Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqinə yeni Baş mühasib təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifə Azər Səmədova həvalə olunub.
A.Səmədov 2024-cü ildən yeni təyinata qədər “ŞaurmaN1” restoranlar şəbəkəsində direktor müavini vəzifəsində çalışıb.
O, 2023-2024-cü illərdə "Minera Group"da maliyyə meneceri, 2019-2023-cü illərdə "Azersun" Kağız ve Karton İstehsalat Korporasiyasında baş mühasib, 2016-2019-cu illərdə "Bazaragro"da baş mühasib vəzifələrində çalışıb.
Bakının Nəsimi rayonunda, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, 18 saylı binanın qarşısındakı istirahət parkının bir hissəsinin “MADAM KABABÇI” kafesinin fəaliyyəti üçün istifadə edilir.
Bizimesr.info xəbər verir ki, parkın bir hissəsi çəpərlənib, əraziyə daş döşənib və burada 6-7 masa yerləşdirilib. Vətəndaşlar həmçinin kafedə kabab bişirilərkən yaranan tüstü və qoxudan, eləcə də ağaclara elektrik naqillərinin bağlanmasından narazıdırlar.
Sakinlər məsələ ilə bağlı dəfələrlə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin problemin həll olunmadığını bildirirlər. Parkın hansı hüquqi əsasla kafe fəaliyyəti üçün istifadə edildiyi, müvafiq icazələrin olub-olmadığı və sakinlərin şikayətlərinin araşdırılıb-araşdırılmadığı məlum deyil.
Məlumata görə, bu ərazi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun qohumu tərəfindən zəbt edilib. Bu faktı ərazi üzrə nümayəndəlikdən sakinlərə təsdiqləyiblər.
Az qala hər gün mediada qalmaqallı hadisələrlə xatırlanan BŞTİ-nin adı daha çox məhkəmə çəkişmələrində, müxtəlif kriminal olaylarda hallandırılır. Adam bilmir nə desin, paytaxtın qosqoca təhsil idarəsi zamanın nəbzini tutaraq gündəmdə qalmağı bacarır. “Filan məktəb direktoru BŞTİ-ni məhkəməyə verdi”, “ Məhkəmə BŞTİ-nin hesablarına həbs qoydu”, “Paytaxt məktəbində əlbəyaxa dava” kimi xəbərləri oxuduqca təhsilimizin kosmik sürətlə irəlilədiyinin şahidi oluruq. Amma hara irəliləyir, bu artıq başqa söhbətin mövzusudur.
Elə bu yaxınlarda BŞTİ-nin bank hesablarına məhkəmənin qərarı ilə həbs qoyulması xəbəri günlərlə medyanın manşet xəbəri oldu. Direktorların , müavinlərin işə qəbulu bir tamaşadırsa, işdən çıxarılması başqa tamaşadır. 288 saylı məktəbdə baş verənlər əslində paytaxtın təhsil sistemi üçün bir utanc idi. Məktəbin direktor müavini qanunsuz olaraq işdən azad olunmuş, nəticədə iş Ali Məhkəməyə qədər gedib çıxmış və hüquqları pozulan müəllim işinə bərpa olunmuşdu. Hətta məhkəmə BŞTİ-nin bank hesablarına da həbs qoymuşdu. Düşünmək olardı ki, bəlkə bundan sonra paytaxtın təhsil sistemində yüksək mövqe tutan cənablar öz işlərində dönüş yaradarlar. Amma “BŞTİ-nin sözü bir olar” prinsipi ilə işləyənlər növbəti fiaskoya imza atıblar. Bu dəfə 98 saylı uşaq baxçasında baş verənlər tamaşanın növbəti pərdəsidir. Yəqin ki, bir müddət öncə bağça tərbiyəçilərinin nəzarətində olan azyaşlılardan birinin qanında psixotrop maddə aşkarlandığı barədə məlumatları xatırlayırsınız. O zaman bu hadisəsosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Lakin aidiyyatlı qurumlar, polis orqanları tərəfindən aparılan araşdırmalarda bu hadisə öz təsdiqini tapmadı. Düşünmək olardı ki, yalan informasiyadır, çünki günümüzdə belə hadisələr tez-tez baş verir. Amma sən saydığını say, gör BŞTİ nə sayır. Yaranmış fürsəti dərhal dəyərləndirən BŞTİ yetkililəri, konkret olaraq Nərminə Hüseynova , Anar Qədimalıyev və baxçalardan yetkili olan Rəna xanım növbəti direktor ovuna start verdilər. Baxçanın direktoru Elnurə Əliyeva heç bir əsas olmadan vəzifəsindən azad olundu. Verilən məlumatlarda bildirilir ki, BŞTİ rəhbərliyi 98 saylı baxçanı lap çoxdan gözaltı edibmiş. Bir kiçik bəhanə lazımmış ki, direktorla haqq-hesabı çürütsünlər. Baxçanın 2 hektara yaxın ərazisi var. Rəvadırmı bu boyda ərazini uşaqlara verəsən. Hər sotu milyonlar olan bu boyda ərazidə nələr etmək olmaz? Heç boşalan direktor yerinə yeni təyinatdan danışmırıq. Məşədi İbad demişkən bunun bir ambar toy xərci də var hələ...
Beləcə baş verənlərdən heç bir nəticə çıxarmayan BŞTİ növbəti “direktor əməliyyatı” keçirərək yeni bir qanunsuzluğa imza atıb. Baxmayaraq ki, 98 saylı körpələr evi-uşaq baxçasının ilk həmkarlar təşkilatı məsələni müzakirə edərək qərara etiraz edib. Eyni qərar ETİHİ Yasamal rayon Komitəsi tərəfindən də qəbul edilmiş, Elnurə Əliyevanın qüsursuz işləməsi, heç bir xəbərdarlıq, şiddətli töhmət almadan bir başa işdən azad olunması düzgün hesab edilməyib. Bildirilib ki, baş verən pozuntu baxça müdiri məzuniyyətdə olduğu dövrdə işçilər tərəfindən törədilib və E.Əliyeva həmin işçilərə töhmət verib və sistemdən kənar uşaqlar baxçadan kənarlaşdırılıb. Nəticədə ETİHİ Yasamal rayon Komitəsi E.Əliyeva ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddısinin “Ç” bəndinə əsasən xitam verilməsinə etirazını bildirib. Amma bütün bu etirazların heç bir nəticəsi olmayıb, nədən ki, “BŞTİ-nin sözü bir olar” prinsipi dəyişməzdir. Baxmayaraq ki, qərarın heç bir hüququ əsası yoxdur, E.Əliyevanın təqsiri sübut olunmayıb, o məzuniyyətdə olub, yenə də heç nə dəyişməyib. BŞTİ qanunlara məhəl qoymur, əməllərinə saxta don geyindirməklə öz bildiyini edir. Guya nöqsanlara qarşı tədbir görüldü görüntüsü yaratmaq adıyla daha böyük nöqsana yol verilir. Görünür BŞTİ artıq məhkəmə çəkişmələrinə bir növ adətkar olub. Yəqin bu dəfə məhkəmənin qərarı ilə İdarənin bütün hesabları dondurular. Ta o zamana qədər ki, onların qaranlıq əməllərinə gün işığı düşər, çox mətləblər aydınlığa çıxar.... MÖVZU DİQQƏTİMİZDƏDİR
"Fasadın nəyi xarab olub ki, onu yenidən bərpa edirlər?! Cəmi bir neçə il əvvəl bina əsaslı təmir olunmuşdu, indi isə yenə?!" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış memar Elçin T.Əliyev qeyd edib. O daha sonra bildirir: "Bu gün çəkdiyim fotoşəkilləri növbəti «bərpa» işlərindən sonra binanın necə görünəcəyi ilə mütləq müqayisə edəcəyəm. Dəyişikliklərə baxmaq maraqlı olacaq. Daha doğrusu, heç bir dəyişikliyin olmamasına). Yazıq, əldən salınmış, zorlanmış binalar… Çevik «bərpaçılar» və onların havadarları üçün tükənməz gəlir mənbəyinə çevrilmiş memarlıq nümunələri… Maraqlıdır, Mədəniyyət Nazirliyi dövlət tərəfindən mühafizə olunan memarlıq abidəsi statusuna malik binada işlərin aparılmasına hansı əsasla icazə verib?! Görünür, bizdə bərpa işləri çoxdan memarlığı qorumaq vasitəsindən büdcə vəsaitlərini mütəmadi olaraq mənimsəmək üsuluna çevrilib. Binalar əvvəlki təmirdən sonra heç köhnəlməyə macal tapmır, növbəti təmir üçün isə pul artıq tapılır..."
Türkmənistanda MDB dövlət başçılarının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkələrin rəhbərləri ilə qeyri rəsmi görüşü olub.
"Report"un Türkmənistana ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Azərbaycan liderinin Rusiya və Türkmənistan prezidentləri Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşü olub.
Dövlət başçıları ikitərəfli və MDB çərçivəsində çoxtərəfli maraq doğuran məsələləri müzakirə ediblər.
Bu gün Türkmənistanın "Avaza" milli turizim zonasında MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə toplantısı keçirilib. İclasın gündəliyinə MDB-nin 35 illiyi, 2028-ci ilin "Sosial inkişaf və həyat keyfiyyəti ili", 2029-cu ilin isə "Nəqliyyat bağlılığı ili" elan edilməsi kimi məsələlərin daxil edilməsi qarşıdakı illərin əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıda iştirakı müzakirəyə çıxarılan məsələlərin reallaşmasında rəsmi Bakının oynadığı rol baxımından xüsusilə əhəmiyyətlidir. Bölgədə yaranmış əməkdaşlıq formatlarının fəal iştirakçısı və aparıcı qüvvələrindən biri olan Azərbaycan 2027-ci ildə MDB-yə həmsədrlik eləcək, 2028-ci ildə isə Birliyin sədri olacaq. Buna görə də bu gün keçirilən iclas həmçinin Azərbaycanın təşkilat daxilində fəaliyyətinin perspektivlərinə aydınlıq gətirəcək. Görünən odur ki, rəsmi Bakı prioritet hesab etdiyi nəqliyyat, regional əməkdaşlıq, iqtisadi məsələlərini MDB formatında da ön planda saxlayacaq.
Prezident İlham Əliyevin sammitdəki çıxışı göstərir ki, rəsmi Bakı qarşıdakı iki ildə MDB çərçivəsində daha fəal rol oynamağa və öz prioritetlərini təşkilatın gündəliyinə gətirməyə hazırdır. Azərbaycan özünün sədrliyi dövründə nəqliyyat dəhlizlərinin inkişafına, üzv ölkələr arasında ticarətin və mədəni, humanitar əlaqələrin genişlənəcəyinə ciddi töhfələr verəcək.
Qeyd edək ki, Azərbaycanın MDB çərçivəsində əlaqələri yalnız yüksəksəviyyəli siyasi görüşlərlə məhdudlaşmır. Rəsmi Bakı həmçinin Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, İqtisadi Şura kimi müxtəlif platformalarda iştirak edir. Prezident İlham Əliyevin 2020-2025-ci illərdə dövlət başçılarının bütün görüşlərinə ardıcıl qatılması isə Azərbaycanın MDB-nin gündəliyinin formalaşmasında fəal rol oynamasından xəbər verir.
2027 və 2028-ci illərdə ölkənin quruma həmsədrlik və sədrlik etməsi Azərbaycanın çoxşaxəli xarici siyasətinin daha da güclənməsi ilə nəticələnəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın çoxvektorlu xarici siyasətində də əməkdaşlıq xətti güclənir. Rəsmi Bakı həm Avropa ilə enerji və nəqliyyat əlaqələrini genişləndirir, həm Mərkəzi Asiya ilə münasibətlərini dərinləşdirir, həm ərəbdilli ölkələrlə əməkdaşlıq münasibətlərini yeni mərhələyə keçirir, həm də MDB məkanı ilə aktiv tərəfdaşlıq edir. MDB Azərbaycan üçün digər tərəfdaşlıq formatlarına alternativ deyil. Əksinə, ölkənin çoxvektorlu xarici siyasətinin bir istiqamətini tamamlayan praktik əməkdaşlıq platformasıdır.
Bu mənada, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin həm də MDB çərçivəsində genişlənməsi bir çox məsələni, əsasən də ölkənin regional tranzit mövqeyinin möhkəmləndirilməsi kimi prioritet sahəni əhatə edir. Bu münasibətlər öz növbəsində Xəzər hövzəsində əməkdaşlıq, Şərq-Qərb marşrutlarının inkişafına da ciddi təsir edəcək.
Əminliklə söyləmək olar ki, Bakı üçün növbəti iki il sadəcə həmsədrlik və sədrlik yox, MDB-ni Azərbaycan üçün prioritet olan iqtisadi, humanitar, nəqliyyat və regional əməkdaşlıq istiqamətlərində daha funksional platformaya çevirmək imkanı deməkdir. Ehtimal etmək olar ki, 2028-ci ildə sədrlik dövründə Azərbaycan bu platformanın mövcud imkanlarından istifadə edərək konkret layihələr və qarşılıqlı fayda verən təşəbbüslərlə çıxış edəcək.
MDB-nin Azərbaycan üçün əhəmiyyətini Prezident İlham Əliyevin təşkilatın fəaliyyətinə dair fikirləri də əks etdirir. Dövlət başçısı bildirib: "Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün tələbat duyulan platforma kimi özünü təsdiqləyib".
Prezidentin bu fikri əslində Azərbaycanın MDB-də iştirakının yalnız siyasi təmaslarla məhdudlaşmadığını ortaya qoyur. Yəni, iqtisadi və çoxtərəfli əməkdaşlıq imkanları da rəsmi Bakı üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın üzərinə MDB-nin gündəliyinin hazırlanması, qərarların icrası və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin qurulması baxımından əhəmiyyətli iş düşür və bunun üçün artıq hazırlıqlara da başlanılıb. Oktyabrın 7-də MDB Xarici İşlər Nazirləri Şurasının "Avaza"dakı iclasında Azərbaycanın 2027–2028-ci illər üzrə iki yüzdən çox tədbiri əhatə edən Prioritet Tədbirlər Planının əhəmiyyəti xüsusi vurğulanıb.
Bu gün keçirilən "Avaza" sammitinin gündəliyindəki məsələlər də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə nəqliyyat və bağlantıların ayrıca prioritet kimi müəyyənləşməsi diqqət cəlb edir. Bu gün MDB ölkələri arasında yüklərin daha rahat daşınması üçün nəqliyyat əlaqələrinin inkişafı xüsusilə vacibdir. Bu isə Azərbaycanın maraqları ilə üst-üstə düşür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında fəal iştirak edir.
Azərbaycanın bu sahədəki hədəfləri Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi fikirlərdə də konkret ifadə olunub: "Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri ilə etibarlı tranziti təmin edərək, regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir".
Ölkə başçısı vurğulayıb ki, 2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq 8 milyon tona yaxınlaşıb: "Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".
Bu sözlər Azərbaycanın nəqliyyat siyasətinin prioritetlərinə aydınlıq gətirir - rəsmi Bakı üçün əsas hədəf təkcə mövcud marşrutları qorumaq yox, tranzit imkanlarını genişləndirməkdir.
Bakı Beynəlxalq Dəniz Limanı, dəmir yolu və avtomobil yolları şəbəkəsi, Xəzər dənizi vasitəsilə daşımaların artması Azərbaycana Avropa və Mərkəzi Asiya arasında əsas bağlantı nöqtələrindən birinə çevrilməsinə imkan verir. Buna görə də 2029-cu ilin MDB-də "Nəqliyyat bağlılığı ili" elan edilməsi Azərbaycanın mövcud siyasəti ilə uzlaşır. Yəni, Azərbaycan bu prosesdə iştirakçı yox, əsas söz sahibi kimi çıxış edə bilər.
Azərbaycandan Ermənistana yük tranzitinin başlanması və gələcəkdə nəqliyyat kommunikasiyalarının açılması perspektivləri regional bağlantılar baxımından ayrıca faktor kimi qiymətləndirilə bilər. Bu fakt təkcə Ermənistana tranzit məhdudiyyətinin aradan qaldırılması deyil. Qazaxıstan, Rusiya və digər ölkələrdən Azərbaycan ərazisi ilə Ermənistana 40 min tondan çox yük daşınıb. Eyni zamanda, Azərbaycan istehsalı olan neft məhsulları da Ermənistana ixrac edilib.
Azərbaycan Ermənistana siyasi jest etməklə yanaşı, nəqliyyat infrastrukturunun real şəkildə regional iqtisadi əlaqələrin bərpası və genişlənməsi üçün istifadə etdiyini ortaya qoyur. Burada diqqət ediləcək digər məqam isə Rusiya, Qazaxıstan və digər ölkələrdən Azərbaycan vasitəsilə yüklərin Ermənistana çatdırılması ölkəni Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində daha çevik tranzit halqasına çevirir. Bir sözlə, Azərbaycan üçün tranzit siyasəti yalnız iqtisadi gəlir məsələsi deyil. Bu, eyni zamanda, ölkənin regional geosiyasi çəkisini artıran vasitələrdən biridir.
Azərbaycanın MDB ilə münasibətlərində digər mühüm məqam milli maraqlar məsələsidir. Rəsmi Bakı MDB çərçivəsində əməkdaşlıq zamanı öz milli maraqlarını və strateji mövqeyini rəhbər tutur. Bu səbəbdən bir sıra sənədlərin qəbulu zamanı Azərbaycanın milli maraqlarına uyğun olmayan məsələlərdə öz mövqeyini ortaya qoyur, xüsusi rəylər və qeyd-şərtlər əlavə edir. Bu da öz növbəsində göstərir ki, MDB məkanı Azərbaycan üçün suveren qərarlar və milli maraqlar əsasında əməkdaşlıq platformasıdır. Bu prinsip qarşıdakı sədrliyi dövründə də Azərbaycanın siyasətinin əsas xətlərindən biri olacaq.
Azərbaycanın MDB ilə münasibətləri yalnız dövlət başçıları səviyyəsində siyasi dialoqla məhdudlaşmır. İqtisadi əlaqələr, humanitar layihələr, mədəniyyət, elm, kulinariya, təhsil və çoxsaylı sahələrdə qurulan əlaqələr də göstərir ki, MDB Azərbaycan üçün praktik əməkdaşlıq platformasıdır. İqtisadi və humanitar əlaqələrin inkişafı paralel olaraq qarşılıqlı ticarət və işgüzar münasibətlərin də inkişafına təkan verir. Eyni zamanda, xalqlar arasında tarixi və mədəni bağların qorunmasına xidmət edir.
Bu mövzuda Prezident İlham Əliyev bildirib: "Humanitar sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir".
Buradan da görünür ki, bu cür layihələr yalnız mədəni əlaqələrin genişlənməsinə deyil, həm də xalqlar arasında təmasların və qarşılıqlı tanışlığın artmasına xidmət edə bilər.
Dövlət başçısı, eyni zamanda, idman sahəsinin də bu məsələdə rolunu vurğulayıb: "Azərbaycanda III MDB Oyunlarının uğurla keçirilməsi əlamətdar idman hadisəsinə çevrildi".
Bu fikir də sübut edir ki, Azərbaycan MDB məkanında əməkdaşlıq çərçivəsində idmanı da xalqlar arasında münasibətlərin möhkəmləndirilməsi vasitəsi kimi nəzərdən keçirir.
Yekun olaraq, deyə bilərik ki, 2027-ci ildə həmsədrlik, 2028-ci ildə isə sədrliyin Azərbaycana keçməsi MDB daxilində daha geniş imkanlar qazandıracaq. Hazırda rəsmi Bakının konkret və aydın regional gündəliyi olması onun üstünlüyüdür. Söhbət regional sülh quruculuğu, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, Xəzər dənizi üzərindən bağlantılar, Ermənistan istiqamətində yeni tranzit imkanlarından gedir. Bu isə Azərbaycana Birliyin iqtisadi, nəqliyyat və regional əməkdaşlıq gündəliyinin formalaşmasına təsir edən əsas aktorlardan birinə çevrilməsinə şərait yaradır...(Report)
Nəsimi rayonunda istirahət parkının bir hissəsinin kafe fəaliyyəti üçün istifadə edildiyi bildirilir. Sakinlər yaşıllıqların taleyindən, kabab tüstüsündən və müraciətlərinə cavab verilməməsindən narazıdırlar. Bəs ictimai istifadə üçün nəzərdə tutulan ərazi hansı əsasla kommersiya fəaliyyətinə cəlb olunub? Şəhərin abadlaşdırılması, yaşıllıqların qorunması, park və xiyabanların sakinlərin rahat istirahəti üçün əlçatan saxlanılması hər bir şəhər təsərrüfatının əsas vəzifələrindən biridir. Parklar sadəcə ağac və ot örtüyündən ibarət ərazilər deyil. Onlar insanların nəfəs aldığı, uşaqların oynadığı, yaşlıların dincəldiyi, ailələrin asudə vaxt keçirdiyi ümumi istifadəli məkanlardır. Lakin təəssüf ki, son illərdə şəhər mühitində ictimai ərazilərin kommersiya məqsədləri ilə istifadəsi məsələsi vətəndaşların narahatlığına səbəb olan problemlərdən biri kimi gündəmdə qalır. Bakının Nəsimi rayonundan redaksiyamıza daxil olan şikayət də məhz bu qəbildəndir. Sakinlərin iddiasına görə, rayonun 4-cü mikrorayonunda, Mir Cəlal küçəsi, 18 saylı binanın qarşısında yerləşən istirahət parkının bir hissəsi “MADAM KABABÇI” adlı kafenin fəaliyyəti üçün istifadə olunur. Vətəndaşlar hesab edirlər ki, onların istirahəti üçün nəzərdə tutulan ərazinin bu şəkildə istifadəyə verilməsi həm parkın təyinatına, həm də ətrafda yaşayan insanların rahatlığına mənfi təsir göstərir. Parkın bir hissəsi necə kafe ərazisinə çevrildi? Sakinlərin redaksiyamıza verdiyi məlumata əsasən, təxminən bir il əvvəl parkın sözügedən hissəsində 30 ədəd şam ağacı əkilib. Onların sözlərinə görə, sonradan həmin ərazi çəpərlənib, yerə daş döşənib və bu ilin may ayından etibarən burada kafe fəaliyyəti üçün masalar yerləşdirilib. İddialara görə, ərazidə 6-7 masa qurulub, onların ətrafı dəmir maneələrlə və kapron iplərlə əhatələnib. Beləliklə, əvvəllər parkın ümumi sahəsinin bir hissəsi kimi istifadə edilən məkanın kafe müştərilərinə xidmət göstərən əraziyə çevrildiyi bildirilir. Burada bir sıra suallar ortaya çıxır: İctimai istirahət parkının bu hissəsində kommersiya fəaliyyəti hansı hüquqi əsasla təşkil edilib? Ərazinin istifadəsinə icazə verilibmi? Əgər verilibsə, bu qərar hansı sənədlərə əsaslanır? Parkın ərazisinin bir hissəsinin kafe fəaliyyəti üçün ayrılması sakinlərin maraqları və ictimai istifadənin qorunması baxımından qiymətləndirilibmi? Bu sualların cavabı yalnız ərazidə masaların yerləşdirilməsinə baxmaqla müəyyən edilə bilməz. Bunun üçün torpaq sahəsinin hüquqi statusu, istifadəyə dair sənədlər və müvafiq qurumların qərarları araşdırılmalıdır. Lakin sakinlərin narazılığı fonunda məsələyə aydınlıq gətirilməsi artıq zərurətə çevrilib. Kabab tüstüsü sakinləri bezdirib Sakinlərin şikayəti təkcə parkın bir hissəsinin zəbt edildiyi iddiası ilə məhdudlaşmır. Onlar kafedə kabab bişirilməsi zamanı yaranan tüstü və qoxunun da ətrafdakı yaşayış binalarına yayıldığını bildirirlər. Yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən iaşə obyektlərinin yaratdığı tüstü, qoxu və digər narahatlıqlar, xüsusilə havalandırma sistemi və tüstünün xaric edilməsi düzgün təşkil olunmadıqda, insanların gündəlik həyatına ciddi təsir göstərə bilər. Sakinlər öz evlərində pəncərələrini açarkən belə xoşagəlməz qoxu ilə üzləşdiklərini bildirirlərsə, bu məsələ aidiyyəti qurumlar tərəfindən yerində araşdırılmalıdır. Əlbəttə, hər hansı obyektin yaşayış binasının yaxınlığında yerləşməsi öz-özlüyündə qanun pozuntusunun sübutu deyil. Bununla belə, obyektin fəaliyyətinin qüvvədə olan sanitariya, yanğın təhlükəsizliyi, havalandırma və şəhərsalma tələblərinə uyğunluğu yoxlanılmalıdır. Əgər tüstü və qoxu sakinlərin yaşayış şəraitinə mənfi təsir göstərirsə, problemin aradan qaldırılması üçün konkret tədbirlər görülməlidir. Sual yaranır: Parkın istirahət üçün nəzərdə tutulan hissəsində kafe fəaliyyəti təşkil edilərkən ətrafda yaşayan insanların maraqları nəzərə alınıbmı? Obyektin fəaliyyəti müvafiq qaydada yoxlanılıbmı? Sakinlərin şikayətlərindən sonra hər hansı monitorinq aparılıbmı? Ağaclara elektrik naqilləri bağlanıb? Məsələnin daha bir narahatedici tərəfi yaşıllıqların qorunması ilə bağlıdır. Sakinlərin iddiasına görə, sözügedən ərazidəki ağaclara elektrik naqilləri bağlanaraq işıqlandırma təşkil edilib. Ağacların budaqlarına və gövdələrinə naqillərin bərkidilməsi onların zədələnməsi, qabığın zərər görməsi və düzgün olmayan montaj zamanı əlavə təhlükəsizlik risklərinin yaranması ilə nəticələnə bilər. Elektrik avadanlıqlarının açıq havada necə quraşdırılması da ayrıca yoxlanılmalı məsələdir. Əgər həqiqətən ağaclar kommersiya obyektinin işıqlandırılması məqsədilə istifadə olunur və bu zaman yaşıllıqlara zərər vurulursa, aidiyyəti qurumlar vəziyyətə hüquqi qiymət verməlidirlər. Şəhərdə ağacların əkilməsi və yaşıllıq sahələrinin artırılması nə qədər vacibdirsə, mövcud ağacların qorunması da bir o qədər əhəmiyyətlidir.
Bir tərəfdən yaşıllıq sahələrinin artırılmasından danışmaq, digər tərəfdən isə park ərazisindəki ağacların kommersiya məqsədli işıqlandırma üçün istifadə edildiyi barədə iddiaları cavabsız qoymaq olmaz. Məsələnin mahiyyəti yalnız bir neçə masanın yerləşdirilməsi deyil, ictimai ərazinin, yaşıllıqların və sakinlərin rahatlığının necə qorunmasıdır. Sakinlər müraciət etdiklərini deyirlər, nəticə isə yoxdur Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı dəfələrlə Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, şikayətlərinin həll olunduğunu görməyiblər. Əgər bu müraciətlər həqiqətən ünvanlanıbsa, onların hansı qaydada araşdırıldığı, əraziyə baxış keçirilib-keçirilmədiyi və vətəndaşlara hansı cavabların verildiyi aydınlaşdırılmalıdır. Çünki dövlət qurumlarına müraciət etmək və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada araşdırılmasını tələb etmək vətəndaşların hüququdur. Sakinlər üçün əsas məsələ təkcə şikayətlərinə cavab almaq deyil. Onlar yaşadıqları ərazidəki parkın əvvəlki funksiyasını qorumasını, uşaqların sərbəst oynaya bilməsini, yaşıllıqların zədələnməməsini və kabab tüstüsünün gündəlik həyatlarına mane olmamasını istəyirlər.
Bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətinin məsələyə münasibət bildirməsi, ərazidə araşdırma aparılıb-aparılmadığını açıqlaması və kafenin fəaliyyəti üçün hansı əsasların mövcud olduğunu izah etməsi vacibdir.
İctimai park kommersiya məkanına çevrilməməlidir Parkların əsas təyinatı insanların istirahətinə xidmət etməkdir. Belə ərazilərdə hər hansı kommersiya fəaliyyətinin təşkili isə ictimai maraqlar, torpaq sahəsinin hüquqi statusu və qüvvədə olan tələblər nəzərə alınmaqla qiymətləndirilməlidir. Əgər parkın bir hissəsi müvafiq hüquqi əsas olmadan özbaşına çəpərlənib və kafe fəaliyyəti üçün istifadə edilirsə, bu hal araşdırılmalı və qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Əgər obyektin fəaliyyəti üçün qanuni əsas mövcuddursa, həmin sənədlər və ərazinin istifadə şərtləri ictimaiyyətə aydın şəkildə izah edilməlidir.
Burada əsas prinsip dəyişməz qalmalıdır: kommersiya maraqları sakinlərin ümumi istifadəsində olan ərazilərin qorunmasını, yaşıllıqların mühafizəsini və insanların rahat istirahət hüququnu kölgədə qoymamalıdır.
Nəsimi Rayon İcra Hakimiyyəti məsələyə aydınlıq gətirməlidir Mir Cəlal küçəsi, 18 saylı binanın qarşısında yerləşən parkla bağlı sakinlərin səsləndirdiyi iddialar araşdırılmağa ehtiyac duyur. Ərazinin hüquqi statusu, kafenin fəaliyyətinə dair icazə və sənədlər, ağacların vəziyyəti, elektrik naqillərinin quraşdırılması, eləcə də tüstü və qoxu ilə bağlı şikayətlər aidiyyəti qurumlar tərəfindən yoxlanılmalıdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin, eləcə də səlahiyyətləri çərçivəsində digər aidiyyəti qurumların bu məsələyə münasibəti ictimaiyyət üçün maraqlıdır. Sakinlərin müraciətlərinin taleyi, ərazidə yoxlamanın aparılıb-aparılmaması və mümkün qanun pozuntularının aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə məlumat verilməsi gözlənilir. Unutmaq olmaz ki, şəhərin abadlığı yalnız yeni binaların tikilməsi və küçələrin təmir olunması ilə ölçülmür. Abadlıq həm də mövcud parkların qorunması, ağacların saxlanılması, ictimai ərazilərin təyinatına uyğun istifadəsi və vətəndaşların müraciətlərinə həssas yanaşılması deməkdir. Parklar ayrı-ayrı obyektlərin deyil, bütün şəhər sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulan məkanlardır. Bu məkanların qorunması isə yalnız sakinlərin deyil, aidiyyəti qurumların da məsuliyyətidir.
Azərbaycanda bir çox sahədə, o cümlədən diri heyvan bazarında idxalçı kimi fəaliyyət göstərən “Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin baş mütəxəssisi Rüfət Qalib oğlu Səfiyev böyük məbləğdə mənimsəmədə təqsirləndirilir.
Cinayət işi həvalə qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaq olunub.
İstintaqla müəyyən edilib ki, “Retro Holding”in məsul əməkdaşı Rüfət Səfiyev xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulan 1 milyon 500 min manat vəsaiti mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq. Təqsirli bilinəcəyi halda Səfiyevə 14 ilə kimi həbs cəzası verilə bilər.
"Palmali Holdinq" şirkətlər qrupuna daxil olan və məşhur "PalSüd" süd və süd məhsulları brendinin sahibi olan "Palfood" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, vergi ödəyicisi kimi passiv statusa malik olan müəssisənin borcu artaraq 133249,95 AZN təşkil edib.
Lənkəran rayonu, Bakı-Astara magistralı ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 4 457 867,58 AZN, qanuni təmsilçisi isə Firdovsi Cahangirov Aslan oğludur. Xatırladaq ki, qanuni təmsilçi Firdovsi Cahangirov bir müddət əvvəl "Palmali" Holdinqin sahibi Mübariz Mənsimova kirayə həyatından qurtulmaq üçün evlə təmin olunması məqsədilə etdiyi müraciətlə ictimaiyyətdə gündəmə gəlmişdi. Milyonlarla manatlıq nizamnamə kapitalı olan şirkətin külli miqdarda vergi borcu ilə bağlanması diqqət çəkir.