Tramp İranla müharibənin çox tezliklə bitəcəyini açıqlayıb


İranla müharibə çox tezliklə bitəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp “KCMO” radiosuna müsahibəsində deyib.

O, İranın nüvə silahı əldə etməyəcəyi barədə zəmanət təqdim etməli olduğunu da vurğulayıb.

Trampın sözlərinə görə, İran Yaxın Şərqdə və Avropada nüvə silahından istifadə etməyi planlaşdırıb.

“Müharibə tezliklə bu və ya başqa cür yekunlaşacaq”, - ABŞ Prezidenti qeyd edib.

ADAU-da KÜTLƏVİ İXTİSAR - ƏMR


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əllidən artıq müxtəlif fakutələrində çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.

Teleqraf xəbər verir ki, adıçəkilən təhsil ocağında dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən olunub və bu səbəbdən də ADAU -da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakultələrdə işlərən müəllimlərin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb.

Rövşən Rzayevi “AĞA-EE İnşaat” MMC ilə nə kimi tellər bağlayır və ya Antiinhisar Agentliyi Komitə sədrinin havadarı rolunda


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Bakı, Gəncə şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə 11.09.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AĞA-EE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 239.087,6 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşlaşdırılır.
Qeyd edək ki, bu son bir ay ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin “AĞA-EE İnşaat” MMC ilə bağladığı ikinci müqavilədir. Tərəflər arasında Şəki şəhəri, Biləsuvar, Saatlı, Sabirabad, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə müqavilə 09.09.2026-ci ildə bağlanılmışdı.
Xatırlatmaq istərdik ki, Aktualinfo 10 gün əvvəl Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə “AĞA-EE İnşaat” MMC arasında bağlanılmış müqavilələrdən və Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə ayrılmış vəsaitlərin müxtəlif yollarla təyinatından kənarlaşdırıldığı barədə ciddi məlumatlar yaymışdı.
Bir daha xatırlatmaq istərdik ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 2019-2024-cü illərdə “AĞA-EE İnşaat” MMC ilə ümumi dəyəri 13 923 650 manat dəyərində 3 müqavilə bağlamışdır.
Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar medianın 13.03.2026-cı ildə yaydığı məlumata görə “Ağa-EE İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti külli miqdarda cərimələnib. Buna səbəb şirkətdə aparılan yoxlama zamanı Vasif və Asəf Şabanov qardaşlarının Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilməsi faktı aşkarlanıb.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən “Ağa-EE İnşaat” MMC barəsində 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, işçilər MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov tərəfindən işə götürülsə də, onların bəziləri ilə əmək müqaviləsi bağlanmayıb. Onlara MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət edib. Məhkəmənin hökmü ilə “Ağa-EE İnşaat” MMC-nin rəhbərliyi barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, əslində MMC-nin maliyyə vəziyyətinin yoxlanılması zamanı dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması kimi daha ciddi faktlar ortaya çıxıb. Lakin hansısa qüvvələrin göstərişindən sonra daha yüngül cəza növü seçilib və əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə MMC sadəcə cərimələnib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun milyonlarla manat dəyərində müqavilə bağladığı sözügedən şirkətin maddi texniki bazası, əmək müqaviləsi ilə çalışan mühəndis və işçi heyəti yox dərəcəsindədir.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “AĞA-EE İNŞAAT” (VÖEN:1202140041) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, MƏRDƏKAN ŞTQ, MƏRDƏKAN QƏSƏBƏSİ, ev.50K-dır. Qanuni təmsilçisinin isə Ağalı Natali Qaçay qızı olduğu qeyd edilib.
Bəs məhkəmədə MMC-ni faktiki olaraq idarə edən kimi adı hallanan Vurğun Abbasov kimdir?
Vurğun Abbasov “Ağa-EE İnşaat” MMC-nin qanuni təmsilçisi, yəni direktoru Ağali Natalinin sürücüsüdür. O, sürücü olmaqla yanaşı həmdə Ağali Natalinin digər gizlin işlərini həyata keçirir. Natali Ağalinin gizli maliyyə əməliyyatları aparmaq üçün sürücüsünün adına yaratdığı şirkətin adı “AVC İNŞAAT”dır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVC İNŞAAT” (VÖEN:5702001541) Məhdud Məsuliyyətli Cəmiyyətinin 9 saylı Ərazi Vergilər İdarəsində 12.09.2024-cü ildə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı KÜRDƏMİR RAYONU, PİRLİ kəndi, qanuni təmsilçisinin isə Abbasov Vurğun Alverdi oğlu olduğu göstərilir.
Məlumatlara görə Vurğun Abbasov qohumları olan Kürdəmir rayon Pirli kənd sakinləri Həmidov Əsgar Xasmamməd oğlu (VÖEN 5701000002), Mirzəliyev Ərastun Balakisi oğlu (VÖEN 5702004732), Əbilov Əhrab Əvaz oğlu (VÖEN 5701008502), Kərimov Əlibaba Aganəsib oğlunun (VÖEN 5702004602 – 2226.69 manat vergi borcu var) və Kürdəmir rayon Atakişili kənd sakini İbrahimov Fazəddin Qafur oğlunun (VÖEN 5701267582) adına fiziki şəxs kimi VÖEN-lər açaraq, “Ağa-EE İnşaat” MMC ilə güya xidməti müqavilələr bağlanılıb.
Amma Daxili İşlər Nazirliyinin “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” portalında sözügedən şəxlərin bir dəfə də olsun Cəbrayıl rayonunun Şükürbəyli kəndinə işləmək üçün getmələri barədə məlumat yoxdur. Buna baxmayaraq həmin şəxslərin hesabına müxtəlif vaxtlarda, hissə-hissə 200 min manata yaxın dövlət vəsaiti köçürülüb, Vurğun Abbasov tərəfindən Kürdəmir şəhərində bankomatlardan çıxarılıb. Kənd sakinləri polisə verdiyi izahatda da pulların Vurğun Abbasov tərəfində çıxarıldığını, heç nədən xəbəri olmadıqlarını bildiriblər. Vurğun Abbasov da təbii ki, pulları Ağali Nataliyə çatdırılıb. Həmin pullara Kürdəmir, Sabirabad, Hacıqabul rayonlarında hektarlarla torpaq sahəsi alınıb.
Qeyd edək ki, Ağali Natali tikinti işlərinə dövlət büdcəsindən ayrılan vəsaiti sürücüsü Vurğun Abbasovun adına yaratdığı “AVC İNŞAAT” MMC-nin hesabına köçürərək mal material almaq üşün xaricə pul göndərib. Gələn malları isə təyinatı üzrə istifadə etmək əvəzinə Qarabağda ev tikən başqa şirkətlərə sataraq qazanc əldə edir.
Göründüyü kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumların milyonlarla manat dəyərində müqavilə bağladığı “AĞA-EE İnşaat” MMC-nin qanun pozuntularına yol verməsi barədə ciddi məlumatlar yayılmaqdadır. Amma buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yenə də “AĞA-EE İnşaat” MMC-nin qarşısında yaşıl işıq yandırır.
Əslində isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yayılmış bu məlumatları yerində, hüquq mühafizə orqanları ilə birgə araşdırmalı, sövdələşmə hallarına görə MMC-ni dərhal etibarsız təchizatçılar siyahısına daxil etməli və əlavə tədbirlər görməli idi. Amma göründüyü kimi Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsinin salınmasında yol verdiyi çoxsaylı qanun pozuntularına baxmayaraq Antiinhisar Agentliyi MMC-nin yenidən qalib seçilməsinə rəy vermişdir. Görsənən odur ki, Antiinhisar Agentliyi dövlət satınalmalarında şəffaflığın, azad rəqabətin, qanunların tərəfdarı deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin havadarıdır.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə də, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov da sadəcə icraçıdırlar. Görülən formal tender işlərindən müəyyən pay müqabilində.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. O, Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilib.
Xatırladaq ki, “AGA-EE İnşaat” MMC isə 26.10.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Yaranmasından heç bir il keçməmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumların keçirdiyi satınalmaların qalibi olub, milyonlarla manat dəyərində dövlət sifarişi alıb. Formal keçirilmiş tenderlərdə qalib elan olunduqdan sonra digər şirkətlərlə subpodrat müqavilələr bağlayır. Rolu isə Dövlət Komitəsinindən dövlət vəsaitlərini alıb başqa iş görən şirkətlərə verməkdir. Qazancı isə milyonlarla manatdır.
Odur ki, əsgərlərimizin qanı, canı bahasına erməni vandallarının darmadağın etdiyi ərazilərin yenidən qurulması işlərindən manipulyasiya etdiyinə görə bütün aidiyyəti dövlət qurumlarından “AGA-EE İnşaat” MMC-nin fəaliyyətinin köklü şəkildə araşdırılmasını və təxirəsalınmaz tədbirlər görməsini xahiş edirik.

Aktualinfo.net

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli "Əmək" ordeni ilə
Kazakov Matvey Pavloviç
Leysanov Bahaddin Dəyyan oğlu
Mustafayev Sabir Mədət oğlu
"Tərəqqi" medalı ilə
Babayev Teymur Yusif oğlu
Bayramov Nizami Usub oğlu
Əhmədiyev Zaur Əliyeviç
Əhmədov Ruslan Əlişah oğlu
Feyziyev Fikrət Malik oğlu
Gözəlov Yasin Qaibqulu oğlu
Hacıyeva Sevda Taleh qızı
Həsənli Mürvət Tapdıq oğlu
Həsənov Azər Mirzəsən oğlu
Həsənova Qətibə Musa qızı
Hüseynbəyli İntiqam Bayram oğlu
Xəlilov Xalıq Qurban oğlu
İbrahimov Yusif Süleyman oğlu
Qasımov Niyazi Qara oğlu
Qaybalıyev Habil Alcan oğlu
Quliyeva Aynurə Fikrət qızı
Mahmudov Elsevər Rafiq oğlu
Məmmədov İbrahim Niftalı oğlu
Məmmədov İntiqam İbrahim oğlu
Mirzəyev Mahir Hökümalı oğlu
Muradzadə Şəhriyar Mütalib oğlu
Mustafayev Namiq Canəli oğlu
Omarova Gülbəniz İlyasovna
Seyidəliyev Nizami Yaqub oğlu
Şalbuzov Namiq Əlövsət oğlu
Şamilova Lalə Nəsrəddin qızı
Vəliyev Akif Həmzə oğlu
Yağubov Səyavuş Əhəd oğlu.

“Kiçik Ermənistan üçün 3 min nəfər?” - Rusiyalı rəsmidən ABŞ səfirliyi ilə bağlı açıqlama


ABŞ-nin Ermənistandakı səfirliyinin ştatı 2500-3000 nəfərə çatır ki, bu da ölkənin kiçik olduğunu nəzərə alsaq suallar doğurur.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov “RİA Novosti”yə müsahibəsində bildirib.
“ABŞ-nin Ermənistandakı səfirliyində 2500-3000 nəfər çalışır. Kiçik Ermənistan üçün bu nə deməkdir? Bilmirəm, bəlkə Ermənistan çox gözəl ölkədir, oranın çox yaxşı mətbəxi var, bəlkə də sadəcə ABŞ vətəndaşlarına orada yaşamaq və işləmək xoşdur. Olar bilər ki, buna görə, ola da bilər ki, başqa səbəbə görə”, - Şevtsov deyib.
Qeyd edək ki, Moskva dəfələrlə İrəvanın Vaşinqtonla təhlükəsizlik sahəsində əməkdaşlığının dərinləşməsindən narahatlığını ifadə edib. Rusiya tərəfinin qiymətləndirməsinə görə, Qərb mövcudluğunun güclənməsi Cənubi Qafqazda əlavə gərginliyə və İrəvanın Moskva ilə münasibətlərində problemlərə səbəb ola bilər.

FHN `Qurtuluş 93`də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır (VİDEO)



"Fövqəladə Hallar Nazirliyi işbazların qanunsuz əməlləri qarşısında aciz qalıb?"

Masazırda yerləşən yaşayış kompleksinin 78-cı binasının zirzəmisində aparıldığı iddia edilən qazıntı və söküntü işləri sakinlərin narazılığına səbəb olub. Binanın təhlükəsizliyi ilə bağlı yaranan suallar Fövqəladə Hallar Nazirliyinin mövqeyini gündəmə gətirir.
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu. Bu gün isə vətəndaşların təhlükəsiz yaşayış şəraitinin təmin olunması, çoxmənzilli binaların qorunması və qanunsuz müdaxilələrin qarşısının alınması dövlət qurumları qarşısında duran mühüm vəzifələrdəndir.
Lakin Abşeron rayonunun Masazır kəndində yerləşən Qurtuluş 93 yaşayış kompleksində baş verdiyi bildirilən hadisələr bu məsələlərin nə dərəcədə ciddi nəzarətdə saxlanıldığı ilə bağlı suallar doğurur.
Nyus.Az-ın redaksiyasına kompleksin 78-cı binasında yaşayan bir qrup sakin tərəfindən müraciət daxil olub. Sakinlər binanın zirzəmisində aparıldığı bildirilən qazıntı və söküntü işlərindən narahat olduqlarını, bu müdaxilələrin binanın təhlükəsizliyinə mümkün təsirlərindən ehtiyat etdiklərini bildirirlər.
Zirzəmi obyektə çevrilir, yoxsa binanın təhlükəsizliyi risk altındadır?
Sakinlərin iddiasına görə, binanın zirzəmi hissəsi yaşayış kompleksi satışa çıxarılarkən ehtiyat çıxışı kimi nəzərdə tutulub. Lakin onların sözlərinə əsasən, sonradan zirzəminin çıxışları bağlanıb və ərazinin obyektə çevrilməsi istiqamətində işlər aparılmağa başlanılıb.
Sakinləri narahat edən əsas məqam isə zirzəmidə aparıldığı bildirilən söküntü və qazıntı işlərinin binanın konstruksiyalarına təsir göstərə bilməsi ehtimalıdır.
Əgər aparılan işlər zamanı binanın daşıyıcı konstruksiyalarına müdaxilə edilir və ya təhlükəsizlik normaları pozulursa, bu məsələ yalnız sakinlərin narazılığı ilə məhdudlaşmamalı, aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır.
Çoxmənzilli yaşayış binalarında özbaşına aparılan tikinti və yenidənqurma işləri sakinlərin həyatı və əmlakı üçün təhlükə yarada bilər. Buna görə də belə hallarda görülən işlərin qanuniliyinin, texniki təhlükəsizlik tələblərinə uyğunluğunun və müvafiq icazələrin olub-olmamasının müəyyənləşdirilməsi vacibdir.

FHN-in Sumqayıt Regional Mərkəzi niyə susur?

Ortaya çıxan suallar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının diqqətini cəlb etməlidir. Xüsusilə FHN-in Sumqayıt Regional Mərkəzinin Qurtuluş 93 yaşayış kompleksinin 78-cı binasında aparıldığı bildirilən işlərlə bağlı hansı tədbirləri gördüyü maraq doğurur.
Ərazidəki vəziyyət araşdırılıbmı? Binanın zirzəmisində aparılan qazıntı və söküntü işlərinin təhlükəsizlik normalarına uyğunluğu yoxlanılıbmı? Daşıyıcı konstruksiyalara müdaxilə edilibsə, bunun qarşısının alınması üçün hansı addımlar atılıb?

Bunlar sakinlərin cavab gözlədiyi əsas suallardır.

Əgər iddialar təsdiqini taparsa, aidiyyəti şəxslərin məsuliyyəti məsələsinə hüquqi qiymət verilməli, qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Əks halda, vətəndaşların narahatlığının cavabsız qalması dövlət qurumlarına olan etimad baxımından əlavə suallar yarada bilər.
Sakinlərin təhlükəsizliyi diqqətdən kənarda qalmamalıdır
Qurtuluş 93 yaşayış kompleksi ilə bağlı səsləndirilən iddialar bir daha göstərir ki, yaşayış binalarında aparılan hər hansı qazıntı və yenidənqurma işi ciddi nəzarət altında olmalıdır. Məsələ yalnız zirzəminin hansı məqsədlə istifadə olunması deyil, həm də binanın konstruktiv təhlükəsizliyinin qorunmasıdır.

Nyus.Az olaraq, Fövqəladə Hallar Nazirliyini və digər aidiyyəti qurumları sakinlərin müraciətinə aydınlıq gətirməyə, ərazidəki vəziyyətin araşdırılmasına və nəticələrlə bağlı ictimaiyyətə məlumat verməyə çağırırıq.

Yazıda səsləndirilən məlumatlar sakinlərin redaksiyaya müraciəti və iddiaları əsasında hazırlanıb. Məsələ ilə bağlı aidiyyəti qurumların və işləri həyata keçirən tərəfin mövqeyi dərc olunmağa hazırdır.
Nyus.Az mövzunu diqqətdə saxlayacaq.

Nyus.Az

Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olundu - ƏMR


Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yeni rektor əvəzi təyin olunub.

Ölkə.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ADDA rektoru səlahiyyətlərinin icrası İradə Süleymanovaya həvalə olunub.

O, akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektorudur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən məlumatı Ölkə.az-a təsdiqləyiblər.

“ADDA-nın fəaliyyətinə müvəqqəti rəhbərliyi İradə Süleymanova həyata keçirir”, - qurumdan bildirilib.

Qeyd edək ki, İradə Əli qızı Süleymanova əslən Qərbi Azərbaycandandır.

O, 2014-2024-cü illərdə Bakı Dövlət Universitetinin SABAH Mərkəzinə rəhbərlik edib. 2024-2026-cı illərdə Qarabağ Universitetinin Tələbələrlə İş şöbəsinin müdiri vəzifəsində işləyib.

Xatırladaq ki, ADDA-nın əvvəlki rektor əvəzi akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov idi.

Ə.Cəlilovun imzaladığı yeni əmrlə, o, ADDA-nın müşaviri təyin olunub.

"Özünü nazirdən yuxarı sanırdı..." - ETİRAZ


"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov, nəhayət vəzifəsindən azad edilib. Artıq vəzifədə olmadığı üçün onunla bağlı bir xeyli məsələləri dilə gətirmək istəmirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış jurnalist Məğrur Əli Polad qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Yəqin ki, müvafiq qurumlar araşdıracaq. Bircə faktı demək yetər ki, vəzifəsi birbaşa vətəndaşlarla, sahibkarlarla işləməyi tələb edən bu şəxslə görüşmək qeyri-mümkün bir hala dönmüşdü. Hətta qurumun Mətbuat xidməti ilə əlaqə saxlamaq ciddi bir problem idi. Adam bir PHŞ rəhbəri olsa da, özünü nazirdən yuxarı sanırdı. Yuxarı ona görə deyirəm ki, nazirlərin bir çoxu ilə insanlar görüşə bilir.
Ümid edək ki, yeni rəhbərlik daha əlçatan olacaq və bölgədəki sahibkarlar üçün uyğun şərtləri təmin edəcək..."

Mingəçevirin yolları da başçı İlham İsmayılovun “ATF” MMC ilə işbirliyinə qurban gedib



Bu günlərdə mediada Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinə dair apardığı analitik təhlili yayıldı.

Açıqlamada adları hallanan 14 yerli icra hakimiyyəti orqanından biri də Mingəçevir şəhər İcra Hakimiyyətidir. Sözügedən şəhərdə son illər yolların cari və əsaslı təmiri işlərini yalnız bir şirkət həyata keçirib. Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişləri əsasında “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyd edək ki, “ATF” MMC əsasən bölgələrdə yol tikintisini həyata keçirir. Şirkətin adı bir çox rayon icra hakimiyyətləri ilə bağlanmış şübhəli satınalmalarda hallanır. MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədova bağlı olması barədə son vaxtlar geniş məlumatlar yayılıb.

Lakin “ATF” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin sahibləri Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarıdır. ATF şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. Şirkətin qanuni təmsilçisi isə Azaddır. Şirkət hələ 2018-ci ildə Göyçay çayı üzərində yerləşən körpünün uçmasından sonra gündəmə gəlmişdi. Belə ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərində “ATF” MMC-nin də adı hallanmışdı.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ATF” (VÖEN: 6000110131) Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.12.2003-cü il tarixdə 9 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. MMC-yə VÖEN 03.02.2005-ci ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının GÖYÇAY RAYONU, ÇAYARXI,qanuni təmsilçisi kimi isə Muradov Azad Əzim oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Muradov Fəxrəddin Əzim oğlu olub.

Yuxarıda qeyd etdiyimiz kimi son illər Mingəçevir şəhər İcra Hakimiyyəti ancaq “ATF” MMC ilə işbirliyində olub. Bu işbirliyi nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətinə tabeli qurumlar tərəfindən 2020-2026-cı illərdə Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərinin satınalınması üzrə “ATF” MMC ilə ümimi dəyəri 14 409 616 manat olan 7 satınalma müqaviləsi bağlanılıb.

Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərinin satınalınması üzrə 1.502.721,81 manat dəyərində müqavilə “ATF” MMC ilə 12.09.2026-cı ildə bağlanılıb.

“Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin” satın alınması üzrə 2.075.946,07 manat dəyərində müqavilə “ATF” MMC ilə 09.10.2025-ci ildə bağlanılıb.

2024-cü il üçün Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin” satın alınması üzrə 2.161.011,36 manat dəyərində müqavilə “ATF” MMC ilə 28.12.2024-cü ildə bağlanılıb.

“2023-cü il üçün Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin” satın alınması üzrə 2.184.640,13 manat dəyərində müqavilə “ATF” MMC ilə 24.11.2023-cü ildə bağlanılıb.

Mingəçevir şəhər küçələrində asfalt örtüyünün əsaslı təmirinin satınalınması üzrə 2.169.787,71 manat dəyərində müqavilə bir mənbədən satınalma metodu tətbiq edilməklə “ATF” MMC ilə 02.11.2022-ci ildə bağlanılıb.

Mingəçevir şəhərində yolların, səkilərin asfalt örtüyünün əsaslı təmiri işlərinin satınalınması üzrə 2.136.985,4 manat dəyərində müqavilə Mingəçevir şəhəri Əsaslı Tikinti,Təmir Və Abadlaşdırma Şöbəsi ilə “ATF” MMC arasında 25.08.2021-ci ildə bağlanılıb.

Mingəçevir şəhərində 2020-ci ildə “prospekt və küçələrdə asfalt örtüyünün təmiri işləri” üzrə 2.178.526,14 manat dəyərində müqavilə Mingəçevir şəhəri Əsaslı Tikinti,Təmir Və Abadlaşdırma Şöbəsi ilə “ATF” MMC arasında 17.07.2020-ci ildə bağlanılıb.

Göründüyü kimi Hesablama Palatasının 2024-2025-ci illərdə apardığı analitik təhlil adı hallanan Mingəçevir şəhərində yolların əsaslı təmiri işlərini “ATF” MMC aparıb. Analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

“Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işlərinin zəruriliyi müəyyən edilərkən yolun faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmamış, qüsur aktları əsasən vizual baxışla tərtib edilib. Normativ-hüquqi aktların tələblərinə tam riayət olunmaması təmir ehtiyacının obyektiv təyin edilməsini, yerinə yetirilmiş işlərin yolun real vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərinin qənaətlilik, səmərəlilik və nəticəlilik prinsipləri əsasında idarə olunmasını məhdudlaşdırılıb.

Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə yalnız asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, maililik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.

Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməmiş, yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-maililiklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.”

Qeyd edək ki, Hesablama Palatasının açıqladığı təhlildə məlumatlar ümumi olduğundan Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərində nə kimi qanunsuzluqlara yol verilib, nə kimi nöqsanlar aşkarlarınıb tam bəlli olmur. Amma bağlanılmış müqavilələrin dəyərindən bu nöqsanların həcmini təxmin etmək olar. Son illər 15 milyon manat civarında dövlət vəsaiti ayrılmasına baxmayaraq Mingəçevir şəhərinin mərkəzi küçələrindən başqa bərbad məhəllə yolları da bunu sübut edər.

Hesablama Palatasının açıqlamasında şəhərdaxili avtomobil yollarının faktiki vəziyyəti, uzunluğu, yol örtüyünün növü, konstruktiv elementləri, balans və digər göstəricilər üzrə texniki pasportlaşdırma və müvafiq uçotun aparılması, eləcə də bu məlumatların avtomobil yollarının vahid dövlət reyestri, daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları ilə uzlaşdırılması qanunvericiliyin tələblərinə uyğun təmin olunmayıb.Eyni zamanda, şəhərdaxili yolların balansa götürülməməsi nəticəsində analitik fəaliyyətlə əhatə olunan obyektlər üzrə 2024-2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875.5 manat məbləğində yol aktivləri mühasibat uçotunda əks olunmayıb, əsaslı xərclər kapitallaşdırılmayıb. Bu nöqsanlar yerli icra hakimiyyəti orqanlarının maliyyə və əmlak hesabatlarının təhrif olunması ilə nəticələnib, ümumilikdə ölkə üzrə dövlət əmlakının uçotunun şəffaflığına və etibarlılığına mənfi təsir göstərib”.

Maraqlıdır, Hesablama Palatasının açıqlamasında qeyd olunan əsaslı təmir edilmiş yol aktivlərinin mühasibat uçotunda əks olunmayan iyirmi dörd milyon manat dövlət vəsaitlərindən Mingəçevir şəhər İcra Hakimiyyətinin payı nə qədərdir, həmin vəsait qaytarılıb ya yox, hələlik bəlli deyil. Amma bu məlumatlar Mingəçevir şəhərində yolların təmirinə ayrılan vəsaitlərin icra başçısı “ATF” MMC işbirliyi nəticəsində talan olunduğunu deməyə kifayət edər.

Xatırladaq ki, Mingəçevir şəhər İcra Hakimiyyəti İlham İsmayılovdu. O, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevdir. O, sözügedən vəzifədə 2026-cı ilin iyulundan çalışır. Düzdü, vəzifəyə şəhərin keçmiş icra başçısı Niyazi Bayramov təyin edib. Amma İlham İsmayılovun yaxın adamlarından hesab edilir.

Aktualinfo.net

Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq VİDEO



Prezident 2018-ci ildə Yasamal Parkının genişləndirilməsinə göstəriş vermişdi

Ancaq ərazidə yaşayış kompleksinin tikintisinə hazırlıqlara başlanılıb

“Cənab Prezident 2018-ci ildə Mehriban xanımla birlikdə bu parkın açılışına gəlmişdi. Allah onlara uzun ömür versin, onların sayəsində bu boyda Yeni Yasamalda balaca da olsa bir park salındı. Cənab Prezident idi, Mehriban xanım idi, bir də Yasamalın icra başçısı, biz sakinlər onların 3-4 metrliyində dayanmışdıq. Cənab Prezident deyəsən razı qalmamışdı, başçıya dedi ki, bura çox balacadır, parkın sahəsi “Şuşa məktəbinə” qədər genişləndirilməlidir. Gözümün qabağında olub bu söhbət, başçı da “baş üstə Cənab Prezident, oldu Cənab Prezident” dedi” - Yasamal rayonu, Məhəmməd Xiyabani 44 ünvanında yaşayan sakinlərdən Əhmədağa Dünyamalıyev belə deyir. O və digər sakinlər deyirlər ki, artıq 7 ildir ki, icra başçısının Ölkə Başçısına verdiyi sözün yerinə yetirilməsini gözləyirlər. Amma…

Gözləntilərinin həyata keçməməsi bir yana, məlum olub ki, Yeni Yasamal sakinlərinin park salınmasını gözlədikləri ərazini çoxmərtəbəli binaların inşa edilməsi məqsədilə “Şərur MTK” tərəfindən satın alınıb.

Məsələ burasındadır ki, park salınması nəzərdə tutulan ərazidə köhnə məktəb binası yerləşir. Hansı ki, həmin binada 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkünlər məskunlaşmışdılar. 2026-cı ilin əvvəlindən onların mərhələli şəkildə Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarda inşa edilən kəndlərə köçürülməsinə başlanılıb. Boşalan otaqlar dərhal “Şərur MTK”nın nümayəndələri tərəfindən nəzarətə götürülür, dağıdılır, gələcək tikinti işlərinə hazırlıq işləri görülür.

2018-ci ildə təmir edilib istifadəyə verilən Yasamal Parkı keçmiş “Qismət” şadlıq sarayının yaxınlığında yerləşir. Həmin parkdan “Şuşa məktəbi” kimi tanınan məktəbə və 77 saylı marşrutun soununcu dayanacağına qədər olan ərazi 3-4 hektar təşkil edir. Hansı ki, həmin ərazidən indiyə qədər əsasən, Cəbrayıl və Füzuli rayonundan köçkün düşən insanlar məskunlaşımışdılar. Həmin insanlar isə artıq öz dogma yurd-yuvalarına qayıdırlar. Ərazi boşalır, müştəriləri də artır.

İndi Yasamal rayonu, Məhəmməd Xiyabani 44 ünvanında yaşayan sakinlər, eləcə də Yeni Yasamal qəsəbəsi sakinləri uzun illərdir gözlədikləri parkın salınmasından belə görünür ki, vaz keçilməsindən narahatdırlar. Dəfərlərlə rayon icra hakimiyyətinə müraciət etsələr də onların müraciətləri nəzərə alınmayıb. Hazırda əraziyə faktiki olaraq, “Şərur MTK”nın 15-20 nəfərlik idmançı görünüşlü heyəti nəzarət edir.

Sakinlər bu yaxınlarda telekanalllara müraciət edərək problemin işıqlandırlmasını, Ölkə Başçısının göstərişinə uyğun olaraq ərazidə park salınmasına yardım göstərilməsini xahiş ediblər. “Space” telekanalı sakinlərin problemini işıqlandırıb, onları dinləyib (https://www.youtube.com/watch?v=Q_jXq59Srhw ). Telekanal həm də “Şərur MTK”nın rəhbəri İsfəndiyar Axundovun fikirlərini də öyrənib. İ.Axundov telekanala deyib ki, “parkın genişləndirilməsi üçün nəzərdə tutulmuş ərazinin özəlləşdirilməyib, biz oranı almamışıq. Biz zərər çəkən insanları mənzillə təmir eləmişik və dövlət də öhdəlik götürüb ki, bizə bina tikmək üçün yer versin. Biz də çox əziyyət çəkirik. Yeddi ildə gözləyirik ki, oranı nə vaxt boşaldacaqlar. Boşaltmaq bizim öhdəliyimiz deyil. Bizə torpaq sahəsi hazır vəziyyətdə verməlidirlər”…

Sakinlər bildirir ki, tez-tez ərazidə narazılıq yaranır, “Şərur MTK”nın nümayəndələri ilə mübahisələr baş verir. Onların bildirdiyinə görə, “Şərur MTK”nın rəhbərliyi də məsələnin tezliklə, hər hansı narahatlıq, narazılıq olmadan həll edilməsini istəyir. MTK rəhbərliyi bildirib ki, onlar zərəçəkənləri təmənnasız mənzillə təmin ediblər, bunun qarşılığında da onlara yeni yaşayış kompleksinin tikintisi üçün yer ayrılıb, hər hansı qanunsuzluq, narazılıq olmadan. Əgər doğrudan da əslində ərazidə park salınması nəzərdə tutulmuşdusa və Ölkə Başçısının bununla bağlı göstərişi varsa, qoy, icra hakimiyyəti bunu “Şərur MTK”ya bildirsin, belə olan halda MTK həmin parkı da öz hesabına inaş edib, vətəndaşların istifadəsinə verməyə hazırdır.

İndi Yeni Yasamal sakinlərinin ümidi rayon icra hakimiyyətinin atacağı addımlara qalıb. Onlar icra hakimiyyətindən Ölkə Başçısının Yasamal Parkının sözügedən ərazi hesabına genişləndərilməsi barədə göstərişinin olduğunu MTK-ya bildirilməsini gözləyirlər...(Teref)

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02