Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?



Bakı şəhərində yerüstü nəqliyyat problemləri artıq gündəlik həyatın əsas problemlərindən birinə çevrilib. Tıxacdan tutmuş sərnişindaşımaya qədər paytaxt sakinlərinin qarşılaşdığı çətinliklər göz qabağındadır.

Metropolitendə yaranan fasilələr və sərnişin axınının əsas yükünün yerüstü nəqliyyatın üzərinə düşməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Təbii ki, metroda hər hansı problem yarananda minlərlə sərnişin avtobuslara və digər yerüstü nəqliyyat vasitələrinə üz tutur. Onsuz da yüklənmiş şəhər nəqliyyatı isə əlavə sərnişin yükünü daşımaqda çətinlik çəkir ki, bu gün bunun aşkar şahidiyik.

Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hər gün yerüstü nəqliyyatın yaxşılaşdırılması, yeni marşrutların təşkili, avtobus parkının yenilənməsi və digər istiqamətlərdə işlərin görüldüyünü açıqlayır. Lakin küçədəki mənzərə bu açıqlamalarla üst-üstə düşmür.

Sadə vətəndaş avtobus gözləyir, saatlarla tıxacda qalır, işə və evə gedib-gəlmək üçün gününün əhəmiyyətli hissəsini yolda keçirir. Hətta deputatlar, dövlət məmurları da sadə insanlar kimi Bakıdakı nəqliyyat vəziyyətindən narazılıqlarını daha gizlətmədən deməyə məcbur olublar. Bu isə vəziyyətin həqiqətən də ağır olduğunun bariz göstəricisidir.

Əslində Bakı sakini üçün əsas məsələ hansı qurumun neçə layihə həyata keçirməsi deyil. Əsas məsələ səhər evdən çıxanda vaxtında işə çata bilməsi, axşam evinə normal qayıda bilməsi, dayanacaqda uzun müddət avtobus gözləməməsi və saatlarla tıxacda qalmamasıdır.

Bəs bu vəziyyətə görə kim cavabdehdir?

Bu gün şəhərin belə vəziyyətə düşməsində ilk olaraq AYNA-nın adı çəkilir. AYNA rəhbəri Anar Rzayevin fəaliyyəti də bu baxımdan ictimai müzakirələrin mərkəzindədir. Rəsmi məlumatda Anar Yaşar oğlu Rzayev AYNA İdarə Heyətinin sədri kimi göstərilir. Agentlik isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir və avtomobil nəqliyyatı sahəsində tənzimləmə, sərnişin və yük daşımaları ilə bağlı xidmətlərə ehtiyacın təmin edilməsi, qayda və tələblərə əməl olunmasına nəzarət kimi funksiyaları həyata keçirir.

Deməli, AYNA-nın fəaliyyəti ilə bağlı müzakirələr, sualların verilməsi, AYNA rəhbəri Anar rzayevin adının çəkilməsi təbiidir. Amma məsələni yalnız AYNA rəhbərliyinin üzərində saxlamaq da problemi həll etmir və görünən budur ki, AYNA yaranmış vəziyyəti düzəltməkdə acizdir.

Üstəlik, söhbət təkcə avtobuslardan da getmir. Söhbət həm də metrodan, hava nəqliyyatından, dəmir yolundan, taksi xidmətlərindən və bütövlükdə nəqliyyat siyasətindən gedir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin həm də nəqliyyat sisteminə cavabdehdir... Eyni zamanda Azərbaycanın nəqliyyat sektorunda bu qurumların əhəmiyyətli hissəsi “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” - AZCON-un idarəetmə portfelində yer alır. AZCON-un rəsmi məlumatına görə, holdinqin portfelində “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Bakı Metropoliteni, “BakuBus” və “Bakı Taksi Xidməti” kimi qurumlar yer alır.

AZCON-un Müşahidə Şurasının sədri isə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir. Şahin Tofiq oğlu Babayev isə 2025-ci ilin martında holdinqin icraçı direktoru təyin edilib.

AZCON-un özünün açıqladığı əsas hədəflər sırasında idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, onların rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılması göstərilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasətinin formalaşdırılması və həyata keçirilməsində əsas dövlət qurumlarından biridir. Eyni zamanda, nazir Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasına rəhbərlik edir.

Ona görə də bu gün Bakı nəqliyyatında yaranmış vəziyyətə yalnız “AYNA niyə bunu həll etmir?” sualı ilə yanaşmaq kifayət etmir. Yada daha böyük səlahiyyət sahiblərini salmaq lazımdır - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini və nazir Rəşad Nəbiyevi...

İllərdir bu sahənin inkişafı üçün milyonlarla manat vəsait ayrılır. Yeni avtobuslar alınır, nəqliyyat infrastrukturu yenilənir, parklanma sistemi qurulur, müxtəlif küçələrdə yeni xətlər və zolaqlar yaradılır. Əlbəttə, hər şeyin sıfır olduğunu demək olmaz.

Amma əsas məsələ başqa yerdədir - Vətəndaş məmnuniyyəti niyə yoxdur?

Çünki vətəndaşın gündəlik problemi hələ də qalır. Avtobus dayanacağında uzun müddət gözləmək, tıxacda saatlarla qalmaq, metroda problem yarananda alternativ nəqliyyat tapa bilməmək, bir ünvandan digərinə getmək üçün saatlarla vaxt itirmək. Bu problemlər gündəlik həyatın bir hissəsinə çevrilibsə, deməli, görülən işlərlə əldə olunan nəticə arasında hələ də ciddi fərq var.

Nəqliyyat siyasətinin əsas meyarı isə yalnız statistik göstəricilər olmamalıdır. Əsas meyar vətəndaşın həmin sistemdən gündəlik necə istifadə etməsidir. Bakı sakini üçün 557 min sərnişin rəqəmi yox, səhər avtobusun neçə dəqiqəyə gəlməsi daha vacibdir. 621 min metro sərnişini rəqəmi yox, metroda yaranan problem zamanı alternativ nəqliyyatın necə təşkil olunması daha vacibdir. Yeni layihələrin sayı yox, həmin layihələrin şəhərdə tıxacın və sərnişindaşıma probleminin həllinə real təsiri daha vacibdir.

Elə isə kimi günahlandırmalıyıq, problemin həllini kimdən tələb etməliyik? İşləyə bilməyən, problemi həll edə bilməyən kimdir? - AYNA yoxsa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASCON?

Ölkənin nəqliyyat sektorunun bir sıra əsas qurumları AZCON-un idarəetmə portfelindədir və holdinqin Müşahidə Şurasına məhz rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik edir. Deməli, məsələ artıq yalnız bir agentliyin fəaliyyətindən ibarət deyil. Bu, bütövlükdə nəqliyyat idarəetməsinin nəticəsi məsələsidir.

Bakı bu gün tıxacdan boğulursa, metroda yaranan problem yerüstü nəqliyyatı iflic edirsə, vətəndaş saatlarla avtobus gözləyirsə və saatlarla yolda qalırsa, onda görülən işlərin nəticəsi barədə ən ciddi qiyməti həmin vətəndaş verir. Vətəndaş isə saatlarla tıxacda qalır, saatlarla avotbus gözləyir, AZAL-la baha uçmağa məcbur olur, qatar bileti tapa bilmir, metroda tər su içində, basrıq, dava qırğınla gedib gəlir. Bütün bunlarda sonra vətəndaş rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdən razılıq edəı bilərmi?(Bizimesr.media)

Ədil Hüseynov

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH


Azərbaycanın Ermənistanla münasibətlərin bərpası, normallaşması istiqamətində atdığı addımlara bu ölkənin siyasi elitasında mane olmağa səy göstərirlər.

Bu günlərdə Ermənistan parlamentində Gəncəsər monastrı ilə bağlı Baş nazir Nikol Paşinyana sual ünvanlanıb. "Güclü Ermənistan" adlı parlament fraksiyasından olan deputat Lena Matevosyan Baş nazirə parlament kürsüsündən bu bölgənin ermənilərə məxsus olduğunu bildirməsini təklif edib.

Hökumət başçısı deyib ki, Ermənistanda bu məsələ üzrə ən səlahiyyətli vəzifəli şəxs Matenadaran kitabxanasının direktoru ( Matenadaranın rəsmi adı belədir: Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutu) vasitəsilə cavab verilib: "O, Gəncəsərin erməni mənşəli olduğunu təsbit etdi".

Bunun ardınca o, Azərbaycanı normallaşma prosesinə guya problem yaratmaqda ittiham edib.

Yeri gəlmişkən, "Güclü Ermənistan" fraksiyasının sədri Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyandır. Ona qarşı Ermənistanda cinayət işi başlanıb. Samvel Karapetyan Ermənistan elektrik şəbəkəsi şirkətinin sahibidir. Hökumət bu şirkəti 2027-ci ilin oktyabrınadək milliləşdirməyi planlaşdırır.


Həbs edilməsi və seçkilər zamanı zaminə buraxılması Karapetyanla Paşinyanın müəyyən sövdələşməyə getdiyi ehtimalını gücləndirir. Elə Samvelin fraksiyasının deputatının qızışdırıcı və təxribatçı sualı da məsələyə baş nazirlə rusiyalı erməni milyarderin Azərbaycana aid bu kimi məsələlərə oxşar mövqedən yanaşıldığını deməyə əsas verir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə ziyarət etdikləri Gəncəsər və Xudavəng monastrlarından video paylaşıb. O, kilsələrin qədim Qafqaz Albaniyasının xristian irsinin ayrılmaz hissəsi olduğunu bildirib.

Hikmət Hacıyev Gəncəsər kilsəsinin XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirildiyini, Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biri olaraq adlandırıb.

Azərbaycan torpaqları - Qarabağ və ətraf ərazilər işğal altında olduğu illərdə Ermənistan bölgədəki müxtəlif təyinatlı tikililəri, o cümlədən tarixi-dini mədəniyyət abidələrini dağıtmışdı. Azərbaycan suveren hüquqları və ərazi bütövlüyünü bərpa etdikdən sonra burada quruculuq-bərpa işləri aparır. Bu, dini-tarixi abidələrə də şamil olunur.

H.Hacıyev də bu məsələni qeyd edərək, işğal illərində bu tarixi abidələrin "bərpa" adı altında müxtəlif xarici müdaxilələrə məruz qaldığını, nəticədə onların memarlıq autentikliyinin və ilkin xarakterinin zədələndiyini vurğulayıb.


Prezidentin köməkçisi bildirib ki, Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir: "Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir".

O, Azərbaycanın bu istiqamətdə təcrübəsini başqa ölkələrlə, o cümlədən qonşularla bölüşməyə hazır olduğunu qeyd edib.

Ermənistanın şovinist ermənilik ideologiyası Cənubi Qafqazda, xüsusən Azərbaycan torpaqlarında toponimləri, akvatoriyaları, tarixi-mədəni adları erməniləşdirməyi qarşısına əsas hədəflərdən biri olaraq qoyub. Yüz ildən artıqdır, onlar tarixi saxtalaşdırmaq, təhrif etmək işini davam etdirirlər. Bəhs etdiyimiz tarixi-dini abidə ilə bağlı hay-küy də həmin təhriflərdən biridir.

Azərbaycan ərazisində türklər, yəni azərbaycanlılar tarix boyu müxtəlif dövlətlər qurublar. Bu etnos böyük dövlətlər qurmaqla yanaşı, dini-ideoloji sistem də yaradıb. Atəşpərəstliyi buna örnək olaraq göstərmək olar. İslama qədər isə azərbaycanlılar, yəni bu ərazidəki türklər xristianlığı qəbul ediblər.

Tarixi mənbələrə əsasən, Qafqaz Albaniyası və türk tayfaları IV əsrin əvvəllərində xristianlığı rəsmi dövlət dini elan edib. Alban xalqının və dövlətinin formalaşmasında hunlar, xəzərlər, sabirlər, barsillər kimi qədim türk tayfaları ilə yanaşı, qafqazdilli xalqlar rol oynayıb.

Xəzər türklərinin böyük bir hissəsi xaqanlığın rəsmi dini kimi iudaizmi qəbul etsə də, onların əhəmiyyətli bir qismi xristian, digər qismi isə müsəlman olub. İndiki Dağıstan və Şimali Azərbaycan bölgəsində yaşayan xəzərlər arasında xristianlıq geniş yayılmışdı.


Azərbaycan ərazisindəki qədim tarixə aid xristianlıq nümunələrinin əsl sahibi müasir dövrdə azərbaycanlılar və udilər sayılır.

Nikol Paşinyanın bu saxtakarlığın təbliğatına qoşulması Ermənistana çox kövrək olan etimadın dağılmasına səbəb ola bilər. Belə hallar, ənənəvi saxtakarlıqlar rəsmi İrəvanın sülh və normallaşma kimi sadiqliyinə kölgə salar.

Daha bir məsələyə diqqət çəkmək yerinə düşər; Cənubi Azərbaycan ərazisində xristianlıq dövrünə aid çoxlu sayda qədim memarlıq abidələri, kilsə və monastırlar mövcuddur. Bu məbədlərin böyük hissəsi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Qərbi Azərbaycan əyaləti Müqəddəs Faddeyin (Taddade) qəbri üzərində qurulmuş Qara Kilsə. Culfa şəhərindən təxminən 15 km qərbdə, Araz çayının sahilində yerləşən Səfəvilər dövründə (Şah Abbasın zamanında) əsaslı şəkildə təmir edilən bu məbəd zəngin daş oymalar və memarlıq üslubu ilə seçilir. Qərbi Azərbaycan əyalətinin Çaldıran rayonundakı 14-cü əsrə aid kilsə Barun bəndinin inşası zamanı su altında qalmamaq üçün 1988-ci ildə bütövlüklə 600 metr uzaqlıqdakı daha hündür təpəyə köçürülüb.

Urmiya və Təbriz şəhərlərində də kilsələr mövcuddur. Urmiyadakı Müqəddəs Məryəm kilsəsi Yaxın Şərqin ən qədim xristian məbədlərindən biri sayılır. Onun əsasının I əsrdə qoyulduğu qeyd edilir. Təbrizdəki Müqəddəs Məryəm kilsəsi də şəhərin ən qədim və mərkəzi kilsələrindəndir. Tanınmış səyyah Marko Polo da öz qeydlərində bu bölgədəki xristian məbədlərindən bəhs edib.

Deməli, Azərbaycan ərazilərində mövcud olan kilsələri erməniləşdirmək tarixi saxtalaşdırmaqdır.

Onu da qeyd edək ki, Azərbaycanın Kərki kəndi 30 ildən çoxdur, Ermənistanın işğalı altındadır. Bu günlərdə Samvel Karapateyanın partiyasının adamları Ermənistanın işğalından sonra bu kəndə köçürülən ermənilərə yardım etmək qərarına gəliblər. Belə ki, "Güclü Ermənistan"ın qərarına əsasən, fraksiyanın deputatlarının pul mükafatları Kərkiyə köçürülən ermənilərin gündəlik ehtiyaclarına yönələcək.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid eksklav Kərki kəndinin adını ermənilər rəsmi olaraq "Tiqranaşen" adlandırıblar.


Bu, eyni mərkəzdən idarə olunan məsələlərdəndir. Revanşistlər həmin mərkəzlərin Cənubi Qafqazda etimad mühitini pozmaq üçün istifadə edilən alət rolundadırlar. Nikol Paşinyan da bundan sülh və normallaşma prosesinə təsir etmək, güzəştlərə nail olmaq, yaxud Ermənistanın keçmiş himayədarlarından faydalanmaq, onlara yarınmaq üçün istifadə etməyə səy göstərir.

Bir neçə il öncə baş nazir Ağrı dağın "Ararat" adlanmasına etiraz etmiş və onun Ermənistan ərazisində olmadığını, Türkiyənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olduğunu bildirmişdi. O qeyd etmişdi ki, ölkəsinin ərazisində ən yüksək dağ "Ararat deyil", Alagözdür (ermənilər onun adını dəyişərək "Araqats" adlandırıb)". Nikol demişdi ki, Ağrı dağın "Ararat" adlanması Türkiyəyə ərazi iddiasıdır. Onun sözlərinə görə, belə bir şəraitdə Türkiyə Ermənistanla əlaqə saxlamaz və s.

Kərkiyə ermənilərin köçürülməsi Cənubi Qafqazda bu etnosun məskunlaşdırılmasının kiçik modeli, Ağrı dağın adının təhrif edilməsi isə onların qonşu dövlətlərə ərazi iddiaları və yer adlarının erməniləşdirilməsinə bir nümunədir.

Nikol Paşinyanın Fransa səfərindən qayıtdıqdan sonra bu məsələnin parlamentdə müzakirəyə çıxarılması təsadüfi deyil. Ermənistanda son günlər baş verənlər rəsmi İrəvanın köhnə havaya "oynadığını" ehtimal etməyə əsas verir.


İrəvanda Göy məscid var. 1766-cı ildə İrəvan xanı Hüseynəli məscid tikintisinə dair əmr verib. O, Azərbaycanın memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi camesi olub. Bura çar Rusiyası dövründə azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi.

Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarət olmaqla 7 000 kvadratmetrlik ərazidə yerləşib. İkinci Dünya müharibəsindən sonra onun 4 minarəsindən 3-ü sökülüb. 1952-ci ildə məscidin bir hissəsi planlaşdırmaya düşüb, bir hissəsi isə məktəb olmuşdu. 1995–2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub. Ermənistan onu fars mədəniyyətinin nümunəsi olaraq təqdim edir.

Məlumatlara əsasən, 2022-ci ilin oktyabrında BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasında Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun nümayəndəsi Asmita Baidya qeyd edib ki, 20-ci əsrin əvvəllərində İrəvanda 310 məscid qeydiyyata alınıb, hazırda isə şəhərdə yalnız Göy Məscid salamat qalıb: "1918, 1955 və 1988-ci illərdə yerli azərbaycanlıların xüsusi zorakılıqla şəhərdən qovulması ilə eyni vaxtda məscidlər ermənilər tərəfindən yandırılıb".

Cənubi Qafqazda hər şeyi erməniləşdirmək bu etnosun köhnə şakəridir. Görünür, olanlardan hələ də dərs çıxarmaq istəmirlər. Hər halda bir çox mətləbləri qeyd etmirik. Çünki Azərbaycan sülh və əməkdaşlıq təşəbbüsçüsü, tərəfdarı olaraq onun reallaşmasını istəyir.(Report)

Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?


Nazirlik 'qadağandır' deyir, məktəblərdə isə virtual bazarlar qurulur..."

Yeni tədris ili başlayan kimi valideyn komitələri yenidən hərəkətə keçib. Təmir pulu, A4 vərəqi xərci və qarşıdan gələn Müəllimlər günü üçün "hörmət" siyahıları... Dövlət hər il məktəblərin təminatına milyonlar ayırdığı halda, bu xərclər niyə valideynlərin çiyninə yıxılır? Ən dəhşətlisi isə odur ki, imkanı olmayan, kasıb ailələrin övladları bu qanunsuz yığımlara görə sinifdə kənarda qalır, həmyaşıdlarının aşağılayıcı baxışlarına və psixoloji travmaya məruz qoyulur!(1xeber.media)

44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı iki tender elan edib.
BizimƏsr.media xəbər verir ki, tenderlərdən birində 20 modul və 3 konteyner tipli məktəb binasının quraşdırılması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 12 milyon 716 min 418 manatdır.
Digər tender isə 20 modul və 1 konteyner tipli məktəb binasının quraşdırılmasını əhatə edir. Bu tender üzrə ehtimal olunan qiymət **12 milyon 313 min 831 manatdır.
Beləliklə, iki tender üzrə ümumilikdə 40 modul və 4 konteyner tipli məktəb binasının quraşdırılması planlaşdırılır. Tenderlərin ümumi ehtimal olunan qiyməti isə 25 milyon 30 min 249 manatdır.
Bir modul tipli məktəb üçün orta hesabla 569 min manat?
Rəqəmlər üzərində sadə hesablama aparanda 25 milyon 30 min 249 manatın 44 məktəbə bölünməsi nəticəsində bir məktəb üçün orta hesabla təxminən 568,9 min manat məbləğ alınır.
Bu rəqəm modul məktəblərin əvvəlki illərdəki maliyyələşdirilməsi ilə müqayisədə diqqət çəkir.
Məsələn, Elm və Təhsil Nazirliyinin rəsmi məlumatlarında müxtəlif rayonlarda 20, 40, 56, 80 və 96 şagird yerlik modul məktəblərin quraşdırılması üçün **216 min manatdan 425 min manatadək** vəsait nəzərdə tutulduğu göstərilib.
2025-ci ildə isə 70 ədəd, hər biri 90 şagird yerlik modul tipli məktəbin layihə-smeta sənədlərinin hazırlanması üçün 2 milyon 854 min manatlıq tender elan edilmişdi.
Bu baxımdan, yeni tenderlərdə 44 məktəb üçün nəzərdə tutulan 25 milyon manatlıq ehtimal olunan qiymətin hansı xərclər hesabına formalaşdığı diqqət çəkir.
Burada xüsusilə tender sənədlərində hər bir məktəb üzrə məktəbin sahəsi, şagird tutumu, modul konstruksiyanın dəyəri, fundament işləri, kommunikasiya xətləri, istilik və elektrik sistemi, su-kanalizasiya, daşınma, quraşdırma və digər xərclərin necə hesablandığının açıqlanması əhəmiyyətlidir. Çünki təkcə “40 modul və 4 konteyner məktəb” məlumatı 25 milyon manatlıq ehtimal olunan qiymətin əsaslandırılmasını tam göstərmir.
Bu səbəbdən 25 milyon manatlıq məbləğin şişirdildiyini demək üçün tender üzrə texniki spesifikasiya və smeta məlumatlarının araşdırılması lazımdır.

44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı iki tender elan edib.

Tenderlərdən birində 20 modul və 3 konteyner tipli məktəb binasının quraşdırılması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 12 milyon 716 min 418 manatdır.

Digər tender isə 20 modul və 1 konteyner tipli məktəb binasının quraşdırılmasını əhatə edir. Bu tender üzrə ehtimal olunan qiymət **12 milyon 313 min 831 manatdır.

Beləliklə, iki tender üzrə ümumilikdə 40 modul və 4 konteyner tipli məktəb binasının quraşdırılması planlaşdırılır. Tenderlərin ümumi ehtimal olunan qiyməti isə 25 milyon 30 min 249 manatdır.

Bir modul tipli məktəb üçün orta hesabla 569 min manat?

Rəqəmlər üzərində sadə hesablama aparanda 25 milyon 30 min 249 manatın 44 məktəbə bölünməsi nəticəsində bir məktəb üçün orta hesabla təxminən 568,9 min manat məbləğ alınır.

Bu rəqəm modul məktəblərin əvvəlki illərdəki maliyyələşdirilməsi ilə müqayisədə diqqət çəkir.

Məsələn, Elm və Təhsil Nazirliyinin rəsmi məlumatlarında müxtəlif rayonlarda 20, 40, 56, 80 və 96 şagird yerlik modul məktəblərin quraşdırılması üçün **216 min manatdan 425 min manatadək** vəsait nəzərdə tutulduğu göstərilib.

2025-ci ildə isə 70 ədəd, hər biri 90 şagird yerlik modul tipli məktəbin layihə-smeta sənədlərinin hazırlanması üçün 2 milyon 854 min manatlıq tender elan edilmişdi.

Bu baxımdan, yeni tenderlərdə 44 məktəb üçün nəzərdə tutulan 25 milyon manatlıq ehtimal olunan qiymətin hansı xərclər hesabına formalaşdığı diqqət çəkir.

Burada xüsusilə tender sənədlərində hər bir məktəb üzrə məktəbin sahəsi, şagird tutumu, modul konstruksiyanın dəyəri, fundament işləri, kommunikasiya xətləri, istilik və elektrik sistemi, su-kanalizasiya, daşınma, quraşdırma və digər xərclərin necə hesablandığının açıqlanması əhəmiyyətlidir. Çünki təkcə “40 modul və 4 konteyner məktəb” məlumatı 25 milyon manatlıq ehtimal olunan qiymətin əsaslandırılmasını tam göstərmir.

Bu səbəbdən 25 milyon manatlıq məbləğin şişirdildiyini demək üçün tender üzrə texniki spesifikasiya və smeta məlumatlarının araşdırılması lazımdır.

BizimƏsr.media

Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?




AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızının bu ilin yayında Nyu-Yorkda 7,5 milyon dollara daşınmaz əmlak aldığı barədə daha əvvəl yazmışdım. Kiçik araşdırma göstərir ki, Əsgərovun qızları Londonda da hazırkı bazar dəyəri milyonlarla funtla ölçülən daha iki lüks mənzilə sahibdirlər.
Cahangir Əsgərovun AZAL-a rəhbərlik etdiyi dövrdə Londonun nüfuzlu Hyde Park Gate ünvanında yerləşən Broadwalk House yaşayış binasında iki mənzil üzrə əməliyyat qeydə alınıb. 23 saylı mənzil 2009-cu ildə 1,8 milyon funta, 24 saylı mənzil isə 2013-cü ildə 900 min funta satılıb. Broadwalk House Residents Limited-in Companies House sənədlərində Məlahət Əsgərova 2010-cu ildən, Cəmilə Əsgərova isə 2013-cü ildən etibarən səhmdarlar arasında görünür.
Bu iki mənzilin həmin dövrdəki ümumi alış qiyməti 2,7 milyon funt təşkil edir ki, bu da bugünkü məzənnə ilə təxminən 3,61 milyon dollar və ya 6,15 milyon manat deməkdir. Broadwalk House-da son illərdə qeydə alınan satış və elan qiymətləri nəzərə alınarsa, bu əmlakların hazırkı ümumi bazar dəyəri təxminən 6–10 milyon funt aralığında ola bilər.
Broadwalk House sakinlər adından binanın idarə edilməsində iştirak edən Broadwalk House Residents Limited adlı şirkət vasitəsilə idarə olunur. Companies House sənədlərində Əsgərovun qızlarının bu şirkətdə hərəsinin bir mülkiyyətə bərabər səhmə sahib olduğu görünür. Konkret mənzillərin hüquqi mülkiyyətçisini qəti şəkildə təsdiqləyən əsas sənəd Böyük Britaniyanın HM Land Registry reyestrindəki title register-dir.
Maraqlıdır ki, Broadwalk House daha əvvəl başqa yüksək profilli şəxslərlə bağlı araşdırmalarda da gündəmə gəlib. Livan Mərkəzi Bankının keçmiş rəhbəri Riad Salameh və ailə üzvlərinin Londondakı əmlakları beynəlxalq araşdırmaların predmeti olub. Sonrakı illərdə Salameh və onun maliyyə əlaqələri ilə bağlı Livan və bir sıra Avropa ölkələrində korrupsiya və çirkli pulların yuyulması üzrə istintaqlar aparılıb, bəzi əmlak və bank aktivləri üzrə həbs tədbirləri tətbiq edilib.(Teref.fun)
Cavanşir Həsənli





Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO


Regionlarda orta məktəblərin baxımsız vəziyyətdə olması, şəraitsizlik və digər problemlərlə bağlı müraciətlər ictimailəşməkdə davam edir. Bizimesr.media xəbər verir ki, redaksiyanın elektron poçtuna göndərilən foto və videolar Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində çəkilib.

Görüntülərdən birində məktəbin ayaqyolusunun baxımsız və yararsız vəziyyətdə olduğu görünür.

Bildirilir ki, məktəb ərazisində müəyyən problemlərin uzun müddətdir aradan qaldırılmadığı iddia olunur. Redaksiyaya göndərilən digər videoda isə məktəbin həyətində yerləşdirilmiş zibil qabı əks olunub.


Məlumata görə, həmin ərazidə zibillər mütəmadi olaraq yandırılır. İddia olunur ki, zibilin yandırılması nəticəsində yaranan tüstü və duman məktəbin sinif otaqlarına daxil olur.

Maraqlıdır, Goranboy rayon Kommunal Təsərrüfat Birliyi məktəbin ərazisindəki zibilləri niyə vaxtında daşımır? Məktəbin kommunal xidmətləri ilə bağlı ödənişlərhəyata keçirilmir? Əgər zibilin daşınması üçün xidmət mövcuddursa, niyə tullantılar məktəbin həyətində yandırılır?

Məktəb ərazisində tullantıların yandırılmasının hansı səbəbdən davam etdiyi və bunun qarşısının niyə alınmadığı da aydın deyil. Aidiyyəti qurumların məsələyə münasibətini dərc etməyə hazırıq.

Qeyd edək ki, Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru postu Kİfayət Rzayevaya həvalə olunub. Kİfayət Rzayeva hazırda Goranboy Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərovun müavini vəzifəsində çalışır.

3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO


Bakıda bir restoranda təqdim olunan hesab sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.
Gununsesi.info xəbər verir ki, “newsbaku” adlı instaqram səhifəsində yayılan görüntülərdə “Cənnət Gəncə” restoranında üç qutab üçün 75, əlavə salat və sularla birlikdə isə ümumilikdə 160 manatdan çox hesab alınmasından bəhs olunub.
Gununsesi.info-nun apardığı araşdırma zamanı məlum olub ki, adıçəkilən restoran məşhur iş adamı Araz Mehdiyevə məxsusdur.
Məlumata görə, Rusiyada çoxsaylı biznes obyektlərinə sahib olduğu bildirilən iş adamının Bakıda fəaliyyət göstərən restoranında təqdim olunan hesabın məbləği sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub.
İctimai müzakirələrdə əsas diqqət sifariş edilən qutabın sayı ilə təqdim olunan hesab arasındakı uyğunsuzluğa yönəlib.
Səslənən tənqidlərdə, həmçinin adıçəkilən restoranda müştərilərə qəbz verilmədiyi də xüsusi vurğulanıb.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56