Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Azərbaycanda Qarabağ Milli Parkı yaradılır.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını, regionun zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliğini və tanıdılmasını, biomüxtəlifliyin bərpasını və qorunub saxlanılmasını, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi ilə sosial-iqtisadi imkanların artırılmasını və ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır.

Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Qarabağ Milli Parkı yaradılır.

Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir.

Ermənistan tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilib. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və "yaşıl artım" zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilib.

Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR


Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətindən, mövcud neqativ hallardan mediada dəfələrlə faktlara əsaslanan yazılar dərc olunub.

Səhiyyənin sabiq rəhbəri Samiq Sadıxov işdən azad olunandan sonra bölgə əhalisində azca da olsa ümid işığı yaranmışdı, lakin növbəti rəhbərliyin dövründə də problemlər dərinləşməkdə davam edir. Xüsusilə Culfa Regional Tibb Mərkəzi publik hüquqi şəxsinin fəaliyyətində baş verən özbaşınalıqlara və ağır korrupsiya faktlarına diqqət çəkilir.

Culfa Regional Tibb Mərkəzi PHŞ-in direktoru Zaur Səftər oğlu Həsənovun qanunazidd əməli ilə bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Belə ki, direktor öz doğmaca 87 yaşlı atasını tabeçiliyində olan Əbrəqunus Ailə Sağlamlıq Mərkəzinə bölmə müdiri təyin edib. Bu təyinat “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7.1-ci maddəsinin tələblərini – yaxın qohumların bilavasitə tabelik münasibətində işləməsinə qoyulan məhdudiyyəti kobud şəkildə pozur.

Zaur Həsənovun qanunsuzluqları bununla bitmir. Məlumatda bildirilir ki, mərkəzin direktoru vətəndaşların sağlamlığı üçün dövlət tərəfindən ayrılan tibbi ləvazimatları mənimsəyir. Yaranan çatışmazlıqları və mənimsədiklərini ört-basdır etmək üçün isə tabeçiliyində olan xəstəxana işçilərinə pul yığdıraraq məcburi şəkildə dərman aldırır. İşçilər bu özbaşınalıqlara haqlı olaraq etiraz etsələr də, direktorun hədə-qorxuları ilə üzləşirlər.

Ən təhlükəli məqamlardan biri də xəstəxana işçilərinin iddialarına görə, direktor Zaur Həsənovun ağır dozada psixatrop dərmanlar qəbul etməsi və bu halda işə gəlməsidir ki, bu da həm kollektiv, həm də yerli əhali üçün real təhlükə yaradır. Lakin Naxçıvan Səhiyyə Nazirliyinin rəhbərliyi nədənsə bu qanunsuzluqlara, eləcə də korrupsiya faktlarına göz yumur.

Qeyd olunur ki, Zaur Həsənov Naxçıvan səhiyyəsini böhrana sürükləmiş sabiq nazir Samiq Sadıxovun yaxın qohumudur və məhz onun dövründə bu vəzifəyə təmtaraqla gətirilib.

Hüquq-mühafizə orqanlarının və Ali rəhbərliyin məlumatlandırılması üçün araşdırmalarımızı davam etdiririk.

nocomment.az

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün dayandırılması halında Rusiyadan ölkəyə pul köçürmələrinin həcmi yarıdan çox azalaraq 2025-ci ildəki 3,88 milyard dollarla müqayisədə 1,8 milyard dollara düşə bilər.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın birgə hesabatında qeyd olunub. Sənəd Rusiya hökumətinin saytında dərc edilib.

"Bütün Aİİ ölkələrindən Ermənistana köçürmələrin ümumi göstəricisi 2025-ci ildə 3,95 milyard dollardan 1,85 milyard dollara qədər azala bilər," - sənəddə bildirilib.

Bundan əlavə, Ermənistanın Aİİ-də iştirakının dayandırılması qazın qiymətinin 1 min kubmetr üçün 177,5 dollardan 300 dollara qədər, yəni 69 % artmasına gətirib çıxara bilər.

"Ermənistanın Aİİ-yə üzv dövlətlərdən qaz idxalı üzrə ssenari qiymətləndirməsi tədarükün fiziki həcmi dəyişməz qalmaqla 1 000 kubmetr üçün 300 ABŞ dolları qiymətini nəzərdə tutur. Hazırda qüvvədə olan 177,5 ABŞ dolları baza qiyməti ilə müqayisədə artım təxminən 69 % təşkil edəcək", - hesabatda qeyd olunub.

Bununla yanaşı, bildirilib ki, bu göstərici indikativ xarakter daşıyır və bazar konyunkturası nəzərə alınmaqla real qiymət daha yüksək ola bilər.

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə aid 61 yeni dövlət standartı qəbul edib.

Yeni dövlət standartlarının tətbiqində məqsəd nəqliyyat infrastrukturunun etibarlılığının artırılması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsinə dair tələblərin müəyyənləşdirilməsi, habelə texniki vasitələr, müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsindən ibarətdir.

Dövlət standartlarının layihələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən "Nəqliyyat və nəqliyyat infrastrukturu" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

"Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?


Naxçıvanda avtobuslar kart ödənişinə keçdikdən sonra sərnişinlər fırıldaqla üzləşdiklərini deyirlər. Onlar iddia edirlər ki, gediş haqqı ödənilərkən kartlarından qəsdən artıq pul silinir.
“Gündəlik Naxçıvan”a müraciət edən sakinlərin sözlərinə görə, problem həm nəqliyyat, həm də bank kartları ilə ödəniş zamanı yaşanır. Bəzən ikiqat ödəniş tutulduğunu, bəzi hallarda isə kartdakı pulun bir neçə səfərdən sonra tükəndiyini bildirirlər.
Şikayətçilərdən Qəzənfər Abbasov deyir ki, övladının məktəbə gedib-gəlməsi üçün karta yüklədiyi 10 manat iki səfərdən sonra bitib:
“Kartla ödəniş tətbiq olunduqdan sonra sevindik ki, hər şey rahat olacaq. Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar.
Övladımın məktəbə gedib-gəlməsi üçün ‘BakıKart’a 10 manat yüklədim. Cəmi bir dəfə məktəbə gedib qayıdıb. Növbəti dəfə dərsə gedəndə kartda pul göstərmədiyi üçün evə qayıtmalı olub və dərsə gecikib. İki gedişdən sonra 10 manatın necə bitdiyini başa düşmürəm. Neçə yerə şikayət etmişik xeyri yoxdur. Balansın hara getdiyini izah edən də yoxdur”.
Oxşar problemlə üzləşdiyini deyən digər sərnişin Bəhlul Qarayev isə “CityCard”dan istifadə etdiyini bildirir:
“Üç manata ‘CityCard’ aldım, balansına da ayrıca 10 manat yüklədim. Cəmi üç dəfə avtobusa mindikdən sonra gördüm ki, kartda pul qalmayıb. Bu qədər pulun üç gedişə necə bitdiyini başa düşmürəm. Balansın hara getdiyini izah edən də yoxdur”.
Digər sərnişin Aygün Həsənova isə bank kartından nəzərdə tutulandan artıq gediş haqqı çıxıldığını deyir:
“Avtobusa minəndə maaş kartımdan istifadə edirəm. Çox vaxt 60 qəpik əvəzinə 80 qəpik çıxılır. Bəzən də ikiqat pul silinir. Tutulan məbləği göstərsəm də, sürücülər bunun mümkün olmadığını deyirlər. Tanıdığım başqa sərnişinlər də eyni problemdən şikayətlənirlər. Şikayətlərimizə də baxan yoxdur”.
Şikayətçilər ödənişlərin yoxlanılmasını, artıq tutulan pulların geri qaytarılmasını və problemin səbəbinin açıqlanmasını istəyirlər.
Naxçıvan şəhər avtobuslarında nağdsız ödəniş sistemi bu ilin avqustundan tətbiq olunur.

"Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?


Bakının Səbail rayonunun Badamdar qəsəbəsində gecə saatlarında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sakinlərin şikayətindən sonra ərazi nəzarətə götürülüb və hazırda orada hər hansı işin aparılmadığı bildirilib.

Bizimesr.info xəbər verir ki, 3-cü massivdə, 34-cü küçə ilə 33-cü küçənin 25-ci küçə adlanan əraziyə yaxın hissəsində yaşayan sakinlər son üç gündür gecə saat 22:00-dan səhərədək davam edən tikinti işlərindən şikayət edirdilər.

Sakinlərin sözlərinə görə, yaşayış evlərinin yaxınlığında ağır texnikalar işləyir, torpaq qazılır və beton tökülürdü. Yaranan səs-küy səbəbindən ərazidə yaşayan insanlar gecə saatlarında dincələ bilmirdilər.

Sakinlər həmin ərazidə 25-30 ildir yaşadıqlarını, onların arasında yaşlı insanların, azyaşlı uşaqların və gündüz işləyərək axşam evdə istirahət etmək istəyən şəxslərin olduğunu bildirirdilər. Onlar gecə saatlarında yaşayış evlərinin yaxınlığında intensiv tikinti işlərinin aparılmasına etiraz edir, tikintinin hansı əsaslarla və hansı icazələr çərçivəsində həyata keçirildiyinin araşdırılmasını tələb edirdilər.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətin bildirilib ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyətdədir. Həmin ərazidə tikinti işlərinin aparılması nəzərdə tutulub və müvafiq icazəverici sənədlərin alınması məqsədilə aidiyyəti üzrə müraciət edilib.

Qurumun açıqlamasına görə, sənədləşdirmə prosesi davam etdiyi müddətdə ərazidə ilkin hazırlıq işlərinin görülməsi məqsədilə texnika vasitəsilə müəyyən işlərin aparılmasına cəhd göstərilib. Lakin görülən müvafiq tədbirlər nəticəsində bu işlərin qarşısı alınıb.

İcra Hakimiyyətindən əlavə edilib ki, şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədləşdirmə işləri yekunlaşdıqdan sonra tikintinin aparılması barədə iş icraçılarına xəbərdarlıq edilib.

Hazırda ərazi nəzarətə götürülüb və İcra Hakimiyyətinin məlumatına görə, orada hər hansı iş aparılmır.

Maraqlıdır ki, sakinlərin iddiasında işlərin günlərdir davam etdiyi, ağır texnikalarla günlərdir qazıntı aparıldığı bildirildiyi halda, Səbail rayonu Badamdar qəsəbəsi nümayəndəliyinin bu tikinti ilə bağlı heç bir tədbir görməməsidir.

Məsələ içtimailəşəndən sonra Səbail RİH tərəfindən belə bir açıqlama verilməsi də maraqlı nüansdır. Rayon rəhbərliyi bu faktla bağlı məlumatsız olduqlarını önə çəkir, bəs aidiyyatı üzrə şəxslər hara baxırdı?

Məsələ diqqətimizdə saxlanacaq...

VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/gece-tikintisi-icazesiz-ve-senedsiz-aparilib---resmi-sexsler-gunlerdir-bas-verenleri-niye-gormeyib-23870

Bizimesr.info

“Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...


“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
“Pilgrim Education”ın fəaliyyəti ilə bağlı vətəndaş şikayətləri artıq dövlət qurumunun rəsmi icraatındadır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi BakuNews.az-ın jurnalist sorğusuna cavabında “Pilgrim EDU” MMC ilə bağlı bir neçə vətəndaş müraciətinin araşdırıldığını təsdiqləyib. Lakin Agentliyin cavabı şirkətin ödənilmiş vəsaitin 80 faizini geri qaytarmaması ilə bağlı əsas sualları açıq saxlayıb.
BakuNews.az-ın redaksiyasına daxil olan müraciətlərdə və müxtəlif media resurslarında yayımlanmış şikayətlərdə xaricdə təhsil vədi ilə vətəndaşlardan müxtəlif məbləğlərdə ödənişlər alındığı, lakin bəzi hallarda gözlənilən nəticənin əldə edilmədiyi bildirilir.

Şikayətçilərin əsas narazılığı yalnız tələbələrin xarici universitetlərə qəbulunun baş tutmaması deyil. Onlar həmçinin ödənilmiş vəsaitlərin hansı xidmətlərə sərf edildiyi, faktiki görülmüş işlərin nədən ibarət olduğu və pulun geri qaytarılması mexanizminin şəffaflığı ilə bağlı suallar qaldırırlar.

2000 manat ödəyən vətəndaşa niyə yalnız 400 manat qaytarılmalıdır?

Redaksiyanın Agentliyə ünvanladığı sorğuda “Pilgrim Education” rəhbəri Aisa Aslanovanın mediaya açıqlamasına istinad olunub. Həmin açıqlamaya əsasən, tələbənin xarici təhsil müəssisəsinə qəbulu baş tutmadıqda ödədiyi vəsaitin yalnız 20 faizi geri qaytarılır. Qalan 80 faizin isə sənədlərin hazırlanmasına, ekspertlərin işinə, müraciət prosesinə və digər xidmətlərə xərcləndiyi bildirilir.

Burada ciddi sual yaranır: Şirkət konkret nəticə əldə edilmədiyi halda vətəndaşın ödədiyi pulun 80 faizini hansı sənədlərə əsasən özündə saxlayır?

Məsələn, 2000 manat ödəyən şəxsə cəmi 400 manat qaytarılırsa, yerdə qalan 1600 manatın hansı xidmətlərə sərf edildiyi müvafiq maliyyə sənədləri ilə əsaslandırılırmı?

BakuNews.az məhz bu məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Agentliyinə 11 konkret sualdan ibarət rəsmi sorğu göndərib.

Dövlət Agentliyi şikayətlərin olduğunu təsdiqlədi

Agentliyin redaksiyaya təqdim etdiyi cavabda diqqətçəkən məqamlardan biri “Pilgrim EDU” MMC ilə bağlı müraciətlərin rəsmi icraatda olmasının təsdiqlənməsidir.

Qurum cavabında bildirib:

“Əlavə olaraq bildiririk ki, hazırda ‘Pilgrim EDU’ MMC ilə bağlı Agentliyin icraatında bir neçə vətəndaş müraciəti mövcuddur. Həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək və nəticəsindən asılı olaraq müvafiq addımlar atılacaqdır.”

Bu açıqlama göstərir ki, məsələ artıq yalnız sosial şəbəkələrdə və mediada səsləndirilən narazılıqlarla məhdudlaşmır. Şirkətin fəaliyyəti ilə bağlı müraciətlər aidiyyəti dövlət qurumunun icraatına daxil olub.

Lakin Agentlik müraciətlərin dəqiq sayını, onların məzmununu və indiyədək görülmüş tədbirləri açıqlamayıb.

Müqaviləyə imza atılması hər şərtin qanuni olması demək deyil

Agentliyin cavabında xüsusi diqqət çəkən digər məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə istinad edilməsidir.

Qurum qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Belə şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, həmin zərər təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.

Bu hüquqi mövqe olduqca mühümdür. Çünki müqavilənin vətəndaş tərəfindən imzalanması onun qanunla qorunan hüquqlarını məhdudlaşdıran istənilən şərtin avtomatik olaraq qanuniləşməsi demək deyil.

Bununla yanaşı, Agentlik konkret olaraq “Pilgrim Education”ın müqavilələrindəki 20 faizlik geri qaytarma müddəasının qanuna uyğun olub-olmadığı barədə yekun hüquqi qiymətləndirmə təqdim etməyib.

Xidmətə zəmanət yoxdur, bəs məsuliyyət?

Agentlik cavabında Mülki Məcəlləyə və Ali Məhkəmə Plenumunun 7 iyul 2026-cı il tarixli 10 nömrəli qərarına da istinad edib.

Bildirilib ki, xidmət göstərən tərəf hər zaman konkret nəticənin əldə edilməsinə zəmanət vermir. Lakin həmin nəticəyə nail olmaq üçün peşəkar standartlara uyğun bütün zəruri, ağlabatan və mümkün vasitələrdən istifadə etməlidir.

Başqa sözlə, tələbənin universitetə qəbul olunmaması özlüyündə şirkətin müqaviləni pozduğunu sübut etmir. Bununla belə, göstərilən xidmətin keyfiyyəti, icraçının öhdəliklərini yerinə yetirməsi və mümkün səhlənkarlıq halları ayrıca qiymətləndirilməlidir.

Əsas məsələ də məhz buradadır: Vətəndaş pul ödəyibsə, qarşılığında hansı xidmətləri aldığını və müqavilə öhdəliklərinin necə icra edildiyini bilmək hüququna malikdir.

11 konkret sual, amma əsas məsələlər hələ də cavabsızdır

BakuNews.az-ın sorğusunda şirkətin müqavilə şərtlərinin qanuniliyi, xərclərin sənədlərlə əsaslandırılması, vətəndaş müraciətlərinin sayı və geri ödəniş mexanizmi barədə konkret suallar yer alıb.

Agentlik isə əsasən qanunvericiliyin ümumi müddəalarını izah edib.

Məsələn, ödənilən məbləğin 80 faizinin hansı şərtlərlə saxlanıla biləcəyinə, xərclərin qəbz və hesab-fakturalarla əsaslandırılması tələbinə, eləcə də şirkətin müqavilələrinin indiyədək araşdırılıb-araşdırılmadığına dair ayrıca və birmənalı cavab verilməyib.

Bu isə yeni sual doğurur: Vətəndaşların maddi maraqlarına birbaşa toxunan belə məsələlərdə dövlət qurumu nə zaman konkret hüquqi nəticəni açıqlayacaq?

Şübhəsiz, bütün iddialar obyektiv araşdırılmalı, şirkətin də öz mövqeyini bildirmək hüququ təmin olunmalıdır. Hazırda Agentliyin cavabı hər hansı qanun pozuntusunun rəsmən müəyyən edildiyini göstərmir.

Lakin ortada araşdırılmalı müraciətlərin mövcudluğu dövlət qurumunun özü tərəfindən təsdiqlənib.

BakuNews.az məsələni diqqətdə saxlayacaq, “Pilgrim EDU” MMC ilə bağlı müraciətlərə veriləcək hüquqi qiymətin, vətəndaşların ödədiyi vəsaitlərin taleyinin və Agentliyin görəcəyi tədbirlərin ictimaiyyətə açıqlanmasını izləyəcək.

Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır


Düz altı il əvvəl, bu günlərdə dilbər Qarabağımızın işğaldan azad edilməsi uğrunda erməni separatçıları ilə qanlı savaşlar gedirdi. Oğullu-qızlı, böyüklü-kiçikli, ölkə ayaqda idi. Hamı səbrsizliklə cəbhədən yeni, xoş xəbərlər gözləyirdi. Düz altı il əvvəl Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulmuşdu. Ordumuz altı il əvvəl, bu günlərdə digər işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda əməliyyatları davam etdirirdi.
Cəbrayıl şəhərinin və kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə neçə-neçə igid əsgərimiz şəhid oldu, yüzlərlə hərbçimiz ağır yaralar aldı. Ermənilərin 1993-cü ilin avqustundan bəri işğalda saxladığı Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi nəhayət, 27 il sonra şanlı Azərbaycan Ordusu tərəfindən azad olundu.
Qeyd etdiyimiz kimi, Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi düz altı il əvvəl erməni işğalından azad olunub. Bu gün rayonun ermənilər tərəfindən tamamilə dağıdılmış kəndləri yenidən qurulur. Bu gün isə işğalından azad olunmuş ərazilərdə tam müasir standartlara uyğun şəkildə yenidən qurulur və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl şəhərinin və rayonun Şükürbəyli kəndinin sakinlərinə yeni mənzillər verilir. Doğma ata-baba yurduna qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirlər.
Amma əsgərlərimizin qanı, canı bahasına erməni vandallarının darmadağın etdiyi ərazilərin yenidən qurulması işlərindən bu gün manipulyasiya edənlər də var…
Aktualinfo hələ avqust ayında Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə “AĞA-EE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasına Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə bağlanmış müqavilənin şübhəli tərəflərini oxucuların diqqətinə çatdırmışdı.
Əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə inzibati məsuliyyətə cəlb edilmiş “AĞA-EE İnşaat” MMC qalib olduğu tenderdə toxunduğumuz şübhəli məqamların üstü açıldı. Yəni, artıq heç bir şübhəyə yer qalmadı.
Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 27.09.2024-cü ildə “AGA-EE İnşaat” MMC ilə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə 7.664.193,62 manat dəyərində müqavilə bağlayıb.
Medianın 13.03.2026-cı ildə yaydığı məlumata görə “Ağa-EE İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti külli miqdarda cərimələnib. Buna səbəb şirkətdə aparılan yoxlama zamanı Vasif və Asəf Şabanov qardaşlarının Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilməsi faktı aşkarlanıb.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən “Ağa-EE İnşaat” MMC barəsində 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, işçilər MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov tərəfindən işə götürülsə də, onların bəziləri ilə əmək müqaviləsi bağlanmayıb. Onlara MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət edib. Məhkəmənin hökmü ilə “Ağa-EE İnşaat” MMC-nin rəhbərliyi barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Təfərrüatlara keçməzdən əvvəl “Ağa-EE İnşaat” MMC-nin barəsində olan rəsmi məlumatları diqqətinizə çatdırırıq.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AĞA-EE İNŞAAT” (VÖEN:1202140041) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏZƏR RAYONU, MƏRDƏKAN ŞTQ, MƏRDƏKAN QƏSƏBƏSİ, ev.50K, qanuni təmsilçisinin isə Ağalı Natali Qaçay qızı olduğu qeyd edilib.
Bəs məhkəmədə MMC-ni faktiki olaraq idarə edən kimi adı hallanan Vurğun Abbasov kimdir?
Vurğun Abbasov “Ağa-EE İnşaat” MMC-nin qanuni təmsilçisi, yəni direktoru Ağali Natalinin sürücüsüdür. O, sürücü olmaqla yanaşı həmdə Ağali Natalinin digər gizlin işlərini həyata keçirir. Natali Ağalinin gizli maliyyə əməliyyatları aparmaq üçün sürücüsünün adına yaratdığı şirkətin adı “AVC İNŞAAT”dır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVC İNŞAAT” (VÖEN:5702001541) Məhdud Məsuliyyətli Cəmiyyətinin 9 saylı Ərazi Vergilər İdarəsində 12.09.2024-cü ildə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı KÜRDƏMİR RAYONU, PİRLİ kəndi, qanuni təmsilçisinin isə Abbasov Vurğun Alverdi oğlu olduğu göstərilir.
Məlumatlara görə Vurğun Abbasov qohumları olan Kürdəmir rayon Pirli kənd sakinləri Həmidov Əsgar Xasmamməd oğlu (VÖEN 5701000002), Mirzəliyev Ərastun Balakisi oğlu (VÖEN 5702004732), Əbilov Əhrab Əvaz oğlu (VÖEN 5701008502), Kərimov Əlibaba Aganəsib oğlunun (VÖEN 5702004602 – 2226.69 manat vergi borcu var) və Kürdəmir rayon Atakişili kənd sakini İbrahimov Fazəddin Qafur oğlunun (VÖEN 5701267582) adına fiziki şəxs kimi VÖEN-lər açaraq, “Ağa-EE İnşaat” MMC ilə xidməti müqavilələr bağlanılıb.
Amma Daxili İşlər Nazirliyinin “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” portalında sözügedən şəxlərin bir dəfə də olsun Cəbrayıl rayonunun Şükürbəyli kəndinə işləmək üçün getmələri barədə məlumat yoxdur. Buna baxmayaraq həmin şəxslərin hesabına müxtəlif vaxtlarda, hissə-hissə 200 min manata yaxın dövlət vəsaiti köçürülüb, Vurğun Abbasov tərəfindən Kürdəmir şəhərində bankomatlardan çıxarılıb. Kənd sakinləri polisə verdiyi izahatda pulların Vurğun Abbasov tərəfində çıxarıldığını, heç nədən xəbəri olmadıqlarını bildiriblər. Vurğun Abbasov da təbii ki, pulları Ağali Nataliyə çatdırılıb. Həmin pullara Kürdəmir, Sabirabad, Hacıqabul rayonlarında hektarlarla torpaq sahəsi alınıb.
Qeyd edək ki, Ağali Natali tikinti işlərinə dövlət büdcəsindən ayrılan vəsaiti sürücüsü Vurğun Abbasovun adına yaratdığı “AVC İNŞAAT” MMC-nin hesabına köçürərək mal material almaq üşün xaricə pul göndərib. Gələn malları isə təyinatı üzrə istifadə etmək əvəzinə Qarabağda ev tikən başqa şirkətlərə sataraq qazanc əldə edir.
O şirkət isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 25.07.2024-cü ildə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 60 fərdi yaşayış evinin tikintisi üzrə 9.208.672,39 manat dəyərində müqavilə bağladığı “HERMES-S” MMC-dir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HERMES-S” (VÖEN:1202140041) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.07.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ƏLİBƏY HÜSEYNZADƏ, ev.53, m.3, qanuni təmsilçisinin isə Şükürlü Ağa Yaqubəli oğlu olduğu göstərilir. MMC-nin hazırkı günə 71 566.38 manat vergi borcu var.
MMC-nin ilk qanuni təmsilçisi Abbasov Rasim Mir Sadıq oğlu olub. Fətullayev Akif Məhərrəm oğlu, Kərimov Elçin Adil oğlu müxtəlif vaxtlarda MMC-ni təmsil ediblər.
Göründüyü kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu son illər Ağali Natalinin qanuni təmsilçisi olduğu “AĞA-EE İnşaat” MMC ilə birliyi qurmuş, ümumi dəyəri 13 923 650 manat dəyərində 3 müqavilə bağlamışdır. “HERMES-S” MMC ilə bağlanan müqaviləni də bunun üzərinə gəlsək bu 23 132 322 manat edir. Qeyd etdiyimiz məlumatlardan göründüyü kimi isə pullar hissə-hissə şirkət rəhbəri tərəfindən təyinatından kənarlaşdırılıb. Bu Şükürbəyli kəndində tikintiyə ayrılmış büdcə vəsaitlərinin kənarlaşdırılması ilə bağlı faktların kiçik bir hissəsidir.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun milyonlarla manat dəyərində müqavilə bağladığı bu şirkətlərin maddi texniki bazası, əmək müqaviləsi ilə çalışan mühəndis və işçi heyəti yox dərəcəsindədir. Əvvəlcə bir tender labirinti qurulur. Şirkətlər dövlət qurumunun formal keçirdiyi tenderlərdə qalib elan olunduqdan sonra digər şirkətlərlə subpodrat müqavilələr bağlayırlar. Araşdırılarsa eyni tenderdə hər üç şirkətin adı keçir. Yəni, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Satınalma Komissiyası kənar şirkətlərin iştirakına yol verməmək üçün bir-birinə yaxın şirkətlərlə yetərsay düzəldir, hər tenderi bir adamın idarə etdiyi ayrı-ayrı şirkətlərə verir. Tərəflərin işbirliyi nəticəsində milyonlarla manat dövlət vəsaiti elə tərəflər arasında da dövr edir.
Xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. O, bu vəzifəyə 15 noyabr 2018-ci ildə təyin edilib. “AGA-EE İnşaat” MMC isə 26.10.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Yaranmasından heç bir il keçməmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 9 mərtəbəli 54 mənzilli 26 №-li yeni yaşayış binasının tikintisi üzrə 3.163.203,01 manat dəyərində müqavilə bağlayıb.
Bu bir təsadüfə oxşamır. “AGA-EE İnşaat” MMC-nin ancaq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçirdiyi tenderlərin qalibi olması onların yaxınlığından xəbər verir. Həmçinin Komitənin sədri Rövşən Rzayevə bağlı bir şirkət olduğunu da istisna etmir.
Göründüyü kimi “AGA-EE İnşaat” MMC əsgərlərimizin qanı, canı bahasına erməni vandallarının darmadağın etdiyi ərazilərin yenidən qurulması işlərindən manipulyasiya edir. Buna ilk növbədə işğaldan azad olunmuş bir laçınlı kimi Mahir Abbaszadə yol verməməlidir. Bu, Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canları bahasına qurtaran qəhrəman şəhidlərimizin ruhuna, rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin əməyinə sayğısızlıqdır. Bu həm də Prezident İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətə, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması üçün göstərdiyi səylərə zidd, qəbuledilməz hərəkətlərdir. Odur ki, bütün aidiyyəti dövlət qurumlarından “AGA-EE İnşaat” MMC-nin fəaliyyətinin köklü şəkildə araşdırılmasını və təxirəsalınmaz tədbirlər görməsini xahiş edirik.

Aktualinfo.net
P.S. Bəzi araşdırmalardan sonra mövzuya bir daha qayıdacağıq

Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?


Salyanda 200-ə yaxın fermer ayaqdadır: "Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə kəsib?
Salyan rayonunda pambıq istehsalçıları ağır vəziyyətlə üz-üzə qalıblar. Bir ilə yaxındır ki, gecə-gündüz çalışaraq əkib-becərdikləri və zavoda təhvil verdikləri məhsulun pulunu ala bilməyən kəndlilər etiraz edirlər. Müqavilə bağladıqları “Aztəsərrüfat” MMC-nin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi isə öhdəlikləri yerinə yetirməkdən yayınır. Sabiq rəis, general Ceyhun Həsənovun adının hallandığı bu qalmaqalda rəsmi qurumlar nə deyir?
Daha ətraflı aşağıdakı videoda:

1xeber.media

Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...


"Çox hörmətli Cənab Prezident! Sizin rəhbərliyiniz altında ölkəmizin neft-qaz sənayesinin inkişafı, neftçilərin əməyinin qiymətləndirilməsi və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm işlərə görə Sizə dərin minnetdarlığımızı bildiririk. Biz — illərlə Vətənimizin neft strategiyasına xidmət edən, çətin dəniz və quru şəraitində fədakarlıqla çalışan mühəndislər, mütəxəssislər və fəhlə kollektivi dəfələrlə Dövlətimizin və Şəxsən Sizin neftçi əməyinə verdiyiniz yüksək dəyərin şahidi olmuşuq..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR-ın Kompleks Qazma İşləri Trestinin (KQİT) bir qrup mühəndis və fəhlə kollektivi adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Ancaq bildirmək istəyirik ki, son zamanlar SOCAR daxilində həyata keçirilən struktur dəyişikliyi — Kompleks Qazma İşləri Trestinin (KQİT) ləğv edilərək "SOCAR Drilling" MMC-nin yaradılması və kollektivin bu quruma keçirilməsi prosesi minlərlə işçinin gələcəyi ilə bağlı ciddi narahatlıq və təşviş yaradıb.

Cənab Prezident! İllərdir SOCAR sistemində daimi əmək müqaviləsi ilə çalışan, zəngin təcrübəyə malik peşəkar kadrların birdən-birə MMC strukturlarına keçirilməsi və onlar ilə müddətli əmək müqavilələrinin bağlatdırılması uzun illərin zəhmətini və sosial təminatını sual altında qoyur. MMC çərçivəsində müddətli müqavilələrin tətbiqi o deməkdir ki, müqavilə vaxtı bitdikdə illərini bu sahəyə vermiş mütəxəssislər və fəhlələr heç bir əsas göstərilmədən işdən kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Bu addımlar dövlətimizin neftçilərə göstərdiyi diqqət və qayğı siyasətinə, eləcə də əməkçilərin sosial müdafiəsi prinsiplərinə zidd benfisiar maraqların nəticəsi kimi təəssürat yaradır. Yaranmış qeyri-müəyyənlik yüzlərlə ailənin sosial sabitliyinə pozucu təsir göstərir və gərginlik yaradır.

Müzəffər Ali Baş Komandan! Sizin hər zaman vətəndaşın və zəhmətkeş insanın yanında olduğunuzu bilir, ədalətinizə və böyük diqqətinizə güvənirik. Sizdən xahiş edirik ki:

1. "SOCAR Drilling" MMC-yə keçid prosesində işçilərin mövcud əmək hüquqlarının, stajlarının və sosial təminatlarının tam saxlanılmasına,

2. Müddətli müqavilələr əvəzinə, işçilərin uzunmüddətli/müddətsiz əmək müqavilələrinin qorunub saxlanılmasına,

3. Struktur dəyişikliyi adı altında peşəkar mühəndis və fəhlə heyətinin gələcəkdə əsassız işdən çıxarılması riskinin qarşısının alınmasına dair müvafiq qurumlara tapşırıq verəsiniz və bu məsələni şəxsi nəzarətinizə götürəsiniz.

Sizə əvvəlcədən dərin təşəkkürümüzü bildirir, Vətənimiz və dövlətimiz naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq..."

Xəbər lenti

Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
16:25
Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
15:44
Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
14:30
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
13:51
Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
12:57
ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR
12:08
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
11:31
AQTA-nın buralardan XƏBƏRİ VARMI? - DİQQƏT... TƏHLÜKƏ!
09:52
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - DETALLAR
09:20
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
18:13
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
17:24
Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
16:47
Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
15:50
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
15:17
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
13:08
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
12:32
Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
12:14
`Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
11:32