Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB... - İLGİNC FAKTLAR...


Elçin Yusubovun Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi və fəaliyyəti ilə bağlı korrupsiya və digər cinayət iddiaları üzrə araşdırmaların aparılması barədə məlumatlar bir çoxlarının kürkünə birə salıb, desək, yanılmarıq. Elə bu istiqamətdən "DİA-AZ"a daxil olan informasiyalar da dediklərimizi təsdiqləyir.

Məsələnin diqqət çəkən əsas tərəflərindən biri isə Elçin Yusubovun 2024-cü ildə Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin formalaşdırılması prosesində oynadığı rolla bağlıdır. Belə ki, həmin dövrdə Palatanın idarəetmə strukturlarının formalaşdırılmasında iştirak etdiyi, özünə yaxın hesab edilən və şəxsi biznes maraqlarını təmsil etdiyi bildirilən Ramil Qasımzadənin də rəhbər strukturlara daxil edilməsinə təsir göstərdiyi söylənilir. Yəni Elçin Yusubov Qiymətləndiricilər Palatasında Ramil Qasımzadənin xətti ilə bir növ təmsilçilik əldə etmiş olur.

"DİA-AZ"ın əldə etdiyi məlumatlara görə və təqdim edilmiş siyahıya əsasən, Elçin Yusubov və Ramil Qasımzadə ilə əlaqələndirilən, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvləri arasında təxminən 15 şirkətin olduğu bildirilir. Bu şirkətlərin bir qisminin yeni yaradılması səbəbindən onların təsisçiləri, faktiki rəhbərləri və fəaliyyət istiqamətləri barədə məlumatlar əlavə araşdırma tələb edir.

İlkin siyahıda aşağıdakı şirkət və təşkilatların adları yer alır:

Acar Qiymətləndirmə Mərkəzi MMC
AECS MMC
AMP Consulting MMC
AZVALUE MMC
Caspian Valuation MMC
Korall Consulting MMC
Qiymətləndirmə və Consulting Mərkəzi MMC
Sorğu Ekspert Mərkəzi
UNIPICE MMC
Mərkəzi Ekspertiza Bürosu
Central Consulting MMC
Delta Ekspertiza Mərkəzi
BYTA MMC
AZPRICE MMC
Turan Ekspertiza Mərkəzi
Yəni aydın olur ki, Elçin Yusubov qiymətləndirmə sektorunda korporativ maraqlarını məhz yuxarıda adları çəkilən şirkətlər hesabına həyata keçirib.

Hər halda bu faktların hüquq mühafizə orqanları tərəfindən ciddiyə alınaraq araşdırılması vacibdir və həm də ortaya daha ciddi dəlillərin çıxmasına nədən ola bilər.

Məsələ diqqətimizdədir. Davamı mütləq olacaq...

Media və Yayım Şurasından AÇIQLAMA

Media və Yayım Şurasından AÇIQLAMA

Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.

Bu barədə Media və Yayım Şurası açıqlama yayıb.

Bildirilib ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir.

"Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır", - açıqlamada vurğulanıb.

Bakının göbəyində VERGİDƏN YAYINMA... - BU NƏDİ BELƏ...


Bakıda, Nərimanov metrosunun yaxınlığında, “McDonald’s” və “MADO” restoranlarının yerləşdiyi ərazidə fəaliyyət göstərən və müştərilərin “Xal-Xal” adı ilə tanıdığı restoranda baş verən hadisə ciddi narazılığa səbəb olub.
“Real Azərbaycan” xəbər verir ki, bu gün restorana üz tutan müştərilər menyu vasitəsilə qiymətlərlə tanış olaraq büdcələrinə uyğun yemək sifariş etmək istəyiblər. Lakin onlara menyu təqdim edilməyib, yeməklərin qiymətləri ofisiant tərəfindən şifahi şəkildə bildirilib.
Bildirilən qiymətlərə əsasən sifariş verən müştərilər ümumi hesabın təxminən 50–55 manat olacağını düşünüblər. Ancaq hesab istənildikdə onlardan əvvəlcə 65 manat tələb edilib. Ödəniş zamanı məbləğ 70 manata, daha sonra isə 75 manata çatıb.
Müştərilər hesabın yazılı şəkildə təqdim edilməsini tələb etdikdən sonra isə qarşılarına əl ilə yazılmış, ümumi məbləği 80 manat göstərilən hesab qoyulub.
Beləliklə, ilkin olaraq 50–55 manat civarında olacağı düşünülən sifarişin məbləği 80 manata yüksəlib.

Menyunun təqdim edilməməsi, qiymətlərin yazılı şəkildə göstərilməməsi və hesabın dəfələrlə dəyişməsi ictimai iaşə obyektlərində qiymət şəffaflığı məsələsini yenidən gündəmə gətirir. Müştəri sifariş verdiyi məhsulun qiymətini əvvəlcədən bilməli və ödəniş zamanı gözlənilməz məbləğlə üzləşməməlidir.
Bununla yanaşı, restoranda POS-terminalın olmaması, işçilərin əmək müqaviləsi ilə çalışıb-çalışmaması və qida məhsullarının keyfiyyəti ilə bağlı da araşdırılmalı məsələlər mövcuddur.
Hadisənin daha ciddi tərəflərindən biri isə hesab və xidmətlə bağlı narazılığını bildirən müştərilərə qarşı aqressiv münasibət göstərilməsi, bir qrup şəxsin onların üzərinə hücum etməsidir.
Aidiyyəti dövlət qurumlarını “Xal-Xal” restoranında baş verənləri araşdırmağa, qiymət siyasətinə, POS-terminal məsələsinə, əmək münasibətlərinə və qida təhlükəsizliyinə hüquqi qiymət verməyə çağırırıq.
İctimai iaşə obyektlərində müştəri hüquqlarına hörmət, qiymətlərin şəffaflığı və qanunvericiliyin tələblərinə əməl olunması mütləqdir.

FHN-in Baş İdarəsi 10 ayda 1,5 milyon manatlıq 26 ədəd xidməti maşın alıb - ARAŞDIRMA


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi növbəti tenderinə yekun vurub. Tribuna.az xəbər verir ki, qurum bununla bağlı nəticələri açıqlayıb.

Məlum olub ki, Baş İdarə 1 ədəd sedan tipli avtomobil alacaq. Tenderin qalibi isə “AUTO AZƏRBAYCAN” MMC olub. FHN bir ədəd avtomobil üçün şirkətə 62 min 200 manat ödəyəcək.

Qeyd edək ki, Tribuna.az açıq mənbələr üzərindən araşdırma apararaq, maraqlı məqamları üzər çıxarıb. Məlum olub ki, bu ilin əvvəlindən indiyə qədər Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 10 tender keçirib. Bu tenderlərdən 6-sı məhz avtomobil alınması ilə bağlı olub. Məsələn, 5 gün öncə sözügedən qurum “ALFA MOTORS COMPANY” MMC şirkətinə 421 min 400 manatlıq 6 ədəd yük maşını və Double cap qoşa sıralı pikap alıb.

İki ay öncə isə “TOYOTA ABŞERON CENTER” MMC ilə 2 ədəd hybrid və sadə benzin mühərrikli avtomobillər alınması prosesini həyata keçirib. Bunun üçün isə 231 min 670 manat ödəniş edib.

Amma porses bundan öncəyə qədər uzanıb. Araşdırma zamanı bəlli olub ki, FHN-in sözüegedən Baş İdarəsi “TOYOTA ABŞERON CENTER” MMC-dən iyun ayında daha 2 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri alıb. Bunun müqabilində isə 288 min 500 manat pul xərcləyib.

Paralel olaraq, may ayında “AZƏRMAŞ PARK” MMC-dən 4 ədəd sedan tipli avtomobilləri də satın alıb ki, bunun da dəyəri 98 min 400 manat təşkil edib.

Elə həmin ayın əvvəlində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi “AUTO AZƏRBAYCAN” MMC-dən 11 ədəd xidməti nəqliyyat vasitələri alıb. Bunun üçün isə 443 min 600 manat ödəniş edib.

Qeyd edək ki, Elə həmin ayın əvvəlində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi ümumilikdə, son 10 ayda 26 ədəd xidməti avtomobil alıb. Bu maşınların alınmasına isə 1 milyon 545 min 770 manat xərcələyib.

Maraqlıdır ki, sözügedən qurum ilboyu bu qədər xidməti avtomobili nə üçün alır? Bu idarənin maşın almaqdan başqa hər hansı bir fəaliyyəti mövcud deyilmi? Hər halda FHN-in mətbuat xidmətinin bununla bağlı məntiqli bir açıqlaması olacaq. Qarşı tərəfi dinləməyə hazırıq.

PABEDA restoranı, yoxsa marketinq fəlakəti? - REPLİKA



Bakıda özünəməxsus adları olan bir çox restoran var. Sahibləri müştəriləri təkcə mətbəxləri, interyerləri və xidmətləri ilə deyil, həm də lövhələri ilə cəlb etməyə çalışırlar. Axı yaxşı ad uğurun yarısıdır. Əgər adda bir şey səhvdirsə, bu, yəqin ki, tamamilə başqa bir müzakirəyə səbəb ola bilər.
Misal üçün, Bakıdakı bir restoran PABEDA adını fəxrlə daşıyır. Onu ucadan oxusanız, lövhənin yaradıcılarının rusca "POBEDA" (Qələbə) sözünü nəzərdə tutduğunu təxmin etmək asandır. Düzdür, kiçik, lakin əhəmiyyətli bir dəyişiklik var: "O" hərfi əvəzinə "A" hərfi var. Nəticədə tam qələbə deyil, qələbəyə bənzər bir şey yaranı. Sanki qələbə kuboku planları pozan bir sənətkar tərəfindən sifariş edilib.
Amma gəlin tək bir hərf üzərində mübahisə etməyək. Axı restoran adı rusca diktə deyil. Bəlkə də bu, imza tərzi, imza yazısı və ya yalnız təşəbbüskarlar üçün əlçatan olan xüsusi bir anlayışdır. Orijinallıq bu günlərdə çox qiymətləndirilir və savadlılıq görünür, bəzən əlavə xərc tələb edir.
Amma əsl əyləncə işarəyə daha yaxından baxanda başlayır. İlk iki hərfi çıxarsanız, əzəmətli "PABEDA" qısa, məzmunlu və olduqca ifadəli bir sözə çevrilir: BEDA. Mənası "problem"dir.
Və sonra yaddaşım Sovet cizgi filmi olan "Kapitan Vrungelin macəraları"ndan tanış bir səhnəni xatırladır. Kapitanın əvvəlcə "Pobeda" adlanan yaxtasını xatırlayırsınız? Adının ilk iki hərfi silindikdən sonra gəmi "Trouble" oldu. Beləliklə, kapitanın bəlkə də xatırlamamaq istədiyi bir macəra başladı.
Əlbəttə ki, restoran yaxta deyil, müştəri isə dəniz səyahətinə çıxan dənizçi deyil. Hərflərin yenidən düzülməsi borşu daha soyuq və ya qəhvəni daha acı etmir. Amma bir işarənin içəri girməzdən əvvəl əhval-ruhiyyəni təyin etmək üçün əlamətdar bir qabiliyyəti var.
Axı "Pobeda" adlı bir restoranın hər şeydə uğur vəd etdiyinə inanmaq istərdiniz: aclıq üzərində qələbə, dadın qələbəsi və sonuncu kabab parçasından əvvəl iştahın qeyd-şərtsiz təslim olması. Amma burada yalnız bir hərf - və tamamilə fərqli bir nizamın assosiasiyaları yaranır. Qələbə yürüşü deyil, həyəcan siqnalı; fanfar deyil, kapitan Vrungel ruhundakı macəranın incə bir xəbərdarlığı.
Əlbəttə ki, restoranın keyfiyyətini adına görə qiymətləndirmək ədalətsizlik olardı. Bəlkə də orada əla mətbəx, diqqətli işçi heyəti və o qədər ləzzətli plov var ki, hətta orfoqrafik azadlıqlar belə bağışlanır. Amma qonağın gördüyü ilk şey lövhədir. Əgər bu lövhə təsadüfən bədbəxtlik yaradırsa, sahiblər belə söz oyununun restoran biznesi üçün həqiqətən faydalı olub-olmadığını düşünməlidirlər.
Lakin bu hekayənin müsbət tərəfi də var. Cizgi filmində "Trouble" yaxtası nəhayət ki, təyinat yerinə çatır. Bu o deməkdir ki, Bakı restoranının da xoşbəxt sonluq şansı var. Əsas odur ki, yemək, xidmət və axşamın sonundakı hesab şam yeməyini əsl macəraya çevirməsin.
Hələlik qurum üçün yalnız bir arzum var: qoy adı sadəcə hərf oyunu olaraq qalsın. Axı "PABEDA" ilə "BEDA" arasında yalnız iki hərf var. Amma bəzən qələbəni uğursuzluqdan ayıran məhz bu iki hərf olur.
Kapitan Vrungelin bizə öyrətdiyi kimi, gəminin adı ciddi məsələdir. Xüsusilə də əgər bu, restoran gəmisidirsə və hər gün Bakının fırtınalı dənizlərində üzürsə...
Müəllif: Zaur Nurməmmədov
Müəllif: Ayna.az

Sakinlər keçmiş deputatın şirkətindən başçıya ŞİKAYƏT ETDİLƏR


Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanında yaşayan sakinlər narazılıq edir. Vətəndaşlar evlərinin qarşısında qanunsuz olaraq quraşdırılan dəmir hasarın sökülməsi üçün müvafiq qurumlardan kömək gözləyirlər.
Bizimesr.info bildirir ki, paytaxt sakinləri Ramin Əhməd oğlu Ağayev və Cavid İsmayıl oğlu İsmayılov tərəfindən Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanan müraciətdə bildirilir ki, adıçəkilən ünvandakı ev onların paylı mülkiyyətindədir. Lakin evlərinin küçə boyu ərazisindən qanunsuz olaraq dəmir hasar inşa edilib.

Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı müxtəlif dövlət təşkilatlarına müraciət ediblər:
"Müxtəlif dövlət təşkilatlarına müraciət etdikdə bildirilmişdir ki, ərazi Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən “VİALON” adlı tikinti şirkətinə icarəyə verildiyindən dəmir hasar quraşdırılıb".
Qalmaqallı “Vialon” şirkəti cərimələnir

Lakin vətəndaşların sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin həmin sərəncamı onların evinə aid olan hissəyə dair etibarsız hesab edilib. Məktubda vurğulanır ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “VİALON” tikinti şirkətinə ayrılan torpaq sahəsinə dair icarə müqaviləsi Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 saylı evin ərazisi üzrə məhkəmə qərarları ilə etibarsız hesab edilib və müvafiq məhkəmə qərarları qanuni qüvvəsini alıb. Buna görə də sakinlər həmin dəmir hasardan qurtulmağın onların haqqı olduğunu vurğulayırlar.
Sakinlər Nəsimi rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək onları bu dəmir hasarlardan xilas etməyi xahiş edirlər. Qeyd edək ki, məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarlarının surəti də müraciətə qoşma olaraq əlavə edilib.
Bizimesr.info

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02