Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI... - İTTİHAM VAR...


Naxçıvanda bir qrup müəllim yerli təhsil nazirinə etiraz olaraq bəyanat yayıb. Onlar iddia edirlər ki, nazir daha çox rüşvət toplaya bilmək üçün Azərbaycan qanunlarına zidd qərarlar qəbul edir.
Söhbət ölkə üzrə 2027-ci ildə keçirilməsi planlaşdırılan sertifikasiya imtahanının Naxçıvanda bu il, həm də bir ay sonra keçiriləcəyi ilə bağlı qərarın elan edilməsindən gedir. Müəllimlər bu qısa zaman kəsiyində imtahana normal hazırlaşa bilməyəcəklərini deyirlər.
Onların fikrincə, məqsəd müəllimləri çətin vəziyyətə salmaq və bununla da imtahanlarda rüşvət tələb olunmasına zəmin yaratmaqdır.
Müəllimlər Gündəlik Naxçıvan vasitəsi ilə ictimaiyyətə müraciət edərək, ayrıseçkiliyin, eyni ölkədə fərqli yanaşmanın aradan qaldırılmasını tələb edirlər:
“Əgər Naxçıvan Azərbaycanın bir hissəsidirsə, niyə ölkə üzrə verilən qərarlar burada başqa cür tətbiq olunur? Yanvarın sonuna qədər hamı düşünürdü ki, imtahan 2027-də olacaq. Birdən deyirlər ki, bu il, aprel-mayda keçiriləcək. Bu qədər qısa vaxtda hazırlaşmaq mümkün deyil. Müəllim həm dərs keçir, həm yoxlamalar aparır, həm də ailəsinə vaxt ayırmalıdır.
Bizim istəyimiz sadədir - hamıya eyni qayda tətbiq olunsun və biz də digər bölgələrdəki müəllimlərlə eyni vaxtda imtahan verək. Azərbaycanın digər bölgələrində işləyən müəllimlər artıq bilir ki, 2027-ci ildə imtahan verəcəklər və ona uyğun plan qurublar. Biz də planımızı belə qurmuşduq. Lakin, indi bizə deyiblər ki, hazırlaşın, 1-2 ay ərzində olacaq imtahanlar. Eyni ölkədə bu cür fərqli yanaşma anlaşılmazdır və ədalətsiz görünür.”
Müəllimlər bildirir ki, imtahanın dərs ilinin ortasında keçirilməsi də əlavə problem yaradır:
“Adətən bu cür imtahanlar dərs ili bitəndən sonra olur. Amma indi ən gərgin vaxtda bunu gündəmə gətiriblər. Hər şey üst-üstə düşür. Bu qədər qısa vaxt verib sonra nəticə tələb etmək nə dərəcədə düzgündür? İnsan hazırlaşa bilmirsə, nəticə necə obyektiv olacaq? Biz imtahandan qaçmırıq. Sadəcə istəyirik ki, hamıya eyni yanaşma olsun.”
Müəllimlər bu qərarın arxasında gizli məqsədin durduğundan şübhələnirlər:
“Bizdə belə təəsürat yaranır ki, bunu etməkdə məqsədləri daha çox rüşvət yığmaq üçün şərait yaratmaqdır. Bu yolla dagha çox müəllimin imtahandan kəsilməsini, ikinci turda onlardan rüşvət tələb etmələri üçün zəmin yaradırlar.”(Gündəlik Naxçıvan)

ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO


Sumqayıt şəhərinin mərkəzi və qəsəbə küçələri hələ də suyun içində qalır.
Bizimesr.az-ın məlumatına görə, şəhərin su basmış hissələrində suyun təmizlənməsi hələ mümkün olmayıb. Şəhərin kanalizasiya sistemi tamamilə iflic vəziyyətdədir və buna cavabdeh şəxslər illərdir yığılıb qalan problemi həll etməyib.

Son yağışların yaratdığı acınacaqlı vəziyyət Sumqayıt şəhərinin kanalizasiya və su təchizatı məsələlərinə cavabdeh olan Sumqayıt Sukanal İdarəsi və onun rəisi Xalid Quliyevin laqeydliyini açıq şəkildə ortaya qoyur.

Məlumata görə, 2025-cü ildə Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üçün 41 milyon manat vəsait ayrılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında qeyd olunurdu ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. İşlərin dekabrın ilk günlərindən başlanılması və ilkin olaraq “Acı Dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması planlaşdırılıb.

Buna baxmayaraq, son yağışlardan sonra ortaya ciddi suallar çıxdı - Sumqayıt şəhəri hələ də suyun işindədir. ADSEA-nın Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 41 milyon manatı hara xərcləyib? Bu vəsait necə həzm olunub və hansı işlər görülüb?

Vəziyyət o həddədir ki, yağış dayansa belə iki gündən artıq Sumqayıt şəhərində suyun təmizlənməsi mümkün deyil. İctimaiyyət dövlət büdcəsindən ayrılan milyonların necə xərcləndiyini görə bilmir - ADSEA şefi Zaur Mikayılov, Sumqayıt Sukanal İdarəsi və rəisi Xalid Quliyev, bu suallara cavab verə biləcəkmi?
Məlumatlar göstərir ki, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması vəsaiti ayrılmasına baxmayaraq, şəhərdə su ilə bağlı problemlər hələ də həll edilməyib. (Bizimesr.az)

Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə qatılmadı - Səfərdədir, yoxsa istirahətdə?


Azərbaycan kinosunun korifeyi, Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatsa da, mərasimlə bağlı diqqət çəkən bir detal müzakirə mövzusuna çevrilib. Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində hökumət rəsmiləri, deputatlar, mədəniyyət xadimləri və mərhumun yaxınları iştirak etsə də, Mədəniyyət naziri Adil Kərimli tədbirdə görünməyib. Nazirlik isə tədbirdə təmsil olunub. Belə ki, Mədəniyyət Nazirliyi adından çıxışı nazir müavini Səadət Yusifova edib və korifey sənətkar son mənzilə yola salınıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Bakupost.az-a bildirib ki, nazirin vida mərasiminə qatılmaması onun səfərdə, ezamiyyətdə olması ilə bağlıdır.

Maraqlıdır ki, Mədəniyyət nazirliyinin rəsmi saytında nazir Adil Kərimlinin hansı ölkədə və hansı tərbirdə olması ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycanda 20-31 mart tarixləri rəsmi istirahət günülərdir. Maraqlıdır ki, nazir Adil Kərimli hansı ölkədə, hansı tədbirdədir?

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova da nazirin hansı ölkədə, hansı tədbirdə olması ilə bağlı dəqiq məlumat verməyib və sadcəcə səfərdə, ezamiyyətdə olduğunu deyib.

Bakupost.az

Şeflik iddiası: Musa Abbasov da bu istəklə hərəkətə keçib İDDİA


Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovun TƏBİB-in sədri olmaq üçün döymədiyi qapı qalmayıb. Əldə edilən məlumata görə, o, Səhiyyə Nazirliyi, eləcə də TƏBİB-in işdən azad etdiyi bütün həkimləri bir araya yığıb ki, qurumun rəhbəri olmaq üçün onun təqdimatı Prezident Administrasiyasına təqdim olunub. Amma reklama ehtiyacı var. Ona görə də, həkimlərin hər birindən köməklik istəyib ki, onu hər yerdə tərifləsinlər. TƏBİB-in sədri olsun. Bundan sonra onların hamısına kömək edəcək.

Pressinfo az bildirir ki, məlumatı dəqiqləşdirmək üçün bəzi mətbu vasitələrin əməkdaşları Musa Abbasovla əlaqə saxlayıb. Suallarına cavabında Musa Abbasov gülərək: “Bəli, belə bir şey mənə təklif ediblər, mən fikirləşirəm”, — deyə, cavab verib.

Məlumat üçün qeyd edək ki, rəhbərlikdə ciddi nöqsanlar buraxan, korrupsiya və rüşvətxorluq hallarına yol verdiyi iddia olunan Musa Abbasovun yüksək vəzifə sahibi olacağı halda, onun qəbuluna düşmək müşkül məsələyə çevriləcəyi şübhə doğurmur.

Musa Abbasovun davamlı nöqsanlara görə, işdən azad olunan xəstəxana direktorları, baş həkimlər və digər özünə yaxın bildiyi həkimlərlə bir araya gəlib, onlardan reklamının aparılmasını istəməsi, sədr olması üçün atdığı addımlar ciddi təəssüf hissləri doğurur.

Məlumata görə, işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilən Füzuli Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Natiq Şükürovu öz aralarında Musa Abbasova müşavir seçiblər. Hətta onun da təbliğatını aparırlar.

Məlumat üçün onu da qeyd edək ki, qara siyahıda adı olan Natiq Şükürov 2021 ci ildə işindən azad olunub. O, dövlət əmlakını leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, ddvlət əmlakına ziyan vurma və sairə əməllərdə ittiham edilib.

Oxuculara xatırladaq ki, 2021-ci ilin mart ayında TƏBİB-in sabiq sədri R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək bildirib ki, Şükürov Natiq Əli oğlu tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməyib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini həyata keçirməyib və tabeliyində olan işçilərin funskiyalarına uyğun olaraq, fəaliyyətini lazımi qaydada qurmayıb.

TƏBİB sədri Füzuli Rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı aşkarlanan pozuntuları da qeyd edib.
Mayın 21-də xəstəxananın direktoru Natiq Şükürovla bağlanan müqaviləyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib.

Özünü sədir kimi görən Musa Abbasov kadr dəyişikliklərini indidən planlaşdıraraq, yaxın adamlarına vədd verir ki, onun əmri bu günlərdə veriləcək. Hətta onun mütləq TƏBİB sədiri olacağı dəfələrlə qeyd edilib.
İstinad: Pressinfo az/

31 Mart soyqırımından 108 il ötür

31 Mart soyqırımından 108 il ötür

Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Soyqırım hadisəsindən 108 il ötür.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

1988-ci ildə deportasiya siyasəti davam etdirilib və Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı evlərindən qovulub.

Qeyd edək ki, mart qırğınları ilə bağlı 1919 və 1920-ci ildə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.

Xəbər lenti

Hacı Rasimin “Möcüzə” marketində vaxtı keçmiş məhsul satılır -Videofakt
09:23
Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir?
08:53
Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06