Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır


Sumqayıt şəhərində “Yaşıl dərə” adlanan ərazidə yerləşən tunel çirkab sularla dolub. Nəticədə avtomobillərin hərəkətində ciddi çətinlik yaranıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, problem ərazidən keçən Azərbaycan Dəmir Yollarına (ADY) məxsus nasos sistemində yaranmış nasazlıqdan qaynaqlanıb. Nasosların işləməməsi nəticəsində tuneldə suyun səviyyəsi yüksəlib və nəqliyyatın hərəkəti çətinləşib.
Məsələ ilə bağlı ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, ərazidə elektrik enerjisinin olmaması səbəbindən nasosların fəaliyyətində problem yaranıb. Onun sözlərinə görə, artıq ötən gün axşam saatlarından etibarən tuneldə toplanmış su kənarlaşdırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Lakin qurumun açıqlaması problemin yalnız texniki tərəfini izah edir. Əsas sual isə açıq qalır: Elektrik enerjisi kəsildiyi halda nasosların fəaliyyətinin dayanması və tunelin su altında qalması niyə əvvəlcədən nəzərə alınmayıb? Belə halların qarşısını almaq üçün alternativ enerji mənbələri və operativ müdaxilə mexanizmləri nəzərdə tutulmalı deyilmi?
Təəssüf ki, bu cür hadisələrdə məsuliyyətin müəyyənləşdirilməsi əvəzinə, problemin ayrı-ayrı qurumların səlahiyyət və öhdəlikləri arasında bölüşdürülməsi mənzərəsi yaranır. Üstəlik, problemin yalnız ictimailəşdirildikdən sonra aradan qaldırılması da diqqətdən kənarda qalmamalıdır.
Elektrik enerjisinin verilməməsi, nasosun sıradan çıxması və digər texniki səbəblər vətəndaşların gündəlik hərəkətinə mane olan problemin vaxtında həll edilməməsinə bəraət qazandıra bilməz. Əksinə, məhz belə hallar üçün qabaqlayıcı tədbirlər və operativ reaksiya sistemi olmalıdır.
Tuneldə çirkab suların toplanması təkcə nasosun işləməməsi məsələsi deyil. Bu, həm də ərazinin müvafiq xidmətlər tərəfindən nə dərəcədə mütəmadi yoxlanılması, suötürücü sistemlərin təmiz saxlanılması və texniki vəziyyətə nəzarətin necə təşkil olunmasını ilə bağlı suallar yaradıb.
Bizimesr.info

Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...


Əslində Nrəminə Hüseynova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri postuna təyin olunanda müəyyən qədər inam yaranmışdı. Təbii ki, sadəlövh adamlarda var idi bu inam. Bu ilin 23 fevral tarixində elan olundu ki, Nərminə xanım BŞTİ-nə rəhbər təyin olunur. "DİA-AZ" bildirir ki, elə hər şey də buradan başladı...

İlk olaraq onun tərcümeyi halına nəzər salaq. Hazırki vəzifəsinə qədər Nərminə Hüseynova Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb.

Nərminə Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb.
2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib.
Nərminə Hüseynova Bakı Dövlət Universitetində və Böyük Britaniyanın Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə təhsil alıb. Evlidir, 2 övladı var.
***
Yəni Nərminə xanımın bərli-bəzəkli tərcümeyi-halına güvənən "obıvatel"lər ümid edirdilər ki, Bakı təhsilində normal fəaliyyət müşahidə olunacaq. Amma əksi baş verdi və bu gün Bakı məktəblərində müşahidə olunanlar da belə deməyə əsas yaradır ki, əslində Nərminə Hüseynova bu post üçün ən uğursuz olanıdır. Amma nədənsə hörmətli Emin müəllim Əmrullayev cənabları onun təiynatına imza atıb.
Beləcə özünü güvəndə hiss edən Nərminə Hsüeynova bu gün az qala kriminal ünvana çevrilən Bakı məktəbləri üçün YOL XƏRİTƏSİ arayıb-axtarmaq əvəzinə tutduğu postun yaratdığı imkanları öz şəxsi maraqları üçün istifadə etməkdədir. Bu gün BŞTİ-nin xidməti avtomobilləri belə Nərminə Hüseynovanın ailəsinin ixtiyarındadır. Təsəvvür edin, dövlətin maşını dövlətin hesabına Nərminə Hsüeynovanın uşaqlarını məktəbə, gəzməyə, dükana, nənəsigilə və yaxud da harasa daşıyır...
Əslində tək bu deyil ki... Bu üzdə olanıdır. Nərminə Hüseynova bu qısa müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsini həm də BAZARA çevirməyə müvəffəq olub.
Bizim elə əsas məqsədimiz də budur. İŞƏGÖTÜRMƏ BİZNESİ... Nərminə xanım təhsil işçilərinin işə qəbulunu əməll-başlı KOLXOZ BAZARILprinsipləri ilə həyata keçirir. Bu barədə ilginc faktlar əldə etmişik. Biabırçılığın sxemi var imiş...
Bizi izləyin. Növbəti yazımız olacaq...

Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?


İddialara görə, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri icarə haqlarını artırıb, tələbləri qəbul etməyən sahibkarlarla müqavilələrə isə birtərəfli qaydada xitam verilib

Bu barədə səhifəmizə daxil olan məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əmlaklara nəzarət şöbəsinin müdiri Elxan Musayevin fəaliyyəti ilə bağlı sahibkarların narazılığı var.("gündem24")
Məlumatda bildirilir ki, Elxan Musayev Xankəndi şəhərində və Ağdərə rayonunda obyektlərin, mənzillərin və torpaq sahələrinin verilməsinə nəzarət edir. İddialara görə, o, xüsusilə Xankəndidə sahibkarlara icarəyə verilən obyektlərlə bağlı qərarları və icarə haqlarının artırılması ilə narazılığa səbəb olub.
Bildirildiyinə görə, obyektlər üzrə bağlanan icarə müqavilələrində nəzərdə tutulan məbləğlər müəyyən müddət keçdikdən sonra artırılıb və bu, sahibkarları çətin vəziyyətə salıb. Məlumata əsasən, bəzi sahibkarlar hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət ediblər.
Həmçinin iddia edilir ki, Elxan Musayev son bir ildə icarəyə verilən obyektlərin və mənzillərin qiymətlərini iki dəfə artırıb. Onun tələbləri ilə razılaşmayan sahibkarlarla bağlanan müqavilələrə birtərəfli qaydada xitam verildiyi, mübahisələrin isə məhkəmə müstəvisinə keçdiyi bildirilir.
Məlumatda, həmçinin iddia olunur ki, müqavilələr bağlandıqdan bir neçə ay sonra Elxan Musayev tərəfindən artırıldığı deyilən icarə haqlarının əksəriyyəti rəsmiləşdirilməyi
Xatırladaq ki, Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun vəzifəsindən azad ediib.
Mətbuatda yayılan və təkzib edilmədiyi qeyd olunan məlumatlarda onun işdən çıxarılmasının səbəblərindən birinin işğaldan azad edilmiş ərazilərdə məskunlaşan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı narazılıqlar olduğu iddia edilir. Həmin məlumatlarda Elçin Yusubovun komandasındakı bəzi şəxslərin sahibkarlardan əlavə vəsait aldıqları barədə iddiaların araşdırıldığı da bildirilir.
Qeyd edək ki, Elxan Musayev Elçin Yusubovun yaxın ətrafında yer alan şəxslərdən biri kimi tanınır.
Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin fəaliyyətinə Müşahidə Şurası nəzarət edir. Şuranın sədri vəzifəsini Elçin Yusubov, üzvləri isə Elnur Əliyev, Sarvan Cəfərov, Anar Kərimov və Namiq Hümmətov tuturlar.

Yenixeberorg.az

”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu


Böyük iddialar, pafoslu bəyanatlar və “istehlakçı hüquqlarının müdafiəsi” şüarları… Amma məsələ Fərid Eyvazovun baş həkimi olduğu “Alliance Clinic”ə və ortadakı konkret 146 manatlıq “daxili qəbz” qalmaqalına gələndə bütün bu dövlət nəzarəti mexanizmləri birdən-birə dərin bir sükuta qərq olur.

​Faktum.az xatırladır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti öz rəsmi cavabında topu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin meydançasına atmış, vətəndaşın pozulmuş hüquqları ilə bağlı həmin quruma müraciət etməyimizi tövsiyə etmişdi. Biz də verilən “dəyərli” tövsiyəyə riayət edərək, 06.10.2026-cı il tarixində 27 nömrəli rəsmi sorğumuzu birbaşa Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanladıq.

​Nəticə? Tam bir ay geridə qalıb, amma sorğudan nə bir səs var, nə bir soraq!
​Səbəbini öyrənmək üçün qurumla telefon əlaqəsi saxlayırıq. Telefonda bizə böyük arxayınlıqla deyirlər ki, “müraciətə 15 iş günü ərzində baxılıb cavab verilməlidir”. Qanunun tələb etdiyi həmin 15 iş gününün artıq ötən aydan geridə qaldığını, müddətin çoxdan bitdiyini xatırladanda isə tapdıqları bəhanə daha da absurd olur: “Araşdırmalı məsələ olanda vaxt uzun da ola bilir…”

​Möcüzəyə baxın! Ortada vətəndaşa vurulan daxili qəbzin rəsmi fotosu, ödənildiyi faktiki məbləğ (146 manat), klinikanın adı və ünvanı var. Təkzibedilməz faktlar göz qabağında ikən, görəsən, Antiinhisar Agentliyi tam 1 aydır “Alliance Clinic”də nəyi araşdırıb bitirə bilmir? Yoxsa Fərid Eyvazovun klinikasında hansısa dərin kosmik tədqiqatlar aparılır ki, bir sadə kassa çeki pozuntusunu təsbit etmək üçün aylarla vaxt lazım gəlir?

​Əlqərəz… 10-12 kvadratmetrlik kiçik bir mağazanın, məhəllə dönərxanasının üstünə cərimə yağdırıb “gözünün odunu alan”, qanunun hər bir nöqtəsini ən sərt şəkildə tətbiq edən Vergi Xidməti kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də görünür Fərid Eyvazovu incitməyə qıymır.

​Vergi Xidməti məsələni “gələcək nəzarət tədbirlərinin” ümidinə saxlayır, Antiinhisar Agentliyi isə “araşdırmalı məsələ çoxdur” deyib vaxtı uzatdıqca uzadır. Amma bu qurumlar bir şeyi unudurlar: Dövlət qurumlarının bəhanələri bitə bilər, lakin 146 manatlıq “daxili qəbz”in arxasında gizlənən bu xüsusi loyallığın və Fərid Eyvazovun “qoruyucu çətiri”nin mahiyyəti tezliklə tam çılpaqlığı ilə ortaya çıxacaq.(​Faktum.az)

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...


“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib.


Onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.


Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər.


Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər.


Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri Rəhman Məmmədov və işçisi Tərlan Qasımzadə saxlanılıb.


Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb, dünən axşam hər ikisi barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, “Omid” təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı üzrə Azərbaycanda ən böyük mağazalar şəbəkələrdən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və rayonlarda 100-ə yaxın filialı var.


Qafqazinfo

Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət qarşısında yığılmış külli miqdarda borcu üzə çıxıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 10 261 169 manat borcu yaranıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir.

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya, radio işçilərinin peşə bayramı kimi qeyd edilir.

1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.

Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunub. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.

Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02