Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.


Napoleon bir döyüşdə məğlub olur
Generalı çağırıb deyir,biz niyə məğlub olduq?
-Bunun üç səbəbi var.
Napoleon:Say görüm bu səbəbləri
-Birincisi, pulumuz yoxdur
Napoleon dərhal deyir, O birilərini deməyə ehtiyac yoxdur.
Doğrudan da elədir pul varsa,güc var, qələbə var
Səhiyyə və tibbi xidmət əmtəənin bir növüdür, onun pulla ifadə olunan dəyəri vardır.
Ümumdünya səhiyyə təşkilatı (ÜST) belə qənaətə gəlib ki, dövlət büdcəsinin səhiyyə xərcləri, ÜDM -dən səhiyyəyə ayrılan vəsait, adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri və səhiyyənin rasional idarəetməsi Səhiyyənin inkişafının əsas göstəriciləridir.Burada tibb işçilərinin əməkhaqqı, dərman və tibbi avadanlıqların alınması, təsərrüfat, kommunal, yanacaq və s xərclər nəzərdə tutulur
Bu gün ölkəmizdə tibbi xidmət və səhiyyənin yarıtmaz vəziyyətdə olmasına səbəb yuxarıda dediyimiz göstəricilərin dəhşətli dərəcədə aşağı olmasındadır.
Dünya Bankı və ÜST -statistik rəqəmlərini bir kənara qoyub bu ilin əvvəlində millət vəkili Rəşad Mahmudov İTV -də suala cavab olaraq: Adambaşına düşən səhiyyə xərcləri Azərbaycanda təxminən 400 manat, Avropa ölkələrində isə bu rəqəm 5-6 min avro təşkil edir.Bu hələ harasıdır,bu yaxınlarda Hesablama palatası və Maliyyə nazirliyi tərəfindən aparılan yoxlamalarda Təbib və ona tabeli tibbi müəssisələrdə ciddi maliyyə pozuntuları aşkar Direktorların əksəriyyəti məhz bu səbəbdən işdən çıxarılıb
Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
Faiq Memmedli, həkim ekspert
TEREF

Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?


"Binəqədi şossesi üzərində yerləşən "Bazar Store"dan uşaq üçün qida məhsulu almışam. Evə gəldikdən sonra məhsulun son istifadə tarixinin keçdiyini gördüm..." Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elnur Hüseynzadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Söhbət uşaq qidasından gedir və belə bir məhsulun son istifadə tarixi keçmiş vəziyyətdə satışa çıxarılması qəbuledilməzdir. Mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə aparıldığı ciddi sual doğurur.

Məsələnin araşdırılmasını, həmin məhsulun niyə satışda olduğunu izah etməyinizi və məsul şəxslər barəsində tədbir görülməsini tələb edirəm.
Uşaq qidasında belə səhlənkarlığa yol verilməsi ciddi məsələdir. Məsələyə laqeyd yanaşılacağı təqdirdə aidiyyəti qurumlara rəsmi şəkildə müraciət edəcəyəm...

"Bazarstore" rəhbərliyinə müraciət edirəm: rəsmi cavab gözləyirəm sizdən..."(Dia-az)

"“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır


"“Bravo” marketlər şəbəkəsinin rəhəbrliyindən xahiş…Bu gün “Bravo” marketlərdən birinə getmişdim. Gördüyüm mənzərə mənə o qədər pis təsir edib ki, nə yazacağımı bilmirəm".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist İlkin Muradov Feysbuk-dakə səhifəsində yazıb.

O bildirib ki, kassaya yaxınlaşanda kassadakı xanımın bir əlinin korsetdə olduğunu görüb: "İnanın mənə, o qədər pis oldum. Soruşdum ki, bu vəziyyətdə necə işləyə bilərsiz? Dedi ki, icazə vermirlər. Çarəsiz vəziyyətdə sağa baxdım, sola baxdım. Bilmədim nə deyim, nə edim.

Əlimdən gələn budur...

“Bravo” rəhbərliyinə müraciət edirəm, xahiş edirəm. Bu vəziyyəti aradan qaldırın. Bir insana, bir qadına bu münasibəti qəbul etmək olmur. İnsanlar yazıqdır axı…".

Balakəndə “AyMED” ətrafında cavab gözləyən suallar… - Pediatr, yoxsa UZM mütəxəssisi?


Azərbaycanın hər bir bölgəsi bu Vətənin bir parçasıdır. Balakən də elə. 44 günlük Vətən müharibəsində bu torpağın oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçdilər, sağlamlıqlarını itirdilər, şəhid oldular, qazi oldular. Onların anaları, bacıları, həyat yoldaşları, övladları isə bizim üçün adi vətəndaş deyil – baş tacımızdır.

Belə bir bölgədə səhiyyə məsələsinə münasibət də adi məsələ ola bilməz.Balakəndə fəaliyyət göstərən “AyMED” klinikası ilə bağlı “Aktualinfo.net” olaraq redaksiyamıza daxil olan məlumatlar isə bu baxımdan ciddi suallar doğurur.

Söhbət klinikanın rəhbəri Elşən Kərimov barədə yayılan məlumatlardan gedir.

Məlumatlara görə, Elşən Kərimov ixtisasca pediatrdır. Eyni zamanda onun dövlət tibb müəssisəsində – Balakən Rayon Xəstəxanasında “yarımştat həkim” kimi çalışdığı bildirilir. Bununla yanaşı, rəhbərlik etdiyi “AyMED” klinikasında UZM müayinələri apardığı, o cümlədən qadın pasiyentlərin süd vəzisi, qarın boşluğu və ginekoloji müayinələrində iştirak etdiyi iddia olunur.

Əgər bu məlumatlar doğrudursa, ortaya çox ciddi sual çıxır:

Pediatr ixtisası olan həkim hansı hüquqi və peşəkar əsasla ginekoloji UZM müayinəsi aparır?

Sualın mahiyyəti məhz budur.Burada məsələ kiminsə şəxsi fəaliyyətinə müdaxilə etmək deyil.Söhbət tibb sahəsində ən mühüm prinsiplərdən birindən – həkimin ixtisasına uyğun tibbi fəaliyyət göstərməsindən gedir.Azərbaycan qanunvericiliyində praktik tibb fəaliyyətinin ixtisasa uyğun həyata keçirilməsi nəzərdə tutulur. “Özəl tibb fəaliyyəti haqqında” qanunda da özəl tibbi praktikanın ixtisasa uyğun həyata keçirilməsi və praktik fəaliyyət göstərən şəxslər üçün müəyyən edilmiş tələblərə əməl olunması tələb edilir. Üstəlik, 2025-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası məsələsi daha da konkretləşdirilib. Qanunda sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmədiyi göstərilir.

O zaman suallarımız da konkret olmalıdır.

Elşən Kərimovun hansı ixtisas üzrə sertifikasiyası var?

Onun UZM fəaliyyəti üçün müvafiq ixtisası və peşə hazırlığı varmı?

Əgər varsa, bunu təsdiq edən sənəd mövcuddurmu?

Ginekoloji UZM müayinəsi aparmaq üçün hansı ixtisas və sertifikasiya tələb olunur və Elşən Kərimov həmin tələblərə cavab verirmi?

“AyMED” klinikasında göstərilən bu tibbi xidmətlərə hansı dövlət qurumu nəzarət edir?

Və ən əsası: bu fəaliyyət indiyədək aidiyyəti qurumlar tərəfindən yoxlanılıbmı?

Əgər yoxlanılıbsa, nəticəsi nə olub?

Əgər yoxlanılmayıbsa, niyə?

Məsələnin daha həssas tərəfi…
Burada bir məqamı xüsusi qeyd etmək lazımdır.

Qadın pasiyentin ginekoloji və ya süd vəzisi müayinəsi sadəcə tibbi prosedur deyil. Bu, həm də insanın şəxsi məxfiliyinə, ləyaqətinə və mənəvi rahatlığına maksimum həssaslıq tələb edən tibbi münasibətdir.

Həkimə müraciət edən insanın ilk gözləntisi peşəkarlıqdır. Pasiyent bilməlidir ki, onun qarşısındakı şəxs məhz həmin tibbi xidməti göstərmək üçün lazımi ixtisasa, hazırlığa və hüquqi səlahiyyətə malikdir.

İndi isə təsəvvür edin: bölgə sakini ən həssas sağlamlıq problemi ilə bağlı həkimə müraciət edir.

O, qarşısındakı mütəxəssisə güvənir.Çünki həkim-pasiyent münasibətinin təməlində etibar dayanır.Bu etibarın sarsılması isə səhiyyə sisteminə vurulan ən ağır zərbələrdən biridir.

Ona görə də belə sualların cavabsız qalması cəmiyyətdə haqlı narahatlıq yarada bilər.

Biz heç kimin haqqında məhkəmə hökmü çıxarmırıq.Biz demirik ki, Elşən Kərimov qanun pozuntusuna yol verib.Biz sadəcə soruşuruq: əgər bütün bunlar qanunidirsə, bunu təsdiq edən sənədlər haradadır?

Əgər ixtisas və sertifikasiya tələbləri tam şəkildə yerinə yetirilirsə, aidiyyəti qurumlar bunu açıqlaya bilər.

Əgər hər şey qanunidirsə, niyə bu barədə ictimaiyyətə aydın məlumat verilmir?

Əgər qanun pozuntusu yoxdursa, sualların cavablandırılmasından kim çəkinir?

TƏBİB və Səhiyyə Nazirliyinə suallar…
Bu yazının əsas ünvanlarından biri məhz aidiyyəti dövlət qurumlarıdır.

TƏBİB-dən soruşuruq:

Elşən Kərimov Balakən Rayon Xəstəxanasında hansı vəzifədə və hansı iş qrafiki ilə çalışır?

Onun həmin müəssisədəki əmək fəaliyyəti ilə “AyMED” klinikasındakı fəaliyyəti arasında hər hansı uyğunsuzluq müəyyən edilibmi?

Səhiyyə Nazirliyindən soruşuruq:

Elşən Kərimovun ixtisası və sertifikasiya vəziyyəti özəl klinikada apardığı iddia olunan UZM müayinələrinə uyğundurmu?

“AyMED” klinikasında qadın pasiyentlərə süd vəzisi, qarın boşluğu və ginekoloji UZM xidmətlərinin göstərilməsi zamanı həmin xidmətləri həyata keçirən şəxslərin ixtisas və sertifikasiya sənədləri yoxlanılıbmı?

Əgər yoxlanılıbsa, nəticə necə olub?

Bu sualların cavabı cəmiyyət üçün vacibdir.Çünki səhiyyədə “mən belə edirəm” prinsipi ola bilməz.Burada insan həyatı var.Burada insan sağlamlığı var.Burada insanın ən şəxsi və həssas məkanı var.

Və burada dövlətin nəzarəti, həkimin peşə məsuliyyəti, klinikanın hüquqi öhdəliyi dayanır.

Bir klinikanın rəhbəri olmaq başqa,hər tibbi xidməti göstərmək bir başqa…

Özəl klinikanın rəhbəri olmaq insana avtomatik olaraq bütün tibbi ixtisaslar üzrə fəaliyyət göstərmək hüququ vermir.

Qanunvericilik tibbi fəaliyyəti ixtisas, sertifikasiya və digər peşə tələbləri ilə əlaqələndirir.

Ona görə də məsələni şəxsi müstəviyə çəkməyə ehtiyac yoxdur. Qoy sənədlər : sertifikat,ixtisas,lisenziya və icazələr danışsın.Aidiyyəti qurumların yoxlamaları danışsın.

Əgər hər şey qaydasındadırsa, bu, Elşən Kərimov və “AyMED” üçün də ən yaxşı cavabdır.Yox, əgər qaydalar pozulubsa, onda sual başqadır:

Bəs indiyədək niyə tədbir görülməyib?

Balakən sakini bu sualın cavabını bilməlidir.Çünki səhiyyədə nə vəzifə, nə klinikanın rəhbəri olmaq, nə də şəxsi nüfuz qanundan üstün ola bilməz.

Bu yazı kiminsə peşə fəaliyyətinə mane olmaq məqsədi daşımır. Əksinə, məqsəd sadədir: pasiyentin hüququ qorunsun, həkimin ixtisası aydın olsun, tibbi xidmət qanun çərçivəsində göstərilsin və dövlət nəzarəti öz işini görsün.

Şəhidlərimizin əmanət etdiyi bu torpaqda insan ləyaqətinə hörmət də, xəstə insanın hüququna hörmət də müqəddəs məsələdir.

Balakən camaatının da haqqı var soruşmağa:

Məni müayinə edən həkim həqiqətən həmin müayinəni aparmaq üçün lazımi ixtisasa və hüquqa malikdirmi?

Bu suala isə emosiyalar yox, sənədlər cavab verməlidir.

“Aktualinfo.net”

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52