İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Siyasət Вчера, 17:28

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.

Qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

İki xalq arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirildi.

İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunuldu.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirdi.

Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi qeyd edildi, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulandı.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda, Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirildi.

Bu yaxınlarda imzalanmış "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb – icarəçisi məşhur brenddir
18:32
Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
18:07
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
17:41
“Sabah” – “Barselona” matçında stadion tam dolacaq?
16:56
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
16:23
Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...
15:40
Yaqub Eyyubovun oğlunun İngiltərədə daşınmaz əmlakları... –Qiyməti 10 milyon funta yaxındır
12:06
Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir
11:26
"Niyə xidmət bu qədər mürəkkəbləşdirilib?" - AÇIQ SÜRÜNDÜRMƏÇİLİK...
10:53
“Azad Logistik”dən avtomobil sifariş edən müştərilər 4 aydır maşınlarını ala bilmirlər
10:28
Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT
09:59
SEPAH: Hörmüz boğazında 2 tanker minaya düşüb
09:32
Göygöldə direktor üçün qızıl hədiyyə iddiası – Dövlət Agentliyi niyə susur?
09:04
Gədəbəydə avtomobil yolu çöküb: Təhlükə hər gün böyüyür - VİDEO
18:32
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
18:10
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
17:28
Gəncədə iki xəstəxananın baş həkim vəzifədən azad olundu - BUNDAN SONRA...
17:10
Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar
16:43