"Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!


" "Kontakt Home"dan şikayətçiyəm..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Fuad Cəfərov adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mən "Kontakt Home"dan moped aldım. Mənə tam şarjda 80 kilometr məsafə gedə biləcəyi deyildi. Lakin heç 50 kilometr getmir və hələ 14 gün keçməmiş əlaqə saxlayıb bildirdim...
Lakin qaytarmanın mümkün olmadığı deyildi... amma sonradan araşdırdım və dostumun da eyni mopedi aldığını və eyni problemi yaşadığı üçün qaytardığını öyrəndim...
Yəni ondan fərqli olaraq məni aldatdılar..."

Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi


İqtisadiyyat Nazirliyində yeni vəzifəyə təyin olunduğunu açıqlayan Aygül Şahüseynzadə sonradan paylaşımını silib.

Yurd.Media xəbər verir ki, Aygül Şahüseynzadə sosial şəbəkə hesabında nazir müavininin köməkçisi vəzifəsinə təyin olunması barədə məlumat paylaşıb. Paylaşım qısa müddətdə diqqət çəkib, o, çoxsaylı təbrik mesajları alıb.

Lakin təyinatla bağlı xəbər saytlarında məlumat yayıldıqdan sonra Şahüseynzadə həmin paylaşımı silib. Olmayan təyinat barədə məlumatın niyə post olunması səbəbi isə məlum deyil.

***

İqtisadiyyat Nazirliyində yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Aygül Şahüseynzadə nazir müavininin köməkçisi vəzifəsinə təyin olunub.

O, oktyabr ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, A.Şahüseynzadə bundan əvvəl müxtəlif təhsil və özəl müəssisələrdə, eləcə də bank sektorunda fəaliyyət göstərib.

Xatırladaq ki, iqtisadiyyat nazirinin 6 müavini vardır.

Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY


Vətəndaş iddia edir ki, Yasamalda yerləşən Tatte restoranında ödəniş zamanı kartından çıxılan 60 manat iki həftədir geri qaytarılmır.

Gununsesi.info bildirir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, sentyabrın 30-da kafedə səhər yeməyi yeyərkən ödəniş zamanı POS-terminalda problem yarandığı bildirilib.

“Ofisiant xanım POS-terminal tərəfindən ödənişin rədd edildiyini və məbləğin gün ərzində kartıma geri qaytarılacağını dedi. Mən də kartdan-karta köçürmə etdim. Artıq iki həftədir məbləğ geri qaytarılmır. Öz bankımla əlaqə saxlamışam, hesabımda geri qaytarılma əməliyyatı görünmür. Tatte kafesinin meneceri ilə də əlaqədəyəm. İki həftədir araşdırdıqlarını desələr də, hələ də məsələni həll edə bilməyiblər. Bilmək istəyirəm, bununla bağlı hansı dövlət qurumuna şikayət edə bilərəm? Məlumatı olan şəxslərdən kömək etmələrini xahiş edirəm”, – deyə vətəndaş paylaşımında bildirib.

Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY


Vətəndaş iddia edir ki, Yasamalda yerləşən Tatte restoranında ödəniş zamanı kartından çıxılan 60 manat iki həftədir geri qaytarılmır.

Gununsesi.info bildirir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, sentyabrın 30-da kafedə səhər yeməyi yeyərkən ödəniş zamanı POS-terminalda problem yarandığı bildirilib.

“Ofisiant xanım POS-terminal tərəfindən ödənişin rədd edildiyini və məbləğin gün ərzində kartıma geri qaytarılacağını dedi. Mən də kartdan-karta köçürmə etdim. Artıq iki həftədir məbləğ geri qaytarılmır. Öz bankımla əlaqə saxlamışam, hesabımda geri qaytarılma əməliyyatı görünmür. Tatte kafesinin meneceri ilə də əlaqədəyəm. İki həftədir araşdırdıqlarını desələr də, hələ də məsələni həll edə bilməyiblər. Bilmək istəyirəm, bununla bağlı hansı dövlət qurumuna şikayət edə bilərəm? Məlumatı olan şəxslərdən kömək etmələrini xahiş edirəm”, – deyə vətəndaş paylaşımında bildirib.

Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq


Ermənistan və Rusiya dəmir yolunun fəaliyyəti məsələlərinin həlli üçün işçi qrup yaradacaq.
"Report" erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozorovla görüşünün yekunlarına dair hökumətin məlumatında deyilir.
"Müəyyən edilmiş qısa müddətlərdə formalaşdırılmış problemlərin müzakirəsi, mümkün həll yollarının axtarışı və sonrakı addımların dəqiqləşdirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib", - məlumatda deyilir.
İrəvanda keçirilən görüş zamanı Paşinyan qeyd edib ki, regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması imkanlarını nəzərə alaraq, Ermənistan hökumətinin məqsədi dəmir yollarını rəqabətqabiliyyətli etmək, onları qonşu dövlətlərin dəmir yolu şəbəkəsinə və beynəlxalq şəbəkəyə inteqrasiya etməkdir. Bu kontekstdə həmsöhbətlər regional proseslər çərçivəsində yaranan imkanları və Ermənistan dəmir yollarının rəqabətqabiliyyətliliyinin artırılmasına və onların beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyasına yönəlmiş addımları müzakirə ediblər.
"Gümrü-Axurık-Türkiyə sərhədi və Yeraskh-Naxçıvan (Azərbaycan) hissələrində dəmir yollarının yenidən qurulması layihələri barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər "Cənubi Qafqaz dəmir yolları" şirkətinin konsessiya idarəçiliyi dövründə infrastrukturun inkişafı üzrə işləri, idarəetmənin səmərəliliyini, mövcud problemləri və onların həlli imkanlarını müzakirə ediblər.

Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə Kambocanın Baş naziri Hun Manetin görüşündə müzakirə aparılıb.

Bildirilib ki, hər iki ölkənin parlamentləri Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm parlament platformalarında yaxından əməkdaşlıq edirlər.

Eyni zamanda iki ölkə arasında siyasi əlaqələrə də toxunularaq qeyd olunub ki, Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında sıx əməkdaşlıq mövcuddur.

Kambocanın Baş naziri humanitar sahədə əlaqələrin əhəmiyyətini vurğulayaraq, sovet dövründə Azərbaycanın ali təhsil ocaqlarından yüzlərlə kambocalı gəncin məzun olduğunu və bu təcrübənin indi də davam etdirildiyini məmnunluqla vurğulayıb.

Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kamboca arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı da qeyd olunub.

Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...


Azərbaycanda fəaliyyət göstərən kolleclərdə ciddi problemlər var və bu xüsusilə, təhsilin keyfiyyəti ilə bağlıdır. Yəni, dərslər keçilmir, keçilsə belə formal tədris olunur. Eləcə də, son bir-iki ildə kolleclərə təyin olunan direktorların özbaşınalığı, ora işə pul hesabına qəbul olunan müəllimlərin təcrübəsizliyi, tələbələrin ödədikləri kreditlər hesabına bayramlara təsadüf edən aylarda “adlara” yazılıb mənimsənilən vəsaitlər və bir çox tədris edən kadrların səviyyə göstəricisinin aşağı olmamasına qədər hər şey imkan verməmişdir ki, müsbət dəyişikliklərə nail olunsun. O cümlədən, bir sıra kolleclərin və kollec rəhbərlərinin adı davalarda, məhkəmə çəkişmələrində, rüşvət qalmaqallarında, tələbənin dərsə gəlməməsi müqabilində onun valideynindən qızıl üzük, digər hədiyyə alma faktlarına görə gündəm olub.
Ötən həftə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov yerli mediaya açıqlamasında bildirib ki, kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin ləğv edilməsi azərbaycanlı gənclər üçün əhəmiyyətli olacaq və s.
Buradan belə görünür ki, Anar müəllimin fikirinə müəyyən əlavələrə ehtiyac var.Çünki kolleclərin mütləq çoxluğu üç ildən çoxdur ki,zatən universitetlərin nəzdində fəaliyyət göstərir.Yəqin hörmətli Anar müəllim bunu bilməmiş deyil və indiyə kimi müsbətə doğru heç nə dəyişməyib, əksinə kütləvi narazılıqlara rəvac verilib, bəzi kollec direktorları himayə edilib, onlara münasibət yerliçilik baxımından qanunsuzluqlarına rəğmən vəzifələrində saxlanılmaları ilə müşayiət edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərovanın bir sıra kollec direktorlarının özbaşınalığına, qanundan kənar idarəçiliyinə susqunluğu,Elm və Təhsil naziri Emin Əmrullayevin saytlarda gedən yazılardan sonra tədbir görməməsi kollec qarşısında müəllimlərin “istefa” tələbi irəli sürməsinə qədər gəlib çıxıb.
Ən praktik bir missal, Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional kollecinin direktoru Xoşqədəm Xudiyeva haqqında saytlarda onlarla tənqidi məqalələr yayımlandı. Yazılanların həqiqətlə əlaqəsi konkret şikayətçilərə istinadlığı, qanunlara zidd əməllərə səbəb olma halları ilə təsdiqlənirdi. Amma Xoşqədəm Xudiyeva haqqında heç bir tədbir görülmür, əksinə o, himayəçiliyin imkanlarından yararlanaraq daha da kollektivə qarşı aqressiv davranırdı. Bu o dövrə kimi davam etdi ki, sonda kollecin müəllim kollektivi kütləvi şəkildə ayağa qalxdı, Xoşqədəm Xudiyevanın istefasını tələb etdi və onu nazir Emin Əmrullayev vəzifəsindən azad etdi.
Onu əvəz edən Nigar Səfixanova bu təyinatadək Tovuz Dövlət Sosial-İqtisadi kollecinin direktoru işləyirdi. O da bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi kollecində məhkəmə qərarını icra etməkdən boyun qaçırmaq istəyən, təhsil müəssisəsinə aidiyyatı olmayan şəxsləri işə götürən, Tədris işləri üzrə direktor müavini Ramilə Tağıyeva, Təlim-tərbiyə işləri üzrə direktor müavini Lamiyə Namazova ilə bacara bilməyən, işə bərpa olunmalarına dair məhkəmə qərarı olan bir neçə müəllimi növbəti dəfə “özünə məxsus şəkildə” ixtisara salan birisi kimi tanınır. Yeri gəlmişkən, qeyd edək ki, haqlarında məhkəmə qərarı əsasında işə bərpa olunmuş Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı Nigar Səfixanova tərəfindən “sizə uyğun dərs yükü yoxdur, ştatınız ixtisara düşdü” deyilərək təkrar ixtisara salınıblar. Onlara hansı qərara, hansı əmrə əsasən, ixtisara düşmələri izah olunmayıb. Bu barədə onlara əmr göstərilməyib. Buradan da hasil olan qənaət odur ki, məcburiyyətdən birinci halda formal olaraq, məhkəmə qərarı icra olunub, lakin hər iki müəllim hələ də aparılan prinsip üzündən onlara dərs yükü verilmədən “ixtisar adı altında” kənarda saxlanılıblar. Beləliklə, orada nizam intizamı, davamiyyəti, təlim-tərbiyyəni tətbiq edə bilməyən, işinin şəkil çəkib paylaşmaqdan ibarət olduğu və kollektivdən küsüb onları aylarla danışdırmayan bir şəxsin hazırda Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecində nizam-intizamı təmin edəcəyi, şəffaf davranacağı, tərəfsiz olacağı, kollektivdən küsməyəcəyi əvvəlki rəhbərliyin “hərəkətlərindən” nəticə çıxaracağı təfərrüatdır.
O cümlədən, götürək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova tərəfindən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecinə direktor əvəzi təyin olunan Hicran Əyyubovanı (Qeyd edək ki,Hicran Əyyubova hələ də direktor əvəzidir).
Hicran Əyyubova bu təyinatadək Tovuz Dövlət Sosial-İqtisadi kollecində direktor olub. Orada bir sıra qanuna zidd əməllərinə görə şiddətli töhmət alıb, ona dair onun müavininə qızıl üzük, həmçinin müəyyən dəyərdə ətir və şokolad bağlaması təqdim olunması, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzinə məlumat verildiyi saytlarda yazılıb. Bu mənada, Şəmkir rayon sakininin adı keçən və bu bağlamanı verdiyi deyilən şikayətçi Şəhriyar Quliyevin anası Xatirə xanımın adı mətbuatda keçib. Yəni, kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası – Xatirə Uğuzova kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə 900 manat, daha sonra Hicran Əyyubovaya çatacaq QIZIL ÜZÜK, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verməsinə dair saytlarda Akif İbrahimovun videomüraciəti yayımlanıb.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecində işlədiyi müddətdə kütləvi şəkildə müəllimləri işdən çıxarıb, onların yerinə isə əlinə bir dəfə jurnal almamış, bir saat dərs deməmiş müəllimləri işə götürüb. Yeri gəlmişkən, hələ o zaman əksəriyyətinə məlum idi ki, işdən çıxarılan şəxslərin yerinə qəbul edilənlər hansı “meyyarlar” əsasında kollecə qəbul olunublar.
İşdən çıxarılanlardan Ələkbərova Şahnaz Azər qızı, Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı, Musayeva Şəhla Dilqəm qızı tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, müxtəlif dövlət qurumlarına, eləcə də saytlara müraciət ünvanlandı. Sonrakı müddətdə bu şəxslərdən üçü, o cümlədən Vəliyeva Aynurə Mirzəli qızı və İsayeva Aygün Müslüm qızı haqqında 2 məhkəmə instansiyası işə bərpa olunmaları barədə qərarı qüvvədə saxladı, təsdiqlədi. Hətta bu şəxslər qanunsuz işdən çıxarıldıqları aylara görə 10 min manat və daha çox təzminatlarını belə aldılar. Buradan çıxarılan nəticə isə ondan ibarətdir ki, bir ştata dair 4 şəxsə vəsait ödənilib,onlar əmək haqqı alıb.
O cümlədən,işdən çıxarılan müəllimlər saytlara müraciət edərək bildirdilər ki, 2024-cü ilin oktyabr, noyabr aylarında adlarına əmək haqqı yazılıb. DSMF buna dair arayış verib, Kapital bank isə təsdiq edib ki, kartlarına köçürülməyib. Bu və digər halların özü bir maliyyə pozuntusu, korrupsiya halı yox, faktıdır. Araşdırılanda hansı kartlara köçürülüb, necə nağdlaşdrılıb məlum olacaq.
Həmçinin, Hicran Əyyubova Dövlət Əmək Müfəttişliyi tərəfindən 30.12.2024-cü il tarixli MN1612925 saylı protokolla inzibati məsuliyyətə cəlb edilərək cərimələnib, saxta sənəd tərtib etdiyini (29 sentyabr 2024-cü il tarixi, bazar günü) Dövlət Əmək Müfəttişliyinin Regional idarəsi aşkarlayıb.
Hicran Əyyubovaya dair bu sadalanan faktlar onun Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə rəhbərliyi dövrünə təsadüf edənlərin bir qismidir. Nəticədə nə baş verdi? Təhsil ictimaiyyəti Hicran Əyyubovanın vəzifədən alınıb, cəzalandırılacağını gözləyərkən o, BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinə müvəqqəti olaraq, direktor təyin olundu. Fəaliyyəti Tovuz Dövlət Sosial-İqtisadi Kollecində farmalizimdən o yana keçməyən bu şəxs,gələr-gəlməz təhsil müəssisəsinin baş mühasibi Vəliyevə Rəfiqə və Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin müdiri Afaq Malıyevanı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxartdı. Dəftərxana müdiri Nigar Haşımlının isə ştatı ləğv olundu. Saytlara davamlı şikayətlər göndərildi və s. Sonrakı müddətdə hər üç şəxs məhkəməyə müraciət etdi. Bir müddət sonra BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin müdiri Afaq Malıyevanın Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasını Abşeron Rayon Məhkəməsi qanunsuz hesab etdi. Hazırda bir neçə müəllimə dair məhkəmə prosesi davam etməkdədir.
Eləcə də, götürək bir neçə ay bundan qabaq Qazax Dövlət Sosial- İqtisadi Kollecinə direktor təyin edilmiş Gülnar Qəhrəmanovanı. Bir müddət öncə “Qaçın, direktor gəldi… qaçın, direktor getdi…” başlıqlı məqalədə İlham Hacalı adlı müəllif qeyd edirdi ki, Gülnar Qəhrəmanovanın atası Qılman kişi qatı müxalifətçidir.
Sitat: “Hələ ki, mövzumuzu Qəhrəmanovanı kollecə direktor təyin edənlərin yanlışlığı ilə bitirmək istəyirəm. Nə qədər gec deyil, səhvlərini düzəltsələr, daha yaxşı olardı.Bu sadəcə olaraq ictimai rəydən əmələ gələn yekdil nəticədir. Bu adi bir bostan məhsuluna gözətçi qoyulması ilə eyni tutulmamalıdır. Kadrın tərcümeyi-halı, sağlamlıq durumu, insanlarla ünsiyyəti, savadı və idarəçiliyi yoxlanılmalıdır. Özündənrazı, qərəzçilk, tabeçiliyində olanlara yuxarıdan aşağı baxmaq hallarının olmaması üçün elə yerindəcə rəhbər işə təyin olunanlara göstəriş verilməlidir”.
Dərs ili başlayana kimi 6 nəfər müəllim işə götürdü. Həmin götürdükləri də bu günə kimi əlinə jurnal alıb sinif tanımayanlardır. Belədirsə, həmin müəllimlər tələbəyə nə öyrədəcək və ya nədən danışacaq. Kollec tədris müəssisəsinə deyil, təcrübə sahəsinə çevrilib. Bu da Gülnar Qəhrəmanovanın “qəhrəmanlığıdır”.
Gülnar Qəhrəmanova hələ Ağstafa şəhər 2 saylı tam orta məktəbində direktor olarkən 2 dəfə töhmət alıb. Xanımın işdə qalıb-qalmaması müzakirəyə gedəcək halda, kimlərsə tələm-tələsik, nəyəsə aldanaraq, Gülnar Qəhrəmanovanı kollecə direktor təyin etdiriblər.
O, kollecə necə təyin olunubsa, eləcə də kollecdə vəzifə bölgüsü aparır. Savadlı müəllimlər, bacarıqlı işini bilən texniki işçilər “gözümçıxdıya” salınır. İş işbilməzə, yerində olmayanlara tapşırılır.
Prezident cənab İlham Əliyev keçirdiyi iclaslarda, verdiyi müsahibələrdə də bu deyilənləri qeyd edir. Lakin kimlərinsə, Prezidentin dediklərini qulaq ardına vurması sonradan xoşagəlməz hallara gətirib çıxarır,”- bildirilir.
Müəllifin bu fikirindən çıxan qənaət ondan ibarətdir ki,səhv Gülnar Qəhrəmanovada deyil,onu ora təyin edənlərindi.Bəli,Bəli..!
Bax belə, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, hörmətli Anar İsgəndərov. Yuxarıda sadalananlar kolleclərin bir neçə ildir ki, universitetlərin tərkibinə, tabeçiliyinə verildiyindən sonra baş verənlərin bir qismidir.
Bunu da yuxarı-aşağı təhsil ictimaiəti bilməmiş deyil. Təxmini də olsa məlumatlısınız ki, son illərdə bu təhsil müəssisələrində keyfiyyət dəyşikliyinə deyil, kəmiyyətə fikir verilib.Şəkil çəkib paylaşmaq, işləyirik görüntüsünü təşviq etmək, təcrübəli müəllimləri işdən çıxarmaq, nəyinsə qarşılığında onların yerinə aidiyatı olmayan şəxsləri kolleclərə müəllim götürmək çoxdan dəb halını alıb. Məzmuna deyil, mahiyyətdən uzaq formaya üstünlük vermək çoxdan adiləşib. Bunları da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi, Elm və Təhsil naziri bilməmiş deyil!
Belə olan təqdirdə kollecləri növbəti dəfə universitetlərin tərkibinə vermək üçün qanuni mexanizm hazırlamırsız, neynirsiz edin,hörmətli Anar İsgəndərov.Dəyişən nə olacaq ki? Bu qənaətimiz o anlama gəlməsin ki,sizin yanaşmanıza hörmətsizlik etmək və ya onu ciddi qəbul etməmək kimi bir fikirimiz var.Əlbəttə yox,olada bilməz!
Ona görə də kolleclərdə baş verən xoşagəlməz vəziyyətlərə görə, bir ziyalı,tariçi-alim,millət vəkili və ən nəhayyət Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri kimi hərəni öz adı ilə çağırın.Himayəçilikdən,yerlibazlıqdan qaynaqlanaraq idarə olunan bu təhsil müəssisələrindəki özbaşınalığa iradınızı bildirin,bəlkə də yetər!
faktinfo.az

İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova məxsus olduğu bildirilən “Instagram” sosial şəbəkəsindəki “orucov_seymur200” adlı hesab tərəfindən 100 səhifə izlənilir.
İcra başçısına məxsus olduğu bildirilən bu səhifə dövlət qurumlarına və rəsmi şəxslərə məxsus səhifələrdən başqa Seymur Orucovun ailə üzvlərinə, həmçinin yaxın qohumlarına aid olan səhifələri də izləyir.
Qeyd edək ki, uzun müddətdir aktif şəkildə fəaliyyət göstərən bu səhifədə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun fəaliyyəti ilə bağlı foto və videolar paylaşılır.

Onu da bildirək ki, “orucov_seymur200” adlı hesab tərəfindən izlənilən profillər arasında müxtəlif sahələri əhatə edən onlarla səhifələr də yer alır. Səhifənin izləmə siyahısında astrologiya, mobil oyun, incəsənət, dizayn, tikinti, gözəllik, texnologiya, təhsil və əyləncə sahələrində fəaliyyət göstərən səhifələr də var.
Seymur Orucovun izlədiyi profillər arasında astrologiya ilə bağlı “akrepburcunasor” və “akrepburcdiyorki” adlı tanınmış səhifələr yer alır. Bu hesablar, əsasən, əqrəb bürcü ilə bağlı astroloji məzmunlar paylaşan profillərdir. Onu da qeyd edək ki, icra başçısı da 27 oktyabr tarixində – əqrəb bürcündə doğulub.
İzlənilən hesablar arasında məşhur mobil oyunlardan olan “Royal Match”in rəsmi “Instagram” səhifəsi də var. “Royal Match” istifadəçilərə müxtəlif tapşırıqları yerinə yetirməyə və oyun mərhələlərini keçməyə imkan verən mobil tapmaca oyunudur.
Siyahıda “Vincentaa Arts” kimi tanınan “sculpture_supplier” hesabı da yer alır. “Vincentaa” heykəllərin hazırlanması və müxtəlif məkanlar üçün sənət layihələrinin həyata keçirilməsi ilə məşğul olan şirkətdir. Şirkətin məlumatına görə, parklar, hotellər, ticarət mərkəzləri, yaşayış məkanları və digər şəhər obyektləri üçün heykəllər və dekorativ sənət nümunələri hazırlayır. Şirkət müxtəlif materiallardan, o cümlədən bürünc, paslanmayan polad, alüminium, fiberglas və digər materiallardan istifadə edir.

Siyahıda Bakıdakı heykəltəraşlıq işləri ilə bağlı “heykel_art_baku” hesabı da var. İcra başçısının izlədiyi profillər arasında interyer və mebel sahəsinə aid “germanstudio”, “Bestbort” və “casamobili.az” hesabları da görünür. Bundan başqa, kafel, metlax, hovuz və tikinti-təmir məhsulları ilə bağlı “Anbardanal” hesabı da siyahıdadır.
“Glowbeautyaz” hesabı da izlənilən profillər arasındadır. Hesab gözəllik və kosmetika məhsulları ilə bağlı paylaşımlar edir. Digər profillərdən biri “arcon.technic”dir. Bu hesab avtokran və müxtəlif yol-tikinti texnikalarının icarəsi ilə bağlı fəaliyyət göstərir.
Siyahıda Avropa Azərbaycan Məktəbinin və onun direktoru Françesko Bançiniyə aid səhifələr də yer alır. Bundan başqa, Xəzər TV-də yayımlanan “Bizim Eltilər” adlı serialın “İnstagram” səhifəsi də izlənilənlər arasındadır./Yeniavaz/

LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA


Həkimlərdən kredit toplamaq, ixtisasartırma kurslarında iştirak etmək və peşə hazırlığını davamlı yeniləmək tələb olunur. Ancaq bu tələbləri yerinə yetirmək üçün yaradılan imkanların kifayət edib-etməməsi sual doğurur.

Bu gün LOR həkimləri arasında əsas narazılıq ixtisasartırma kurslarında yer çatışmazlığı ilə bağlıdır. Rəsmi plana görə, 2026–2027-ci tədris ilində LOR üzrə 21 kurs açılır və hər kursa cəmi 6 nəfər qəbul olunur. Yəni 563 LOR həkiminə qarşı cəmi 126 kurs yeri nəzərdə tutulub.
LOR həkimlərin Medicina.az -a bildirdiyinə görə, hazırda əsas problemlərdən biri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarına düşə bilməmələridir.
İnstitutun 2026–2027-ci tədris ili üçün rəsmi planında otorinolarinqologiya üzrə 21 kurs nəzərdə tutulub. Hər kursa cəmi 6 nəfər qəbul edilir. Bu isə bir tədris ili ərzində 126 yer deməkdir.
Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə isə 2025-ci ilin əvvəlinə Azərbaycanda 563 otorinolarinqoloq fəaliyyət göstərib. 563 LOR həkiminin olduğu ölkədə Təkmilləşdirmə İnstitutunun bir illik planında bu ixtisas üzrə 126 kurs yeri var. Üstəlik, 126 yer heç də 126 fərqli LOR həkiminin təlim keçməsi demək deyil. Eyni həkim il ərzində bir neçə fərqli kursda iştirak edə bilər.
Planın özündə də görünür ki, iki kursa LOR həkimləri ilə yanaşı üz-çənə cərrahları qəbul olunur. Kurslardan biri isə xüsusi olaraq dövlət müəssisələrində çalışan bölgə LOR həkimləri üçün nəzərdə tutulub. Deməli, bütün 126 yerin ölkədəki bütün LOR həkimləri üçün eyni şəkildə açıq olduğunu demək olmaz.
Daha bir məqam, bu kurslara digər ixtisaslardan, məsələn, hazırda estetik cərrah kimi fəaliyyət göstərənlər, hətta ümumi cərrahlar da qatılır. Məsələn, tibb üzrə fəlsəfə doktoru, tanınmış LOR, estetik cərrah Məzahir Quliyevin LOR Rinoplastika kursunda 6 həkim iştirak edir və diqqət çəkən məqam kursda bir müddət sertifikatsiz çalışdığı barədə araşdırılma aparılan, rinoplastika burun əməliyyatları icra edən Fuad Abdullayev də yer alıb. Qeyd edək ki, Fuad Abdullayev ixtisasca ümumi cərrahdır.
Səhiyyə Nazirliyi tərəfindən açıqlanan “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin” siyahısında Fuad Paşa oğlu Abdullayevin adı yer almır.
Bəs Fuad Abdullayev niyə LOR kursundadır?
Həkim üçün istənilən boş yer çıxış yolu deyil.
Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, həkimlər davamlı peşəkar inkişaf çərçivəsində 5 il ərzində hər il orta hesabla 50 olmaqla minimum 250 kredit toplamalıdırlar.
Kredit yalnız Təkmilləşdirmə İnstitutunun kurslarından yığılmır. Konfrans, seminar, simpozium, təlim və digər akkreditə olunmuş elmi-tədris tədbirləri də kredit verir. Ona görə 126 kurs yerini bütün kredit toplama sisteminin ümumi imkanları kimi göstərmək düzgün olmaz. Amma bu, kurslarda yer problemini də aradan qaldırmır. Səhiyyə Nazirliyinin sertifikasiya ilə bağlı rəsmi sual-cavabında bəzi hallarda həkimin son beş ildə azı bir dəfə öz ixtisası üzrə ixtisasartırma kursunda iştirak etməsinin vacib olduğu ayrıca göstərilir.
Burada bir sual ortaya çıxır: dövlət həkimdən kurs keçməyi tələb edirsə, həmin kurslarda kifayət qədər yer yaradılıbmı? Həkim üçün istənilən boş yer çıxış yolu deyil. Kurs onun ixtisasına və gördüyü işə uyğun olmalıdır. Tarix iş qrafikinə uyğun gəlməlidir. Bölgədə çalışan həkim üçün isə Bakıya gəlmək əlavə yol və qalma xərci deməkdir. Ona görə də yalnız “126 yer var” deməklə kursların əlçatan olub-olmadığını müəyyən etmək mümkün deyil. Bunun üçün bir neçə suala cavab lazımdır: il ərzində bu kurslarda neçə fərqli LOR həkimi iştirak edir? Neçə həkim yer olmadığı üçün kursa qəbul edilmir? Növbədə nə qədər gözləyirlər?
Eyni həkim bir il ərzində neçə kursda iştirak edir? Altı nəfərlik qrup praktiki məşğələnin keyfiyyəti üçün məqsədəuyğun ola bilər. Amma müraciət edənlərin sayı çoxdursa, əlavə və paralel qruplar açmaq mümkündür. Bunun üçün əlavə müəllim və klinik bazalar cəlb oluna bilər. Nəzəri dərslərin uyğun hissəsi distant formada da təşkil edilə bilər. İnstitutun öz saytında distant təhsil proqramının fəaliyyət göstərdiyi də qeyd olunur. Məsələnin başqa həssas tərəfi qəbulun şəffaflığıdır. Yer az, tələb çox olanda kimin kursa necə qəbul edildiyi tam aydın olmalıdır.
Əks halda həkimlər arasında “kim daha tez yer tapır?”, “üstünlük kimə verilir?” kimi suallar yaranır.
Mövcud rəqəmlər kurslara qəbul zamanı korrupsiya olduğunu sübut etmir. Amma məhdud yerlərin şəffaf olmayan qaydada bölüşdürülməsi belə bir risk yarada bilər. Xüsusilə sertifikasiya vaxtı yaxınlaşan həkim üçün məsələ daha ciddi olur. Kurs lazımdır, yer yoxdur, qəbulun növbəsi və meyarları isə aydın deyil. Həkimin peşəkar fəaliyyəti “kursda yer tapacağammı?” sualından asılı qalmamalıdır.
Dövlət həkimdən davamlı təhsil və kredit tələb edirsə, bunun üçün kifayət qədər və əlçatan imkan da yaratmalıdır.
Mövzu və yaranan suallarla bağlı Səhiyyə Nazirliyi nəzdində Həkimləri Təkmilləşdirmə İnstututuna sorğu göndərdik. İnstitutdan açıqlama hələ gözləmə mərhələsindədir.
Eləcə də cərrah Məzahir Qurbanovla əlaqə saxlamağa cəhd etsək də, həkimdən açıqlama almaq mümkün olmadı.

Xəbər lenti

Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13