Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

Gündəm / Cəmiyyət Вчера, 16:43


Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Bu barədə Mətbuat Şurasının bəyanatında qeyd edilib.

Bildirilib ki, son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənaraçıxma halları müşahidə olunur:

"Xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad etmədən məlumatların yayılması, tələsik və səthi təqdimatlarla ictimaiyyətə çatdırılması media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur. Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur. Medianın cəmiyyəti çevik formada məlumatlandırması təqdirəlayiqdir, lakin operativlik faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin mahiyyətinin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına təmin edilməməlidir".

Vurğulanıb ki, ictimai əhəmiyyət daşımayan şəxslərin həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır:

"Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr narahatlıq doğurur. İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət göstərilməsi, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdəndir. Bu cür halların jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu yaddan çıxmamalıdır. Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad amillərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir".

Şura media subyektlərinin təmsilçilərini, jurnalistləri, habelə müstəqil jurnalist fəaliyyəti həyata keçirən bütün şəxsləri "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na ciddi əməl etməyə çağırıb:

"Bildirir ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının, media etimadının və nüfuzunun əsas şərtidir".

Xəbər lenti

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
18:07
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
17:41
“Sabah” – “Barselona” matçında stadion tam dolacaq?
16:56
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
16:23
Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...
15:40
Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –Qiyməti 10 milyon funta yaxındır
12:06
Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir
11:26
"Niyə xidmət bu qədər mürəkkəbləşdirilib?" - AÇIQ SÜRÜNDÜRMƏÇİLİK...
10:53
“Azad Logistik”dən avtomobil sifariş edən müştərilər 4 aydır maşınlarını ala bilmirlər
10:28
Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT
09:59
SEPAH: Hörmüz boğazında 2 tanker minaya düşüb
09:32
Göygöldə direktor üçün qızıl hədiyyə iddiası – Dövlət Agentliyi niyə susur?
09:04
Gədəbəydə avtomobil yolu çöküb: Təhlükə hər gün böyüyür - VİDEO
18:32
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
18:10
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
17:28
Gəncədə iki xəstəxananın baş həkim vəzifədən azad olundu - BUNDAN SONRA...
17:10
Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar
16:43
Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir? - Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar
16:00