Rusiya XİN: İran və ABŞ arasında atəşkəs Livana da şamil edilməlidir


Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı zamanı Tehranla Vaşinqton arasında əldə olunmuş atəşkəsi müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Lavrov danışıqlar prosesinin uğurlu olacağına ümidvar olduğunu deyib və ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə edilməsini alqışlayıb", - nazirlikdən bildiriblər.

Öz növbəsində, Əraqçi Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı BMT Təhlükəsizlik Şurasında tutduğu prinsipial mövqeyə görə Moskvaya təşəkkür edib.

"Moskva İran ətrafındakı münaqişədə atəşkəs razılaşmasının Livana da şamil edilməsinin tərəfdarıdır", - Rusiya XİN-dən bəyan ediblər.

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər


İran fevralın 28-dən bəri ilk dəfə aprelin 9-da Fars körfəzi ölkələrinə hücum etməyib.

Bu haqda “Əl-Cəzirə” məlumat yayıb.

“Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər və Oman bu gün heç bir hava hücumunun olmadığını bildirir. Bu da fevralın 28-də müharibə başlayandan bəri İran tərəfindən bu cür zərbələr endirilən ilk uzunmüddətli fasilədir”, - məlumatda deyilir.

“Əllərimiz tətikdədir”


İsrailin Livana zərbələri davam etdirməsi Vaşinqton və Tehran arasında İslamabadda planlaşdırılan danışıqları mənasız edəcək.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

Onun sözlərinə görə, İsrailin Livana qarşı təkrar təcavüzü atəşkəs haqqında ilkin sazişin açıq-aşkar pozulması deməkdir.

“Bu, aldatma və mümkün razılaşmalara riayət olunmaması barədə təhlükəli siqnaldır. Bu cür hərəkətlərin davam etdirilməsi danışıqları mənasız edəcək”, - paylaşımda deyilir.

Pezeşkian həmçinin İran hərbçilərinin əllərini daim “tətikdə” saxladığını bildirib.

“İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”, - o əlavə edib.A

Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı


Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq hadisə ilə bağlı araşdırma başa çatdığından Anar Pirməmmədov vəzifəsinə bərpa olunub.

Qeyd edək ki, Çelsi Baxşıyeva Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, şəxsi xarakterli video və yazışmaları sosial şəbəkələrdə yayıb.

Onu da bildirək ki, Anar Pirməmmədov Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovun qardaşı oğludur. Sabiq aparat rəhbəri qardaşı oğlu ilə bağlı açıqlama verərək onun çətin vəziyyətdə və ölkədə biabır olduğunu demişdi.(Qaynarinfo)

AAYDA-da hələ də Saleh Məmmədov AB-HAVASI HÖKM SÜRÜR... - İTTİHAM VAR...



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur.

Tribuna.az-ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçini özünə məxsus beton-asfalt zavodunda çalışdırır. Halbuki AAYDA-nın balansında belə bir zavod yoxdur. Bu isə dövlət qurumunun kadr və maliyyə resurslarının şəxsi biznes fəaliyyətinə yönəldilməsi ilə bağlı ciddi suallar yaradır.

İddialara əsasən, direktor öz vəzifə səlahiyyətlərindən və inzibati imkanlarından istifadə edərək ən azı 10 nəfər ştatlı işçini şəxsi zavodunda işləməyə cəlb edib. Həmin şəxslər faktiki olaraq Məzahir Əliyevə məxsus istehsal obyektində fəaliyyət göstərsələr də, onların əməkhaqqı dövlət büdcəsi hesabına ödənilir. Başqa sözlə, dövlətin maaş fondundan ayrılan vəsaitin şəxsi təsərrüfatın saxlanılmasına yönəldildiyi iddia edilir.Məsələ bununla da yekunlaşmır.

Baş mühəndis Adil maliyyə yoxlaması gələndən 3 aydir işə çıxmır.

Məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin əməkdaşları direktorun Qobustan rayonunda icarəyə götürdüyü “Qobuland” ailəvi istirahət mərkəzində də fəhlə kimi işlədilir. Məzahir Əliyevin idarəni “Qobuland”dan idarə etdiyi bildirilir.İddialar təsdiqini taparsa, bu hal dövlət qurumunun əmək resurslarının birbaşa şəkildə şəxsi kommersiya obyektinə daşınması və istismar olunması kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, 67 yaşlı Məzahir Əliyevin idarəyə məxsus xidməti avtomobildən də şəxsi məqsədlərlə istifadə etdiyi bildirilir. İddialara görə, dövlət balansında olan nəqliyyat vasitəsi ilə onun icarəsində olan istirahət mərkəzinə ərzaq və digər yüklər daşınır. Bu isə xidməti avtomobilin təyinatından kənar istifadəsi və dövlət əmlakının şəxsi ehtiyaclara yönəldilməsi anlamına gəlir.

Cavan kadrlara ehtiyac ola-ola Məzahir Əliyevin pensiya yaşının kerçməsinə baxmayaraq hələ də vəzifədə qalması təəcüb doğurur.

Ortaya çıxan bu iddialar bir neçə ciddi məqamı gündəmə gətirir:
dövlət işçilərinin şəxsi biznesdə çalışdırılması, büdcə vəsaitinin dolayı yolla mənimsənilməsi riski, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə və vəzifə səlahiyyətlərinin şəxsi maraqlara tabe etdirilməsi.
Əgər sadalananlar doğrudursa, bu, təkcə etik pozuntu deyil, həm də hüquqi qiymət tələb edən məsələdir. Çünki söhbət dövlət qurumunun resurslarının sistemli şəkildə şəxsi təsərrüfata yönəldilməsindən gedir.(Tribuna.az)

“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -TƏFSİLAT


Belə davam edərsə, nəticədə QHT sektorunda sağlam rəqabət mühiti tamamilə sıradan çıxacaq, real fəaliyyət göstərən təşkilatlar kənarda qalacaq, resurslar isə daha çox “uyğun” hesab edilən subyektlər arasında bölüşdürüləcək.

Uzun müddətdir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrini təhlil edir, ayrılmış vəsaitlərin kimlərə və hansı prinsiplərlə paylandığını faktlarla ortaya qoymaqdayıq. Bu müddət ərzində araşdırmalarımızda qeyd olunan heç bir fakt təkzib edilmir... Əksinə, cavab vermək əvəzinə “Yenixeber.org” İnformasiya Portalına təzyiq göstərilərək, bloklanması yolu seçildi. Bu fakt özü-özlüyündə ölkədə azad medianın hansı vəziyyətdə olduğunu açıq şəkildə nümayiş etdirir və tənqidi fikrə qarşı dözümsüzlüyün bariz nümunəsidir. (Bu faktor başqa yazımızın mövzusu olacaq. Red.)

***

Ötən ay QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin nəticələri elan edildikdən dərhal sonra "Yenixeberorg" olaraq apardığımız ilkin təhlillər də göstərdi ki, əvvəlki illərdə müşahidə olunan problemlər aradan qaldırılmayıb, əksinə daha sistemli xarakter almaqdadır.

İlk diqqət çəkən məqamlardan biri “Gilavar Foto Klubu” İctimai Birliyinə böyük qrant kateqoriyası üzrə 45 min manat vəsait ayrılması oldu. Rəsmi məlumatlara görə təşkilat 17 yanvar 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Halbuki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən böyük qrant müsabiqəsində iştirak edən QHT-nin ən azı 5 illik fəaliyyət tarixçəsi olmalı və bu fəaliyyət mediada geniş şəkildə işıqlandırılmalıdır.

Bu tələb formal deyil, məntiqi və zəruri bir şərtdir. Çünki böyük məbləğdə dövlət vəsaiti yalnız müəyyən təcrübəyə, institusional yaddaşa və davamlı fəaliyyətə malik təşkilatlara etibar edilməlidir. Əks halda, bu, dövlət vəsaitinin risk altına atılması deməkdir.

Məqalədən sonra “Gilavar Foto Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Rəşad Mehdiyev tərəfindən redaksiyamıza göndərilən məktubda qeyd olundu ki, təşkilat əslində 2017-ci ildən fəaliyyət göstərir, sadəcə hüquqi qeydiyyat 2022-ci ildə baş tutub. Bu arqument ilk baxışdan müəyyən məntiqə malik görünsə də, hüquqi baxımdan tamamilə əsassızdır. Çünki qaydalarda əsas götürülən meyar subyektiv iddialar və ya qeyri-rəsmi fəaliyyət deyil, məhz dövlət qeydiyyatıdır.

Ən ciddi problem isə selektiv yanaşmadır. Eyni vəziyyətdə olan digər QHT-lərə əvvəlki müsabiqələrdə açıq şəkildə bildirilib ki, onların hüquqi yaşı 1–2 il olduğu üçün nə böyük, nə də orta qrant müsabiqələrinə müraciət edə bilməzlər. Onların təqdim etdiyi 5-10 illik media materialları və fəaliyyət sübutları da nəzərə alınmayıb. Bu isə açıq-aşkar ikili standartların tətbiq olunduğunu göstərir.

Beləliklə, ortaya çox təhlükəli bir tendensiya çıxır: qaydalar mövcuddur, lakin onlar hamıya eyni şəkildə tətbiq edilmir. Bu isə hüquqi dövlət prinsiplərinə ziddir. Əgər qaydalar yalnız seçilmiş təşkilatlara uyğunlaşdırılırsa, o zaman bu sənədlərin hüquqi qüvvəsi sual altına düşür və onlar sadəcə formal alətə çevrilir.

Daha narahatedici məqam isə budur ki, bu cür hallar artıq istisna deyil, sistemli xarakter daşıyır. Məsələn, əvvəlki müsabiqələrdə fəaliyyətə yeni başlamış təşkilatlara qısa müddət ərzində on minlərlə manat vəsait ayrılması faktları da mövcuddur. Bu isə onu göstərir ki, qərarların qəbulunda obyektiv meyarlardan çox subyektiv və qeyri-şəffaf amillər rol oynayır.

Qeyd etdiyimiz kimi, ötən illərdəki qrant müsabiqələrində buna bənzər kifayət qədər fakt var və onların bir neçəsini yazılarımızda göstərmişik. Ehtiyac olarsa, bir daha da xatırlada bilərik.

Məsələn: Qalib təşkilatların sədrlərindən biri hətta “facebook” hesabında paylaşım etməklə yanaşı, mediada açıqlama verərək 2023-cü ilin noyabr ayında fəaliyyətə başladıqlarını göstərir. Üzərindən 1 il keçdikdən sonra ona “orta qrant” müsabiqəsində 17 min manat verirlər. Bu açıq qanun pozuntusu deyil, bəs nədir?

Bütün bunlar QHT-lərə Dövlət Dəstəyi Agentliyi daxilində institusional problemlərin mövcudluğundan xəbər verir. Lakin məsələ təkcə bir qurumla məhdudlaşmır. Əsas problem nəzarət mexanizmlərinin zəifliyi, ictimai hesabatlılığın olmaması və qəbul edilən qərarların müstəqil auditdən kənarda qalmasıdır. Bu isə özbaşınalıq üçün münbit şərait yaradır.

Əgər bu tendensiya davam edərsə, nəticədə QHT sektorunda sağlam rəqabət mühiti tamamilə sıradan çıxacaq, real fəaliyyət göstərən təşkilatlar kənarda qalacaq, resurslar isə daha çox “uyğun” hesab edilən subyektlər arasında bölüşdürüləcək.

Hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyində tək-tək texniki pozuntular yox, sistemli idarəetmə böhranı var. Qaydaların selektiv tətbiqi, tənqidə qarşı təzyiq mexanizmləri və şəffaflığın olmaması göstərir ki, bu sahədə ciddi institusional islahatlara ehtiyac var. Əks halda, bu proseslər nəinki düzəlməyəcək, əksinə daha da dərinləşəcək.

Sonda bir daha xatırladaq ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Qarşıdakı günlərdə bu mövzuda yeni yazıları oxuya biləcəksiniz. (Yenixeberorg.com)

Keçmiş deputat indi NƏ İLƏ DOLANIR: fırıldaqla? - Görünəni odur ki...


Son günlər sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət edənlərin sayı artmaqdadır.


“TikTok”da başına gələnlərlə bağlı məlumat verən şəbəkə istifadəçisi “Kontakt Home” tərəfindən aldadıldığını qeyd edib.


O bildirib ki, 2025-ci il dekabrın 31-i aldığı “iPhone” telefonu ilə birlikdə onun USB və şarj başlığını kreditlə götürüb. Buna baxmayaraq, artıq 1 aydır ki, qutunun içində qadına satılan USB naqili işləmir. Yaranan problemlə əlaqədar “Kontakt”ın qaynar xəttinə müraciət edib. Şirkətin əməkdaşları qadın müştərini “Kontakt”ın əməkdaşlıq etdiyi servisə yönəldib. Servisdə isə USB naqili analiz edilməyib və müştəriyə şarj cihazının başlığını təmir edə biləcəklərini, USB-ni qəbul etməyəcəklərini bildiriblər. Müştəri yenidən “Kontak”ın qaynar xətti ilə əlaqə saxlayıb və servisin məhsulu təmirə qəbul etmədiyini bildirib. Şirkətdən qadına verilən cavab isə “yalnız telefona zəmanət verilir, aksesuara yox” olub. Qadın paylaşdığı videoda qeyd edib ki, USB-nin saxta olması dəqiqdir, çünki “Apple” şirkətinə məxsus bütün USB naqilləri yumşaqlığı və əsnəkliyi ilə seçildiyi halda, ona verilən naqil sərtdir. O məhsulu qutusunda aldığı üçün bu məsələyə diqqət etməyib. Xanım videodan sonra ona “Kontakt Home”dan əlaqə vasitələri və digər şəxsi məlumatlar istədiyini bildirir. O vurğulayıb ki, “Kontakt”ın müraciətinə baxmayaraq, hələ də yaranan problem həllini tapmayıb.


Xanımın videosunun altına rəy yazan vətəndaşlar da “Kontakt Home” şirkətinin müştərilərini ilk dəfə aldatmadığını, belə halların dəfələrlə baş verdiyini qeyd edib.


Redaksiyadan: Qeyd edək ki, Elnur Allahverdiyev təkcə sadə vətəndaşalara deyil,eyn izamanda Qarabağ müharibəsi qazisinin övladına da faizlər tədbiq etdirir. Demək olar ki, götürülkən telfonun müəyyən olunan vəsaiti tam ödənilsə də, təqribi 300-400 AZN yubanma adı altında gündəlik faizlə borc bitmək bilmir. Dəfələrlə sabiq millət vəkili Elnur Allahverdiyevlə əlaqə saxlanılmasına baxmayaraq, gündə bir nömrə dəyişən sabiq deputatla əlaqə qurnaq mümkün olmur.


Qeyd edək ki. Elnur Allahverdiyev millət vəkili olduğu dönəmdə hakim Yeni Azərbaycan Partiyasının baş katibi olmaq eşqinə düşmüşdü.Amma onun müxtəlif yerlərdə belə bir arzuda olduğunu bilinəndə,ciddi xəbərdarlıqlarla bu arzusu reallaşmadı.(Vətəninfo.az)

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27