Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...


Məmurların Sədərək gömrüyündəki gəlir davası sərhədi keçənlərin başında çatlayıb. Mübahisə Naxçıvan tərəfdəki keçid məntəqəsi ilə Türkiyənin Dilucu gömrük qapısı arasında işləyən mikroavtobusun fəaliyyətinin dayanmasına səbəb olub.

İndi insanlar yükləri ilə iki kilometrdən çox yolu piyada getməyə məcbur qalırlar. Bu marşrutda işləmiş sürücülərin sözlərinə görə, gediş haqqı bir manat idi və hər gün minlərlə insan daşınırdı.

Sürücülər iddia edirlər ki, yığılan gediş haqları rəsmiləşdirilmədən gömrükdəki vəzifəli şəxslərə çatırdı. Onların sözlərinə görə, AYNA Naxçıvanda fəaliyyətə başladıqdan sonra həmin gəlirə nəzarət etmək istəyib və gömrük qurumu ilə arasında mübahisə yaranıb.

Marşrutun dayanması xüsusilə Türkiyəyə müalicəyə gedən xəstələri və yaşlı insanları çətin vəziyyətdə qoyub. Şərur sakini Vaqif Məmmədov deyir ki, müalicə üçün hər ay İğdıra gedir, amma iki kilometrlik yolu piyada keçməkdə çətinlik çəkir:

“Yaşlı və xəstə adamam. Ayda bir dəfə müayinə və müalicə üçün İğdıra getməliyəm. Bu yolu gedib-qayıtmaq mənim üçün zülmdür. Neytral zonaya taksi də buraxmırlar. Yolu başa vurana kimi bəlkə 15 dəfə oturub dincəlirəm. Belə olmaz axı. İki dövlət qurumunun gəlir davası xüsusilə mənim kimi xəstə və yaşlı insanlara əziyyət verir”.

Naxçıvanda oxuyan tələbə Hüseyn Çetin isə hər həftə sonu İğdırdakı evlərinə gedib-gəlir. O deyir ki, mikroavtobusun dayanması hər səfərini çətinləşdirib:

“Gedib-gələndə özümüzə lazım olan əşyaları daşıyırıq. Hər dəfə taksi tutmaq çox baha başa gəlir. Az yükü olanlar üçün mikroavtobus daha sərfəli idi. İndi ya çantamızı götürüb iki kilometr piyada gedirik, ya da bizi aparacaq bir maşın gözləyirik. Hər iki halda vaxt itiririk”.
"Gündəlik Naxçıvan"

Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...


Naxçıvanda pasiyentlər üçün ayrılan pulsuz ərzağın xəstəxanadakı restoranlara yönəldildiyi bildirilir. Sakinlər bu restoranların yüksək vəzifəli məmurlara aid olduğunu deyirlər.
Xəstələrin sözlərinə görə, kəsilən ərzağın əvəzində isə onlars ucuz və keyfiyyətsiz ərzaqdan yeyilməsi mümkün olmayan yeməklər hazırlanır.
Restorandan baha yemək almağa imkanı çatmayan imkansız xəstələr isə ac qaldıqlarını bildirirlər.
Çünki, restoranda yeməyə məcbur olsunlar deyə, xəstəxana evdən gətirilən yeməkləri də qəbul etmir.
“Gündəlik Naxçıvan”a danışan şikayətçilərin sözlərinə görə, bu hal daha çox Muxtar Respublika Xəstəxanasında baş verir.
Onların sözlərinə görə, bu restoranlarda gündəlik yemək xərci 30–50 manata çatır. Şikayətçilər həmin restoranların yüksək vəzifəli şəxslərə məxsus olduğunu da deyirlər.
Xəstəxanada altı gün müalicə almış Nazir Məmmədov pulsuz yeməkləri yeyə bilmədiyini, restorandan almağa isə imkanının çatmadığını bildirir:
“Bu xəstəxanada altı gün yatdım. Evdən yemək gətirməyə icazə vermirdilər. Guya pəhriz yeməkləri yeməliyəm, ona görə. Sığorta ilə müalicə alırdım. Yeməkləri itə tökəsən, yeməz. O qədər bərbad idi.
Səhər mannı verirdilər, iyindən baş çatlayırdı. Şorbalarının da nə olduğu bəlli deyildi. Palçığa bənzər qırmızı rəngdə idi. Ancaq restoranda nə istəsən tapmaq mümkündür.
Xəstələrə veriləcək pulsuz ərzaqları oraya yönəldib, yemək hazırladıb od qiymətinə satırlar. Evdən yemək gətirməyə də ona görə icazə vermirlər ki, onlardan baha qiymətə almağa məcbur olaq”.
Digər pasiyent Elnur Şükürov da yeməklərin keyfiyyətindən şikayətlənir. O deyir ki, evdən gətirilən yeməklərin içəri buraxılmaması vəziyyəti daha da çətinləşdirib:
“Yeməklər bərbaddır, nə verdikləri bəlli deyil. Çörək daş kimidir. Divara vursan, divarı qopardar, amma qırılmaz. Yemək olmur. Bir həftə xəstəxanada yatdım. Görüş saatlarında evdən yemək gətirirdilər, buraxmırdılar. Bəzən birtəhər gizlincə keçirib onları yeyirdim”.
Pasiyentlər pulsuz yeməklərin keyfiyyətindən narazılıqlarını şəxsi təcrübələri ilə izah edirlər.
Ərzağın restoranlara yönəldilməsi və həmin obyektlərin vəzifəli şəxslərə məxsus olması barədə iddialar isə müstəqil şəkildə təsdiqlənməyib.

“AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...


“AzerGold” QSC-də yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Seyhun Osmanov “AzerGold”da Satınalma şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

O, 2025-ci ildən yeni tətinata qədər həmin şöbədə mütəxəssis vəzifəsində çalışıb.

Seyhun Osmanov 2024-2025-ci illərdə AZAL-da, 2023-2024-cü illərdə "Best Bearings Company" MMC-də çalışıb.

Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır


Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Əvvəl müğənni bir neçə gün xəstəxanaya aparılıb.

Z.Rzayevin ailəsi ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.(Axşam.az)

Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?


Gördüyünüz bu ərazi Mətbuat prospektindən ('Azərbaycan' nəşriyyatı) Hüseyn Cavid prospektinə keçid yolu olan Ayna Sultanova küçəsidir. Göründüyü kimi, yolun həm sağ, həm də sol hissəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ağ xətlərlə nişanlanaraq parklanma zonasına çevrilib. Nəqliyyatın sıx hərəkət etdiyi belə küçələr əslində boş və açıq saxlanılmalıdır ki, tıxaclar yaranmasın.
Gundemxebertv.com bildirir ki, bu məsələ ilə bağlı istər mətbuatda, istərsə də sosial şəbəkələrdə dəfələrlə çəkilişlər olunub işıqlandırılsa da, heç bir xeyri yoxdur. Gözləri doymaq bilmir! Məqsəd sanki insanları incitmək, onların cibinə girmək və qiymətli vaxtlarını yollarda almaqdır. İnsanın ömrü yollarda, tıxaclardamı keçməlidir? Təkcə bu küçə deyil, Bakının demək olar ki, bütün yolları eyni acınacaqlı vəziyyətdədir.

Xəbər lenti

Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13