Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət 22-06-2026, 14:48


"Dostlar, dələduzluq faktı ilə üzləşmişəm və yardımınıza ehtiyacım var. Xüsusilə həmkarlarımdan və sosial şəbəkələrdəki dostlarımdan xahiş edirəm ki, bu məlumatı paylaşaraq sözügedən şəbəkənin ifşasına dəstək olsunlar..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov paylaşıb.

Jurnalist daha sonra başına gələnləri belə nəql edir: "Hadisəni diqqətinizə çatdırıram:

13.06.2026-cı il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Qazax rayonunun Çaylı kənd sakini Axundov Abdulla Əli oğlu tərəfindən dələduzluqla üzləşmişik.

Belə ki, həmin şəxs oğlum Xeyirxəbərli Əli Zülfüqar oğlundan 4 000 (dörd min) manat alaraq əslən Tovuz rayonunun Əyyublu kəndindən olan Məmmədov Rövşən Sarı oğluna məxsus, 2000-ci il istehsalı, 77-CK-589 dövlət qeydiyyat nişanlı "Volkswagen Jetta" markalı avtomobili etibarnamə əsasında oğluma verib.

Alqı-satqı zamanı mən və uzun illərdir tanıdığım iki nəfər dostum prosesin şahidi olmuşuq. Abdulla Axundov avtomobilin qonşusuna məxsus olduğunu, nəqliyyat vasitəsində heç bir problemin olmadığını və sonradan hər hansı əlavə xərc çıxacağı təqdirdə həmin xərcləri qarşılayacağını bildirib.

Lakin avtomobil cəmi 20 kilometrə yaxın məsafə qət etdikdən sonra nasazlıq yaranıb. Ertəsi gün – 14.06.2026-cı il tarixində avtomobili tanınmış mühərrik ustası Təbriz Qədərliyə göstərmişik. Baxış zamanı mühərrikdə ciddi nasazlıq olduğu müəyyən edilib.

Dərhal Abdulla Axundovla əlaqə saxlayaraq vəziyyəti diqqətinə çatdırmışıq. O, həmin vaxt Qazax rayonunda olduğunu, həftənin sonunda Bakıya qayıdacağını və yaranmış xərcləri qarşılayacağını bildirib.

Mühərrik söküldükdən sonra məlum olub ki, nasazlığı gizlətmək məqsədilə mühərrik yağına müxtəlif qatqılar əlavə edilib. Həmçinin mühərrikin porşenlərində və kolçalarında qırılmalar, dirsəkli valda isə ciddi zədələr aşkar edilib.

Bu barədə yenidən Abdulla Axundova məlumat verilmiş, o isə 20.06.2026-cı il tarixində Bakıda olacağını və məsələni həll edəcəyini bildirib. Lakin həmin gün dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərimizə cavab verməyib.

21.06.2026-cı il tarixində isə telefon zənginə cavab verərək nə dəymiş zərəri ödəməyə, nə də avtomobili geri götürməyə razı olmadığını bildirib. Bundan əlavə, (+99455) 813-93-66 nömrəsindən mənə zəng edərək kobud ifadələr işlədib, hədə-qorxu gəlib və məni təhqir edib.

Həmin şəxslə bağlı apardığım araşdırmalar zamanı mənə bildirilib ki, Axundov Abdulla Əli oğlu uzun illərdir avtomobil alqı-satqısı ilə məşğul olur. Verilən məlumata görə, o və onunla əlaqəli şəxslər Azərbaycanın müxtəlif bölgələrindən nasaz avtomobilləri alaraq onların texniki qüsurlarını gizlədir, daha sonra isə Bakı və Sumqayıt avtomobil bazarlarında, eləcə də tap.az və turbo.az elan saytlarında real bazar dəyərindən xeyli baha qiymətə satışa çıxarırlar.

Mənə verilən məlumata əsasən, bu fəaliyyətlə məşğul olan şəxslər mütəşəkkil qrup şəklində fəaliyyət göstərirlər və qeyri-rəsmi olaraq "Dovşan" adı ilə tanınırlar.

Buradan hüquq-mühafizə orqanlarına müraciət edərək qeyd olunan faktların hərtərəfli araşdırılmasını, bu fəaliyyətlə məşğul olan şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını və bizə dəymiş maddi zərərin ödənilməsinin təmin edilməsini xahiş edirəm. Eləcə də və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə mürciət edərək Abdulla Axundovun vergidən yayaınması ilə bağlı müvafiq tədbirlər görməsini xahiş edirəm. Bunun üçün çox vaxt sərf etməyə də gərək yoxdu. Hökumət portalına baxmaq kifayt edər. Adam həftədə ən azı etibarnamə ilə 4-5 avtomobil satır..."

Dia-az

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13