Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... - "Rüşvət vermədiyim üçün məni aylarla süründürürlər..."


Naxçıvanda təcili tibbi yardım sürücüsü olmaq üçün tələb olunan rüşvət 2 dəfə artıb.
Əvvəllər 8-10 min manat olan məbləğ indi 18-20 min manata çatıb. Bu isə qəbul prosesində pul faktorunun peşəkarlıqdan öndə olması ilə bağlı suallar doğurur.
“Gündəlik Naxçıvan”a danışan sakinlərin sözlərinə görə, peşəkarlıq arxa plana keçdiyindən xəstələrin həyatı risk altına düşür.
8 il təcili tibbi yardımda sürücü işləmiş Naxçıvan şəhər sakini Mehdi Qorçuyev deyir ki, rüşvət vermədiyi üçün onu aylarla süründürürlər:
“Şikayət etmədiyim yer qalmayıb. Hər dəfə deyirlər gözlə, həll olunacaq, amma ortada heç nə yoxdur. Məndən sonra müraciət edənləri 18-20 min manat müqabilində işə götürüblər. Mən bu pulu verə bilmirəm deyə gözlədirlər.
İşə götürülən şəxslərin nəinki təcili tibbi yardımda, ümumiyyətlə sürücülük təcrübəsi yoxdur. Bəzisi sürücülük vəsiqəsini belə rüşvətlə alıb. Bu isə təcili vəziyyətlərdə düzgün qərar verə bilməmək riski yaradır və xəstələrin həyatını təhlükəyə atır.
İnsanların həyatının etibar edildiyi sistemdə bu cür halların olması sadəcə utancvericidir. Hər dəfə yeni nazir gələndə ümid edirik ki, rüşvət aradan qalxar, amma əksinə, daha da artır.”
Oxşar problemlə üzləşən Şərur rayon sakini Nüsrət Bağırov deyir ki, oğlunun işə düzəlməsi üçün tələb olunan məbləği ödəyə bilmədiyi üçün aylarla gözlədilir:
“5 aydır oğlum işə düzəlmək üçün Nazirliyə müraciət edib, amma nəticə yoxdur.
Əvvəl 20 min manat dedilər, sonra 18 minə endirdilər. Mən o pulu haradan tapım?
Dövlət işinə girmək üçün niyə pul verməliyəm?
Əgər hər şey qanunidirsə, niyə açıq müsabiqə keçirilmir? Niyə siyahılar açıqlanmır? Kim nə meyarla seçilir? Təcili yardım maşınını idarə edən sürücü peşəkarlığa görə seçilməlidir. Amma elə şəxsləri işə götürürlər ki, təcrübəsi yoxdur. Hətta gətirilən yeni maşınların sayını belə açıqlamırlar. Şikayətlərə də baxan yoxdur. Deyirlər ki, “gedin kimə istəyirsiniz şikayət edin.””
İşə qəbul üçün tələb olunan məbləğin Naxçıvana yeni ambulansların gətirilməsindən sonra artırıldığı bildirilir.

Gündəlik Naxçıvan”

Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…


“Nəvahi” və “Şəfəq” yarımstansiyalarının tikintisi üzrə əlavə işlərin satın alınması üçün tender elan olunub.
Tribuna.az xəbər verir ki, “Azərenerji” ASC-nin bu tenderinin dəyəri 13 milyon, 337 min, 467 manatdır. Bu da iki layihə üçün böyük məbləğdir. Həmin vəsaitlərin xərclənməsi zamanı maxinasiyaya yol verilməyəcəyinə qarantiya yoxdur. Çünki elə bu günlərdə Hesablama Palatası “Azərenerji”nin 255 milyonluq maliyyə pozuntusunu aşkarlamışdı.Hesabata əsasən, Kiçik Su Elektrik Stansiyaları üzrə layihələr prioritet investisiya siyahısına daxil edilməzdən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılmayıb. Nəticədə tikintisi başa çatmış 7 stansiyada istehsal gücündən istifadə cəmi 14,7–46% səviyyəsində olub ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.
Audit zamanı müəyyən edilib ki, bəzi layihələrdə smetada nəzərdə tutulmayan işlər və xərclər satınalma müqavilələrinə daxil edilib, görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunub. Bu isə dövlət satınalmaları və tikinti normalarının pozulmasına gətirib çıxarıb.

Hesablama Palatası həmçinin satınalma prosesində çoxsaylı prosedur pozuntularını qeyd edib. Belə ki, tender sənədləri normativ tələblərə uyğun rəsmiləşdirilməyib, tender komissiyasının fəaliyyətində və maliyyə idarəetməsində boşluqlar aşkarlanıb.

Bundan əlavə, dövlət əmlakının idarə olunması və mühasibat uçotu sahəsində də uyğunsuzluqlar müəyyən olunub. Bəzi hallarda alınmış materiallar məsul şəxslərə təhvil verilməyib, aktivlər uçota alınmadan istifadə olunub.

Audit göstərib ki, tikintisi başa çatmış 7 Kiçik Su Elektrik Stansiyası istismara verilsə də, onların rəsmi qəbul prosedurları tamamlanmayıb.

Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların istehsal gücünün artırılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlərin görülməsini tövsiyə edib. İndi 255 milyonu həzm-rabedən keçirənlərin 13 milyondan artıq vəsaiti də qeyri-şəffaf sərf edəcəyinə şübhələr var…
Qeyd edək ki, qurumun rəhbəri Balababa Rzayevdir.

Tribuna.az

Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...


Bir neçə gün əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən Kurort ASC-yə məxsus Buzovna Fizioterapiya Mərkəzi Filialında yaranmış vəziyyətlə bağlı məlumat vermişdik.

Həmin məlumatlarda Mərkəzdə çalışan bəzi şəxslərin həkim olmadan fəaliyyət göstərdiyi, burada çalışan həkimlərin sertifikasiya imtahanlarından keçmədiyi, xəstələrə əlavə ödənişli prosedurların yazıldığı iddia olunurdu və bu faktların xəstələr tərəfindən də təsdiqləndiyi öz əksini tapmışdı. Eyni zamanda, mərkəzin Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya olmadan tibbi fəaliyyət göstərdiyi ilə bağlı iddialar irəli sürülmüşdü.

Bizimesr.com-a daxil olan yeni məlumata görə, yayılan bu iddialardan sonra aidiyyəti qurumlar tərəfindən mərkəzdə yoxlamalara başlanıldığı qeyd olunub.

Sürətli şəkildə aparılan yoxlamaların nəticələri rəsmi olaraq açıqlanmasa da, daxil olan məlumatlarda artıq müəssisənin fəaliyyətinin dayandırılması barədə qərarın verildiyi iddia olunur.

Bildirilir ki, Mərkəz filialın əməkdaşlarına 8 may tarixindən etibarən öz hesablarına məzuniyyətə çıxmaları ilə bağlı ərizə yazmaları tapşırılıb. Məzuniyyəti olanların məzuniyyətlərini davam etdirməsi, işləmək istəyən bəzi əməkdaşların isə Şıxov sanatoriyasına göndərildiyi qeyd olunur.

Mərkəzin direktoru Nüşabə Əlişovanın da hazırda məzuniyyətdə olduğu bildirilir. Həkim olmadığı iddia edilən, lakin rəsmi sənədlərdə həkim kimi qeyd olunan müalicə işi şöbəsinin müdiri Reyhanə Hüseynovanın taleyi ilə bağlı isə hər hansı rəsmi məlumat yoxdur. İddialara görə, onun bu günə qədər necə həkim kimi fəaliyyət göstərməsi məsələsi Səhiyyə Nazirliyi tərəfindən araşdırmaya götürülüb.

Məlumatlarda həmçinin qeyd olunur ki, mərkəzdəki tibbi avadanlıqlar baş tibb qardaşı Fuad Baxşıyev tərəfindən Bilgəh sanatoriyasına aparılıb. Müalicə alan xəstələrin isə Abşeron rayonu və Günəşli qəsəbəsi ərazilərində yerləşən sanatoriyalara yönləndirildiyi bildirilir. İşçilətrə isə Buzovna Fizioterapiya Mərkəzi Filialında təmir işlərinin aparıldığı deyilsə də, iddia olunur ki, Mərkəzin bağlanmasına səbəb Səhiyyə Nazirliyi tərəfindən lisenziya üçün uyğun olmayıb. Problemlərin həll edilməsi tövsiyə olunub.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovdur. AHİK-in nəzarətindəki "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyev və
Buzovna Fizioterapiya Mərkəzi Filialının direktoru Nüşabə Əlişovadır. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Bizimesr.com

ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT


Azərbaycan Beynəlxalq Bankının vəzifəli şəxsi kredit üçün müraciət edən qadın müştərinin sənədləri içərisindən onun mobil nömrəsini götürərək, şəxsi məqsədlər üçün narahat edib.

Xitab24.az-ın məlumatına görə, hadisə bankın Nizami filialında qeydə alınıb.

Belə ki, həmin filialın müdir müavini müştəriyə zəng edərək işdənkənar müxtəlif formalarda təkliflərlə çıxış edib.

Müştərinin qohumu isə bankın məlumat mərkəzinə zəng edərək qadını şam yeməyinə dəvət edən həmin vəzifəli şəxsdən şikayət edib.

Bundan sonra məsələ ilə bağlı Daxili nəzarət departamenti araşdırma başladıb. Yoxlama nəticəsində video müşahidə zamanı qadının kartından vəsaiti nağdlaşdırmaq məqsədilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə vəzifəli şəxsin də otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun bank əməkdaşı tərəfindən ATM-ə daxil edildiyi müşahidə edilib. Nəticədə əməkdaşın müştəriyə aid fərdi məlumatları öz şəxsi məqsədləri üçün istifadə edərək mövcud qanunvericiliyi və əmək müqaviləsinin 3.3-cü bəndinin şərtlərini pozduğu aşkarlanıb. Bundan sonra, ABB vəzifəli şəxsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıb.

İşdən çıxarılan filial müdiri ABB-nin məhkəməyə verib. O, iddia ərizəsində işdən çıxarılması ilə bağlı əmrin ləğv edilməsini, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərini qeyd edib. Lakin məhkəmə ABB-nin sabiq filial müdiri müavinin iddiasını təmin etməyib.

Xitab24.az

AAYDA-da milyonları talayan Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir?


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədri Saleh Məmmədovun vəzifədə olduğu dövrdə qurum ətrafında baş verən qalmaqallı hadisələr uzun müddət ictimai müzakirələrə səbəb olmuşdu. Xüsusilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA ) maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev oğluna etdiyi təmtəraqlı 500 minlik toy ilə gündəmi zəbt edib, müzakirə obyektinə çevrilməsi ilə AAYDA-da olan maliyyə pozuntularının gündəmə gəlməsinə səbəb oldu.
Azğınlaşmış AAYDA məmurlarının yaşayış tərzi müvafiq dövlət orqanlarını hərəkətə gətirdi və apardıqları yoxlamalar nəticəsində bu qurumda ağlasığmaz korrupsiya faktları üzə üzə çıxdı. Azərbaycan Respublikasının Hesablama Palatasının Mili Məclisə hesabatında bildirilir ki, 2024-cü ildə "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir. Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur. Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub. Xüsusilə nəzərdən qaşırımamalıdır ki, Hesbalama Palatası 2024-cü ilin xərclər smetasında aşkarladığı nöqsanları qeyd edir. Bəs yaxşı, 10 ildən artıqdır ki, AAYDA-ya rəhbərlik edən Saleh Məmmədov ölkə ərazisində böyük yol infrastrukturlarının çəkilməsi prosesində hansı maliyyə pozuntularını edib? Yəqin ki, müvafiq dövlət orqanları bu faktalrın izinə düşüblər.
Bəs yaxşı sual olunur, Saleh Məmmədov AAYDA-da bu maliyyə fırıldaqlarını kiminlə həyata keçirib? Əlbəttə ki, qurumun baş maliyyəçisi Müseyb Həmzəyevlə. Onun agentlikdə “maliyyə piramidası” qurduğu, bütün maliyyə işlərinə bilavasitə nəzarət etdiyi, “dolanbac” işləri reallaşdırdığı deyilir. Müseyib Həmzəyeb təkcə oğluna etdiyi təmtəraqlı toyla gündəmə gəlmiyib. O, mütəmadi olaraq zəngin həyat tərzi ilə bağlı media orqanlarının gündəliyini zəbt edib. Belə ki, sosial mediada yayılan başqa bir məlumata görə isə təmtəraqlı toy məclisindən bir müddət əvvəl Müseyib Həmzəyev özünə 650 min manata (380 min dollara) son model Lexus LX 600 avtomobili alıb. 2022-ci ildən istehsalına başlanılan bu Lexus markalı LX 600 avtomobili öz komfortluluğu ilə seçilir. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd edilir ki, Müseyib Həmzəyevin Lexus LX 600 avtomobili xüsusi hazırlanmış modellərdəndir ki, Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd var. (https://poliqon.info/amp/?id=606312) Həmçinin Poliqon-nun bildirdiyinə görə Müseyib Həmzəyev Binəqədi-Novxanı yolunun yaxınlığıda, dəniz sahilində “Rest Time Restorant”ın da sahibidir. Restoran Novxanının ən lüks istirahıt mərkəzlərindən biri olaraq tanınır. Müseyib Həmzəyevin Novxanıda həmdə böyük ərazini əhatə edən yan-yana olan özü və övladları üçün ayrı-ayrılıqda 3 villası var. Eyni zamanda, ağ şəhərdə, Premium binada, eyni blokda 3 ayrı-ayrı 800 kv.m, 550 kv.m və 370 kv.m olan mənzilləri var. Port Bakuda 150 kv.m lik mənzili var. Müseyib Həmzəyeyev Bakı şəhərində dükan, mağaza, və bir çox daşınmaz əmlak sahibidir. Onun Qəbələ və Qusar rayonlarında da villaları vardır.
Müseyib Həmzəyev - vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları idrəsində də baş vermiş bütün maliyyə pozuntularına birbaşa memarlıq etmiş, ayrılmış dövlət büdcəsinin "anasını ağlar” qoymuş” koorrupsaner vəzifə sahibi olub. Media üzərindən apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dönəmində Azərbaycan Dəmir Yolları QSC-də nisbətən qayda qanunun yaranmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə "Azəravtoyol” ASC-yə transfer oldular. Doğrudur, qısa müddət ərzində Elşən Məmmədov yenə də güvəndiyi keçmiş Nəqliyyat nazirinə arxalanaraq özbaşnalıq etmək istərkən Müseyib Həmzəyev fürsətdən istifadə edərək onunla birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu "baqaja” qoyaraq onu rəhbərliyə asanlıqla satan şəxslərdəndir. sabiq maliyyə maxinatorunun belə FƏRASƏTİ ONU Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyıə İdarəsinin rəisi vəzifəsini işğal ETMƏYİNƏ YOL AÇMIŞDIR. MAXİNASİYA, TALAN, KÜLLİ -MİQDARDA RÜŞVƏT ALMA, VƏZİFƏDƏN -SUİ-İSTİFADƏ VƏ.S əməlləri ilə özünə var-dövlət yığmağı VƏZİFƏ BORCU HESAB EDƏN Museyib Həmzəyevin Bakıda 50 yaxın evi, çox sayda obyektlər və dükanlar eləcədə bir neçə resoran, 5 yaxın villa nəhayyət bir neçə dəbdəbəli baxçalı malikanələrə sahib korrupsioner, dələduz məmurun yüklü sərvətinin olduğu, daxil olan məlumatlarda deyilir. Qardaşı oğlu Zaur Həmzəyevin yaxın ətrafına bildirdiyinə görə onun əmisi ilə birlikdə Türkiyə, Dubay və Çexiyada mülkləri və mağazları var. Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev də AAYDA-da işləyib və onun güvəndiyi qohumudur. O, AAYDA-nin “Bakı 1 №-li Yol İstismari” MMC-nin rəhbəri olub. Zaur Həmzəyevin rəhbərliyi dövründə MMC-nin dövlətə 715 318 AZN vergi borcu olub və araşdırılır. Zaur Həmzəyev AAYDA-nın baş maliyyəçisi Müseyib Həmzəyevin Agenntlikdə işləyən yeganə qohumu deyil.
Belə ki, Həmzəyevin vəzifə tutan yaxın qohumlarının siyahısını təqdim edirik:
– Zaur Həmzəyev: Müseyib Həmzəyevin əmisi oğludur. O, 1 saylı Yol İstismar İdarəsinin müdiri postunu tutur.
– Araz Bəndəliyev: Həmzəyevin xalası oğludur. Hazırda 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri vəzifəsində çalışır;
– Toğrul Həmzəli: Müseyb Həmzəyevin qardaşı oğludur. O, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi postuna sahibdir;
– Təhminə Həmzəyeva: Müseyb Həmzəyevin bacısıdır. AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiridir;
– Mətanət Həmzəyeva: Sözügedən şəxsin bacısıdır. Hazırda “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi işləyir;
– Dilavər Həmzəyev: AAYDA Maliyyə İdarəsi rəisinin yeznəsidir. O, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavinidir;
– Ustubat Niftəliyev: Həmzəyevin yeznəsidir. 3 saylı Yaşılllaşdırma İdarəsinin rəisi.
Düzdür AAYDA-nın yeni sədri Vüsal Nəzirli bunların əksəriyyətini işdən azad edib. Ancaq fakt olaraq qalır ki, Müseyib Həmzəyev öz maliyyə “karusel” əməliyyatlarını həyata keçirmək üçün yaxın qohumlarını rəhbərliyində olduğu Agentliyin idarə və MMC-lərinə rəhbər vəzifəyə təyin etdirmişimiş. Bununla Müseyib Həmzəyev nəinki maliyyə korrupsiyasında, həmçinin yaxın qohumlarını rəhbərliyində olduğu qurumda vəzifəyə təyin etdirdiyinə görə də “Korrupsiaya qarçı mübarizə haqqında” qanunu kobud şəkildə pozmuşdur. Qanunda yaxın qohumların kimlərdən ibarət olduğu göstərilir. Müxtəlif vəzifələr və hallardan asılı olaraq bu dairə fərqli şəkildə müəyyən oluna bilər. Lakin ümumi qayda belədir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə əsasən, vəzifəli şəxslər qohumlarını tabeliyində olan idarə və müəssisələrdə həm birbaşa, həm də struktur bölmələr vasitəsilə işə qəbul edə bilməzlər. Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev yaxın ətrafına onu da bildirib ki, artıq Azərbaycanda qarantiyalı deyilik, baxmayaraq ki, lazım olan haqq hesabları vermişik ancaq hər an hər şey ola bilər. Ona görədə ya Türkiyə yada Çexiyada işimizi quracağıq. Əmim bu yaxınlarda müalicə adı ilə ölkəni tərk edəcək. Şübhə çəkməmək üçün isə sonra mən gedəcəyəm. Onu da qeyd edək ki, Müseyib Həmzəyevin mediaya adının hallanmaması üçün müxtəlif vasitələrlə əlaqə yaradır yaxud cəhd göstərir. Belə ki, O, bəzi media oranları ilə əlaqə yaradaraq AAYDA-da işləyən qohumlarını Saleh Məmmədovun qohumları kimi təqdim eləməyə nail ola bilib. Ancaq düçünürk ki, müvafiq dövlət oranları əlbəttə ki, bütün məlumatlara malikdir.

Xeberekspress.com

Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar


Azərbaycanın inşaat materialları bazarında aparıcı mövqeyə malik olan "Norm" sement zavodunun fəaliyyəti daim ictimaiyyətin və aidiyyəti şəxslərin diqqət mərkəzindədir. Yazın gəlişi ilə inşaat mövsümünün başlaması diqqətin artmasına səbəb olub.

Sosial şəbəkələrdə və şəxsi söhbətlərdə məhz inşaat mövsümünün başlaması ərəfəsinə təsadüf edən qiymət artımları və keyfiyyətə dair iradlar səslənməkdədir. İnşaat sektorunda fəaliyyət göstərən həmsöhbətimiz bildirir ki, yanvar ayında 7.60 – 8.00 AZN civarında olan "Norm 300" (B Klass) məhsulu aprel ayında 8.20 AZN-ə, "Norm 500" (C Klass) markalı sement isə 8.60 AZN-dən 9.00 AZN-ə qədər bahalaşıb.

Fərdi tikinti ilə məşğul olan istifadəçilər bu artımı "süni bahalaşma" və "mövsümi manipulyasiya" kimi xarakterizə edirlər. İstehlakçıların əsas tənqidi ondan ibarətdir ki, xammal yerli resurslar (daş və klinker) hesabına təmin olunmasına baxmayaraq, qiymətlər mütəmadi olaraq xarici amillər bəhanə gətirilməklə artırılır. İstifadəçilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini bazarda mümkün "kartel sövdələşmələri"ni araşdırmağa çağırırlar.

Şikayətçiləri dinləyərkən, "Norm"un yalnız qiyməti ilə bağlı deyil, həm də texniki göstəriciləri ilə bağlı narazılıqların olduğu üzə çıxır. Belə ki, bazar iştirakçıları arasında bu istiqamətdə də etiraz edənlər var. Bəzi partiyalarda sementin "gec donması" və bərkimə prosesindən sonra səthdə yaranan çatlarla bağlı şikayətlər yer alır. İddialara görə, kağız üzərindəki marka göstəriciləri (M-400 və ya M-500) ilə real tətbiqdəki möhkəmlik göstəriciləri arasında uyğunsuzluqlar müşahidə olunur. Bu da tikintidə keyfiyyət fərqinə səbəb olur. "Nəticədə bizim işimiz etibarsızlaşır, müştərilərimizlə üz-göz oluruq" - deyə inşaatçı həmsöhbətimiz bildirir.

Şikayətlər bununla da bitmir. Ustalar regional satış nöqtələrində və distribütor şəbəkəsindən də narazıdırlar. Onların ən çox şikayətçi olduğu məqam kisələrin çəkisi ilə bağlıdır. Bəzi istifadəçilər sement kisələrinin tam 50 kq olmadığını, daşınma zamanı qablaşdırmanın tez cırıldığını bildirirlər: "Adətən bir işi 0-dan götürür tam hazır təhvil veririk. Bu o deməkdir ki, bir çox hallarda məhsulların alınmasını, daşınmasını biz həyata keçiririk. Bu tip qablaşdırma problemləri bizim üçün həm maddi itki, həm də iş prosesinin ləngiməsi deməkdir. Yenə burada da müştərilərlə problem yaşayırıq. Bəzən bir daşıma zamanı bir neçə kisə cırılır və sement itkiyə gedir. Eyni zamanda da bizə əlavə xərc yaranır".

Səsləndirilən bu ciddi iddialarla bağlı "Norm" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığımız sorğuya rəsmi cavab verilib. Şirkətdən qiymət artımı ilə bağlı bildirilib ki, qeyd olunan sement markaları Avropa standartına uyğun istehsal edilir və bazara Klass B, Klass A400, Klass C500 kimi təqdim olunur: "Məhsullarımızın qiymətləri bir sıra daxili və xarici amillərinin təsiri ilə formalaşır. Bu amillər arasında inflyasiya, xammal və enerji resurslarının dəyərinin dəyişməsi, logistika və daşınma xərcləri, eləcə də istehsalat prosesində tələb olunan texniki və əməliyyat xərcləri mühüm rol oynayır. Şirkətimizin qiymət siyasəti sərbəst bazar prinsiplərinə əsaslanaraq müəyyən edilir. Burada bazardakı tələb və təklif nisbəti əsas meyar kimi çıxış edir. Eyni zamanda qiymətlər, mövcud bazar şəraiti və xərclərdə baş verən dəyişikliklər nəzərə alınmaqla tənzimlənir. Keyfiyyətli məhsulun istehlakçılara davamlı şəkildə təchiz edilməsi üçün istehsal və logistika sahələrində ardıcıl investisiyaların həyata keçirilməsi zəruridir. Bu isə qiymətlərin formalaşmasına birbaşa təsir göstərir. Şirkətimizdə satış prosesi tam şəffaf şəkildə təşkil olunmuşdur."

İstifadəçilərin çəki ilə bağlı narazılığına cavab olaraq zavoddan verilən cavabda qeyd olunur ki, qablaşdırma prosesində Almaniya şirkətinin müasir elektron tərəziləri istifadə olunur: "Norm" sement zavodunun qablaşdırıcı qurğuları bu sahədə dünya liderlərindən biri olan Haver&Boecker (Almaniya) şirkətinindir. Elektron tərəzilərlə təchiz edilmiş bu qurğular kisələrin düzgün və dəqiq çəkisini təmin edir. Çəkisi tələblərə cavab verməyən kisə avtomatik olaraq xətdən çıxarılır. Kisələrin üzərində məhsulun dəqiq çəkisi və ±2% məlumatı qeyd olunur. Kisələr bu sahədə ən peşəkar qlobal təchizatçılardan təmin edilir və ISO və EN standartlarının tələblərinə cavab verir".

Sementin bərkimə müddəti və çatlarla bağlı şikayətlərə gəldikdə isə "Norm"dan istehsalın robot texnologiyaları və fasiləsiz laboratoriya nəzarəti altında olduğu bildirilir: "Zavodumuzda istehsal zamanı məhsulların keyfiyyət göstəricilərinə daim nəzarət edilir və istehsal prosesində avtomatik nümunələr götürülür. Bunun üçün robot texnologiyalarından istifadə edilir və keyfiyyətə nəzarət prosesi fasiləsiz olaraq yerinə yetirilir. Laboratoriyada sementin AZS və EN standartlarına uyğunluğu üzrə fiziki-mexaniki sınaqlar aparılır və bu imkanlar təsadüfi səhvlərə yol verilməməsinə, dəqiq nəticələrin əldə edilməsinə və yüksək keyfiyyətli məhsul istehsalına zəmanət verir.

Bununla yanaşı, "Norm" şirkətinin satış strategiyasına uyğun olaraq, müştərilərə satışdan əvvəl və sonra texniki dəstək göstərilir. Bu çərçivədə sementin keyfiyyəti ilə bağlı bizə hər hansı müraciət daxil olursa, texniki dəstək şöbəmiz tərəfindən yerində nümunələr götürülür və müştəriyə, yaxud ustaya nəticələr, tövsiyələr, eləcə də müvafiq dəstək təqdim edilir. Məlumat üçün qeyd edək ki, çatların yaranması hər zaman məhsulun keyfiyyəti ilə əlaqəli olmaya da bilər. Burada hava şəraiti, məhlulda digər məhsulların istifadəsi, tətbiq zamanı qaydalara riayət olunması da əhəmiyyətlidir. Məsələn, küləkli havalar betonda çata yaxud soyuq havalar betonda bərkimənin gecikməsinə səbəb ola bilər. Həmçinin hörgü-suvaq məhlulunun hazırlanması zamanı qum-sement nisbətinə düzgün riayət edilməzsə, eləcə də tətbiqdən sonrakı suvağa qulluq işləri düzgün aparılmazsa, problemlər yarana bilər. İstifadə olunan təbii qumun keyfiyyəti (əsasən, narınlığı və çirkliliyi) də nəticəyə ikiqat təsir göstərən amildir. Bütün sadalananlarla yanaşı mart və aprel aylarında həddindən artıq yağışlı günlər müşahidə edildi, istifadəçilər belə havalarda sement kisələrinin düzgün saxlanılmasını təmin edə bilmədikdə və kisələr islandıqda bu faktor da sementin tərkibinə öz mənfi təsirini göstərmiş olur".(AFN.az )

“Körpü Bina Tikinti”dən şok şikayət: Məcburi iş – ağır xəsarət ….


Körpü Bina Tikinti şirkəti barədə şikayət daxil olub.

“Xəbərsiz”ə müraciət edən şikayətçinin iddiasına görə, şirkətdə çalışan İbadullayev Novruz Xaləddin oğlu rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərinə daxil olmayan işlərə cəlb olunub.

Zərərçəkmişin bildirdiyinə görə, məhz bu məcburi iş zamanı o, baş nahiyəsindən xəsarət alıb. Hadisə nəticəsində onun əmək qabiliyyətini itirdiyi, hazırda işləyə bilmədiyi qeyd olunur.

Şikayətçinin sözlərinə görə, aldığı zərbədən sonra başında ağrılar, şiş və digər sağlamlıq problemləri yaranıb.
Məsələ ilə bağlı o, şirkət rəhbərliyinin, o cümlədən şirkətin rəhbəri Göyüşov Xəlilin hər hansı dəstək göstərmədiyini iddia edir.

Zərərçəkmiş həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətdə olduğunu bildirir.

İdiallarla bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, işçilərin vəzifə səlahiyyətlərindən kənar işlərə məcbur edilməsi və iş yerində təhlükəsizlik qaydalarının pozulması ciddi hüquqi məsuliyyət yaradır.

Xəbərsiz

Cavanşir Feyziyevin Lixtenşteyndəki milyonları da bloklanıb


İngiltərə Ali Məhkəməsi Milli Cinayət Agentliyi (NCA) tərəfindən qaldırılmış iddia əsasında Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev ilə bağlı mühüm qərar qəbul edib.

Bizimesr.com bildirir ki, qərara əsasən, Feyziyevin xaricdəki əmlak və maliyyə aktivləri dondurulub.

Məhkəmə sənədlərindən məlum olur ki, məsələ yalnız Londonda yerləşən və daha əvvəl dondurulduğu bildirilən 22 daşınmaz əmlakla məhdudlaşmır. Araşdırma çərçivəsində deputatın Lixtenşteyndə fəaliyyət göstərən LGT Bank bankındakı şəxsi hesabına da məhdudiyyət qoyulduğu üzə çıxıb. Həmin hesabda bir neçə milyon İsveçrə frankı məbləğində vəsaitin olduğu bildirilir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, sözügedən bank hesabı hər hansı şirkət və ya üçüncü şəxsə deyil, birbaşa Cavanşir Feyziyevin adına rəsmiləşdirilib.

Oxşar iddialar daha əvvəl digər azərbaycanlı məmurların da xaricdəki aktivləri ilə bağlı səsləndirilib. Məsələn, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Andorradakı maliyyə fəaliyyətləri ilə bağlı iddialar ictimai müzakirələrə səbəb olmuşdu. / Avropada yaşayan jurnalist Cavanşir Həsənli/

Bizimesr.com

Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə-VİDEO


Çoxmənzilli yaşayış binaların altında bir çox obyektlərin fəaliyyətinə qanunla icazə verilməsə də, Nizami rayonunda bu qayda gözlənilmir.

Nizami rayonu, Qara Qarayev prospekti 8 ünvanında yaşayan sakinlər bildirib ki, binanın altında obyekt fəaliyyətə başlayır. Sakinlərin sözlərinə görə, bina obyektə çevrilib. Bu məqsədlə binaya əlavə artırma da edilib və dəmir konstriksiyadan ibarət pilləkənlər qoyulub.

Sakinlər bildirib ki, bina qəzalıdır və belə artırmalar binanı daha da təhlükəli hala gətirir: “Dəfələrlə zəng edib bildirmişik ki, bina qəzalıdır, bina çökür. İcra başçısı vecinə də alçadı”.

Sakinlər onsuz da təhlükəli halda olan binada belə əlavələrin tezliklə qarşısının alınması üçün tədbir görülməsini istəyir. Xatırladaq ki, Nizami rayon icra hakimiyyətini başçısı Cəbrayılov Coşqun Adil oğludur. O, 2022-ci ildən bu vəzifəni icra edir.(Bizimesr.com)

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56