Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU - "Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?"


Özünü ölkənin ən qədim və güvənli bankı kimi təqdim edən "Kapital Bank"In primitiv bank təhlükəsizliyinə belə təminat verməməsi artıq bir faktdır. Və fakt olanı həm də odur ki, bunca vətəndaş gileylərinə rəğmən bank nəinki hansısa tədbiri görmür, hətta bəzi hallarda pullarını itirmiş, kibertəhülkəsizliyin təmin olunmaması səbəbindən hesabları, bank kartları qarət olunmuş müştərilərini belə ittiham edirlər.

Bu isə sözügedən bankın məhz DÖVLƏT HİMAYƏSİ altında olması səbəbindən yaranmış arxayınçılığından başqa bir şey deyil. Məlumdur ki, dövlət müəssisələrində əksər iş yerlərində əməkhaqqılar məhz "Kapital Bank" hesabları ilə ödənilir ki, bu da sözügedən bankı bir növ arxayın salıb, eyni zamanda rahatlkıqla müştəri narazılıqlarını qulaqardına vurmaları ilə müşaiyət olunmaqdadır.

Biz isə "DİA-AZ" olaraq növbəti vətəndaş gileyini - bank kartı məhz "Kapital Bank"ın səriştəsizliyi səbəbindən qarət olunmuş vətəndaşın müraciətini təqdim edirik. Qeyd edək ki, bu dəfə şikayətçi düşən tanınmış sənət adamıdır. Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Prezident mükafatçısı , Prodüser İbrahim Türksoy Salamov da "Kapital Bank"ın qurbanlarından birinə çevrilib, maləsəf...

Tanınmış sənətçimiz bu barədə müraciətində bildirir:

"Mənim "Kapital Bank"a aid "Birkart"ımdan pulum çəkilib. 29 Oktyabr 2026- cı il tarixində iş sonrası Şəki Rayonunun Baş Küngüt kəndində film çəkilişi zamanı kartıma müdaxilə olunub. Və içərisində olan maaşım və maaş sonrası aldığım avans kartdan silinib. Bu barədə "Kapital Bank"a məlumat verdim... Tələb etdim ki, mənim kartımdan pul (800 AZN) silinib, siz necə güvənli banksınız müştərinin rahatlığı, məmnuniyyəti sıfırdır ki, bu hal baş verib...

Mənə 3 iş günü müddətində araşdırma aparılacağını və silinən (oğurlanan) pulun bərpa olunacagını dedilər.
Polis isə izahatım sonrası araşdırmaya başlayacağını bildirdi.
Məsələ əslində sırf "Kapital Bank"ın məsələsidir. Bank güvənsizdirsə, birbaşa müştərilərə bildirməlidir ki, əmanətinizi bu banka qoymayın. Mən kirayədə qalıram və həmin pul kirayə üçün idi... İndi mənə "Kapital Bank" izahat versin görüm, evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?Papaq atıb dilənməliyəm?"

Məsələ diqqətimizdədir...

Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM


"Gəncə Dövlət Universitetində baş vermiş, universitetin normal fəaliyyətinə, tədrisin keyfiyyətinə, dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsinə, əməkdaşların hüquqlarına və ali təhsil müəssisəsində qanunçuluğun təmin edilməsinə ciddi xələl gətirən çoxsaylı faktlarla bağlı Sizə müraciət edirik."
TEREF yazır ki, bu barədə sözügedən universitetin işçiləri adından Respublika Prokurorluğuna və ölkə rəhbərliyinə, bir nüsxəsidə poçtumuza ünvanlanmış müraciətdə deyilir. Müraciətin müəllifləri daha sonra yazırlar:
Əvvəli burda:
https://teref.biz/manset/426926-gence-dovlet-universitetinde-ne-bas-verir-yoxlama-neleri-askar-etdil-ii-hisse-iddia.htmlDövlət vəsaitlərinin talan edilməsi ilə bağlı barəsində cinayət işi açılmış şəxsin universitetdə heç bir problem yoxmuş kimi fəaliyyət göstərməsi, yüksək maaşla vəzifəyə təyin edilməsi, digər əməkdaşları ittiham etməsi və universitetdə rəhbər vəzifə tutması ciddi suallar doğurur. İlqar Kubışev barəsində açılmış cinayət işinin hazırkı vəziyyəti, onun işə qəbul edilməsinə və rəhbər vəzifəyə təyin olunmasına hüquqi maneələrin olub-olmaması, Müasir Təlim Mərkəzinin yaradılması və saxlanılması üçün ayrılan vəsaitlərin əsaslılığı yoxlanılmalıdır. Bu məsələlər üzrə müvafiq əmrlər, ştat cədvəlləri, əməkhaqqı sənədləri və mərkəzin fəaliyyətini təsdiq edən sənədlər tələb edilərək araşdırılmalıdır.
Universitetdə əməkhaqlarının artırılmaması, elmi fəaliyyətin nəticələrinə görə stimullaşdırıcı əməkhaqqı almaq üçün təqdim edilən professor-müəllim heyətinin siyahılarında isə elmi məqaləsi belə olmayan şəxslərin yer alması da ciddi narazılıq yaradır. Elmi fəaliyyətə görə stimullaşdırıcı ödənişlərin verilməsi zamanı obyektiv və şəffaf meyarların tətbiq olunması vacibdir. Elmi nəticələri olmayan şəxslərin bu ödənişlərə təqdim edilməsi, elmi nailiyyətləri olan əməkdaşların isə lazımi qaydada qiymətləndirilməməsi universitetdə ayrı-seçkilik və qeyri-obyektiv yanaşma ehtimalını yaradır.
Bütün bu faktlar fonunda rektor Yusif Yusibovun universitetin idarə edilməsində yol verdiyi nöqsanların, maliyyə vəsaitlərinin istifadəsinə, kadr təyinatlarına, tədris prosesinə və kollektivlə münasibətlərə dair qəbul etdiyi qərarların araşdırılması xüsusi əhəmiyyət daşıyır. Universitetdə dövlət vəsaitlərinin xərclənməsi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, diplomların verilməsi, avadanlıqların alınması, təmir işlərinin dəyəri və əməkdaşların hüquqlarının qorunması ilə bağlı ciddi problemlər olduğu halda, rektorun yaxın ətrafı ilə birlikdə kollektivə təzyiq göstərməsi və işçiləri işdən çıxarmaqla hədələməsi yolverilməzdir.
Vasif və Asif Həsənov qardaşlarının universitetdəki fəaliyyəti, onların Eduman sisteminin tətbiqindəki rolu, rektor Yusif Yusibovla münasibətləri və universitetdə qərarların qəbul edilməsinə mümkün təsirləri də araşdırılmalıdır. Universitetin idarəçiliyi ayrı-ayrı şəxslərin şəxsi maraqlarına deyil, qanunçuluğa, şəffaflığa, dövlət vəsaitlərinin qorunmasına, müəllimlərin hüquqlarına və tələbələrin keyfiyyətli təhsil almasına xidmət etməlidir.
Kimya-biologiya və Pedaqoji fakültələrdə tələbə imtahana ümumiyyətlə gəlmədiyi halda onlara qiymət yazılması halları komissiya tərəfindən aşkarlanmışdır. Gəncə Regional Kollecin sabiq direktoru Xoşqədəm Xudiyevaya qarşı müəllimlərin etiraz toplantıları Yusif Yusibov və onun əlaltıları olan İlqar Kubışev və Vasif Həsənov tərəfindən təşkil edilmişdir.
Yuxarıda göstərilən faktların hər biri Gəncə Dövlət Universitetində ciddi və hərtərəfli prokuror yoxlamasının aparılmasını zəruri edir. Xüsusilə Nazirlik əməkdaşlarının apardığı yoxlamalar zamanı götürülmüş imtahan vərəqləri, kafedra və şöbə müdirlərindən alınmış xidməti raportlar, diplomların verilməsinə dair sənədlər, maliyyə və satınalma sənədləri, təmir işlərinə aid smetalar, kompüterlərin texniki göstəriciləri, vəzifəyə təyinat əmrləri, Universitet Elmi Şurasının protokolları və əməkhaqqı sənədləri araşdırılmalıdır. Universitet Elmi Şurasında müzakirə edilmədən ayrı-ayrı şəxslərə yüksək əmək haqqı yazılmışdır. Bu sənədlər əsasında dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması, tədris və qiymətləndirmə prosesində qanunsuzluqlar və digər mümkün cinayət əməlləri olduğundan, təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Hörmətli cənab prokuror, Sizdən xahiş edirik ki, müraciətimizdə qeyd olunan bütün faktlar üzrə Gəncə Dövlət Universitetində hərtərəfli, obyektiv və qərəzsiz araşdırma aparılmasını, Elm və Təhsil Nazirliyi və Elm və Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilmiş yoxlamaların materiallarının, Komissiyanın sənədlərinin və yekun qərarlarının tələb edilməsini, zəruri hallarda aidiyyəti şəxslərin izahatlarının alınmasını, universitet əməkdaşlarına qarşı təzyiq və hədələmə hallarının araşdırılmasını və müvafiq sənədlərin götürülərək yoxlanılmasını təmin edəsiniz.
Gəncə Dövlət Universitetində baş verən bu halların obyektiv araşdırılması yalnız qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi baxımından deyil, həm də universitetdə sağlam təhsil mühitinin bərpası, müəllimlərin hüquqlarının qorunması, tələbələrin keyfiyyətli təhsil alması və dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

TEREF

​CƏLİLABAD MEŞƏLƏRİNDƏ NƏ BAŞ VERİR? – VİDEO


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə ekoloji mühitin yaxşılaşdırılması, meşə zolaqlarının qorunması və qanunsuz ağac kəsiminə qarşı mübarizə ilə bağlı dəfələrlə kəskin xəbərdarlıqlar etmişdir:

​Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların qanunsuz kəsilməsi (çapılması) ekoloji cinayət hesab olunur və qanunla müəyyən edilmiş qaydada ciddi cinayət məsuliyyəti yaratmaqdadır.

VİDEO LİNKDƏ: https://faktum.az/celilabad-meselerinde-ne-bas-verir-video/
​Lakin təəssüf ki, dövlət başçısının qəti tapşırıqlarına və qanunun tələblərinə baxmayaraq, yerlərdə meşələrin mühafizəsinə cavabdeh olan bəzi strukturların fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar daxil olmaqdadır.

Məsələn, ​Cəlilabad rayon sakinləri tərəfindən redaksiyamıza göndərilən müraciət və videogörüntülərdə bildirilir ki,

– ​“Ekologiya və Təbii Sərvətlər Nazirli Cənab Rəşad İsmayılovun nəzərinə çatdırırıq ki 11 saylı Regional Meşə idarəsinin direktoru Nəsimi Nəsibovun yarıtmaz kadr dəyişiklikləri nəticəsində Cəlilabad və Göytəpə meşələrində hər gün yüzlərlə yaş ağac kəsilir. Göytəpə meşəbəyliyinin “10 a” saylı dolayının gözətçisi Mehdi İsayev Masallı rayonu Əmirtürbə kəndində yaşayır. Yaşadığı ünvanla iş yeri arasında nə az nə çox düz 100 kilometr məsafə var. Onun hansı məntiqlə Masallının Əmirtürbə kəndindən Cəlilabad rayonunun ən ucqar dağ kəndi olan Buravar kəndinə meşə gözətçisi təyin edilməsini idarənin direktoru Nəsimi Nəsibovdan başqa heç kim bilmir. Mehdi İsayev 10 a saylı dolaya gözətçi təyin olunduğu 4 ayda bir dəfə də olsun iş yerində olmayıb və həmin meşə dolayını tanımır da. Nəticə isə çox ağır və faciəlidir. Həmin meşə dolayında hər gün yüzlərlə yaş ağac kəsilir.”

​Redaksiyadan: ​Sakinlərin təqdim etdiyi videogörüntülərdən də göründüyü kimi, ərazidə kütləvi ağac kəsimi izləri və məhv edilmiş təbiət mənzərəsi aydın müşahid olunur. Təbiətə vurulan bu zərər təkcə ekologiyamıza deyil, həm də gələcəyimizə qarşı böyük bir təhdiddir.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti hüquq-mühafizə organları vətəndaşların bu müraciətini və təqdim olunan faktları dərhal nəzarətə götürəcək, 11 saylı Regional Meşə İdarəsində obyektiv araşdırma apararaq lazımi hüquqi tədbirlər görəcəkdir.

Qeyd: Faktum.az olaraq, jurnalist etikasına və “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq, müraciətdə adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Faktum.az

Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL


“Mən bu gün ölkədəki mütəşəkkil cinayətkarlıqdan danışmaq istəyirəm. Bütün həmkarlarımın diqqətini ötən həftə oğlumun iştirakı ilə baş verən və ölkə gündəmini zəbt edən cinayət hadisəsinə yönəltmək istəyirəm.

Bilirsiniz ki, ötən həftə Xətai rayonundakı restoranların birində oğlum Əhməd Əlizadənin — cinayətkar qruplaşmanın «Yeraz Əhməd» adlandırdığı şəxsin — iştirakı ilə qətl hadisəsi baş verib. Özlərini «oğru dünyası»nın adamları hesab edən 10-15 nəfər «sxodka»ya, «razborka»ya yığışaraq bir nəfərin həyatına son qoyublar. Yayılan görüntülərdən aydın olur ki, ona bir neçə bıçaq zərbəsi vurduqdan sonra köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıblar. Bəlkə də vaxtında ilkin tibbi yardım göstərilsəydi, onun həyatını xilas etmək mümkün olardı. Amma onlar yerdə can verən bir insana qarşı elə davranıblar ki, bu rəftarı heyvana qarşı belə məqbul hesab etmək olmaz.

Məni ən çox təəssüfləndirən məqamlardan biri də budur ki, iddialara görə, bu görüşün, yaxud qarşıdurmanın təşkilatçısı mənim oğlum olub. Atası qanunverici orqanda təmsil olunan, millət vəkilinin oğlu qanunları saya salmır, cəmiyyətimiz və dövlətimiz üçün təhlükə yaradan kriminal ünsürlərlə bir araya gələrək problemlərini özlərinin müəyyən etdiyi qaydalarla həll etməyə çalışır.

Mən bu hadisəyə görə çox təəssüflənirəm. Bir millət vəkili olaraq həmkarlarımdan və seçicilərimdən üzr istəyirəm. Çünki hazırlanmasında və qəbulunda birbaşa iştirak etdiyim qanunlara öz oğlum əməl etmir. Bu, həm də mənim məsuliyyətimdir. Deməli, bir valideyn olaraq ona düzgün tərbiyə verə bilməmişəm, cəmiyyətə və qanunlara hörmət etməyi öyrədə bilməmişəm. Onu dövlət və cəmiyyət üçün faydalı bir övlad kimi yetişdirə bilməmişəm. Bunun məsuliyyəti ilk növbədə mənim üzərimə düşür.

Amma məsələ təkcə bir ailənin məsuliyyəti ilə bitmir. Burada hüquq-mühafizə orqanlarının məsuliyyəti ilə bağlı müəyyən suallar meydana gəlir. Bu şəxslər necə yenidən ortaya çıxdılar? Axı biz onların kökünü kəsdiyimizi düşünürdük. Azərbaycanda özünü «lotu», kriminal aləmin nüfuzlu nümayəndəsi hesab edən şəxslərin cəmiyyətdə meydan sulamasına yer qalmamalı idi. Bəs nə baş verdi ki, onlar yağışdan sonra çıxan göbələklər kimi yenidən çoxaldılar? Harada səhv etdik, hansı boşluqları buraxdıq ki, özündən zəifə zülm edən, insanların əziyyətlə qazandıqlarına şərik çıxan, onları hədə-qorxu ilə xərac verməyə məcbur edən cinayətkarlar yenidən fəallaşdılar?

Polis, prokurorluq, məhkəmə və Dövlət Təhlükəsizliyi Xidməti bu proseslərin qarşısını almaq üçün hansı tədbirləri görür? Bizim qəbul etdiyimiz qanunlar niyə bu şəxslərin qarşısını almağa kifayət etmir? Niyə bəzi insanlar hələ də özlərini qanundan üstün hesab edir, problemlərini dövlətin hüquq sistemi ilə deyil, kriminal aləmin qaydaları ilə həll etməyə çalışırlar?

Mən hüquq-mühafizə orqanlarından tələb edirəm ki, ölkədəki kriminogen vəziyyətə daha ciddi nəzarət etsinlər. Özünü kriminal aləmin nümayəndəsi hesab edən, insanlara təzyiq göstərən, zorakılığa əl atan şəxslərin qanunsuz fəaliyyətinin qarşısı qətiyyətlə alınmalıdır. Əks halda, bu təhlükəli meyillər alaq otu kimi yayılacaq, cəmiyyətdə qorxu və cəzasızlıq mühiti formalaşdıracaq”.

Əslində, millət vəkili Arzuxan Əlizadə də oğlu ilə bağlı səsləndirilən iddialara «Əhməd elə oğlan deyil» deyərək cavab verməkdənsə, məhz belə bir mövqe ortaya qoymalı idi. O zaman həm millət vəkili mandatının məsuliyyətini dərk etdiyini, həm də qanunun aliliyinə münasibətini nümayiş etdirmiş olardı.

Mən Əhmədin necə oğlan olduğunu şəxsən bilmirəm. Onun xarakteri, davranışları və gündəlik həyatı barədə qəti mühakimə yürütmək fikrində də deyiləm. Bəlkə də Əmhəd doğrudan da elə oğlan deyil. Bəlkə də Əhməd yaxşı oğlandı, cəmiyyət, dövlət üşün yaxşı bir əməlləri var, xəbərimiz yoxdu. Əgər belə bir fakt varsa atası açıqlasın, cəmiyyət də xəbərdar olsun. Amma ortada araşdırılmalı ciddi iddialar, yayılan görüntülər və ictimaiyyətin cavab gözlədiyi suallar var. Görüntülərdə «Yeraz Əhməd» kimi tanınan şəxsin bir neçə nəfərlə birlikdə «Sabunçu Ceyhun» adı ilə tanınan şəxsə hücum etdiyi, onun bıçaqlanması ilə nəticələnən hadisədə iştirak etdiyi açıq-aydın ortadadır. “Bu “soxdka”dı, “razborka”dı nədirsə, onu da “Yeraz”ın təşkil etdiyi iddia olunur. İnanıram ki, istintaq hansı ailənin övladı olmasından asılı olmayaraq hadisənin bütün təfərrüatlarına hüquqi qiymət verəcək, qanun qarşısında hamının bərabər olduğunu sübut edəcək. Adi vətəndaş cinayət törətdikdə necə məsuliyyət daşıyırsa, millət vəkilinin övladı da eyni qaydada məsuliyyət daşımalıdır. Deputat ailəsinə mənsub olmaq heç kimə toxunulmazlıq imtiyazı verməməlidir.

Əgər bir millət vəkilinin övladı ağır cinayət hadisəsi ilə bağlı iddiaların mərkəzindədirsə, atasının vəzifəsi onu ictimaiyyət qarşısında sözlə müdafiə etmək deyil, məsələnin obyektiv araşdırılmasına və qanunun aliliyinin təmin olunmasına kömək etmək olmalıdır.. Bu, həm deputat mandatının, həm də cəmiyyət qarşısında daşıdığı məsuliyyətin tələbidir.

Çünki millət vəkili təkcə qanunların qəbulunda iştirak edən şəxs deyil. O, həm də həmin qanunların hamı üçün işlək olduğunu müdafiə etməlidir. Cəmiyyətin gözləntisi də budur: hadisə obyektiv araşdırılsın, iştirakçıların hər birinin əməli hüquqi qiymətini alsın və heç kimə xüsusi münasibət göstərilməsin. Çünki ədalət yalnız günahkarın cəzalandırılması deyil, həm də qanunun hamıya eyni tətbiq olunmasıdır.

Zülfüqar Xeyirxəbər - repost.az

"Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...


Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksi uzun müddətdir ki, elektrik enerjisi hesablaşmalarında yaranan ciddi problemlər və əsassız borc tələbləri ilə üz-üzə qalıb. Kompleksin nümayəndələrinin və sakinlərinin sözlərinə görə, təchizatçı qurumlar tərəfindən tətbiq edilən süni "itki" rəqəmləri Mənzil-Təsərrüfat Kooperativlərinin (MTK) və sakinlərinin büdcəsini ağır şəkildə sarsıdır.
Problem təkcə adi məişət səviyyəsində deyil, kompleksin ümumi infrastrukturunun işləməsində, liftlərin dayandırılmasında, su təchizatının iflic olmasında və sakinlərin gündəlik yaşayış keyfiyyətində özünü kəskin göstərir.
Kompleksin nümayəndəsi Anar Məmmədovun bildirdiyinə görə, yaşayış massivində ümumi elektrik sərfiyyatını dəqiq ölçmək və şəffaflığı təmin etmək məqsədilə hər bina üzrə liftlərə, su nasosxanasına, həmçinin həyət və blokların işıqlandırılmasına xidmət edən ümumilikdə 10 ədəd müasir nəzarət sayğacı quraşdırılıb. İdeyaya görə layihə üzrə bu sayğaclar kompleksin faktiki xərclədiyi enerjini tam dəqiqliyi ilə ortaya qoymalıdır.
Nümayəndə deyir ki, reallıqda mənzərə tamamilə fərqlidir və böyük suallar doğurur: Aylıq ümumi elektrik enerjisi haqqı olaraq kompleksə təxminən 7 min manat məbləğində hesab təqdim edilir. Quraşdırılmış 10 ədəd yerli nəzarət sayğacının real göstəriciləri üzrə faktiki sərfiyyat isə cəmi 5 min manat təşkil edir. Qalan 2 min manatdan çox fərq "texnoloji itki" adı altında, heç bir texniki audit və əsaslandırma aparılmadan birbaşa kompleksin daxili hesabına yazılır.
Məsələn, cari ilin fevral ayının göstəriciləri xüsusilə diqqətçəkəndir. Həmin ay kompleksə heç bir obyektiv əsas göstərilmədən 225 539 kilovat-saat, maliyyə ekvivalentində 3 min 192 manat 38 qəpik dəyərində əlavə itki borcu tətbiq edilib. Daxili hesablamalarına görə, bu məbləğin cəmi 208 manatı MTK-nın birbaşa fəaliyyətinə və idarəçiliyinə aid edilə bilər. Lakin aidiyyəti qurumlar bütün böyük məbləği fərq qoymadan tam şəkildə sakinlərdən və MTK rəhbərliyindən tələb etməkdə davam edirlər".
Nümayəndə deyir ki, yaranmış ziddiyyətli vəziyyətlə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialına ünvanlanan rəsmi müraciətlərə verilən cavabda məsələyə aydınlıq gətirmək əvəzinə suallar doğurur. Cavabda bildirilir ki, Nazirlər Kabinetinin 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.13-cü bəndinə əsasən, subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki texnoloji itkilər subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilməlidir.
Buna baxmayaraq, əlaqədar ASC məsələnin kompleksin daxili texniki təchizat sxemi və kabel xətlərinin vəziyyəti ilə əlaqədar olduğunu əsas gətirərək, itkilərin araşdırılması üçün kompleksin daxili elektrik enerjisi təchizatı layihəsinin və sənədlərinin təqdim olunmasını tövsiyə edir.
Kompleks rəsmisi olaraq diqqətə çatdırırıq ki, MTK-nın nəzdində bu miqyasda texniki problemləri aşkarlayacaq peşəkar energetik mütəxəssis heyəti yoxdur. Qanunvericiliyə və təhlükəsizlik qaydalarına əsasən, MTK-nın və ya sakinlərin yüksək gərginlikli şəbəkələrə, transformatorlara və paylayıcı sayğac qurğularına müdaxilə etmək səlahiyyəti və imkanı yoxdur".
Nümayəndə deyir ki, əlaqədar qurumlar məsuliyyəti bir-birinin üzərinə atır, ağır maliyyə yükü isə yenə də vətəndaşın çiynində qalır: "Təchizatçı qurumlar iddia olunan borclar ödənmədikdə dərhal kompleksin su nasos xanasının, liftlərinin və binaların ümumi işıqlandırma xətlərinin elektrikeni kəsirlər. Nəticədə yüzlərlə ailə günlərlə susuz və liftsiz qalır. Kassa göstəricisi ilə real işlətdiyi enerjinin üst-üstə düşmədiyini görən sakinlərsə başqalarının, yaxud ümumi şəbəkədəki naməlum sızmaların hesabına yazılan şişirdilmiş məbləğləri ödəməkdən qətiyyətlə imtina edirlər. Sakinlərin imtinası nəticəsində komunnal haqq yığımı prosesi tamamilə pozulur, MTK fakt qarşısında aciz qalır və kompleksi getdikcə dərinləşən borc bataqlığından çıxarmaq mümkün olmur. "Uğur-2" yaşayış kompleksinin sakinləri, mənzil mülkiyyətçiləri və rəhbərliyi aidiyyəti dövlət qurumlarından, xüsusən Energetika Nazirliyi və "Azərişıq" ASC-dən təcili olaraq işə müdaxilə etməyi, texniki komissiya ayıraraq bu texnoloji itkilərin real mənbəyini obyektiv şəkildə araşdırmağı və süni şəkildə vətəndaşların üzərinə qoyulan əsassız maliyyə yükünü ləğv etməyi xahiş edirlər".
Musavat.com

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02