Mopedlə ölüm-qalım yarışına çıxırlar, indi bir də vergi ödəyəcəklər - Kuryerlərin dərdi bitmir

Gündəm / Cəmiyyət Сегодня, 11:46



Arxasında mavi çanta olan motosiklet və elektrikli velosipedlərin yollarda şütüməsi adi hala çevrilib. Onlar ofislərə, mənzillərə, fərdi şəxslərə, əsasən, yemək daşıyırlar. Başqa sifarişlər yerinə yetirənlər də var. Məsələn, apteklər “evdən çıxmadan sifariş et, gətirək” xidməti təklif edir.

Başqa, hər cür əşyaları sifarişlə mənzillərə çatdıranlar da var. Təhlükəli sürürlər, bu, öz yerində. Amma qazancları nə olur? Bəzən gündəlik 10-15 manat, bəlkə daha az və ya heç nə. Amma onlar – kuryerlər növbəti ildən vergiyə cəlb olunacaqlar. Fərdi kuryerlərin aylıq 15 manat sabit vergi ödəməsi ilə bağlı qanun layihəsi artıq Milli Məclisdə ilk oxunuşda qəbul edilib. Qalır, sənədin tam qüvvəyə minməsi üçün növbəti oxunuşlardan keçməsi və Prezident tərəfindən təsdiqlənməsi.

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, kuryerlik çətin işdir. Xüsusən də Bakı kimi şəhərdə:

- Kuryerlərin problemi təkcə sadələşdirilmiş vergiyə cəlb edilmələri deyil. Bu, onların xərclərinə təsir edəcək, sözsüz. Amma başqa problemlər də var. Bakı və digər böyük şəhərlərdə velosiped və moped zolaqlarının məhdud olması kuryerləri avtomobillərlə eyni zolaqda hərəkət etməyə məcbur edir. Bəzi sürücülərin ikitəkərli nəqliyyat vasitələrinə qarşı diqqətsizliyi qəza riskini artırır. Şəxsi mopedi və ya avtomobili olmayan kuryerlər nəqliyyat vasitəsini günlük və ya həftəlik icarəyə götürürlər. Yanacaq, təmir və icarə haqqı çıxıldıqdan sonra gündə 10-12 saat işləyən kuryerin əlində qalan xalis gəlir xeyli azalır. Müştəri sifarişdən imtina etdikdə və ya restoran gecikdikdə, bəzi hallarda məsuliyyət və maddi tutulmalar - cərimələr kuryerin balansından silinir. Məsələn, yeni tikililərdə mühafizə xidmətinin kuryerləri binaya buraxmaması, liftlərdən istifadəyə məhdudiyyət qoyması və ya qoyulmaması, çünki bəzi binalarda liftdən ancaq sakinlər xüsusi kart vasitəsilə istifadə edə bilirlər, ünvanların, küçə adlarının qeyri-dəqiqliyi də vaxt itkisinə gətirib çıxarır. Bütün bu çətinliklər qarşılığında kuryerin qazancı cüzidir. Bu cüzi gəlirdən də vergi tutulacaq.

Xəbər lenti

Mopedlə ölüm-qalım yarışına çıxırlar, indi bir də vergi ödəyəcəklər - Kuryerlərin dərdi bitmir
11:46
Cənub Yük Terminalında özbaşınalıq: Aqşin Mirzəyev monopoliya yaradıb - BU NƏDİ BELƏ?
11:20
“Azəriqaz”da optimallaşdırma adı altında nələr baş verib? – Baş direktor Azər Məmmədov baş verənlərdən nə qədər xəbərsizdir
10:44
"Bunu nə üçün xəstəyə əvvəlcədən bildirmirlər?" - ETİRAZ
09:52
Regionda təhsilə İKİ FƏRQLİ YANAŞMA - VİDEO
09:46
“Haqq edilmiş kürsü, yoxsa göstərilən xidmətə görə verilən mükafat?” - Hicran Nəsirovanın yüksəlişə gedən yolu...
03:00
Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
18:26
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
17:57
Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
17:31
Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT
16:52
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
16:14
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
15:53
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
12:23
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
11:46
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
11:21
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
10:42
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
10:19
"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
09:49