Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat

Gündəm / Cəmiyyət 9-07-2026, 10:24


Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru İsayev Vüqar Ürfət oğluna məxsus obyektin istismarına icazə verib.
Tikinti sahəsi 120,9 kvadratmetr olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, giriş 37 ünvanında yerləşən obyekt 1 mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN obyektə 24 iyun 2026-cı il tarixli 13210 nömrəli istismara hazırlıq rəyi verib.
Onu da bildirək ki, obyektin layihəçisi “NKT-Bərpa” MMC (VÖEN – 1303487311) olub. Cəmi 5 manat nizamnamə kapitalı olan “NKT-Bərpa” MMC-nin qanuni təmsilçisi isə Vüqar İsayevin qardaşı İsayev Eldar Ürfət oğludur.
“NKT-Bərpa” MMC uzun illər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub.
Məlumat üçün qeyd edək ki, Vüqar İsayev 2018-ci ildə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna direktor təyin olunub. Vüqar İsayev bu vəzifədən əvvəl Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.
Vüqar İsayev qoruğa direktor təyin olunduqdan qısa müddət sonra qardaşının rəhbərlik etdiyi “NKT-Bərpa” MMC Dövlət Xidməti ilə çoxsaylı satınalma müqavilələri imzalayıb. Məsələn, 2019-cu ildə Dövlət Xidməti tender müsabiqəsi keçirmədən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması məqsədilə “NKT-Bərpa” MMC ilə 296 min manat dəyərində müqavilə imzalayıb.
2019-cu ildən sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “NKT-Bərpa” MMC-yə ümumilikdə 1 milyon 600 min manatdan çox vəsait ödəyib.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Zakir Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ziyanın ödənilməsini nəzərə alaraq həbs müddətini 5 il 6 aya endirib. 2024-cü ilin iyun ayında Zakir Sultanov azadlığa buraxılıb.(Yeniavaz.com)

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14