Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - BU NƏDİ BELƏ?


Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanın “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında 3 mükafata layiq görüldüyünü açıqlayıb. Lakin yarışın rəsmi nəticə cədvəlində Azərbaycan iştirakçılarının nəticələri Agentliyin yaydığı məlumatla tam uyğun gəlmir.

Agentliyin məlumatına əsasən, kibertəhlükəsizlik üzrə Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq “Medal of Excellence”, elektronika üzrə Orxan Mustafayev isə “Best of Nation” mükafatına layiq görülüb.
Lakin “WorldSkills Shanghai 2026”nın rəsmi nəticə bazasında Azərbaycan üzrə 7 iştirakçının nəticələri fərqli şəkildə təqdim olunur.

Rəsmi cədvələ əsasən, nəticələr belədir:

Elsevər Yaqublu – dəmir yolu nəqliyyat vasitələri texnologiyası – 9-cu yer, 673 bal;
Əli Məhərrəmli və Yusif Kazımlı – kibertəhlükəsizlik – 10-cu yer, 702 bal, Medal for Excellence;
Orxan Mustafayev – elektronika – 13-cü yer, 686 bal;
Emil Hüseynov– veb texnologiyaları – 26-cı yer, 685 bal;
Cahid Güləhmədov – qaynaq – 30-cu yer, 658 bal;
Çarkaz Vəliyev – avtomobil texnologiyası – 33-cü yer, 665 bal;
Cavid Məmmədov – yemək bişirmək – 41-ci yer, 638 bal.

Cədvəldə medal göstəricisi yalnız Əli Məhərrəmli və Yusif Kazımlının nəticəsinin qarşısında qeyd olunub. Bu isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin açıqladığı “3 mükafat” məlumatının necə hesablandığını böyük sual altına alır. 1, yoxsa 3 medal?

Xüsusilə Orxan Mustafayevin “Best of Nation” mükafatına layiq görüldüyünün açıqlanması diqqət çəkir. Onun WorldSkills-in rəsmi nəticə cədvəlində nəticəsi 13-cü yer və 686 bal olaraq göstərilir, lakin medal bölməsində müvafiq qeyd yer almır.

Yəni, Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına əsasən, kibertəhlükəsizlik üzrə Əli Məhərrəmli və Yusif Kazımlının birgə fəaliyyəti nəticəsində 1 “Medal for Excellence” əldə olunub. Sadəcə həmin medal iki iştirakçının adına qeyd edilib. Bəs digər 2 medal haradadır, hörmətli İlqar Bayramlı? Göstərə bilərsinizmi həmin 2 medalı?
Digər tərəfdən, yarışda Azərbaycan nümayəndə heyətinin kifayət qədər geniş tərkibdə iştirak etdiyi məlumdur. Şanxayda Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, müxtəlif peşə təhsili müəssisələrinin rəhbər və digər nümayəndələrinin də iştirak etdiyi görünür.
Dövlət vəsaiti hesabına həyata keçirilən səfərin nəticələri nə oldu? Bu yarışda iştiraka nə qədər dövlət vəsaiti xərcləndi? Niyə bu qədər direktor və direktor müavini Şanxaya aparılmışdı? Sadəcə gəzməyə, şəkil çəkdirməyə?
Azərbaycanın bölgələrdəki peşə məktəblərinin hansı vəziyyətdə olduğunu İlqar Bayramlı hamıdan yaxşı bilir. Bu vəsaiti peşə məktəblərinin heç olmasa bir qisminin təmirinə xərcləmək olmazdımı? Nə qazandıq? Kİmlərsə gəzdi və şəkil çəkdirdi, vəssalam? Peşə məktəblərinin direktor və direktor müavinlərinin beynəlxalq tədbirdə iştirakının Azərbaycan peşə təhsilinə hansı konkret nəticələri verdiyi, hansı yeni əməkdaşlıq və layihələrin əldə olunduğu barədə Agentlik niyə məlumat açıqlamır? Şəkil çəkdirməyəmi getmişdilər?
Nəticə etibarilə, bir tərəfdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin “3 mükafat” açıqlaması, digər tərəfdə isə WorldSkills-in rəsmi nəticə cədvəlində əks olunan nəticələr dayanır.
Azərbaycanın “WorldSkills Shanghai 2026”da qazandığı 3 mükafat konkret olaraq hansılardır və bu mükafatlar WorldSkills-in rəsmi nəticə sistemində niyə eyni şəkildə əks olunmur? Həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyi bu tədbir üçün nə qədər vəsait xərcləyib?
Bu suallara aydınlıq gətirmək Elm və Təhsil naziri Emin Əmrullayevə düşür.

Tehsilmedia.org

"Qurtuluş 93"-də zirzəmi obyektə çevirilir - Sakinlər narazıdır


Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksinin 60-cı binasında yaşayan sakinlər Bizimesr.info-ya müraciət ediblər.
Sakinlərin sözlərinə görə, binanın zirzəmi hissəsi kompleks satışa çıxarılarkən ehtiyat çıxışı kimi nəzərdə tutulub. Lakin sonradan zirzəminin bütün çıxışlarının bağlandığını və həmin ərazinin obyektə çevrilməsi istiqamətində işlər aparıldığını bildirirlər.
Sakinləri xüsusilə zirzəmidə aparılan söküntü və tikinti işləri narahat edir. Onların iddiasına görə, işlər zamanı binanın əsas konstruksiyalarının, o cümlədən dayaqlarının zədələnə biləcəyindən ehtiyat edirlər.
```html
Bina sakinləri bildirirlər ki, məsələ ilə bağlı binanı inşa edən şirkətin rəhbərliyindən də aydın məlumat ala bilmirlər. Onların sözlərinə görə, gün ərzində davam edən söküntü və tikinti işlərindən yaranan səs-küy də sakinlər üçün əlavə narahatlıq yaradır.
Sakinlərin digər iddiasına görə isə zirzəminin obyektə çevrilməsi ilə bağlı müvafiq icazələrin olub-olmaması barədə onlara heç bir məlumat verilməyib. Hazırda zirzəmidə konkret hansı işlərin aparıldığı və gələcəkdə burada hansı obyektin fəaliyyət göstərəcəyi də sakinlərə məlum deyil.
Qeyd edək ki, sakinlərin sözlərinə görə, Qurtuluş 93 yaşayış kompleksində son illər zirzəmi sahələrinin satılması və müxtəlif məqsədlərlə obyektlərə çevrilməsi halları ilə bağlı narazılıqlar artıb.


Bizimesr.info

Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı



Bu gün MÜTDA-nın kölgə rəhbəri Arslan Hacıyevin tapşırığı ilə BŞTİ-nin kölgə şefi Turanə Məcidli məktəb direktorlarını bir yerə toplayaraq "dəyərli təlimat"larını verib. Kölgə şef BŞTİ müdirliyini müvəqqəti (3 ildir) məşğul edən Nərminə Hüseynovanı da zorla toplantıya gətirib.

Maraqlı olan odur ki, toplantı öncəsi məktəb direktorlarının mobil telefonları əllərindən alınıb, üst-başları yoxlanılıb. Bu haldan şoka düşən bəzi direktorlar etiraz etsələr də, əlamanlar onlara danışmağa belə imkan verməyib. Deyiblər ki, Turanə Məcidlinin tapşırığıdır, sorğu-sualsız icra olunmalıdır.

Toplantı nə toplantı. Məlum olub ki, Turanə Məcidlinin ürəyi doluymuş, direktorları daha ürəkdən danlamaq üçün üst səviyyədə "təhlükəsizlik" məqsədilə mobil cihazların yığılması əmrini verib. Yenə reallıqdan uzaq tapşırıqlar, ironik atmacalar, yersiz göstərişlər. Bir neçə direktorun haqlı etirazından sonra acıdil müavininə əsəbiləşən Nərminə Hüseynova zalı yarımçıq tərk edib. Maraqlıdır, onun bu gedişinə zaldakılar ayağa qalxsa da, Turanə Məcidli heç halını da pozmayıb. Bundan sonra daha əsəbi danışan Kölgə Şefi direktorlar susmaqla və kinayəli təbəssümlə baykot edərək yola veriblər. İş o yerə çatıb ki, Turanə Məcidlinin yanında oturan Anar Qədimov, Bəşarət Məmmədov, Kamran Vəliyev utandıqlarından başlarını aşağı salaraq susublar.

Verilən məlumata görə, Bakı Təhsil İdarəsinin pərdəarxası şefi olan Turanə Məcidlinin məktəb direktorlarına olan patoloji nifrətinin bir səbəbi məktəb direktoru olduğu dönəmdə onu saya salmamaları, digər səbəbi isə onu BŞTİ rəhbəri kimi ciddi qəbul etməmələridir.

Toplantı sonrası pərt halda zalı tərk edən məktəb direktorları pıçıldaşırmışlar ki, bunun öz ayıbı azdır, hələ bizə göz ağardır. Sən demə, yayda mediada işlqlandırılan "Turanə Məcidlinin ailə dələduzluğu" haqda yazılanlar həqiqət imiş. Turanə Məcidlinin qayınanası, Bakı İdman Liseyinin direktoru Tərminə Əsədova da bu oyunbazlığa qurban gedibmiş, işdən atılıbmış. Bərəkallah belə gəlinə, qayınana qəniminə. Əslində isə hər ikisi şikayətçilər sayəsində üstü açılan rüşvət əməliyyatında xar olublar.
Məlum olub ki, Bakı İdman Liseyinin müəllimi bir neçə şəxsi aldadaraq yüklü miqdarda pulu öz direktoruna versə də, aldatdıqları adamların şikayəti əsasında həbs edilib, məhkəməyə çıxarılıb. Bax beləcə əməliyyat pozulub, qayınana qurban verilib, gəlinlə bağlı da yuxarı səlahiyyətlilərin sərt qərarı gözlənilir. Ona görə də Turanə Məcidli səbəbsiz yerə direktorları toplayaraq özünü işgüzar göstərməyə, ətrafdakılara "yıxılmadım, ayaqdayam" deməyə çalışır.
(Bütün bunlar haqda daha detallı məlumatlar əldə etməyə çalışırıq)

Tehsilmedia

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52