Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili - Chevrolet Camaro - Nömrəsi daha bahadır - FOTO


Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan məlumatlara görə, gənc şəxs Chevrolet Camaro markalı avtomobil sürür.

Bizimesr.az bildirir ki, paylaşımlarda avtomobilin özündən daha çox dövlət nömrə nişanının qiyməti diqqət çəkib. Bəzi istifadəçilər nömrənin dəyərinin avtomobilin bazar qiymətindən daha yüksək ola biləcəyini iddia edərək bu məsələni müzakirəyə çıxarıblar. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif tənqidi rəylər səsləndirilib.

Qeyd edək ki, deputat Səyyad Aran daha əvvəl səsləndirdiyi fikirlərə görə də tənqid olunmuşdu. O, çıxışlarından birində “Mən günahkaram ki, kimsə 300-400 manat maaş alır, mən isə çox…” məzmunlu ifadələr işlətmişdi. Bu açıqlama ictimaiyyətdə narazılıq doğurmuş və geniş müzakirələrə səbəb olmuşdu.

Hazırda isə deputatın nəvəsinə məxsus olduğu bildirilən lüks avtomobil və bahalı nömrə nişanı sosial mediada yenidən diqqət mərkəzinə düşüb.

Bizimesr.az

İcra başçısı Novruz şənliyində 17 min manatlıq qoz-fındıq, şəkərbura, yumurta yeyib


Tovuz Rayon İcra Hakimiyyəti Novruz şənliyinə 17 582 manat pul xərcləyib.


Bayram şənliyini icra hakimiyyətinin sifarişi ilə "Prodsale” MMC təşkil edib.


Bununla bağlı qurumla şirkət arasında birmənbə metodu ilə satınalma müqaviləsi imzalanıb.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Prodsale” MMC 23 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin hüquqi ünvanı Yasamal rayonu, xarici dairəvi yolu, ev 59, mənzil 51-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hətəmova Sahilə Zahid qızıdır.


Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.


Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, Tovuz Rayon İcra Hakimiyyəti bayram və hüzn tədbirlərinin təşkilini əsasən "Prodsale” MMC-yə tapşırır. Həm bu fakt, həm də şirkətlə birmənbə metodu ilə müqavilə bağlanması satınalmanın şəffaflığı barədə suallar yaradır.


Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, 2018-ci ildə rayona rəhbərlik edir.


Qaynarinfo

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Xəbər verdiyimiz kimi, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin yaradılmasından götürür.

Əlamətdar günlə bağlı hazırlanmış videoçarxı təqdim edirik:

Rektor Rüfət Əzizov nəyi subut etmək istəyir? - Reytinqlə bağlı tənqid olundu


Sabiq deputat Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun beynəlxalq reytinqlərlə bağlı paylaşımına sərt münasibət bildirib.
Bizimesr.az bildirir ki, sabiq deputat, təhsil sahəsi üzrə mütəxəssis Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı statusda ADNSU rəhbərliyinin ictimaiyyətə yalnız müəyyən nəticələri təqdim etdiyini iddia edib.
Qeyd edək ki, ADNSU-nun rektoru Rüfət Əzizov “Möhtəşəm xəbər” başlıqlı paylaşımında universitetin QS (Quacquarelli Symonds) 2026-cı il üzrə fənn sahələri reytinqində iki istiqamət üzrə qlobal siyahıya daxil olduğunu açıqlayıb.
Onun sözlərinə görə, ADNSU “Neft mühəndisliyi” istiqaməti üzrə 101–150-ci, “Kompüter elmləri və informasiya sistemləri” istiqaməti üzrə isə 451–500-cü yerlərdə qərarlaşıb.
Etibar Əliyev isə bu təqdimat formasını tənqid edərək bildirib ki, universitetin digər sahələr üzrə göstəriciləri ictimaiyyətə açıqlanmır.
Sabiq deputat qeyd edib ki, müqayisə üçün Bakı Dövlət Universitetinin bəzi istiqamətlər üzrə nəticələri də nəzərə alınmalıdır. Onun sözlərinə görə, BDU “Neft mühəndisliyi” kateqoriyasında 51–100-cü, “Kompüter elmləri və informasiya sistemləri” sahəsində isə 601–650-ci pillələrdə yer alıb.
Etibar Əliyev ADNSU-da xüsusilə riyaziyyat, kimya və kimya mühəndisliyi istiqamətlərinin vəziyyəti ilə bağlı da suallar ünvanlayıb. O bildirib ki, vaxtilə bu universitetdə riyaziyyatın tədrisi daha güclü olub və hazırkı nəticələr ciddi suallar doğurur.
Sabiq deputat paylaşımında həmçinin ali məktəblərin elmi məqalə göstəricilərində digər elmi qurumların əməkdaşlarının roluna da toxunub. O hesab edir ki, bəzi uğurların təqdimatında bu məqamlar da nəzərə alınmalıdır. Etibar Əliyev ADNSU rəhbərliyinə müraciətlə bildirib ki, əgər bir sahə üzrə irəliləyiş uğur kimi təqdim olunursa, digər istiqamətlər üzrə geriləmənin səbəbləri də ictimaiyyətə izah edilməlidir.
O, paylaşımının sonunda universitet rəhbərliyinə və bu nəticələri müsbət qiymətləndirən şəxslərə müraciət edərək, “cəmiyyəti ələ salmamağa” çağırıb.
Etibar Əliyev hesab edir ki, ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ictimaiyyətə yalnız seçilmiş uğurların təqdim olunması düzgün yanaşma deyil və bu cür təqdimatlar cəmiyyətdə yanlış təsəvvür yaradır.

Qeyd edək ki, ADNSU QS reytinqlərində belə səradadır.
#851–900 — Dünya Universitetləri Reytinqi
#101–150 — Fənn (İxtisas) üzrə Dünya Reytinqi
#1401–1500 — Davamlılıq (Sustainability) Reytinqi
#16 — Avropa Reytinqi (Qərbi Asiya)

Bizimesr.az

"Kristal Bakı" ASC nə qədər "Kristal"dır? - Maliyyə hesabatı gizlinləri...


“Kristal Bakı” ASC-yə məxsus şirkətin rəsmi saytında 30.06.2025-ci il tarixi ilə yerləşdirilmiş "Kristal Bakı ASC-nin 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatları" adlı başlıq diqqət çəkir. Bu başlığa klik etmədən baxdıqda elə təsəvvür yaranır ki, ASC illik maliyyə hesabatını açıqlayıb və hər şey qaydasındadır.


Bizimesr.az bildirir ki, başlığa klik edildikdə tam fərqli mənzərə ortaya çıxır. Hesabatın yerləşdirilməli olduğu səhifədə heç bir sənəd yoxdur və istifadəçiyə “Not Found”- yəni “Tapılmadı” qeydi göstərilir. Bu isə faktiki olaraq, hesabatın mövcud olmadığını göstərir.

Beləliklə, rəsmi saytda hesabatın adı yerləşdirilsə də, sənədin özü yoxdur. Bu isə ictimaiyyət üçün açıqlanmalı olan maliyyə məlumatlarının əlçatan olmadığı anlamına gəlir. Başqa sözlə, başlıq var, amma hesabatdan əsər-əlamət yoxdur.


Ümumiyyətlə, uzun illərdir “Kristal Bakı” ASC Bakı şəhərinin ən bahalı ərazilərində binaların tikintisi və yüksək qiymətlərlə satışı ilə məşğul olur. Üstəlik, bu fəaliyyətini medianın dəstəyindən istifadə edərək tənzimlədiyi iddiaları da mövcuddur. Medianı reklamla ələ alaraq yalnız “Kristal” barədə müsbət məlumatların yayılmasını təmin etdiyi bildirilir.

Ölkənin demək olar ki, əksər media qurumlarına nüfuz edən bu şirkət barədə neqativ məlumatların yayılması isə faktiki olaraq mümkün olmur. Şirkət reklam verirsə, onunla əməkdaşlıq edən media qurumu yalnız müsbət materiallar yayımlayır. Bu da o deməkdir ki, “Kristal Bakı” ASC bina tikinti bazarında istədiyi informasiya mühitini formalaşdıra bilir.


Həftənin 2-3 günü ölkə mediasında şirkətin yalnız satış və kredit şərtləri ilə bağlı məlumatların yayımlanması da bu iddiaları gücləndirən məqamlardan biri kimi qiymətləndirilir.


Bütün bunların fonunda isə ən vacib olan maliyyə şəffaflığı məsələsi açıq qalır. Çünki şirkətin öz rəsmi saytında yerləşdirilmiş 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatı linki açılmır və sənəd mövcud deyil.


Beləliklə, “Kristal Bakı” ASC-nin elə öz rəsmi saytından görünür ki, şirkətin maliyyə hesabatları faktiki olaraq ictimaiyyət üçün açmaqda maraqlı deyil. Hesabatın adı yerləşdirilsə də, məzmunun olmaması bu məlumatların gizlədildiyi ilə bağlı suallar yaradır. Bu isə onu deməyə əsas verir ki, maliyyə şəffaflığı ilə bağlı vəziyyət heç də “Kristal” deyil.


Qeyd edək ki, “Kristal Bakı” ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50 faiz), Nəbiyev Fərid Elburus oğlu (25 faiz) və Nəbiyev Araz Məhayət oğludur (25 faiz). Vəliyev Pərviz Ağalar oğlu Milli Məclisin deputatı Ağalar Vəliyevin oğludur. Pərviz Vəliyev 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib. 2024-cü ildə isə “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurası yaradılıb və onun sədri olub.


Ağalar Vəliyev indi də Xaçmaz üçün susacaq – Biznesmen-deputatın dairəsi üçüncü dəfə dəyişdirildi » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Ağalar Vəliyevin adı olduqca ciddi qalmaqallı məsələlərdə hallanıb. Məsələn Villası ilə Prezident Sarayını kölgədə qoyan, akvariumunda delfin saxlayan “Alabala”, Eldar Mahmudovun “toru”na düşən, mandat “legitimliyi” qalmaqalı və bir ailənin faciəsinə səbəb ola bilən fakklar və maraqlısı 4 hinduşkaya DSK sədri postuna təyinatrlar kimi məqamlarda çəkilib. Ən sonda isə "Kristal Bakı" ASC-nin 50 faiz səhmini oğluna - Pərviz Vəliyevə ötürərək adını qismən kənarda saxlaya bilib.


"Kristal Bakı" ASC-nin diğər 50 faiz səhmi isə Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğludur (25%). Bəs bu şəxslər kimdir? Fərid Nəbiyev "Kristal Bakı" ASC-də Maliyyə direktoru, Araz Nəbiyev isə "A+CO" ASC-də Direktor müavini olaraq çalışırlar. Fərid Nəbiyev Araz Nəbiyevin əmisi oğludur.

Qeyd edək ki, bu yaxınlarda Nəbiyevlərin adı ölkədə külli miqdarda pul çıxarmaqda çəkildi. Nəbiyevlərə məxsus “Diadem” ASC -yə növbəti dəfə cərimə protokolu yazıldı. “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.


Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var və Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə sahibdir. Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.


Xüsusilə qeyd etmək lazımdır ki, ASC-nin kristal.az adlı rəsmi saytında ASC-nin yaranması, dəqiq adı, rəhbərliyi və diğər məlumatlar ümumiyyətlə qeyd olunmur. Bu isə özlüyündə ciddi suallar yaradır və şirkətin "Kristal Bakı" ASC kimi tanınmasını arxa planda saxlayır.


Bizimesr.az

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılış münasibətilə kollektivə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Əziz dostlar.

Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.

Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.

Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.

Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.

Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.

Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.

Teatra yeni yaradıcılıq uğurları arzulayıram".

Novxanıda ağaclar məhv edilərək “İlyasın kafesi” tikilir? -Videofakt


Xəbər verdiyimiz kimi Novxanı qəsəbəsində isə AF Hotel Aqua Parkın dənizkənarı ərazisində tikinti işlərinin tikintisi ilə bağlı videogörüntülər yayılıb.


Xalq -ın araşdırmasına görə, videogörüntüdən də görünür ki, sözügedən tikinti işlərinə başlanılıb.

Qeyd edək ki, ölkə mətbuatında AF Hotel Aqua Parkın rəhbəri kimi Azay Möhnətovun adı çəkilir və bu təkzib olunmayıb.


Məlumatda qeyd olunmuşdur ki, heç bir icazverici sənəd olmadan aparılan işlər bu gün də davam etməkdədir.


Həmin ərazidə yaşıl ağaclar məhv edilərək qanunszu tikinti davam etdirilir.


Qeyd edək ki, AF Hotel Aqua Parkın idarəçiliyi “İlyasın kafesi”nin sahibi Azay Möhnətovun qohumu İlyas Möhnətovun idarəçiliyindəndir.


Məsələ ilə bağlı aidiyyatı qurumlarda heç bir açıqlama almaq mümkün olmadı. Xəbərdə adı keçən şəxlərin və qurumların fikirlərini dərc etməyə hazırıq.


Həmin görüntüləri təqdim edirik:(Xalq.online)

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycanda rəqəmsal inkişaf son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib.

"Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər rəqəmsal transformasiyanın genişləndirilməsinə və cəmiyyətin rəqəmsal imkanlardan daha səmərəli istifadəsinə xidmət edir", - o əlavə edib.

“Azəraqrar”-da “ezamiyyə” Həsən kimdir? - Direktoru o idarə edir?


“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə baş vermiş rəhbərlik dəyişikliyindən sonra qurumda ciddi narazılıqlar yaranıb. Buna səbəb yeni direktorun işinin öhdəsindən gələ bilməməsi və bəzi şəxslərin təsiri altına düşməsidir.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumata direktor Hikmət Hüseynovu təsir dairəsinə salan şəxslərdən biri də müavini Həsən Abdullayevdir. Bu həmin Həsən Abdullayevdir ki, onun adı “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə “ezamiyyə Həsən" kimi tanınır. Belə ki, keçmiş direktor Fəda Abbasovun vaxtında il ərazində müxtəlif rayonlara verilən ezamiyyət göndərişinin 90 faizi Həsən Abdullayevin adına yazılıb. Fəda Abbasovu işdən çıxartdırdığını və nazir Məcnun Məmmədova yaxın olduğunu tez-tez ətrafına deyən Həsən Abdullayevin bu vastə ilə direktor Hikmət Hüseynovu təsiri altında saxladığı bildirilir.

Məlumata görə direktor Hikmət Hüseynovun təsir altına alınmasında Həsən Abdullayevin ortağı Fəxrəddin Qəhrəmanovdur. Nazir Məcnun Məmmədovun hərbi xidmətdə komandiri olmuş Fəxrəddin Qəhrəmanovun hal-hazırda Həsən Abdullyevlə müxtəlif iş birliklərinin olduğu iddia edilir.(AzFakt.com)

Yeni Günəşlinin bərbad yolları: AAYDA niyə tədbir görmür?


Yaşadığı ərazinin bərbad vəziyyətdə olan yollarından şikayətçi olan Yeni Günəşli sakini buna görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini sərt sözlərlə tənqid edib.

Yeni Günəşli sakini Haldun Novruzzadə Feysbuk səhifəsində belə yazıb: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi köhnə Cavanşir körpüsü, Ferrari mərkəzinin yanındakı yolu – heç bir zədə, aşınma olmayan tərtəmiz yolu asfaltlayır, bunun kimi 30-a yaxın yolu da asfaltlayır, amma Yeni Günəşli, Samir Cəfərov, V massivinin 1988-ci ildən qalmış bərbad vəziyyətdə olan əsas yollarını asfaltlamırlar.

Belə çıxır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yeni sədri Vüqar Nəsirli də Saleh Məmmədov kimi büdcədən pul yeməklə məşğuldur. Çünki təmirə ehtiyacı olmayan yolu təmir etmək pul yemək və korrupsiyadır.

Bizim, Yeni Günəşliyə ayrılan yolların haqqını yeyənin burnundan gəlsin o pul, o pulu gedib xaricdə dərmana xərcləsinlər”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı.(Bizimesr.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər lenti

Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var - Maraqlı hərrac... «MS OIL» qalır
18:13
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:47
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
17:26
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:51
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
16:30
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
15:57
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
15:27
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
13:32
Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO
12:53
 Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
11:44
Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...
10:49
Bu gün Laçın Şəhəri Günüdür
10:01
"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26