AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - BU NƏDİ BELƏ...

Gündəm / Cəmiyyət Сегодня, 15:47


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi fərdi sahibkar Səfərəliyev Pərviz Novruzəli oğlu (VÖEN – 1203057622) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Pərviz Səfərəliyev Balıqçılıq və Akvakultura Mərkəzinin sifarişi ilə bu quruma restoran xidməti (şam yeməyinin təşkili) göstərib və qarşılığında 3 min 960 manat alıb.
Qeyd edək ki, fərdi sahibkar Pərviz Səfərəliyevin qeydiyyat ünvanı Xəzər rayonu, Buzovna qəsəbəsi, M. Musayev küçəsi, ev 15, mənzil 15 ünvanında yerləşir. Bu ünvanda “Dükkan” adlı restoran fəaliyyət göstərir.
Açıqlanan məlumatlardan belə görünür ki, “Dükkan” restoranının paytaxtda bir neçə şöbəsi fəaliyyət göstərir. Ötən il Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Dükkan” restoranının Buzovna qəsəbəsi, R. İmanov küçəsi, 37 ünvanında fəaliyyət göstərən şöbəsinə baxış keçiriblər. Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq onların istehlaka təqdim edilməsinin qarşısı alınıb.
AQTA əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Bundan başqa, AQTA daha əvvəl də “Dükkan” restoranı barəsində protokol tərtib edib.
Məlumatda həmçinin bildirilir ki, “Dükkan” restoranı fərdi sahibkar Əliyev Eyvaz Həsən oğluna məxsusdur.
Onu da bildirək ki, Əliyev Eyvaz Həsən oğlu eyni zamanda “Şeh” MMC-nin (VÖEN – 1200940231) təsisçisi və rəhbəri olub.
Diqqət çəkən məqamlardan biri də odur ki, bir ay əvvəl – bu ilin oktyabr ayında Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi də “Şeh” MMC olub. Bu şirkət nazirlikdən 191 min 444 manat 38 qəpik alaraq təmizlik işləri həyata keçirəcək.

Xəbər lenti

Üzeyir Qurbanovun milyonluq tenderlər udan şirkəti işini dondurdu - DETALLAR
18:05
"AZCON Holding"də departament rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
17:43
İcra başçısı Yasamalda yolu satıb - VİDEO
17:09
“Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb
16:35
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - BU NƏDİ BELƏ...
15:47
"Varlı adamlara sosial yardım verirlər, kasıbların müraciətinə baxan yoxdur" - ETİRAZ VAR...
14:59
"Daha ağır xəstə olsa, ona necə yardım göstəriləcək?" - NARAZILIQ VAR...
12:47
46 yaşlı kişi “Günəşli” hoteldə öldü
12:07
Bərdənin icra başçısı nə günə orda oturub... - NARAZILIQ VAR...
11:37
“Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir? - TƏFƏRRÜAT
10:41
Ramiz Mehdiyevin ƏLİNDƏN SU İÇƏN daha bir kadr... HƏLƏ DƏ İŞ BAŞINDADIR...
10:06
Keçmiş nazir sərvətini NECƏ İDARƏ EDİR... - İLGİNC FAKTLAR
09:41
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb – icarəçisi məşhur brenddir
18:32
Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
18:07
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
17:41
“Sabah” – “Barselona” matçında stadion tam dolacaq?
16:56
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
16:23
Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...
15:40