Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov nə zamandır gözə dəyməsə də, bir ara sabiq MTN şefi Eldar Mahmudovla bağlı Prezidentə etdiyi şikayəti ilə diqqətə gəlmişdi. Keçən il isə Qaraşovun ağır xəstəlik keçirdiyi məlum oldu.

"DİA-AZ" bildirir ki, sabiq oliqarx-məmurlardan olan Arif Qaraşov bu gün də əlində köhnə biznes rıçaqlarını saxlamaqdadır


Bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən tanınmış jurnalist Fadil Paşayev olduqca ilginc bir məqama toxunub. Yuxarıdakı fotoları ictimailəşdirən jurnalist yazır:

"Gördüyünüz foto XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin binasıdır. Arif Qaraşovun yaratdığı məktəbdir. O məktəb ki, bir şagirdin illik təhsil haqqı 11. 500-12. 500 manatdır. Məktəbdə isə 750 nəfərdən çox şagird təhsil alır. Bilirsiniz, söhbət hansı Qaraşovdan gedir? Uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləyən bir oliqarx məmurdan. İllik gəliri orta hesabla 8 milyon manatdan çoxdur. Bu isə ona məxsus olan kommersiya əsaslı obyektlərdən cəmi birinin qazanc göstəricisidir. Belə "uğur hekayəsini" görən digər məmurlar sizcə nə etməlidirlər?!"

Bir daha xatırladaq ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən cənab Qaraşovun hazırda biznesinə oğlu nəzarət edir və Arif Qaraşov "toxunulmaz" hesab olunan sabiqlərdən hesab olunur...Dia-az

Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO


Zaqatala şəhər Vasif İsmayılov küçəsinin sakinləri 30 il bundan əvvəl inşa olunan ikimərtəbəli, 3 bloklu yaşayış binasının damının qəzalı vəziyyətdə olduğunu, yağan yağışların mənzillərə tökülməsindən şikayətçidir.

Vəziyyəti yerində araşdırmaq üçün Bizim.Media-nın əməkdaşı deyilən ünvanda olub.

Sakinlər mənzilin damı ilə yanaşı blokların qapısı olmadığından bloka itlərin daxil olduğunu, əşyalarını apardığını bildirir.

Zaqatala şəhəri Vasif İsmayılov küçəsində yerləşən çoxmənzilli binanın sakini Adilə Musayeva kimi hər kəs uzun illərdir yağan yağışlardan narahatdır. Sakinlərin sözlərinə görə, yağış yağandan az keçməmiş əllərində vedrə evdən, mətbəxdən sonra da binanın bloklarından su təmizləməyə başlayırlar.


Binanın digər sakini Elsurə Abışova da bina istifadəyə veriləndən onun damının dəyişdirilmədiyini, bu səbəbdən azbes-şifer örtüyünün istismar vaxtının çoxdan keçdiyini, bu səbəbdən yağış yağan zaman damlarına su damdığını bildirir.

Zaqatala Rayon İcra Hakimiyyyətinin şəhər üzrə nümayəndəsi, Mənzil Kommunal təsərrüfatının rəhbərliyi məsələ ilə əlaqədar əraziyə birgə baxış keçirdikdən sonra bildirilib ki, ötən il bu məhəllədə abadlıq işlərinə başlanılsa da, maliyyə vəsaiti tükəndiyindən işlər yarıda saxlanılıb.

Yaxın müddətdə binanın damının və həyətin əsaslı abadlaşdırılması üçün əlavə maliyyə vəsaiti ayrılacağı gözlənilir. Vəsait ayrılan kimi binanın damının dəyişdiriləcəyini, həmçinin həyətdə abadlıq işlərinin yekunlaşdırılacağı diqqətə çatdırılıb.

Şəhər üzrə nümayəndə vəzifəsinə yeni təyin edilən Ceyhun Hüseynov onu da əlavə edib ki, ilk növbədə şəhərin bütün məhəllə və binaları, həyətlərini gəzərək sakinlərlə tanış olur, onları dinləyərək qeydlər götürürlər. Şəhər nümayəndəsi söhbət gedən bu binanın və həyətin ilin sonuna kimi Zaqatalanın ən abad və səliqəli məhəllələrdən birinə çevriləcəyini də sözlərinə əlavə edib.

Sakinlər də öz növbəsində şəhər rəsmilərinin gəlişindən və aparılan söhbətdən razılıq edərək işlərin başlayacağı günü səbrlə gözləyəcəklərini deyiblər.(Bizim.Media)





Güllü İbadovaya necə vəzifə həvalə olunur?



Cinayət əməlinə görə vəzifədən uzaqlaşdırılan, barəsində cinayət işi açılan Laçın Mərkəzi Xəstəxanasının sabiq direktoru Güllü İbadova sabiq TƏBİB rəhbəri Vüqar Qurbanov tərəfindən qoruma altına alınaraq Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin olunmuşdu. Bu barədə məlumatlar ölkə mətbuatında dəfələrlə yazılıb və səsləndirilib.
Bu günlərdə məlum olub ki, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov da Güllü İbadovaya Bakı Baş Səhiyyə Mərkəzinin direktoru səlahiyyətlərini verib.
Belə ki, bir neçə il əvvəl Laçın Mərkəzi Xəstəxanasının sabiq direktoru, baş həkimi, 1985-ci il təvəllüdlü Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin olunub. Məlumata görə, Güllü İbadova Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaiti, yəni ona etibar edilmiş özgə əmlakını vəzifə səlahiyyətlərindən istifadə etməklə israf etmə yolu ilə talamaqda ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
İddialara əsasən, Güllü İbadova 2017–2020-ci illər ərzində ştat cədvəllərində saxtakarlıqlar edərək 17 575,92 manat məbləğində dövlət vəsaitini mənimsəyib.
Xatırladaq ki, Vüqar Qurbanov bu yaxınlarda vəzifəsindən azad edilib və bu qərar geniş müzakirələrə səbəb olub. Onun ardınca Anar Bayramov quruma rəhbər təyin edilib. Yeni rəhbərliyin ilk günlərində bir sıra tibb müəssisələrində rəhbər şəxslərin vəzifədən uzaqlaşdırıldığı baş verir. Bu proses çərçivəsində Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov də vəzifəsindən kənarlaşdırılıb və idarəetmənin müvəqqəti olaraq müavinlərə həvalə olunub. Lakin burada diqqət çəkən mühüm məqam var. Məlumata görə, hazırda Bakı Baş Səhiyyə Mərkəzinin idarə olunması məhz Güllü İbadovaya həvalə olunub. Bu isə ciddi suallar doğurur. Bir tərəfdən TƏBİB-də “təmizləmə” və islahat siyasətindən danışılır, digər tərəfdən isə barəsində cinayət işi açılmış və sonradan məsuliyyətdən azad edilmiş şəxsin yenidən yüksək vəzifədə saxlanılması müşahidə olunur.
Bu hansı islahatdır? Bu hansı fərqdir?
Baş həkim olduğu dövrdə ciddi qanun pozuntuları ilə ittiham olunan və sonradan Vüqar Qurbanov tərəfindən qorunaraq yüksək vəzifəyə gətirilən şəxslərin yenidən irəli çəkilməsi yeni rəhbərliyin yanaşması ilə nə dərəcədə uyğun gəlir? Əslində, yeni rəhbərliyin “təmizləmə” siyasətinin əsas istiqamətlərindən biri məhz belə hallara qarşı prinsipial mövqe nümayiş etdirmək olmalıdır. Çünki bu kimi şəxslərin sistemdə qalması korrupsiya risklərinin davam etməsi ilə bağlı narahatlıqları artırır.
Ümid etmək olar ki, yeni rəhbərlik bu məsələyə aydınlıq gətirəcək və səhiyyə sistemində daha şəffaf və prinsipial idarəetmə modeli formalaşdıracaq. Əks halda, əvvəlki və indiki yanaşmalar arasında ciddi fərqin olmadığı barədə fikirlər daha da güclənə bilər.(Xalq.online)

Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ölüb?


Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir.

“Qafqazinfo”ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib.

O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasını xahiş edib: “Oğlum Adilin səhhətində yaranmış problemə görə onu martın 11-də “SPERO Hospital”a apardıq. Oradakı KT müayinəsi nəticəsində oğlumun dalağının arxa hissəsində qan toplanması (hematoma) olduğu bildirildi. Elə həmin gün Adili dərhal Respublika Diaqnostika Mərkəzində həkim İlqar İsmayılovun qəbuluna apardım. O, övladımın dərhal cərrahi əməliyyat edilməsinin zəruri olduğunu bildirdi. KT və analizlərin nəticəsinə əsasən tam diaqnoz təyin edə bilmədiyi üçün ilk öncə endoskopik (kamera ilə), əgər zərurət yaranarsa, açıq əməliyyata keçəcəyini bildirdi. Əməliyyatdan sonra İlqar İsmayılov mənə prosesin uğurlu olduğunu, qan yığıntısının təmizləndiyini və bir azdan palataya keçiriləcəyini dedi. Lakin qan yığınının nədən yaranması barədə dəqiq məlumat vermədi”.

Şikayətçi bildirib ki, oğlu 6 gün xəstəxanada qalıb: “Martın 12-si həkimdən oğlumun səhhəti barədə soruşdum. Dedi ki, hər şey qaydasındadır. Amma Adil palatada yatdığı müddətdə hər gün ağrılarının olduğunu və ağrıkəsici dərmanların vurulduğunu söyləyirdi. Hətta ağrıdan səhərə qədər yata bilmədiyini deyirdi. İlqar həkimdən bu ağrıların səbəbini soruşduqda əməliyyatın ağrısının olduğunu söyləyirdi, amma uşağımın ağrıları dayanmırdı. Martın 17-si onun köməkçisi olan Ramil həkim oğlumu xəstəxanadan çıxara biləcəyimizi deyərək qalan məbləği gətirməyimi söylədi. Həkimə tərəfimizdən ümumilikdə 5 000 manata yaxın pul verildi. Çıxarış sənədlərini soruşduqda bayramdan sonra veriləcəyini bildirdi. Oğlum mənə həmin günü UZİ-dən (USM-dən) keçdiyini və həkimin ona hər şeyin qaydasında olduğunu söylədiyini dedi”.

Ərəstun Rzayevin sözlərinə görə, evə gətirildikdən sonra da övladının ağrıları davam edib: “Martın 19-da Adili İlqar həkimin yanına apardım və ona dedim ki, uşağımın ağrıları hələ də keçmir. O, qarın nahiyəsinə iki barmağı ilə baxaraq heç bir şey olmadığını, hər şeyin qaydasında olduğunu dedi. Mən nə qədər narahatlıq hissimi bildirsəm də, təşviş üçün heç bir əsas olmadığını deyərək məni arxayın saldı. Martın 22-si oğlumun ağrıları artdığı üçün həyat yoldaşım Ramil həkimlə danışıb, o da KT müayinəsindən keçirməyi söyləyib. Bayram günləri olduğu üçün heç bir yer işləmədiyinə görə martın 23-də “SPERO Hospital”da Fariz həkimin yanında KT müayinəsindən keçirdik. Nəticəni Fariz həkim İlqar İsmayılova vatsap vasitəsilə atdı. Yoldaşım İlqar həkimə səs atdıqda o bildirdi ki, “mən səs yazılarına qulaq asmıram və ölkə xaricindəyəm, uşağınızı başqa dövlət xəstəxanasına yerləşdirin”. Artıq 1 saylı Kliniki Tibbi Mərkəzə oğlumu çatdırdıqda təcili əməliyyata alındı, əməliyyat masasında dalağının partladığı, qarın boşluğunun qanla dolu olması məlum oldu. Əfsus ki, oğlumu xilas etmək mümkün olmadı. Təəssüfləndirici digər məqam odur ki, İlqar İsmayılov bir dəfə belə olsa, bizə zəng edib xəstə ilə maraqlanmadı, telefonlarımıza cavab vermədi, oğlum vəfat etdikdən sonra adi başsağlığı belə vermədi”.


Mərhumun atası övladının ölümünə keçirdiyi dalaq əməliyyatı və sonrakı ağırlaşmaların səbəb olduğunu düşünür: “Bütün faktlar əməliyyatı həyata keçirən Respublika Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhvinin olmasını göstərir. Oğlum barəsində tərtib olunmuş ölüm haqqında şəhadətnamədə bilavasitə ölümə səbəb kimi trombositlərin keyfiyyət qüsurları, Bernar Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası göstərilib, patoloji prosesin başlanması ilə ölüm arasında fərqin 12 gün olması qeyd edilib. Patoloji prosesin başlanması ilə ölüm arasında zamanın 12 gün qeyd edilməsi ölümün səbəbinin birbaşa olaraq İlqar İsmayılov tərəfindən edilmiş əməliyyat olduğuna işarə edir. Çünki həmin əməliyyat ölümdən 12 gün qabaq edilmişdi”.

Ə.Rzayev hadisə ilə bağlı aparılan araşdırmaların gedişatından narazı olduğunu əlavə edib: “İş üzrə araşdırmanın Abşeron Rayon Prokurorluğunda aparılmasının məntiqi izahı yoxdur. Əməliyyat baş verən ərazinin Abşerona heç bir aidiyyəti yoxdur. Oğlum Yasamal rayonunda yerləşən klinikada əməliyyat edilib və işə bu rayonun prokurorluğunda baxılmalıdır. Oğlumun vəfatından sonra onun dalağı tərəfimizdən özəl klinikalardan birinə təhvil verilsə də, bizim xəbərimiz və məlumatımız olmadan götürülərək ekspertizaya təqdim edildiyi bildirilib. Bütün bunların bizə heç bir məlumat verilmədən aparılması məndə araşdırmanın ədalətli araşdırılmadığı və nəticənin də ədalətli olmayacağı qənaətinə gətirir. Hazırda iş üzrə ekspertiza təyin olunub. Xahiş edirəm, məsələyə obyektiv baxılsın və faktla bağlı cinayət işi açılaraq ətraflı istintaq tədbirləri həyata keçirilsin”.

Məsələ ilə bağlı prokurorluqdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda araşdırmalar davam etdirilir. Ekspertizanin rəyinə əsasən, cinayət işi açıla bilər.


İttihamlarla əlaqədar həkim İlqar İsmayılovla da əlaqə saxladıq. O, saytımıza açıqlamasında Adil Rzayevin ölümünün onun 11 mart tarixində keçirdiyi cərrahi əməliyyatla əlaqəli olmadığını deyib: “Adil Rzayev təsadüfən bizim yanımıza gəlməyib. Onun atası Ərəstun bəyi bir neçə ay əvvəl bağırsaq xərçənginə görə çox mürəkkəb əməliyyat etmişdik. O da gecikdirilmiş vəziyyətdə yanımıza gəlmişdi. Uğurlu əməliyyat oldu. Adil isə bizə müraciət etməmişdən təxminən 6 ay əvvəl beyin qanaxması – insult keçirmişdi, daha sonra başqa bir mərkəzdə öd kisəsindən əməliyyat edilmişdi. Bundan sonra qarındakı ağrılarla bizə müraciət etmişdi. 1 həftə evdə nəzarətsiz saxlayıblar və müayinə edərkən məlum oldu ki, 1 həftədir qarın boşluğuna qan yığılıb və böyükölçülü qan laxtasını götürmək üçün təcili əməliyyat etmişik.
Əməliyyatla qan laxtasını götürdük, əməliyyatın videosu da mövcuddur. Orada görünür ki, dalaq sağlamdır, hər hansı qanaxma yoxdur. 1 həftə xəstəxanada qaldı və müayinələr də göstərdi ki, əməliyyat etdiyimiz yer təmizdir və evə buraxıldı. Sonradan kontrola gəldikdə də baxdıq və məlum oldu ki, vəziyyəti kafidir. Daha sonra bayram günlərində bizim və komandamızın Bakıda olmadığı dönəmdə anası zəng edib ki, kəskin ağrıları başlayıb. Biz də dedik ki, dərhal tomaqrafiyadan keçsin. KT edən həkim də bizə müayinənin nəticəsini göndərdi, səs də göndərdi və dedi ki, Adildə başqa yerdə qanaxma var. Məlum oldu ki, bu dəfə tamamilə başqa yerdə – dalağın içində qanaxma var. Anasına bildirdik ki, təcili əməliyyata ehtiyac ola bilər, dərhal xəstəxanaya aparılsın. Sonra Kliniki Tibbi Mərkəzə aparılıb və orda əməliyyat vaxtı vəfat edib. Ölümə nə səbəb olub hələ ki, bilinmir. Bizdə olduğu müddətlə, keçirdiyimiz əməliyyatla heç bir əlaqəsi yoxdur ölümün. Çox güman ki, xəstənin damar problemi olub. Biz bütün bunları xəstənin yaxınlarına izah etdik. Ola bilər ki, emosional vəziyyətlə bağlı şikayət edirlər”.(Qafqazinfo)




Xəbər lenti

Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
16:19
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
15:34
Güllü İbadovaya necə vəzifə həvalə olunur?
14:38
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
12:32
Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılovun səhv əməliyyatına görə pasiyent ölüb?
12:09
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
18:30
KTN-də biabırçı “islahatlar” başlayır - Yeyintiyə görə işdən çıxarılanlar yenidən vəzifəyə gətirilir
17:54
Həkimə gedən təhlükə ilə üz-üzə qalır - Sumqayıtda biabırçılıq
17:08
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb?- “UZAQ DURUN!”
16:27
“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir
15:40
“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”
15:15
Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur
14:49
Aynur Poluxovanın direktoru olduğu İnstitututda baş verənlərdən Teymur Musayevin xəbəri varmı
14:30
Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: "Baku Electronics" niyə qapanıb?
12:34
AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?
12:03
"Avromed" hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə
11:23
Novxanıda “Santo Mare”də qanunsuz tikinti yenidən davam edir – VİDEOFAKT
10:49
İlkin Əzizovun rəis olduğu idarəyə 85 minlik yanacaq alınıb
10:11