Zaur Mikayılovun şübhəli tenderləri -vergi borcu olan şirkət, naməlum qaliblər və milyonlarla manatlıq müqavilələr


Azərbaycanın su təsərrüfatı sektorunda keçirilən tenderlər yenidən müzakirə mövzusuna çevrilib. Müxtəlif qurumlar tərəfindən keçirilən satınalma prosedurlarında qalib elan olunan bəzi şirkətlərin fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı ortaya çıxan məlumatlar bu proseslərin şəffaflığı barədə suallar yaradır.

Bununla bağlı araşdırma aparmışıq.

Vergi borcu olan şirkət tenderin qalibi olub

Cari ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilən satınalma proseduru artıq yekunlaşıb.
Söhbət Culfa rayonu ərazisində yerləşən Yaycı-2 nasos stansiyasından Dizə kəndinə çəkilmiş təzyiqli boru xəttinin əsaslı təmiri işlərindən gedir.
Tenderin qalibi “PUVA İnşaat Tesisat Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı seçilib. Tərəflər arasında 635 012,74 manat məbləğində müqavilənin bağlanıb. Şirkətin qanuni təmsilçisi Nərimzadə Şadiman Mehman oğludur.
Şirkət tendering qalibi elan edilərkən dövlət büdcəsinə 45 586,02 manat vergi borcu olub. Qanunvericiliyə görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz. Hazırda isə şirkətin vergi borcu sıfırlanıb.

8 ayda 21 milyon manatdan çox tender

ADSEA və onun tabeliyində olan qurumların ötən il keçirdikləri tenderlərə diqqə etdikdə müyyən suallar yaranır.
Araşdırma zamanı məlum olur ki, ötən ilin 8 ayı ərzində ADSEA-nın tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (keçmiş “Azərsu”) 41 tender keçirib. Bu tenderlər təmir işlərindən tutmuş ehtiyat hissələrinin və müxtəlif texniki avadanlıqların satın alınmasına qədər geniş sahəni əhatə edir.
41 tender üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri isə 21 milyon 526 min 815 manat təşkil edir.

Qalib şirkətlər haqqında məlumat azdır

Araşdırmalar göstərir ki, bu tenderlərdə qalib seçilən bəzi şirkətlər haqqında açıq mənbələrdə kifayət qədər məlumat yoxdur. Bu isə satınalma proseslərinin şəffaflığı ilə bağlı müəyyən suallar yaradır.
Məsələn, qalib şirkətlərdən biri “İnterkabel” firmasıdır. Şirkət 1997-ci ildə qeydiyyata alınıb və nizamnamə kapitalı cəmi 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonunda yerləşən şirkətin qanuni təmsilçisi Babayev Ramil Arif oğludur.
Şirkət elektrik kabellərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib və bu tender üzrə müqavilənin maliyyə dəyəri 467 048,72 manatdır. Lakin şirkət və rəhbərliyi haqqında açıq mənbələrdə demək olar ki, məlumat yoxdur.

Digər qalib şirkət – “Az-Tex-İmport”

Tenderlərdə qalib gələn şirkətlərdən biri də “Az-Tex-İmport” MMC-dir. Şirkət 2017-ci ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 226 010 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonunda yerləşən şirkətin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur.
Bu şirkət kabel sınaq və diaqnostika cihazları üçün nəqliyyat vasitəsinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub. Müqavilənin maliyyə dəyəri isə 540 min manat təşkil edir.
Lakin şirkətin maddi-texniki bazası və fəaliyyət miqyası barədə açıq məlumatlar demək olar ki, yoxdur.

“B2B” MMC ətrafında iddialar

Tenderlərdə qalib olan digər şirkətlərdən biri də “B2B” MMC-dir. Şirkət 2019-cu ildə qeydiyyata alınıb və nizamnamə kapitalı cəmi 10 manatdır. Qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.
Mediada yayılan məlumatlara görə, Ramal Bəşirov vaxtilə keçmiş vergilər naziri Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb.
Başqa iddialara görə isə “B2B Group” MMC-nin sahibi keçmiş məmur olub. Bəzi məlumatlarda şirkətin 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Səbail Rayon İdarəsinin keçmiş rəisi və sonradan nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevə məxsus olduğu iddia edilib. Lakin şirkət tərəfindən mediaya verilən açıqlamada bu iddialar təkzib olunub.

Araşdırmaya ehtiyac var

Beləliklə, su təsərrüfatı sahəsində keçirilən tenderlərdə həm vergi borcu olan şirkətin qalib elan olunması, həm də fəaliyyəti barədə məhdud məlumat olan şirkətlərin iri məbləğli müqavilələr əldə etməsi müəyyən suallar doğurur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir. Qurumun rəhbəri Zaur Mikayılovdur və o, 2023-cü ildə bu vəzifəyə təyin olunub.
Ekspertlər hesab edir ki, dövlət vəsaitlərinin xərcləndiyi bu kimi tender proseslərinin daha şəffaf şəkildə aparılması və qalib şirkətlərin fəaliyyəti barədə məlumatların açıq olması ictimai etimad baxımından vacibdir.(anaxeber.info.az)

Xətai sakinlərindən narazılıq- Tullantılar yandırılır, tüstü mənzillərə dolur - VİDEO



Ərazidən saxlanılan tullantılar stadionun ərazisində toplandığı və daha sonra yaxınlıqdakı binaların qarşısında yandırıldığı iddia olunur.

Xəzər TV-yə xəbər verir ki, şəhərin Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 42-46 ünvanında yaşayan sakinlər yandırılan tullantıların tüstüsünün mənzillərinə dolduğunu bildirir.

Sakinlərin dediklərinə görə, bu hal daha çox davam edir və tez-tez təkrarlanır. Şikayətçilər iddia edirlər ki, zibillər ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin üzərindən ora daşınır və yandırılır.

Qarşı tərəf bu iddiaları təkzib edir. 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin istehsalçısı Azər Nəhmədovun rəyinə görə, tətillə qeyd olunan tonqal qalanıb. O bildirib ki, tullantı maşın daxil ola bildiyi üçün zibillər aşkar olaraq saxlanılır toplanır və daha sonra daşınır. Stadion ərazisində tullantıların yandırılması və bunun tez-tez baş verməsi ilə bağlı iddiaların olması əsassız olduğu qeyd olunub.(Xəzər TV)

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23