Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı


Bakıda qısamüddətli yağış ciddi fəsadlara səbəb olub. Cəmi 10 dəqiqə davam edən yağış paytaxtın bir neçə rayonunda küçə və yolları keçilməz vəziyyətə salıb.

Bizimesr.info xəbər verir ki, yağış nəticəsində Nizami, Sabunçu, Binəqədi və Xəzər rayonlarında bir sıra əraziləri su basıb. Yollarda böyük su gölməçələri yaranıb, avtomobillər suda qalıb, hətta təcili tibbi yardım maşınlarının da hərəkətində çətinliklər yaranıb.

Baş verənlər Bakının yağış sularının idarə olunması, drenaj və kanalizasiya sistemlərindəki problemləri bir daha gündəmə gətirib. Cəmi 10 dəqiqəlik yağışın belə paytaxtın müxtəlif ərazilərində bu cür mənzərə yaratması infrastrukturun mövcud vəziyyəti ilə bağlı ciddi suallar doğurur.

Maraqlıdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri bu problemin aradan qaldırılması istiqamətində hansı konkret tədbirləri görürlər?

Hər dəfə yağıntı zamanı eyni mənzərənin təkrarlanması göstərir ki, problemə yalnız hadisədən sonra müdaxilə etməklə həll tapmaq mümkün deyil. Paytaxtın drenaj və kanalizasiya infrastrukturu əsaslı şəkildə yenilənməli, su basan ərazilərdə qabaqlayıcı tədbirlər görülməlidir.

Bizimesr.info

VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/bakida-10-deqiqelik-yagis---yollar-kecilmez-oldu-avtomobiller-suda-qaldi-24165

Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY


Dövlət Gömrük Komitəsinin işçiləri növbəti dəfə etiraz edirlər. Bu barədə "DİA-AZ"a qurumdan xəbər verilib.

İşçilər adından edilən müraciətdə deyilir ki, onlara verilməsi üçün nəzərdə tutulan mükafatdan 15 manat kəsilib.
Müraciətdə deyilir:

"Bunların gözləri doymur ki doymur... 8 Noyabr - Zəfər Günü münasibətilə hər bir işçiyə 500 manat məbləğində mükafat nəzərdə tutulub. Amma mükafat tam məbləğdə ödənməyib.

Təsəvvür edin, hər işçidən 15 manat tutublar. İndi özünüz hesablayın... 4-5 minə yaxın işçinin hər birindən 15 manat tutulanda nə qədər vəsait edir... Bütün kartlara 485 manat köçürülüb.
Hanı bu pullar? Kimin cibinə gedir?"

Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq


Ölkənin əsas sənaye mərkəzlərindən birində onlarla min insan əmək bazarından kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Rəsmi statistikada 6 mindən çox şəxs işsiz kimi qeydiyyatdadır, orta aylıq əməkhaqqı ölkə göstəricisindən aşağıdır. Digər tərəfdən, şəhərdə ağacların qanunsuz kəsilməsi, tikinti mübahisələri, illərlə davam edən yol və kanalizasiya problemləri, abadlıq tenderləri ilə bağlı problemlər mövcuddur. 2015-ci ildən Sumqayıta rəhbərlik edən Zakir Fərəcovun fəaliyyətinə bu nəticələr fonunda nəzər salaq.

Sumqayıt Azərbaycanın ikinci böyük şəhəri, ölkənin əsas sənaye mərkəzlərindən biridir. Burada iri sənaye müəssisələri, sənaye parkı, istehsal və xidmət obyektləri fəaliyyət göstərir. Şəhərin iqtisadi potensialı, əhalisi və əmək bazarının miqyası onun ölkənin sosial-iqtisadi həyatında mühüm yer tutmasını şərtləndirir.

Lakin şəhərin inkişafını yalnız zavodların, sənaye müəssisələrinin və istehsal olunan məhsulun həcmi ilə ölçmək olmaz. Əsas göstərici həmin iqtisadi potensialın sakinlər üçün nə qədər iş yeri yaratması, insanların gəlirlərinə necə təsir etməsi, yaşayış şəraitinin hansı səviyyədə olmasıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2015-ci il sentyabrın 2-də vəzifəyə təyin edilib. Beləliklə, o, artıq 11 ildən çoxdur şəhərə rəhbərlik edir. Bu müddət ərzində şəhərin inkişafı ilə bağlı təqdim olunan rəqəmlərlə sakinlərin qarşılaşdığı problemlər arasında nə dərəcədə uyğunluq olduğunu araşdırmaq zərurəti yaranır.

6 mindən çox işaxtaran: sənaye şəhərində məşğulluq problemi

Araşdırmanın ən diqqətçəkən istiqamətlərindən biri Sumqayıtda işsizlik və məşğulluq məsələsidir. Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, Sumqayıtda muzdla çalışan işçilərin sayı 65,3 min nəfər, orta aylıq nominal əməkhaqqı 941,5 manat, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsizlərin sayı isə 6 221 nəfər olub. Həmin şəxslərdən yalnız 178 nəfəri işsizlikdən sığorta ödənişi alıb.

Bu rəqəmlər xüsusi diqqət tələb edir. Çünki söhbət sənaye müəssisələrinin çoxluğu ilə tanınan, iqtisadi potensialı yüksək olan şəhərdən gedir. 6 221 nəfərin rəsmi qaydada işsiz kimi qeydiyyatda olması Sumqayıtın əmək bazarında məşğulluq probleminin hələ də aktual olduğunu göstərir.

2026-cı il iyulun 1-nə dair statistik məlumatları işıqlandıran xəbərlərdə isə Sumqayıtda qeydiyyata alınmış işsizlərin sayının 6 634 nəfərə çatdığı bildirilir. Yanvar göstəricisi ilə müqayisədə bu, 413 nəfər və ya təxminən 6,6 faiz artım deməkdir. Qeyd edək ki, bu rəqəm qeydiyyata alınmış işsizləri əhatə edir, şəhərdə işsiz olan bütün şəxslərin ümumi sayı kimi qəbul edilməməlidir.

Daha geniş mənzərəni göstərən Dövlət Statistika Komitəsinin statistik məcmuəsində isə Sumqayıtda işsiz əhalinin sayı 2020-ci ildə 13,7 min, 2021-ci ildə 12,3 min, 2022-ci ildə 11,5 min, 2023-cü ildə 11,1 min nəfər göstərilir. Bu göstərici qeydiyyata alınmış işsizlərin sayından fərqli metodologiya ilə hesablanır. Hər iki statistika bir-birinə qarışdırılmamalıdır. Bununla belə, şəhərdə məşğulluq məsələsinin ciddi sosial mövzu olaraq qaldığı aydındır.

Daha bir diqqətçəkən məqam əməkhaqqıdır. 2025-ci il üzrə ilkin məlumatlarda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 102,9 manat olduğu halda, Sumqayıtda bu göstərici 941,5 manat təşkil edib. Başqa sözlə, şəhərin orta göstəricisi ölkə üzrə orta əməkhaqqından təxminən 161 manat aşağıdır.

Belə bir vəziyyət qarşısında sənaye istehsalı milyardlarla manatla ölçülən Sumqayıtda şəhər sakinlərinin daha yaxşı iş və gəlir imkanlarına çıxışı niyə bu qədər aktual problem olaraq qalır?

Əlbəttə, məşğulluq siyasəti yalnız icra hakimiyyətinin səlahiyyətində deyil. Dövlət Məşğulluq Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, özəl sektor və sənaye müəssisələri bu prosesdə mühüm rol oynayır. Ancaq şəhər rəhbərliyinin də investisiyaların cəlb edilməsi, yerli sahibkarlığın inkişafı, yeni iş yerlərinin təşviqi və peşə hazırlığı ilə bağlı koordinasiya məsuliyyəti var.

Zakir Fərəcovun 11 ildən artıq davam edən rəhbərliyi dövründə Sumqayıt sakinləri üçün hansı davamlı məşğulluq proqramları həyata keçirilib? Şəhər üzrə işsizliyin azaldılması üçün konkret hədəflər müəyyən edilibmi? Gənclərin, qadınların və ixtisası olmayan şəxslərin əmək bazarına çıxışını asanlaşdıran hansı yerli təşəbbüslər nəticə verib?

Bu suallara ümumi hesabatlarla deyil, konkret rəqəmlərlə cavab verilməlidir.

Sənaye müəssisələrinin sayı artır, bəs yerli sakinlər nə qədər işlə təmin olunur?

2025-ci ildə yayımlanan məlumatlarda Sumqayıtda sənaye müəssisələrinin sayının 2015-ci ildəki 124-dən 327-yə yüksəldiyi, sənaye məhsulunun həcminin isə 4 milyard manata çatdığı bildirilir. Bu, şəhərin sənaye potensialının genişlənməsini göstərir.

Lakin müəssisələrin sayının artması avtomatik olaraq şəhər sakinlərinin hamısının işlə təmin olunması demək deyil. Müəssisələrin neçəsində istehsal prosesi tam gücü ilə aparılır? Neçə nəfər daimi əmək müqaviləsi ilə çalışır? Yeni açılan müəssisələrdə yerli sakinlərin payı nə qədərdir? İşçilərin əməkhaqları və əmək şəraiti hansı səviyyədədir? Bunlar cavablandırılmadan sənaye müəssisələrinin sayını şəhərin sosial inkişafının əsas göstəricisi kimi təqdim etmək birtərəfli yanaşmadır.

Şəhərin yaşayış massivləri: illərlə həll olunmayan problemlər

Sumqayıtın problemləri yalnız məşğulluqla məhdudlaşmır. Şəhərin bəzi yaşayış massivlərində uzun müddətdir davam edən yol və kanalizasiya problemləri də yerli idarəetmənin zəif fəaliyyəti kimi ölçülür.

Əgər bir yaşayış massivində minlərlə insan uzun illər yol və kanalizasiya problemi yaşayırsa, bu, təkcə texniki çətinlik deyil, həm də şəhərsalma və infrastruktur planlaşdırılması məsələsidir.

Ağacların kəsilməsi və tikinti iddiaları - şəhər kim üçün qurulur?

Sumqayıtda son illərdə yaşıllıqların qorunması ilə bağlı bir neçə rəsmi fakt qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il avqustun 22-də yaydığı məlumatda Nəriman Nərimanov küçəsində, 5-ci mikrorayonla 45-ci məhəllə arasındakı yaşıllıq sahəsində 17 yaş ağacın qanunsuz kəsildiyi bildirilib. Nazirlik yaşıllıq sahəsinə xidmət göstərən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin ağacların mühafizəsini düzgün təşkil etmədiyi qənaətinə gəldiyini açıqlayıb.

2025-ci ilin oktyabrında isə Dənizkənarı Bulvarda 30 zeytun ağacı və 12 lüqustr kolunun qanunsuz kəsilməsi faktı barədə məlumat yayılıb. Nazirlik təbiətə 20 160 manat ziyan dəydiyini bildirib.

2026-cı ilin oktyabrında 13-cü mikrorayon, İsmət Qayıbov küçəsində tikinti və yaşıllıqların götürülməsi ilə bağlı iddialar gündəmə gəlib. Məlumatlara görə, ekologiya qurumu tikintinin dayandırılması üçün icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti isə məsələnin araşdırıldığını bildirib. Həmin ay 13-cü mikrorayonun Babək küçəsində səkkiz ağacın qanunsuz kəsilməsi və ərazidə metal köşkün yerləşdirilməsi ilə bağlı da məlumat yayılıb. Ekologiya qurumunun açıqlamasında təbiətə 5 100 manat ziyan dəydiyi qeyd olunub. Bu sıralamanı daha da artırmaq olar.

Abadlıq üçün ayrılan milyonlar: nəticə və şəffaflıq məsələsi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və onun tabeliyində olan qurumların satınalmaları da ictimai nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin sentyabrında abad məhəllələrin yaradılması ilə bağlı 1 milyon 166 min 149 manatlıq satınalmanın nəzarət orqanının qərarı ilə dayandırıldığı barədə məlumat yayıldı. Sonradan eyni məbləğə yaxın ehtimal olunan qiymətlə yeni satınalma elan edildiyi bildirildi. 2026-cı il oktyabrın 26-da isə Sumqayıt Bulvarında abadlıq işlərinin “Rash.MM Engineering” şirkətinə həvalə olunacağı və bu məqsədlə 263 min manat vəsait sərf ediləcəyi barədə məlumat yayılıb. Şəhərdə abadlıq işlərinin aparılması normaldır və zəruridir. Ancaq hər bir layihənin nəticəsi ölçülə bilən olmalıdır.

Zakir Fərəcovun rəhbərliyi dövründə şəhər idarəçiliyinin əsas sualları

Zakir Fərəcovun Sumqayıta rəhbərlik etdiyi 11 ildən artıq müddətdə şəhərdə sənaye istehsalının artması, yeni müəssisələrin fəaliyyətə başlaması və iri investisiya layihələrinin həyata keçirilməsi barədə məlumatlar açıqlanıb. Lakin şəhərin inkişafı ilə bağlı yekun qiymətləndirmə yalnız bu rəqəmlərlə məhdudlaşa bilməz.

İşsizlik və aşağı əməkhaqqı, yaşayış massivlərində yol və kanalizasiya problemləri, ağacların qanunsuz kəsilməsi, tikinti mübahisələri və abadlıq satınalmaları üzrə cavablandırılmalı suallar var.

Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır: su, kanalizasiya, qaz, elektrik, yollar və şəhərsalma kimi sahələr müxtəlif dövlət qurumlarının və xidmət təşkilatlarının səlahiyyətlərinə daxildir. Buna görə də hər problemi birbaşa icra hakimiyyətinin yaratdığını söyləmək doğru olmaz. Lakin şəhər rəhbərliyinin yerli problemlərin koordinasiyası, aidiyyəti qurumlar qarşısında məsələlərin qaldırılması, şəhərsalma və abadlıq proseslərinə nəzarət baxımından üzərinə düşən məsuliyyət var. Sumqayıt sakinləri yalnız yeni parkların, binaların və abad küçələrin görüntülərini deyil, şəhərin problemlərinin necə həll olunduğunu da görmək istəyirlər.

Beləliklə, sənaye istehsalının milyardlarla manatla ölçüldüyü, yüzlərlə müəssisənin fəaliyyət göstərdiyi Sumqayıtda minlərlə insan niyə hələ də iş axtarır, yaşayış massivlərində insanlar illərlə yol və kanalizasiya problemi yaşayır, yaşıllıqların qorunması ilə bağlı eyni xarakterli faktlar təkrar gündəmə gəlir.

Sumqayıtın inkişafı barədə danışarkən işsiz qalan insanın, iş tapa bilməyən gəncin, aşağı əməkhaqqı ilə ailəsini dolandırmağa çalışan vətəndaşın, kanalizasiya və yol problemi yaşayan məhəllə sakininin vəziyyəti də nəzərə alınmalıdır. Şəhərin inkişafı ilk növbədə insanın həyatında hiss olunmalıdır.
azfakt.com

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-leytenant" hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova

"general-mayor" hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə

polkovnik Hikmət Rövşən oğlu Əliyevə

polkovnik Telman Əsgər oğlu Hüseynova".

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq


Qazaxıstanın Abay vilayətində "Semey" xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır.

Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar) təşkil edir.

Müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb. 600 hektar sahəsi olan xüsusi iqtisadi zona Janasemey rayonunda yerləşəcək.

Onun ərazisində yüksək texnologiyalı, o cümlədən ixracyönümlü müəssisələrdən ibarət sənaye-istehsal kompleksinin yaradılması planlaşdırılır. Yeni müəssisələrin işə salınması təxminən 14 min daimi iş yerinin yaradılmasına imkan verəcək.

Layihə logistika infrastrukturunun və müəssisələr arasında istehsal əlaqələrinin inkişafını, həmçinin investorlar üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.

Bildirilib ki, "Semey" xüsusi iqtisadi zonasının açılması ilə Qazaxıstanın 15 regionunda 19 xüsusi iqtisadi zona fəaliyyət göstərəcək.

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Xankəndi Şəhər Stadionu əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub. Stadionun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.

Stadionun ümumi tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür. Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir. Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Uzunluğu 105, eni isə 68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə atletika zonası yerləşir. Bu zona 100 metr, eyni zamanda, 200 metrdən 10 min metrədək məsafələrə qaçış, o cümlədən maneələrlə qaçış, uzununa tullanma və digər zonalardan ibarətdir.

Stadionda futbolçular və texniki heyət, həmçinin hakimlər, məşqçilər, media nümayəndələri üçün otaqlar, konfrans zalı, tibb məntəqəsi var.

Qeyd edək ki, Xankəndi Şəhər Stadionunun əsaslı təmirdən sonra istifadəyə verilməsi Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu layihənin icrası işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun inkişafı baxımından mühüm rol oynamaqla Azərbaycanda idmana və gənc nəslin sağlam yetişməsinə göstərilən diqqəti əyani şəkildə nümayiş etdirir. Bölgələrimizdə Olimpiya idman kompleksləri, stadionlar və digər müasir idman obyektlərinin yaradılması Azərbaycanın idman ölkəsi kimi dünyada nüfuzunu daha da artırır. Təsadüfi deyil ki, bu gün ölkəmiz mötəbər qlobal idman yarışlarına uğurla ev sahibliyi edir, nüfuzlu beynəlxalq idman qurumları öz tədbirlərinin məhz Azərbaycanda keçirilməsində maraqlıdırlar. Bu xüsusda ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunmuş (FIFA U-15) dünya çempionatı və festivalını, həmçinin gələn il 20 yaşadək kişi futbolçular arasında keçiriləcək dünya çempionatını (FIFA U-20 World Cup) qeyd etmək olar.

Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO


Adları korrupsiyada hallanan şəxslərin Beyləqan xəstəxanasında vəzifə sahibinə çevriləmələri Səhiyyə sistemində biabırçı bir durumun nəticəsi kimi görmək olar.

AzFakt.com xəbər verir ki, ötən gün gün Şaiq Şükürov adlı şəxs Beyləqan Xəstəxanasının yeni baş direktoru təyin edilib. Şaiq Şükürovun sonuncu iş yeri Füzuli Rayon Mərkəzi Xəstəxanasında derektor müavini vəzifəsi olub.

Qeyd edək ki, hazırda Beyləqan xəstəxanasının Poliklinika müdiri Şaiq Şükürovun əmisi Natiq Şükürovdur. Adı çəkilən şəxs bu vəzifəyə bir ay öncə keçmiş baş direktor Leylan Nəsirova tərəfindən təyin edilib.

Natiq Şükürov

Xatırladaq ki, Natiq Şükürov Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işlədiyi dövrdə yol verdiyi korrupsiya əməllərinə görə işdən çıxarılmışdı. Həmçinin Natiq Şükürovla əlbir olan qardaşı oğlu, poliklinika şöbəsinin müdiri Şəfa Şükürovda cinayət məsuliyyətinə cəlb edilib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Natiq Şükürova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı), Şəfa Şükürova isə həmin Məcəllənin 32.5, 313 (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi açılmışdır.

Ancaq bir müddət keçdikdən sonra Natiq Şükürov hansısa vasitələrlə Füzuli rayon xəstəxanasında həkim kimi işə bərpa olunub və 2026-cı ilin sentyabr ayında Beyləqan rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsinə gətirilib.

İki gün öncə isə Natiq Şükürovun qardaşı oğlu Şaiq Şükürov Beyləqan xəstəxanasının baş direktoru təyin edilib.

Şaiq Şükürov

Xatırladaq ki, Füzuli rayonunun səhiyyə sistemində çalışan Şükürovların adları bir çox korrupsiya əməllərində hallanıb. Keçmişlərində ciddi problemləri olan birilərinnin yenidən vəzifələrə təyin edilməsi isə ölkənin səhiyyə sistemində ciddi problemlərin olduğuna dəlalət edir. Xüsusilə Anar Bayramovun korrupsiya keçmişləri olan şəxsləri vəzifəyə qoyması ayrıca suallar doğurur. Doğrudanmı yeni nazir kadrları təyin edərkən onların keçmişi ilə heç maraqlanmır? Korrupsioner kadrları Anar Bayramov özü seçir, yoxsa kimlərsə ona bu kadrları təqdim edərək nazirin imicini korlamağa çalışır?

Qeyd edək ki, Beyləqan rayon Mərkəzi Xəstəxanasına təyin edilən Şaiq Şükürovun təqdimat mərasimi dünən gecə saatlarında səssiz həyata keçirilib. Görünür nazir Anar Bayramovun komandası biabırçı təyinatlarını gizlətmək üçün gecə təqdimatına ehtiyyac duyublar.

AzFakt.com

“Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”


“Sosial mediada AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır”.
Bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri vəzifəsində çalışdığı müddətdə İsa Həbibbəylinin tutduğu vəzifədən azad edilməsi və səlahiyyətlərinin aşağı salınması üçün Akademiyanın rəhbərliyi tərəfindən bir sıra rəsmi qərarlar qəbul olunub.
“AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilərək, vitse-prezident vəzifəsini icra edən təyin olunub.
Bundan başqa, Ramiz Mehdiyevin sədrlik etdiyi AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasının qərarı ilə İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünüb, İctimai Elmlər Bölməsi alınaraq onun vəzifə səlahiyyətləri azaldılıb.
Bir neçə gündən sonra - 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli tutduğu Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət edib.
Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”, - məlumatda vurğulanıb.

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.

İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.

Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO


Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, 84 ünvanında yol kənarındakı ağacların gecə saatlarında çıxarıldığı bildirilir. Sakinlər ərazidə yeni obyekt tikiləcəyindən və yaşayış binasının mənzillərinin pəncərələrinin qarşısının kəsiləcəyindən narahatdırlar.

Bizimesr.info xəbər verir ki, redaksiyaya daxil olan videogörüntülərdə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, 84 ünvanında yol kənarındakı ağacların kökündən çıxarıldığı, ərazinin isə tullantılarla çirkləndirildiyi qeyd olunur.

Sakinlərin sözlərinə görə, ağaclar gecə saatlarında şıxarılıb və ərazi obyekt tikintisi üçün mərhələli şəkildə hazırlanır. Onlar yaxın vaxtlarda həmin sahədə obyekt tikintisinə başlanılacağından şübhələnirlər. Çünki əvvəllər də eyni halların şahidi olublar və məhz bu ərazidə aylar əvvəl də eyni hadisəı baş verib və indi bu məklanda obyekt fəaliyyət göstərir.

Qeyd olunur ki, sakinlərin şikayətindən sonra əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən baxış keçirilsə də, məsələ ilə bağlı hər hansı nəticə əldə olunmayıb.Daha doğrusu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bildiriblər ki, ərazini bu hala salan adama bir söz deyə bilmirlər, çünki onun adamı var.

Sakinləri narahat edən digər məsələ isə ərazidə tikilən obyektlərin yaxınlıqdakı yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzillərin pəncərələrinin qarşısını kəsməsidir. Onlar hesab edirlər ki, bu cür tikintilər sakinlərin yaşayış şəraitinə, mənzillərin təbii işıqlandırılmasına və şəxsi məkanına mənfi təsir göstərir.

Qeyd edək ki, Xətai rayonunda ağacların kəsilməsi, yaşıllıq sahələrinin taleyi və yaşayış binalarının yaxınlığında aparılan tikinti işləri ilə bağlı narazılıqlar vaxtaşırı gündəmə gəlir. Bu baxımdan General Mehmandarov küçəsi, 84 ünvanındakı hadisə növbəti agackəsmə və obyekt tikintisinəı hazırlığın biridir.

Mövzu ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, sorğularımıza cavab almaq mümkün olmayıb. Çünki Xətai RİH başçısı Rafiq Quliyev üçün belə hallar sıradan sayılır. Qurumun heç bir əməkdaşı bu kimi hallarla mübarizə aparmaqda maraqlı deyil.

Bizimesr.info

VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/xetai-rayonunda-agaclar-gece-saatlarinda-kokunden-cixarildi---rafiq-quliyev-sakinleri-saymir----video-24158

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02