“Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi “Azəriqaz” İstehsalat Birliyinə xəbərdarlıq edib.
Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin vətəndaş Daşqın Abbasova ünvanladığı rəsmi məktubda bildirilib.
Məktubda qeyd olunub ki, vətəndaşın “Azəriqaz” İstehsalat Birliyində əmək hüquqlarının pozulması ilə bağlı 14 avqust 2026-cı il tarixli müraciətinə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, vətəndaşla “Azəriqaz” İstehsalat Birliyi arasında 6 oktyabr 2021-ci il tarixində bağlanmış əmək müqaviləsi qüvvədə olub.
Müraciətdə göstərilən halların araşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyinə müvafiq məktubla müraciət edilib və vətəndaşa aid sənədlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun təqdim olunması tələb edilib.
Rəsmi məktubda bildirilib ki, müəssisə tərəfindən tələb olunan sənədlərin təqdim edilməməsi, yaxud tam, düzgün və vaxtında təqdim olunmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi vətəndaşa ünvanladığı cavabda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sənədlərin təqdim edilməməsi ilə bağlı inzibati xəta tərkibinin yarandığını və qurum barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanıldığını bildirib.
Məktubda həmçinin qeyd olunub ki, işin nəticəsi barədə vətəndaşa əlavə məlumat veriləcək.
Qeyd edək ki, vətəndaş müraciətdə göstərilən məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL


Azərbaycanda kolleclərin fəaliyyətində dəyişikliklərin edilməsi məsələsi gündəmə gəlib. Belə ki, bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə daxil edilməsi, ehtiyac olmayan digər kolleclərin isə ləğvi nəzərdə tutulur.
Bu qərar hansı zərurətdən yarandı? Tələbələrin taleyi necə olacaq?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, kolleclərin yenidən təşkili məsələsinə yalnız təhsil müəssisələrinin birləşdirilməsi və ya ləğvi kimi yanaşmaq düzgün deyil:
“Burada əsas məqsəd orta ixtisas təhsilinin keyfiyyətini yüksəltmək, mütəxəssis hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və mövcud təhsil resurslarından daha səmərəli istifadə etməkdir. Eyni profilli kollecin müvafiq universitetin tərkibində fəaliyyət göstərməsi tədris proqramlarının uyğunlaşdırılmasına, laboratoriya və maddi-texniki bazadan birgə istifadəyə, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişafına şərait yarada bilər. Digər tərəfdən, bəzi kolleclərdə tələbə sayının azalması, ixtisaslara tələbatın dəyişməsi və kadr hazırlığının müasir ehtiyaclarla uzlaşması məsələləri də bu cür struktur dəyişikliklərini gündəmə gətirən amillər sırasındadır”.
Deputat bildirib ki, bu prosesdə əsas məsələlərdən biri tələbələrin gələcəyidir:
“İnanıram ki, heç bir tələbə kənarda qalmayacaq və onların təhsillərini başa vurmaları üçün müvafiq şərait yaradılacaq. Kolleclərin yenidən təşkili tələbələrin təhsil hüquqlarına xələl gətirməməli, onların indiyədək əldə etdikləri nəticələr və gələcək planları nəzərə alınmalıdır. Eyni zamanda, müəllimlərin əmək hüquqlarının qorunması və bölgələrdə yaşayan gənclərin təhsilə əlçatanlığının təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Əsas məqsəd təhsil sistemini müasirləşdirməklə yanaşı, tələbələrin maraqlarını qorumaq və onların gələcəyə inamını gücləndirməkdir”.

Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...


"Cənab Prezidentdən nümunə götürmək bu qədər çətindir?" Bu replikanın müəllifi olan jurnalist Xəyyam Salmanzadə daha sonra aşağıdaki fotonu paylaşaraq yazır:

"4 mart 2020-ci il. Tovuz. Prezident İlham Əliyev onun üçün qoyulmuş xüsusi kreslonun adi stulla əvəz olunmasını tələb edir və bildirir: “Belə şeylərə yol vermək olmaz. Qətiyyən!”
İndi sualım Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovadır.
Cənab Cəlilov, görəsən, bu görüntüləri heç izləməyib, yoxsa izləyib, amma nəticə çıxarmaq istəməyib?
Sizi vəzifəyə təyin edən Prezident özü üçün xüsusi kreslo istəmədiyi halda, siz niyə onun nümunəsindən dərs götürmürsünüz?
Yoxsa kreslo elə əzizdir ki, onu itirmək qorxusu insanı hər yerdə özünü xüsusi hiss etməyə vadar edir?
Bir daha xatırladaq: vəzifə insanı xalqdan üstün etmir. Kreslo müvəqqətidir, hörmət isə davranışla qazanılır!
Cənab Cəlilov, Prezidentdən nümunə götürmək üçün daha nə baş verməlidir?.."(Dia-az)

1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ


Özəl təhsil ocağı kimi yüksək qiymətlərlə ad çıxaran "Landau School"un Nərimanov rayonunda yerləşən "City Garden" korpusunda ciddi problemlər baş qaldırıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, jurnalist İlkin Muradova müraciət edən valideynlərdən məktəb rəhbərliyinin məsuliyyətsizliyindən və təqdim olunan bərbat xidmətdən şikayətlənirlər.

Valideynlərin bildirdiyinə görə, təhsil ocağı "yeni korpus tikirik" bəhanəsi ilə təhsil haqqını qaldırıb, üstəlik dərs ili müddətində yemək üçün əlavə 1.000 AZN ödəniş tələb edib. Lakin vədlərə baxmayaraq, məktəbin təmiri vaxtında bitirilməyib, dərs ili gecikdirilərək sentyabrın 28-də başlayıb və gecikən 2 həftənin ödənişi valideynlərə qaytarılmayıb. Bundan əlavə, hazır olmayan idman zalı və aşağı keyfiyyətli, qoxu gələn yeməklər uşaqların ac qalmasına səbəb olur.
Sözügedən problemlərlə bağlı direktor verdiyi vədləri inkar edərək məktəbə baxış keçirməyə belə şərait yaratmır, narazı qalan valideynlərə isə ödənilən vəsaitlər geri qaytarılmır. Yüksək məbləğlər müqabilində biabırçı şərait təklif edən məktəb rəhbərliyinin şikayətlərə qarşı nümayiş etdirdiyi laqeydlik isə "Landau School"un fəaliyyətindəki idarəetmə kəsirlərini bir daha gözlər önünə sərir.


Qeyd edək ki, "LANDAU School" təhsil kompleksinin baş icraçı direktoru Rəşad Tağıyev, baş akademik direktoru və təsisçisi isə Emil Leznikdir. Məktəbin Müşahidə Şurasının üzvləri sırasına isə Emil Leznik, Rahul D'Mello və Timur Leznik daxildir.


Xatırladaq ki, 2021-ci ildə “Landau School” özəl məktəbinin "Bayıl" korpusunun həyətində valideynlərdən biri ilə məktəbin təhlükəsizlik əməkdaşı arasında dava baş verib. Yaşanan mübahisə tərəflər arasında fiziki qarşıdurmaya səbəb olub.


Məktəbin qanuni təmsilçisi Timur Leznik, təhsil üzrə direktoru isə Yefim Leznikdir. Həmtəsisçilərdən biri olan Emil Leznik isə qardaşı Timur Lezniklə birgə “Leznik and Company” MMC-nin də təsisçisidir.

Xəbər lenti

Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13