AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"


"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir..." Bunu özünün sosial şəbəkə hesabında Vətəndaşların Əmək hüquqlarını müdafiə liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mənə bir neçə rayonda deyiblər (hətta göstəriblər) ki, bu möhür üçün kimyəvi məhluldan (çerneldən) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur. Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır. Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır.
Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi yaxşı olardı..."

Dia-az

Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda


Dövlət Turizm Agentliyi tərəfindən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinin satın alınması üzrə 03.03.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 295.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 19.06.2026-cı il tarixdə dərc edilib.
Şərtlər toplusuna görə “AZSUR GROUP” MMC “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evində döşəmə örtüklərinin sökülməsi: taxtadan, döşəmə örtüklərinin sökülməsi: daş parçasından (Tikilinin çay daşından olan döşəməsinin (anbar və giriş hissə) və Yardımçı hissədə Tikilinin çay daşından olan döşəməsinin sökülməsi), Taxta arakəsmələrin sökülməsi:təmiz lövhəşəkilli,taxtadan (Eyvanda diktdən olan taxta məhəccərin sökülməsi), Divarların hasarlayıcı konstruksiyalarının sökülməsi: binanın hündürlüyü 30m-ə qədər olduqda,profillənmiş vərəqdən (Məhəccərə birləşdirilmiş metal lövhələrdən ibarət örtük qatının sökülməsi) Dam örtüyünün sökülməsi:vərəqşəkilli poladdan (Metal lövhələrdən ibarət örtük qatının sökülməsi) və sair bu kimi təmir işlərini həyata keçirməlidir.
Göründüyü kimi Dövlət Turizm Agentliyi 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinə nə az, nə də çox, üç yüz min manata yaxın vəsait ayırıb. İki fərdi yaşayış evinin bərbasına ayrılmış vəsaitin şişirdildiyi burada açıq aşkar görsənməkdədir. Bunun üçün nə tikinti mühəndisi olmağa, nə də maliyyəçi olmağa kərək qalmır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi hələ 2024-cü ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ilə 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Burada MMC-nin Xınalıq kəndindəki qəzalı evlərin birini təxmini hesablamalarımıza görə 99 945 manata bərpa edəcəyini hələ 2025-ci ildə açıqlamışdıq.
Ümumiyyətlə isə Turizm Agentliyi 2021-2024-cü illərdə yalnız Xınalıq kəndindəki qəzalı evlərin (44+16) bərpasına ümumi olaraq 8 688 715 manat dəyərində vəsait ayıraraq 4 satınalma müqaviləsi bağlayıb. Burada isə bir fərdi yaşayış evinin bərpasına 140 min manatdan çox dövlət vəsaitinin ayrıldığı görsənir.
Amma buna baxmayaraq 2025-ci ilin iyununda mediya açıqlama verən Xınalıq sakini Namiq Əhmədov bildirmişdi ki, “Xınalıqdan, Quba şəhərindən illər öncə köçüb gedən 4 nəfərin evi bərpa olunub. Kəndi tərk etməyən sakinlərin qəzalı evləri isə uçub dağılır. İllərdir gözləyirik. Dəfələrlə Dövlət Turizm Agentliyinə müraciətlər etmişəm. Hər dəfəsində də şablon, anlamadığım dildə cavablar verilir”.
Göründüyü kimi, Dövlət Turizm Agentliyi istər Xınalıq kəndindəki fərdi evlərin, istərsə də Lahıcdakı evlərin bərpasına kifayət qədər iri məbləğlərdə dövlət vəsaitləri xərcləyir. Amma bu vəsaitlərin təyinatı üzrə xərclənib xərclənməməsi nədənsə araşdırılmır, ictimaiyyətə açıqlama verilmədiyindən şübhələri daha da artırmış olur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Bütün bunlara baxmayaraq mediada və sosial şəbəkələrdə Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı narazılıqlar səngimir, daha da çoxalır.

Aktualinfo.net

Cəlilabadda yararsız ət hansı pulla alınıb? - Vəzifəli şəxs cəzalandırılıb...


Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.

Bizimesr.com bildirir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərova töhmət verilib.

Xatırladaq ki, hadisə Qurban bayramı günlərində qeydə alınmışdı. Cəlilabad Rayon İcra Hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi.

Faktı açıqlamasında Füzuli Cəfərov da təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib: “Belə bir hadisə olub. Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam”.

Lakin günlərdir açıq qalan əsas sual təkcə ətin keyfiyyəti ilə bağlı deyil. Rayon icra hakimiyyətlərinin əksəriyyəti Qurban bayramı dövründə şəhid, qazi və aztəminatlı ailələrə qurban sovqatı göndərilməsi üçün tenderlər elan edir. Bu iş adətən tenderin qalib şirkəti tərəfindən icra olunur və məsuliyyət də həmin şirkətin üzərinə düşür.

Bu halda isə Cəlilabadda yararsız və ya keyfiyyətsiz ətin birbaşa icra hakimiyyəti tərəfindən təmin edildiyi iddia olunur. Bu isə bir sıra maliyyə və satınalma suallarını gündəmə gətirir:

Cəlilabad RİH Qurban ətini hansı vəsait hesabına alıb? Əgər tender keçirilməyibsə, bu hansı mexanizmlə həyata keçirilib?
Ətləri kim alıb və hansı əsasla seçilib? Ödənişlər hansı maliyyə mənbəyindən həyata keçirilib?

İddia olunur ki, ətlərin rayonda fəaliyyət göstərən qəssablardan və yerli sahibkarlara aldırılıb. Bu isə prosesin şəffaflığı ilə bağlı əlavə suallar yaradır.

Bizimesr.com olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimesr.com

Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.

Bu sözləri Prezident İlham Əliyev Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib.

“Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.

Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”, - dövlət başçısı qeyd edib.

İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ehtiyatda olan hərbi qulluqçuların təqaüdündən xəbərdarlıq edilmədən, səbəbsiz olaraq müxtəlif məbləğləri tutur.

Bizimesr.com-a daxil olan məlumatlara görə, son günlər bəzi təqaüdçü hərbçilər pensiyalarının bank kartlarına köçürüldükdən sonra əvvəlki aylardan daha az məbləğ aldığının şahidi olurlar. Onların sözlərinə görə, səbəbi öyrənmək üçün ilk olaraq xidmət göstərən "Kapital Bank"a müraciət ediblər.

Müraciət edən şəxslər bildirirlər ki, bank əməkdaşları onlara vəsaitin bank tərəfindən tutulmadığını, məsələ ilə bağlı aidiyyəti qurum kimi Dövlət Sosial Müdafiə Fonduna müraciət etmələrinin daha doğru olacağını bildiriblər.

Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialına müraciət edən təqaüdçülər də tutulan məbləğlərin səbəbi ilə bağlı aydın izahat ala bilmirlər. Onların sözlərinə görə, tutulmanın hansı səbəblər edildiyini əsaslandıra bilməyən fond əməkdaşları insanlara ərizə yazdıraraq araşdırma aparılacağını bildirirlər, lakin tutulmanın konkret hüquqi əsası barədə ətraflı məlumat təqdim edilmir.

Belə hallardan biri bu günlərdə ehtiyatda olan hərbi qulluqçulardan birinin başına gəlib. Həmin şəxsin pensiyasından 160 manat məbləğində vəsait tutulub. Təxminən 17 il əvvəl təqaüdə çıxmış hərbçi ona məxsus vəsaitin hansı əsasla tutulduğunu öyrənmək istəsə də, bununla bağlı konkret izah ala bilmədiyini bildirir.

Oxşar problemlə üzləşən digər təqaüdçülərin sözlərinə görə, bəzi hallarda onlara vəsaitin vaxtilə ödənilmiş nəqliyyat və digər xərclərlə bağlı tutulduğu bildirilir. Lakin təqaüddə olan hərbçilər belə ödənişlər almadıqlarını və buna görə də aparılan tutulmaları əsassız hesab etdiklərini deyirlər.

Məsələ bir sıra ciddi suallar yaradır. Əgər doğrudan da hər hansı artıq ödəniş və ya borc müəyyən edilibsə, həmin məbləğlərin tutulmasından əvvəl vətəndaşlara rəsmi bildiriş təqdim olunmalıdır. Tutulmalar barədə məlumat verilməlidir, hansı hüquqi sənədə əsaslandığı açıqlanmalıdır. Nəyə görə illər əvvəl təqaüdə çıxmış şəxslərlə bağlı iddia olunan məbləğlər məhz indi tutulur və hansı əsaslar var?

Qeyd olunan iddialarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mövqeyini öyrənməyə çalışacağıq.

Bizimesr.com

BAKIDAN QROZNIYA GEDƏN AZAL, KADİROV SEVDALISI ROZA ZƏRGƏRLİ!


Roza Zərgərli Kadırovla fotolar paylaşıb. Gülümsəyir. Çeçenistan rəhbərinə "böyük şərəf", "xüsusi xəzinə", "dərin minnətdarlıq" yazır.
Kadrlar gözəldir — saç düzümü, işıqlandırma, poza. Hər şey mükəmməl.
Mən isə o kadrlara baxanda başqa bir şey görürəm.
2024-cü il, 25 dekabr. Yeni ilin astanasında.
Bakıdan Qroznıya gedən AZAL-ın 8432 saylı reysi Dağıstan üzərindən keçərkən Rusiya hava müdafiəsinin raketi ilə vurulur.
Uçuş qeydiyyatı sistemləri söndürülür, pilotlar Rusiyadan hər hansı bir hava limanına enməyə icazə istəyir — rədd olunurlar. Aktau yaxınlığında eniş zamanı 38 nəfər həyatını itirir.
Otuz səkkiz azərbaycanlı.Bütün bunlar oldu. Bütün bunlar hər bir azərbaycanlının yaddaşına od kimi hopdu.
Və indi Roza xanım Çeçenistan rəhbərinin önündə dayanır, fotoqrafın istiqamətinə baxaraq sevinclə gülümsəyir, Kadırova "incəsənətə böyük dəyər verdiklərinə görə" təşəkkür edir.
Elə bil o 38 nəfər olmayıb. Elə bil o deşik-deşik olmuş gövdənin fotosu sosial şəbəkələrdə dolaşmayıb. Elə bil millət yas tutmayıb.
Sənət mövzusunu gündəmə gətirəcəyəm: incəsənətin dili dünyəvidir, mən bunu bilirəm. Müğənni Moskvada, Londonda, istənilən yerdə çıxış edə bilər — bu hüququnu kimsə əlindən ala bilməz.
Amma hər hüququn bir zamana, bir vicdana, bir kontekstə bağlı olduğunu da unutmaq olmaz.
Çeçenistan sadəcə coğrafi bir məkan deyil.
Kadırov sadəcə bir rəhbər deyil. O, Kremlin Qafqazdakı uzun əlinin barmaqlıdır. Rusiya hava müdafiəsinin Dağıstan üzərindən nəzarət etdiyi məkanda, bizim 38 həmvətənimizin ruhlarının hələ dincliyini tapmadığı bu aylar, günlər ərzində — rəsmi görüş, birgə foto, minnətdarlıq paylaşımı.
Mən bunu anlamaq istəyirəm, amma anlaya bilmirəm.
Bəlkə gəlir məsələsidir. Bəlkə menecerin tövsiyəsidir.
Bəlkə Soçi, Anapa, Gelencik turnesinin bir hissəsidir. Bütün bu şəhərlərin siyahısına baxanda görürəm ki, bu, bir sənət səfəri yox, Rusiya bazarına tam boyun əymənin xəritəsidir.
Qərb məni çağırır — yazıb; beş ştat, Amerika. Amma əvvəlcə Çeçenistanda Kadırovla fotoşüar.
Bu, bir müğənninin özəl seçimidir. Hər kəs öz qiymətini özü qoyur.
Amma onu da bilirəm ki, tarix bu cür anları hafizəsinə yazır. Kim nəyin ortasında nəyin yanında durdu — bu unudulmur.
Otuz səkkiz nəfər var ki, onlar artıq heç bir konsertin tamaşaçısı olmayacaq. Onların ailələri var ki, hər gün yalnız bir şey düşünürlər: ədalət nə vaxt gələcək? Onların yaddaşı var ki, hər foto, hər "böyük şərəf" yazısı, hər gülümsəyiş bu yaddaşa bir xəyanət kimi çırpınır.
Sima Babayeva
TEREF

ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “İnnovation Event” MMC (VÖEN – 1304829761) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə, tender müsabqiəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, ADNSU “İnnovation Event”dən “Məzun günü – 2026” tədbiri zamanı tələb olunan mal və xidmətləri satın alacaq və qarşılığnda 82 min 995 manat 30 qəpik ödəyəcək.
ADNSU-dan açıqlanan məlumatda bildirilir ki, “Məzun günü – 2026” tədbiri 23 iyun tarixində saat 18:00-da Bakı Kristal Zalında baş tutacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “İnnovation Event” MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazlı, ev 110, m. 15 ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Kürçaylı Əliağa Ülfət oğludur.
Onu da bildirək ki, “İnnovation Event” MMC-nin qanuni təmsilçisi Kürçaylı Əliağa Ülfət oğlu məşhur şair Əliağa Kürçaylının (1928-1980) nəvəsidir.
“İnnovation Event” MMC 2024 və 2025-ci illərdə Dövlət İqtisad Universiteti üçün də “Məzun günü” tədbiri təşkil edib.

Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT


"Dostlar, dələduzluq faktı ilə üzləşmişəm və yardımınıza ehtiyacım var. Xüsusilə həmkarlarımdan və sosial şəbəkələrdəki dostlarımdan xahiş edirəm ki, bu məlumatı paylaşaraq sözügedən şəbəkənin ifşasına dəstək olsunlar..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov paylaşıb.

Jurnalist daha sonra başına gələnləri belə nəql edir: "Hadisəni diqqətinizə çatdırıram:

13.06.2026-cı il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində Qazax rayonunun Çaylı kənd sakini Axundov Abdulla Əli oğlu tərəfindən dələduzluqla üzləşmişik.

Belə ki, həmin şəxs oğlum Xeyirxəbərli Əli Zülfüqar oğlundan 4 000 (dörd min) manat alaraq əslən Tovuz rayonunun Əyyublu kəndindən olan Məmmədov Rövşən Sarı oğluna məxsus, 2000-ci il istehsalı, 77-CK-589 dövlət qeydiyyat nişanlı "Volkswagen Jetta" markalı avtomobili etibarnamə əsasında oğluma verib.

Alqı-satqı zamanı mən və uzun illərdir tanıdığım iki nəfər dostum prosesin şahidi olmuşuq. Abdulla Axundov avtomobilin qonşusuna məxsus olduğunu, nəqliyyat vasitəsində heç bir problemin olmadığını və sonradan hər hansı əlavə xərc çıxacağı təqdirdə həmin xərcləri qarşılayacağını bildirib.

Lakin avtomobil cəmi 20 kilometrə yaxın məsafə qət etdikdən sonra nasazlıq yaranıb. Ertəsi gün – 14.06.2026-cı il tarixində avtomobili tanınmış mühərrik ustası Təbriz Qədərliyə göstərmişik. Baxış zamanı mühərrikdə ciddi nasazlıq olduğu müəyyən edilib.

Dərhal Abdulla Axundovla əlaqə saxlayaraq vəziyyəti diqqətinə çatdırmışıq. O, həmin vaxt Qazax rayonunda olduğunu, həftənin sonunda Bakıya qayıdacağını və yaranmış xərcləri qarşılayacağını bildirib.

Mühərrik söküldükdən sonra məlum olub ki, nasazlığı gizlətmək məqsədilə mühərrik yağına müxtəlif qatqılar əlavə edilib. Həmçinin mühərrikin porşenlərində və kolçalarında qırılmalar, dirsəkli valda isə ciddi zədələr aşkar edilib.

Bu barədə yenidən Abdulla Axundova məlumat verilmiş, o isə 20.06.2026-cı il tarixində Bakıda olacağını və məsələni həll edəcəyini bildirib. Lakin həmin gün dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərimizə cavab verməyib.

21.06.2026-cı il tarixində isə telefon zənginə cavab verərək nə dəymiş zərəri ödəməyə, nə də avtomobili geri götürməyə razı olmadığını bildirib. Bundan əlavə, (+99455) 813-93-66 nömrəsindən mənə zəng edərək kobud ifadələr işlədib, hədə-qorxu gəlib və məni təhqir edib.

Həmin şəxslə bağlı apardığım araşdırmalar zamanı mənə bildirilib ki, Axundov Abdulla Əli oğlu uzun illərdir avtomobil alqı-satqısı ilə məşğul olur. Verilən məlumata görə, o və onunla əlaqəli şəxslər Azərbaycanın müxtəlif bölgələrindən nasaz avtomobilləri alaraq onların texniki qüsurlarını gizlədir, daha sonra isə Bakı və Sumqayıt avtomobil bazarlarında, eləcə də tap.az və turbo.az elan saytlarında real bazar dəyərindən xeyli baha qiymətə satışa çıxarırlar.

Mənə verilən məlumata əsasən, bu fəaliyyətlə məşğul olan şəxslər mütəşəkkil qrup şəklində fəaliyyət göstərirlər və qeyri-rəsmi olaraq "Dovşan" adı ilə tanınırlar.

Buradan hüquq-mühafizə orqanlarına müraciət edərək qeyd olunan faktların hərtərəfli araşdırılmasını, bu fəaliyyətlə məşğul olan şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını və bizə dəymiş maddi zərərin ödənilməsinin təmin edilməsini xahiş edirəm. Eləcə də və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə mürciət edərək Abdulla Axundovun vergidən yayaınması ilə bağlı müvafiq tədbirlər görməsini xahiş edirəm. Bunun üçün çox vaxt sərf etməyə də gərək yoxdu. Hökumət portalına baxmaq kifayt edər. Adam həftədə ən azı etibarnamə ilə 4-5 avtomobil satır..."

Dia-az

GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...


“Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevlə bağlı ilginc iddiaların yer aldığı məlumatlar almışıq. Bu barədə "Dia-az"a göndərilən məqalədə iddia olunur ki, əslində GİZLİ OLİQARXlardan olan Qağaməli Seyfullayev əlindəki hüdudsuz sərvətə görə DÖVLƏT BÜDCƏSİNƏ "minnətdar olmalıdır". Yəni mənimsənilən pullar və bunun da əvəzində illərdir maaşları qalxmayan neftçilər, səfil günündə yaşamaq zorunda qalan neftçi ailələri... bütün bunlar Qağaməli Seyfullayevin daş kəsən tamahənın inikasıdır...

Məqalədə deyilir: "Neftdən-qazdan gələn gəlirlər sayəsində milyonçuya çevrilmiş, “qaz vurub, qazan dolduran” Seyfullayevin adı çirkli qüvvələrin “qara kassası” kimi hallanır. Mediada gedən xəbərlərdə səslənən ittihamlara görə, idarə rəisi ölçüyəgəlməz kapitala yiyələnib və oliqarxa çevrilib. Hətta onun sərvətinin siyahısı açıqlanıb və mal-mülk səltənəti üzə çıxıb.
Belə ki, Bakıda və doğulduğu Biləsuvarda çoxlu sayda evləri, dəbdəbəli villaları var. Bundan başqa, nəinki özünün, arvadının və uşaqlarının da sürücüləri var. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500 000 (beş yüz min) manat civarındadır.
Təkcə həmin maşını almaq üçün yetəcək gəlirin deklorasiyası tələb olunsa, Q.Seyfullayev çətin ki, şəffaf mənbə bəyan edə bilsin. Amma yarım milyonluq maşında gəzən idarə rəhbəri işçisi olan xəstə qaziyə ağrıkəsici iynələr almağa bir manat verməyə əli gəlməz... Bu barədə bir müddət əvvəl nmətbuatda faktlar açıqlanıb.
Göründüyü kimi, toxun acdan, varlının kasıb xəstədən xəbəri olmazmış. Təəssüf ki, belə bir keyfiyyətləri özündə əks etdirən məmur Neft-Qaz Təmir Tikinti Trestinin rəhbəri vəzifəsini daşıyır.
Ümumiyyətlə, sual olunur - qanunlarla bu qədər dövlət təminatı olan işçilər, xüsusən ağır xəstəlikdən əziyyət çəkən işçilər niyə pulsuz müalicə olunmamalıdır? Deməli, bu məsələ də Seyfullayevin marağında olmayıb.
Yeri gəlmişkən, bu günlərdə “Azəriqaz” İB-də rəhbər dəyişikliyi oldu. İndi böyük gözləntilər var ki, islahatlar davam edəcək. Bu da sıravi işçilərdə müəyyən ümidlər yaradıb ki, növbə Qağaməli Seyfullayevə çata bilər. Elə SOCAR prezidenti Rövşən Nəcəfə bununla bağlı müraciətlər edildiyi iddiaları var. Hətta onun məsuliyyətə cəlb olunmasını xahiş edirlər.
Bildirilir ki, Qağaməli Seyfullayev Neft-Qaz Təmir Tikinti Trestini, ondan əvvəl isə Qaz İxrac İdarəsini çapıb-talayıb. Bu azmış kimi, diplomsuz qohumlarını üç nəhəng təşkilata yerləşdirib. Beləliklə, şəhid ailələri, qazilər əziyyət çəksin, Seyfullayev və onun bisavad qohumları vəzifədən istifadə edib varlansınlar, kef çəksinlər.
Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin rəisi Qağaməli Seyfullayevin adı indiyədək bir çox korrupsiya olaylarında hallanıb. Q.Seyfullayev daha əvvəl SOCAR Qaz İxrac İdarəsinin rəisi işləyəndə də qohumbazlıqda, tabeliyindəki işçiləri öz şəxsi ev və obyektlərində kölə kimi işlətməkdə suçlanıb.
Onu da qeyd edək ki, Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzləri daxildir. Və bütün bu qurumlar Qağamaəlinin şəxsi büdcəsini doldurmaq üçün nəzərdə tutulub, desək, yanılmarıq..."

YAZININ DAVAMI OLACAQ... Növbəti yazıda təkcə Qağaməli Seyfullayevin özü ilə bağlı yox, qohumları ilə bağlı da... məsələn, Masallı Qaz İstismarı Sahəsinin müdiri olan İxtiyar Seyfullayevin, yəni doğmaca qardaşı barəsində də ilginc faktları təqdim edəcəyik... (Dia-az)

Bizi izləməyə davam edin...

“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...



Dərman firması və apteklər şəbəkəsi olan “Zeytun Pharma” MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri etiraza qalxıb. İşçiləri bildirib ki, ştatsız işlədilir, bayram və tətil günlərində işə cəlb edilir, əlavə günlərin əməkhaqları isə ödənilmir.

Bu barədə Tribuna.az-a MMC-nin Masazırdakı mərkəzi anbarının işçiləri bildirib. İşçilərin sözlərinə görə, onlar bayram günləri də işə cəlb edilir, ancaq bu günlərin ödənişi edilmir:

“Burada kim nə işlə məşğuldur, kim nəçidir, bəlli deyil. Bir nəfərə 10 adamın işini gördürürlər. Kim hansı ştatdadır, məlum deyil. İşlədirlər, ancaq pulumuzu vermirlər. Bayram günləri və şənbə hamını işə çağırdılar. Ancaq o günlərin pulu hələ də ödənməyib. Mart ayındakı bayram günlərində, Qurban bayramı günlərində də hamımız işə çıxmışıq. Hamımıza bir kağıza da qol çəkdirdilər ki, guya biz öz istəyimizlə bayram günləri işləməyə razıyıq.
Hansısa ştatda çalışırıq, amma əmrimiz verilmir. Hər kəsin guya bir vəzifəsi var. Amma bu vəzifə, ştat rəsmi formada deyil. Bu qədər işçini ştatsız çalışdırıb, haqlarını da ödəmirlər”.

İşçilər bildirib ki, bir ildir ən aşağı maaşla əməkləri istismar edilir:

“Anbarda nəsə əskik olsa, bunu işçinin ayağına yazırlar. Ancaq artıq olanda anbara qalır. Mal əziləndə, sınanda pulunu işçidən çıxırlar. MMC-nin bir anbarından digər anbarına artıq və ya əskik mal gedəndə işçini cərimələyirlər. Halbuki o mal itmir, sadəcə bir anbardan digərinə daşınır”.

Narazı işçilər haqlarının ödənilməsini, ştatların açılmasını və əmrlərinin verilməsini tələb edir. Bəzi işçilər tələblərinin yerinə yetirilmədiyi təqdirdə aidiyyəti dövlət qurumlarına, məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Tribuna.az

Xəbər lenti

Azərbaycanlılar Tbilisi vağzalında qalıb - Qatar biletləri tapılmır, ADY cavab vermir...
18:03
251 nömrəli məktəbdə "SON ZƏNG" adı ilə 100 min pul toplanıb? - Hər şagird 1800 manat...
17:27
“Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
16:57
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
16:24
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
16:02
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
15:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq
13:10
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
12:53
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
12:19
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
11:37
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
10:59
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
10:04
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
09:33
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
09:04
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
17:42
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
17:29
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
16:48