Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı


Bakıda piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub.


Binəqədi Rayon Məhkəməsində 1979-cu il təvəllüdlü Rəhman Əsədovun məhkəməsi yekunlaşıb.


Bildirilib ki, o, şirkətlərdən birinə məxsus “İsuzu” markalı yük maşınını idarə edib. Hadisə vaxtı sürücü avtomobillə Binəqədi qəsəbəsində hərəkətdə olarkən 1985-ci il təvəllüdlü Dünyamin Məlikov yola qəfil çıxıb. Nəticədə avtomobilə çırpılan şəxs ağır xəsarət alıb. 70 gün xəstəxanada müalicə alan 41 yaşlı kişi orada ölüb.


Aparılan araşdırmalarla müəyyən edilib ki, Dünyamin Məlikov hadisə günü qeyri-rəsmi nikahda yaşadığı qadınla birgə müxtəlif yerlərdə spirtli içki qəbul edib.


Qadın ifadəsində bildirib ki, Dünyamin həmin gün təxminən 2 litr spirtli içki qəbul edib və özünü öldürəcəyini deyib. Onlar piyada hərəkət edərkən gecə saat 00:30 radələrində Dünyamin qaçaraq özünü 10 May küçəsi ilə hərəkət edən avtomobilin altına atıb. Saatda təxminən 50 kilometrlə hərəkət edən yük maşınına çırpılan şəxs başından zədə alıb.


Məhkəmədə mərhumun valideyni təqsirləndirilən şəxsdən şikayətçi olmayıb. Dünyaminin sevgilisi də hadisədə sürücünün günahının olmadığını deyib.


Binəqədi Rayon Məhkəməsi Rəhman Əsədova təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə bəraət verib. Onun haqqındakı cinayət təqibi dayandırılıb və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO


Sumqayıt şəhərində yerləşən Nəsimi adına Mədəniyyət parkında tikinti məqsədilə sağlam ağacların kəsildiyi ilə bağlı görüntülər yayılıb. Şəhər sakinləri parkın bir hissəsində əvvəllər sıx ağaclıq olan ərazidə ağacların yerində böyük qazıntı sahələrinin yarandığını iddia edirlər.

Space TV-nin məlumatına görə, məsələ ilə bağlı həmin ərazidə tikinti işlərini həyata keçirdiyi deyilən "Şərur MTK"nın rəhbəri İsfəndiyar Axundov bildirib ki, şirkətin nə həmin ərazidə ağac kəsməsi, nə də Sumqayıtda hər hansı layihə həyata keçirməsi barədə məlumatı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı yayılan görüntü və iddialar Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılacaq.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qeyd olunan ərazidə tikinti işləri hazırda müvəqqəti dayandırılıb.

Qurumdan həmçinin qeyd olunub ki, parkda ağacların kütləvi kəsilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi müraciət daxil olmayıb.

VİDEO LİNKDƏ: https://azfakt.com/_erurlu__sfendiyarla_ba_l__daha_bir_qalmaqal_n_g_r_nt_leri_-_v_deo-196630-xeber.html

Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar



Bu il Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin sertifikatlaşdırma imtahanlarının ciddi etirazlar doğurması təşkilatçıları geri çəkilməyə məcbur qoydu. Bununla da Nazirlik, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu yarıtmaz fəaliyyətlərini etiraf etmiş oldular. Başqa sözlə, imtahan edənlər özləri imtahandan kəsildilər.

Məlumata görə sertifikatlaşdırmada iştirak edən müəllimlərin Nazirlik, MÜTDA və Təhsil İnstitutu qarşısındakı etirazlarından sonra daha üst dövlət instansiyalarından təhsil başbilənlərinə ciddi danlaq gəlib. Müəllimlərin haqlı narazılığının qulaqardına vurulmasının sosial-siyasi cəhətdən böyük yanlış olduğu naşı idarəçi-rəhbərlərin diqqətinə qəti şəkildə çatdırılıb. Təhsil başbilənləri də bundan sonra əl-ayağa düşüb, bəzi fənlər üzrə hər müəllimin nəticəsinə 1-2 bal artırıblar. Dolayısı ilə sualların tərtib olunmasındakı səhvlərini etiraf ediblər.

Ancaq səhvlər nədən ibarətdir, hansı parametrlər üzrə səhvə yol veriblər? Bunu izah etməyi, üzr istəməyi belə lazım bilməyiblər. Buna idarəçilik və pedaqoji mədəniyyət lazımdır. Görünən odur ki, bu da kökündən yoxdur.

Digər məntiqi və hüquqi suallar da açıq qalır:

İstərdik ki, aidiyyatı qurumlar suallarımızı cavablandırsınlar.

1) Hər ixtisas üzrə səhv suallara dair etirazlar və müəllimlərin videosübutları, çıxışları, müraciətləri olduğu halda niyə ancaq bəzi fənlər üzrə ballar artırılır?

2)Bu yanaşma bütün narazı müəllimləri etiraza səsləmək kimi dəyərləndirilə bilərmi?

3)Hər fənn üzrə bir neçə səhv sualların salınması müəllimlərin imtahan vaxtının ciddi şəkildə israf olunmasına səbəb olduğu üçün onların Nazirliyin səhvləri səbəbindən ümumilikdə nə qədər vaxt və bal itkisi ilə üzləşdiklərini qiymətləndirən müstəqil komissiyanın yaradılmasını düşünürsünüzmü?

4)Səhvlər hansı səbəblərdən baş verib? Təxribatdır, təcrübəsizlikdir, məsuliyyətsizlikdir, yoxsa bilgisizlik?

5) Səhvlərə yol verən məsul şəxslərin və əməkdaşların cəzalandırılması halları oldumu? Olubsa niyə məlumat verilmir?

6)Sertifikatlaşdırma imtahanlarının DİM-ə verilməsi tələbləri var. Bununla bağlı mövqeyiniz nədən ibarətdir?

7)Yaratdığınız vəziyyətə, müəllimlərə vurulmuş mənəvi-psixoloqu zərərə görə üzr istəməyi, kompensasiya ödəməyi düşünürsünüzmü?

8) Balını artırdığınız müəllimlər ancaq apellyasiya şikayəti verənlərdən ibarətdir? Yoxsa bütün müəllimlərin balı artırılıb? (Təhsil İnstitutunun məlumatında ancaq apellyasiya nəticələrindən söhbət gedir)

9)Səhv suallarınızın elmi-pedaqoji izahını verməyi düşünürsünüzmü? Əks halda sanki etirazlara görə texniki olaraq bal artırılması baş verib.

10)Sertifikatlaşdırma imtahanlarını ümumilikdə nə qədər dövlət vəsaiti xərclənib?

11) Sertifikatlaşdırma imtahanlarının təşkilinə cəlb olunmuş şirkətlər hansı meyarlar əsasında seçilib? Bunun üçün tender keçirilibmi? Həmin şirkətlərə nə qədər pul verilib?

12) Hələlik aşkar olunmuş bu qədər səhvlərdən sonra sertifikatlaşdırma imtahanlarına rəhbərlik edən şəxslərin vəzifələrindən kənarlaşdırılması gözlənilirmi?

P.S. İnanmaq istərdik ki, qanunvericiliyə uyğun olaraq Elm və Təhsil Nazirliyindən on minlərlə müəllimi düşündürən suallara səhv olmayan cavablar ala biləcəyik. (BnTv.az)

Dənizdə batan 4 nəfər AXTARILIR


Hazırda Bakı şəhəri ərazisində 4 nəfərin dənizdə batdığı ehtimal olunan yerlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir. Paytaxtda müşahidə olunan küləkli hava şəraiti səbəbindən axtarışlar vizual şəkildə həyata keçirilir.

Bunu "AzərTaca"a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru kapitan Fərid İlhamoğlu söyləyib.

O bildirib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar, xüsusilə uşaqlar, yeniyetmələr tərəfindən qeyri-çimərlik ərazilərdə və su hövzələrində təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir. Təəssüf ki, belə hallar çox zaman acı nəticələrə səbəb olur.

O vurğulayıb ki, qeyd olunanlarla bağlı FHN bir daha əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyə, çimərlik kimi fəaliyyət göstərməyən qeyri-çimərlik ərazilərindən istifadə etməməyə, xüsusilə küləkli hava şəraitində dalğalı dənizə girməməyə çağırır. Ən əsası isə valideynlər uşaqları nəzarətsiz buraxmamalıdırlar. Vətəndaşlar yalnız xilasedicilərin fəaliyyət göstərdikləri qanuni çimərlik ərazilərindən istifadə etməlidirlər.

“Tərəfimizdən aparılan monitorinqlər zamanı bir neçə təhlükəli ərazi də müəyyən edilib. Belə ki, Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində yerləşən “Şimal Qres” və “Mil Qaya”, Bilgəh və Nardaran qəsəbələrində yerləşən “On ikinci dalan” və “Daçnik” adı ilə tanınan ərazilər, Novxanı və Saray qəsəbələri arasındakı “Sarı Qaya”, həmçinin Sahil qəsəbəsində yerləşən “Mayak” adı ilə tanınan yerlər ən təhlükəli ərazilər kimi qeydə alınıb. Bu yerlərdə sualtı axınların, mürəkkəb sualtı relyefin, yarğan və çuxurların olması insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Vətəndaşlara belə ərazilərdən uzaq durmaları tövsiyə edilir. Onlar yalnız nəzarət olunan və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməlidirlər”,- deyə inspektor vurğulayıb.

“E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda


"Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Mpay” MMC elektron pul təşkilatı tərəfindən alınan "E-manat” əmtəə nişanının sahibi "Modenis” MMC-nin dövlətə 386 min manat borcu yığılıb.

Qeyd edək ki, qoşulmadan sonra "Modenis”in 5,4 milyon manatlıq nizamnamə kapitalı "Mpay” şirkətinə birləşib.

"Mpay” MMC 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan 2024-cü ilin iyulunda lisenziya əldə edib.

Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Laguna Group” MMC (VÖEN – 1004604201) olub.

Yeniavaz.com xəbər verir ki, müsabiqənin şərtinə görə, “Laguna Group” MMC Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında xaricdə yaşayan Azərbaycan əsilli din xadimlərinin ölkəmizə səfərini təşkili edəcək və qarşılığında 122 min 180 manat 23 qəpik alacaq.

Məlumat üçün bildirək ki, ümumilikdə 52 nəfər Azərbaycan əsilli din xadiminin ölkəyə səfəri nəzərdə tutulub. Bunların 32 nəfəri Türkiyədən, 10 nəfəri Gürcüstandan, 5 nəfəri Dağıstandan (Rusiya), 5 nəfəri isə İraqdan gələcək.

Qeyd edək ki, “Laguna Group” MMC 15 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102-də yerləşir. Qanuni təmsilçisi isə Əsgərov Ramil Əsgər oğludur. Dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olan “Laguna Group” MMC-nin hazırda dövlət büdcəsinə 5 min 272 manat 64 qəpik vergi borcu da var.

Onu da bildirək ki, 26 oktyabr 2011-ci il tarixində Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında daha bir şirkət – “My Vings” MMC (VÖEN – 1002351891) dövlət qeydiyyatına alınıb və bu şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.

Rəfiyev Müzadil İlqar oğlu xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlunun qardaşıdır. Hazırda xarici işlər nazirinin müavini olan Yalçın Rəfiyev də Binəqədi rayonu, Əcəmi Naxçıvani ev 27, m. 102 ünvanında qeydiyyatda olub.

Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı


İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində odlu silahla qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Lətifovu güllələməkdə şübhəli bilinən keçmiş qayınatası - 1966-cı il təvəllüdlü Natiq Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb. N.Sadıqovun hadisə vaxtı sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi


Dövrü mətbuatda yayılan məlumatlara görə vaxtı ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti kimi tanınan,  hazırda isə “Regional Su Meliorasiya Xidməti”  kimi fəaliyyətini davam etdirən qurumda bir sıra struktur dəyişikliyi olmasına baxmayaraq qurumun sabiq sədri Əhməd Əhmədzadənin toxunulmazlıq statusu verdiyi bir çox şəxslər hələ də vəzifələrinin başındadı. Hansı ki, hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov artıq klanlaşmış belə kadrları yerindən tərpətməyə aciz qalıb. Onların bəziləri hazırda sədrin müavini vəzifəsini daşıyanların qohumları, yaxınlarıdı. Bəziləri isə dövlət vəsaitlərinin talan edilməsi hesabına var-dövlət, güc sahibi olmuşlardı.

Onlardan bir çoxu uzun illər Ə.Əhmədzadənin müavini olmuş Zakir Quliyevin qohumları, bəziləri da onun himayəsi ilə vəzifədə qalanlardır. Zakir Quliyevə yaxınlığı ilə tanınanlar biri də, uzun illər bu sahədə vəzifə tutmuş Mafizət Cəfərovdur.

Mafizət Cəfərov uzun illər Qobustan qəsəbəsi ərazisində yerləşən Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə rəhbərlik edib. 2021-ci ilin oktyabrından 2024-cü ilin sentyabr ayına qədər Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi olub. Bundan sonra Mafizət Cəfərov Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi təyin edilib.

Zakir Quliyevin himayəsi ilə vəzifədən vəzifəyə keçən Mafizət Cəfərov Hacıqabul,  Şirvan şəhərində və ətraf rayonlarda hamının yaxşı tanıdığı bir oliqarxa çevrilib. Yəni Şirvan-Salyan zonası onun nəzarət dairəsindədir. Vaxtılə gözdən uzaq Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinə rəhbərlik etdikdə fermerləri susuz qoyub özünə aid yüzlərlə hektar torpaqlardan əldə etdiyi gəlirlər hesabına milyonlar qazanan Mafizət Cəfərov indi də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsində istədiyini edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da onun bütün əməllərinə göz yumur.

Qeyd edək ki,Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan şəhərində yerləşir. Böyük işçi qüvvəsi olan İdarənin balansında həm də xeyli xüsusi təyinatlı texnika var.İdarənin saxlanılması üçün dövlət büdcəsindən hər il milyonlarla manat dövlət vəsaiti ayrılır.

Aktualinfo.net rəsmi mənbələrdən bununla bağlı bəzi maraqlı məlumatlar toplaya bilib. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi hər il nasos stansiyalarında və digər qurğularda quraşdırılmış avadanlıqların təmiri işləri üçün tikinti materiallarının, nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin, nasos stansiyalarında, subartezian quyularında və digər qurğularda quraşdırılmış avadanlıqların cari təmiri işləri üçün mal-materialların, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin, maşın – mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, hidromexaniki avadanlıqlar üçün ehtiyyat hissələrinin, yağ-sürtkü mallarının təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması üzrə dəyəri yüzminlərlə manat olan tenderlər keçirir.

Mafizət Cəfərovun Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə keçdikdən sonra bağladığı müqavilələr araşdırılarsa bir şox şübhələrə aydınlıq gələr.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi maşın mexanizmlər və Torpaqqazan üçün ehtiyyat hissələrinin satın alınması üzrə “ALİYEV MOTORS COMPANY” MMC ilə 54.886,52 manat dəyərində müqavilə bağlamağı planlaşdırır. Satınalmalaır portalına yerləşdirlimiş məlumata görə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi 2025-ci ilin iyul ayında Maşın – mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 51.802 manat dəyərində “ALİYEV MOTORS COMPANY” ilə, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 23.385,2 manat dəyərində fiziki şəxs Şamo Əlişiraz oğlu Qurbanovla bağlayıb.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi 28.07.2025-ci ildə nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə “A+H TƏMİR TİKİNTİ” MMC ilə 91.074,17 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Mafizət Cəfərov Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsin rəisi keçdikdən cəmi bir ay sonra “A+H TƏMİR TİKİNTİ” MMC ilə Torpaq qazan mexanizmlərin (ekskovator, buldozer) və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 76.947,8, təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması üzrə 56.752,1, nasos stansiyalarında elektrotexniki avadanlıqlar üçün mal-materialların satın alınması üzrə 20.000 manat dəyərində üç müqavilə bağlamışdır.

Qeyd edək ki, Mafizət Cəfərov bu şirkətlə Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi olduğu dövrdə də işbirliyində olub.

Bundan əlavə Mafizət Cəfərov Hitachi Zx210 ekskovatorunun əsaslı təmiri üzrə xidmətlərin satın alınması üzrə 25.11.2024-cü ildə “AVTO TEXNİKA DETALİNG” MMC ilə 63.720 manat dəyərində müqavilə bağlayıb. Bir ədəd ekskovatorun təmirinə ayrılan bu vəsaitin şişirdildiyi açıq aydın görsənir.

Hidromexaniki avadanlıqlar üçün ehtiyyat hissələrinin satın alınması üzrə “KM SERVİCES” MMC ilə bağlanmış 85.757,99 manat dəyərində müqavilənin də arxasında şübhəli məqamlar çoxdur.

Belə ki, bir qayda olaraq idarədə ehtiyyat hissələri texnikaları işlədən sürücülərin özlərinə tapşırılır. (Bu qayda keçmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də  hazırda isə “Regional Su Meliorasiya Xidməti”ndə uzun illərdir yazılmamış qanundur)  Çünki, idarənin rəisi Mafizət Cəfərov onlara gün ərzində muzdlu işlərdə çalışmağa şərait yaradır. Odur ki, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilən tenderin formal olduğu, hər şeyin sadəcə kağız üzərində aparıldığı buradan bəlli olur. Bunun üçün elan vermək, tender keçirmək formal xarakter daşıyır.

Qeyd edək ki, Hesablama Palatası tərəfindən 2025-ci ildə açıqlanmış  bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bəzi dövlət qurumlarında keçirilmiş auditin nəticələrini açıqlayıb. Bu qurumlardan biri də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan müəsisələrlə bağlıdır. “Sabirabad və Salyan rayonlarında qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” layihəsi çərçivəsində ayrılmış 27,8 milyon manatlıq vəsaitin yalnız bir hissəsi üzrə effektiv nəticələr əldə olunub-məlumatda bildirilir.

Maraqlıdır, Hesablama Palatası və digər təfdiş orqanları 30 ildən çoxdur meliorasiya və su təsərrüfatı sistemində çalışmış, bir növ bu sahədə toxunulmazlıq statusu almış Mafizət Cəfərov əvvəlki işlərini demirik, elə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsində də yoxlama aparsa daha nə kimi nöqsanlar üzə çıxara bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, Mafizət Cəfərov meliorasiya və su təsərrüfatı sistemində gəlmiş -getmiş bir çox rəislər arasında xüsusilə fərqlənən şəxsdir. Onu Şirvan şəhərində və ətraf rayonlarda bir oliqarx kimi tanıyırlar. Bu rayonlarda fermer təsərrüfatları, fermaları, ət kəsimi mağazaları, restoranları var. Bakı şəhərində isə bəlkə də ünvanlarını unutduğu saysız hesabsız evləri var. Bütün bunlara isə təbii ki, vəzifə başında oturduğu idarələrdən əldə etdiyi gəlirlər hesabına sahib olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov da müavini Zakir Quliyevin bu kadrına gözün ütündə qaşın var demir.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə iki həftə əvvəl Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin elektron poçtuna ünvanladığımız məktuba cavab gəlmədi. İdarənin baş mühasibi, Satınalma Komissiyasının üzvü Zalış Bünyatovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Baş mühasib işləməyən telefonu satınalmalarda əlaqələndirici şəxs kimi təqdim edir. Mafizət Cəfərov isə tender adı eşidəndə sözümüzü kəsərək qışqır-bağır salıb telefonu söndürdü. Buna baxmayaraq qarşı tərəf kimi mövqelərini dərc etməyə hazırıq.

Aktualinfo.net

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO


Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayı gözçarpacaq dərəcədə artmışdı. Belə ki, Nəsimi rayonunda qanunsuz tikililərin vüsət aldığı vaxt rayon icra başçısı vəzifəsinn boş qaldığı vaxtlara təsadüf edirdi. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, təxminə iki ilə yaxın bir zamanda Nəsimi rayonunda icra başçısı vəzifəsi boş qaldı. Bunun ardınca prezidentin təyin etdiyi icra başçısı isə sahaibkarlardan pul tələb etdiyinə görə cəmi bir ay vəzifəsində qala bildi.

Daha sonra bu il fevral ayının 9-da Prezidentin sərəncamı ilə Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Tahir Budaqov ictimai-siyasi çevrədə kifayət qədər tanınmış şəxs, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir. Buna görə, düşünmək olardı ki, onun icra başçılığı dönəmində Nəsimi rayonunda qanunsuz tikintilərə son qoyulacaq. Amma təəssüf ki, bu ümidlər doğrulmur.

T.Budaqovun rəhbər olduğu rayonda nəinki qanunsuz tikinti marafonu start götürüb, hətta bunun üçün kütləvi ağac kəsiminə belə göz yumulur. Nəsimi rayonu, Moskva prospekti, 20 yanvar metrosundan Şamaxinka adlanan məkana gedən yolun sağında bir gecədə 20-dək ağac kəsilib. Bununla bağlı, ərazidə yaşayan sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə, ağacların kəsildiyi yerdə obyekt tikilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Nəsimi icra hakimiyyətinin “razılığı “əsasında aparıldığı iddia olunur.(Cumhuriyyet.az)

Qurumların fikirlərini dərc etməyə hazırıq

Həmin görüntüləri təqdim edirik:

Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb


Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyeva bir ildir bütün idman yarışlarından kənarlaşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 17 yaşlı idmançı hazırda heç bir yarışda iştirak edə bilmir.

Gülayın yarışlardan uzaqlaşdırılmasının səbəbi isə atası barəsində başlanmış cinayət işi ilə əlaqələndirilir. Vüsal Fərzəliyev bir il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. Ona qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb. Sonradan isə həmin əşyaların oğurluq olduğu üzə çıxıb. Özünü təqsirli hesab etməyən V.Fərzəliyev cinayət məsuliyyətinə cəlb edilib. 8 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb, indi isə məhkəmə araşdırması davam edir.

Gülay uzun illər ərzində atçılıq üzrə peşəkar hazırlıq keçərək müxtəlif fəndlərə yiyələnib. Bir il əvvələ qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Kompleksində hazırlaşaraq müxtəlif yarışlara çıxıb.

“Qafqazinfo” məsələ ilə bağlı Gülay Fərzəliyevanın özü ilə əlaqə saxlayıb. Çapar saytımıza açıqlamasından yarışlarda iştirak edə bilmədiyini təsdiqləyib və bundan çox məyus olduğunu bildirib: “DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin də məsələdən xəbəri var. Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.

Hazırda gənc idmançının əsas istəyi yarışlara qayıtmaq, turnirlərdə bacarıqlarını nümayiş etdirmək və yenidən Azərbaycan bayrağını qaldırmaqdır.

Məsələ ilə əlaqədar Azərbaycan Atçılıq Federasiyasına da sorğu ünvanlamışıq.

Qeyd edək ki, Gülay 4 yaşından at çapır. 9 yaşında olarkən DSX rəisi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev onunla görüşüb, peşəkar məşqlərə cəlb olunması, lazımi avadanlıqla təmin edilməsi və məşq şəraitinin yaradılması barədə tapşırıq verib. O, çoxsaylı yarışlarda iştirak edib, birinci və ikinci yerləri tutub.

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31