Sahib Məmmədov “Azəriqaz” ın yalanını İFŞA etdi – Foto


Hüquq müdafiəçisi Sahib Məmmədov “Azəriqaz” İB-in sayğac dəyişdirilərkən vətəndaşları necə aldatdığını üzə çıxarıb.
Bu barədə Feysbuk səhifəsində yazan S.Məmmədov bildirib ki, sayğacdəyişdirilərkən balansdakı qalığı silirlər:

“Deməli “Azəriqaz” İB sayğacı dəyişir. Əvvəlki sayğacda (smart sayğac deyilirdi) olan qalıq 425 kub təşkil edir. Yeni sayğacda sərfiyyat göstəricisi 291 kub təşkil edir. Belədə 134 kub qalıq olmalıdır. Bu, abonent səhifəsində göstərilirdi yaxın vaxtlara qədər.
“Azəriqaz” İB bunu silib və mənə sms göndərib ki, 400 kub sərfiyyat var və filan tarixə qədər ödəniş etməsəniz qaz təminatı dayandırılacaq.
Mən bu barədə “Azəriqaz” İB-ə məlumat göndərirəm. Səhər mənə nəzəarətçi zəng edir ki, günah mənimdi. Beləliklə günahkar oldu yazıq fəhlə.
İndi sual budur. Nəzarətçi sistemdən qalığı silə bilərmi? Əlbəttə yox. Hazırda on minlərlə abonent bu vəziyyətdədir. Son 3-4 ayda mənimlə bağlı eyni ikinci haldır.
Şikayət etməyə yer yoxdur. Nəzərət orqanı yoxdur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi deyilən bir qurum var. Ora şikayət yazırsan onlar da şikayət verdiyin orqandan aldıqları cavabı öz blanklarına qoyub göndərirlər şikatət verənə.
İndi sayğacın şəkilini qoyuram. Bunlar öz sayğaclarına belə hörmət qoymurlar. Baxmayaraq ki, bu sayğaclar elə hazırlanıb ki, ən azı 1 kub sərfiyyata 1,5 kub yazır”.
S. Məmmədov bildirib ki, bu gün məhkəmələrdə mülki işlərin əksəriyyəti “Azəriqaz”la bağlıdır:
“Bu günlərdə Abşeron rayon məhkəməsidə idim. Mülki işlərin əksəriyyəti istehlakçıların Azəriqaz İB-yə iddası ilə bağlıdır. Minlərlə insana ya cərimə yazıblar, ya külli miqdarda artıq pul hesablayıblar”.(Tribuna.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

Tanınmış aparıcının həyat yoldaşına 2,4 milyonluq sifariş (FOTO)


Səhiyyənin Təminatı Mərkəzi "Azərtibbtəchizat” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət qurumun psixotrop ve narkoz dərman vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 495 956,19 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azərtibbtəchizat” MMC 8 fevralı 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanə Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzabəyov İbrahim İdris oğludur.

Açıq mənbələrdə "Azərtibbtəchizat” MMC haqqında heç bir məlumata rast gəlinir.

İbrahim Rzabəyova gəlincə, mediada gedən məlumatlardan aydın olur ki, o, keçmiş məmur İdris Rzabəyovun oğludur. İdris Rzabəyov 2002-2011-ci illərdə yeni yaranan Yanacaq-Energetika Nazirliyində) aparat rəhbəri vəzifəsinin icraçısı, yanacaq-energetika əməliyyatları baş idarəsinin rəisi, neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.

Yaşına görə Dövlət qulluğuna xitam verildikdən sonra isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ictimai əsaslarla baş məsləhətçi-eksperti kimi fəaliyyət göstərib.

Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilər siyahısında İdris Rzabəyovun qeydiyyatda olduğu ünvanda İbrahim Rzabəyov da qeydiyyatdadır. Bu ünvanda qeydiyyatda olan şəxslərdən biri də Rzabəyova Natella Həmid qızıdır. O, İbrahim Rzabəyovun anasıdır.

Yeri gəlmişkən, tanınmış aparıcı Kamilə Babayeva ilə evli olan İbrahim Rzabəyovun övladının adı da Natelladır.

Bu faktlar mediada gedən məlumatların doğru olması barədə qənaəti daha da möhkəmlənidir.

Qaynarinfo

6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?


Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə səhiyyədə yeni bir dövrün başladığı vəd edilsə də, reallıq minlərlə həkimin haqqının mənimsənilməsi və sistemli şəkildə istismar olunması ilə nəticələnib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin bu qədər ciddi və kütləvi narazılıqlar qarşısında nümayiş etdirdiyi mütləq sükut, əslində idarəetmənin iflic olduğunun və həkim əməyinə verilən “dəyərin” acınacaqlı göstəricisidir.

Necə ola bilər ki, qanunvericiliklə 20 gün ərzində ödənilməli olan bonuslar 6-7 ay keçməsinə baxmayaraq hələ də ünvanına çatmır? Bu, sadəcə bürokratik ləngimə deyil, bu, birbaşa həkimin çörəyinə və alın tərinə edilən təcavüzdür. Agentliyin rəhbərliyi hansı məntiqlə sentyabr ayında onlarla ağır əməliyyat keçirmiş cərrahın, gecə-gündüz növbədə duran terapevtin qazandığı vəsaiti fevral ayına qədər “dondurulmuş” vəziyyətdə saxlayır?

Bu müddət ərzində inflyasiyanın həkimin cibindən apardığı pullar, mənəvi sarsıntı və işə olan həvəsin ölməsi Agentlik rəhbərliyini zərrə qədər də narahat etmirmi? Stullarında əyləşib statistik rəqəmlərlə hesabat verənlər anlamalıdırlar ki, həkimləri bu cür “incitmək” dövlət səhiyyəsinin fundamentini sarsıdır. Belə bir özbaşınalıq fonunda hansı keyfiyyətli xidmətdən, hansı islahatdan danışmaq olar? Həkimləri qəsdən çıxılmaz vəziyyətə salmaq, onları özəl klinikalara və ya xaricə mühacirət etməyə vadar etmək dövlət maraqlarına xəyanətdir. Professional kadrların ölkədən qaçmasına səbəb olan bu idarəetmə tərzi, əslində xəstəxanaları peşəkarlardan təmizləyib “boş binalara” çevirmək siyasətidir.

Məsələnin ən rəzil tərəfi isə ödənişlərin gecikdirilməsi nəticəsində həkimlərin qarşılaşdığı maliyyə tələsidir. Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirib ki, əmək münasibətlərində işçiyə məxsus ödənişlərin vaxtında verilməsi qanunvericiliklə birbaşa tənzimlənir.

Onun sözlərinə görə, Əmək Məcəlləsinə əsasən işçinin əmək fəaliyyəti nəticəsində qazandığı bütün ödənişlər – əməkhaqqı, mükafat və ya stimullaşdırıcı bonuslar – müəyyən edilmiş müddətdə ödənilməlidir:

“Əgər bu ödənişlər daxili normativ aktlarla və ya müqavilə şərtləri ilə nəzərdə tutulubsa, onların aylarla gecikdirilməsi hüquqi baxımdan mübahisəli vəziyyət yarada bilər. Əmək qanunvericiliyinə görə işçinin əməyinə görə əldə etdiyi vəsaitin vaxtında ödənilməsi işəgötürənin birbaşa öhdəliyidir. Əgər hər hansı əlavə ödəniş və ya bonus sistemi mövcuddursa və bu ödənişlərin verilmə müddəti müəyyən olunubsa, həmin müddətlərin pozulması əmək hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Belə hallarda işçilər müvafiq qaydada məhkəməyə və ya nəzarət orqanlarına müraciət edərək hüquqlarının bərpasını tələb edə bilərlər”.

Hüquqşünas qeyd edir ki, dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək münasibətləri də ümumi əmək qanunvericiliyinə tabedir və ödəniş mexanizmlərinin şəffaf və vaxtında həyata keçirilməsi hüquqi baxımdan vacib şərtlərdən biridir:

“Əks halda, uzunmüddətli gecikmələr həm hüquqi mübahisələrə, həm də səhiyyə sistemində çalışan mütəxəssislərin sosial vəziyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən, yaranmış vəziyyətin səbəblərinin izah olunması və ödəniş mexanizmlərinin aydınlaşdırılması həkimlər arasında yaranan narazılıqların aradan qaldırılması baxımından mühüm hesab olunur”. /Nocomment/

Saleh Məmmədovdan qalma komandaya DAHA BİR İTTİHAM... - SƏN DEMƏ...


Azərbaycan Avtomobil Yolları sistemində uzun illər müxtəlif vəzifələrdə çalışmış Məhəmməd Musayev barəsində yeni araşdırmalar aparıldığı bildirilir...

Nocomment.az portalına məlumat verən mənbə iddiasına görəi, Musayev uzun müddət qurumda yüksək vəzifələrə keçmiş rəhbər Saleh Məmmədov ilə qohumluq əlaqələrinə görə təyinatlar alıb və rəhbərlik etdiyi idarələrdə ciddi maliyyə pozuntularına yol verilməsi ehtimalları araşdırılır.

Məlumatda qeyd olunur ki, Musayev 2016-cı ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sisteminin bir neçə strukturunda rəhbər vəzifələrdə çalışıb. Həmin müddətdə onun fəaliyyətinə dair müxtəlif şikayətlər daxil olduğu, işçilərlə münasibətdə kobud davranış, idarəetmədə qohumbazlıq və sui-istifadə hallarının olduğu iddia edilir.

6 milyon manatlıq ehtiyat hissələri qalmaqalı

Mənbələrin bildirdiyinə görə, Musayevin rəhbərlik etdiyi 18 saylı Yol İdarəsində aparılan maliyyə yoxlamaları zamanı Çexiyadan Tatra yük avtomobilləri üçün ehtiyat hissələrinin alınması məqsədilə təqribən 6 milyon manatlıq müqavilə bağlanmasına baxmayaraq, detalların faktiki olaraq gətirilmədiyi aşkara çıxıb.

İddia olunur ki, yaranan vəziyyətdən sonra Musayevin vəzifədən uzaqlaşdırılması barədə qərar verilib, lakin o, işdən çıxarılmaq əvəzinə 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə keçirilib.

Hazırda aparılan əlavə yoxlamaların nəticələrinin gözlənildiyi və araşdırmaların davam etdiyi bildirilir.

7 saylı idarədə yeni iddialar

Mənbənin bildirdiyinə görə, hazırda Məhəmməd Musayevin fəaliyyəti ilə bağlı araşdırmalar davam edir və vəziyyətinin gərgin olduğu qeyd olunur. İddia olunur ki, Musayevin rəhbərlik etdiyi 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsində son üç ildə müxtəlif maliyyə və idarəçilik pozuntuları baş verib.

Məlumatlarda bildirilir ki, eskalatorlar üçün nəzərdə tutulan, lakin alınmayan detallar, keçid və tunellərin işıqlandırılmasına ayrılan vəsait, eləcə də generatorlar üçün ayrılan dizel yanacağı təyinatı üzrə istifadə edilməyib. Bu proseslərdə Musayevin yaxın adamı – Nazir Nehmətovun əsas rol oynadığı, idarəyə ayrılan benzinin isə Sənan Quliyev vasitəsilə qanunsuz satıldığı iddia edilir. Nehmətovun qardaşı Elmarın da idarədə işlədiyi bildirilir.

Mənbələr əlavə edir ki, Musayev idarədə özünü “toxunulmaz” kimi aparır və işçilərlə kobud davranır.

Həmçinin hər ay müxtəlif obyektlərə qanunsuz elektrik verilməsi ilə əlavə gəlir əldə edildiyi, ümumi mənimsəmənin milyonlarla manatı əhatə etdiyi irəli sürülür.

“Keçidlərə qanunsuz elektrik verilməsi” – siyahı açıqlanıb

İddialara görə, rəhbərliyin göstərişi ilə bir sıra yeraltı və yerüstü piyada keçidlərindən müxtəlif obyektlərə qanunsuz elektrik enerjisi verilib. Siyahıya aşağıdakı keçidlər daxildir:

Beşmərtəbə yeraltı keçid – 37 mağaza

Milli Bank yeraltı keçid – 12 mağaza

Nizami yeraltı keçid – 1 mağaza

Targovu yeraltı keçid – 1 mağaza

Ağ şəhər – 1 köşk

Luna Park – 1 köşk

Ağa Nəmetulla – 1 mağaza

Heydər Əliyev ASAN Xidmət yaxınlığı – 1 köşk

Babək–Azneft – 1 köşk

“Monte Karlo” yeraltı keçidi – 1 köşk

Olimp – 3 mağaza

Azadlıq 189 – 1 mağaza

Z. Bünyadov 11 – 1 mağaza

Aviasiya keçidi – 1 köşk

Rəsulzadə, Araz market yanı – 1 mağaza

Atatürk 47 – 1 köşk

Sabunçu – 2 köşk

Salyan avtovağzal – 1 köşk

Mənbə qeyd edir ki, 7 saylı idarədə çalışan bəzi şəxslər Musayev və Nehmətovun fəaliyyətinə toxunulmayacağını iddia etsələr də, hazırda vəziyyətin dəyişə biləcəyi və yeni AAYDA rəhbəri Vüsal Nəsirlinin məsələyə münasibət bildirəcəyi gözlənilir.

Məsələ ilə bağlı rəsmi quruma sorğu göndərilsə də, hələ ki cavab verilməyib.

Nocomment.az

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərəra əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.

ATU-də İddialar: Rektor Yaşar Ömərov Haqqında Şok Faktlar Nazir təyinatı ilə bağlı iddialar və xəyanət ittihamı


ATU-də İddialar: Rektor Yaşar Ömərov Haqqında Şok Faktlar Nazir təyinatı ilə bağlı iddialar və xəyanət ittihamı
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun son vaxtlar yaxın çevrəsində səsləndirdiyi iddialar təhsil camiəsində ciddi rezonans doğurub.

Müstəqil.Az-a daxil olan məlumatda bildirilir ki, rektor Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın yaxın gələcəkdə “birinci posta” – Elm və Təhsil Naziri vəzifəsinə gətiriləcəyini iddia edir. Bir xanımın nazir vəzifəsini icra etməsi dövlət idarəçiliyində müsbət addım hesab olunsa da, Yaşar Ömərovun hazırkı nazir Emin Əmrullayevin yaxın dostu hesab olunduğu halda bu cür proqnozlar verməsi mənəvi baxımdan “xəyanət” kimi qiymətləndirilir. Daha da rüsvayçı məqam ondan ibarətdir ki, rektorun həmin xanımın gələcək dəstəyini qazanmaq üçün hər ay ona 5 min manat məbləğində qeyri-rəsmi ödəniş (şapka) göndərdiyi deyilir.

Məhkəmə prosesləri və ağır cinayət ittihamları
Yaşar Ömərovun rəhbərliyi dövrü təkcə siyasi iddialarla deyil, həm də ağır hüquqi pozuntularla yadda qalmaqdadır. Gəncə Şəhər Prokurorluğunda aparılan araşdırmalar nəticəsində onun barəsində 2 milyon manata yaxın vəsaitin mənimsənilməsi, dövlət əmlakının leqallaşdırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi təsdiqlənib. Hazırda bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, rektorun hələ də real cəzadan yayınması və vəzifə başında qalması ictimaiyyətdə ciddi suallar doğurur.

Etik normaların pozulması və köməkçilərin “fəaliyyəti”
Rektorun adı təkcə korrupsiya yox, həm də etik qalmaqallarda hallanır. Məlumata görə, Yaşar Ömərovun Universitetin Xarici dillər fakültəsinin müəllimlərindən biri ilə yaşadığı qeyri-etik münasibətləri əks etdirən fotolar mövcuddur ki, bu da bir təhsil müəssisəsi rəhbəri üçün qəbulolunmazdır. Onun bu işlərində “sağ əli” hesab olunan köməkçisi Qədir və prorektor Şahmar Həsənovun da fəaliyyəti diqqət çəkir. Xüsusilə Şahmar Həsənovun Samux rayonunda vətəndaşları işə düzəltmək adı ilə 45 min manatdan çox vəsaiti mənimsədiyi və barəsində dələduzluq maddəsi ilə iş açıldığı bildirilir.

Universitet daxilindəki “qara mühasibatlıq”
Azərbaycan Texnologiya Universiteti hazırda elm ocağından çox, bir gəlir mənbəyinə çevrilib. İddia olunur ki, Universitetin Həmkarlar İttifaqının sədri Xudayar Məmmədov hər ay müəllimlərin maaşlarından tutulan təxminən 9 min manat vəsaiti rektora təslim edir. Eyni zamanda, Tələbə Həmkarlar İttifaqının sədri Firdovsi Bağırovun vasitəçiliyi ilə tələbələrin təqaüdlərindən kəsilən vəsaitlərin də prorektor Şahmar Həsənov üzərindən Yaşar Ömərova çatdırıldığı vurğulanır.

Yeni mənimsəmə metodları: “Humanistlik” pərdəsi
Rektorun vəsaitləri mənimsəmək üçün tətbiq etdiyi ən yeni metodlardan biri də “imkansız tələbələrə yardım” adı altında qurulan sxemdir. Guya 50-yə yaxın tələbəyə hər gün pulsuz günorta yeməyi verilir və bu vəsait Həmkarlar İttifaqı tərəfindən ödənilir. Lakin əslində bu, dövlət və tələbə vəsaitlərinin “humanistlik” pərdəsi altında silinməsi üçün düşünülmüş bir yoldur. Korrupsiya bataqlığına saplanmış bu rəhbərliyin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən ən qısa zamanda dərindən araşdırılmalı və qanun qarşısında cavab vermələri təmin edilməlidir.
Ardı var…
Müstəqil.Az

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbçiləri təltif edilib

Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

"Vətən uğrunda" medalı ilə

Hüseynov Ramil Arif oğlu – mayor

"Hərbi xidmətlərə görə" medalı ilə

Mövlayev Samir Yaqub oğlu – mayor

Abbasov Elsevər Məhəmməd oğlu – kapitan

Eldarov Zaur Səvzixan oğlu – kapitan

Hüseynov Elçin Allahverdi oğlu – kapitan

Fərzəliyev İlkin Mirzə oğlu – leytenant

Vahabzadə Şahin İdayət oğlu – leytenant

Adamov Xəyal Fikrət oğlu – baş çavuş

Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş

Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.

Tikinti terroru: “Bizim MTK” sakinləri gecə yatmağa qoymur… -FOTO


Paytaxtın mərkəzində "tikinti işgəncəsi" pik həddə çatıb. Özünü qanunlardan üstün hesab edən "Bizim MTK" adlı tikinti şirkəti sakinlərə qarşı mənəvi və fiziki terror tətbiq edir.

3 ilə yaxındır ki, eyni mənzərə, eyni şikayətlər, lakin dəyişməyən biganəlik! Sözügedən şirkət nəinki sakinlərin gündəlik rahatlığını pozur, hətta insanların ən təməl haqqı olan istirahət hüququnu əlindən alır.

“Bizim MTK” Yasamal rayonu Həzən bəy Zərdabi 69 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının bir addımlığında ağır texnika işlədir. Dünən gecə saat 23:00 -02:00 aralığında davam edən səs- küy, buldozerin səsi sanki sakinlərin yuxusuna qənim kəsilmişdi. Gecənin yarısı başlayan söküntü işləri hələ də davam edir.

Yüksək səs-küydən diksinərək oyanan azyaşlı övladlarımın psixologiyası pozulub. Tez- tez səsə oyanır, qorxduqlarını dilə gətirirlər.

Hələ binada yaşayan təzyiqi olan, yataq xəstəsi olan yaşlı insanları demirəm. Vəziyyət kritik həddə çatıb.

Gecələr buldozerin səs-küyündən evlərin divarları titrəyir. Gündüzlər uşaqlar binanın həyətinə çıxa bilmir, insanlar öz evlərində dustaq həyatı yaşayırlar.

Dəfələrlə şirkətin məsul şəxslərinə etirazımızı bildirib, narazılıq etsək də, vəziyyət dəyişmir. "BİZİM MTK" nə tikintisini yekunlaşdırır, nə də ərazidən əl çəkir. İllərdir toz-torpaq, səs- küy və daimi gərginlik içərisindəyik.

Maraqlıdır ki, yaşayış binasının bir addımlığında gecə saatlarında ağır texnikanın işləməsinə necə icazə verilir? Qanunvericiliyə görə, yaşayış ərazilərində gecə saatlarında səs-küylü tikinti işlərinin aparılması məhdudlaşdırılır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşayış binalarının yaxınlığında axşam saat 23:00-dan səhər 08:00-a qədər sakinlərin dincliyini pozmaq, yüksək səslə müşayiət olunan işlər görmək qadağandır. Görünən odur ki, bəzi tikinti şirkətləri sakinlərin rahatlığını və qanunun tələblərini nəzərə almaq niyyətində deyil. "BİZİM MTK" üçün qanun deyil, qazanc və qrafik daha önəmlidir.


Bina sakinləri olaraq aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırır, gecə saatlarında tikinti və söküntü işlərinin dayandırılmasını, həmçinin uzun illərdir davam edən tikinti prosesinin nəhayət başa çatdırılmasını tələb edirik.

Şəhərin mərkəzində insanların rahat yaşamaq hüququ tikinti şirkətlərinin maraqlarından üstün tutulmalıdır. Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə səslənirik: bu özbaşınalığa kim son qoyacaq?

"BİZİM MTK"-nın özbaşınalığı bununla da bitmir. Şirkət sakinlərin nəinki yuxusuna, həm də nəfəs aldığı yaşıl sahələrə qənim kəsilib. Binanın ön və arxa həyətindəki həmişəyaşıl və meyvə ağacları gizli şəkildə kəsilib.

​Ağacların yerində yalnız kötüklər qalmışdı.

Dünənki söküntüdə isə ağaclardan geriyə qalan kötüklərin yeri də itirilib.

"BİZİM MTK" tikinti meydançasını genişləndirmək üçün təbiət qatilliynə əl ataraq, sakinlərin ekoloji hüquqlarını da ayaq altına alıb. Bu, sadəcə tikinti deyil, bu, bir ərazinin həm insanına, həm də təbiətinə qarşı aparılan "terror" siyasətidir.

Sakinlər olaraq bu vəhşiliyə biganə qalmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etdik. Nazirliyin əməkdaşları gəlib, əraziyə baxış keçirdilər, kötükləri sayıb, şəkillərini çəkdilər.Və bitdi!

Hələlik onlardan da bir cavab çıxmayıb!

Sakinlərin isə səbri artıq tükənib. İnsanların sağlamlığını və əsəblərini korlayan bu "gecə terroru” dərhal dayandırılmalı, şirkət barəsində ciddi hüquqi tədbirlər görülməlidir!(Teref)









Nədən kadrlar şöbəsinin "islahatları" sıravi neftçiyə çatmır? - ETİRAZ VAR!


"Son illərdə qeyri-neft sektorundan SOCAR-a kadrlar üzrə vitse-prezident təyinatı o qədər parıltılı təqdim edildi ki, kənardan baxan elə bildi neftçinin həyatında yeni bir dövr başlayır..." "Dia-az" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində SOCAR işçisi Rac Kərimov qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Lakin bir həqiqət var ki, mobil operatorun rəqəmsal dünyası ilə ağır sənayenin o sərt istehsalat sahəsi arasında yerlə-göy qədər fərq var. Kondisionerli ofislərdə texnoloji terminlərlə "strateji hədəflər" müəyyən etmək başqadır, dənizin ortasında, o amansız səs-küyün, aqressiv emosional mühitin və ağır fiziki yükün altında çalışan insanın ruhunu anlamaq tam başqa. Əslində, dənizdə neft sənayesi bir növ ön cəbhə kimidir. Hər bir neftçi bir əsgər tək soyuğun, yağışın, tufanın altında təbiətin sərt üzü ilə tək-tək vuruşur, hər gün bu ölkənin iqtisadi müstəqilliyi üçün bir döyüş verir. Amma acı həqiqət budur ki, cəbhədə vuruşan bu "əsgərlərə" göstərilməli olan qayğı hələ də kağız üzərindəki quru rəqəmlərdən o yana keçə bilməyib.
Televiziya ekranlarında neftçi peşəsinin nə qədər "romantik" və "maraqlı" olması haqqında gözəl çıxışlar edilir, mahnılar bəstələnir, romantik obrazlar yaradılır. Amma o işıqlı studiyalardan kənarda, platformalarda və qazma sahələrində tam fərqli, çox daha sərt bir mənzərə var. Orada insanlar emosional tükənmişliklə və bəzən ən adi insani qayğıların çatışmazlığı ilə mübarizə aparırlar. Maraqlıdır, Ziba xanım (SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva nəzərdə tutulur -dia-az) bu vaxta qədər o ağır şəraitdə, bir əsgər fədakarlığı ilə çalışan neftçi üçün realda, hiss olunan hansı addımı atıb? SOCAR səviyyəsində keçirilən o dəbdəbəli, parıltılı tədbirlərin hansı birinə həqiqi bir dəniz neftçisi dəvət olunub, onun dərdi, onun gələcək qayğıları ilə səmimi şəkildə maraqlanılıb?
Yuxarıda oturanlar üçün kadr siyasəti bəlkə də sadəcə rəqəmlərdən və hesabatlardan ibarətdir, amma sahədə küləyə qarşı sinə gərənlər üçün bu, bir ədalət və ləyaqət məsələsidir. İnsan resursları idarəçiliyi yalnız "LinkedIn", "Facebook" profillərində ingilis dilli terminlərlə bəzədilmiş təqdimatlar hazırlamaq deyil. Əsl rəhbərlik o ağır şəraitdə çalışan işçinin karyera yüksəlişinə mane olan bürokratik sədləri dağıtmaq, ona layiq olduğu dəyəri ofis divarlarından kənarda da hiss etdirməkdir. Təəssüf ki, hələ də o fədakarlığı görən, dənizçinin və neftçinin səsinə səs verən bir rəhbər səmimiyyəti yoxdur. Ancaq əmi, dayı, bibi, xala hesabına nəyəsə nail olmaq olar. Görünən odur ki, neftçi peşəsi hələ də mahnılarda "qəhrəmanlıq", reallıqda isə sadəcə ağır bir yük olaraq qalır. Kadrlar şöbəsinin "islahatları" isə dənizin sahilinə belə çata bilmir, çünki ofisdən dəniz çox uzaq, dalğaların səsi isə rəsmi pafoslu çıxışların parıltısından daha sərtdir...(Dia-az)

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27