Xocavəndə işçiləri işlədiblər ödənişləri verilmir: “Bəyaz İnşaat”ın rəhbəri Yusif Yusiflidən şikayət


Qarabağdakı tikinti layihələrində bəzi şirkətlərin ödənişlərin gecikdirilməsi və görülən işlərin qarşılığının geri alınmasında çətinliklər yaşaması ilə bağlı narazılıqlar mövcuddur. Bu vəziyyət şirkətlərin layihələri öz vəsaitləri hesabına davam etdirməsinə səbəb olur və bəzi hallarda işlərin yarımçıq qalması ilə nəticələnir

Sözügedən məsələ yenə gündəmdədir.Ümumiyyətlə son vaxtlar Qarabağda sahibkarlarla tikinti şirkətləri arasında ciddi problemlər yaşanır.İşğaldan azad olunan ərazilərdə təmir-bərpa işləri çərçivəsində layihələrə cəlb olunan şəxslər dəfələrlə videomüraciətlər çəkərək kanalımıza göndərərərk haqqlarının pozulduqlarını bildirrilər.Hazırki vəziyyət də heç ürəkaçan deyil.

Belə ki,Xocavənd rayonunun Quzumkənd kəndində tikinti və bərpa işlərinə qoşulan “Nihat” MMC -nin rəhbəri Nəsimi Şirinoğlu da çətin durumda qalan sahibkarlardandır.

30-40 nəfərlik heyyətlə Yusif Yusiflinin rəhbəri olduğu “Bəyaz inşaat” MMC ilə müqavilə bağlayan şirkət rəhbəri aldanıldığını,29 min manat pulunun mənimsənildiyini iddia edir.

Vətəndaşın sözlərinə görə şirkət olaraq öhdələrinə düşən işi təhvil vermək üçün lazım olan aksesualrları 3 aydan çox müddətdir ki,”Bəyaz inşaat”dan ala bilmirlər və bu da narazılığa səbəb olub.

Ölkə rəhbərliyinə,aidiyyatı qurumlara müraciət edən vətəndaş haqqı olanı almaq üçün kömək istəyir.

VİDEO LİNKDƏ: https://xalq.online/xocavende-iscileri-isledibler-odenisleri-verilmir-beyaz-insaat-in-rehberi-yusif-yusifliden-sikayet

Qeyd edək ki, “Bəyaz İnşaat” MMC-nin qanuni təmsilçisi Yusifli Yusif Eldar oğludur.
Məlumat üçün bildirir ki, əksər tenderləri qalib olan şirkət Qarabağda podratçı işləri görür
Məsələ ilə bağlı qurumların və adı keçən şəxlərində fikirlərinini dərc etməyə hazırıq.

Xalq.online

FHN rəy verdi: Nizami rayonunda təpə üzərində tikintiyi hnası məmur icazə verib?


Yağış torpağı yudu, fərdi yaşayış evinin altından axan torpaq yolun yarısını bağladı…

Söhbət paytaxtın Nizami və Sabunçu rayonlarının kəsişməsində yerləşən Elşən Süleymanov küçəsindən gedir, bu ünvanda torpaq qatı ciddi şəkildə sürüşüb və bəzi yaşayış evləri uçma təhlükəsi ilə qarşılaşıb.

Təhlükəli vəziyyətdə olan bu yaşayış evinin sakinləri çəkiliş aparmağımıza icazə vermədilər və bildirdilər ki, evin təməli möhkəmdir, sürüşmə olsa da məhz bu evə heç nə olmayacaq.

Lakin gördüklərimiz onu deməyə əsas verir ki, ərazidəki mövcud vəziyyət sakinlərin həyatı üçün risk təşkil edir.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq, Fövqəladə Hallar Nazirliyindən bildirdilər ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən fərdi yaşayış evinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, qeyd olunan ev inşaat norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli sahədə inşa edilib.

Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Məhayət Nəbiyev bizi aldadır…. ”Kristal”la bağlanan müqavilə isə….


“Mən “Kristal”ın “Yeni Sumqayıt” layihəsindən ev almışam. Alanda bizə deyilən tarix çox konkret idi — 2025-ci ilin dekabrı. O tarixə güvənərək plan qurduq, həyatımızı ona görə təşkil etdik… Məlumata görə, bunu öz müraciətində “Kristal”ın Valeh Paşayev adlı müştərisi qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: “Amma indi aprel ayıdır… və hələ də evimiz yoxdur.
Bu müddətdə nə baş verir?
Kirayədə qalmağa davam edirik
Üstünə aylıq 752 AZN ipoteka ödəyirəm Yəni faktiki olaraq evi olmayan bir insan kimi iki ev xərci çəkirəm
Ən çətini isə qeyri-müəyyənlikdir. “Nə vaxt təhvil veriləcək?” sualına konkret cavab yoxdur. Ay yoxdur. Gün yoxdur. Sadəcə gözləyin.
Digər tərəfdən isə ipoteka ilə bağlı gecikmə olsa, dərhal xəbərdarlıq edilir ki, evi itirə bilərik. Yəni alıcı tərəf geciksə — nəticə var. Amma şirkət gecikəndə — konkret heç nə yoxdur.
Məncə bu artıq təkcə mənim problemim deyil. Mənim kimi evi məndən əvvəl alıb hələ də gözləyən çox insan var. Bəzilərinə hətta 2025-də təhvil veriləcəyi deyilib.
Mənim istəyim çox sadədir:
Bizə dəqiq tarix deyilsin (gün, ay)
Əgər bu mümkün deyilsə, bu gecikmənin maddi yükü də nəzərə alınsın
Çünki bu vəziyyətdə bütün risk və yük yalnız alıcının üzərində qalır.
Ümid edirəm ki, “Kristal” bu məsələyə daha açıq və konkret yanaşacaq. Sadəcə söz yox, real cavab görmək istəyirik…”
Dia-az

“Sea Breeze”də oğlu dava salan Leysan Məmmədov 5 milyona avtomobilləri təmir etdiribmiş



İşğaldan azad edilmiş ərazilərdə xidmət göstərən avtomobillərin texniki baxışı “Diamond Motors” MMC-yə həvalə edildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti publik hüquqi şəxsi tərəfindən parkda olan nəqliyyat vasitələrinin rəsmi servis xidmətlərinin satın alınması ilə bağlı irimiqyaslı tender yekunlaşıb.

“Diamond Motors” MMC ilə imzalanmış 5.398.464 AZN dəyərindəki satınalma müqaviləsinə əsasən, qurumun balansında olan 4 ədəd benzin mühərrikli Pajero Sport, 14 ədəd yeni Outlander, həmçinin 5 ədəd mexaniki və 2 ədəd avtomat sürətlər qutusu ilə təchiz edilmiş L-200 markalı avtomobillərin istehsalçı zəmanəti müddətində bütün texniki qulluq işləri həyata keçiriləcəkdir.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.

Xatırladaq ki, iş adamı Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.

Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.(32gun.az)

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27