"Kəndimiz Mərdəkan"da qiymət oyunu - 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat...


Yüksək qiymətlərə baxmayaraq, təqdim olunan xidmət və yeməklərin keyfiyyəti gözləntiləri doğrultmayıb. Sifariş edilən bəzi yeməklər əvvəlcədən xəbərdarlıq edilmədən başqa məhsullarla əvəz olunub.

Bu barədə "Müştəriyəm Şikayətim Var" səhifəsində "Kəndimiz Mərdəkan" restoranındakı xidmətdən narazı qalan şikayətçi yazıb.

“Bir çox hallarda ofisiant yeməyi masaya gətirəndə deyirdi ki, sifariş etdiyiniz məhsul yox idi, ona görə əvəzinə bunu gətirdik. Bu isə bizimlə məsləhətləşmədən edilirdi”, – deyə paylaşımda qeyd olunur.

Müştəri həmçinin tortun kəsilməsi üçün təqdim edilən bıçağın çirkli və ət qoxulu olduğunu iddia edib. Onun sözlərinə görə, iki dəfə təmiz bıçaq tələb olunsa da, problem aradan qaldırılmayıb və nəticədə qonaqlar özləri bıçaq tapmaq məcburiyyətində qalıblar.

Narazılıq yaradan əsas məqamlardan biri də hesab təqdim edilərkən tətbiq olunan qiymətlər olub. İddiaya görə, menyuda birgə göstərilən tərəvəz assortisi ayrı-ayrılıqda hesablanıb.

Paylaşım müəllifi bildirir ki, bir ədəd xiyar 3 manata, pomidor 4 manata, soğan isə 1 manata hesablanıb. Bundan əlavə, pomidor-yumurta yeməyinə əlavə edilən bibərin ayrıca “bibər kababı” kimi qiymətləndirildiyi iddia olunur.

Müştərinin fikrincə, restoranlarda yüksək qiymətlərin keyfiyyətli xidmət və dadlı yeməklərlə müşayiət olunması vacibdir. O qeyd edib ki, təqdim edilən yeməklərin dadı da gözləntiləri qarşılamayıb.

Qeyd edək ki, paylaşım sosial şəbəkədə müzakirələrə səbəb olub. Qarşı tərəfin məsələ ilə bağlı mövqeyi hələlik məlum deyil. (Bizimesr.com)

Restoranın cavabı olduğu təqdirdə, onu da dərc etməyə hazırıq.

İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?


Azərbaycanda bəzi dövlət qurumlarının taleyi heç cür sabitlik tapmır. Xüsusilə söhbət təhsil sektorundan gedəndə bu problem daha qabarıq görünür. Çünki təhsil təkcə bir sahə deyil, gələcəyi formalaşdıran strateji istiqamətdir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində baş verən proseslər təkcə bir qurumun daxili işi deyil, ölkənin əmək bazarının və iqtisadi inkişafının gələcəyi ilə birbaşa əlaqəlidir. Dövlətin son illərdə peşə təhsilinə ayırdığı milyonlarla manat investisiya, həyata keçirilən islahatlar və infrastruktur layihələri fonunda idarəetmə ilə bağlı ortaya çıxan neqativlər ortaya ciddi problemlər çıxarıb.
Unudulmuş sahədən strateji istiqamətə
Azərbaycanda peşə təhsili sistemi uzun illər diqqətdən kənarda qalmışdı. Köhnəlmiş infrastruktur, zəif maddi baza, əmək bazarının tələblərinə cavab verməyən ixtisaslar və idarəetmə problemləri bu sahəni faktiki olaraq tənəzzül vəziyyətinə salmışdı. Lakin son on ildə vəziyyət dəyişməyə başladı. Dövlət tərəfindən peşə təhsilinin inkişafına böyük həcmdə maliyyə vəsaiti ayrıldı, yeni peşə təhsil mərkəzləri yaradıldı, mövcud müəssisələr əsaslı təmir olundu, müasir avadanlıqlar alındı və beynəlxalq təcrübənin tətbiqinə başlanıldı. Nəticədə gənclərin peşə təhsilinə marağı da artdı.
Bununla belə, görünən odur ki, maddi-texniki bazanın yenilənməsi idarəetmə problemlərini tam aradan qaldırmayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi son illərdə bir neçə dəfə dəyişib. Son beş il ərzində Agentliyə ard-arda yeni rəhbərlərin təyin olunması sistemdə uzunmüddətli və dayanıqlı idarəetmə modelinin formalaşmasına imkan verməyib.
Peşə təhsili sahəsində çalışan şəxslərin fikrincə, əvvəlki rəhbərlik dövründə, əsasən Ceyhun Kərəmovun direktorluğu zamanı həyata keçirilən bəzi kadr siyasəti, qərarları bu gün də sistemə təsir göstərməkdə davam edir. İddialara görə, peşə təhsili sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslərin rəhbər vəzifələrə gətirilməsi idarəetmədə əlavə çətinliklər yaradıb. Bir yandan da hazırkı direktor İlqar Bayramlının məhz belə kadrlara üstünlük verməsi vəziyyəti daha da ağırlaşdırıb. Hazırda aylardır Agentliyə İlqar Bayramlı direktor təyin edilib. Lakin təyinatdan müəyyən vaxt keçməsinə baxmayaraq, peşə təhsili sahəsində nəinki fundamental dəyişikliklərin hiss olunduğu, əksinə ciddi geriləmələrin ciddi şəkildə özünü göstərməsi müşahidə olunduğu iddia edilir.

Peşə təhsili spesifik sahədir və onun effektiv idarə olunması üçün təkcə inzibati idarəçilik deyil, həm də sahə üzrə dərin peşə bilikləri vacibdir. İlqar Bayramlı isə Peşə təhsili sistemində yenidir və bu da özünün ciddi fəsadlarını göstərir.
Bizimesr.com-a daxil olan məlumatlara görə, Agentlik daxilində aylardır kadr siyasəti və səlahiyyət bölgüsü ilə bağlı açıq mübarizə gedir. Mənbələrin bildirdiyinə görə, İlqar Bayramlı bütün səlahiyyətləri həmyerlisi olan İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədova həvalə edib. Məhz bu addım bütün peşə təhsili sisteminə ciddi təsirlər göstərməyə başlayıb. Bu sahədə o qədər də təcrübəyə malik olmayan Murad Məmmədovun qərarlarını icra etməyin mümkünsüzə çevirilib.
İddia olunur ki, İlqar Bayramlının tapşırığı ilə heç bir Peşə Təhsili Mərkəzi rəhbəri və ya Peşə məktəbinin direktoru Murad Məmmədovun icazəsi olmadan addım ata bilməz və bu mütləq icazə ilə edilməlidir. Agentliyin tabeliyindəki Mərkəzlərin və məktəblərin direktorları Murad Məmmədovun icazəsi olmadan bir xadiməni işdən çıxara və işə qəbul edə bilməz. Murad Məmmədovun imzası olmadan İlqar Bayramlı belə qərar verə bilməz (?)... 

Bir sözlə, İlqar Bayramlının həmyerlisi, sıradan bir sektor müdiri Murad Məmmədova verdiyi bu səlahiyyətlər bütün peşə strukturuna təsirsiz ötüşmür. 
Məlumata görə, bəzi peşə təhsil mərkəzlərinin rəhbərləri verilən tapşırıqların normativ sənədlərlə uzlaşmadığını və onların icrasında çətinliklər yarandığı bildirilir. Agentlik daxilində formalaşdığı iddia edilən qeyri-rəsmi təsir mexanizmləri idarəetmə proseslərini mürəkkəbləşdirir və qərarların qəbulunda əlavə gərginlik yaradır.
İddia olunur ki, Agentlik daxilində təsir imkanları ilə adı hallandırılan şəxslərin fəaliyyət dairəsi təkcə inzibati qərarlarla məhdudlaşmır. 

İnsan resursları və hüquq sektorunun müdiri Murad Məmmədovun 2026–2030-cu illəri əhatə edən və müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulmasını nəzərdə tutan layihələrə münasibətdə də müəyyən təsir cəhdlərinin olduğu iddia edilir.  

Həmçinin Agentlik tərəfindən həyata keçirilən bütün layihələrin, daxili razılaşdırma mexanizmlərinin və qərarların müəyyən rəhbər şəxslərin mövqeyi nəzərə alınmadan irəliləməsinin çətin olduğu barədə qurum daxilində fikirlər mövcuddur. Eyni zamanda, qeyd edilir ki, İlqar Bayramlı öz həmyerlisi Murad Məmmədovu yaxın günlərdə daha yüksək vəzifələrə, o cümlədən direktor müavini vəzifəsinə təyin etdirə bilər.

Daha bir ciddi məsələ isə bir aydan sonra keçiriləcək müəllim və istehsalat təlimi ustalarının işə qəbulu imtahanları ilə bağlıdır. Bildiyimiz kimi, Peşə Agentliyinin keçirdiyi imtahanlar, işə qəbul prosesi uzun illərdir ciddi problemlər və narazılıqla yadda qalır. Hətta sənədlərin qəbulu prosesi belə qarışıq qərarlarla həyata keçirilir və bu da saysız şikayətlərlə nəticələnir. Agentlıik illərdir bu problemi aradan qaldıra bilmir. Agentliyə üz tutan, hansısa problemini araşdırmaq istəyən şəxslər də Murad Məmmədova yönləndirilir və onların problemi həll olunmur. Peşə təhsili müəssisələrinə müqavilə ilə işə qəbul prosessinə də Murad Məmmədovun nəzarət və diqtə etdiyi iddia olunur. Peşə Mərkəzlərinin direktorları müqavilə ilə işə qəbulun aparılmasını, qərarların verilməsini məhz Agentlıikdən gələn tapşırıqla əlaqələndirirlər.
İmtahanlardan yüksək bal toplayan, müsahibələrdən keçən, amma işə qəbul ala bilməyən şəxslərin müraciətləri də Murad Məmmədova yönləndirilir və nəticəsiz qalır. Ötən il onlarla şikayət Murad Məmmədovun rəhbəri olduğu İnsan resursları və hüquq sektoruna ünvanlansa da, heç biri həllini tapmayıb. Şikayətçilərlə telefon əlaqə saxlayan Murad Məmmədov onlara yalnız "araşdırılacaq" cavabını verərək, vaxt qazanır.
 

Bütün bunların fonunda ən maraqlı nüanslardan biri direktor (?) İlqar Bayramlının idarəetmə sistemində davam edən qəribə yeniliyidir. Agentliyin strukturunda vəzifəli şəxslərin konkret tabeliliyi açıq göstərilir. Agentlik direktoru və iki müavin. 

Müavinlər Agentliyin direktoruna, şöbə müdirləri müavinlərə, sektor müdirləri də şöbə müdirlərinə tabeli şəkildə fəaliyyət göstərməlidir.  Amma İlqar Bayramlı bu sxemi Murad Məmmədov naminə pozub və bütün Agentliyin müavin, şöbə müdirləri və sektor rəhbərlərini İnsan resursları və hüquq sektorunun müdiri Murad Məmmədovun nəzarətinə verib.  Maraqlıdır, görəsən İlqar bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsasnaməsini oxuyubmu?
Xatırladaq! Peşə Təhsili üzrə Dövlət Agentliyinin əsasnaməsinin - 5. Agentliyin fəaliyyətinin təşkili bölməsində yazılır...
5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

Beləliklə, Elm və Təhsil naziri Emin Əmrullayevə bir sorğu ünvanlamaq üçün əsl səbəb var...

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor İlqar Bayramlını təyin etmisiz, yoxsa Murad Məmmədovu? Əgər elədirsə, bəs iki müavin, şöbə müdirləri, sektor rəhbərləri kimə lazımdır? 

Bizimesr.com

"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...



"Şikayətim Əhmədlidə Neapol küçəsi 142 ünvanında... ,,kruqun,, düz yanındakı "MEGASTORE" hipermarketdəndir...." "Dia-az" xəbər verir ki, bu barədə Günay Tağızadə adlı sosoal şəbəkə istfiadəçisi öz postunda gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nqəl edir: "Dəfələrlə yarı yeyilmiş xurma qutuları, alt hissəsi cırılmış paketli məhsulları... necə deyərlər, abrımıza qısıldığımızdan bizə sata biliblər. Hətta 6 ay marketin özünə məxsus bonus kartını qeydiyata salmışıq deyə... müştərini aldadıb səs çıxanda qeydiyyata salıblar. Səhv bizdə olub ki, vaxtında səs etməmişik.
14 iyun tarixində saat 17:18-17-23 aralığında kassada nümunə üçün qoyulan nəlbəki (6 dənəsinin qiyməti 2 manat) ehtiyyatsızlıqdan "paçka"nın üzərinə düşdü. "Paçka" salamatdır, bir dənə nəlbəki isə çatlaq olduğu üçün sınır. Marketə nəzarətdə olan bəy çox peşəkarcasına "paçka" nəlbəkini ,,almalısınız,, deyib dirənir. Ona qanun-qaydanı xatırladıb almayacağımı dediyim halda ,,onda mən kefim istəyəni vurum sındırım... deyim almıram?,, cavabını verir. Yüksək səslə və nə qədər adam içində....
Mən də sınan nəlbəkini götürüb qalan 5 dənəsini istəyirəm ki ödənişi edim... təki bu ,,bəy,, sussun. O isə israrla yeni paçkanı kassaya vurmağa verir. Əvəzində ,,mən qanunları bilirəm, nəlbəkilər alınacaq,, deyir. Məsələ nəlbəki deyil, yerində daha fərli qiymətə məhsul ola bilərdi. Malı alıb şikayət edəcəyimi dedikdən sonra o bəy yox olur, nəlbəkini satmaqdan vaz keçirlər.
Sırf bu ünvandakı problemlər çoxdur, indilik belə şikayət edirəm ki, xəbər həmin bəyə və işçilərə çatsın. Düzələcəklərinə ümid var. Ən azından müştəri ilə səs tonuna fikir verərək danışmağı, işlədiyi yerin adına hörmət edib aqresiyasını cilovlamağı öyrənməlidirlər..."(Dia-az)



İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar


Bakının Yasamal rayonu, II Alatava yaşayış massivində Vətən müharibəsinin şəhidi Nurlan Mustafayevin doğulduğu məhəlləyə gedən yolun asfaltın yarımçıq vurulub.

Bu barədə məhəllə sakinləri məlumat verib.

Bildirilib ki, bir müddət əvvəl onların xahişi ilə Yasamal İH rəhbəri Elşad Həsənovun göstərişi əsasında məhəlləyə asfalt vuranlar gəlib. Amma Yasamal bələdiyyəsi adından gələn şəxslər yolu yarımçıq asfaltlayıb gedib. Hətta şəhidin küçəsini belə normal asfaltlamaq istəməyiblər.

Sakinlər bildirib ki, onlar şikayət edəndə heç bir nəticəsi olmayıb. Belə görünür ki, ayrılan vəsaitdən mənimsəməyə yol verilib. Əks halda, dar bir küçənin 300 metrlik yolunu asfaltlamaq çətin olmamalı idi. Ən azından şəhidin adına hörmət qoyularaq bunu etmək olardı. Sakinlər Yasamalın icra başçısından və AAYDA rəhbərliyindən küçənin qalan hissəsinin də qısa müddətdə əsaslı şəkildə təmir olunmasını xahiş edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.



Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu


Bakıda bəzi ərazilərdə sakinlərin günlərlə susuz qalması narazılıqlara səbəb olub. Vətəndaşlar su təchizatında yaranan problemlərlə bağlı aidiyyəti qurumların vaxtında məlumat vermədiyini bildirirlər.

Tanınmış jurnalist Naibə Qurbanova sosial şəbəkə hesabında paylaşdığı statusda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyətini tənqid edib.

Jurnalist qeyd edib ki, suyun kəsilməsi ilə bağlı vətəndaşlara əvvəlcədən məlumat verilməməsi ciddi narazılıq yaradır: “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, niyə həmişə istirahət, bayram günləri xəbərdarlıqsız-filansız suyu kəsirsiniz? Zəng edib soruşmağa adam tapmayaq deyə? Onsuz da yox kimisiniz”.

Naibə Qurbanova paylaşımında su təchizatındakı problemlərin davam etməsini tənqid edərək bildirib: “Əvvəl deyirdiniz əhali supulunu ödəmir, indi ki hər şey şəffafdır – smart sayğac, seyid-peyğəmbər balası kimi təmiz başbilənləriniz, düzgün qurulmuş iş… Bəs onda iki gündür suyumuz niyə gəlmir?”

Jurnalist həmçinin qurumun vətəndaşlarla kommunikasiya siyasətinə də irad bildirib: “Heç nə yox, elə göydən tökülən yağışı yığsanız, məsələ həll olunar. Prosto, onu da bacarmırsınız… Bacardığınız səhifənizdə şərh yerini camaatın üzünə bağlamaqdır. Onu edincə suyun kəsilmə səbəbini yazsanız, daha urvatlı olarsınız”.

Qeyd edək ki, son günlər Bakının müxtəlif ərazilərində su təchizatı ilə bağlı problemlər barədə sosial şəbəkələrdə çoxsaylı şikayətlər paylaşılır. Sakinlər aidiyyəti qurumlardan suyun verilməsində yaranan fasilələrin səbəbləri və bərpa müddəti ilə bağlı operativ məlumatlandırma gözlədiklərini bildirirlər.(Xalq.online)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...


Bir direktor 2-3 məktəbə şeflik edəndə belə də olmalıdır. Başqa nə gözləyəsən?

Məzunları meyxanaçı Ələkbər Yasamallının uyudan meyxanası ilə "uğurlayan" Şəfa Qurbanova 135 nömrəlı məktəbin direktoru olsa da, həm də 244 nömrəlı məktəbin direktorluğunu ona tapşırıb nazirlik və MÜTDA başbilənləri. Bakı Şəhəri Təhsil İdarəsi şefləri də razılıq verib.
Şəfa Qurbanova o qədər arxalı direktorlardandır ki, 2 məktəbdən 1-nə düzgün rəhbərlik edə bilməsə də, ona söz deyə bilən də yoxdur.

Bir müddət əvvəl 244 nömrəlı məktəbin kollektivi və valideynlər məktəbdə adı rəhbər olsa da, özü isə gözə görünməyən Şəfa Qurbanovanın özbaşınalığına və müəllimlərlə qarşı qeyri-etik davranışlarına və tələblərinə qarşı etiraza qalxmışdılar. Təəssüf ki eşidən, araşdıran olmamışdı, həmişəki kimi. Yeni məlumata görə ikiqat direktor 244 nömrəlı məktəbin gələn dərs ili sinif rəhbəri olacaq müəllimlərinin qarşısında elə tələb qoyub ki, yazıq müəllimlər məzuniyyət pulunu tam versələr də ödəmir.

Yəqin ki, "Son zəng"i "dumanlı təbrik"ə qərq edən ikiqat direktorun bu əməlləri də Eşqi Bağırovun Təlimatını pozan Şəfa xanıma təhqirlə, hədəylə susdurmağa çalışdığı sadə müəllimlərə yaşatdığı əzabların cavab silləsi olacaq.

Şəfa xanımın mövqeyini işıqlandırmağa hazırıq. Həm də bir sual verərdik: 244 nömrəlı məktəbdən BŞTİ-yə 200 min verilməsi söhbəti nə məsələdir? Turan ellər var olsun...

Tehsilmedia.info

AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb video


AZAL bir neçə gündür ki, Naxçıvana gedib-gələnlərə işgəncə verir. Anaxeberinfo.az-a verilən məlumata görə, xüsusən də muxtar respublikadan Bakıya qayıdanlar aeroportda bilet tapmırlar. Vətəndaşlara heç bir səbəb göstərilməsə də, kassalardan bilet almaq müşkülə çevrilib. Sərnişinlər deyirlər ki, yüksək vəzifəli şəxslərə və onların qohumlarına gizli şəkildə bilet tapılır, amma sadə vətəndaşlara gələndə qəhətə çıxır. Bu da günlərlə Naxçıvan aeroportunda böyük ajiotaja səbəb olmaqdadır. İnsanlar saatlarla, günlərlə gözləmək məcburiyyətində qalır.
Bundan əlavə,
Azərbaycan Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə alınan biletlərin reysləri ləğv olunub. Mənbənin məlumatına görə, ləğv olunan reyslərdən sonrakı reyslərin sərnişinləri yola salınsa da, əvvəlki tarixə olan biletlərin taleyi müəmmalı qalıb. Rəsmi mənbələr bildirib ki, Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Amma bərpa olunan reylərdə keçmiş tarixə biletləri olan sərnişinlərin uçuşla təmin olunmaması anlaşılan deyil. Bir sözlə, cəmi 1 saatlıq uçuşa görə vətəndaşlara zülm olunur. Eyni zamanda, vətəndaşları narazı salan xüsusi səbəb odur ki, AZAL tərəfindən Naxçıvan hava limanında bəzi şəxslərə bilet tapılması mümkündürsə, deməli, problem süni şəkildə yaradılıb.
Anaxeberinfo.az

Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb... - VİDEO


Azəriqaz İB rəhbərliyinin işçilərə təqdim etdiyi Fəxri Fərmanlarda yazılan : -" Həmkarlar Təşkilatı hərakatında fəal iştirak edir" dedikləri bu idimi?🤔
Həmkarlar Təşkilatı (ARƏM Maddə 309). bu Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarətİ həyata keçirməli olan orqandır. Bu qurumun sizin əmək hüquqlarınızı qorumaq üçün,hər ay əmək haqqınızın 1-2% ni HT-nın hesabına köçürdürsünüz. Yəni pulsuz yox! Əksəriyyətinizin də bu məbləğin əmək haqqınızdan tutulması haqqında yazılı razılığınız olmadan. Beləliklə Həmkarlar Təşkilatı hesabına tur təşkil olunması da, sizin öz pulunuza təşkil olunmuş bir tədbirdir
13.06.2026-cı il tarixində Azəriqaz İB -nin Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə Qarabağa tur təşkil olunub. Bildirilib ki, turun bütün maliyyə xərcləri Həmkarlar İttifaqı tərəfindən qarşılanıb və paketə nəqliyyat, səhər yeməyi, günorta yeməyi və şam yeməyi daxildir.
Lakin tur iştirakçılarının sözlərinə görə, vəd edilən xidmətlər tam şəkildə təqdim olunmayıb. İşçilər yalnız günorta yeməyi ilə təmin ediliblər. Verilən yemək isə iştirakçıların əksəriyyətinin fikrincə kifayət qədər olmayıb: bir qədər kartof, bir neçə ədəd cücə qanadı, salat və yarım litrlik kola təqdim edilib. Menyuya hətta çay da daxil edilməyib.
Qeyd edək ki, bu turda Lənkəran RQİİ-nin təxminən 50 nəfərlik işçi kollektivi iştirak edib. İştirakçılar vəd edilən xidmətlərlə faktiki təqdim olunan xidmətlər arasında ciddi fərqin olduğunu bildirirlər.
Mirvari Gahramanli
TEREF
VİDEO LİNKDƏ: https://teref.net/manset/415850-azeriqaz-ib-hemkarlar-teskilati-iscileri-bele-ele-salib-video.html

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?


Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) Quba rayonunda yerləşən “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda tarixi evlərin bərpası işlərinin satın alınması prosesini həyata keçirə bilməyəcək.


Buna səbəb Agentliyin elan etdiyi tenderin nəticələrinin ləöğv edilməsidir.


Məlumatda bildirilir ki, Agentlik sözügedən prosesi həyata keçirmək üçün 878 min 172 manatlıq büdcə ayırıbmış.


Rəsmi qaynaqlar bildirirlər ki, tenderin nəticəsinin ləğv olunmasına səbəb prosesə üçdən az təklif verənin olmasıdır. “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən tenderə qatılanların sayı 3-dən az olarsa, proses ləğv edilir.(Tribuna.az)

Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?


Həyət hər tərəfdən hasarlanıb, gediş -gəliş çətinləşib.. bir hissəsində tikinti gedir…bir hissəsində isə yaşayır var.

Görüntülər Nizami rayonu Şirin Mirzəyev küçəsi ev 43 ünvanındandır.

Sakinlər iddia edirlər ki, tikinti işlərini icra edən “Qlobal-99 MTK” həyətə girişi məhdudlaşdırıb. ərazidə olan 8 evin sakinləri köçürülsə də, 4 ailə ilə tikinti şirkəti arasında razılıq əldə olunmadığından onlar ünvanda yaşamağa davam edirlər. MTK isə ərazinin bir hissəsində tikinti işlərini aparır.

“Qlobal-99″MTK-dan sorğumuza cavab olaraq bildirildi ki,inşaat işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunur,hasara alınan ərazi isə şirkətin xüsusi mülkiyyətidir. Ərazidə çoxmərtəbəli yaşayış binasınin bünövrəsi qoyulur. Sakinlərin əksəriyyəti ilə razılıq əldə olunub. Qalan 4 ailənin isə 52 kvadratmetrlik mənzil əvəzinə 88 kvadratmetrlik mənzil tələb etməsi səbəbindən məsələ hazırda məhkəmə müstəvisindədir.(Bizimesr.com)



Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56