ADY işçilərinin sayını niyə azaldıb?


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yükdaşımaları istiqamətində çalışan işçilərinin sayı ilin birinci rübündən üçüncü rübünədək 90 nəfər azalıb.

Bu barədə məlumatı Banker.az yayıb.

Şirkətin yükdaşımaları üzrə təqdim etdiyi göstəricilərə əsasən, 2026-cı ilin birinci rübündə işçilərin sayı 4 302 nəfər olduğu halda, üçüncü rübdə bu rəqəm 4 212 nəfərə düşüb.

Beləliklə, iki rüb arasında işçi sayında 90 nəfər və ya 2,1 faiz azalma qeydə alınıb.

İkinci rübdə isə yükdaşımaları istiqamətində çalışanların sayı 4 270 nəfər təşkil edib. Bu da üçüncü rübdə əvvəlki rüblə müqayisədə işçi sayının daha 58 nəfər azaldığını göstərir.

Qeyd edək ki, açıqlanan rəqəmlər işçilərin sayında azalma olduğunu göstərsə də, bunun məhz ştat ixtisarları ilə bağlı olduğunu təsdiqləmir.

Azalmanın səbəbi ilə bağlı ADY-nin rəsmi mövqeyi məlum deyil.

2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurur - Video


“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq halı qeydə alınıb.

Uşağın valideynləri bu barədə “Baku.es”ə məlumat verib. Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən uşaq zorakılığa məruz qalıb.

O, zorakılıqla bağlı təhlükəsizlik kamerasının görüntülərini də təqdim edib. Videoda görünür ki, müəssisə əməkdaşı uşağı kameradan kənara çəkərək başından və üzündən vurur. “Brain Academy”dən bildirilib ki, hazırda məsələyə hüquqi qiymət verilməsi gözlənilir: “Daxili araşdırmanın nəticələrinə əsasən, hər iki əməkdaş barəsində intizam tədbirləri görülüb, onlara töhmət verilib və işdən uzaqlaşdırılmaları istiqamətində tədbirlər görülür” .

Məsələ ilə bağlı həmçinin polis tərəfindən araşdırma aparılır.(Bizimesr,info)

Sözügedən görüntüləri təqdim edirik:

VİDEOLİNKDƏ: https://bizimesr.info/az/post/2-yasli-autizmli-usagi-kameradan-kenara-cekerek-vurur---video-23903

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam

Prezident İlham Əliyev "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
 
Sərəncamla Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu elan edilib.
 
Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiqləməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməlidir.
 
Nazirlər Kabineti, həmçinin Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək. Bundan başqa, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görəcək.
 
Mədəniyyət Nazirliyi isə Qoruğun idarə olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
 
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR


Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikləri və təyinatları olub.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Belə ki, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Rauf Həsənov vəzifəsindən azad olunub. Onun yerinə Azər Kərimov təyin edilib. A.Kərimov bu təyinatadək Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda Baş məsləhətçi vəzifəsində çalışıb.
Bundan əlavə, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev də vəzifəsindən azad olunub. Onun yerinə isə Ərazi-təşkilat məsələləri sektorunun sabiq müdiri Rauf Həsənov təyin edilib.
Kadr islahatları Hüquq və kadr məsələləri sektorunda aparılıb. Belə ki, Orxan Əliyev məsləhətçi vəzifəsindən azad edilib, onun yerinə Samir Nəbiyev təyin olunub.
Həmçinin Xocəsən nümayəndəliyinin Baş məsləhətçisi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı Ramiz Həsənzadə də vəzifəsindən azad edilib. Onu bu vəzifədə Məcid Səmədzadə əvəzləyib.
İcra başçısının Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində isə yeni kadr təyinatları həyata keçirilib. Natiq Dərvişli Baş məsləhətçisi – ev təsərrüfatlarının uçotu işinin aparıcısı vəzifəsinə, Ülviyyə Məmmədova isə məsləhətçi vəzifəsinə təyin edilib.
Naibə İbrahimova isə icra başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir müddət əvvəl Binəqədi RİH başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Abasov vəzifəsindən azad olunaraq Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib. İcra başçısının sərəncamı ilə Xocəsən qəsəbə nümayəndəsi vəzifəsinə isə Namiq İbadzadə təyinat alıb.

Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası


Ölkə rəhbərliyinin təhsilə və Azərbaycan müəlliminə göstərdiyi bu böyük diqqət və qayğı fonunda, Neftçala rayonunda tamamilə əks və təhlükəli bir mənzərə yaşanmaqdadır.

Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, dövlət başçısının təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin sosial müdafiəsi istiqamətində həyata keçirdiyi köklü islahatlar Neftçala Rayon Təhsil Sektorunun müdiri Nicat Cəfərovun şəxsi maraqları və qanunsuz idarəçilik metodu nəticəsində açıq-aşkar baltalanır. Məlum olduğu kimi, dövlət səviyyəsində keçirilən sertifikasiya imtahanları müəllimlərin peşəkarlığını artırmaqla yanaşı, onların əməkhaqqına ciddi əlavələrin olunmasını nəzərdə tutur. Lakin Neftçalada sertifikasiyada yüksək nəticə göstərən müəllimlər belə illər keçdikcə daha az əməkhaqqı almağa məcbur edilir. Mənbə bildirir ki, bu absurd vəziyyətin başlıca səbəbi Nicat Cəfərovun həyata keçirdiyi qanunsuz “kadr alveri”dir. Optimallaşdırma adı altında heç bir hüquqi və pedaqoji əsas olmadan bağlanan kənd məktəblərinin pedaqoji kadrları şübhəli yollarla, vakansiya sıxlığı olan digər müəssisələrə yerləşdirilir. Nəticədə dərslər kütləvi şəkildə azaldılır, sinif komplektləri süni şəkildə ixtisara salınır və uzun illər vicdanla çalışan müəllimlərin dərs saatları əllərindən alınaraq maaşları minimuma endirilir: “​Aprel və may aylarında məktəblərdən toplanan rəsmi proqnozlar əsasında vakansiyalar elan edilsə də, sentyabr ayında mənzərə kəskin şəkildə dəyişir. İddialara görə, sektor müdiri rəsmi vakansiyaları qeyri-qanuni yollarla yerləşdirdikdən sonra sinifləri kütləvi şəkildə bağlayaraq məktəblərdə süni gərginlik yaradır. Bu vakansiya fırıldağının qurbanı isa sadə müəllimlər və təhsilin keyfiyyəti olur. Rayonun təhsil sektorunda kadr təyinatı tamamilə şəxsi münasibətlər və maraqlar üzərində qurulub. Nicat Cəfərov özünə yaxın bildiyi vəzifəli şəxslərin, tanışların və qohumların istədikləri məktəblərə rahatlıqla təyin olunmasını təmin edir, hüquqları tapdalanan sıravi müəllimlərin müraciətlərini isə görməzdən gəlir”.
Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, ikinci iş yeri (əvəzçilik) üzrə müəllimlərin işə qəbulu prosesində də dövlətin vahid qanunvericiliyi deyil, məhz Nicat Cəfərovun müəyyənləşdirdiyi “şəxsi qanunlar” və şərtlər hökm sürür. İkinci iş yerinə qəbul edilən müəllimlərin sertifikasiya və diaqnostik qiymətləndirmə ballarının kəskin şəkildə aşağı olması bu prosesdəki şəffaflığı tamamilə şübhə altına salır. Savadı və göstəriciləri zəif olan şəxslərə ikinci iş yerinin verilməsi, yüksək ballı peşəkar müəllimlərin isə kənarda saxlanılması Nicat Cəfərovun özbaşınalığının və özünəməxsus qanunsuz “qaydalarının” növbəti bariz sübutudur. Müəllimlərin əvəzçilik qaydasında əlavə dərs saatları alması mərkəzləşdirilmiş şəffaf mexanizmlərlə deyil, sektor müdirinin subyektiv qərarları və qeyri-rəsmi tələbləri əsasında həyata keçirilir. Hüquqi prosedurları kənara qoyaraq öz qaydalarını tətbiq edən sektor müdiri bu yolla layiq olan pedaqoqların əvəzinə öz maraq dairəsində olan şəxslərə üstünlük verir.
​Özbaşınalığın miqyası bununla da bitmir. Şəhər uşaq bağçalarından birinə xaricdə məskunlaşan videoblogerin yakın qohumunun yerləşdirilməsi iddiası isə biabırçılığın son həddidir. Şəxsi imicini qorumaq və haqqındakı tənqidi videoların qarşısını almaq üçün dövlət müəssisələrini “şantaj ödənişi” kimi istifadə etmək dövlət qulluqçusu adına vurulan böyük ləkədir. Eyni zamanda, məktəblərdə xadimə, gözətçi və digər texniki heyətin işə qəbulu zamanı qeyri-rəsmi maddi nemətlərin tələb olunması artıq adət halını alıb. ​Müəllimlərin sosial vəziyyətinin acınacaqlı hala düşdüyü bir dövrdə, Nicat Cəfərovun Neftçalada qısa müddətdə mülklər (ev) alması və bahalı nəqliyyat vasitələrinə sahib olması yerli ictimaiyyətin gözü qarşısında baş verir. Bir təhsil müdirinin qanuni məvacibi ilə uzlaşmayan bu mülklərin hansı vəsaitlər hesabına əldə edildiyi sualına hüquq-mühafizə orqanları cavab tapmalıdır. Neftçala təhsilində yaşanan bu acınacaqlı vəziyyət sadəcə idarəçilik qüsuru deyil, Ulu Öndərin müəllim adına verdiyi uca dəyərə və birbaşa ölkə prezidentinin sosial siyasətinə vurulan ağır zərbədir. Araşdırma aparılacağı təqdirdə bütün bu iddiaların sübuta yetəcəyi şübhəsizdir.

Cumhuriyyet.az

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib.

Rövşən Əmircanovun xanımı avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər vurulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi başlanıb. Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. Onun adını dəqiqləşdirmək mümkün olmayıb.

İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsə bəraət verib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək onun ləğvini və vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Protestdə göstərilib ki, iş üzrə toplanmış sübutlar, zərərçəkmişin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri hadisənin yağışqəbuledicinin üzərində qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyini təsdiqləyir. Məhkəmə-tikinti ekspertizasının rəyinə görə, quyunun barmaqlıqla təchiz edilməməsi hadisənin texniki səbəbi olub. Ekspertlər müvafiq təhlükəsizlik tələblərinin yerinə yetirilməməsinə görə məsul şəxslərin istintaqla müəyyənləşdirilməli olduğunu qeyd ediblər.

İşə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılıb. Apellyasiya instansiyası Xətai Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib. Təqsirləndirilən şəxs 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?


Neftçalanın icra başçısı hər gün işə gəlib getmək üçün 360 kilometr məsafə qət edir
Poliqon-a Neftçaladan verilən məlumata görə Neftçalanın icra başçısı Mirhəsən Seyidov artıq çoxdandır ki, rayonda yaşamaqdan imtina edib.
Bir neçə mənbədən dəqiqləşdirdiyimiz məlumata görə, başçı hər gün səhər Bakıdan Neftçalaya gəlir, axşam isə Bakıya qayıdır. Qeyd edək ki, Bakıdan Neftçalaya 180 kiometrdir. Yəni başçı hər gün 360 kilometr yol qət edir və maşını da özü sürür.
Məlumatda o da qeyd edilir ki, başçının idarə etdiyi maşın özünə məxsus deyil. Problem ondadır ki, avtomobili idarə etmək üçün başçının etibarnaməsi belə yoxdur. Yəni Mirhəsən Seyidov hər gün idarə etdiyi və yüzlərlə kilometr qət etdiyiavtomobili qanunsuz idarə edir.
Belə ki, mənbələrin bildirdiyinə görə, Çin istehsalı olan Lynk & Co 900 markalı avtomobil “Çətir Grop” şirkətinə aiddir. Avtomobilin qiyməti açıq mənbələrdə 105 min manat göstərilir.
Mənbə qeyd edib ki, maşının etibarnaməsi əvvələr Mirhəsən Seyidovun sürücüsü İlkin adlı şəxsin adına olub. Lakin həmin etibarnamə sonradan ləğv edilib. Çünki başçının pozduğu yol hərəkəti qaydalarına görə, İlkinin sürücülük vəsiqəsinə yazılan cərimələr 18 bala yüksəlib. Sürücülük vəsiqəsinin ləğv olunma təhlükəsinə görə də etibarnaməni başqasının adına alıb.
Bundan sonra avtomobilin etibarnaməsi Davud Xankişiyev adına birinin adına sənədləşdirilib. Lakin bir müddət sonra başçının yol verdoyo pozuntular hesabına Davud Xankişiyevin də sürücülük vəsiqəsinin ləğv edilmə təhlükəsi yaranıb. Qeyd edilir ki, Davud Xankişiyev Neftçala Sənaye Məhəlləsində çalşır.
Hazlrda isə Mirhəsən Seyidovun sürdüyü Lynk & Co 900 markalı avtomobili idarə etmək hüququ Neftçala rayon İcra Hakimiyyətində çalışan Ceyhun Kazımova aiddir. Buna baxmayaraq başçı sürmək hüququ olmadığı avtomobillə hər gün Bakıdan Neftçalaya, Neftçaladan isə Bakıya gedib gəlir.
Qeyd edək ki, bu məlumatı başqa bir mənbə də təsdiq edib.
Vətən müharibəsi içtirakçısı olan mənbələrdən biri isə Poliqon-a bildirib ki, başçının hər gün bu qədər yolu gedib gəlməsini başa düşə bilmir:
“Mənə çatmır ki, bu adam niyə özünə bu qədər əziyyət verir? Hər axşam Bakıya gedib səhərisi gün Neftçalaya qayıtmağın məntiqi nədir? Belə çıxır ki, başçı idarə etdiyi rayonu bəyənmir, hətta nifrət edir və ona görə də bu rayonda yaşamaq istəmir. Bunun başqa açıqlaması ola bilərmi?”, deyə müharibə veteranı qeyd edib.
Müharibə veteranının bildirib ki, bir neçə il əvvəl Mirhəsən Seyidov özündən əvvəlki başçılar kimi rayonda yaşayıb, amma sonradan hər gün Bakıya gedib gəlməyə başlayıb.
“Bu adam düşünmür ki, bir rayonu idarə edir? Sabah rayonda hansısa fövqəladə vəziyyət olsa, onda nə olacaq? Bəlkə rayonla bağlı elə bir vəziyyət olacaq ki, gecəylə onu prezident axtarcaq? O zaman nə cavab verəcək?”, deyə Vətən müharibəsi veteranı vurğulayıb.
Müharibə veteranı başçının hər gün 100 manatdan artıq pulu yollara sərf etdiyinə də diqqət çəkib:
“Biz Vətən müharibəsi veteranları ayda 80 manat alırıq. Amma başçı hər gün benzinə 100 manatdan artlq sərf edir. Belə çıxır ki, o maaşını ancaq yollarda xərcləyir.
Halbuki başçı bizim yaşıdımızdır və o da bizim kimi silaha sarılıb torpaqlarımızın işğaldan azad edilməsi üçün vuruşmalıydı. Başçı 6 il əvvəl bizləri cəbhəyə göndərərkən vətənpərvərlikdən dəm vururdu, amma özü silaha sarılmağı heç ağlından belə keçirmədi. Bu gün isə bizim bir aya aldığımız puldan daha çoxunu yollarda xərcləyir. Bu günə qədər Neftçalada daşı daş üstünə qoymayan başçının o pulların necə əldə edildiyini biz bilirik”, deyə müharibə veteranı vurğulayıb.
Redaksiyadan: Bütün bu iddialarla bağlı biz Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova sorğu ilə müraciət etmişik. Lakin sorğumuza hələ ki, cavab ala bilməmişik. Bütün halalrda Mirhəsən Seyidovun mövqeyini dərc etməyə etçəyə hazırıq.



2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin


“2 nömrəli Bakı Baza Tibb Kolleci” publik hüquqi şəxsi tərəfindən digər malların satınalınması üzrə 11.09.2026-cı ildə başlanılmış kotirovka sorğusuna 16.10.2026-cı ildə yekun vurulub. Müsabiqənin qalibi “ALVİON SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 31.255 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 16.10.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun ehtimal olunan qiyməti 60.530,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq 2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxsin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “ALVİON SERVİS” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi 2 nömrəli Bakı Baza Tibb Kolleci kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın aşağı qiymət təqdim etmiş “ALVİON SERVİS” MMC ilə satınalma müqaviləsi bağlamağı nəzərdə tutur ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bununla yanaşı keçirilmiş dövlət satınalmalarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALVİON SERVİS” (VÖEN: 2908393191) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.09.2026-cı il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 5 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, H.Z.TAĞIYEV, SARIQAYA Y/M, ev.12, m.34, qanuni təmsilçisi kimi isə Sultanov Vüsal Təhmasib oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “ALVİON SERVİS” MMC 10.09.2026-cı ildə dövlət qeydiyyatına alınıb. 2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxsi isə keçirdiyi kotirovka sorğusuna 11.09.2026-cı ildə başlamışdır.

Göründüyü kimi 2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxsi kotirovka sorğusu müsabiqələrinə başladıqdan cəmi 1 gün əvvəl dövlət qeydiyyatına alınmış “ALVİON SERVİS” MMC-ni qalib seçmişdir.

Bununla da 2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxsi tərəfindən “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarının tələbləri pozulmuşdur.

Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən digər malların satınalınması üçün keçirilən müsabiqə 17.07.2026-ci ildə tamamlanmışdır. Müsabiqədə hüquqi adresi “VİA 2026 GROUP” MMC 39 449,30 manat təklif verərək qalib seçilmişdir.

Lakin 11.08.2026-cı ildə satınalma nəzarət orqanının qərarı ilə ləğv edilmişdir. Çünki, “VİA 2026 GROUP” MMC-nin də satınalmadan cəmi iki ay əvvəl dövlət qeydiyyatına alındığı və analoji işlərdə təcrübəsinin olmaması əsas götürülmüşdür.

Belə olan halda 2 nömrəli Bakı Baza Tibb Kolleci analoji işlərdə təcrübəsi olmayan, kotirovka sorğusu müsabiqəsinə başladıqdan cəmi 1 gün əvvəl dövlət qeydiyyatına alınmış “ALVİON SERVİS” MMC-ni hansı əsaslarla qalib seçmişdir.

Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevadır. O, 2007-ci ildən 2 saylı Bakı Baza Tibb Kollecinin direktorudur. Qeyd edək ki, Dilarə Məmmədəliyeva 1990-1992-ci illərdə 2 saylı Bakı Baza Tibb Məktəbinin tədris-hissə müdiri, 1992-2006-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 2006-2007-ci illərdə isə direktor əvəzi vəzifələrində çalışmışdır.

Göründüyü kimi Dilarə Məmmədəliyeva artıq 20 ilə yaxındır ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktorudur. Bu müddət ərzində dövlət satınalmalarında bir çox qanunsuzluqlara yol verib. Hətta oğlunun adına olan “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28.12.2020-ci ildə 34.042,56 manat dəyərində müqavilə bağlayıb. Bu isə o deməkdir ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində dövlət satınalmaları dövlətin deyil, direktor Dilarə Məmmədəliyevanın qanunları ilə keçirilir.

Aktualinfo.net

Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO


Binəqədi rayonunun mərkəzi hissəsində tikilən obyekt narazılığa səbəb olub.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, bir müddət öncə hasara alınmış ərazidə yaşıllıqlar məhv edilib.

Sakinlər bildirib ki, bir müddət sonra yaşıllıq ərazidə dəmir kostruksiyalardan ibarət obyekt inşa edilib.

Sakinlərin sözlərinə görə, kiçik ağaclar gecə ilə məhv edilsə də, böyük ağaclar saxlanılıb. Lakin o ağacın da gövdəsi obyektin içində qalıb.

Sakinlər Binəqədi rahonunda bu cür qanunsuz işlərin son vaxtlar artdığını və Binəqədi rayon İcra Hakimiyyətinin isə belə hallara göz yumduğunu bildirib.

VİDEO LİNKDƏ: https://diaaz.info/manset/493673-bineqedide-qanunsuz-tikili-naraziliq-yaratdi.html

AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."


Naxçıvanda AYNA fəaliyyətə başladıqdan sonra sürücülər əsassız saydıqları cərimə bildirişlərinin artdığını deyirlər. Onların sözlərinə görə, bildirişlərdə göstərilən ünvanlarda ödənişli parklanma yeri olmadığı halda, onlara 20 manatlıq parklanma cərimələri gəlir.

Sürücülər deyirlər ki, əvvəlcə cərimələrin Dövlət Yol Polisi tərəfindən yazıldığını düşünərək DYP-yə müraciət ediblər. Lakin onlara cərimələrin AYNA tərəfindən tətbiq olunduğu bildirilib.

Sürücülərdən Tofiq Əliyev deyir ki, aldığı cərimənin səbəbini öyrənmək istəsə də, müraciəti nəticəsiz qalıb:

“Telefonuma mesaj gəldi. Baxdım ki, xəttin üzərində avtomobil saxladığıma görə 20 manat cərimə yazılıb. Əsassız olduğunu düşündüyüm üçün DYP-də işləyən tanışıma müraciət etdim. Bildirildi ki, bu cərimə onlara aid deyil, AYNA-nındır. Onsuz da dolanışığımız çətindir. DYP tərəfindən də cərimələrlə üzləşirik, indi AYNA-nın cərimələri də əlavə olunub. ‘AzParking’ yoxdur, amma cərimələr gəlir. Şikayət etməyə yer də yoxdur. Hər kəs deyir ki, bizlik deyil. Bu cərimələrin hansı əsasla yazıldığı araşdırılmalıdır”.

Digər sürücü Şəmsi Orucov isə cərimənin üzərinə əlavə məbləğ gələcəyindən ehtiyatlanaraq ödəniş etdiyini bildirir:

“Mesajla 20 manat cərimə gəldi. Halbuki avtomobilimi heç bir pullu parklanma yerində saxlamamışdım. Üzərinə əlavə pul gəlməsin deyə ödəməyə getdim. Mesajdakı kodla ödəniş edərkən hesabın AYNA-ya aid olduğunu gördüm. Kimə şikayət edəsən, dərdini kimə deyəsən? Bu kasıb vaxtımızda 20 manat bizim üçün böyük puldur. Sonra öyrəndim ki, tanıdığım bir neçə sürücüyə də eyni qaydada cərimə gəlib. İstəyirik ki, bu məsələyə aydınlıq gətirilsin və əsassız cərimələr varsa, ləğv olunsun”.

Sürücülər AYNA-dan cərimələrin hansı sübutlar əsasında tətbiq edildiyinin açıqlanmasını və şikayətlərinin araşdırılmasını tələb edirlər. Səsləndirilən iddialarla bağlı qurumun mövqeyi məlum deyil.

AYNA-nın Naxçıvan Regional İdarəsi bu ilin əvvəlindən fəaliyyət göstərir.
"Gündəlik Naxçıvan"

Xəbər lenti

Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
16:25
Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
15:44
Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
14:30
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
13:51
Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
12:57
ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR
12:08
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
11:31
AQTA-nın buralardan XƏBƏRİ VARMI? - DİQQƏT... TƏHLÜKƏ!
09:52
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - DETALLAR
09:20
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
18:13
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
17:24
Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
16:47
Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
15:50
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
15:17
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
13:08
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
12:32
Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
12:14
`Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
11:32