Xalq artisti Maqsud Məmmədov vəfat edib

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.

Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib.

O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əlivedibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi


ABŞ-nin İrana qarşı dəniz blokadasına başlamağa hazırlaşdığı bir zamanda İsrail Müdafiə Qüvvələri də yüksək hazırlıq vəziyyətinə gətiriliblər. 

Bu barədə İsrail ordusunun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hələlik Daxili Cəbhə Komandanlığının mülki əhali üçün təlimatlarında heç bir dəyişiklik olmasa da, lazım gələrsə, ordu İrana qarşı döyüşlərə qayıtmağa hazırdır.

“Yağmur” su firmasının suyundan milçək çıxdı – Video


“Yağmur” su firmasının hazır qablaşdırılmış suyundan milçək çıxıb.

Bu barədə jurnalist Esmira Cavadova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qablaşdırılmış su çirklidir: “Yaydan etibarən “Yağmur” su firmasından sifarişlə su gətirirlər. Əvvəllər üərində etiketi olan balonlarda təmiz su gəlirdi. Son günlərdə etiketsiz və qapaqları əvvəlkindən fərqli balonlarda zibilli su gətirirlər.

Bu həftə gətirdikləri su lap biabırçılıqdır. Çaynikdə suyun zibilli olması aydın görünür. Sonuncu balonun içində isə milçək üzür. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məsələni araşdırmalarını xahiş edirəm”.(Bizimesr.az)

Qarşı tərəfi dinləməyə hazırıq.

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?


Məlum olduğu kimi, ölkədə uzun müddətdir yol infrastrukturunda əhəmiyyətli paya malik olan “Azərinşaatservis” MMC müfils olub.

Bu prosesin kənar müdaxilələr və yarıtmaz idarəçiliyin nəticəsində baş verdiyi qeyd edilir.

Bildirilir ki, müflis olduqdan sonra MMC-nin borclu olduğu kreditorlar müvafiq pul tələbləri ilə məhkəməyə müraciət ediblər. Nəticədə, məhkəmələr tərəfindən “Azərinşaatservis” MMC-yə qarşı çoxsaylı qətnamələr çıxarılıb və həmin qətnmalər icra edilməsi üçün aidiyyəti üzrə Binəqədi Rayon İcra Şöbəsinə göndərilib.

Qeyd edək ki, “Azərinşaatservis” MMC-nin balansında çoxlu sayda nəqliyyat vasitələri, texniklar, torpaq sahələri və ofis kimi istifadədə olan əmlaklar mövcud olub. Lakin MMC-də olan hərcmərclik, eyni zamanda MMC-yə nəzarət edən “Aqrarkredit BOKT” QSC tərəfindən daşınar əmlakarlar üzərinə həbs qoyulsa da, həmin mülklərin hamısı müəmmalı şəkildə, özü də ucuz qiymətə satılıb.

Maraqlıdır ki, çox sayda əmlakın satılmasından əldə edilən gəlirdən bir manat da olsun kreditorlara pul ödənilməyib. Üstəlik, bütün bu alış-veriş işlərinin hamısı həm “Azərinşaatservis” MMC-nin, həm də “Aqrarkredit BOKT” QSC-nin rəhbər vəzifəli şəxslərinin nəzarəti və tapşırığı ilə icra edilib.

Əldə etdiyimiz məlumata görə, kreditorların yeganə ümid yeri MMC-nin balansında olan və Binəqədi rayonunda yerləşən əmlak kompleksinin satışından əldə ediləcək vəsait idi. Lakin həmin əmlak kompleksi ilə bağlı hazırki vəziyyət onu deməyə əsas verir ki, bu əmlak kompleksi də MMC-nin balansında olmuş digər əmlaklar kimi satılacaq və kreditorlara yenə də ödəniş edilməyəcək.

Qeyd edilir ki, “Azərinşaatservis” MMC-yə məxsus torpaq sahəsi 49 icra sənədi üzrə borclunun mənafeləri nəzərə alınmadan satılır. Bildirilir ki, hərrac prosesi, yəni iştirakçı qeydiyyatı, təkliflərin qəbulu tamailə qanunsuz gedir. Hətta hərrac prosesində iştirak etmək istəyən digər şəxslər iştirakçı kimi müraciət etsələr də, qeydiyyata alınmırlar.

Kreditorlar bildirilər ki, bunun qarşısının alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Nəticədə yalnız “Aqrarkredit BOKT” QSC keçirilmiş elektron hərracın nəticələrinin qalibi elan edilib. “Guya elektron qaydada keçirilməsi planlaşdırılan hərrac məhz “Aqrarkredit BOKT” QSC-nin istədiyi kimi baş tutub. Üstəlik, Binəqədi Rayon Məhkəməsinin 8(5-93)-121/2026 saylı, 05.02.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlunun yenidən qiymətləndiricinin dəvət edilməsi barədə hərəkətləri qanunsuz hesab edilib. Qeyd olunan məhkəmə qərardadından icra məmuru və “Aqrarkredit BOKT” QSC şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(3-6)-108/2026 saylı, 17.03.2026-cı il tarixli qərardadı şikayətlər təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin 8(5-93)-121/2026 saylı, 05.02.2026-cıil tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Bu əsasla 18.03.2026-cı il tarixdə Binəqədi Rayon İcra şöbəsi tərəfəfindən Elektron Hərrac Portalına borclu “Azərinşaatservis” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci məhəllə, Naxçıvani küçəsi 57C ünvanında yerləşən daşınmaz əmlak kompleksinin hərracı ilə bağlı verilmiş 06.02.2026-cı il tarixli sifarişin icrasının dayandırılmasına dair sərəncam məktubu göndərilib. Lakin bütün bunlara baxmayaraq hərrac keçirilib və “Aqrarkredit BOKT” QSC onun qalibi elan edilib”.

Şikayətçilər iddia edirlər ki, əmlak kompleksi borclu “Azərinşaatservis” MMC-nin digər əmlaklarını qanunsuz yolla talamış şəxslər tərəfindən ələ keçirilib. “Həmin şəxslər çəkinmədən bəyan edirlər ki, bu məsələ Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə razılaşdırılıb”.

Onların dediklərinə görə, “Azərinşaatservis”in balansında onlara texnika, əmlak olub ki, onların hamısı “AqrarKredit” tərəfindən dəyər, dəyəməzinə satılıb. Bu prosesdə isə əsas fiqrular “Aqrarkredit”in rəhbəri “Şapka Mamed” ləqəbli Məmməd Musayev və Binəqədi İcra və Porbasiya Şöbəsinin rəsmiləri göstərilir. Kreditorlar bildirirlər ki, məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmayıb.

Məsələ ilə bağlı araşdırmamız davam edir. “Azərinşaatservis”in “Beynəlxalq Bank” məsələsindən sonra üzləşdiyi problemlər, nəqliyyat və əmlakının necə talan edilməsi barədə daha dolğun bilgi verəcəyik.(Tribuna.az)

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

İsmayıllı rayonundakı 1 nömrəli məktəbdə nələr baş verir? - Araşdırma


İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəbində hərcmərclik yaşanır. Məktəb idarəçiliyi ancaq pul üzərində qurulduğu iddia olunur.

Bu barədə Xalq.online məlumat daxil olub.

Məlumatlara görə məktəbin direktoru Gündüz Qədirov tədris işləri üzrə müavini Sənayə Eyyubova pul yığmına cavabdeh şəxs təyin edib.

Qeyd olunur ki, təqaüd yaşına çatmış direktor müavini Sənayə Eyyubova müəllimləri nəzarətdə saxlamaq və aylıq pul yığıman görə öz metodlarında istifadə etmək qabiliyyətinə malikdir. Bu səbəbdən direktor Gündüz Qədirov digər təqaüd yaşına çatmış müavinin yola salsada Sənayə Eyyubovanı qanunları heçə sayaraq təqaüdə göndərməyib. Məlumatlara görə məktəbdə müavin yeri boş olsada lakin vakansiyaya çıxarılmayıb Bu da müəmmanın olduğuna görə suallara ortaya çıxır. Direktor niyə vakansiyanı elan etməyib?

Digər ilginc məlumatlarda qeyd olunur ki Sənayə müəllimə özü biologiya fənnindən dərs desədə icazə verdiyi və yaxud “bülletenə” çıxan müəllimləri əvəz edir.

Fənn müəlliməsi olmayanda riyaziyyat dərsini tədris edir, gah fizika dərsinə girir. Bütün bu olanlara isə direktor Gündüz Qədirov göz yumur. Cünki bir səbəb var pul yığımı icra olunur.

Həmçinin məlumatda iddia olunur ki, hazırlıq keçən müəllimlərə boş olan siniflər 50-100 manata icarəyə verilir

Hətta basqa məktəbin müəllimləri belə İsmayıllı 1 nömrəli tam orta ümumtəhsil məktəbində boş otaqlar icarəyə götürüb repitorluq edirlər. Bu məsələyə isə Nurlan Baxşıyevin nəzarət etdiyi bildirilir.

Həmçinin bildiririlir ki, direktor Gündüz Qədirov iki katibəsi var. Biri ştatla qeydiyyatda olan digəri isə naməlum şəxs olaraq məktəbin sənədləşəmə işləri görən, gələn valideynlərə ödənişli əsasları arayışların və yaxud sənədlərin yazılmasını həyata keçirən. Bu da qanuna zidd davranış kimi qeyd olunur. Bütün iddialarla bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinə və İsmayıllı Rayon Təhsil sektoruna sorğu göndərilib.(Xalq.online)

Yazıda aidiyyatı qurumların və adları keçən şəxslərin fikirlərini dərc etməyə hazırıq.

TƏBİB bu şirkətlə 1,5 milyonluq müqavilə bağladı


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İnnovasiya və Təchizat Mərkəzi “Cyber Point” şirkəti ilə müqavilə bağlayıb.
Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.

Məlumata əsasən, müqavilədə İnformasiya təhlükəsizliyi məlumatlarının və hadisələrinin idarə edilməsi həllinin uzadılmasının satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri 1 milyon 550 manat müəyyənləşib.

45 ilin müəllimi, qazi anasından Prezidentə müraciət - “Şahbuzun icra başçısı bizə imkan vermir ki…”


Naxçıvanın Şahbuz rayon sakini, ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş Natella Məmmədova Prezident İlham Əliyevə müraciət edib.

Tribuna.az-a danışan Natella Məmmədova bildirir ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün ailəsi ən sadə dolanışıq problemini belə həll edə bilmir.
Onun sözlərinə görə, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olub, Vətən uğrunda xidmət göstərib. Hazırda ailə maddi sıxıntı içində yaşadığından, özlərinə məxsus və bütün sənədləri qaydasında olan həyətyanı torpaq sahəsində kiçik dükan tikərək dolanışıqlarını təmin etmək istəyirlər.
Ancaq Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qərəzli şəkildə buna mane olur.
Natella Məmmədova bildirir ki, məsələ ilə bağlı Naxçıvan rəhbərliyinə də dəfələrlə müraciət edib və ailənin sosial vəziyyəti, övladlarının müharibə iştirakçısı olması nəzərə alınaraq onlara köməklik göstərilməsi tapşırılıb.
Buna baxmayaraq, Şahbuz rayonunun başçısı Rəfael Babayev müxtəlif səbəblərlə tikintiyə mane olmağa davam edir.
“Başqaları övladlarını gizlədəndə biz, balalarımızı ön cəbhələrə göndərdik. Dövlət çağırdı, Vətən çağırdı, göndərdik.
Səhv etmişik?
Bu gün isə həmin övladların ailəsini dolandırmaq, yaşatmaq üçün öz həyətimizdə bir tikili inşa etməyə imkan vermirlər.
Cənab Prezident hər dəfə deyir ki, müharibə iştirakçılarına qayğı göstərin, onları incitməyin. Bəs niyə bizi eşidən yoxdur?”, – deyə o bildirib.

Şikayətçi qeyd edir ki, başqa şəxslərə yolun mühafizə zolağına daha yaxın ərazilərdə obyekt tikintisinə şərait yaradıldığı halda, onların ailəsinə fərqli münasibət göstərilir.
Sanki düşmənə deyil, bunlara güllə atıb mənim oğlanlarım…
Natella Məmmədova Prezident İlham Əliyevə müraciət edərək problemin araşdırılmasını və ailəsinə qarşı yaradılan maneələrin aradan qaldırılmasını xahiş edib:

“Cənab Prezident, biz bu dövlətə ömrümüzü vermiş insanlarıq. Mən 45 il müəllim işləmişəm, həyat yoldaşım da ali dərəcəli müəllim olub. Övladlarımız Vətən uğrunda döyüşərək, qızıl qanlarını axıdıblar.
İndi isə öz şəxsi həyətimizdə dolanışıq üçün balaca dükan tikməyə imkan vermirlər. Sizdən xahiş edirəm, bu məsələyə müdaxilə edin və haqqımızın tapdalanmasına imkan verməyin”.

Şahbuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı, qarşı tərətin mövqeyini dinləməyə hazırıq.

ADSEA-nın NƏZƏRİNƏ: 15 gündür evlər SU ALTINDADIR... - VİDEO


Masazır qəsəbəsində yerləşən Zərifə Əliyeva küçəsində yaşayan sakinlər 15 gündür rəsmi qurumlardan kömək gözləyirlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə həmin küçədə yaşayan sakinlərdən biri video görüntü paylaşıb.

Bildirilir ki, vaxtında müdaxilə edilsəydi, vəziyyət bu həddə çatmazdı.

Sakinlərin sözlərinə görə, artıq 15 gündür ki, suyun çəkilməsi təmin olunmur. Hazırda isə su basmış evlərdə ciddi maddi ziyan yaranıb və bəzi hallarda zərərin minlərlə manat olduğu bildirilir.

Ərazidə yaşayanlar aidiyyəti qurumlara müraciət edərək problemin təcili həllini tələb edirlər. Onlar evlərdə yığılan suyun qısa müddətdə çəkilməsini və daha sonra dezinfeksiya işlərinin aparılmasını istəyirlər.

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur


Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ildə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Araşdırmalarda məlum oldu ki, sözügedən idarənin Satınalma Komissiyası tərəfindən kifayət qədər ciddi qanun pozuntusuna yol verilib.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi kanal qırağı yolların abadlaşdırılması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Samir Ramazan oğlu Verdixanov ilə 298.068 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 16.01.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Samir Ramazan oğlu Verdixanov 2007-ci ildən Qusar rayonu, Qusar şəhəri, Muxtadır, ev 74-də fiziki şəxs kimi vergi uçotuna alınıb. Samir Ramazan oğlu Verdixanovun (VÖEN: 4700224882) hazırki günə 16 014.11 manat vergi borcu var.

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “ESM-Trading” MMC ilə 410.918 manat məbləğində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 30.10.2025-ci ildə dərc edilib. Müqavilə bağlanma tarixi 27.10.2025-ci il, bitmə tarixi 30.12.2025-ci ilə müəyyən edilib.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilmiş bu tenderlərdə bir mənbədən satınalma metodunun tətbiq edilməsi bir sıra suallar doğurur, əsaslı şübhələr yaradır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, nə kanal qırağı yolların abadlaşdırılması, nə də avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin satınalma prosedurunu bu şəkildə keçirməsi yuxarıda qeyd etdiyimiz kimi, bir sıra şübhələr yaradır. Əsas şübhələr isə idarənin satınalma müqaviləsi bağladığı şirkətlərlə bağlıdır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hidromexaniki və elektrotexniki avadanlıqlar üçün malmaterial və ehtiyyat hissələrinin satınalınması üzrə qalib secdiyi “ESM-Trading” MMC göstərilən satınalma predmetinin konkret təchizatçısı olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Qeyd olunan satınalma predmetinin əvəzedicisi və alternativi olduğu halda Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nə üçün “ESM-Trading” MMC ilə bir mənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlamışdır?

Qeyd edək ki, “ESM-Trading” (VÖEN:3102061471) Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 26.12.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, SƏMƏD VURĞUN (XIRDALAN), ev.1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quluzadə İlkin Rasim oğludur.MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Mehdi Eldar oğlu olub.

MMC 15.10.2025-ci ildə İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə subartezian quyuların cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 488.833 manat dəyərində müqavilə bağlayıb.

Bunlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbər vəzifəli şəxslərinin göstərişi ilə bağlanan müqavilələrdir və büdcə vəsaitlərinin təyinatından kənarlaşdırlmasından başqa heç nəyə xidmət etmir.

Yuxarıda qeyd etdiyimiz kimi, bir mənbədən satınalma metodu satınalma predmetinə təcili tələbat yarandıqda tətbiq edilə bilər. Sual oluna bilər. Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fiziki şəxs Samir Ramazan oğlu Verdixanovla bağladığı müqaviləyə təcili tələbat hardan yaranıb? Bir fiziki şəxs olaraq Samir Verdixanov 11.12.2025-ci ildən 29.12.2025-ci ilə qədər, yəni 18 gün ərzində 298.068 manat dəyəri olan tendiri həyata keçirmək iqtidarındadırmı? Onun bu işləri yerinə yetirməyə texniki bazası varmı?

Təbii ki, bunlar əvvəlcədən razılaşdırılmış, planlaşdırılmış bir satınalmadan başqa bir şey deyil. Çünki, nə “ESM-Trading” MMC, nə də fiziki şəxs olaraq Samir Verdixanov yuxarıda qeyd etdiyimiz kimi, uyğunluq göstəricilərinə cavab vermir, müvafiq tələblərə cavab verən işçi qüvvəsi yoxdu.

Göründüyü kimi Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi qısa müddət ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə ümumi dəyəri 708 986 manat olan iki satınalma müqaviləsi bağlamışdır. Bu satınalmaların təşkilini Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozumaqla həyata keçirib. Belə ki, MMC-lərin heç birinin analoji işlərdə təcrübəsi, işçi qüvvəsi və digər uyğunluq göstəriciləri nəzərə alınmayıb ki, bu da tenderlərdə saxtakarlığa yol verildiyinə şübhələri artırır.

Qeyd edək ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Məzahir Əzizovdur. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin kadrlarından hesab edilir. 2012-ci ildən üzü bu yana sözügedən quruma rəhbərlik edir. Daha əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri, sonradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəhbərlik edən Zaur Mikayılov nədənsə Əhməd Əhmədzadənin bu kadrına hələ də vəzifə başında saxlayır. Bir çox rayonlarda Əhməd Əhmədzadənin kadrlarını vəzifədən çıxarmasına, dəyişməsinə baxmayaraq.

Məlumatlara görə onun arxasında hələ Əhməd Əhmədzadənin dövründə müavini olan, hazırda isə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev durur. Sual yarana bilər. Zakir Quliyev hansı xidmətlərinə görə i4 ildir Məzahir Əzizovu sözügedən idarənin başında saxlayır, ona şərait yaradır.

Rayon sakinlərinin mediada yayılan şikayətlərinə görə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçiləri 1 ha əkin sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 100 manat pul alırlar və günlərini kafedə yeyib –içməkdə keçirirlər. İdarəyə rəhbərlik edən Məzahir Əzizov isə əksər vaxtlarda iş başında tapılmır. Görünən odur ki, Məzahir Əzizovun işçiləri su satıb kef edir, özünün isə başı tenderlərə ayrılan yüzminlərə qarışıb.

Elə Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarçayın məcrasını dəyişərək 6 evi təhlükə altında qoyması barədə sakinlərin şikayəti də bu qəbildəndi. Sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb. Amma Qusarçayda sahilbərkitmə, bəndatma işlərinə ayrılan pulların hara getdiyi bəlli deyil.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasına ünvanladığımız məktuba cavabında idarənin baş mühasibi bildirir ki, “Mən Qusar SMSİİ-nə baş mühasib yeni təyin olunmuşam. Məqalədə göstərdiyiniz məsələlərə heç bir aydınlıq gətirə bilməyəcəyəm.

Həmçinin də Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri sadalamaqla qurtarmaz
İşini sevən, kollektivin qeydinə qalan, müraciət edən abonentin şikayətini dinləyib yerindəcə həll edən və həm də çox insani keyfiyyətlərə malik rəhbərdir.”
Maraqlıdır, yeni təyin olunmuş baş mühasib Məzahir Əzizovun meliorasiya su sahəsində gördüyü işləri sadalamaqla qurtarmadığını haradan bilir?

Aktualinfo.net

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27