Ramin Qasımov Sumqayıt Tibb Mərkəzində nə kimi qanunsuzluqlara yol verir


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələri tərəfindən keçirilən dövlət satınalmalarında yol verilən qanunsuzluqlarla bağlı mediada kifayət qədər geniş məlumatlar yayılmaqdadır. Apardığımız araşdırmalar zamanı “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən də “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

“Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən mətbəə mallarının satınalınması üzrə 29.06.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZİMUT TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 39.190,16 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınaılmaların portalında 22.09.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzi tərəfindən nəzərdə tutulmuş mətbəə mallarının satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 95.900,00 manat müəyyən edilib.

Bundan əlavə, Sumqayıt Tibb Mərkəzi lLiftlərə texniki xidmət üzrə “LİFT SERVİS” BİRLİYİ ilə 7.788 manat dəyərində satınalma müqaviləsini 07.09.2026-cı ildə bağlayıb. Bu açıq tenderdə ehtimal olunan qiyməti 23.520,00 manat müəyyən edilib.

Sumqayıt Tibb Mərkəzi müxtəlif növ mal materialların alınması üzrə “EUROSTAR GROUP OF COMPANIES” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 113.333,31 manat dəyərində satınalma müqaviləsini 07.09.2026-cı ildə bağlayıb. Bu açıq tenderin ehtimal olunan qiyməti 175.889,44 manat müəyyən edilib.

Sumqayıt Tibb Mərkəzi camaşırların yuyulması, ütülənməsi və çatdırılması xidməti üzrə “STEEL MATERIALS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 47.200 manat dəyərində satınalma müqaviləsini 07.09.2026-cı ildə bağlayıb. Bu açıq tenderin ehtimal olunan qiyməti 118.500,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Sumqayıt Tibb Mərkəzinin müəyyən etdiyi ehtimal qiyməti ilə qalib təchizatçıların təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Xatırladaq ki, mediada Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi açıqlanıb. Onun sözlərinə görə, ötən il kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 155,4 mln. manat məbləğində nöqsan aşkarlanıb.

Vüqar Gülməmmədov deyib ki, “Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır.”

Göründüyü kimi “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 60 faizdən də aşağı qiymət təqdim etmiş MMC-lərlə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bununla yanaşı keçirilmiş dövlət satınalmalarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

“Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb. Dövlət satınalmalarında hazırda əsas diqqət yetirilməli olan məsələlərdən biri məhz qiymət fərqləridir.

Apardığımız araşdırmalar göstərdi ki, ehtimal olunan məbləğdən 20 faizdən çox fərqlənən satınalmaların sayı 51 faizdən yuxarıdır. MDB ölkələrində bu göstərici üzrə qırmızı xətt 15-25 faiz hesab olunur”.

Bunu da Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Maraqlıdır, Hesablama Palatasının sədrinin bu kimi açıqlamalarından bəzi qurumların rəhbərləri görəsən niyə nəticə çıxarmır. Əsasən də TƏBİB və Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin rəhbərləri.

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Ramin Qasımovdur. O, sözügedən vəzifəyə cari ilin iyulunda təyin edilib. O, 2020-2024-cü illərdə Salyan rayon xəstəxanasının direktoru, 2024-cü ilin aprelindən Sumqayıt Tibb Mərkəzinin direktoru müavini vəzifələrində çalışıb. Hesablama Palatası, yaxud da digər aidiyyəti qurumlar Ramin Qasımovun Pediatriya direktoru olduğu tibb müəssisəsində yuxarıda qeyd etdiyimiz qanun pozuntularına oxşar çox nöqsanlar aşkarlaya bilər.

Aktualinfo.net

“Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar


Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi, 19 yaşlı Fidan Abbaslının ölümü ilə bağlı atası Kamil Abbasov ağır ittihamlarla çıxış edib.
"Bakupost" xəbər verir ki, Kamil Abbasov “Referans” Endokrin və Cərrahi Mərkəzinin həkimləri Amil Əliyev və Vidadi Kəbirlinin fotolarını yayımlayaraq onları qızının ölümündə günahlandırıb.
O, 19 yaşlı Fidanın “həkimlərin səhlənkarlığının qurbanına çevrildiyini” bildirib və məlumatın maksimum şəkildə yayılmasını istəyib.
Məlumata görə, Fidan Abbaslı bir müddət əvvəl rinoplastika əməliyyatı keçirib. İddialara əsasən, əməliyyat zamanı onun vəziyyəti qəfil ağırlaşıb və gənc qız şok vəziyyətinə düşüb. Həmçinin həmin anda klinikada zəruri şokəleyhinə preparatın olmadığı iddia edilir.
Qeyd edək ki, Fidan Abbaslı sentyabrın 21-də vəfat edib. O, UFAZ-ın kompüter elmləri ixtisası üzrə III kurs tələbəsi olub.
Fidan Dəyanət Liseyinin məzunu idi. Atası Kamil Abbasovun da həmin liseydə kimya-biologiya müəllimidir.
Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52