Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir:

Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilmişdir.

“Azərbaycanfilm” kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapmışdır. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır.

Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanmışdır.

Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirmişdir.

Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!


İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Fəxrəddin Manafov

Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması


Sosial şəbəkələrdə yayılan və ictimai müzakirələrə səbəb olan görüntülərdə konkret məktəblərin adlarının açıq şəkildə hallanması artıq məsələni fərziyyə yox, ciddi araşdırma mövzusuna çevirir. Fotoda qeyd olunan həmin məktəblər ətrafında formalaşan mənzərə göstərir ki, problem tək-tək hallar deyil – bu, sistemli yanaşmanın nəticəsidir.


Adı çəkilən məktəblərdə uzun illərdir dəyişməyən rəhbərlik, yaş həddinə baxmayaraq vəzifədə saxlanılan direktorlar və bu proseslərin izahsız qalması artıq açıq narazılıq doğurur. Bu fonda dövlət səviyyəsində aparılan gəncləşdirmə siyasəti ilə real vəziyyət arasında ziddiyyət daha da qabarıq görünür. İlham Əliyev tərəfindən irəli sürülən yenilənmə kursunun bölgələrdə formal xarakter alması isə ciddi suallar yaradır.


Məsələnin daha problemli tərəfi isə bu proseslərin regional təhsil idarəsinin nəzarəti altında baş verməsi və buna baxmayaraq heç bir aydın izahın verilməməsidir. Adı hallanan məktəblərlə bağlı qərarların eyni mərkəzdən verilməsi, oxşar yanaşmaların tətbiqi və nəticədə eyni şəxslərin vəzifədə saxlanılması artıq regional idarənin bu məsələdə sadəcə müşahidəçi yox, maraqlı tərəf kimi çıxış etdiyini göstərir.
Bu idarəetmə modeli təhsildə balansı pozur. Şəffaf mexanizmlər olmadığı üçün:
hansı meyarlarla müddətlərin uzadıldığı bilinmir,
hansı əsasla müəyyən şəxslərin seçildiyi açıqlanmır,
alternativ kadrların niyə kənarda qaldığı izah edilmir.


Digər tərəfdən, həmin məktəblərin “uğurları” da ciddi şübhə doğurur. Fotoda adı keçən təhsil ocaqlarının yüksək nəticələri önə çəkilsə də, bu nailiyyətlərin əsl mənbəyi çox vaxt gizlədilir. Reallıqda isə:
şagirdlərin repetitor hazırlığı ilə əldə etdiyi nəticələr məktəbin adına yazılır,
müəllimlərin fərdi əməyi rəhbərliyin uğuru kimi təqdim olunur,
statistik göstəricilər real tədris keyfiyyətini əks etdirmir.
Beləliklə, süni şəkildə formalaşdırılmış “uğur imici” həm ictimaiyyəti, həm də təhsil sistemini aldadan bir mexanizmə çevrilir.
Ən təhlükəli məqam isə budur: bu proseslərə nəzarət etməli olan regional idarə eyni zamanda bu nəticələrin təqdimatında maraqlı görünür. Bu isə idarəetmədə obyektivliyin itməsi, daxili maraqların ön plana keçməsi deməkdir.


Nəticədə ortaya belə bir mənzərə çıxır:


adları konkret şəkildə hallanan məktəblər, dəyişməyən rəhbərlik, izahsız qərarlar və süni şişirdilmiş uğurlar.
Bu artıq sadəcə təhsil problemi deyil. Bu, idarəetmə böhranıdır.


Şəffaflıq təmin olunmadıqca, qərarlar açıq əsaslandırılmadıqca və real nəticələr gizlədildikcə, təhsil sistemində etimadı bərpa etmək mümkün olmayacaq. Əks halda, bu gün sosial şəbəkələrdə səslənən tənqidlər sabah daha geniş ictimai narazılığa çevriləcək.


Bntv.az

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir


İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan vida mərasimində sənətkarın ailə üzvləri, sənət dostları və sevənləri iştirak edir.

O, I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonuna qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyən Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...


Əzilən tələbələri müdafiə etdiyinə görə təqib olunduğunu deyən müəllim Aysel Quliyeva yenidən NDU rəhbərliyinin hədəfinə düşüb. Universitetin vəzifəlisi Abbas Əhmədov ləyaqətini alçatmaqda ittiham etdiyi keçmiş müəllimi yenidən məhkəməyə verib.
Onun şikayət ərizəsi bundan əvvəlki məhkəmə çəkişməsində iki dəfə uduzduğu ittiham mətninin eynisidir. Bu dəfə fərq isə müəllimin cəzalandırılması ilə yanaşı, mənəvi zərərə görə ondan 20 min manat təzminat tələb etməsidir.
Aysel Quliyeva “Gündəlik Naxçıvan”a bildirib ki, bu iddia ondan qisas almaq məqsədi daşıyır:
“Naxçıvan Dövlət Universitetində qarşılaşdığım vəziyyət elm deyil, şəxsi ambisiyalar və hüquqsuzluq idi. Bir il ərzində məni işdən uzaqlaşdıran, maaşsız qoyan rəhbərlik indi də mənə qarşı 20 min manatlıq mənəvi təzminat iddiası qaldırıb. Bu, ədalət axtarışı yox, susdurma cəhdidir.
10 aydır gəlirsiz və borc içində olan birindən bu məbləğin tələb olunması absurddur. Mənim nə evim, nə maşınım var – tək sərvətim biliyimdir. Bu məsələ əslində mənə yox, gənc kadrlara qarşı münasibətə aiddir.
Bir ildən çoxdur məni məhkəmələrlə yormaq, maddi və mənəvi cəhətdən sarsıtmaq istəyirlər. Amma haqqımı sona qədər müdafiə edəcəyəm.”
Ötən ilin sentyabrında “Gündəlik Naxçıvan” NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yayıb. Müraciətdə dekan müavini Abbas Əhmədovun tələbələri döydüyü və təhqir etdiyi iddia olunurdu. Tələbələr bildirirdilər ki, universitet rəhbərliyi onu cəzalandırmaq əvəzinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxarıb.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək məhkəməyə müraciət etmişdi. Şikayət olunan şəxs – Aysel Quliyevanın isə həmin müraciətin yayılması ilə heç bir əlaqəsi olmayıb. Buna baxmayaraq, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva şikayəti icraata götürmüşdü. Məsələ ictimailəşdikdən sonra bu addım ciddi ictimai qınağa səbəb olmuş, hakim isə ilk iclasda işə baxmaqdan imtina etmişdi.
Daha sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova verilmişdi. O isə şikayəti əsassız hesab edərək işə xitam vermişdi.

Gündəlik Naxçıvan

“İlyasın Kafesi” ilə bağlı şikayətlər bitmir – “Menyu yoxdur”


Son dövrlərdə sosial şəbəkələrdə və mediada Nəsimi rayonu Alı Mustafayev küçəsində yerləşən “İlyasın Kafesi” ilə bağlı narazılıqların sayı artmaqdadır. Müxtəlif platformalarda paylaşılan rəylərdən və şikayətlərdən belə görünür ki, sözügedən ictimai iaşə obyektində müştəri hüquqları ilə bağlı ciddi problemlər mövcuddur.Şikayətlərin əsas məğzini isə qiymət siyasətində şəffaflığın olmaması təşkil edir. Belə ki, iddialara görə, kafe rəhbərliyi sosial şəbəkələrdə və müxtəlif reklam vasitələri ilə müştəriləri cəlb etməyə çalışsa da, obyekt daxilində menyunun olmaması ciddi suallar doğurur. Müştərilər bildirirlər ki, təqdim olunan yemək və içkilərin qiymətləri əvvəlcədən açıqlanmır və bu da sonradan xoşagəlməz sürprizlərlə nəticələnir.Ən çox səsləndirilən narazılıqlardan biri də məhz hesab təqdim edilən zaman yaranır. İddialara görə, müştərilər əvvəlcədən qiymət barədə məlumat almadıqları üçün sifariş verdikdən sonra yüksək məbləğlərlə qarşılaşırlar. Bu isə bir çox hallarda narazılıq və mübahisələrə səbəb olur. Bəzi vətəndaşlar bunu açıq şəkildə “aldadılma” kimi qiymətləndirir.Məsələ ilə bağlı hüquqi tərəfə diqqət yetirdikdə isə aydın olur ki, Azərbaycan qanunvericiliyinə əsasən ictimai iaşə obyektlərində xidmət göstərən sahibkarlar müştərilərə təqdim etdikləri məhsul və xidmətlərin qiymətləri barədə əvvəlcədən aydın və əlçatan məlumat verməlidirlər. Menyunun olmaması və ya qiymətlərin gizli saxlanılması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.Ekspertlər bildirirlər ki, bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etməli, eyni zamanda ödədikləri məbləğlə bağlı qəbz və sübutları saxlamalıdırlar. Bu, sonradan hüquqlarının müdafiəsi üçün mühüm rol oynaya bilər.Hazırda “İlyasın Kafesi” ilə bağlı səsləndirilən iddialara rəsmi qurumların münasibəti məlum deyil. Mövzu ilə bağlı kafe rəhbərliyinin mövqeyini öyrənmək də vacibdir. Qarşı tərəfin açıqlaması vəziyyətə daha aydınlıq gətirə bilər.Məsələ ictimai maraq doğurduğundan, ümid edilir ki, aidiyyəti qurumlar tərəfindən araşdırma aparılacaq və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq addımlar atılacaq.

Aztimes.az



Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -FOTOLAR


Kosmetoloji iş ambulator tibbi xidmət sayılır və mütləq lisenziya tələb edir. Bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiqlənmiş siyahıda ayrıca qeyd olunub.
İnyeksion prosedurlar, lazer epilyasiya, mezoterapiya, pilinq, plazmoliftinq və digər örtük toxumalarına müdaxilə edən üsullar tibbi kosmetologiyaya daxildir və yalnız ali tibbi təhsilli, sertifikatlı həkim-dermatoveneroloqlar tərəfindən icra oluna bilər.
Özəl tibb fəaliyyəti üçün lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir, Analitik Ekspertiza Mərkəzi ilə birğə Səhiyyə Nazirliyinin rəyi alınır. Lisenziya konkret ünvan və hüquqi şəxs üçün qüvvədə olur.
Diqqət etdinizmi, Lisenziya konkret ünvan və hüquqi şəxs üçün qüvvədə olur. Bu faktor bizə aşağıda yarana biləcək sualların hamsının cavabını verir. Belə ki, Analitik Ekspertiza Mərkəzi həmin tibbi mərkəzlkərdə hansı fəaliyyətlərin həyata keçiriləcəyini və hansı prosedurların icra olunacağını nəzarətdə saxlamalıdır. Bunun üçün ünvan və yer bəllidir…
v Saxlanılırmı? birmənalı olaraq, xeyir.
Əsas məsuliyyət Analitik Ekspertiza Mərkəzinin üzərinə düşür. Lakin ölkədə fəaliyyət göstərən bir çox kosmetoloji mərkəzlərdə özünü həkim kimi təqdim edən şəxslər inyeksion prosedurlar, dodaq dolğusu və müxtəlif tibbi müdaxilələr həyata keçirirlər. Bu fəaliyyətlər onların sosial şəbəkə hesablarında açıq şəkildə görünür.
Bu şəxslər açıq şəkildə həkim fəaliyyəti ilə məşğul olurlar. Həkimdirlərmi? Bilinmir.
Bunu kim müəyyən etməlidir? Analitik Ekspertiza Mərkəzi. Edirmi? Xeyir.
Sorğulara verilən cavab isə belə olur – “ad-soyadı düzgün göstərin”. Halbuki sorğuda Mərkəzin adı və ünvanı göstərilir, şəxs isə öz Instagram hesabında adını, soyadını, əlaqə nömrəsini açıq şəkildə yazır və otağının qarşısında “Həkim-Kosmetoloq” qeyd olunur. Və ən əsası Analitik Ekspertiza Mərkəzi bu mərkəzlərin ünvanlarını gözəl bilməlidir və bilir də. Buna baxmayaraq, Analitik Ekspertiza Mərkəzi “dəqiq ad-soyad” tələb edir. Bu yanaşma qurumun fəaliyyətini sual altına qoyur.

Konkret fakt kimi “Elnarə Canlı Beauty Center” kosmetoloji mərkəzini göstərmək olar.
Uzun müddətdir mediada və sosial şəbəkələrdə bu mərkəzin fəaliyyəti gündəmdədir. Əgər bu mərkəz fəaliyyət göstərirsə, deməli lisenziya alıb və Analitik Ekspertiza Mərkəzində qiymətləndirilib. Bu isə o deməkdir ki, həm İqtisadiyyat Nazirliyi, həm də Səhiyyə Nazirliyi bu mərkəzin fəaliyyətindən xəbərdardır.

Həmin mərkəzin sosial şəbəkə hesabında “Baş Həkim – Elnarə Canlı” qeyd olunur. Mərəzdə otağın üzərinə yazılıb – Baş həkim- Həkim kosmetoloq Elnarə Canlı
Elə isə sual konkretdir – “Baş Həkim Elnarə Canlı” adlı şəxsin tibbi təhsili varmı?
Bu barədə Analitik Ekspertiza Mərkəzinə verilən sorğuya cavab isə belədir – “Dəqiq ad, soyad göstərilməlidir”. Əgər həkim özünü bu adla təqdim edir və həkim kimi fəaliyyət göstərirsə, otağının qarşısına “Baş həkim Elnarə Canlı” yazırsa deməli bu şəxs lisenziyanı da bu adla alıb, bu qanuni addır.
Əks təqdirdə bu cinayətdir və adın və soyadın gizlədilməsinə görə məsuliyyət daşıyır. Çünki, insanlar bu həkimi Elnarə Canlı olaraq tanıyır və hər hansı proeblemdə hüquqi məsuliyyəti Elnarəı Canlı soyadı daşıyır. Yox, əgər həqiqətən də Elnarə Canlı adlı xanım baş həkimdirsə, o zaman
Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi onu tanımalıdır, lisenziyasının olub-olmadığını bilməlidir və medianın sorğularına cavab da verməlidir.

Ali tibbi təhsil olmadan bu prosedurların aparılması qanunsuzdur və təhlükəlidir.

Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi bu mərkəzin hansı fəaliyyətlə məşğul olduğunu bilmirmi? Bilmirsə, araşdırmalıdır. Bilirsə, ictimaiyyətə açıqlama verməlidir.
Səhiyyə naziri Teymur Musayev və Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi cəmiyyətə açıqlamalıdır – “Elnarə Canlı Beauty Center” mərkəzinin baş həkimi Elnarə xanım Canlı tibbi təhsillidirmi? Bu tibbi prosesdurları yerinə yetirmək üçün icazəsi varmı?
Əks halda, təkcə bir mərkəzin deyil, Səhiyyə naziri Teymur Musayevin və Analitik Ekspertiza Mərkəzinin rəhbəri Murad Süleymanovun fəaliyyəti ciddi sual altına düşür. Xüsusilə qeyd edək ki, Azərbaycanda yüzlərlə belə Kosmetoloji Mərkəz fəaliyyət göstərir və xidmət göstərən şəxslərin ali tibbi təhsilli həkim olmaları ciddi sual altındadır. Analitik Ekspertiza Mərkəzi isə onların fəaliyyətinə nəzarət edə bilmir, sorğuları cavablandırmır, yaxud hüquqi addımlar atmaqda maraqlı deyil.(bizimesr.az)
Araşdırmalar davam edir.

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili - Chevrolet Camaro - Nömrəsi daha bahadır - FOTO


Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan məlumatlara görə, gənc şəxs Chevrolet Camaro markalı avtomobil sürür.

Bizimesr.az bildirir ki, paylaşımlarda avtomobilin özündən daha çox dövlət nömrə nişanının qiyməti diqqət çəkib. Bəzi istifadəçilər nömrənin dəyərinin avtomobilin bazar qiymətindən daha yüksək ola biləcəyini iddia edərək bu məsələni müzakirəyə çıxarıblar. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif tənqidi rəylər səsləndirilib.

Qeyd edək ki, deputat Səyyad Aran daha əvvəl səsləndirdiyi fikirlərə görə də tənqid olunmuşdu. O, çıxışlarından birində “Mən günahkaram ki, kimsə 300-400 manat maaş alır, mən isə çox…” məzmunlu ifadələr işlətmişdi. Bu açıqlama ictimaiyyətdə narazılıq doğurmuş və geniş müzakirələrə səbəb olmuşdu.

Hazırda isə deputatın nəvəsinə məxsus olduğu bildirilən lüks avtomobil və bahalı nömrə nişanı sosial mediada yenidən diqqət mərkəzinə düşüb.

Bizimesr.az

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27