Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi, layihələrin "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə qanuna uyğun olaraq Prezident İlham Əliyevə təqdim edilməsi haqda qərar qəbul edib.

Bu barədə "Report"a hökumətdən bildirilib.

Məlumata görə, bununla bağlı qərar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda qəbul

“Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT


“Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Lent.az-ın xəbərinə görə, buna səbəb onun fərdi sahibkar kimi və rəhbəri olduğu MMC-nin dövlət büdcəsi, eləcə də fondlara olan vergi borcları ilə bağlıdır. Məlumata görə, MMC-nin ümumilikdə 13 min 228 manat borcu olub. Lakin borclar müəyyən olunmuş vaxt ərzində ödənilməyib.

Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcların ödənilməsi ilə bağlı MMC-yə bir neçə dəfə bildirişlər göndərib. Amma ödənişlər yenə yerinə yetirilməyib. Bundan sonra dövlət qurumu “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbəri, 46 yaşlı Məmişov Qoşqar Sabit oğluna qarşı məhkəmədə iddia qaldırıb. İddiada yaranmış vergi borcları ödənilənədək Q. Məmişovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunması xahiş olunub.

Məhkəmə bu iddianı təmin edib. Qərara əsasən, MMC-nin vergi borcları tam ödənilənədək Q. Məmişovun Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi göstərilib.

Bundan başqa adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.

Fərmanda Nazirlər Kabinetinə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməsi tapşırılıb.

Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Sənəddə qeyd olunub ki, Fərman "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası ilə əlaqədar imzalanıb.

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Naxçıvan MR, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?


“Trendyol” üzərindən edilən sifarişlərin Azərbaycana çatdırılmasında gecikmələr yaranıb.

Son günlər bir çox müştərilər sifarişlərin əvvəlki dövrlərlə müqayisədə daha gec çatdırılmasından şikayətlənir.

Onların bildirdiyinə görə, əvvəllər sifarişlər təxminən 7-10 gün ərzində Azərbaycana çatdırılırdısa, hazırda bu müddət 15 günə, bəzi hallarda isə bir aya qədər uzanır.

Yayılan iddialarda gecikmənin malların əvvəlki kimi hava yolu ilə deyil, quru yolla daşınması ilə əlaqəli olduğu bildirilir.

Belə ki, daşınma üsulunun dəyişməsinin, eləcə də sərhəd-keçid məntəqələrində sıxlıqların yaranmasının logistika zəncirində fasilələrə səbəb olduğu bildirilir.

Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməsə də, şirkət tərəfindən açıqlama veriləcəyi gözlənilir.

Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunda baş verən rəhbər dəyişiklikləri diqqət çəkib. Sektorun rəhbərliyinə edilən təyinatlar fonunda son olaraq Mövsüm Həmdullayevin bu vəzifəyə gətirilməsi isə xüsusilə müzakirələrə səbəb olub.
Sanki böyük bir təhsil sektorunun rəhbərliyi üçün illərlə formalaşmalı olan karyera yolu bir anda qısalıb. Kiçik kənd məktəbindən böyük rayon təhsil sektorunun rəhbərliyinə qədər uzanan bu sürətli yüksəlişin sirri bəlli olub.
Söhbət bu ilin iyul ayında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoruna müdir təyin edilən Mövsüm Həmdullayevdən gedir.

Məlumata görə, Həmdullayev bundan əvvəl Şabran rayonunun E. Mütəllimov adına Ağalıq kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb. Daha əvvəl isə Şabran rayonunun Hacıqaraqaşlı kənd orta məktəbinə rəhbərlik edib.
Maraqlıdır ki, cəmi 30-40 şagirdin təhsil aldığı kiçik bir kənd məktəbinə rəhbərlikdən başlayan karyera yolu qısa müddət ərzində böyük bir təhsil sektorunun rəhbərliyinə qədər yüksəlib. Bu məqam istər təhsil ictimaiyyəti, istərsə də yerli ictimaiyyət tərəfindən ciddi narazılıq və müzakirələrə səbəb olub.
Kiçik məktəbdən böyük sektora
Xaçmaz rayonu üzrə təhsil sektoru miqyasına görə kifayət qədər böyük strukturdur. Məlumatlara əsasən, burada 30 mindən artıq şagird və 3 mindən çox pedaqoji heyət fəaliyyət göstərir.
Belə bir struktura rəhbərlik yalnız inzibati vəzifə deyil, eyni zamanda ciddi idarəçilik məsuliyyəti deməkdir. Bu baxımdan sektor rəhbərinin əvvəlki fəaliyyəti, idarəçilik təcrübəsi, təhsil sahəsində əldə etdiyi nəticələr və rəhbər vəzifəyə uyğunluğu məsələsi xüsusi əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən Mövsüm Həmdullayevin təyinatı ətrafında müzakirələrin yaranması diqqətdən kənarda qala bilməz.
Çünki ortaya çıxan əsas məsələ onun əvvəlki fəaliyyətinin hansı meyarlarla qiymətləndirilməsi və böyük bir təhsil sektoruna rəhbər seçilərkən hansı göstəricilərin əsas götürülməsidir. Təyinatın arxasında kim dayanır və nə baş verir? Böyük bir rayonun təhsili kimə həvalə olunur və hansı təcrübənin sahibidir?

Mövsüm Həmdullayevin sürətli karyera yüksəlişi ilə bağlı müxtəlif məlumatlar var. Bizimesr.medianın elektron ünvanına daxil olan məlumata görə, onun bu vəzifəyə yüksəlişində Energetika Nazirliyinin şöbə müdiri olan Anar Mürsəliyevin rolu olub. Məlumata görə, Anar Mürsəliyevlə Həmdullayev yaxın qohumdurlar. Eyni zamanda Anar Mürsəliyevin Elm və Təhsil Nazirliyində yüksək vəzifə sahiblərindən olan şəxslərlə (?) münasibətləri var. Bu da Həmdullayevin karyera yüksəlişinə böyük təkan verib.
Daha maraqlı faktlar araşdırma mərhələsindədir.. Bizi izləyin!
Nigar Hüseyn
Bizimesr.media

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

Qonaqlar qəbula görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.

Prezident İlham Əliyev Azərbaycanın həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğuladı, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirdi.

Söhbət zamanı "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edildiyi xatırlandı, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olundu.

Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edildi.

Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..


"Azərbaycan Dəmir Yollarında bəzi kadr qərarları və mükafatlandırmalar zaman-zaman kollektiv və ictimaiyyət arasında suallar doğurur. Hazırda belə sualların mərkəzində 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsinin keçmiş rəisi, hazırda isə Biləcəri sahəsinin rəisi vəzifəsində çalışan Elxan İsmayılovun adı hallanır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Açıq mənbələrdə 2024–2025-ci illərdə Elxan İsmayılovun rəhbərlik etdiyi sahədə işçilərin işdən çıxarılması, əmək münasibətləri, kadr qərarları və idarəçiliklə bağlı müxtəlif ciddi iddialar dərc olunub. Bəzi materiallarda onun xidmət rəisi Qəzənfər Abduləzimovla yaxın münasibətdə olduğu da bildirilir.
Məlumata görə, Elxan İsmayılov kollektiv arasında “Fəxri dəmiryolçu” fəxri adına təqdim olunacağı barədə məlumat yayıb.

Əgər bu məlumat doğrudursa, ortaya kifayət qədər ciddi suallar çıxır. çünki məsələ artıq təkcə bir şəxsin mükafatlandırılması məsələsi deyil. Söhbət mükafatlandırma meyarlarının şəffaflığından gedir.
Əvvəlki fəaliyyəti niyə araşdırılmır?
Elxan İsmayılovun 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsinə rəhbərlik etdiyi dövrdə onun idarəçiliyi ilə bağlı müxtəlif narazılıqların və şikayətlərin olduğu barədə məlumatlar yayılıb.Mətbuatda həmin sahədə kadr dəyişiklikləri, işçilərlə münasibətlər və rəhbərliyin fəaliyyəti ilə bağlı müxtəlif tənqidi materiallar dərc olunub. Belə olan halda sual yaranır:
“Fəxri dəmiryolçu” adına təqdimat zamanı həmin şikayətlər və rəhbərlik dövründə baş vermiş mübahisələr araşdırılıbmı?
Zarat stansiyasındakı hadisə
Zarat stansiyasında baş vermiş qatar qəzası ilə bağlı Elxan İsmayılovun məsuliyyət daşıması nəzər alınıbmı? O zaman həmin şəxsin sonrakı karyera yüksəlişinin hansı meyarlarla həyata keçirildiyi sualı ortaya çıxır. Çünki dəmir yolunda işarəvermə və rabitə sistemi sadəcə inzibati sahə deyil. Burada qəbul edilən qərarlar hərəkətin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Ona görə də rəhbər vəzifələrə təyinat zamanı yalnız kadr münasibətləri deyil, peşəkar məsuliyyət və əvvəlki fəaliyyət də nəzərə alınmalıdır.
Tağıyev sahəsindən Biləcəriyə keçid
Daha bir diqqətçəkən məqam onun 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsindəki vəzifəsindən sonra Biləcəri stansiyasına rəhbər vəzifəyə gətirilməsi ilə bağlıdır.
Elxan İsmayılovun başqa rəhbər vəzifəyə keçirilməsindən sonra bütün problemlərin geridə qaldığını düşünmək olardı. Lakin hazırda onun rəhbərlik etdiyi Biləcəri sahəsində də işçilərin narazılıqları və müxtəlif dövlət qurumlarına müraciətlər etdiyi barədə məlumatlar var. Əgər bir rəhbərin əvvəlki fəaliyyət göstərdiyi sahədə onun idarəçiliyi ilə bağlı ardıcıl şikayətlər mövcuddursa və həmin şəxs işdən uzaqlaşdırılmaq əvəzinə başqa mühüm rəhbər vəzifəyə keçirilirsə, daha sonra isə yeni iş yerində də əməkdaşların narazılığı və dövlət qurumlarına müraciətləri yaranırsa, artıq kadr siyasəti ilə bağlı ciddi suallar meydana çıxır.
İndi əsas məsələ “Fəxri dəmiryolçu” adıdır
Əgər Elxan İsmayılov həqiqətən “Fəxri dəmiryolçu” adına təqdim olunubsa, ADY rəhbərliyindən aşağıdakı suallara cavab gözləmək təbiidir:
Namizədin əvvəlki fəaliyyəti və onunla bağlı daxil olmuş şikayətlər araşdırılıbmı?
Zarat stansiyasındakı hadisə nəzərə alınıbmı?
İşçilərin onun fəaliyyəti ilə bağlı şikayətləri mükafatlandırma komissiyasına təqdim edilibmi?
Əgər təqdim edilibsə, komissiyanın həmin şikayətlərə münasibəti necə olub?
Və ən əsası:
Fəxri ad şəxsi münasibətlərə görə deyil, real xidmətlərə və peşəkar fəaliyyətə görə verilirsə, Elxan İsmayılovun hansı konkret xidmətləri bu ada layiq görülüb?
Dəmir yolunda fəxri adın çəkisi böyükdür. Bu ad illərlə vicdanla çalışan, təhlükəsizliyə töhfə verən və kollektivin etimadını qazanan insanların əməyini qiymətləndirməlidir.
Şikayətlər, hüquqi məsuliyyət məsələləri və fəaliyyətlə bağlı bu qədər sualın fonunda Elxan İsmayılov hansı konkret xidmətinə görə “Fəxri dəmiryolçu” adına layiq görülür?
Çünki burada söhbət yalnız bir şəxsdən yox, “Fəxri dəmiryolçu” adının öz nüfuzundan gedir..."

Hande Erçel Cennifer Lopezlə bir arada - Foto



Türkiyəli məşhur aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən nüfuzlu moda tədbirində iştirak edib.

Aktrisa tədbiri ön sıradan izləyib. O, tül və korset detallı ağ libası ilə diqqət çəkib.

Tədbirdən sonra Hande Erçel dünyaşöhrətli müğənni və aktrisa Cennifer Lopezlə bir araya gəlib. Onlar birlikdə şəkil çəkdiriblər.

51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu


Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.


Şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər - R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.


Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51 min manat olan 48 ədəd kombi aparatını talayıblar.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13