Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Bir neçə dəqiqə sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.

Bu barədə APA-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?


Azərbaycan cəmiyyətinə hər kürsüdən şəffaflıq, dürüstlük və hesabatlılıq dərsi keçən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öz fəaliyyətində elə qaranlıq sxemlər qurub ki, illərdir səslənən tənqidlər artıq sadəcə narazılıq deyil, birbaşa maliyyə maxinasiyalarının konturlarını cızır.

Dövlət büdcəsindən QHT sektorunun inkişafı üçün ayrılan milyonlarla manat vəsaitin hansı qaranlıq meyarlarla, kimlərə və hansı xidmətlərin müqabilində verildiyi hələ də “məxfi” qrifi altında saxlanılır. Şübhəli tenderlər, qapalı müsabiqələr və ən əsası, hər il milyonlarla manatın məhz "müsabiqədənkənar qrant" adı ilə silinməsi mexanizmi açıq-aydın dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyindən xəbər verir.
Müsabiqədənkənar milyonlar və gizli siyahılar...
Agentlik dəfələrlə edilən haqlı ictimai tələblərə və "Yenixeberorg.com"un araşdırma yazılarına baxmayaraq, hər il milyonlarla vəsaitin müsabiqədənkənar qrant adı ilə hansı QHT-lərə məhz nə üçün verildiyini açıqlamaqdan qəti şəkildə imtina edir. Şəffaflığı özlərinə bayraq edənlər əslində bu anlayışın arxasında milyonu aşan büdcə vəsaitlərini “dövlət tapşırığı” adı altında göyə sovururlar. Ölkədə yüzlərlə fəal və real iş görən QHT dövlət dəstəyindən kənarda qaldığı halda, hansısa seçilmiş, imtiyazlı dairələrə yüz minlərlə manatın paylanılması və bunun cəmiyyətdən gizlədilməsi biabırçılıqdır.
Eyni qaranlıq və qanunsuz yanaşma səfər qrantlarına da şamil edilir. Beynəlxalq platformalarda ölkəni təmsil etmək adı ilə verilən səfər qrantlarının əksəriyyəti tamamilə məxfi saxlanılır. Kimsə bilmir ki, bu qrantları kimlər alır, hansı meyarlarla seçilir və ümumiyyətlə, dövlət marağı üçün bu səfərlərin real effekti nədən ibarətdir.
Audit hesabatındakı şok rəqəmlər: 2 milyonə yaxın vəsait hara və kimə ayrılıb?
Agentliyin hər cür cəhdlərinə baxmayaraq, 2025-ci il üzrə əldə edilən bəzi sənədlər vəziyyətin nə qədər dözülməz həddə çatdığını açıq şəkildə göstərir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə fəaliyyətini audit edən “ABACUS” audit və konsaltinq şirkətinin hesabatı hər şeyi üzə çıxarır: qurum 2025-ci ildə cəmi 12 müsabiqədənkənar qrant layihəsinə 1 878 596 manat vəsait ayırıb.
Ortaya çıxan rəqəmlər maraqlıdır: hər bir layihəyə orta hesabla təxminən 160 min manat vəsait ödənilib. Ancaq ən maraqlı və eyni zamanda şübhə doğuran məqam odur ki, audit hesabatında da həmin layihələrin adları və onların hansı təşkilatlara verildiyi gizli saxlanılıb. Əgər hər şey qanunidirsə, görülən işlər realdırsa, bu gizlilik nəyə xidmət edir?
Cavab göz qabağındadır: dövri mətbuatda və ictimaiyyətdə aparılan heç bir araşdırma zamanı QHT- lərə Dövlət Dəstəyi Agentliyindən bu cür nəhəng büdcə ilə müsabiqədənkənar layihə icra edən hər hansı real təşkilata rast gəlinmir. Bu isə müəyyən şübhələr doğurur ki, milyonlarla manatlıq bu layihələr reallıqda mövcud deyil, onlar sadəcə kağız üzərində, sənədlərdə silinən rəqəmlərdir. Real icra yoxdur, nəticə yoxdur, amma milyonlar yoxa çıxıb!
Nəzarət edən qurumlar niyə susur?
Bu qədər açıq-aşkar maliyyə pozuntularına, hesabatlarda gizlədilən milyonlara nəzarət etməli olan qurumların, xüsusilə də Hesablama Palatasının və digər audit strukturlarının bu vəziyyətə göz yumması ayrıca bir araşdırma mövzusudur. Dövlət büdcəsinin talanmasına bərabər olan belə halların üzərindən sakitcə keçilməsi burada çox güclü maraqların və korrupsiya şəbəkəsinin mövcud olduğundan xəbər verir. Məsul qurumlar ya yoxlamaqdan qorxur, ya da bu qaranlıq sxemlərin bəzi iştirakçıları ilə birbaşa əlaqəlidir.
QHT- lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi unutmasın ki, heç bir məxfilik qrifi dövlət vəsaitinin talanmasını əbədi olaraq gizlədə bilməz. Yaxın günlərdə Agentliyin digər maliyyə əməliyyatları barədə də yeni araşdırmanı da təqdim edəcəyik.("Yenixeberorg.com")
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib


Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu gün Qırğız Respublikasına işgüzar səfərə gedib.

“Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var


Dünyanın nüfuzlu nəşrlərindən olan “The New Yorker” İran rejiminin Avropadakı müxaliflərinə, dissidentlərə və jurnalistlərə qarşı həyata keçirdiyi gizli əməliyyatlar, sui-qəsd cəhdləri barədə genişhəcmli araşdırma məqaləsi dərc edib.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Tehranın xaricdəki tənqidçilərini susdurmaq üçün Avropa cinayət aləmindən, muzdlu qatillərdən, xüsusən də transmilli mütəşəkkil cinayət dəstələrindən necə istifadə etdiyi bütün təfərrüatı ilə üzə çıxarılıb.

Məqalədə qeyd olunub ki, ABŞ-nin Federal Təhqiqatlar Bürosunun əks-kəşfiyyat idarəsinin məlumatlarına əsasən, 2022-ci ildə Nyu-Yorkda tanınmış iranlı-amerikalı aktivist Məsih Əlinejada qarşı sui-qəsd planlaşdırılıb. Onu qətlə yetirmək tapşırığı alan azərbaycanlı Xalid Mehdiyev Kalaşnikov (AK-47) avtomatı ilə silahlanaraq Əlinejadın Bruklindəki evinin qarşısına gedib. Hücumun qarşısı son anda hüquq-mühafizə orqanları tərəfindən alınıb və həmin şəxs yaxalanıb. Müstəntiqlər müəyyən ediblər ki, o, İran adından hərəkət edən Rusiya mütəşəkkil cinayət şəbəkəsinin üzvləri tərəfindən işə götürülüb.

Məqalədə İran hökumətinin tapşırıqlarını icra edən əsas fiqurlardan birinin Tehranda məskunlaşan və mütəmadi olaraq transmilli cinayətlər törədən Naci Şarifi Zindaşti olduğu da vurğulanır. Zindaştinin regionda və Qərblə sərhəd bölgələrdə müxtəlif cinayətkar qrupları, o cümlədən müxtəlif millətlərdən olan muzdlu qatilləri işə cəlb edərək Vaşinqton, London və Avropa şəhərlərində hücumları əlaqələndirdiyi bildirilir.

Bundan əlavə nəşr yazır ki, Londonda fəaliyyət göstərən müxalif “Iran International” telekanalının aparıcısı Puriya Zerati isə 2024-cü ilin martında Uimbldondakı evinin qarşısında bıçaqlanıb. Sui-qəsd cəhdinin icraçılarının Rumıniyadan gətirilmiş muzdlu cinayətkarlar olduğu, əməliyyatın isə Londonda yaşayan erməniəsilli iranlı biznesmen Edqar Hakopyanla əlaqəli şəbəkə tərəfindən maliyyələşdirildiyi sübuta yetirilib. Zerati hazırda təhlükəsizlik səbəbilə İsraildə gizli ünvanda yaşayır.

Həmçinin yazıda Niderlandda dissident Siamak Tadayon Tahmasbinin evinə silahlı basqın hadisəsi də xatırlanıb. İddialara görə, İran tərəfi onun qətlə yetirilməsi üçün iki nəfər təyin edib. Daha sonradan həmin insidenti törətməkdə şübhəli bilinən tunisli-fransız bir şəxs saxlanılıb.

Oxşar hadisələrə nümunə olaraq, Parisdə 16 yaşlı yeniyetmənin “Snapchat” üzərindən işə götürülərək “Bank of America”nın binası qarşısında bomba partlatmağa cəhd etməsi, Almaniyada isə sinaqoqu yandırmaq istəyən şəxsin İranda yaşayan keçmiş “Hells Angels” bayker dəstəsi tərəfindən idarə olunması faktları göstərilib.

İsveç və Danimarkada İsrail səfirliklərinə hücumlar zamanı isə14-16 yaşlı yeniyetmələrdən istifadə olunduğu bildirilir. Sosial şəbəkələrlə tələyə salınan bu gənclər nə etdiklərini bilmədən pul qarşılığında istifadə edilirlər. Son 5 ildə İranın xaricdə dəstəklədiyi sui-qəsd və adamqaçırma halları 200-ü keçib ki, bu da son 40 ilin göstəricisindən iki dəfə çoxdur.

Son olaraq nəşrlə söhbətində ekspertlər bildiriblər ki, İran rejimi beynəlxalq sanksiyalardan və birbaşa müharibədən qaçmaq üçün yerli və regiondan olan cinayətkarları, o cümlədən mütəşəkkil şəbəkələri məsafədən idarə edərək “ucuz və az riskli” terror taktikasını genişləndirir.

Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...


Həbsdə olan iş adamı Tağı İbrahimova məxsus olduğu bildirilən “Bakı Ağac Emalı” ASC-nin dövlətə olan borcu artıb.

ASC-nin hazırda 333 774 AZN vergi borcu var.

“Bakı Ağac Emalı”nın qanuni təmsilçisi Nəriman Həsən oğlu İbrahimovdur.

2024-cü ildə ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verməsinə görə T.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Pravda.az

Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?



Bu dəfə 11,5 milyon manatlıq və şübhəli tenderi araşdırdıq…
Elm və Təhsil Nazirliyinin şübhəli satınalma və on milyonlarla manatın dövr etdiyi tender əməliyyatları ilə bağlı bir neçə araşdırma dərc etmişik. Həmin yazılarda tenderlərin necə təşkil edildiyini, hansı şirkətlərin önə çıxdığını, nazir Emin Əmrullayevin qaynı Nihad Hənfiyev və digər yaxın çevrəsi ilə bağlı ortaya çıxan əlaqələri faktlar əsasında ictimaiyyətə təqdim etmişik. Araşdırmalarımızın ortaya qoyduğu əsas məsələ yalnız ayrı-ayrı tenderlərin taleyi deyil, burada dövlət satınalmalarının rəqabət, şəffaflıq və hesabatlılıq prinsiplərindən uzaqlaşdırılması ilə bağlı ciddi suallar yaranır.
Tenderlər ayrı elan edilib, amma hər iki tenderdə eyni və bir-birini tamamlayan məhsulların alınıb.
Elm və Təhsil Nazirliyi biznes qurumu deyil. Bu qurum dövlətin ən həssas sahələrindən birinə - təhsilə cavabdehdir. Ona görə də Nazirliyin xərclədiyi hər manat üzrə hesabatlılıq və şəffaflıq ən yüksək səviyyədə olmalıdır. Söhbət təkcə dövlət büdcəsinin vəsaitindən getmir. Ölkənin gələcəyinə ayrılan pulların göyə sovrulması, kimlərinsə varlanmasına sərf olunması strateji probemə çevrilməkdədir. Əgər milyonlarla manatlıq dövlət vəsaiti şəxsi ambisiyalara, şəxsi maraqlara və yaxın çevrələrin biznes maraqlarına xidmət edən mexanizmlərə yönəldilirsə, bu, sadəcə maliyyə məsələsi də deyil. Bu, birbaşa E.Əmrullayevin məqsədli şəkildə ona göstərilən etimada xəyanət etməsidir. Lakin o, özünə o qədər arxayındır ki, çoxsaylı suallara baxmayaraq, cəmiyyətə dolğun və inandırıcı izahat vermək ehtiyacı hiss etmir.
Bizim istəyimiz sadədir: dövlət büdcəsindən xərclənən milyonların hara, kimə və hansı əsaslarla getdiyi açıq şəkildə izah olunmalıdır. Əgər belə deyilsə, aidiyyatı dövlət qurumları bu məsələləri araşdırıb hüquqi qiymət verməlidir.
NÖVBƏTİ ARAŞDIRMA...
Bu məqalədə eyni satınalan təşkilatın keçirdiyi iki böyük STEAM tenderi araşdırılıb. Söhbət 95319 nömrəli tenderdən (portal ID-si 316744) və 96249 nömrəli tenderdən (portal ID-si 317477) olan satınalmalardan gedir.
Birincisi, tenderlər ayrı-ayrılıqda elan edilsə də, onların texniki siyahılarında bir-birini tamamlayan eyni məhsul və avadanlıq qrupları görünür.
İkincisi, hər iki tenderdə məhsulların yalnız texniki xüsusiyyətləri göstərilməyib. Bir sıra mövqelərdə birbaşa istehsalçı, marka, konkret model, məhsul seriyası və kataloq kodu qeyd olunub.
Məsələn, “STANDARD 50” adı və 50 taxta elementdən ibarət təsvir bazarda konkret “CUBORO STANDARD 50” məhsuluna uyğun gəlir. İstehsalçının rəsmi saytında da məhsul məhz bu model adı ilə təqdim olunur.
Eyni vəziyyət “Adventurer 5M Pro” modeli ilə bağlıdır. Bu, “Flashforge” şirkətinin konkret kommersiya modelidir. “VinciBot” əlavələri “MatataStudio”nun məhsul ekosisteminə, “TRUTOUCH” isə “Newline” şirkətinin konkret interaktiv panel seriyasına aiddir.
96249 nömrəli tender “Tədris laboratoriyaları və STEAM avadanlıqlarının satınalınması” adlanır. Tenderin portal məlumatında ehtimal olunan qiymət 8 milyon 322 min 867 manat 18 qəpik, dərc tarixi isə 27 sentyabr 2024-cü il göstərilir. Təkliflərin son təqdim olunma və zərflərin açılış vaxtı 28 oktyabr 2024-cü il, saat 16:00 olaraq qeyd olunub.
Tender siyahısı 993 sətirdən ibarətdir. İlk 90 sətirdə STEAM tədris resursları, robototexnika, rəqəmsal istehsal, alternativ enerji, elektronika və müxtəlif komponentlər yer alır.
Burada daha bir diqqətçəkən məqam var. Portalın hazırkı məlumatına görə, həm 95319, həm də 96249 nömrəli tenderlər üzrə təkliflərin son təqdim olunma vaxtı 28 oktyabr 2024-cü il, saat 16:00 olub. Buna görə 96249 nömrəli tenderin son tarixinin bir gün əvvəl olduğu barədə məlumat rəsmi portalın hazırkı qeydi ilə təsdiqlənmir.
Gələk əsas şübhəli məqama…
İKİ TENDER EYNİ NƏHSULLARI ALIR?
95319 nömrəli tenderdə “Flashforge” printerləri və onların hissələri, “VinciBot” əlavələri, micro dəstləri və “Newline” paneli tələb olunur. Maraqlıdır ki, 96249 nömrəli tenderdə isə yenidən “Flashforge”, “VinciBot, Matatalab”, “Newline”, “Arduino” və micro məhsulları, həmçinin müxtəlif 3D istehsal sistemləri yer alır.
Burada diqqət çəkən məqam yalnız məhsulların təkrarlanması deyil. Eyni satınalan təşkilat, eyni qalib şirkət və bir-birinə yaxın məhsul qruplarının iki tenderdə ardıcıl şəkildə yer alması texniki siyahıların necə hazırlandığı sualını ortaya çıxarır. Haqlıyıq, yoxsa yox? Bu şübhəli məqamlara və əsaslı suallara kim cavab verəcək?
Bir daha sual edirik: bu siyahılar hansı bazar araşdırmasına əsasən hazırlanıb? Konkret məhsul və modellər niyə təkrar-təkrar seçilib? Hər iki siyahıda mallar yalnız funksional göstəricilərlə təsvir edilməyib; çoxsaylı mövqelərdə istehsalçı, əmtəə nişanı, konkret model, məhsul seriyası və kataloq kodu birbaşa göstərilib.
EMİN ƏMRULLAYEVİN QAYNI NİHAD HƏNİFƏYEVİN TƏCHİZAT ZƏNCİRİNDƏKİ ROLU...
Rəsmi müqavilə reyestrinə görə, hər iki tenderin qalibi “JBA GROUP” MMC olub.
95319 nömrəli tender üzrə şirkətlə 3 milyon 563 min 854 manat, 96249 nömrəli tender üzrə isə 7 milyon 970 min 95 manat məbləğində müqavilə bağlanıb.
İki tender üzrə ümumi məbləğ 11,53 milyon manata yaxındır.
Burada diqqət çəkən əsas məqam “JBA GROUP” MMC ilə “İSTEAM” MMC arasındakı mümkün təchizat əlaqəsidir.
Nihad Hənifəyevin Elm və Təhsil naziri Emin Əmrullayevin qaynı olduğu və “İSTEAM” MMC-nin STEAM avadanlıqlarının təchizatında rol aldığı barədə məlumatlar artıq ictimaiyyətə məlumdur. Lakin “JBA GROUP” MMC-nin tenderdə qalib gəldikdən sonra avadanlıqları məhz “İSTEAM” MMC-dən aldığı barədə məlumatın rəsmi sənədlərlə təsdiqlənməsi vacibdir.
Bunun üçün iki şirkət arasındakı müqavilələr, elektron qaimələr, bank ödənişləri, anbar və təhvil-təslim sənədləri, eləcə də idxal bəyannamələri yoxlanılmalıdır.
Digər diqqətçəkən məsələ isə Nihad Hənifəyevin və onun ailə çevrəsinin “Kaspi” təhsil şəbəkəsi ilə bağlılığı barədə yayılan məlumatlardır. Açıq mənbələrdə N.Hənifəyevin əvvəllər “Kaspi”də çalışdığı və rəhbər vəzifələrdən birini tutduğu, həyat yoldaşının isə hazırda şəbəkənin məktəbəqədər təhsil müəssisələrindən birinə rəhbərlik etdiyi bildirilir. Bu məlumatlar təsdiqlənərsə, həmin əlaqələrin tender prosesində mümkün maraqlar toqquşması baxımından ayrıca araşdırılması zəruridir.
Bütün bunların fonunda tender sənədlərində konkret marka və modellərə uyğun görünən texniki tələblərin müəyyən şirkətlərin üstün mövqeyə çıxmasına təsir edib-etmədiyi də araşdırılmalıdır.
Əsas suallar bunlardır: Avadanlıqlar həqiqətən hansı şirkətdən alınıb? Qiymət necə formalaşıb? “JBA GROUP” ilə “İSTEAM” arasında maliyyə əlaqəsi olubmu? Tender şərtləri konkret məhsullara uyğun hazırlanıb? Və bütün bu prosesdə maraqlar toqquşması yaranıbmı?
Bu suallara cavab vermək üçün yalnız tender protokolları deyil, müqavilələrdən tutmuş bank ödənişlərinə və idxal sənədlərinə qədər bütün təchizat zənciri araşdırılmalıdır.
NAZİRİN DOSTU VALEH MİRZALIYEVİN MƏSULİYYƏTİ...
Tenderləri keçirən qurum Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Nazirliyin rəsmi saytında Valeh Mirzalıyev idarənin müdiri kimi göstərilir.
Bu o deməkdir ki, idarənin rəhbəri satınalmaların təşkili, daxili nəzarət və idarəetmə qərarları üzrə birbaşa məsul şəxslərdən biridir.
Bu tenderdə konkret marka və modellərə uyğun görünən tələblərin müəyyən şirkətlərin rəqabət imkanlarını məhdudlaşdırdığına dair suallar yaranırsa, Valeh Mirzalıyevin də prosesdəki rolu araşdırılmalıdır. Xüsusilə texniki şərtlərin kim tərəfindən hazırlanması, satınalma komissiyasının necə formalaşdırılması, tender protokollarının kim tərəfindən təsdiqlənməsi və müqavilənin icrasına kimin nəzarət etməsi aydınlaşdırılmalıdır.
ELNUR ƏLİYEVİN ROLU VƏ QANUNSUZLUĞUN TƏSDİQİ...
Elnur Əliyev Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir və O, həm də nazirin müşaviridir.
Tender sənədlərində texniki siyahıların məhz Elnur Əliyev tərəfindən təsdiqləndiyini göstərən ayrıca imza və ya əmr açıq şəkildə yayımlanmayıb. Lakin məlum olan odur ki, bu siyahılar Təhsil İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edilib. Tender portalında da satınalan təşkilat kimi məhz həmin idarə göstərilir.
Əgər texniki tələblər Təhsil İnstitutunda hazırlanıb və rəhbərliyin razılığından keçibsə, Elnur Əliyevin bu prosesdəki rolu ayrıca araşdırılmalıdır. Burada əsas suallar bunlardır: Marka və modellər niyə texniki şərtlərə daxil edilib? “Və ya ekvivalent” ifadəsi niyə göstərilməyib? Bu seçim hansı bazar araşdırmasına əsaslanıb?
Bu sualların cavabı xidməti yazışmalarda, təsdiq vərəqlərində, əmrlərdə, iclas protokollarında və digər sənədlərdə ola bilər.
Elnur Əliyevin əvvəlki illərdə “Kaspi” Təhsil Şirkətinin direktoru kimi çalışdığı şirkətin rəsmi materiallarında da göstərilir.
Açıq media materiallarında isə Nihad Hənifəyev və “İSTEAM” MMC-nin direktoru kimi təqdim olunan Zamiq Məmmədovun da (nazirin sinif yoldaşı) həmin dövrdə “Kaspi” strukturlarında Elnur Əliyevin rəhbərliyi altında çalışdıqları bildirilir. Bu məlumatlar əmək müqavilələri, əmrlər, rəsmi bioqrafiyalar və şirkət sənədləri ilə təsdiqlənərsə, həmin şəxslər arasında əvvəlcədən mövcud olan peşəkar əlaqələri göstərən fakt kimi qiymətləndirilə bilər.
Əgər araşdırma nəticəsində tenderin əvvəlcədən müəyyən şirkətə uyğunlaşdırıldığı, vəzifəli şəxslər arasında razılaşma olduğu və bundan maliyyə faydası əldə edildiyi sübuta yetirilərsə, artıq məsələ daha ağır hüquqi müstəviyə keçməlidir, dövlətə dəymiş ziyana görə məsuliyyət yaranmalıdır. Halbuki, buna əsaslı şübhələr də var və onları sadalamışıq.
Bu səbəbdən araşdırılmalı əsas məsələ sadəcə “kim kimi tanıyır?” sualı deyil. Əsas sual budur: texniki şərtləri kim hazırlayıb, bu şərtlər kim tərəfindən təsdiqlənib, tenderin qalibi necə müəyyənləşib və dövlət vəsaitinin hərəkəti hansı zəncir üzrə baş verib?
EMİN ƏMRULLAYEV BU SUALLARA CAVAB VERMƏLİDİR:
1. Eyni qalibin iki tender üzrə ümumilikdə 11 milyon 533 min 949 manat 20 qəpiklik müqavilələr əldə etməsi hansı bazar araşdırması və qiymət müqayisəsi ilə əsaslandırılıb?
2. Mümkün qohumluq və kommersiya əlaqələri satınalma komissiyasına bəyan edilibmi?
3. Marka və modellərin seçilməsindən əvvəl hansı bazar araşdırması aparılıb?
4. Ekvivalent məhsulların təklif edilməsinə faktiki olaraq icazə verilibmi?
5. Texniki şərtlərin hazırlanmasında “İSTEAM” MMC və ya onunla kommersiya əlaqəsi olan şəxslər iştirak edibmi?
6. Qalib təchizatçı malları hansı şirkətdən və hansı qiymətə alıb?
7. İdxal, daxili topdansatış və dövlətə yekun satış qiymətləri arasındakı fərq necə əsaslandırılıb?
8. Məhsul və miqdarlar məktəblərin real tələbatından çıxış etməklə, yoxsa mövcud məhsul kataloqu əsasında müəyyənləşdirilib?
9. Texniki siyahılar Təhsil İnstitutunda kimlər tərəfindən hazırlanıb və Elnur Əliyevin imza və ya təsdiq rolu olubmu?
10. Elnur Əliyev, Nihad Hənifəyev və Zamiq Məmmədov arasında göstərilən keçmiş “Kaspi” əmək münasibətləri hansı ilkin sənədlərlə təsdiqlənir və satınalma qərarlarına faktiki təsiri olubmu?
ŞÜBHƏLİ MƏQAMLARDAN ƏLDƏ OLUNAN NƏTİCƏLƏR...
BİRİNCİ MƏQAM:
95319 və 96249 nömrəli, portalda 316744 və 317477 ID-ləri ilə qeydiyyata alınan iki tenderin mal siyahıları adi texniki tələblərdən daha çox konkret məhsullar kataloqunu xatırladır.
Xüsusilə ikinci tenderin ilk 90 mövqeyində “Flashforge Adventurer AD5M Pro”, “Newline TruTouch”, “VinciBot Creator Kit”, “BBC micro CZ0393”, “Snapmaker A250”, “Matatalab Pro”, “Geeetech A20T”, “Tello”, “VEX” və digər konkret marka və modellər göstərilib. Sənədlərdə “və ya ekvivalent” ifadəsinin görünməməsi rəqabətin məhdudlaşdırılması ilə bağlı ciddi suallar yaradır və “Dövlət satınalmaları haqqında” Qanunun 22.3-cü maddəsi baxımından araşdırılmalıdır.
İKİNCİ MƏQAM:
İki tender üzrə qalib yalnız “JBA GROUP” MMC olub. Müqavilələrin ümumi məbləği isə 11 milyon 533 min 949 manatdır.
ÜÇÜNCÜ MƏQAM:
Bu tenderlərdə əsas suallardan biri “JBA GROUP”un avadanlıqları hansı şirkətlərdən aldığıdır. Nihad Hənifəyev, “İSTEAM” MMC və digər şəxslərlə bağlı irəli sürülən təchizat əlaqələrinin olub-olmadığı müqavilələr, gömrük sənədləri, elektron qaimələr və bank ödənişləri əsasında yoxlanmalıdır.
DÖRDÜNCÜ MƏQAM tender prosesində vəzifəli şəxslərin roludur. Satınalan təşkilatın rəhbəri Valeh Mirzalıyevin idarəetmə və nəzarət məsuliyyəti, texniki siyahıların Təhsil İnstitutunda hazırlanması və ya təsdiqlənməsi təsdiqlənərsə, Elnur Əliyevin prosesdəki rolu, Nihad Hənifəyev, Zamiq Məmmədov daxil olmaqla, bu şəxslərin ümumilikdə yaxın əlaqələri və işbirlikləri araşdırılmalıdır.
Müəllif: Samir Feyruzov - "DİA-AZ"





Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?


Son günlər Bakıda müşahidə olunan küləkli hava şəhərdə bəzi ərazilərdə tullantıların ətrafa yayılmasına səbəb olub. Güclü külək zamanı müxtəlif zibillərin, o cümlədən sellofanların havada uçuşduğu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülər şəhərin bəzi ərazilərində tullantıların yaratdığı mənzərəni gündəmə gətirib.
Bakını bu xoşagəlməz mənzərədən necə xilas etmək olar?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, ölkə üzrə məişət tullantılarının çeşidlənməsi ilə bağlı vəziyyət ürəkaçan deyil:
“Düzdür, müxtəlif bölgə və rayonlarda, eləcə də şəhərlərin mərkəzi hissələrində sarı, göy, qırmızı və digər rənglərdə fərqləndirilən konteynerlərin qoyulduğunu görürük. Bunların hər birinin öz təyinatı var. Lakin təəssüf ki, bizdə bu proses hələ də lazımi səviyyədə həyata keçirilmir.
Bu yöndə digər problemlərdən biri marketlərdə hələ də nazik polietilen və sellofan torbalardan geniş istifadə olunmasıdır. Vətəndaşlar çox vaxt həmin torbalardan istifadə etdikdən sonra onları küçəyə atırlar. Eyni zamanda, tullantıların çeşidlənməsi düzgün təşkil olunmadığı üçün bu torbalar ümumi tullantıların içərisinə qarışır. Polietilen torbalar çox yüngül olduğuna görə, xüsusilə Bakı küləyi zamanı tullantıların toplandığı ərazilərdən ətrafa yayılaraq küçələri zibilləndirir”.
Ekspert qeyd edib ki, tullantıların vaxtında daşınması ilə bağlı da problemlər mövcuddur:
“Çox vaxt konteynerlərin dolduğunu, onların ətrafının isə məişət tullantıları ilə örtüldüyünü görürük. Həmin tullantıların içərisində bazardan, mağazadan və müxtəlif marketlərdən evə gətirilən ərzaqların polietilen torbaları, həmçinin xüsusilə çörəyin polietilen torbalarda daşınması nəticəsində yaranan tullantılar da böyük yer tutur.
Buna görə də vətəndaşlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. İstər bələdiyyələr, istərsə də mənzil-istismar idarələri öz ərazilərində bu istiqamətdə işlər görməli, əhali arasında tullantıların düzgün çeşidlənməsi ilə bağlı geniş təbliğat və maarifləndirmə kampaniyaları həyata keçirməlidirlər”.
İ.Hüseynov qeyd edib ki, polietilen torbaların böyük marketlərdə istifadəsi ilə bağlı müəyyən məhdudlaşdırıcı qərar var idi:
“Əvvəlcə bu məsələ ilə bağlı müzakirələr aparıldı. Lakin sonradan bunun biznes məqsədli bir mexanizmə çevrildiyini gördük. Belə ki, marketlərə müəyyən ödəniş qarşılığında — 5 və ya 7 qəpik müqabilində — həmin polietilen daşıyıcılardan istifadə etməyə yenidən imkan verildi. Təbii ki, 5-7 qəpik vətəndaş üçün böyük məbləğ olmadığından insanlar yenidən polietilen torbalardan istifadəyə meyilləndilər. Bütün bunları ümumiləşdirsək, şəhərlərin müxtəlif ərazilərində tullantıların ətrafa yayılmasının və çirklənmənin yaranmasında əsas rol oynayan amillər məhz bunlardır”.(Globalinfo.az)

Video BURADA: baxmaq üçün tıklayın... https://www.facebook.com/watch/?v=1527216245759968

“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA


2024-cü ilin aprel ayında “Uca İnşaat” MMC-nin rəhbəri İsmayılov Fəzail Əkbər oğlunun vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinərək saxlanılması barədə məlumat verilmişdi. Mənzillərin təmiri adı altında müxtəlif şəxslərdən külli miqdarda pul alaraq öhdəliklərini yerinə yetirməyən şirkət rəhbəri ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan müraciətlər əsasında başlanılmış araşdırmalar çərçivəsində yeni təfərrüatlar ortaya çıxıb.

Proses yenidən aktivləşdi

Ötən müddət ərzində aparılan istintaq tədbirləri və hüquq-mühafizə orqanlarına edilən əlavə müraciətlər nəticəsində məsələ yenidən gündəmə gəlib. İlk vaxtlar 6-7 nəfər zərərçəkənin olduğu bildirilsə də, prosesin davamında aldadılan vətəndaşların sayının və onlara vurulan maddi ziyanın həcminin daha böyük olduğu üzə çıxıb.

Gundemxeber.org-a daxil olan son məlumatlara görə, F.İsmayılovun əməllərindən zərər çəkən şəxslərin şikayətləri əsasında istintaq prosesi genişləndirilib. Zərərçəkənlər şirkətlə müqavilə bağlayaraq əvvəlcədən böyük məbləğdə ödəniş etsələr də, təmir işlərinin ya yarıda saxlanıldığını, ya da heç başlamadığını bildirirlər.

İstintaq davam edir

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri intensiv şəkildə davam etdirilir. Hüquq-mühafizə orqanları dəymiş ziyanın tam məbləğinin müəyyən edilməsi və zərərçəkmiş şəxslərin hüquqlarının bərpası istiqamətində işləri sürətləndirib.

Gundemxeber.org

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14