Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...


Bu ilin sentyabrında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Hacıbaba Babayev rayonda "təmir və abadlıq" işlərinə start verib. Yeni icra başçısının ilk addımlarından biri isə Gədəbəy şəhərinin mərkəzi prospektinin yenilənməsi olub.
Bizimesr.info-ya daxzil olan məlumata görə, rayon rəhbərliyinin qərarı ilə prospekt boyunca yol kənarındakı istinad divarlarının üzlükləri sökülərək yenilənir, işıq dirəklərinin dəyişdirilməsi və digər abadlıq işləri aparılır. Görünən odur ki, Hacıbaba Babayev şəhərin estetik görkəmini öz istəyinə uyğun olmasını seçib.
Amma bütün bunların fonunda maraqlı sual yaranıb -buna həqiqətən ehtiyac var idimi?
Şəkilin açıqlaması yoxdur.

Sosial şəbəkələrdə sakinlərin paylaşım və şərhlərindən görünür ki, Gədəbəy əhalisinin yeni icra başçısından gözləntiləri bir qədər fərqlidir. Sakinlər hesab edirlər ki, onsuz da normal vəziyyətdə olan mərkəzi prospektin üzlüklərini və işıq dirəklərini dəyişməkdənsə, diqqəti daha ciddi problemlərə yönəltmək lazım idfi.
Xüsusilə kənd yollarının vəziyyəti, infrastruktur çatışmazlıqları və illərdir həllini gözləyən digər problemlər hələ də qalmaqdadır. Onların fikrincə, rayonun abadlaşdırılması yalnız mərkəzi küçələrin gözəlləşdirilməsi ilə ölçülməməlidir.
Hacıbaba Babayev bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Onun Binəqədidəki fəaliyyəti dövründə də tikinti və abadlıq məsələləri ətrafında müxtəlif müzakirələr aparılıb.Hətta Binəqədi rayonunda qanunsuz tikintilərə nəzarət məsələsində onun adının hallandığı iddia olunurdu.
İndi isə görünür, Gədəbəydə də ilk olaraq eyni yanaşma diqqət çəkir - əsas prospekt səliqəyə salınır, üzlüklər dəyişdirilir, işıq dirəkləri yenilənir. Bəs rayonun kəndləri, ucqar yaşayış məntəqələri, bərbad yolları necə olsun?
Bir taxta-şalban anbarı şəkili ola bilər
Yəqin ki, kəndlərin problemləri mərkəzi prospektdən keçən qonaqların gözünə o qədər də dəymir. Axı rayona gələn qonaqların qarşısına ilk növbədə şəhərin mərkəzi küçələri çıxır. Kəndlərdəki vəziyyəti isə görmək üçün həmin ərazilərə getmək lazımdır. Belə çıxır ki, Gədəbəydə də əsas məsələ rayonun bütün problemlərini həll etməkdən əvvəl onun görünən tərəfini gözəlləşdirməkdir. Binəqədidəki yanaşmanın Gədəbəydə də davam edib-etməyəcəyini isə zaman və görüləcək işlər göstərəcək.
Hacıbaba Babayev hələlik Gədəbəyə çatar-çatmaz abadlıq işlərinə başlayıb. Sakinlərin isə ondan gözləntisi sadədir: təkcə prospektləri deyil, kəndləri də görsün. Çünki rayon yalnız mərkəzi küçədən ibarət deyil.

Bütün bunlar isə daha ciddi bir məsələyə diqqət çəkir: Görünür ki, Hacıbaba Babayevin Gədəbəy rayonunun sistemli inkişafını hədəfləyən konkret fəaliyyət proqramı yoxdur. Çünki rayon idarəçiliyi ayrı-ayrı küçələrin kosmetik təmiri və gözəgəlimli abadlıq işlərindən ibarət olmamalıdır.

İnkişaf sistemli yanaşma, əvvəlcədən müəyyənləşdirilmiş proqram və ardıcıl fəaliyyət tələb edir. Hər bir kəndin problemi ayrıca öyrənilməli, yol, su, işıq, sosial infrastruktur və digər ehtiyaclar kompleks şəkildə həll edilməlidir. Məqsəd sadəcə hansısa ərazinin görünüşünü dəyişmək deyil, bütövlükdə rayonun inkişafına nail olmaq olmalıdır.
Təəssüf ki, bölgələrdə fəaliyyət göstərən bir çox icra başçısının idarəçilik yanaşmasında məhz bu sistemli planlaşdırma və proqramlı inkişaf prinsipləri arxa plana keçir. Rayonun uzunmüddətli inkişaf strategiyası əvəzinə ayrı-ayrı abadlıq layihələri, lokal təmir işləri və rəhbərin şəxsi təşəbbüsləri ön plana çıxır. Belə olduqda isə rayonun problemləri kompleks şəkildə həllini tapmır, idarəçilik daha çox özfəaliyyət təsiri bağışlayır.
Bizimesr.info

Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva Dubayda qurduğu lüks biznesini milyon dollara satmaq təklifini qəbul etməyib.
Yeniavaz.com xəbər verir ki, Səfiyə Möhbəliyeva bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat verib.
Əli Həsənovun qızı Dubayda fəaliyyət göstərən lüks təkrar satış platforması – “Gemaee” şirkətinin təsisçisi və rəhbəridir. O, şirkətini satmaq üçün 7 rəqəmli təklifdən imtina etdiyini bildirib.
Səfiyə Möhbəliyeva paylaşımında özünü elmlər doktoru (PhD), keçmiş professor və iki uşaq anası kimi təqdim edib. O, illər ərzində müxtəlif proseslərin necə işlədiyini öyrəndiyini, indi isə həmin prosesləri özü yaratdığını qeyd edib.
“Genişlikdən daha çox dərinliyə üstünlük vermək sadəcə bir strategiya deyil, bu, bir intizamdır”, – deyə o vurğulayıb.
Möhbəliyeva hazırda yeni mağaza üzərində işlədiyini də açıqlayıb. O, bu dəfə biznesinin yaradılması prosesini və pərdəarxası məqamları izləyiciləri ilə bölüşəcəyini bildirib.
Qeyd edək ki, Səfiyə Möhbəliyeva daha əvvəl atasının rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllim vəzifəsində çalışıb. Eyni zamanda, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub.
1990-cı ildə anadan olan Səfiyə Möhbəliyeva Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri Səttar Möhbəliyevin oğlu, Qaradağ Rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbəliyevlə ailəli olub. Mətbuatda yayılan məlumatlara görə, İsfəndiyar Möhbəliyev boşanmaq üçün ötən il məhkəməyə müraciət edib.
Onu da bildirək ki, Əli Həsənovun oğlu Şamxal Həsənli də bir neçə ildir ABŞ-də yaşayır.

Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"


Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, bina 26, blok 5 ünvanındakı onmərtəbəli binada uzun müddətdir lift problemi var. İş o yerə çatıb ki, sakinlər tez-tez liftdə qalır, kömək çağırırlar.

Bu barədə sakinlər Lent.az-a müraciət ediblər.

“Binada tez-tez lift xarab olur. Dəfələrlə qonşularımız və ailə üzvlərimiz liftin içərisində qalıblar. Hər dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ustalar köməyə çatır, insanları xilas edir, lifti təmir edirlər. Lakin üstündən bir-iki həftə keçməmiş yenidən xarab olub.

İş o yerə çatıb ki, qorxumuzdan liftə minə bilmirik. Hər dəfə düşünürük ki, görəsən, nə vaxtsa, ciddi bir bədbəxt hadisə baş verəcək?

Özhesabımıza yeni lift quraşdırılması üçün isə 20-30 min manatdan çox vəsait lazımdır”.

“Lifttəmir” İstehsalat Birliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Lifttəmir” İstehsalat Birliyi kooperativ binalar və Mənzil-Tikinti Kooperativlərində (MTK) xidmət göstərmir:

“Qeyd olunan Binəqədi rayonu Əcəmi Naxçıvani 26 ünvanda yerləşən bina kooperativ binadır. Bu səbəbdən həmin binanın liftlərinə Liftəmir İstehsalat birliyi tərəfindən xidmət göstərilmir. Lift idarəsi yalnız Mənzil-kommunal təsərrüfatı birliyinın balansında olan binaların liftlərinə xidmət göstərir”.

Bir ildən çoxdur lift problemi çəkən sakinlər ya komdendantın ümidinə qalıb, yeni lift gözləyəcəklər, ya da özləri vəsait toplayaraq lift almağa çalışacaqlar.

Qeyd edək ki, ötən günlərdə oxşar problem Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 76 ünvanındakı doqquzmərtəbəli binada da yaşanıb. Lent.az-a müraciət edən sakinlər liftin tez-tez sıradan çıxdığını, sonuncu dəfə isə 12 gün işləmədiyini bildirmişdilər. Şikayətçilər bunun xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlılar və uşaqlı ailələr üçün ciddi çətinlik yaratdığını vurğulayıblar. Sakinlər lift ustasının müraciətlərə laqeyd münasibətindən və rayonun lift idarəsində qarşılaşdıqları kobud rəftardan da şikayətləniblər.

Səhiyyə Nazirliyinin institutlarında kütləvi kadr dəyişikliyi - Direktorların kürkünə birə düşüb


TƏBİB-in Səhiyyə Nazirliyi ilə birləşdirilməsi və Anar Bayramovun nazir təyinatı səhiyyə nazirliyi sistemində çalışan rəhbər şəxslərdə ciddi narahatlıq yaradıb.
Bizimesr.info-ya daxil olan məlumata görə, uzun illərdir Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və digər struktur bölmələrinin rəhbərləri mümkün kadr dəyişikliklərindən ciddi narahatlıq keçirirlər.

Mənbənin bildirdiyinə görə, yaxın günlərdə nazirliyin tabeliyindəki bir sıra müəssisələrdə genişmiqyaslı yoxlamalara başlanılması gözlənilir. Yoxlamaların nəticəsindən asılı olaraq, demək olar ki, əksər institutların direktorlarının dəyişdirilməsi məsələsi gündəmdədir. Məlumatlı mənbə bildirir ki, səhiyyə sistemində ciddi struktur və idarəetmə dəyişikliklərinin aparılması nəzərdə tutulur. İlkin yoxlamaların aşağıdakı qurumları əhatə edəcəyi iddia olunur:
Analitik Ekspertiza Mərkəzi;
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
İctimai Səhiyyə və İslahatlar Mərkəzi;
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi;
C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;
K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu.
Mənbənin sözlərinə görə, proses yalnız ayrı-ayrı institutlarla məhdudlaşmaya bilər. Nazirliyin tabeliyində fəaliyyət göstərən digər strukturların rəhbərlərinin də dəyişdirilməsi nəzərdən keçirilir.

Burada diqqətçəkən məqam isə uzun illərdir eyni sistem daxilində fəaliyyət göstərən qurumların idarəetmə effektivliyi, maliyyə vəsaitlərinin istifadəsi, kadr siyasəti və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı mümkün yoxlamaların hansı nəticələr verəcəyidir.
"Səhiyyə sistemində gözlənilən dəyişikliklərin məqsədi yalnız direktorların dəyişdirilməsi deyil, illərdir formalaşmış idarəetmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsidir" deyə məlumatda qeyd olunur.

Səhiyyə Nazirliyinin institutlarında kütləvi kadr dəyişikliyi - Direktorların kürkünə birə düşüb


TƏBİB-in Səhiyyə Nazirliyi ilə birləşdirilməsi və Anar Bayramovun nazir təyinatı səhiyyə nazirliyi sistemində çalışan rəhbər şəxslərdə ciddi narahatlıq yaradıb.
Bizimesr.info-ya daxil olan məlumata görə, uzun illərdir Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və digər struktur bölmələrinin rəhbərləri mümkün kadr dəyişikliklərindən ciddi narahatlıq keçirirlər.

Mənbənin bildirdiyinə görə, yaxın günlərdə nazirliyin tabeliyindəki bir sıra müəssisələrdə genişmiqyaslı yoxlamalara başlanılması gözlənilir. Yoxlamaların nəticəsindən asılı olaraq, demək olar ki, əksər institutların direktorlarının dəyişdirilməsi məsələsi gündəmdədir. Məlumatlı mənbə bildirir ki, səhiyyə sistemində ciddi struktur və idarəetmə dəyişikliklərinin aparılması nəzərdə tutulur. İlkin yoxlamaların aşağıdakı qurumları əhatə edəcəyi iddia olunur:
Analitik Ekspertiza Mərkəzi;
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
İctimai Səhiyyə və İslahatlar Mərkəzi;
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi;
C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;
K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu.
Mənbənin sözlərinə görə, proses yalnız ayrı-ayrı institutlarla məhdudlaşmaya bilər. Nazirliyin tabeliyində fəaliyyət göstərən digər strukturların rəhbərlərinin də dəyişdirilməsi nəzərdən keçirilir.

Burada diqqətçəkən məqam isə uzun illərdir eyni sistem daxilində fəaliyyət göstərən qurumların idarəetmə effektivliyi, maliyyə vəsaitlərinin istifadəsi, kadr siyasəti və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı mümkün yoxlamaların hansı nəticələr verəcəyidir.
"Səhiyyə sistemində gözlənilən dəyişikliklərin məqsədi yalnız direktorların dəyişdirilməsi deyil, illərdir formalaşmış idarəetmə mexanizmlərinin yenidən nəzərdən keçirilməsidir" deyə məlumatda qeyd olunur.

Gəncə Texnologiya Universitetinin rektoru səlahiyyətdən necə sui-istifadə edir?


Gəncə Şəhər Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, səlahiyyətlərini aşdığı və qulluq mövqeyindən istifadə etdiyi barədə məlumatım və buna dair əsaslar vardır.

Əvvəllər də rektorun maliyyə pozuntuları, əsassız pul tələbləri və qadın əməkdaşa qarşı kobud rəftarı barədə müraciət olunmuşdu.

Həmin faktları bir daha xatırladır, yeni halları da diqqətinizə çatdırırıq. Tehsilmedia.org teref.biz-ə istinadən yazır ki, bu barədə poçta daxil olan məqalədə müəllif yazır. Müəllif daha sonra yazır:

Qeyd edim ki, rektor Elm və Təhsil Nazirinin yaxın adamı kimi tanınır. Buna görə nazirliyə edilən şikayətlərin ya araşdırılmadığı, ya da araşdırılsa belə, nəticənin rektorun xeyrinə olunur.

Bu səbəbdən müraciəti Dövlət Qurumlarına ünvanlanır.

Rektorun maliyyə pozuntusu ilə bağlı cinayət işi açılmış, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində təsdiqini taparaq işdən azad edilmiş şəxsləri universitetdə vəzifələrə təyin edibdir. Bu şəxslərdən üçü kollec direktordur. Müşavirlərdən biri 2015-ci ildə maliyyə pozuntusuna yol verdiyinə görə Təhsil Nazirliyi kollegiyasının qərarı ilə işdən azad edilib. Digərləri isə işlərindəki ciddi nöqsanlara görə əvvəlki vəzifələrindən azad olunan şəxslərdir.

Bakıdan gətirilən və müxtəlif vəzifələrə təyin edilən kadrların da işində nöqsan olduğu, onlara yüksək əmək haqqı ilə təmin olunublar. Görünür ki, universitet qanunlarla deyil, rektorun şəxsi maraqları əsasında idarə olunur.

Tələbələrdən əsassız pul tələbləri...

Bu il məzun olan tələbələrdən aşağıdakı məbləğlərdə pul tələb edilibdir.

Diplom işi üçün 500, 600 və 800 manat
diplom müdafiəsi üçün 800-1000 manat

təcrübə və karyera (praktika) üçün tələbələrin göndərilməsinə görə 1500-2000 manat əsassız pul yığılıbdır.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının sədrlərinin və üzvlərinin adına açılmış Kapital Bank (Birbank) kartlarına diplom işi, diplom müdafiəsi, praktika və imtahanlar üçün toplanan pulların köçürüldür.

Bu köçürmələrə prorektor Şahmar Həsənovun nəzarət etdiyi və vəsaitlərin onun vasitəsilə rektora çatdırılıbdır. Hər il diplom işi, diplom müdafiəsi, praktika, yaz və yay imtahanları ilə bağlı oxşar tələblərin edildiyi faktlar mövcuddur.

Universitetdə təmir-tikinti işləri üçün müəllim kollektivindən əsassız pul tələb olunur. Bununla bağlı WhatsApp səs yazısı sosial şəbəkələrdə yayılıb.

Maliyyə Nazirliyinin audit yoxlaması nəticəsində külli miqdarda maliyyə pozuntusu aşkar edilib. Nazirliyin məktubu əsasında Gəncə Şəhər Prokurorluğunda maliyyə pozuntusu və mənimsəmə maddəsi ilə cinayət işi açılıb, ümumi zərər məbləği bir milyon beş yüz min manat göstərilib.

Prokurorluğun dəyən ziyanın ödənilməsini rektorun öhdəliyinə qoyduğu bildirilir. Bundan sonra rektor müəllim kollektivindən 500 manat yığılmasını tələb edib, bunu dekanların, kafedra və şöbə müdirlərinin öhdəliyinə verib.

Bu barədə WhatsApp səs yazısı (Xarici Dillər kafedrasının müdiri Aysel Məmmədlinin səs yazısı) yayılıb. Universitetin Müəllim Həmkarlar İttifaqı büdcəsinə yığılan vəsaitlərin on ildir mənimsənilir. Müəllimlərə və texniki işçilərə maddi yardım verilmir.

Bu vəsaitlərin hər ay rektor tərəfindən mənimsənilir. Tələbə Həmkarlar İttifaqına yığılan pullarla bağlı da oxşar hallar var. Təhsil Nazirliyinin Akkreditasiya Şurasının iclasında universitetin institusional akkreditasiyasının yekun nəticəsi "uyğun deyil" kimi qiymətləndirilib. Professor-dosent heyətinin azlığı, tələbələrin bilik səviyyəsinin aşağı olması və idarəçiliyin tədris planlarına uyğun gəlməməsi bu nəticəni göstərir.

Texnologiya Universitetinin Xarici Dillər Kafedrasının müdiri Aysel Məmmədlinin WhatsApp səs yazısı, Rektorun müəllimlərdən əsassız pul tələbi...

Bizimesr.info

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02