Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi – ARAŞDIRMA


Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi həyata keçirilib.

Uzun müddət qurumda kök salmış Saleh Məmmədov işdən çıxarılaraq, Vüsal Nəsirli ilə əvəzlənib. Bu təyinatdan sonra belə bir rəy yaranmışdı ki, Nəsirli qurumda illərdir yığılıb qalmış problemləri həll etməyə çalışacaq. Çünki Saleh Məmmədov öz adamlarını Agentliyin ən kiçik postlarından tutmuş, ən yüksəyinə qədər hər yerə yerləşdirmişdi. Hətta iş o yerə çatmışdı ki, AAYDA-nın tabeliyində olan Yol İstismarı İdarələrinin rəhbərləri ya vergi borcuna görə, ya da törətdikləri qanunsuz əməllərə görə, ölkədən çıxışlarına yasaq qoyulmuşdu.

Qeyd edək ki, Məmmədovun kadrları gündəmə təkcə bu mövzularla deyil, həmçinin vəzifəli şəxslərin övladlarına bahalı toyları, həmçinin bahalı maşın kolleksiyaları ilə də gəlmişdilər. Mediada yayılan xəbərlərdən də aydın olurdu ki, Agentlikdə çalışan vəzifəlilərin işi heç də tutduqları vəzifənin haqqını vermək yox, sakit şəkidlə büdcədən ayrılan vəsaitləri talamaq olub. Çünki başqa şəkildə belə bahalı toy etmək və ya maşın kolleksiyasına sahib olmaq mümkün deyildi.

Tribuna.az bildirir ki, Saleh Məmmədovun işdən çıxarılmasının əsas səbəblərindən biri Maliyyə Nazirliyinin keçirdiyi yoxlama olub. Həmin yoxlamalar zamanı milyonlarla manatın talan edildiyi və mənimsənildiyi üzə çıxmışdı. Bu, təkcə AAYDA-nın rəhbərliyində təmsil olunanlara deyil, elə yerli Yol İstismarı İdarələrinin rəhbərlərinə də şamil edilmişdi. Qeyri-rəsmi məlumatlarda iddia olunurdu ki, təkcə, Saleh Məmmədovun 700 milyon manat büdcə vəsaitini mənimsədiyi yoxlamalar zamanı üzə çıxıb.

Qayıdaq, Vüsal Nəsirlinin kadr siyasətinə. İlk gün Nəsirli rəhbəri olduğu qurumda optimallaşdırma aparacağını vəd etdi. Belə ki, o, yerli yol istismarı idarələrini birləşdirərək, onları regional idarələr şəklinə saldı. Bundan başqa, Bakı şəhəri üzrə 20-yə yaxın MMC-ni ləğv edərək, onları 5 idarənin tabeliyinə verdi. Bura qədər təbii ki, qulağa xoş gəlir. Lakin sonradan atılan addımlar göstərdi ki, ortada optimallaşdırmadan yox, başqa mətləblərdən söhbət gedir.

Tribuna.az-ın apardığı araşdırma zamanı məlum olub ki, AAYDA-nın təkcə Bakı üzər həyata keçirdiyi birləşdirmədən sonra Araz Bəndəliyev, Fazil Musayev, Vüqar Nuriyev və Zaur Həsənov vəzifə başına keçirilib. Bəs, bu adamlar kimlərdir?

İşin maraqlı tərəfi odur ki, AAYDA-da Maliyyə Nazirliyi yoxlama apardığı zaman bu adamlar vəzifəyə təyinat alıblar. Halbuki onların bir çox evlərində oturub, həbslərini gözləyirmişlər. Çünki yoxlamalarda bu adamların da ciddi şəkildə adları keçirmiş. İkinci maraqlı məqam odur ki, adı yoxlamalardakı əyintilərdə keçənlərdən biri Kamran Əzizov olub.

Məlumata görə, AYYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi olan Əzizov yoxlamalar gedən zaman gözlənilmədən Vüsal Nəsirlinin müavini təyin edilib. Elə bununla da köhnə kadrların tale üzünə gülməyə başlayıb. Çünki cənab Əzizov köhnə dostlarının təqdimatını Nəsirliyə verməklə, onları bəlalardan hifz etməyə nail olub.

Məsələnin üçüncü qəribə tərəfi isə odur ki, Kamran Əzizov 2.5 milyon manat vergi borcu olan və ölkədən çıxışına qadağa qoyulmuş şəxsə vəzifə verib. Hərçənd bu adamın vəzifə başında qalması belə mümkün olmamalıydı. Və o, gedib lazım olan qurumun qarşısında cavab verməliydi.

Görünən və bilinən odur ki, Vüsal Nəsirli də Saleh Məmmədovun yolunu getmək qərarı verib. Əks halda, Saleh Məmmədovun kadrlarını başa çəkib, köhnə qaydaların qalmasına razı olmazdı.

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.media

"Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO


"Ferrum Kapital”ın əməkdaşı Vətən müharibəsi iştirakçısına telefon zəngi edərək onu təhqir edib.

Bu barədə Komersant.az-a İsa Cəfərov məlumat verib.

Vətəndaş iddia edir ki, sözügedən BOKT-nin əməkdaşı ona dəfələrlə zəng edərək ağır söyüşlərlə təhqir edib. "Mənim "Ferrum Kapital”a borcum yoxdur, zəng edən şəxsi də tanımıram. Mənə zəng edən şəxsə dəfələrlə "Səhv düşmüsünüz” desəm də, BOKT-nin əməkdaşı inanmayıb və yenidən zənglər etməyə davam edib. Aramızda yaranan mübahisə zamanı özünü təqdim etməyən BOKT əməkdaşı mənim ailə üzvlərimi ağır söyüşlərlə təhqir etməyə başlayıb.

Məsələ ilə bağlı "Ferrum Kapital”a dəfələrlə zəng etdim. Özünü problemli şöbənin müdiri kimi təqdim edən Nail Talıbova məsələni danışdım. O da səs yazılarına qulaq asıb mənə geri zəng etdi. "Bağışlayın, üzrlü sayın. Əməkdaşımız səhv edib”, – deyə bildirdi. Əməkdaşının ad və soyadını təqdim etməkdən boyun qaçıran N. Talıbov məni ofislərinə dəvət etsə də, razılaşmadım”, – deyə İ. Cəfərov bildirib.

Qeyd edək ki, İsa Cəfərov Vətən müharibəsi iştirakçısıdır və 4 dəfə təltif olunub. O, Zəngilanın azad olunmasına görə Prezident İlham Əliyev, Vətən müharibəsində iştirakına görə isə Baş nazir Əli Əsədov tərəfindən təltif edilib.

Komersant.az

Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq


Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində sakinlərin yerli infrastruktur və yollarla bağlı narazılığı artır

Sakinlərin sözlərinə görə, ərazidə yolların və infrastrukturun vəziyyəti uzun müddətdir onları ciddi narahat edir. Qəsəbədə problemlərin həlli istiqamətində kifayət qədər iş görülmür.
Sakinlərin iddiasına görə, ərazidə yeni binaların , şəxsi evcərin, obyektlərin tikintisi üçün torpaq sahələri ayrılır, lakin mövcud infrastrukturun vəziyyəti nəzərə alınmır. Narazı sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin və ərazidən deputat seçilən Qaya Məmmədovun problemlərlə ümumiyytətlə maraqlanmadığını iddia edirlər.

“Bütün sakinlər bezib. Nə yollar düzəldilir, nə də infrastruktur qaydaya salınır. Hər gün bir ərazi satılır, bina tikilir. Amma Yeni Günəşlinin mövcud problemləri ilə maraqlanan yoxdur”, – sakinlər bildiriblər.
Sakinlər yaranmış problemlərlə bağlı Prezident Administrasiyasına müraciət etməyi düşündüklərini də qeyd ediblər. Yeni Günəşli sakinləri aidiyyəti qurumlardan qəsəbədəki problemlərin həllinə diqqət yetirilməsini tələb edirlər.

Bizimesr.media

“Laçın Dental Clinic” və “Dental Butik” də diplomsuz həklimlər çalışır? - VİDEO


Aytən Beybiyeva və Aynur Dəmirova adlı şəxslərin stomatoloji fəaliyyət göstərməsi və onların müvafiq tibbi təhsil sənədlərinin olub-olmaması ilə bağlı ciddi suallar ortaya çıxıb.

Məsələ daha çox "Laçın Dental Clinic” və "Dental Butik” adlı stomatoloji müəssisələrin fəaliyyəti fonunda diqqət çəkir. Əgər sözügedən şəxslərin həqiqətən stomatoloji fəaliyyət üçün tələb olunan diplom və peşəkar ixtisas sənədləri yoxdursa, bu, artıq sadəcə etik məsələ deyil, hüquqi və pasiyent təhlükəsizliyi baxımından araşdırılmalı ciddi məsələdir.

Xüsusilə stomatoloji müdaxilələrin insan sağlamlığı ilə birbaşa bağlı olduğu nəzərə alınaraq, aidiyyəti qurumların bu şəxslərin təhsil sənədlərini, peşə fəaliyyətinə hüquqi əsaslarını və adıçəkilən klinikaların fəaliyyətinin qanuniliyini yoxlaması vacibdir.

Hazırda əsas sual budur: Aytən Beybiyeva və Aynur Dəmirovanın stomatoloq kimi fəaliyyət göstərməsi üçün tələb olunan diplom və digər sənədləri varmı?

Əgər bu sənədlər mövcuddursa, onların hansı təhsil müəssisəsi tərəfindən verildiyi və peşə fəaliyyətinin hansı hüquqi əsasla həyata keçirildiyi ictimaiyyətə açıqlana bilər. Əks halda isə "Laçın Dental Clinic” və "Dental Butik”də stomatoloji fəaliyyətin necə təşkil edildiyi ilə bağlı aidiyyəti qurumlar tərəfindən ciddi araşdırma aparılmalıdır./bakutv

Qeyd: Sözügedən şəxslərin diplomunun olmadığı barədə məlumatı rəsmi təsdiq edən sənəd əldə edilmədiyi üçün bu məqam hazırda iddia və araşdırma predmeti kimi təqdim olunur.

Bizimesr.media

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/lacin-dental-clinic-ve-dental-butik-de-diplomsuz-heklimler-calisir---video-22908

Əmrullayevin elektron attestatı “işləmədi” - Nazirlik kağız sənədə qayıdır?



Azərbaycanda elektron attestatların apostilləşdirilməsi ilə bağlı yaranan problem xaricdə təhsil almaq istəyən abituriyentlər üçün ciddi çətinlik yaradıb.

Məlumata görə, attestatların elektronlaşdırılması prosesində xaricdə təhsil üçün sənəd təqdim edən şəxslərin ehtiyacı nəzərə alınmayıb.

Nəticədə elektron attestata apostil vurdurmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşiblər.

Məlumata görə, bununla əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəblərə tapşırıq verərək, xaricdə təhsil üçün müraciət edən şəxslərə kağız attestatların təqdim olunmasını istəyib. Məlumata görə, bu istiqamətdə müraciət edən şəxslərə əvvəlki günədək kağız attestatlar verilib.

Lakin belə mühüm məsələyə dair müvafiq təlimatın əvvəlcədən ictimaiyyətə açıqlanmaması da suallar doğurur. Bəzi vətəndaşların isə elektron attestata apostil vurdurmaq üçün “ASAN xidmət”ə müraciət etdiyi bildirilir. Qeyd edək ki, “ASAN xidmət” apostil verən qurum deyil.

Apostillə bağlı məsələlər aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğu göndərilib. Qeyd edək ki, apostil 1961-ci il Haaqa Konvensiyasına əsasən, bir ölkədə verilmiş rəsmi sənədin digər ölkədə tanınmasını təmin edən xüsusi təsdiqdir./Xitab24/

"Siyasətə addım atan keçmiş makler: Ziyalı müəllimdən ictimaiyyətə ciddi xəbərdarlıq"

12 avqust 2026-cı il tarixində Cavad Xan fanat klubunun rəhbərliyi Gəncə futbolunun tanınmış simalarından, “Kəpəz”in veteran futbolçusu, sabiq baş məşqçisi, idman direktoru və icraçı direktoru Mehman Allahverdiyevi ziyarət edib.

Görüşdə fanat klubunun təsisçisi Ceyhun Əliyev, fanat klubunun sədri Vaqif Abdullayev, sədr müavini Elgün Qasımov, İdarə Heyətinin üzvləri Vahid Nağıyev və Abdulla Nəbiyev iştirak ediblər.

Azərbaycan futbolunun tanınmış simalarından olan Mehman Allahverdiyev uzun illər ərzində həm futbolçu, həm də məşqçi kimi “Kəpəz”ə xidmət göstərib. Onun rəhbərliyi dövründə Gəncə klubu 3 dəfə Azərbaycan çempionu və 4 dəfə Azərbaycan Kubokunun qalibi olub. Komanda onun rəhbərliyi altında həmçinin iki dəfə gümüş, bir dəfə isə bürünc medal qazanıb.

Səmimi şəraitdə keçən görüş zamanı Gəncə futbolunun keçmişi və bu günü, “Kəpəz”in zəngin tarixi, klubun veteranlarına göstərilən diqqət və azarkeş-veteran münasibətlərinin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Cavad Xan fanat klubunun rəhbərliyi vurğulayıb ki, fan klubunun məqsədi yalnız “Kəpəz”i tribunalarda dəstəkləməklə məhdudlaşmır. Gəncə futboluna uzun illər xidmət etmiş veteranların diqqətdə saxlanılması, onların keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması və təcrübələrindən yararlanılması da fan klubunun əsas fəaliyyət istiqamətlərindən biridir.

Mehman Allahverdiyev də öz növbəsində “Cavad Xan” fanat klubunun yaradılmasını və “Kəpəz” azarkeşlərinin təşkilatlanmasını yüksək qiymətləndirib, fan klubunun fəaliyyətinə uğurlar arzulayıb.

Görüşün sonunda fan klubunun rəhbərliyi Mehman Allahverdiyevə səmimi qəbuluna görə təşəkkür edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Bu görüş bir daha göstərdi ki, “Kəpəz”in tarixi yalnız meydandakı qələbələrdən ibarət deyil. Bu tarixə imza atan futbolçular, məşqçilər və klub veteranları Gəncə futbolunun canlı yaddaşıdır. Onlara göstərilən hörmət isə “Kəpəz” sevgisinin nəsildən-nəslə ötürülməsinin ən gözəl nümunələrindən biridir.

@Patriot News.com.az

Bu məscid və ziyarətgahlara işçi axtarılır


İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.

Vakansiyalar imam, imam köməkçisi və dini ayinlərin icraçısı – müəzzin vəzifələri üzrədir.

İmam vəzifəsi üzrə:

1. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer
2. Bakı şəhəri, Binəqədi rayonu “İmam Əli” məscidi – 1 yer
3. Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi – 2 yer
4. Mingəçevir şəhəri “Heydər” məscidi – 1 yer
5. Kürdəmir rayonu, Sığırlı kəndi “Fatimeyi Zəhra” məscidi – 1 yer
6. Cəlilabad rayonu, Göytəpə şəhəri “İmam Zaman” məscidi – 1 yer
7. Masallı rayonu Boradigah qəsəbə məscidi – 1 yer
8. Masallı rayonu Qızılavar kənd məscidi – 1 yer
9. Şirvan şəhəri “Zeynalabidin” məscidi – 1 yer
10. Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer
11. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer
12. Biləsuvar şəhəri “İmam Əli” məscidi – 1 yer
13. Şamaxı rayonu Qaleybuğurd kənd məscidi – 1 yer
14. İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer

İmam müavini vəzifəsi üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Cəfəri Sadiq” məscidi – 1 yer
2. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi “Əli qədəmgahı” məscidi – 1 yer
3. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer
4. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahı məscidi – 1 yer
5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə məscidi – 1 yer
6. Abşeron rayonu, Qobu qəsəbəsi “Əhlibeyt” məscidi – 1 yer
7. Abşeron rayonu, Fatmayı qəsəbəsi "İmam Hüseyn" məscidi – 1 yer
8. Xızı şəhəri, Xızı şəhər məscidi – 1yer
9. Xaçmaz rayonu Nərəcan kənd məscidi – 1 yer
10. Xaçmaz rayonu Çiləgir kənd məscidi – 1 yer
11. Xaçmaz rayonu, İstisu qəsəbəsi “Şeyx Ömər” məscidi – 1 yer
12. Xaçmaz rayonu Yalama kənd məscidi – 1 yer
13. Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer
14. Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer
15. Zərdab rayonu Kəndəbil kənd məscidi – 1 yer
16. Sabirabad rayonu Qalaqayın kənd məscidi – 1 yer
17. Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer
18. Sabirabad rayonu Azadkənd kənd məscidi – 1 yer
19. Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer
20. İmişli şəhər "İmam Rza" məscidi – 1 yer
21. İmişli rayonu Muradxanlı kənd "Həzrət Əli" məscidi – 1 yer
22. Lənkəran rayonu Separadi kənd məscidi – 1 yer
23. Lənkəran rayonu Lüvəsər kənd məscidi – 1 yer
24. Astara rayonu Rudəkənar kənd məscidi – 1 yer
25. Lerik rayonu Hamarmeşə kənd məscidi – 1 yer
26. Lerik rayonu Günəşli kənd məscidi – 1 yer
27. Cəlilabad rayonu Alar kənd məscidi – 1 yer
28. Masallı rayonu Hüseynhacılı kənd məscidi – 1 yer
29. Masallı rayonu Alışanlı kənd məscidi – 1 yer
30. Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer
31. Salyan rayonu Şorsulu kənd məscidi – 1 yer
32. Neftçala rayonu, Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer
33. Neftçala rayonu Xıllı qəsəbəsi “Fatimeyi-Zəhra” məscidi – 1 yer
34. Qəbələ rayonu Həzrə kənd məscidi – 1 yer
35. Balakən rayonu Mahamalar kənd məscidi – 1 yer
36. Ağdam rayonu Xındırıstan kənd məscidi – 1 yer
37. Qax rayonu "Mərkəzi Cümə" məscidi – 1 yer

Dini ayinlərin icraçısı – müəzzin vəzifəsi üzrə:

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer
2. Quba rayonu Yenikənd kənd məscidi – 1 yer
3. Şabran rayonu Aygünlü kənd məscidi – 1 yer
4. Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer
5. Ağdaş rayonu Qarağan Sədi kənd məscidi – 1 yer
6. Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer
7. Ucar rayonu Lək kənd məscidi – 1 yer
8. Göyçay rayonu Potu kənd məscidi – 1 yer
9. Göyçay rayonu Aşağı Qaraməryəm kənd məscidi – 1 yer
10. Hacıqabul rayonu, Muğan qəsəbəsi “Cümə” məscidi – 1 yer
11. Ağcabədi rayonu Rəncbərlər kənd məscidi – 1 yer
12. Ağcabədi rayonu Hacıbədəlli kənd məscidi – 1 yer
13. Bərdə rayonu Mollalı kənd məscidi – 1 yer

Məlumatda qeyd olunub ki, müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scara.gov.az ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ 1001) təqdim edə bilərlər.

Tərtər Rayon İcra Hakimiyyətinin paylaşımı diqqət çəkdi –Nə baş verdi?/FOTOFAKT


Tərtər Rayon İcra Hakimiyyətinin Qaynaq kəndində keçirilən səyyar qəbul görüşü ilə bağlı rəsmi sosial media səhifəsində etdiyi paylaşımda sonradan dəyişiklik edilməsi diqqət çəkib.

İlkin paylaşımda yer alan fotolardan birində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədovun baş geyimi olmadan əlini hərbi salam vəziyyətində tutduğu görünürdü. Həmin görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olduqdan sonra fotonun rəsmi səhifədən silindiyi müşahidə edilib.

Qaynaq kəndində keçirilən səyyar qəbulda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, SHXÇDX-nin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədov, Tərtər Rayon Polis Şöbəsinin qərargah rəisi Ruslan Allahverdiyev, həmçinin rayonun müxtəlif idarə və müəssisələrinin rəhbərləri, xidmət sahələrinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Müzakirələrə səbəb olan əsas məqam hərbi qulluqçunun baş geyimi olmadan hərbi salam verməsi olub. Sosial şəbəkə istifadəçiləri paylaşımın sonradan dəyişdirilərək həmin fotonun silinməsini müxtəlif cür şərh ediblər.

Qeyd edək ki, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fotonun hansı səbəbdən silinməsi ilə bağlı rəsmi açıqlama verilməyib.(gununsesi.info)

Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələri alır


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələri və müxtəlif qurğular alır.

Nazirlik bunun üçün 1 230 700 AZN vəsait ayırıb.

Satışı “Ramma” QSC edəcək. Müqaviləyə 5 ədəd nəqliyyat vasitəsi, 8 ədəd texniki su maşını, 3 ədəd su pompası, su nasosları və s. daxildir.

Pravda.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56