TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ


ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son qəpiyindən istifadə edib cibini dolduranların sırasına daha bir ad əlavə olunub: Röyal Masıyev!
​Daxil olan məlumatlar sadəcə bir narazılıq deyil, açıq-aşkar vətəndaşları soymaq, aldatmaq, talamaq və eyni zamanda dövləti aldatmaq mənzərəsidir.
Bu şəxs əslində adi bir prarab (iş icraçısı) olduğu halda, utanmadan, çəkinmədən özünü böyük tikinti şirkətinin rəhbəri kimi təqdim edir.
Yalan-palan vədlərlə insanların etibarını qazanır, təkcə mənzillərin deyil, iri obyektlərin də tikintisi və təmiri adı altında vətəndaşlardan astronomik, baha məbləğlərdə pul qopardır!
​Bəs nəticə nədir?
Nəticə rəzalətdir!
Röyal Masıyev baha qiymətə aldığı sifarişləri dəfələrlə ucuz, keyfiyyətsiz, heç bir normativə cavab verməyən bərbad materiallarla "yola verir".
Ortaya çıxardıqları isə təmir deyil, sözün əsl mənasında gözdağıdır! Bəzi hallarda isə külli miqdarda pulu cibinə qoyub heç bir iş görmədən aradan çıxır. İnsanları həm müflis edir, həm də illərlə topladıqları əziyyəti bir anın içində puç edir.
​Qanun tanımayan "biznes": Qara bazar üsulları və vergidən yayınma!
​Məsələ bununla da bitmir. İddialara görə, Röyal Masıyevin fəaliyyəti tamamilə qeyri-rəsmidir. Bu şəxsin hansı VÖEN-lə fəaliyyət göstərdiyi, ümumiyyətlə qanuni bir çərçivədə çalışıb-çalışmadığı məlum deyil!
Vətəndaşlardan nağd şəkildə böyük məbləğdə pullar alır, qarşılığında isə nə rəsmi qəbz verir, nə də müqavilə bağlayır. Dövlətə bir qəpik də vergi ödəməyən, "qara каssа" sistemi ilə cibini dolduran bu şəxs həm vətəndaşların haqqına girir, həm də açıq-aşkar dövlət büdcəsindən yayınır!
​Bu adəti hardan götürdüyü də bizə qaranlıq deyil. Bildirilir ki, bu şəxs əvvəllər "Evin az" şirkətində çalışıb və orada da analoji maliyyə fırıldaqlarına, insanları aldatdığına və pul mənimsədiyinə görə işdən rüsvayçılıqla qovulub.
Amma görünür, bir yerdən qovulmaq, rüsvay olmaq buna dərs olmayıb. Əksinə, özünə yeni "şikar"lar axtararaq insanları tələyə salmağı peşəyə çevirib.
​Artıq canı boğaza yığılan zərərçəkənlər Prokurorluq orqanlarına rəsmi şikayət ediblər. Media olaraq bəyan edirik: bu özbaşınalığa, vətəndaşın haqqının tapdalanmasına və dövlətin vergisindən yayınma hallarına sakit baxa bilmərik!
Məsələ ilə bağlı hüquq-mühafizə və aidiyyəti vergi orqanlarına rəsmi müraciətlər ünvanlanacaq.
Bu cür əməllərlə insanların həyatını qaraldanlar qanun qarşısında mütləq cavab verməlidir və verəcək də!
​Obyektivlik və jurnalist etikası prinsiplərinə uyğun olaraq, haqqında bəhs edilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.(Teref)
Sima Babayeva


İspaniyaya 72 min qanunsuz miqrant keçib


İyulun sonundan etibarən azı 72 min qanunsuz miqrant Mərakeşin Fenidek sahillərindən İspaniyanın Seuta şəhərinə daxil olub.

Bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Avropa İttifaqı (Aİ) ölkələrinin DİN rəhbərlərinin görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərdən təxminən 70 min nəfəri Mərakeşə geri qayıdıb.

Yerli mətbuat İspaniya ərazisinə keçməyə çalışarkən həlak olanların sayının 75 nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən on minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib.

11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib


Dövlətə məxsus torpaqları qanunsuz zəbt etməkdə və satmaqda ittiham olunan 11 nəfərlik dəstənin üzvləri artıq hakim qarşısına çıxarılır.
“Qafqazinfo”nun məlumatına görə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Dələduzluq və torpaq üzərində mülkiyyət hüququnun pozulması yolu ilə xüsusilə ağır cinayət törətməkdə ittiham olunan 11 nəfərin hamısı azadlıqdadır. Onlar Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğludur.
Prokurorun elan etdiyi ittihamda deyilir ki, təqsirləndirilən şəxslər cinayətkar qrup halında birləşərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan isə planın davamı olaraq həmin torpaqları ayrı-ayrı şəxslərə satıblar. Pul verib torpaq alan şəxslər indi iş üzrə zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən bəziləri aldıqları torpaq üzərində ev də tikiblər.
Fotoda: Anar Hüseynov dünya çempionu olduğu gün

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərdən biri MMA döyüş idman növü üzrə tanınmış idmançı Anar Hüseynovdur. Anar 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanıb, dünya çempionu olub.
İttihamda yazır ki, Anar Hüseynov Ceyhun Əşrəfov və Qalib Əliyev ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, sonradan həmin torpaqları satmaq və uzunmüddətli icarəyə verməklə dələduzluq yolu ilə 1 milyon 200 min manat pul ələ keçiriblər. Dövlətə dəymiş ümumi ziyan isə 4 milyon manatdan çoxdur.
Lakin o, heç bir epizod üzrə ittihamı qəbul etmir, yekunda barəsində bəraət hökmü çıxarılmasını istəyir. Məhkəmədə döyüşçünün hüquqlarını vəkil Ruzi Səmədov müdafiə edir. Vəkil ilk çıxışında ittihamla razı olmadıqlarını, əksini göstərən sübutların məhkəmə istintaqı müddətində üzə çıxacağını deyib.
Verilmiş ittihamlar (CM-178.4 və 188.3) təsdiqini tapsa, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir. Lakin dövlətə və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi vəziyyəti dəyişə bilər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumata əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq aparılıb. Görülmüş tədbirlər nəticəsində zəbt edilmiş 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi sözügedən nazirliyin istifadəsinə geri qaytarılıb.

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR


İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
Bildirir ki, Faktum.az redaksiyasına “TEYMUROĞLU CONSTRUCTION” Mənzil Tikinti Kooperativində baş verən sistemli qanunsuzluqlar, maliyyə mənimsəmələri və ən dəhşətlisi — insan ölümü ilə nəticələnən ağır tikinti qəzası ilə bağlı şok müraciət daxil olub.
Müraciət müəllifi, kooperativin həmtəsisçisi Quliyev Elnur Xaqani oğlu bildirir ki, MTK-da Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri sistemli və davamlı şəkildə pozulur, idarəetmə tamamilə qeyri-şəffaf və qanunsuz xaos üzərində qurulub.
Müraciətdə ən dəhşətli məqam tikinti obyektində əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində fəhlənin ölümü ilə nəticələnən ağır faciəvi hadisənin qeydə alınmasıdır. Tikinti sahəsində qoruyucu vasitələrdən istifadə edilməməsi, texniki norma və təhlükəsizlik qaydalarının kobud şəkildə tapdalanması insan həyatına verilən dəyərin sıfıra endirildiyini gösterir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207, 215 və 222-ci maddələrinə, eləcə də Cinayət Məcəlləsinin 162 və 222-ci maddələrinə əsasən, tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması və insan ölümü birbaşa ağır cinayət məsuliyyəti yaradır.
Bununla yanaşı, MTK-da ağır maliyyə pozuntularının və mənimsəmələrin baş verdiyi iddia olunur. Elnur Quliyevin sözlərinə görə, Mülki Məcəllənin tələblərinə zidd olaraq ümumi yığıncaqlar çağırılmır, maliyyə sənədləri həmtəsisçilərdən gizlədilir və məlumat alma hüquqları məhdudlaşdırılır. Ən əsası, mənim və digər təsisçi İslamov Vilayət Heybət oğlunun razılığı olmadan MTK adından külli miqdarda kredit və maliyyə öhdəlikləri rəsmiləşdirilmişdir. Şikayətçi həmçinin vurğulayır ki, Qurbanov Münasib Teymur oğlu tərəfindən kooperativin fəaliyyətinə qanunsuz müdaxilələr edilir və nizamnamənin (xüsusilə 7-ci maddənin) tələblərinin icrasına maneələr yaradılaraq paralell idarəetmə sistemi formalaşdırılıb.
Baş verənlər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu (mülkiyyət hüququ) və 60-cı (hüquq və azadlıqların məhkəmə müdafiəsi) maddələrinin açık-aşkar tapdalanmasıdır.
Faktum.az olaraq bu ağır faktları ictimailəşdirir, Azərbaycan Respublikasının Baş Prokurorluğunu insan ölümü faktı, vəzifə səlahiyyətlərindən sui-istifadə (CM-nin 308-ci maddəsi) və səhlənkarlıq (CM-nin 314-cü maddəsi) üzrə dərhal cinayət işi başlamağa, Fövqəladə Hallar Nazirliyini (FHN) təhlükəsizlik normaları bərpa olunana və obyektiv araşdırma bitənə qədər “TEYMUROĞLU CONSTRUCTION” MTK-nın tikinti fəaliyyətini dayandırmağa, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətini təcili təftişə çağırırıq.
Mövzunu diqqətdə saxlayacağıq!
Müraciətdə adı çəkilən şəxslərin və MTK rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Faktum.az

TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq


TƏBİB-in tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 1300242201) “Avromed Company” QSC (VÖEN: 1500166751) ilə satınalma müqaviləsi imzalayıb.

Müqaviləyə görə, şirkət dövlət qurumunu şəkərli diabet xəstəliyi üzrə tədbirlərilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri ilə təmin edəcək. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 37 milyon 30 min manat təşkil edib.

“Avromed Company” QSC 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 57 min manat olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev.153 ünvanında yerləşir.

Qeyd edək ki, “Avromed Company” QSC-nin daha əvvəl millət vəkili Cavanşir Feyziyevə məxsus olub. Cavanşir Feyziyev 2016-cı ildə isə “Avromed” şirkətindəki səhmlərini satıb.

Bizimesr.media

Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər


Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun daha yüksək vəzifəyə – elm və təhsil naziri postuna irəli çəkiləcəyi iddia olunur.

Bizimesr.media-nın əldə etdiyi məlumata görə, son aylarda Eşqi Bağırovun fəaliyyəti ilə bağlı aparılan qiymətləndirmələrin nəticələri müsbət olub. Mənbələrin bildirdiyinə görə, onun təhsil sahəsindəki fəaliyyəti, müxtəlif rəhbər vəzifələrdə qazandığı təcrübə, idarəetmə bacarığı və həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.

Məlumata əsasən, son dövrlərdə Eşqi Bağırovun vəzifədən uzaqlaşdırılacağı ilə bağlı müxtəlif iddialar yayılsa da, həmin məlumatlar öz təsdiqini tapmayıb. O, hazırda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir. Məhz bu amillər Eşqi Bağırovun Elm və Təhsil Nazirliyinə rəhbərlik edəcək əsas namizədlərdən biri kimi qiymətləndirilməsinə səbəb olub.

Eyni zamanda, əldə olunan məlumata görə, hazırkı elm və təhsil naziri Emin Əmrullayevin başqa dövlət vəzifəsinə təyin olunacağı, bundan sonra isə Eşqi Bağırovun rəhbərliyi altında təhsil sahəsində yeni islahat mərhələsinin başlanacağı gözlənilir.

Bizimesr.media

"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO


Görün nələr düşünürlərmiş, necə kombinasiyalar qururlarmış? Təhsil sistemində təcrübəsiz, heç bir karyera uğuru olmayan gənclərin mühüm postlara təyinatı və sonrakı acınacaqlı fəsadların onların boynuna yüklənərək qurban verilməsi ənənəvi hala çevrilib.
Belə nümunələrdən biri də neçə illər Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin direktoru olmuş və daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri təyin edilmiş Nurlan İsmayılbəylidir. İllərdir Müəllimlərin İşə Qəbulu (MİQ), Direktorlarla İşə Qəbulu (DİQ), Müəllimlərin Sertifikatlaşdırma İmtahanları, 65 yaşa çatmış təhsil işçilərinin müqavilə müddətinin artırılması və digər çoxsaylı səlahiyyətlər Fövqəlmüdirin üzərinə yüklənib. Səbəbi sadə, alt qatında dərin mətləblər duran bu seçimin məqsədi gözdən asılmış pərdə arxasındakı əməliyyatlardır.

Deməli "təmiz uşaqdır" qiyafəli, "pak imicli" kadrı önə verməklə, üzünə sadəlövhlük görkəmi çəkib televizayalarda danışdırmaqla şəffaflıq görüntüsü yaratmaq, arxada isə olanlar hamıya məlumdur. Həm də rəhbərləri qarşısında üzüyola olan Nurlan İsmayılbəyli havadarlarının bir sözünü iki eləmir. Başqalarına isə əsil simasını, nə qədər ciddi olduğunu göstərə bilir. Tanıyanlar deyir ki, Fövqəlmüdir reallıqda TV ekranlarından görünənlə tərs mütənasibdir.

Ancaq son dövrlər MÜTDA ilə Nazirlik rəhbərliyi arasındakı çəkişmələr Fövqəlmüdirin bir səlahiyyətini azaldıb. Nazirin əsas kadrlarından olan, qənnadı şirkətindən təhsil idarəetməsi rəhbərliyinə gətirilmiş MÜTDA-nın direktor müavini Arslan Hacıyev Agentliyin direktoru Eşqi Bağırovun sevimli icraçısı Nurlan İsmayılbəyliyə söz keçirə bilmədiyinə görə ona qarşı çoxgedişli kombinasiya qurub. Sertifikasiya, MİQ və DİQ imtahanlarındakı açıq etiraz doğuran nöqsanları qabartmaqla Nazirlik rəhbərliyinin qərarını almağa nail olub. Fövqəlmüdiri DİQ-də oyundankənar vəziyyətə salıb. Direktorların İşə Qəbulu birbaşa Nazirliyin nəzarəti altında yerli təhsil idarələrinə tapşırılıb. Təyinatlar isə "hasında-pusunda" prinsipi və dədə-baba qaydası ilə sertifikatlaşdırma imtahanlnda 51+ bal toplamış müəllimlər arasından aparılır.
Ancaq unudurlar ki, məktəbin idarəetməsi yalnız hər hansı bir fənnin tədrisindən ibarət deyil. Məktəb rəhbəri olmaq bütöv bir pedaqoji kollektivə, yüzlərlə, minlərlə şagirdə, onların təhsil hüquqlarına, Əmək Məcəlləsinə, Konstitusiya normalarına, maliyyə-təsərrüfat mexanizmlərinə və valideynlərlə münasibətlərə cavabdehlik daşımaq deməkdir.
Təhsilmedia.com bildirir ki, son qərarlar göstərir ki, idarəetmə mexanizmi tamamilə primitivləşdirilib və mahiyyətini itirib. Sertifikasiya müsahibəsində 51+ bal toplayan hər hansı bir şəxsin birbaşa müsahibə ilə direktor kürsüsünə otuzdurulması təşəbbüsü təhsilin idarəolunma fəlsəfəsinə tamamilə ziddir. Sertifikasiya müəllimin öz fənnini və metodikasını nə dərəcədə bildiyini ölçür; idarəçilik bacarığını, kadr siyasətini və hüquqi savadlılığını yoxlamır.
Məktəb direktoru mütəmadi olaraq əmək müqavilələrinin bağlanması, xitam verilməsi, intizam tənbehinin tətbiqi və hər gün tədrisin təşkili, şagird hüquqlarının qorunması kimi sırf pedaqoji-idarəetmə proseslərinin mərkəzindədir. Rəsmi aktın necə tərtib olunduğunu, iclas və intizam protokolunun hansı hüquqi qaydada yazıldığını, sənədləşmənin incəliklərini bilməyən bir şəxsin qərarları məktəblərdə kütləvi əmək mübahisələrinə, hüquqi özbaşınalığa və məhkəmə qapılarına sürüklənən xaoslara yol açacaq.
Kollektiv nədir, yüzlərlə müxtəlif xarakterli müəllimlə necə dil tapmaq olar, böhran anında necə qərar verilməlidir – bunlardan xəbərsiz idarəçilər idarəetməni iflic edir. Əvvəlki illərdə də təcrübəsi və yaş yetkinliyi olmayan kadrların təyin olunması praktiki olaraq fəsadlarını göstərdi. Pedaqoji kollektivdə nüfuz qazana bilməyən, böhran idarəçiliyini (crisis management) bacarmayan şəxslər təhsilin keyfiyyətini birbaşa dibə çəkdi.
Fənnindən yüksək bal toplayan müəllim avtomatik olaraq menecer demək deyil. Hər savadlı müəllimin yaxşı idarəçi, rəhbər olacağı praktiki cəhətdən mümkün deyil. Həmin müəllim uğurlu direktor ola bilmir, nöqsanlarla sistemdən atılır, nəticədə məktəb yaxşı bir müəllimi də itirir. İdarəetmə ayrıca bir peşədir. Sertifikasiya balı ilə idarəçilik potensialını eyniləşdirmək peşəkar idarəçilik prinsiplərinə tamamilə ziddir.

1.Rəsmi akt yazmağı, protokolla qərar rəsmiləşdirməyi, Əmək Məcəlləsini və normativ-hüquqi aktları bilməyən bir şəxs kollektivin və işçilərin hüquqlarını necə qoruyacaq?

2.Kollektiv idarəetməsindən, pedaqoji etikadan və idarəçilik psixologiyasından bəxəbər olan biri 50-100 nəfərlik müəllim heyətinə necə rəhbərlik edəcək?

3. 51+ bal toplayan yaxşı bir fənn müəllimini sinifdən ayırıb, heç bir idarəçilik təcrübəsi olmadan direktor kürsüsünə oturtmaq həm o müəllimi, həm də məktəbi qurban vermək demək deyilmi?

4.Məktəb rəhbərliyi təhsilin, müəllimlərin, şagirdlərin və valideynlərin taleyini həvalə etdiyimiz strateji postdur. Bu postu sadəcə bir müsahibə mərhələsinə endirmək idarəetməyə formal yanaşmanın sübutu deyilmi?

5.Keçmiş təcrübələr – təcrübəsiz şəxslərin məktəblərdə yaratdığı gərginliklər və uğursuzluqlar ortadaykən, eyni səhvi təkrar etməkdə və təhsil ocaqlarını eksperiment meydanına çevirməkdə məqsəd nədir?
Direktorluq sadəcə bir titul və ya maraqlar qarşılığında kiməsə verilən mükafat deyil, məsuliyyətli idarəçilik yüküdür. Qanunvericiliyi, sənədləşmə mədəniyyətini, kollektiv idarəçiliyini və real məktəb təcrübəsini kənara qoyub, "sadələşdirilmiş yol"la direktor təyinatı aparmaq təhsil sisteminin idarəetmə sütunlarını sarsıdır, təhsili daha ağır duruma salır. Məqsədiniz bururmu, cənablar?!

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı


Təhsil sistemində baş verən laqeydlik, mənəvi təzyiq və ayrı-seçkilik növbəti bir insan həyatının sonlanması ilə nəticələndi. Mingəçevir şəhərində yaşayan 1-ci qrup əlil, gənc və həvəsli pedagog Rəyifə İslam qızı Əliyeva məruz qaldığı ağır psixoloji gərginliyə və haqsızlıqlara dözməyərək 8 gün əvvəl dünyasını dəyişdi. Onun anası Xeyriqül Əliyeva qızının ölümünə bais olan şəxslərin cəzasız qalmaması üçün ictimaiyyətə və aidiyyəti qurumlara fəryad edir.

Rəyifə Əliyeva 1-ci qrup əlilliyi olmasına baxmayaraq, rəsmi işləmə icazəsi olan, yaşamaq və cəmiyyətə fayda vermək əzmi ilə çabalayan bir təhsil işçisi idi. O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Region İdarəsinin Mingəçevir STS-də metodist vəzifəsində çalışırdı. Ştatı ixtisara düşdükdən sonra ruh yüksəkliyini saxlamaq və xəstəliyini unutmaq məqsədilə Mingəçevirdə yerləşən Ağdam 52 nömrəli məktəbə təşkilatçı vəzifəsinə göndərildi və 2025-ci ilin yanvar ayından rəsmi olaraq bu vəzifəyə təyin olundu.

Lakin onun həyatını xilas edən, ona yaşamaq gücü verən bu iş, məktəb rəhbərliyinin və təhsil məmurlarının laqeydliyi ucbatından onun sonunu hazırladı.

2025-ci ilin avqust ayında məzuniyyətdən qaydan Rəyifə Əliyeva məktəb rəhbərliyi tərəfindən misli görünməmiş mənəvi təzyiqlə üz-üzə qaldı. Anasının bildirdiyinə görə, məktəbin rəhbəri Zülfiyyə Qəmboy qızı Əliyeva və onun yaxın əlaltısı Məhsəti xanım gənc qıza qarşı açık-aşkar дискриминация (ayrı-seçkilik) edərək:
"Sən 1-ci qrup əlilsən, işləyə bilməzsən!" — ifadələri ilə onu ağır stressə salmış, "Səni bu şəhərdən çıxardaram!" kimi hədə-qorxularla psixoloji terror tətbiq etmişdirlər.

Hüquqlarını müdafiə etməyə çalışan Rəyifə Əliyeva Qarabağ Regional Təhsil İdarəsinə müraciət etsə də, idarənin rəhbər şəxsi Sənan müəllim ona dəstək olmaq və haqq-ədaləti bərpa etmək əvəzinə:

"Sənə iş yoxdur, get səhhətinin qayğısına qal" — deyərək xəstə bir insanın əmək hüquqlarını tapdalamış və işinə xitam vermişdir.

Son gününə qədər işinə dönəcəyi günü gözlədi...
Qeyd edək ki, bu, Rəyifənin üzləşdiyi ilk haqsızlıq deyildi. Daha əvvəl Sevinc Həsənova tərəfindən də oxşar bəhanə ilə onun işinə xitam verilmiş, lakin məsələdən xəbərdar olan Elçin Kərimov dərhal müdaxilə edərək gənc qızın işini bərpa etmişdi. Lakin bu dəfəki mənəvi zərbə və sistemli təzyiq Rəyifənin zəifləmiş səhhətinə ağır zərbə vurdu.
Təhsil idarəsinin və məktəb rəhbərliyinin bu soyuqqanlı, qəddarcasına yanaşmasından sonra Rəyifə Əliyevanın xəstəliyi sürətlə aqressivləşdi. Son gününə, son nəfəsinə qədər haqqının bərpa olunacağını və işinə qayıdacağını gözləyən gənc müəllimə, bu ağır mənəvi yükə dözməyərək həyata gözlərini yumdu.

Bir ananın ahı: "Qızımın ruhu şad olsun, günahkarlar cəzalansın!"

8 gündür ki, övlad dağ çəkən ana Xeyriqül Əliyeva göz yaşları içində Elm və Təhsil Nazirliyinə, Hüquq-mühafizə organlarına və media nümayəndələrinə səslənir:
"Mənə pul yox, ovladımın ruh yüksəkliyi, xəstəliyini unutması lazım idi. Qızımın tək tutunduğu dal onun işi idi. Onu işindən, yaşamaq həvəsindən elədilər. Bir ana kimi sizə yalvarıram, bu məsələni işıqlandırın. Qızımın işini yoxlayın, ona bu mənəvi terroru yaşadan Zülfiyyə Əliyeva, Məhsəti və Sənan müəllim qanun qarşısında cavab versinlər. Qızımın ahı yerde qalmasın, ruhu şad olsun!"

Təhsilmedia.com olaraq məsələni diqqətdə saxlayacağımızı, aidiyyəti qurumların (Elm və Təhsil Nazirliyi, Qarabağ RTİ) bu dəhşətli iddialarla bağlı rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Bir insanın yaşamaq hüququnu və ümidini əlindən alan laqeydlik cəzasız qala bilməz!

Tehsilmedia.com

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31