İcra başçısı Yasamalda yolu satıb - VİDEO

Gündəm Сегодня, 17:09


Yasamal rayonunda torpaq sahələrinin kimlərə və hansı əsaslarla verilməsi ilə bağlı ciddi iddialar səsləndirilib.

Tribuna.az
xəbər verir ki, bu iddianı jurnalist, ictimai fəal Fimar Asimqızı sosial şəbəkə hesabında ictimailəşdirirb. O, Yeni Yasamal ərazisində yerləşən qırmızı rəngli ev və ətrafındakı torpaq sahələri ilə bağlı paylaşım edib.

Vətəndaş iddia edir ki, sözügedən ərazidə bir neçə böyük obyekt və kirayəyə verilən evlər var.

Onun sözlərinə görə, həmin əmlaklardan biri Bakı Dövlət Universitetinin müəlliminə məxsusdur.

Paylaşımda bildirilir ki, müəllim bu əmlakı Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın hesabına əldə edib. Həmçinin iddia olunur ki, torpaq sahəsi Qalina Mehdiyevanın tapşırığı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyə edilib.

Sitat: “Bu qırmızı evi tikib kirayə verənin Yeni Yasamalda bir məhəllədə bir neçə böyük obyekti var. BDU-nun müəllimidir. Ramiz Mehdiyevin həyat yoldaşı Qalina xanımın hesabına əldə edib. Torpağı ona Qalinanın tapşırığı ilə Yasamalın icra başçısı hədiyyə edib. Ev yolumuzun üstündə olduğuna görə fırlanıb gedirik”.

Şikayətçi ərazidəki tikililərin və evlərin sayına da diqqət çəkərək bir evin bir neçə girişinin və çoxsaylı kirayəçilərinin olduğunu bildirib. O, həmin əmlakların yerləşdiyi ərazidən keçməyə məcbur qaldıqlarını qeyd edib.

Burada əsas sual yaranır: Yasamal rayonunda torpaq sahələri kimlərə, hansı qərarla və hansı hüquqi əsaslarla ayrılıb? İcra başçısının vəzifə səlahiyyətlərindən istifadə edərək kiməsə torpaq hədiyyə etməsi mümkündürmü?
Əgər vətəndaşın səsləndirdiyi iddialar doğrudursa, bu, sadəcə torpaq mübahisəsi deyil, dövlət torpaqlarının ayrılması və vəzifəli şəxslərin səlahiyyətlərindən istifadəsi ilə bağlı ciddi araşdırma tələb edən məsələdir.
Yasamal Rayon İcra Hakimiyyətindən iddialara aydınlıq gətirilməsini, sözügedən torpaq sahəsinin hüquqi statusu, ayrılma tarixi və hansı sənədlər əsasında rəsmiləşdirilməsi barədə ictimaiyyətə məlumat verilməsini gözləyirik.

VİDEO LİNKDƏ: https://tribuna.az/icra-bascisi-yasamalda-yolu-satib-video/

Xəbər lenti

Üzeyir Qurbanovun milyonluq tenderlər udan şirkəti işini dondurdu - DETALLAR
18:05
"AZCON Holding"də departament rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
17:43
İcra başçısı Yasamalda yolu satıb - VİDEO
17:09
“Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb
16:35
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - BU NƏDİ BELƏ...
15:47
"Varlı adamlara sosial yardım verirlər, kasıbların müraciətinə baxan yoxdur" - ETİRAZ VAR...
14:59
"Daha ağır xəstə olsa, ona necə yardım göstəriləcək?" - NARAZILIQ VAR...
12:47
46 yaşlı kişi “Günəşli” hoteldə öldü
12:07
Bərdənin icra başçısı nə günə orda oturub... - NARAZILIQ VAR...
11:37
“Lukoil”in Bakıdakı “zapravka”larını alan amerikalı kimdir? - TƏFƏRRÜAT
10:41
Ramiz Mehdiyevin ƏLİNDƏN SU İÇƏN daha bir kadr... HƏLƏ DƏ İŞ BAŞINDADIR...
10:06
Keçmiş nazir sərvətini NECƏ İDARƏ EDİR... - İLGİNC FAKTLAR
09:41
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb – icarəçisi məşhur brenddir
18:32
Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
18:07
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
17:41
“Sabah” – “Barselona” matçında stadion tam dolacaq?
16:56
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
16:23
Naxçıvan səhiyyəsində MAAŞ PROBLEMİ... - NARAZILIQ VAR...
15:40