Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...


"İki gün öncə KİV-lər Qusar şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı 6 yaşlı uşağın ölümü barədə məlumat yaydılar. Xəbərdə bildirilirdi ki, hadisə Qusar şəhərindəki Əmiraslanov küçəsində baş verib. “JEEP WRANGLER” markalı avtomobilin sürücüsü yolun sağ tərəfində hərəkətdə olan velosipedçini vurub. 6 yaşlı Qusar rayon sakini aldığı xəsarətlərdən yerindəcə vəfat edib..." "DİA-AZ" xəbər verir ki, bu barədə jurnalist Müqəddəs Mehdiyev açıqlamasında qeyd edib.

O daha sonra bildirir: "Maraqlısı budur ki, KİV-lərdə (shimal.news istisna olmaqla) 6 yaşlı uşağın adı və soyadı dərc olunmayıb. Sürücünün kimliyi isə indiyədək naməlum olaraq qalır. Baş vermiş hadisə ilə əlaqədar “Şimal xəbərləri”nə çoxsaylı zənglər daxil olub. Sakinlər nə üçün xəbərlərdə hadisəni törədən şəxsin adının, avtomobilinin dövlət nömrə nişanının qeyd edilmədiyi, vəfat edən uşağın ad və soyadının çəkilməməsi ilə maraqlanırlar. Onlar haqlıdırlar. Belə hallarda insanlarda müəyyən şübhələr yaranır.

“Şimal xəbərləri”nin araşdırmasına görə, qəza həqiqətən də Qusar şəhərinin Əmiraslanov küçəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Möhürov Səfər Ceyhun oğludur. Mərhum dəfn edilib (Allah rəhmət etsin). O ki qaldı sürücünün kimliyinə, bu barədə “Şimal xəbərləri”nə ziddiyətli məlumatlar daxil olub. Mənbələrdən biri deyir ki, uşağı qara rəngli, 38-AA-138 dövlət nömrə nişanlı “JEEP WRANGLER” markalı avtomobil vurub. İddialara görə, sükan arxasında Qusar sakini Anjela Məmmədova İlham qızı olub. Başqa bir iddiaya görə isə, sükan arxasında azyaşlı əyləşib. Qəza isə maşın arxa istiqamətə hərəkət edərkən baş verib. Bir daha qeyd edirik ki, bunlar “Şimal xəbərləri”nə daxil olan iddialardır və araşdırma davam edir. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq. Qusar rayon prokuroru cənab Ceyhun Mirzəyevdən xahiş edirik ki, baş vermiş yol-nəqliyyat hadisəsinin ictimaiyyət arasında doğurduğu rezonansı nəzərə alaraq, istintaqı şəxsi nəzarətinə götürsün..."

Atasının İranla bağlı qərarına qarşı çıxıb


ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp İrana qarşı müharibənin əleyhinə olub.

Bu barədə “The Atlantic” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Trampın oğlu şəxsi söhbətlərdə ABŞ-nin Yaxın Şərqdəki münaqişədə iştirakına qarşı çıxıb və bu mövqeyini atasına çatdırıb.

Jurnalın həmsöhbətləri qeyd ediblər ki, o, hər zaman xarici müdaxilələrə skeptik yanaşıb, lakin bu barədə açıq şəkildə bəyanat vermir.

“O bu məsələdə öz baxışlarını açıqlamamağa üstünlük verir, çünki belə bir mövzuda atası ilə açıq şəkildə fikir ayrılığına heç vaxt getməz”, - mənbə bildirib.

Qeyd edək ki, “Pew Research Center”in sorğusuna görə, amerikalıların 65%-i Donald Trampın İrana qarşı əməliyyat aparmaq qərarını dəstəkləmir.

“Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”


8 sentyabr 2026-cı il. Dörd nəfər gənc övladımızın xoşbəxtliyini əbədi susduran “Şəki yaylası” adlı “ölüm vadisi”. Bu tarixdə 26 yaşlı Ucal Bayramovu və 30 yaşlı Coşqun Məmmədovu qurban seçdi bu “qətl yurdu”. Hüquq müstəvisinə qaldırdıqda bu faciə kontekstində bu yaylada bir cinayət zənciri uzanır və araşdırdıqca bu zəncirin hər bir həlqəsinin bu cinayətin və faciənin baş verməsində ayrıca hüquqi məsuliyyət payı üzə çıxır.

Ümid edirəm ki, bu cinayət həlqələri istintaqın bəsirətindən, onun iti gözlərindən yayınmayacaq. Yayınarsa belə bizim öz israrlı bəsirətimiz oyaqdı. Bu zəncirin hər bir həlqəsini tapmaq və onu qanunlarımızın ədalət divanına sürükləmək istintaqın müqəddəs missiyasıdır. İnanmaq istərdik ki, ədalətin və haqqın keşiyində dayanan dövlət orqanlarımız bu cinayət zəncirində heç bir həlqəni unutmayacaqlar. Hələ ki, şahidlərlə söhbətim bu zəncirin yeni həlqəsini bizə nişan verir.

İnsanlığın əbədi şüarlarından, xeyirin şərlə savaşında müqəddəs çağırışlarından biri belə səslənir: insanlığa qənim kəsilənlərə ölüm! Bu, insanlığın axirətədək hayqıracağı bir şüardı. Əxlaqımız da, qanunlarımız da, dinimiz də, mənəviyyatımız da bu müqəddəs istək üzərində qurulub. Çünki qatillər daim şərin cəbhəsindən xeyirə qarşı qılınc sıyırıb, onun üzərinə yeriyənlərdi.

Tanrım bu “ölüm vadisi”ndə baş verən cinayətdən iki şahid saxladı-biri həyat yoldaşı, o biri nişanlı libasında “heykəlləşən” gənc qız övladlarımız. Bəlkə də Uca Haqq bu ağır faciənin izlərini harınların, tiranların, zalımların, cəlladların sonacan ört-basdır edə bilməmələri üçün saxladı onları! Ancaq bu şahidlər danışdıqca insan ağlı gerçəkliklə mübhəmlik arasında çırpınır, fəğan qoparıb hər iki məkanda həqiqətin arxasınca sürünməyə, bu həqiqətə çatmağa çalışır. Onlar danışır, dinləmək üçün dözümümü toparlayıram sonacan, çünki tikə-tikə olan iç dünyam üsyan qoparır, bu ovqatda dözümüm belə üsyankar qəlbimi ovutmaqda acizdi. Şahidlər danışır, hiss edirəm ki, gənclər bu “ölüm vadisi”ndə onları gözləyən qədərdən ürəklərinin dərinliklərində sanki öncədən duyuq düşüblərmiş, sanki hansısa mistik bir qüvvvə insanlığa qənim kəsilənlərin bu ölüm oyununu onlara pıçıldayırmış, bu faciədən onları şüuraltı olaraq xəbərdar etməyə çalışırmış. Bəs onları ürəklərinə daman bu fəlakətdən döndərən şərin adı nədi? Bu hansı iblisdi ki, qarşıdakı fəlakəti pıçıldayan mələyi susdurdu?

Göz yaşlarında boğula-boğula doğulan həqiqət və ya şahidlərin dilində boy verən ağrılar

Danışmağa cəhd edirəm şahidlərlə. Hər iki şahid hıçqırıqlarına ara verməyə və nə isə söyləməyə çalışır. Ancaq fikirləri tez-tez faktlardan uzaqlara baş alıb gedir, sözlər ağrılarının dilinə çevirilir: “çirkabdan çıxan məlunlar, varlıqları da, niyyətləri də iyrənc olan şərəfsizlər, insanlığın canına daraşmış zəlilər. Hələ də özümüz üçün hec cür izah edə bilmirik, oğlanları, elə hamımızı qərarımızdan döndərmək üçün necə bir hiyləyə əl atdılar, biz bu hiyləyə necə düşdük?! Danışa-danışa bizi necə hipnoz etdilərsə, bir o yadımızdadır ki, artıq hamımıza kəmər taxmışdılar. İndi az qala hər gün düşünürəm: əvvəlcədən verdiyimiz qərarlar necə oldu? Bəlkə onlar elə doğrudan da iblisin özüdürlər.”

Yenə şahidlərin-xoşbəxtlikləri quldurlar tərəfindən talan edilmiş qız balalarımızın hıçqırıqları boğur aradığım həqiqətin yolunu. Bu hıçqırıqlar yalnız dərd içində boğulan ürəklərin əzablarının çırpıntıları deyil, bu hıçqırıqlar həm də haqqın və ədalətin insana və insanlığa qənim kəsilən cəlladlara oxuduğu hökmdü. Biz bu hökmü Azərbaycanımızın, dövlətimizin haqq-ədalət divanından, həm də daim haqqın keşiyində dayanan, “düşmənə ölüm” hayqırıb onu diz çökdürməyi bacaran qədirbilən Azərbaycan toplumundan gözləyirik.

Şahidlər danışır: “Biz ziplayna minmək məsələsində əvvəlcədən dördlükdə götür-qoy edib belə qərara gəldik ki, çəkilərinin ağır olduqlarına görə oğlanlar ziplayna minməsinlər, yalnız biz iki nəfər qız minək. Çünki Ucalın 110, Coşqunun isə 120 kilo çəkisi vardı. Onlar buna görə açıq-aşkar narahat idilər və qərar verdilər ki, ziplayna minməyəcəklər. Ziplayna minmək məsələsində artıq hamımızın ortaq və qəti qərarımız belə idi: yalnız biz iki nəfər qız minək, oğlanlar isə minməsinlər, vəssalam. Bu qərardan sonra dördümüz də yuxarı qalxdıq və ziplayna minəcəyimiz yerə çatdıq. Burada dayanan işçi ilə danışdıq və ziplayna yalnız qızların minəcəyi, oğlanların isə minməyəcəyi haqqında qərarımızı oradakı işçiyə bildirdik. İndi yadıma düşür: həmin şəxs vargücüylə hiyləgər sifətinə bir məsumluq qatmaq istədi, guya canıyananlıq edir. Axı onu həmin anda yalnız bizim ona verəcəyimiz pul düşündürürdü. Bu, onun sifətinin hər yerindən yağırdı. Axı onu burada belə yetişdirmişdilər, ona bu cür təlimatı verilmişdi. Ona görə pul uğrunda müqəddəs bildiyi hər şeyi bazara çıxarmağa hazır olan birinə oxşayırdı. Qayıtdı ki, “nədən qorxursunuz ey, burada qorxacaq nə var ki? Çəkidə sizdən də ağır adamlar minir ziplayna, ancaq heç qorxmurlar, siz niyə qorxasınız ki? Bir də ki, xanımlar kanatla aşağı enəcək, siz (oğlanlara xitab edir) bir də bu boyda yolu geri piyadamı düşəcəksiniz?” Oğlanlar soruşdu ki, yəni qızların kanatla düşəcəyi yerə buradan çoxmu uzaqdır? O işçi isə, indi daha yaxşı xatırlayıram, oğlanları bilərəkdən bir az da qıcıqlandırdı ki, bəli, xeyli yol var, piyada getsəniz yorularsınız. Heç nədən qorxub eləməyin, niyə qorxursunuz, siz də minib rahatca gedin, yenə aşağıda qızlarla bir yerdə görüşərsiniz.”

Hıçqırıqlar arasından deyilən bu sözləri təkrar eşitmək istədim. “Qızım, o murdar həşəratın sizə dediyi həmin təhrikçi sözlərini bir də təkrarlaya bilərsənmi?”

“Qorxuram təkrarlamaqdan, Asif əmi. Yadıma düşdükcə ürəyim hər dəfə yenidən parçalanır, hər dəfə təzədən ölüb dirilirəm. Nə illah edirəm, həmin işçilərin ölüm qoxuyan o məşum səsləri qulaqlarımdan getmir. Hər dəfə o səslər yadıma düşəndə elə bilirəm ki, yenə həyatımda hansısa bədbəxtlik baş verəcək.”

Siz, ey insan faciəsini qənimət bilən cəlladlar, murdar nəfsiniz insanlığa üfunət püskürür. Sizin varlığınız cücərən yerdə yalnız insanı və insanlığı zəhərləyən ölüm meyvələri yetişir. Siz insanlığın bağrında qövr edən bir qarayarasınız. Harda olsanız oranı yoluxdurub, insanlığı ölümə sürükləyirsiniz. Əlbəttə, yırtıcıların yuvasından ətrafa yalnız qan və üfunət qoxusu saçılar. İblis kimi yalnız şərə yerikləyənlər xeyirin bəhrəsinə də zəhər qatarlar.

Şahid danışır. “Mənim xoşbəxtliyimi qana bələyən, ölümə sürükləyən qatil, şərəfsiz!!! Əgər qanunun haqq-ədalət divanı onun cəzasını layiq olduğu ən ağır formada verməsə, bu cəza necə qiyamətə qala bilər axı? Allahın cəza verməsi haqda qiyamət vədi çox uzaqlarda deyilmi məgər? Mən o qatillərin cəzasını bu dünyada görmək istəyirəm, özü də gec yox, vaxtında. Mən bu ağrılar içində qıvrıldıqca qanunlarımızın mənim qisasımı alacağı ümidi ürəyimin dərinliklərində gah doğur, gah da qüruba enir. Ümid və ümidsizlik içərisində çırpınıram. Göz yaşlarım gah ümidimdən doğur, gah da ümidsizliyimdən”.

Bu məqamda haqq-ədalət divanına yönəlik silsilə suallar doğur: baş vermiş faciə kontekstində ziplayn qurğusuna nəzarət edən içşinin bu təşviq etmə davranışı cinayət məzmunu qazanmırmı? Təşviq etmənin hüquqi qiymətini bu təhrik etmənin nəticəsi, bu halda baş verən cinayətin özü müəyyən etmirmi? Bu davranış aktı istintaq prosesində ayrıca maddə ilə tövsif olunmalı deyilmi?

Zənnimcə, hər hansı təşviq və ya təhrik etmə hərəkəti sonucda cinayətlə, ölüm faktı ilə nəticələnərsə, o zaman həmin təşviq etmə hərəkəti baş vermiş cinayət kontekstində təhlil edilməli və qiymətləndirilməli, onun doğurduğu hüquqi məsuliyyət dərəcəsi bu cinayət kontekstində müəyyən edilməlidir.

Şahidlərin simasında danışan faktlar hələ bunlarla sonlanmır. Hələ başqa-başqa gizlinlər çıxacaq haqq-ədalət kürsüsünə.



Asif Bayramov,
Azərbaycan Universitetinin müəllimi

globalinfo.az

Xəbər lenti

Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
16:25
Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
15:44
Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
14:30
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
13:51
Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
12:57
ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR
12:08
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
11:31
AQTA-nın buralardan XƏBƏRİ VARMI? - DİQQƏT... TƏHLÜKƏ!
09:52
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - DETALLAR
09:20
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
18:13
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
17:24
Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
16:47
Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
15:50
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
15:17
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
13:08
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
12:32
Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
12:14
`Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
11:32