Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."

Gündəm / Cəmiyyət 7-09-2026, 11:41


Bərdə şəhər icra başçısı Vidadi İsayev ondan şikayət edənləri əvvəlcə cəzalandırır, sonra onlara "divan tutur" və həyatını cəhənnəmə çevirir.

Bu işgəncə ilə üzləşən və icra başçısından şikayət etdiyinə görə başına gətirilməyən müsibət qalmayan, həbs belə olunan Bərdə sakini Sevinc Hüseynova indi hara gedirsə, özünə iş tapa bilmir.

Çünki icra başçısı Vidadi İsayevin onu gözümçıxdıya salması səbəbindən işlə təmin olunmur.

Qeyd edək ki, bir müddət əvvəl Anaxeber.info.az Sevinc Hüseynovanın şikayətini dərc etmişdi və Bərdə sakini icra başçısının qanunsuz əməllərindən, "Dost" mərkəzində işlədiyi dövrdə üzləşdiyi haqsızlıqlardan danışmışdı. Xüsusən də bildirmişdi ki, Bərdə "JEK" rəhbərliyi hansı qanunsuz hərəkətlərə yol verir...

İndi isə vətəndaş icra başçısının ona etdiyi təzyiqlər səbəbindən iş tapa bilmədiyini söyləyir.

Sevinc Hüseynova yeni müraciətində bildirib ki, şikayəti Bərdədə obyektləri olan Əliyev Vahid Allahyar oğlundandır: " O, mənim mülkiyyətimə daxil olaraq meyvə ağaclarımı doğrayıb. Həmin şəxsə etirazımı bildirəndə isə məni küçə sözləri ilə təhqir edib. O, hər dəfə mənə deyir ki, “sən türmədə yatmısan”.

Mənim sənədli ərazimi zəbt edib. Sonra gedib ifadə verib, məndən şikayət edib ki, guya mən bu adamı döymüşəm. Bu adamı öyrədən də Bərdənin icra başçısı Vidadi İsayevdir".

Şikayətçi bildirib ki, Vidadi İsayevin tapşırığı ilə onun üzümə duran şərləyən Vahid Əliyev Bərdə şəhər Mənzil-Kommunal Təsərrüfatının (JEK-in) keçmiş rəis müavini İldırım Quliyevin qohumudur: "Bu adamlar məndən əl çəkmirlər. İntihar həddinə çatdırıblar məni. Bərdədə nələrin baş verdiyini hər kəs bilsin deyə sizə müraciət edirəm.
Vidadi İsayev bu adama yer verib. Bu adam da ağacları doğrayıb, qanunsuz işlərlə məşğuldur. Bələdiyyədə Sadiq Xəlilov adlı şəxs də yuxarıda sadaladıqlarımla əlbirdir. Mənim sənədli torpağımı zəbt edən Əliyev Vahidin özünün mağazaları, torpağı, mülkləri var. Onlar azlıq edir, indi gəlib mənim torpağımı zəbt edir və üstəlik, mənimlə dalaşır, söyür, təhqir edir, sonra da məndən şikayət edir ki, guya mən bunu döymüşəm".

Bərdə sakini deyib ki, icra başçısı Vidadi İsayevin əlindən üç ildir işsizdir: "Buna görə dəfələrlə müraciət etmişəm. Amma baxan yoxdur. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Bu vəziyyətə görə uşaqlarım təhsildən də yayınırlar.
Mən" JEK"də işləyəndə Quliyev İldırımla, Əliyev Rəhim üzümə durdu ki, guya mən onları döymüşəm. Bu adamların məni incitmələrinin səbəbi Vidadi İsayevlə bağlı şikayət etməyimdir".

Onun sözlərinə görə, 2021-ci ilin martında çətinliklə bir iş tapmışdı: "2024-cü ildə maaş qalxdı. O ərəfələrdə elə İldırım mənə sataşırdı, maaşımı kəsirdilər. Buna görə o vaxt prokurorluğa müraciət etdim.
2024-cü ildə Vidadi İsayevin qəbuluna düşmək istədiyim gün küçədən polis məni apardı.
Bərdə şəhər məhkəməsi hakimi məni dinləmədən, şahid olmadan 9 sutka həbs cəzası aldım. Bu 9 sutkanı Vidadi İsayevin tapşırığı ilə mənə veriblər.
Bundan başqa, Əliyev Vahid uşaqlarımın yanında məni təhqir edib. Bu adamın oğlanları - Əliyev Həsən, Əliyev Abbas, arvadı Əliyeva Sahilə Vidadi İsayevin tapşırığı ilə başıma oyun açıblar. Günahsız olduğum halda, mənə vəkil vermədən 9 gün həbs yatmağıma səbəb oldular".
Sevinc Hüseynova prezidentə və dövlət orqanlarına müraciət edib: "Bu insanların əlindən nə işləyə, nə yaşaya bilrəm. Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edirəm. Mənə kömək edin. Mən illərdir məmur özbaşınalığına məruz qalıram. Mən kasıb adamam, biznesim yoxdur, ölkəmə xəyanət etməmişəm, bir cinayət törətməmişəm. Amma başıma açmadıqları oyun qalmayıb. Bir qardaşım, bir də məktəbli uşaqlarım var. Maaşımı ala bilmədiyim üçün etdiyim şikayətə görə Bərdədə başıma açmadıqları oyun qalmadı. Şikayətimə, ərizəmə baxılmır.
Bu gün camaatı yığıb Vidadi İsayevin qapısında işlədirlər. Mən bunu bilmişəm və getməmişəm işləməyə. İndi həm də buna görə qardaşımı incidirlər. Onu da işdən çıxardıblar. Həmçinin uşağımın da dərslərinə mane olur, ona da psixoloji təsir edirlər. Axı yeniyetmədir, bizə olan təzyiqlərə görə dərsə getməyə utanır..."

Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Anaxeber.info.az

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13