Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər


“Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi”.

Bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq.

“Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir”, - Prezident İlham Əliyev qeyd edib.

“Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...


“2021–2022-ci ildən mənzil növbəsindəyəm. Ailə vəziyyətim çətindir, subayam və illərdir ev veriləcək günü gözləyirəm ki, ailə qura bilim. Evimiz yararsız vəziyyətdədir, torpaq evdə qalırıq və yaşayış üçün əlverişsizdir”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Şəmkir rayon sakini, Vətən müharibəsi qazisi Əzizov Ruslan Səməd oğlu deyib.
O bildirib ki, onurğasında qəlpə qaldığı üçün hərəkət məhdudiyyəti yaranıb:
“Dəfələrlə İcra Hakimiyyətinə məlumat vermişəm, görüşlərdə olmuşam, amma heç bir köməklik göstərilməyib. İcra başçısının köməkçisi mənə “Get evində sakit otur, nə vaxt çağırsaq, onda gələrsən” deyib və məni alçaldıb.
Bu qəlpə mən yaşadığım müddətdə bədənimdə qalacaq, yeriməyə və hərəkət etməyə çox mane olur. Çıxarılması da mümkün deyil, 95% iflic olma ehtimalım var. Həkim deyib ki, nə Azərbaycanda, nə də xaricdə əməliyyatı mümkün deyil. Onun oraya girib məni iflic etməməsi bir möcüzədir.
Hər yerə müraciət etmişəm. Evlə təmin olunmaq istəyirəm. Nə maşın istəyirəm, nə torpaq istəyirəm, sadəcə yaşamaq üçün ev istəyirəm — 1 otaq, 2 otaq, mənim üçün fərqi yoxdur. Yetim uşağam, nə atam, nə əmim yoxdur”.
Ruslan Əzizov bildirib ki, Prezident tərəfindən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Ruslan Əzizov müharibə əlili kimi 2022-ci ildən “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxslərin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı”nda növbəyə götürülüb və məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib:
“Ruslan Əzizovun mənzil sahəsi və ya fərdi yaşayış evi ilə təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə baxılacaqdır.
Əlavə olaraq Ruslan Əzizov digər müharibə əlilləri kimi Şəmkir Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə əlamətdar günlərdə köməklik göstərilmiş və gələcəkdə də köməklik göstərilməsi nəzərdə tutulub”.

DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...


"Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunana qədər İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi olub. Və yeni görəvində ümidlər var idi ki, o, "yuxarıların" qoyduğu bütün tələblərə uyğun hərəkət edəcək. İlk günlər belə də oldu və müəyyən müddət belə də davam etdi... Bu gün isə Şirinovun adı gələndə ŞİRİNLİK yada düşür..." Bunu "DİA-AZ"a gömrükdəki mənbə bildirir.


Xəbəri verən qaynaq iddia edir ki, əslində "ortada yeyib, qıraqda gəzən" Şirinov əgər hansısa hüquqi araşdırma aparılarsa, özünü təmizə çıxara bilər: "Yəni az qala PEYĞƏMBƏR kimi görünür. Amma əslində bu gün Şahin Bağırovun ən böyük CİNAYƏT ORTAQLARINDAN biri elə məhz Natiq Şirinovdur..."


Mənbə bildirir ki, bununla bağlı bir neçə dəfə daxildən "yuxarılara" şikayət olunub: "Orada konkret olaraq gömrük xidməti general-mayoru Natiq Şirinovun "kadr hazırlanması" adı altında ŞİRİNLİK ŞƏBƏKƏSİ qurması haqda iddialar yer alıb. Amma kimlərsə, bu iddiaları rəsmiləşdirməyib və yaxud da buna mane olub. Görünür ki, hələ də Şirinova inanırlar. Amma ŞİRİNLİK MƏRƏZİ bir faktdır..."


Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

“Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur



Sumqayıt şəhərində “Aral Group” tərəfindən inşa edilən “Bağça Şəhər” yaşayış kompleksindəki çoxmənzilli binalardan biri ciddi yanğın təhlükəsi ilə üz-üzədir.
Patrul.az-ın məlumatına görə, sözügedən binanın qapalı yeraltı qarajında kortəbii şəkildə quraşdırılan fərdi elektromobil şarj cihazı heç bir təhlükəsizlik standartlarına cavab vermir.
Redaksiyamıza daxil olan görüntülərdən aydın olur ki, parkinq sahəsində 77-MG-177 dövlət qeydiyyat nişanlı avtomobil üçün fərdi şarj stansiyası quraşdırılıb. Lakin texniki qaydalara tamamilə zidd olaraq, yüksək gərginlikli elektrik naqilləri açıq və qeyri-peşəkar şəkildə çəkilib, avtomat qutusu isə izolyasiyasız vəziyyətdə buraxılıb.
Əldə etdiyimiz məlumata görə, bu təhlükəli aparat birbaşa bina rəhbərliyi tərəfindən öz şəxsi avtomobili üçün quraşdırılıb. Məsələnin ən dəhşətli tərəfi isə odur ki, bu addımı atan şəxs və onun ailəsi həmin binada yaşamır.
Yaranmış qorxulu vəziyyətlə bağlı redaksiyamıza danışan bina sakinlərindən biri bildirib:
“Birinci mərtəbə istisna olmaqla, hər mərtəbədə 8 mənzil var və binada ümumilikdə 64 ailə məskunlaşıb. Hər ailədə minimum 3 nəfərin yaşadığını nəzərə alsaq, bu, 192 insanın həyatının real təhlükə altında olması deməkdir. Avtomobilin sahibi olan bina rəhbəri özü başqa yerdə rahat yaşayır, bizim isə həm canımızı, həm də əmlakımızı hər an baş verə biləcək qısaqapanma və yanğın riski ilə baş-başa qoyub. Bina rəhbərliyinə dəfələrlə müraciət etsək də, şikayətlərimizə baxılmır, öz istədikləri kimi hərəkət edirlər”.
Binanın digər böyük problemi isə sakinlərin qanuni parkinq hüquqlarının kobud şəkildə məhdudlaşdırılmasıdır.
İddiaya görə, bina rəhbərliyi sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş həyətyanı ərazini zəbt edərək, orada heç bir rəsmi icazə olmadan qanunsuz “TAXI” (taksi) duracağı yaradıb. Ərazidə xüsusi sarı nişanlanma xətləri çəkən rəhbərlik, bu yerləri qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə aylıq 30 manat məbləğində kirayəyə verdiyi bildirilir.
Sakinlər həm binanın daxili şəbəkəsinə edilən təhlükəli müdaxiləyə, həm də həyətdə yaradılmış qanunsuz parkinq biznesinə görə aidiyyəti dövlət qurumlarından kompleksdə hərtərəfli yoxlamalar aparılmasını və qanun pozuntularına qarşı ciddi hüquqi tədbirlər görülməsini xahiş edirlər.

"Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...


Biləcəri qəsəbəsində çoxmərtəbəli binanın tikintisi sakinlərin narazılığına səbəb olub. Ağaclar kökündən çıxarılıb, yollar yararsız vəziyyətə düşüb, ətrafdakı yaşayış evlərinin təhlükəsizliyi isə sual altına düşüb.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində aparılan tikinti işləri ciddi narazılıq doğurub.
Nyus.Az-ın redaksiyasına müraciət edən sakinlərin sözlərinə görə, ərazidəki köhnə mənzillər sökülüb, çoxsaylı ağaclar kökündən çıxarılaraq yerində çoxmərtəbəli binanın inşasına başlanılıb.
Sakinlər bildirirlər ki, tikinti üçün aparılan kotlovan qazıntıları nəticəsində məhəllədaxili yol sıradan çıxıb, evlərə giriş-çıxış çətinləşib. Gecə-gündüz davam edən ağır texnika işlərinin yaxınlıqdakı evlərdə çatların yaranmasına səbəb olduğu da iddia edilir.
“Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir. Uşaqlarımız həyətə çıxıb oynaya bilmirlər. Bu vəziyyətə kim cavab verəcək?” – deyə sakinlər narazılıqlarını bildiriblər.
Məsələnin daha bir diqqətçəkən tərəfi isə sakinlərin tikintini Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin adı ilə əlaqələndirməsidir. Bu iddialar hələlik rəsmi təsdiqini tapmayıb.
Bəs görəsən, ağacların kökündən çıxarılmasına kim icazə verib? Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə məsələyə münasibət bildirmir? Binəqədi Rayon İcra Hakimiyyəti ərazidə yaranmış vəziyyətə niyə müdaxilə etmir?
Əgər tikinti bütün qanuni tələblərə uyğun aparılırsa, aidiyyəti qurumlar bunu ictimaiyyətə açıqlamalıdırlar. Yox, əgər qanun pozuntuları varsa, məsul şəxslər barəsində tədbir görülməlidir.
Görəsən, Binəqədi Rayon İcra Hakimiyyəti bu tikinti qarşısında həqiqətənmi aciz qalıb, yoxsa sakinlərin iddia etdiyi kimi, burada şeyx amili rol oynayır?
Nyus.Az

Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib


Həyəcan siqnalı verən Praqa-Buxarest reysinin təyyarəsi Otopeni şəhərində (Buxarestdən 16 km şimalda yerləşir) Anri Koanda adına hava limanında uğurla eniş edib.

Hadisə ilə bağlı zəruri prosedurlara başlanılıb.

Bildirilib ki, göyərtəsində 102 sərnişin və 6 heyət üzvünün olduğu "TAROM" şirkətinin təyyarəsi daha əvvəl partlayış təhlükəsi barədə məlumat verib.

Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI


Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifələrə təyinat siyahısı yayımlanıb… Həmin siyahını heç bir şərh vermədən təqdim edirik:

“​Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilməsindən sonra cinayət işinin sensasiyalı təfərrüatları üzə çıxmaqda davam edir. Mediada yer alan son məlumatlara görə, rəsmi Bakıya qarşı dövlət idarəetmə sisteminin transformasiyasını planlaşdıran Ramiz Mehdiyevin hakimiyyəti ələ keçirəcəyi təqdirdə formalaşdıracağı “yeni kabinet”in siyahısı və vəzifə bölgüsü istintaq sənədlərində öz əksini tapıb.
​​Əldə edilən məlumatlara əsasən, Ramiz Mehdiyev hakimiyyətə gələcəyi təqdirdə dövlətin mühüm postlarını özünə yaxın şəxslərə və qohumlarına həvalə etməyi planlaşdırıb:
​Baş nazir:
-Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi)
​Vitse-prezident:
-Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri)
​Daxili İşlər naziri:
-Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, sabiq DİN əməkdaşı)
​Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi:
-Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı)
​Ədliyyə naziri:
-İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat)
​İqtisadiyyat naziri:
-Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayan)
​Baş Prokuror:
-Timur Mehdiyev (Ramiz Mehdiyevin doğma oğlu)
​Prezident Administrasiyasının rəhbəri:
-Fatma Abdullazadə (PA-nın sabiq şöbə müdiri)
​PA Ərazi İdarəetmə Şöbəsinin müdiri:
– Ziya Məmmədov (sabiq Nəqliyyat naziri)
​Milli Məclisin sədri:
-İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti)
​Bakı Şəhər İcra Hakimiyyətinin başçısı:
-Elton Məmmədov (sabiq deputat)
​Dövlət Gömrük Komitəsinin sədri:
-Əsabil Qasımov (“Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat)
​Elm və Təhsil naziri:
-Aqiyə Naxçıvanlı (sabiq deputat)
​Media və Yayım Şurasının sədri:
-Bəxtiyar Sadıqov (sabiq deputat)
​İstintaq materiallarından bəlli olur ki, bu planların reallaşmasında və Xarici Kəşfiyyat Xidməti (Rusiya) ilə əlaqələrin qurulmasında əsas rol Sevil İsmayılovaya həvalə edilib. R.Mehdiyev avqust ayından hazırlamağa başladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı əlyazmasını çap edilməsi və Moskvaya çatdırılması üçün S.İsmayılovaya verib.
​Sənədin Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin müavini Rəşad Qurbanova və digər yüksək vəzifəli şəxslərə çatdırılması nəzərdə tutulub. İstintaqa verdiyi ifadədə Mehdiyev əlyazmanın çapını və ötürülməsini şəxsən İsmayılovaya tapşırdığını etiraf edib. İzlər göstərir ki, “Şərq-Qərb” nəşriyyatının rəhbəri sadəcə biznes strukturu idarə etməyib, şəbəkənin əsas kəşfiyyat agenti və “poçtalyonu” rolunu oynayıb.
​Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, Sevil İsmayılovanın rəhbərlik etdiyi nəşriyyatın Maliyyə Departamenti bu gün də AMEA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Milli Ensiklopediyasının binasında yerləşir. Mövzu ilə bağlı AMEA-ya ünvanlanan sorğular isə cavabsız qalıb”.
Sitatın və siyahının sonu!/Tezadlar.az

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib.

“Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”


“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

O, Fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faizi və ya 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta haqqı daxilolmaları üzrə formalaşacağının proqnozlaşdırıldığını deyib.

Nazir qeyd edib ki, bu göstərici cari ilin təsdiq edilmiş göstəricisindən 995,4 milyon manat və ya 15,1 faiz çoxdur.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02