Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı



"Şikayətim Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A (keçmiş Sadıqcan küçəsi) ünvanında fəaliyyət göstərən Xətai 7 MMMC-nin qanunsuz fəaliyyəti, sakin hüquqlarının pozulması və əmək istismarı halları ilə bağlıdır..." "Dia-az" xəbər verir ki, bu barədə Emin Əliyev adlı sosial şəbəkə istifadəçisi özünün hesabında paylaşım edərək gileylənir.
Narazı vətəndaş daha sonra şikayətinin əsas məqamlarını sadalayır:
"1. 2026-cı ildə kommunal ödənişlərin artırılması sakinlərlə şəffaf və rəsmi razılaşdırma aparılmadan həyata keçirilmişdir. Bildirilir ki, guya səsvermə keçirilmişdir, lakin sakinlərin əksəriyyətinin bu artımdan xəbərdar olmadığı və razılıq vermədiyi düşünülür. Bu prosesin hansı əsaslarla və necə təşkil olunduğu barədə heç bir rəsmi məlumat təqdim edilməmişdir.
2. Kompleksdə xadimə kimi çalışan qadın işçilər əmək istismarına məruz qalırlar. Onlar şənbə və bazar günləri, hava şəraitindən asılı olmayaraq, məcburi qaydada işə çağırılır və həyətin, girişlərin, mərtəbələrin təmizlənməsinə cəlb olunurlar.
3. İşçilərə əlavə iş günləri və artıq əmək müqabilində əlavə əməkhaqqı verilmir. Ümumilikdə ödənilən aylıq əməkhaqqı əmək qanunvericiliyinin tələblərinə uyğun deyil və olduqca aşağı səviyyədədir.
4. Sakinlərdən müntəzəm şəkildə kommunal ödənişlər toplansa da, həyət ərazisində, mərtəbələrdə və ümumi istifadədə olan sahələrdə abadlıq və yenidənqurma işləri aparılmır. MMMC rəhbərliyinin əsas məqsədinin yalnız pul toplamaq olduğu müşahidə edilir.
5. Ödənilən kommunal haqlar müqabilində keyfiyyətli xidmət göstərilmir. Şənbə və bazar günləri aparılan səsli təmir işləri sakinlərin narahatlığına səbəb olsa da, dəfələrlə edilən irad və şikayətlərə baxmayaraq heç bir tədbir görülmür.
6. Girişlərdə yerləşdirilən elanlar əsasən yalnız ödəniş tələbləri ilə bağlı olur. Sakinlərin məlumatlandırılması və digər vacib məsələlərlə bağlı demək olar ki, heç bir şəffaf məlumat paylaşılmır.
7. Ən ciddi problemlərdən biri isə MMMC tərəfindən yaradılmış “WhatsApp” qrupunun rəsmi elan vasitəsi kimi təqdim edilməsidir. “WhatsApp” istifadə etməyən sakinlərə heç bir rəsmi bildiriş təqdim olunmur və müraciət etdikdə “qrupa qoşulun” cavabı verilir. Bu isə sakinlərin məlumat alma hüququnun pozulması deməkdir.
Yuxarıda qeyd olunan qanunsuzluq, özbaşınalıq, əmək istismarı və sakin hüquqlarının pozulması hallarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmasını, Xətai 7 MMMC-nin maliyyə fəaliyyəti və yığılan kommunal ödənişlərin təyinatı üzrə istifadəsinin yoxlanılmasını, əmək qanunvericiliyinin pozulması hallarına hüquqi qiymət verilməsini, həmçinin sakinlərin hüquq və mənafelərinin qorunması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülməsini tələb edirik..."(Dia-az)
Məsələ diqqətimizdədir...

“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!


Bakı -Tbilisi sərnişin qatarının hərəkətinin bərpa olunacağı xəbəri ictimaiyyətdə nə qədər böyük sevinclə qarşılandısa, gediş haqqının nə qədər olacağı da bir o qədər maraq kəsb edir.

Azərbycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz "Sherg.az"a açıqlamasında qeyd etdi ki, ADY hələ ki biletlərin qiymətini elan etməyib. Lakin O.Gündüz ictimai nəqliyyata münasibətdə qüsurlu yanaşmanın olmayacağına ümid edir:

- Bakı-Tbilisi qatarına qiymətlər necə olacaq, hamını maraqlandırır. Xatırlayıram ki, 5 illik fasilədən sonra bərpa olunan Bakı - Balakən qatarı üçün müəyyən olunan hədsiz yüksək qiymətləri Azərbaycan Dəmir Yolları “komfort”, “VIP zal”, "dünya təcrübəsi"ilə izah etmişdi. Hansı ki, daxili bir reysdə vətəndaşa zorla mənasız bir yemək seti təklif edərək, qiyməti süni qaldırmaq halıyla heç bir yerdə rastlaşmaq mümkün deyil. Öz evindən gələn yerli vətəndaşların əksəriyyəti isə gecə 12-də verilən bu setdən istifadə etmir. Zorla təqdim edilən yemək seti yalnız qiymət artımına şərait yaradır ki, həm də məhz buna görə də "SV"nin qiyməti 72-100 manat arasında dəyişir. Əvvəllər bu 22 manat 50 qəpik olub. Ümumiyyətlə isə, ADY-nin Bakı - Balakən üçün təklif etdiyi qiymətlər vaqonun tipindən asılı olaraq əvvəlkilərdən 3-4 dəfə bahadır.Əvvəllər Plaskart 7-8 manat idi, hazırda ən yaxşı halda 18-25 manatdan başlayır. Əvvəllər kupe 13 manat idi, hazırda ən yaxşı halda 27 -33 manatdan başlayır. Qeyd olunan yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb. ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda ağlabatan olmayıb. Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu “komfort”, elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil. İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur. Bakı - Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb. Ümid edirəm Bakı - Balakən qatarında tətbiq edilən "komfort”, "elit" prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq.

Sherg.az

Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?



Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux Rayon Uşaq Musiqi Məktəbi ilə bağlı ciddi iddialar səsləndirilir. Məktəbdə çalışan bir qrup şəxsin verdiyi məlumatlara görə, təhsil ocağında uzun müddətdir qanunsuzluq, maliyyə yeyintiləri və müəllimlərə qarşı təzyiq halları hökm sürür.

​İddialara əsasən, məktəbdə müəllimlərin adına əlavə dərs saatları yazılır, daha sonra həmin saatlara görə müəyyən məbləğlər tələb olunur. Bildirilir ki, bəzi müəllimlər hər ay yüzlərlə manat vəsaıt ödəməyə məcbur edilir. Həmçinin imtahan dövründə dərs yükünün süni şəkildə artırıldığı, nəticədə isə artıq dərs saatı səbəbi göstərilərək bir neçə müəllimin işdən uzaqlaşdırıldığı qeyd olunur.

Şikayətlərdə məktəb direktoru Ülviyyə Nadirovanın kollektivlə kobud və təhqiredici davranışı xüsusi vurğulanır. İddia edilir ki, direktor müəllimləri daim təzyiq altında saxlayır, onları "incidəcəyi" ilə hədələyərək müxtəlif sənədlərə və dərs bölgülərinə imza atmağa məcbur edir. Məktəbdə sağlam iş mühitinin olmadığı, qorxu atmosferinin formalaşdığı bildirilir.

​Səsləndirilən məlumatlarda məktəbin sanitar vəziyyəti ilə bağlı da diqqətçəkən iddialar yer alır. Belə ki, məktəbdə ayaqyolunun bağlı saxlanıldığı, açarın yalnız direktor və tədris işləri üzrə müavin Gülxar Nəsibovada olduğu qeyd edilir. Müəllim və şagirdlərin isə məcbur qalaraq ödənişli ictimai ayaqyolundan istifadə etdiyi bildirilir.
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?

​İddialarda o da vurğulanır ki, direktorun özbaşınalığı və qanunsuz fəaliyyətlərində ona dəstək verən şəxslərdən biri Samux rayon mədəniyyət sahəsində çalışan mühasib Hüseynov İsrafil hesab olunur. Mənbələrin sözlərinə görə, məktəbdə baş verən bir çox proseslər məhz müəyyən şəxslərlə əlbir şəkildə həyata keçirilir.

Qeyd olunur ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına, hətta hüquq-mühafizə orqanlarına da dəfələrlə müraciətlər edilib. Lakin şikayətçilər iddia edirlər ki, bu günə qədər ciddi nəticə əldə olunmayıb.
​Əlbəttə, səsləndirilən bütün bu iddiaların nə dərəcədə doğru olub-olmaması yalnız aidiyyəti qurumların aparacağı obyektiv araşdırmadan sonra məlum ola bilər. Ümid edilir ki, məsələ nəzarətə götürüləcək, qanun pozuntuları aşkarlanacağı təqdirdə isə məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Mənbə :Aranmedia

Novxanıda yanan "AF Hotel" kimindir? – "EuroHome"un sahibinin növbəti obyekti alovlar içində


Bakının Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğının başlaması diqqəti yenidən sözügedən obyektin sahibinin kimliyinə yönəldib. Çünki alovlar içində qalan bu böyük kompleks və bundan əvvəl paytaxtda külə dönən nəhəng ticarət mərkəzi eyni iş adamına məxsusdur.

Nocomment.az yanğın başlayan “AF Hotel & Aqua Park" kompleksinin sahibi tanınmış azərbaycanlı iş adamı Azay Möhnətovdur. O, ölkənin iri kommersiya strukturlarından olan "AF Holdinq" Şirkətlər Qrupunun prezidenti, "Uğur-97" şirkətinin rəhbəri və Azərbaycan Memarlar Birliyinin üzvüdür.

Azay Möhnətovun adı mətbuata silsilə yanğın hadisələri ilə yad deyil. Belə ki, bundan əvvəl Bakı şəhərinin Binəqədi rayonunda yerləşən və paytaxtın ən böyük tikinti bazarlarından biri olan “EuroHome” tikinti materialları bazarında (ticarət mərkəzində) da dəhşətli və güclü yanğın hadisəsi qeydə alınmışdı.

Həmin külə dönən ticarət mərkəzinin də rəhbəri və sahibi məhz iş adamı Azay Möhnətov idi. "EuroHome" faciəsindən sonra oliqarxın Novxanıdakı məşhur istirahət mərkəzi də eyni taleyi yaşayır.(Nocomment.az)

Nazir müavini Vüqar Kərimova ağır ittihamlar - “Meşə mafiyası”nın başında kim dayanır?


Nazir müavini Vüqar Kərimova ağır ittihamlar - “Meşə mafiyası”nın başında kim dayanır?
Xüsusilə meşələrin məhv edilməsi, qanunsuz ağackəsmə, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı iddialar ictimai narahatlığı daha da artırır.

Bu müzakirələrin mərkəzində isə eyni ad hallanır - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Vüqar Kərimov.

SAVASHMEDİA.az xəbər verir ki, nazir müavininin adı illərdir müxtəlif regional idarələrdəki qalmaqallar, meşə təsərrüfatlarında baş verən qanunsuzluqlar və “Azəryaşlandşaft” ASC ətrafında yayılan narazılıqlarla yanaşı çəkilir.

İddialara görə, meşə təsərrüfatlarında bir çox təyinatlar məhz onun razılığı ilə həyata keçirilir, peşəkar olmayan şəxslər rəhbər postlara gətirilir, qanunsuz qırıntılar və cərimələrlə bağlı sənədlər isə ört-basdır edilir.

Vüqar Kərimovun adı Masallı, Lənkəran, Şəki və digər bölgələrdə baş verən qalmaqallarda da çəkilir. Xüsusilə “Azəryaşlandşaft” ASC ətrafında səslənən ittihamlar diqqət çəkir. İddialara əsasən, dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur, baxımsızlıq hökm sürür və bəzi təyinatlar şəxsi yaxınlıq prinsipi ilə həyata keçirilir.

Cənub bölgəsindəki meşələrlə bağlı səslənən iddialar isə daha ağırdır. Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki olaraq yoxa çıxması barədə məlumatlar ciddi narahatlıq yaradıb. İddialara görə, qanunsuz qırıntılarla bağlı aktlar gizlədilib, həqiqəti yazan əməkdaşlara təzyiqlər olub.

Ekologiya sistemində artıq “toxunulmazlıq” görüntüsündən danışılır. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə meşələrə cavabdeh şəxslərin adı “meşə mafiyası” ifadəsi ilə yanaşı çəkilir.

Cəmiyyət isə bir neçə suala cavab gözləyir: 76 hektar meşə haradadır? Qanunsuz qırıntılar niyə araşdırılmır? Dövlət meşə fondu torpaqları necə örüş və əkin sahələrinə çevrilir? Və niyə bütün bu iddiaların mərkəzində daim Vüqar Kərimovun adı keçir?(SAVASHMEDİA.az)

Xəbər lenti

Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
10:48
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
10:26
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
09:41
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
09:27
3000 manatlıq burun əməliyyatı, məhkəmə qərarı və "dezinformasiya" iddiası: Faktlar nə deyir?
20:18
Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
19:31
"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
18:22
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
14:05
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
13:43
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
13:11
Elçin Məsiyev ÇL oyununa təyinat aldı
12:48
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
12:21
Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58