agentliyinə tabeli publik hüquqi şəxsi kimi əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin varisidir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.


Aktualinfo.net

İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.

Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin "ASAN xidmət"in "Süni İntellekt Assistent" layihəsi barədə məlumat verdi.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

"ASAN xidmət"in "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

"Süni İntellekt Assistent" platforması "ASAN xidmət"in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

"SABAH.city" innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı "kovorkinq" (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. "SABAH.city" bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56