Ukrayna Gümrüdəki Rusiya bazasını vura bilər



Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Ukrayna-Rusiya müharibəsi fonunda mümkün hərbi hədəf kimi gündəmə gəlib.

Müzakirələrin əsasını bazanın Rusiya hərbi qüvvələrinin regiondakı fəaliyyəti baxımından mühüm obyekt olması və Moskvanın Cənubi Qafqazdakı hərbi imkanlarının bir hissəsini təşkil etməsi ilə bağlı fikirlər təşkil edir.

İddialara görə, əgər bazanın Rusiya ordusunun Ukraynaya qarşı hərbi əməliyyatlarına birbaşa və ya dolayı şəkildə logistika, təchizat və digər hərbi imkanlarla dəstək verdiyi müəyyənləşərsə, Kiyev tərəfindən onun hərbi əhəmiyyət daşıyan obyekt kimi qiymətləndirilməsi mümkündür. Bu isə gələcəkdə bazanın mümkün hədəflər sırasında nəzərdən keçirilməsi ilə bağlı suallar yaradır.

Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsi ehtimalı Cənubi Qafqaz üçün də yeni təhlükəsizlik ssenarilərini gündəmə gətirir. Xüsusilə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu fonunda Gümrüdə yerləşən baza Moskvanın regiondakı əsas hərbi dayaqlarından biri hesab olunur.

102-ci Rusiya hərbi bazası Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə yerləşir. Bazanın tərkibində hərbi aviasiya və digər hərbi birləşmələr mövcuddur. Bu səbəbdən obyekt yalnız Ermənistan-Rusiya münasibətləri baxımından deyil, ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik sistemi baxımından strateji əhəmiyyət daşıyır.

Ukraynanın müharibə dövründə Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələrdən istifadə etməsi isə bu məsələyə əlavə diqqət yaradır. Əgər gələcəkdə Rusiyanın Ermənistandakı hərbi obyektlərindən Ukraynaya qarşı əməliyyatlarda istifadə edildiyinə dair konkret sübutlar ortaya çıxarsa, həmin obyektlərin Kiyev tərəfindən necə qiymətləndiriləcəyi ayrıca müzakirə mövzusuna çevrilə bilər.

Reklam Agentliyi bələdiyyə sədrinin müavinindən mebel alır: Əsəd Əzizov kimdir?-ARAŞDIRMA




Dövlət Reklam Agentliyi növbəti tenderinə yekun vurub. Agentlik mebellərin satın alınması prosesini həyata keçirəcək.


Məlumatda qeyd edilir ki, mebellərin alınması ilə bağlı tenderin qalibi fiziki şəxs Əsəd Qacar oğlu Əzizovdur. Onunla 158 min 295 manatlıq müqavilə bağlanıb.


Qeyd edək ki, Əsəd Əzizovla bağlı açıq mənbələrdə maraqlı məlumatlar mövcuddur. Belə ki, onun Masallı şəhər bələdiyyəsinin sədr müavini olduğu qeyd edilir. Bildirlir ki, Əsəd Əzizov bələdiyyə seçkilərinə qatılarkən onun tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib.


Əsəd Əzizov çoxlu sayda tenderlərə qatılaraq, qalib olub. Son iki ildə bu şəxs toplam 8 tender udub.


Onların arasında Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsasəlı Tikinti və Təchizat” MMC (126 min 416 manat), AQTA (35 min 936 manat və 36 min 367 manat), AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (7.280 manat), “Aqrarkredit” QSC (12 min 985 manat) və Ağcabədi İcra Hakimiyyəti (16 min 461 manat) var.


Yazıda adı keçən şəxsləri dinləməyə və mövqeyini dərc etməyə hazırıq.


Bizimesr.media

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR


Azərbaycanın təhsil sistemində STEAM layihəsi ən böyük büdcə ayırmalarına malik olan istiqamətlərdən birinə çevrilib. Layihə çərçivəsində məktəblər və STEAM mərkəzləri müxtəlif avadanlıqlarla təmin edilir. Şübhəsiz ki, layihənin maliyyə təminatı da var. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılır və bu vəsait dövlət satınalmaları vasitəsilə xərclənir.
Lakin dövlət satınalmaları portalının (satinalma.gov.az) rəsmi məlumatları və maliyyə zənciri üzrə aparılan təhlillər göstərir ki, STEAM avadanlıqlarının satınalınması prosesində büdcə vəsaitlərinin mənimsənilməsinə söykənən, ciddi suallar yaradan çoxqatlı mexanizm formalaşdırılıb.
Tenderin görünən qalibləri, əslində…
Bir bunu deyən yazı "1. XARİCİ TACHİZATÇILAR va İSTEHSALÇILAR Tak Alıcı: İSTEAM MMC 2. İSTEAM MMC (Faktiki mülkiyyatçi: Nihad Hanifayev Nazir Emin amrullayevin Qaynı) Tak Alıcı: VIVA MMC JBA GROUP MMΣ 3. VIVA MMC JBA GROUP MMC (Tenderlarin Daimi Qaliblari) Tender Müqavilasi va Dövlat Ödanişi 4. SİFARİŞÇİ: Elm va Tahsil Nazirliyinin arazi Tikinti Tachizat idarasi" şəkili ola bilər

Bu araşdırmada əsas məqsəd sadəcə “STEAM üçün nə qədər pul xərclənib?” sualına cavab tapmaq deyil. Öncə bu sualllara cavab tapmalıyıq - şirkətlər Elm və Təhsil Nazirliyinin tenderlərini necə qazanıb, avadanlıqlar hansı qiymətlərlə alınıb, bu prosesdə eyni şəxslərin və ya əlaqəli şirkətlərin təkrar-təkrar qarşıya çıxmasının səbəbi nədir?
Topladığım məlumatlara əsasən, ETN-də mənimsəmə və korrupsiya zənciri olduğu ciddi şübhələr yaradan prosesin mərkəzində dayanan şəxs “İSTEAM” MMC-nin rəhbəri Nihad Hənifəyevdir. N.Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır.
“İSTEAM MMC” vasitəsilə xərclənən külli miqdarda vəsaitlərin nazir E.Əmrullayevin ailə çevrəsinə və yaxınlarına yönəldilməsi ilə bağlı ciddi suallar yaranır.
Aşağıdakı (cədvəldəki) göstəricilərdən aydın olur ki, təkcə 2024-cü ilin noyabr ayında “JBA GROUP” MMC ilə ümumi məbləği 11,5 milyon manatdan çox olan iki böyük müqavilə bağlanıb.
Bir broqi model ayaqqabılar şəkili ola bilər

2025-ci ilin avqust ayında isə bu “missiya”nı 9,95 milyon manat dəyərində tenderlə "VİVA MEDICAL GROUP" MMC təhvil alıb.
Maraqlıdır ki, bu tenderlərin görünən qalibləri dəyişsə də, gətirilən bütün avadanlıqların yeganə daxili təchizatçısı dəyişməz olaraq nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyevin nəzarətindəki “İSTEAM” MMC olaraq qalır.
Diqqət çəkən əsas məqam odur ki, “İSTEAM” MMC dövlət tenderlərində hər dəfə birbaşa qalib kimi görünmür. Bunun əvəzində tenderin qalibi başqa şirkət olur, həmin şirkət isə avadanlığı ölkə daxilində “İSTEAM” MMC-dən əldə edir. Nəticədə tender sənədində bir şirkətin adı, təchizat zəncirində isə başqa şirkətin adı görünür.
N.Hənifəyevin idarə elədiyi bu “mürəkkəb sxem” malların bilavsaitə ilkin xarici istehsalçıdan alınıb sonuncu dövlət büdcəsi hesabına təhvil verilməsinədək bir neçə pilləli qapalı zəncir üzərində qurulub.
Məlumata görə, nazir E.Əmrullayev formalaşdırdığı sistemi bu şəxslərin vasitəsilə idarə edir:- Nazirin qaynı Nihad Hənifəyev - büdcə vəsaitlərinin mənimsənilməsini təşkil edən əsas yönəldici şəxs. O, xarici təchizatçılardan STEAM avadanlıqlarının tək rəsmi importoru olan “İSTEAM” MMC-nin faktiki mülkiyyətçisidir. Əvvəllər “Kaspi” liseyləri şəbəkəsində çalışıb və "Kaspi" kurslarının/proqramlarının (filiallarının) birinin rəhbəri olub. Hal-hazırda N.Hənifəyevin həyat yoldaşı "Kaspi" liseyləri şəbəkəsində bağça müdirəsidir.
- Elnur Qəzənfər oğlu Əliyev - Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) v.i.e. direktoru. O, nazir E.Əmrullayevin müşaviri və onun uzun illərdən bəri əsas “silahdaşı” kimi tanınır. Əvəllər "Kaspi" liseylər qrupunun keçmiş baş direktoru vəzifəsində çalışıb. Məlumata görə, dövlət qurumlarında vəzifəyə keçdikdən sonra "Kaspi"dəki fəaliyyətlərin idarə olunmasını qardaşı Elşən Əliyevə (yaxın dövrə qədər həmin liseylərdən birinin direktoru) təhvil verib.
- Tural Ayvazlı - Nazir Emin Əmrullayevin müşaviri. O, maliyyə məsələlərinə nəzarət edir və nazirin ailə çevrəsinə daxil olan əsas şəxslərdən biri kimi qəbul edilir. T.Ayvazlının bacısı Xəyalə Əhmədzadə də Bakı Şəhər Təhsil İdarəsinin müdir müavinidir.
- Nazirin sinif yoldaşı Valeh Mirzəliyev - Sifarişçi qurum olan Elm və Təhsil Nazirliyinin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.
- Nazirin sinif yoldaşı Zamiq Məmmədov - Qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxsdir.
“VİVA” MMC və “JBA GROUP” MMC Dövlət satınalmalarında formal olaraq "açıq tender qalibi" kimi çıxış edən, əslində isə “İSTEAM” MMC-nin (Nihad Hənifəyevin) ölkə daxilindəki tək alıcılarıdır.
Bəs xaricdən alınan məhsulun üzərində qurulan qiymətlər zəncirvari şəkildə necə artırılır?
Qeyd etdiyimiz kimi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pərdələmək üçün “İSTEAM” MMC tenderlərdə birbaşa qalib kimi göstərilmir. Bunun əvəzində, əvvəlki illərdə "JBA GROUP" MMC, sonrakı dövrdə isə "VİVA MEDICAL GROUP" MMC dövlət tenderlərinin "daimi qalibi" edilir. Bu şirkətlər tenderdə təklif etdikləri avadanlıqları ölkə daxilində yalnız N.Hənifəyevin “İSTEAM” MMC-sindən alırlar.
Beləliklə, mallar xaricdən real maya dəyərinə alındıqdan sonra N.Hənifəyevin şirkətində süni şəkildə dəfələrlə baha qiymətə sənədləşdirilir və vasitəçi şirkətlər üzərindən dövlət büdcəsinə satılır. Əgər məhsul xarici istehsalçıdan müəyyən qiymətə alınırsa, daha sonra ölkə daxilində bir və ya bir neçə şirkət arasında hərəkət edir və sonda dövlət büdcəsi hesabına daha yüksək qiymətlə satılırsa, bu zaman hər mərhələnin iqtisadi əsaslandırılması ortaya qoyulmalıdır. Burada söhbət sadəcə şirkətlərin mənfəət əldə etməsindən getmir. Söhbət dövlət büdcəsindən ödənilən milyonlarla manatın hansı qiymət formalaşması mexanizmi ilə son satıcıya çatmasından gedir.
Araşdırmalar göstərir ki, avadanlıqların xarici ölkələrdəki real satış qiyməti ilə dövlətə satılan qiyməti arasındakı böyük fərq var. Şişirdilmiş qiymətlərlə dövlət büdcəsindən şirkətlərə köçürülən milyonlarla manat vəsait “İSTEAM” MMC hesablarına köçürülür, bəs bundan sonra pulların taleyi necə olur?

Əvəzedilməz qohum təchizatçı
Bir bunu deyən yazı "Satınalan Predmeti Qalib Şirkat/ Status Taklifin/ Ehtimal Tarix Açılış Elm Tahsil Nazirliyinin arazi Tikinti Tachizat İdarasi Olunan Qiymat STEAM istiqamati markazlar üçün avadanlıgların alınması GROUP" MMC 563 854,46 AZN Elm va Tahsil Nazirliyinin arazi Tikinti Tachizat İdarasi 20.11.2024 Tadris laboratoriyaları va STEAM avadanlıqlarının alınması GROUP" MMC AZN Elm Tahsil Nazirliyinin arazi Tikinti Tachizat İdarasi Tadris laboratoriyaları va STEAM satın alınması "VIVA MEDICAL GROUP" MMC (VIVA MMC) AZN Elm อ Tahsil Nazirliyinin arazi Tikinti Tachizat İdarasi Tahsil müassisalarinin tadris laboratoriyaları STEAM istiqamatli markazlar üçün avadanlıqların satınalınması Davam edan açıq tender 413 AZN (Ehtimal olunan qiymat) (Takliflarin son tagdimi zarflarin açılışı)" şəkili ola bilər

Nazir öz qaynının şirkətinin bazarda mütləq hegemonluğunu təmin etməklə digər azad sahibkarları STEAM təchizatı bazarından tamamilə sıxışdırıb çıxarır.
Aparılan araşdırmalarda aydın olur ki, nazir E.Əmrullayev və onun sinif yoldaşları, tələbə yoldaşları, əsgər yoldaşları, qohumları bütün irihəcmli dövlət satınalmaları üzrə proseslərə, eləcə də birmənbə hesabına maliyyələşən digər layihələrə faktiki nəzarəti tam ələ keçirib.
STEAM layihəsi isə Azərbaycan təhsilinin texnoloji gələcəyi üçün nəzərdə tutulmuş böyük dövlət layihəsidir. Lakin bu layihəyə ayrılan milyonlarla manatın necə xərclənməsi də ən azı layihənin özü qədər vacib məsələdir.
Nə üçün müxtəlif illərdə tenderlərin qalibləri dəyişsə də, STEAM avadanlıqlarının daxili təchizat zəncirində eyni şirkət meydana çıxır? Nə üçün həmin şirkətin rəhbəri nazirinin yaxın qohumudur? Avadanlıqlar xaricdən hansı qiymətə alınır və dövlətə hansı qiymətə satılır? Dövlət büdcəsindən ayrılan milyonlarla manatın son dayanacağı haradır?
Bütün bu sualalrın cavabı tapılmalıdır.
Samir Feyruzov

Bizimesr.media

Sabunçuda sağlam ağaclar kökündən çıxarılaraq məhv edilib - FOTOFAKT


Sabunçu rayonunda ağacların məhv edilməsi ilə bağlı növbəti narazılıq qeydə alınıb.
Bizimesr.media -nın redaksiyasına təqdim olunan fotofaktlara əsasən, hadisə Sabunçu rayonu, Ülvi Rəcəb küçəsi 64 ünvanında, “Firuzə” Şadlıq Sarayının qarşısında, “Optimal Electronics” mağazasının arxa hissəsində baş verib.

Təqdim edilən fotolardan birində ərazidə sağlam ağacın olduğu görünür. Digər fotoda isə həmin ağacın artıq yerində olmadığı, kökündən çıxarılaraq artıq məhv edildiyi görmək olar. Ağacın yerləşdiyi ərazidə sonradan qanunsuz tikinti işləri aparılıb.
Rayon sakinlərinin sözlərinə görə, Sabunçu rayonunda bu cür hallara tez-tez rast gəlinir. Onlar qanunsuz tikinti iddiaları ilə yanaşı, sağlam ağacların da məhv edilməsindən narahatlıq bildirirlər.
Ərazidə aparılan tikinti işləri ilə bağlı qanun pozuntuları aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Eyni zamanda, tikinti adı altında sağlam ağacların məhv edilməsinə yol vermiş şəxslər də cəzalandfırılmalıdır.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vliyevin ərazidə aparılan işlərə və ağacın məhv edilməsi faktına münasibət bildirməsi vacibdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müvafiq nümayəndəliyinin də məsələni araşdırması və ağacın hansı əsasla kökündən çıxarıldığına aydınlıq gətirməsi yaxşı olardı. Diqqətdə saxlayacağıq.

Bizimesr.media

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq


Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Prezident İlham Əliyev avqustun 13-də Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğulayıb, ölkələrin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd edib.

Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlət başçısı Berlində imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyətini vurğulayıb, bunun münasibətləri keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir.

Dövlət başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğulayıb.

Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd edib. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulanıb.

Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunulub.

"Vitrano MKR"ın 35 minlik vergi borcu var


"Vitrano MKR" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, Səbail rayonu, Həsən Seyidbəyli küçəsində hüquqi ünvana malik olan şirkətin hazırda büdcəyə 35.732,87 AZN borcu mövcuddur.

Cəmi 20 manat nizamnamə kapitalı olan bir şirkətin qanuni təmsilçisi Cəfər Miriyevidir.

Paşinyan Simonyana toy hədiyyəsi kimi vəzifə verir?


Ermənistan Baş naziri Nikol Paşinyan iyunda baş tutan seçkilərdən sonra vəzifədən kənarda qalan parlamentin spikeri Alen Simonyanı yeni posta təyin etmək niyyətindədir.

Bu barədə məlumatı “MakaryanNews” onlayn resursu yayıb.

Bildirilib ki, Paşinyan Simonyan üçün Təhlükəsizlik Şurasının katibi postunu nəzərdə tutub:

“Paşinyan Alen Simonyana əvvəlki statusuna uyğun gələn vəzifə tapıb və tezliklə onu kifayət qədər nüfuzlu posta – Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edəcək”.

Məlumata görə, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.

Qeyd edək ki, hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. O, 8 ildir bu vəzifədədir.

“Qafqazinfo”

Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)


Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı qaynar xəttimizə məlumat daxil olub.

Ərazidə apardığımız çəkiliş zamanı həqiqətən də çoxsaylı ağacların kəsildiyi, bəzi yerlərdə isə meşə örtüyünün seyrəldiyini müşahidə etdik.

Xəzər TV bildirir ki, skinlər deyirlər ki, əvvəllər sıx meşəlik olan ərazidə indi ağacların kəsilməsi nəticəsində mənzərə tamamilə dəyişib.

İddiaya görə, ərazidə meyvə ağacları da olub.

Ərazinin sahibi olan Kamil Güləliyevi də tapdıq.

O, bildirdi ki, adıgedən ərazi onun şəxsi mülkiyyətidir və çıxarışı var. Onun sözlərinə görə, ərazidə meyvə ağacları olub və ev tikmək üçün kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktı nazirliyin regional qurumlarının əməkdaşları tərəfindən aşkar edilib, sözügüdən ərazinin meşə fonduna aid olmayan seyrək ərazi olduğu müəyyənləşdirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Qəçreş kəndi ərazisində ağackəsmə faktı ilə bağlı rayon polis şöbəsində prosessual araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

VİDEO LİNKDƏ: https://aktualinfo.net/2026/08/13/qubanin-q%c9%99cr%c9%99s-k%c9%99ndind%c9%99-mes%c9%99lik-%c9%99razid%c9%99-agaclarin-kutl%c9%99vi-k%c9%99sildiyi-iddia-olunur-video/

Putin Kuril adalarına getdi - Yaponiyadan etiraz


Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib.

Səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub.

Bildirilib ki, bu, Rusiya Federasiyası tarixində prezidentin Kuril adalarına ikinci gəlişidir. Daha əvvəl Dmitri Medvedyev 2010-cu ildə prezident olarkən Kuril adalarına yollanıb.

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya liderinin Cənubi Kuril adaları qrupuna daxil olan İturupa səfəri ilə bağlı bəyanat yayıb.

“Bu gün biz Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri barədə xəbər aldıq. Yaponiya bu səfərlə bağlı qətiyyətli etirazını bildirir”, - bəyanatda deyilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Sovet İttifaqı arasında mübahisəli Cənubi Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalanmayıb. Rusiya 2022-ci ildə Yaponiyanın Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq etməsi ilə əlaqədar olaraq bu məsələ üzrə danışıqları davam etdirməkdən imtina edib. Moskva həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulmasına dair dialoqdan da çıxdığını elan edib. Yaponiya Cənubi Kuril adaları qrupuna daxil olan 4 adanı özünün “şimal əraziləri” adlandırır.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56