Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?


Cəlilabad Azərbaycanın əhali sayına, zəngin kənd təsərrüfatı potensialına və iqtisadi imkanlarına görə ən aparıcı rayonlarından biridir. Rayonun geniş torpaq ehtiyatları, köklü taxılçılıq, kartofçuluq, üzümçülük və heyvandarlıq ənənələri onun dinamik inkişafı üçün böyük zəmin yaradır.

Bizimesr.info bildirir ki, mövcud potensialın olması hələ rayonun inkişaf etməsi anlamına gəlmir. Əsas meyar bu imkanların əhalinin rifahına, yeni iş yerlərinə, emal müəssisələrinə və müasir kənd infrastruktura çevrilməsidir.

14 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı postuna təyin edilən Rafiq Cəlilovun rəhbərlik dövrünün beşinci ili başa çatmaq üzrədir.

Dövlət əmlakının idarə olunması üzrə təcrübəyə malik bir kadrın rayona başçı təyin edilməsi zamanı əsas gözlənti sosial-iqtisadi inkişafı sürətləndirmək və sakinlərin illərdir həllini tapmayan problemlərini aradan qaldırmaq ola bilərdi.

Bəs ötən beş ilə yaxın müddətdə Cəlilabadda nə dəyişib?

Bizimesr.info rəsmi statistika, açıq məlumatlar və sakinlərin müraciətləri əsasında Rafiq Cəlilovun rəhbərliyi dövrünün real mənzərəsini təhlil edib.

Çökən kartofçuluq - Cəlilabadın strateji sahəsi niyə iflasa uğrayır?

Cəlilabad iqtisadiyyatının rəmzi hesab olunan kartofçuluq son illərdə ciddi krizislə üz-üzədir. Uzun illər ölkənin yazlıq kartof tələbatının böyük hissəsini ödəyən rayonda fermerlərin bu sahədən uzaqlaşması rəsmi rəqəmlərdə deqradasiya kimi əks olunur:

Hektar ilə...:
2023 - 5 500 ha
2024:- 2 900 ha (%47,3 azalma)
2025 - 3 100 ha

Əkin sahələrinin kəskin düşməsi: 2023-cü ildə 5 500 hektar olan kartof sahası 2024-cü ildə cəmi 2 900 hektara düşüb (%47,3 kəskin azalma).

İstehsalın geriləməsi: 2025-ci ildə əkin sahəsi cüzi artaraq 3 100 hektara (93 044 ton məhsul) çatsa da, 2023-cü ilin göstəricilərindən kəskin dərəcədə geri qalır. Fermerlər toxum, gübrə, su və yanacaq xərclərinin baha olması, saxlama anbarlarının (so soyuducu komplekslərin) çatışmazlığı və satış bazarındakı vasitəçi haqsızlıqları səbəbindən zərər edərək sahələri tərk edirlər.

Rayon İcra Hakimiyyəti və icra başçısı Rafiq Cəlilovun fermerləri qoruyacaq, emal və saxlama zəncirini təşkil edəcək konseptual bir layihə ortaya qoya bilməməsi ənənəvi təsərrüfat sahəsinin sıradan çıxmasına şərait yaradır.

Aqrar-sənaye rayonu olan Cəlilabadda xammalın məhsula çevrilməsi üçün emal müəssisələrinin qurulması hayati əhəmiyyət daşımalı idi. Lakin sənaye göstəriciləri rayon rəhbərliyinin investisiya cəlb etmə imkanlarının məhdud olduğunu ortaya qoyur. \

Rəsmi hesabatlarda sənaye məhsulunun dəyər ifadəsində 88,35 milyon manata çatması müsbət hal kimi qələmə verilsə də, son 3 ildə rayonda tək bir dənə də olsun yeni sənaye müəssisəsi açılmadığı qeyd olunur. 220 minlik əhalisi olan bir rayonda sənaye müəssisələrinin sayının 17-də donub qalması Rafiq Cəlilovun investorları rayona cəlb etməkdə və yeni istehsal sahələri yaratmaqda aciz qaldığını göstərir.

Məşğulluq illuziyası - 220 minlik əhaliyə ildə cəmi 78–101 iş yeri

Cəlilabadda gənclərin və əmək qabiliyyətli əhalinin ən böyük bəlası işsizlikdir. Rəsmi statistikadakı rəqəmlər rayon rəhbərliyinin məşğulluq siyasətindəki zəifliyini bütün çılpaqlığı ilə göstərir - 2024-cü ildə rayon üzrə il ərzində cəmi 101 yeni iş yeri açılıb. 2025-ci ilin 9 ayı ərzində isə Cəlilabadda cəmi 78 yeni iş yeri qeydə alınıb. Bu göstərici ilə Cəlilabad rayonu ölkə üzrə şəhər və rayonların sıralamasında 43-cü yerə düşüb.

220 mindən çox əhalisi olan böyük bir rayon üçün ildə cəmi 78-101 yeni iş yerinin yaradılması məşğulluq probleminin həllindən dəm vurmağı qeyri-mümkün edir. Ali və orta ixtisas təhsilli gənclər öz rayonlarında ixtisaslarına uyğun iş tapa bilmədikləri üçün kütləvi şəkildə Bakıya və ya xarici ölkələrə üz tuturlar.

Kəndlərin içməli su, qaz və yol bəlası- sakinlər tərk edirlər

Rafiq Cəlilovun rəhbərliyi dövründə rayon mərkəzində müəyyən kosmetik abadlıq işləri aparılsa da, Cəlilabadın kəndləri ibtidai yaşayış problemləri ilə baş-başa buraxılıb:

Araşdırmalar zamanı bəlli olur ki, Xanəgah kəndi (su və qaz yoxdur): Kənddə mərkəzləşdirilmiş içməli su xətti yoxdur. Sakinlər 2 ton suyu 30 manata almağa məcburdurlar. Qaz şəbəkəsi olmadığı üçün ailələr qışda odun almağa 750–1000 manat vəsait xərcləyirlər.

Maşlıq kəndi (yollar torpaq və palçıq içində): 10 min nəfərə yaxın sakini olan kəndin yolları bərbad vəziyyətdədir. Dəfələrlə müraciət olunsa da, aidiyyəti qurumlar və İcra Hakimiyyəti problemi görməzdən gəlir.

Soltankənd (Susuzluqdan köç davam edir): İyul 2025-ci ildə yayılan məlumatlara görə, susuzluq səbəbindən əvvəllər 130-dan çox ailənin yaşadığı kənddə cəmi 60 ailə qalıb. Əhalinin ümumi sayının 220,4 minə çatması miqrasiya faktını gizlədə bilmir. İnfrastrukturun olmaması kəndlərin boşalmasına və kənd təsərrüfatının iflic olmasına gətirib çıxarır. Və nəhayət bütöv Cəlilabad...

Beləliklə, Rafiq Cəlilovun 5 illik idarəçiliyi rayona ne verib?

Beş ilə yakın rəhbərlik dövründə Rafiq Cəlilovun fəaliyyəti təhlil edildikdə ortaya acınacaqlı mənzərə çıxır. Strateji aqrar sahə olan kartofçuluq demək olar ki, yarbayarı geriləyib. Sənaye müəssisələrinin sayı 3 il ərzində bir vahid də artmayıb.

Yeni iş yerlərinin sayı rayon əhalisinin tələbatının 1 faizini belə ödəmir. Kəndlər içməli su, gaz və yol problemləri ucbatından boşalır. Rafiq Cəlilovun idarəçiliyi Cəlilabadın böyük iqtisadi və aqrar potensialını reallaşdıra bilməyib. Rayon rəhbərliyi formal hesabatlar və rəqəm oyunları arxasında gizlənmək əvəzinə, sakinlərin gündəlik yaşayış problemlərinə konkret həll yolları tapmalıdır.

Bizimesr.info

Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?


Goranboy rayonundan redaksiyamıza müraciət edən beş nəfərdən ibarət usta və fəhlə qrupu Ağdərə rayonunun Qozlu Körpü kənd ərazisində "Dağ İncisi" istirahət mərkəzinin tikintisini həyata keçirdikləri zaman sifarişçi tərəfindən əməkhaqqılarının mənimsənildiyini bildiriblər. Şikayətçilərin sözlərinə görə, ümumilikdə 12500 manat təşkil edən zəhmət haqqının yalnız 6210 manatı iş prosesi davam etdiyi müddətdə ödənilib, lakin kafel-metlax işləri tam yekunlaşdırıldıqdan sonra qalan 6290 manat sifarişçi Mustafayev Zabil Məhəmməd oğlu tərəfindən ödəməkdən yayınıb.

Artıq 3 aydan artıq müddət keçməsinə baxmayaraq, Zabil Mustafayev onların pulunu verməkdən imtina edərək "gedin istədiyiniz və bildiyiniz yerə şikayət edin" deyə hədə-qorxu gəlib. Gundemxebertv.com redaksiyası olaraq məsələ ilə bağlı apardığımız qısa araşdırma zamanı məlum olub ki, Taxta Körpü kənd ərazisində "Dağ İncisi" istirahət mərkəzi tikdirən həmin şəxs əvvəllər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə işləyib və həmin vəzifədə çalışarkən yol verdiyi rüşvət və korrupsiya hallarına görə kənarlaşdırılıb.


Bundan sonra Zabil Mustafayev barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət daxil olsa da, o, hansısa "sehirli əl"in müdaxiləsi nəticəsində cinayət məsuliyyətindən xilas ola bilib. Araşdırmalarımız zamanı o da aşkar edilib ki, Zabil Mustafayevin arxalandığı və güvəndiyi şəxslər Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov və onun milli qəhrəman olan qardaşı İbad Hüseynovdur.

Kasıbın haqqını mənimsəyib bir neçə milyon manatlıq obyekt tikdirən bu şəxsin əməlləri mənəvi müstəvidə vicdanına buraxılsa da, işəgötürənlə fəhlələr arasında heç bir əmək müqaviləsinin bağlanmaması və sadə insanların zəhmət haqqının açıq şəkildə mənimsənilməsi qarşısında Azərbaycan dövlətinin və aidiyyəti qurumların hansı hüquqi addım atacağı cəmiyyət üçün böyük maraq doğurur.(Gundemxebertv.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır


TƏBİB-lə Səhiyyə Nazirliyinin birləşdirilərək vahid qurum altında fəaliyyət göstərməsi və Anar Bayramovun səhiyyə naziri vəzifəsinə gətirilməsi səhiyyə sistemində genişmiqyaslı kadr dəyişikliklərini qaçılmaz edir.

Anar Bayramovun kadr siyasətinin hansı istiqamətdə olacağı onun TƏBİB-ə rəhbər təyin edildiyi ilk günlərdə artıq bəlli olmuşdu.

Belə ki, qısa müddət ərzində onlarla xəstəxananın baş həkimi vəzifəsindən uzaqlaşdırılmışdı. İndi isə onun səhiyyə naziri postuna gətirilməsindən sonra nazirliyin tabeliyindəki institutlarda və diğər qurumlarda da rəhbər dəyişiklikləri prosesinin başlandığı bildirilir. Artıq məlumata görə, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Bizimesr.info-nun əldə etdiyi məlumata görə, yaxın günlərdə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifəsindən uzaqlaşdırıla bilər.

Bildirilir ki, dəyişiklik təkcə direktorla məhdudlaşmayacaq, onun müavinlərinin və uzun müddət birlikdə çalışdığı komanda üzvlərinin də vəzifələrindən kənarlaşdırılması gözlənilir.

Qeyd edək ki, uzun illərdir bu vəzifədə çalışan Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı müxtəlif neqativ məlumatlar ölkə mətbuatının gündəminə gəlib. Sonuncu belə hadisə institutda xəstələrin etirazı ilə müşayiət olunub. Xəstələr onlara verilən qidaların keyfiyyətindən və xəstələr üçün ayrılan ərzaqların mənimsənilməsi ehtimalından narazılıqlarını bildiriblər.

Bütün bunlar ölkənin ən böyük ixtisaslaşmış tibb müəssisələrindən biri olan Elmi-Tədqiqat Kardiologiya İnstitutunda illərdir davam edən problemlərin aradan qaldırılması və vəziyyətin nizama salınması üçün yeni imkanlar yarada bilər. Bu baxımdan direktor dəyişikliyi də gözlənilən addımlardan biri kimi qiymətləndirilir.
İnstitut daxilindən Bizimesr.info-ya verilən məlumata görə, son günlər Gülnaz Dadaşovanın tapşırığı ilə sənədlərə yenidən baxılması və müəyyən yoxlama-səliqələmə prosesinin aparılması diqqət çəkir. Bu prosesin başlanması direktorun öz vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatların ona da çatdığı ehtimalını gücləndirir.
Görünən odur ki, Anar Bayramovun rəhbərliyi altında səhiyyə sistemində kadr dəyişikliklərinin növbəti mərhələsi artıq institutları əhatə edir.
Bizimesr.info

Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...




Sərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.


Tender müsabiqəsinin qalibi fərdi sahibkar Seyidzadə Nigar Rza qızı (VÖEN – 1505832932) olub.
Qeyd edək ki, tender müsabiqəsi təbii güllərin və çiçək kompozisiyalarının satın alınması ilə bağlıdır. Dövlət Xidməti satın alınacaq güllər üçün Nigar Seyidzadəyə 46 min 400 manat ödəyəcək./Yeniavaz/

Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir


Ağsu Regional Qaz İstismar İdarəsinin fəaliyyəti ilə bağlı ciddi iddialar gündəmə gəlib. İdarənin rəisi Səbuhi Qasımov və baş mühəndis vəzifəsini icra edən Əfqan Yusifovun rəhbərliyi altında qaz xətlərinin mühafizə zonasında yerləşən obyektlərlə bağlı qanunsuz pul tələbi və rüşvət alınması iddiaları səsləndirilir.


İddialara görə, bəzi obyekt sahiblərindən torpaq sahələrinin və ya tikililərinin qaz xəttinin mühafizə zonasında yerləşməsi əsas gətirilərək müəyyən məbləğdə pul tələb olunur. Bildirilir ki, həmin ödənişlərdən sonra obyekt sahiblərinə müvafiq icazə sənədləri təqdim edilir.


Məsələ ilə bağlı yayılan videoda Ağsu Xidmət Sahəsinin rəisi Həbib Quliyev, Qəza Bərpa Xidmətinin rəisi Nemət Soltanov və sürücü Rəşad Piriyev görünür.


Videoda Nemət Soltanovun laqonda vasitəsilə qaz xəttinin mühafizəsi məqsədilə quraşdırıldığı bildirilən lövhəni kəsərək ərazidən götürdüyü əks olunur.


Hadisə ilə bağlı bir sıra suallar yaranır: Sözügedən lövhə hansı əsasla götürülüb? Bununla bağlı rəsmi qərar olubmu? Lövhənin kəsilməsi barədə göstərişi kim verib?


Bununla yanaşı, obyekt sahiblərindən pul tələb edilməsi ilə bağlı iddiaların da aidiyyəti qurumlar tərəfindən araşdırılmasına ehtiyac var. Əgər bu iddialar təsdiqini taparsa, məsələyə hüquqi qiymət verilməsi zərurəti yaranacaq.


Redaksiyamız SOCAR rəhbərliyinə, “Azəriqaz” İstehsalat Birliyinə və aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edərək səsləndirilən iddiaların araşdırılmasını, videoda əks olunan hadisəyə və lövhənin götürülməsinin hüquqi əsaslarına aydınlıq gətirilməsini vacib hesab edir.


Eyni zamanda iddialar səslənir ki, Əfqan Yusifovun göstərişi ilə regiona tabe olan bütün rayonlarda mühafizə zolağı adı altında sahibkarlardan pullar yığılması mövcuddur. Hətta mühafizə zolağına düşməyən obyekt sahibləri də bu yolla aldadılır. Bununla bağlı mətbuatda da şikayətlər olub. Səbuhi Qasımovun ağsaqqal hesab etdiyi Həbib Quliyev bu məsələdə peşəkardır.


Qarşı tərəfin mövqeyi dərc olunacaq


Qeyd edək ki, yazıda adları çəkilən şəxslərin və Ağsu Regional Qaz İstismar İdarəsinin mövqeyini öyrənməyə hazırıq. Səbuhi Qasımov, Əfqan Yusifov, Həbib Quliyev, Nemət Soltanov və digər aidiyyəti şəxslərin açıqlamaları, təkzibləri və redaksiyaya təqdim edəcəkləri sənədlər dərc olunmağa hazırdır.


Redaksiyamız heç kəsi əvvəlcədən təqsirli hesab etmir. Məqsədimiz səsləndirilən iddiaların obyektiv araşdırılması, ictimaiyyətin məlumatlandırılması və məsələyə aydınlıq gətirilməsidir.


Ağsuda baş verənlərə aidiyyəti qurumlar tərəfindən rəsmi münasibət bildirilməsini gözləyirik...
KANAL15tv.com

Cəlilabadda 6 kəndin işığı kəsilib


Cəlilabad rayonunun 6 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.


"Report"un Muğan bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində yararsız elektrik dirəklərinin yenilənməsi işlərinə başlanıb.


Bununla əlaqədar rayonun Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbəli və Şükürlü kəndləri üzrə ümumilikdə 1072 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.


Həmin kəndlərə elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?


Ötən il milyonlarla çirkli pulu leqallaşdırmaqda ittiham edilən şəxs özünü mediaya necə “unutdurub”?

"Ötən il adı mediada tez-tez gündəmə gələn, çirkli pulların leqallaşdırılması və digər cinayətlərdə ittiham olunan Yusif Baqıyev “qeybə çəkilib”. “Şəkili Yusif” kimi tanınan bu şəxslə bağlı mediada yer alan son məlumat 2025-ci ilin 22 dekabr tarixini əhatə edir. Həmin məlumatda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə onunla yanaşı daha 3 nəfərin - Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun çıxarıldığı bildirilmiş, növbəti məhkəmə prosesinin 29 dekabr 2025-ci il tarixinə təyin edildiyi qeyd olunmuşdur..." Bu barədə "DİA-AZ"a göndərilənməqalədə deyilir.

Məqalədə daha sonra deyilir: "Maraqlıdır ki, məhz bu nöqtədən sonra – 22 dekabr 2025-ci il tarixindən etibarən “Şəkili Yusif” adı öz izini mediada həmişəlik itirərək sonsuzluğa qarışır. Halbuki, ötən ilin ən qalmaqallı işərindən olan bu prosesə nəinki medianın, ümumilikdə cəmiyyətin marağı böyük idi. Lakin nə qədər qəribə və inanılmaz olsa da, “Şəkili Yusif”in 29 dekabr 2025-ci il tarixli məhkəmə prosesi, bu məhkəmə prosesinin nəticəsi ilə bağlı mediada heç bir məlumat yer almır. Hərçənd, sonluq prosesin özündən daha böyük maraq kəsb edirdi.

Bu gün üçün “Şəkili Yusif”lə bağlı maraq doğuran bir neçə məsələ var ki, bunlardan ən başlıcası budur: Ötən il milyonlarla çirkli pulu leqallaşdırmaqda ittiham edilən şəxs özünü mediaya necə unutdurub?

Qeyd edək ki, “Şəkili Yusif” və onunla birlikdə məhkəmə önünə çıxarılan digər təqsirləndirilən şəxslərlə bağlı mediada yer alan son məlumata görə adıçəkilən şəxslər “qazan bet", "check black", "online loto" və digər xarici saytların adminliyini əldə edərək, onlayn qumar oyunları təşkil etməklə gəlir götürməkdə ittiham olunur. İttihama əsasən, müxtəlif bank hesablarından 170 milyon 344 min manat, "M10" hesablarından isə 3 milyon manat olmaqla, ümumilikdə 173 milyon manatdan artıq vəsait köçürülüb.

Yusif Baqiyev ittiham olunduğu onlayn qumar oyunlardan qazandığı 41 milyon manatı leqallaşdırmaq məqsədi ilə həmin puılara Şüvəlan və s. Bakıətrafl qəsəbələrdə, Səbail rayonu da daxil olmaqla , paytaxtın mərkəzində, bölgələrdə çoxsaylı evlər alıb.

Əmlakların üzərinə həbs qoyulub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham verilib".

Ardı var...

Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT


Redaksiyamıza daxil olan məlumata görə, Bakı Humanitar Kollecində təhsil alan tələbələr arasında dərs vaxtı ağır bıçaqlanma hadisəsi baş verib. Hadisə təqribən saat 12:00 radələrində təhsil müəssisəsinin həyətində gerçəkləşib.
​Kollecin Gənclik korpusunda “Muzey işi və abidələrin mühafizəsi” ixtisasında təhsil alan Əkbər adlı tələbə əsas korpusa gələrək orada “Nağara” sinfinin sonuncu kurs tələbəsi Təhməzzadə Ramal ilə mübahisə edib. Münaqişə zamanı Ramal Təhməzzadə Əkbərə 6 bıçaq zərbəsi endirib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub və ağır xəsarət alan tələbə xəstəxanaya çatdırılıb. Əldə etdiyimiz son məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən 17 yaşlı şəxs müəyyən olunaraq saxlanılıb və faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, Bakı Humanitar Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ümumiyyətlə yoxdur ki, bu da təhsil ocağında intizam nəzarətinin acınacaqlı vəziyyətdə olduğunu göstərir. Redaksiyamıza daxil olan digər bir iddiyaya görə isə, hadisədən dərhal sonra Kollec direktoru məsuliyyətdən yayınmaq üçün tapşırıq verərək dərs jurnallarının vərəqlərinin dəyişdirilməsini təmin edib. Məqsəd tələbələrin guya dərsə gəlmədiklərini rəsmiləşdirmək və jurnala “qayıb” yazmaqla rəhbərliyin üzərindəki məsuliyyəti ört-basdır etməkdir.
Qeyd edək ki, Məsələ ilə bağlı Kollec rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.
​Xatırladaq ki, sözügedən kollecin direktoru bir müddət əvvəl tələbəyə dediyi “şamtutan” sözü ilə gündəmə gələn Nərmin Qaralovadır.
FAKTUM.az

Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!


Azərbaycan hüquqi dövlətdir və burada hər kəs qanun qarşısında bərabərdir. Millətindən, mənşəyindən və ya arxalandığı adlardan asılı olmayaraq, heç kim dövlətin qanunlarından üstün ola bilməz. Lakin təəssüflər olsun ki, hələ də öz şəxsi maraqları üçün başqalarının adından sui-istifadə edən, vətəndaşları aldadan və qanunu heçə sayan hallarla rastlaşırıq.

​Binə kəndində kənd təsərrüfatı ilə məşğul olan sadə bir sakin — Səxavət Məmmədov bu an ağır psixoloji gərginlik və çıxılmaz vəziyyət yaşayır. İddia olunur ki, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Bəylər Eyyubovun qohumları olduğu bildirilən Sabir Əsədov, Elbəyi Əsədov, İsmayıl Əsədov qardaşları və onların bacısı oğlu Rəşid Advoev tərəfindən külli miqdarda dələduzluğa məruz qalıb.
​Biznes adı ilə Səxavət Məmmədovu aldadaraq külli miqdarda borc altına salan bu şəxslər, indi onun həyatını dözülməz həddə çatdırıblar. Səxavət Məmmədov borc sahibləri tərəfindən hər gün sıxışdırılır, adı çəkilən qrup tərəfındən isə açıq şəkildə hədələnir. Onlar Səxavət bəyə məhkəməyə və digər hüquq-mühafizə orqanlarına müraciət etməməyi tapşırır, əks halda onu daha ağır nəticələrlə qorxudurlar.
​Həmin şəxslər özlərinin kürd mənşəli olduqlarını önə çəkərək hədə-qorxunu gəlirlər. Ancaq bu cür adamlar çox səhv edirlər. Azərbaycanda hər kəs bir bayraq altında birləşib! Bu ölkədə ayrı-ayrı etnik qruplar arasında ayrı-seçkilik salmaq, "mən filankəsəm," deyərək qanunlardan üstün olmaq cəhdləri keçmir. Azərbaycanda hər kəsin hüquqlarını qoruyan tək bir qanun var — Azərbaycan Respublikasının Qanunu!
​Maraqlıdır ki, rayon məhkəməsi Səxavət Məmmədovun xeyrinə qərar çıxarsa da, bu qrup həmin qərarı da ayaqlar altına atıb, qanunları heç saya bilir. Görəsən, bu cür cəsarəti və toxunulmazlıq "statusunu" onlara kim verib?
​
​Hər kəsə məlumdur ki, Bəylər Eyyubov hər zaman dövlətinə və qanunlarına sədaqəti ilə seçilən bir şəxs olub. Lakin bu cür dələduzlar illərdir ki, onun adından kölgə kimi istifadə edərək öz çirkli əməllərini ört-basdır edir, haqsız qazanc əldə edirlər. Ola bilsin ki, bu adamlar indiyə qədər qanun qapazı görməyiblər, hər şeyi ört-basdır edə biliblər, amma artıq bıçaq sümüyə dirənib.
Günahsız bir insanın məhv olması sadəcə bir ailənin faciəsi deyil, bütövlükdə cəmiyyətin və ədalət sisteminin problemidir. Əgər bir vətəndaş haqsızlıq ucbatından məhv olursa, deməli, haradasa böyük bir boşluq və ya haqsızlıq hökm sürür.

​Cənab Prezident dəfələrlə bəyan edib ki, korrupsiya və özbaşınalıq halları ilə bağlı məsələləri ictimailəşdirin, səsinizi çatdırın. Biz də bu ümidlə məsələni ictimaiyyətə, diqqətə çatdırırıq. Ümid edirik ki, aidiyyəti hüquq-mühafizə qurumları dərhal bu vəziyyətə müdaxilə edəcək, Səxavət Məmmədovun hüquqlarını bərpa edəcək və qanunu heç sayan bu şəxslər barəsində lazım olan sərt tədbirləri görəcəklər.
Referans.az

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02